Məhkəmə qərarları › İş №1(074)-44/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-44/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-44/2023 15.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun nümayəndəsi X1, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Şamaxı rauyonu, Çaylı kəndində anadan olumş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 05 aprel 2022-ci il tarixdən hesablanmaqla 23 oktyabr 2014-cü il təvəllüdlü X2, 30 iyun 2018-ci il təvəllüdlü X3 və 28 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193,00 manat, cəmi 579,00 manat sabit pul məbləğində aliment, həmçinin 28 yanvar 2020-ci il təvəllüdlü X8 3 yaşına çatanadək əlavə hər ay 100,00 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-2878/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 3(074)-193/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 23 avqust 2022-ci il, 15 sentyabr 2022-ci il, 06 oktyabr 2022-ci tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 dekabr 2022-ci il tarixinə kimi 4782,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır. Təxminən 2012-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşlar. Evliliklərindən 23 oktyabr 2014-cü il təvəllüdlü X6, 30 iyun 2018-ci il təvəllüdlü X7 və 28 yanvar 2020-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Bakı şəhərində yaşamışlar. Həmin vaxtlar mobil telefon təmirçisi işləmişdir. Uzun müddət "xxxx" MMC-də mobil telefon təmiri ustası kimi fəaliyyət göstərmiş, 22 may 2022-ci il tarixdən əmək haqqısı azaldığından işdən ayırlmışdır. Aygün ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Aygün himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-2878/2022 saylı, 19 may 2022-cı il tarixli qətnaməsinə əsasən ondan 05 aprel 2022-ci il tarixdən hesablanmaqla 23 oktyabr 2014cü il təvəllüdlü X2, 30 iyun 2018-ci il təvəllüdlü X3 və 28 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193,00 manat, cəmi 579,00 manat sabit pul məbləğində aliment, həmçinin 28 yanvar 2020-ci il təvəllüdlü X8 3 yaşına çatanadək əlavə hər ay 100,00 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə ödənişlər aparsa da, işdən ayrıldığı üçün alimenti tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Şamaxı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etməmişdir. Təqdimat verilən günə, yəni 06 dekabr 2022-ci il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 4782,00 manat təşkil etmişdir. Hazırda Zərərçəkmiş şəxs olan 4782 manat aliment borcunu tam ödəmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Təxminən 2012-ci il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 23 oktyabr 2014-cü il təvəllüdlü X6, 30 iyun 2018-ci il təvəllüdlü X7 və 28 yanvar 2020-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışılar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs mobil telefon ustası kimi fəaliyyət göstərmiş və yetərli qazanc əldə etmişdir. Əvvələr Rasim ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, tez-tez dava-dalaş saldığından, əsassız söz-söhbətlər yaratdığından, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-2878/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Şətəfxan oğlundan 05 aprel 2022-ci il tarixdən hesablanmaqla 23 oktyabr 2014-cü il təvəllüdlü X2, 30 iyun 2018ci il təvəllüdlü X3 və 28 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193,00 manat, cəmi 579,00 manat sabit pul məbləğində aliment, həmçinin 28 yanvar 2020-ci il təvəllüdlü X8 3 yaşına çatanadək əlavə hər ay 100,00 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli inzibati qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 06 dekabr 2022-ci il tarixə ödənməmiş aliment borcu 4782,00 manat təşkil etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda mobil telefon ustası kimi fəaliyyət göstərir və yetərli qazanc əldə edir. Təqsirləndirilən şəxs boşanmaya qədər “Baku Electronics”-in servis xidmətində rəsmi şəkildə işləmiş, boşanma olduqdan sonra işdən ayrılmışdır. Aylıq əmək haqqısı 600,00 manat olmuş, bundan başqa faizlərə əsasən 500,00-600,00 manat əlavə gəlir əldə etmişdir. Təqsirləndirilən şəxs ona olan aliment borcundan 4000 manat ödəniş etmişdir. Onun bank kartına edilən ödənişləri o, Təqsirləndirilən şəxs hazırki aliment borclarına hesablayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verib göstərdi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2878/2022 saylı, 19 may 2022-ci il tarixli icra sənədinə əsasən 05 aprel 2022-ci il tarixdən başlayaraq 23 oktyabr 2014-cü il təvəllüdlü X6, 30 iyun 2018-ci il təvəllüdlü X7 və 28 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193,00 manat, cəmi 579,00 manat sabit pul məbləğində aliment və 28 yanvar 2020-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 100,00 manat məbləğində aliment borclu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilən icra vərəqəsi 01 iyun 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Borcun ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs adına hər-hansı daşınar və daşınmaz əmlakın olub-olmamasını müəyyən etmək üçün aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun adına hər-hansı daşınar və daşınmaz əmlakın qeydə alınması müəyyən edilməmişdir. Aparılan icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs “X11” MMC-də işlədiyi məlum olmuş və borclunun əmək haqqına yönəldilmişdir. Borclu Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə izahatında “X11” MMC-də artıq iki aydır işləmədiyini və aliment borcundan hər hansı ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Şamaxı rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 3(074)-193/2022 saylı qərarına əsasən o, 8 gün müddətində inzibati qaydada həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 8(074)- 122/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs “ölkədən getmək hüququ müvəqqəti” olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq Mərkəzi tərəfindən iş yeri təklif olunmuş, lakin bu barədə şöbəyə hər hansı rəsmi məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixə borcu 4782,00 manat təşkil edir. Bununla da, borclu Təqsirləndirilən şəxs borcunun məcburi ödənilməsi barədə şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə, izahatları alınmasına, onun qüvvədə olan məhkəmə qərarını qərəzli olaraq icra etməməsi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət izah olunmasına baxmayaraq, o borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq idarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(001)-2878/2022 saylı qətnaməsindən görünür ki, 05 aprel 2022-ci il tarixdən başlayaraq 23 oktyabr 2014-cü il təvəllüdlü X6, 30 iyun 2018-ci il təvəllüdlü X7 və 28 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana akimi saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 579 manat sabit pul məbləğində aliment və 28 yanvar 2020-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 100 manat məbləğində aliment borcu borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Şamaxı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 3(074)-193/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD-si üzrə icra nümayəndəliyi tərəfindən 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o kənddə yaşadığı müddətdə kənd sakinlərinin hörmətini qazanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 30 yanvar 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona qalan 1282 manat borcundan 500 manat ödəmiş, 782 manat borcu qalmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 14 manat, mart 2023-cü il tarixdə 18 manat, xx.xx.2023-cü il tarixdə 12 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 15 manat xx.xx.2023-cü il tarixdə 122 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 18 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 12 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 24 manat, 06 mart 2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 14 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 12 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 13 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 17 manat, xx.xx.2023-cü il tarixdə 14 manat, xx.xx.2023-cü il tarixdə 12 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 14 manat, xx.xx.2023-cü il tarixdə 16 manat, xx.xx.2023-cü il tarixdə 15 manat və xx.xx.2023-cü il tarixdə 175 manat olmaqla, ümumilikdə 782 manat ödəniş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-2878/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə təqsirləndirilir. Azərbacan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin "Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan aliment borcunu tam ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən, cinayət işi balana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə Zərərçəkmiş şəxs olan aliment borcunu tamamilə ödədiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməli və icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30(otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 39.1.11 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30(otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar