Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-45/2021 19.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şamaxı rayon Quşçu Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mürsəl oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1964-cü ildə Şamaxı rayonu Astraxanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 2019-cu ilin sentyabr ayından etibarən Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus Şamaxı rayonu Quşçu kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı təyinatlı örüş sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl əkib becərmiş yəni, kənd təsərrüfatlı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2001-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə Şamaxı rayonu Quşçu kəndi ərazisində örüş sahələrindən aralıda ümumilikdə 0,67 ha torpaq sahəsi verilmişdir. Yalnız keçən il özünə məxsus sahəni şumlayıb əkərkən həmin sahənin aşağı hissəsində olan 0,45 ha. Quşçu bələdiyyəsinə məxsus olan örüş sahəsini zəbt edərək şumlatdırıb əkmişdir. Həmin vaxt heç kim həmin torpaq sahəsini əkməyin qadağan olması barədə ona məlumat verməmişdir. Sonradan bir sıra kənd sakinləri tərəfindən Quşçu kənd bələdiyyəsinə məxsus sahənin zəbt edilərək əkilməsi barədə hüquq mühafizə orqanlarına müraciət edildiyini, həmin müraciətdə onun da adının qeyd edildiyini eşitmişdir. Hazırda həmin torpaq sahəsini bələdiyyəyə qaytarmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şamaxı rayon Quşçu bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs Mürsəl oğlu ifadə verib göstərdi ki, o, 2000-ci ildən Şamaxı rayon Quşçu bələdiyyəsinin üzvü olmaqla hal-hazırda bələdiyyə sədri vəzifəsində işləyir. 2016-cı ildən 2019-cu ilədək Quşçu bələdiyyəsinin sədri Şahid1 olmuşdur. Quşçu bələdiyyəsində iki kənd, bir qəsəbə daxil olmaqla ümumi 4,708 ha kənd bələdiyyə torpaq sahəsi vardır. Aşkar, Quşçu və Laləzar kəndi ərazisindədir. Onun bildiyinə görə keçmiş bələdiyyə sədri Şahid1 tərəfindən 2019-cu ilin payız aylarında kənd sakinləri dəfələrlə məlumatlandırılmışdır ki, bələdiyyə mülkiyyətinə aid olan örüş sahələrini şumlamasınlar. 2019-cu ilin sentyabr ayında kənd sakinləri tərəfindən Şahid1 müraciət olunmuşdur ki, kəndin örüş sahəsini digər kənd sakinləri qanunsuz olaraq əkib becərir və şumlayırlar. Kənd sakinlərinin müraciətləri dəqiqləşdirildikdən sonra Şahid1 tərəfindən lazımı orqanlara müraciət olunmuş, bununla bağlı ƏMDK-nin Şamaxı ərazi şöbəsinin əməkdaşları və bələdiyyə sədri Şahid1 iştirakı ilə zəbt olunmuş bələdiyyə torpaq sahələrinə baxış keçirilməklə bu barədə akt tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, Şamaxı rayon Quşçu və Laləzar kənd sakini Təqsirləndirilən şəxs 0,45 ha bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini zəbt edərək həmin yerləri şumlamış, orada arpa və buğda əkmişdir. Hazırda torpaq sahəsi bələdiyyəyə qaytarılmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2015-ci ildən Şamaxı rayonu Quşçu bələdiyyəsinin sədri olmuşdur. Şamaxı rayonu Quşçu bələdiyyəsinə iki kənd, bir qəsəbə daxil olmaqla həmin kəndlərdən biri də Şamaxı rayonu Laləzar kəndidir. Şamaxı rayonu, Laləzar kənd sakinləri X5 və digərlərinin Şamaxı rayonu Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışlar. O, həmin şəxslərə 2018ci il tarixdə əkdikləri ərazinin örüş sahəsi olmasını, şum işləri görüb, əkin əkməyin qadağan olması ilə bağlı bir neçə dəfə şifahi xəbərdarlıq etmiş və həmin vaxt onlar onun xəbərdarlıqlarını eşidib heç bir əkin şumlama işləri görməmişlər. 2019-cu ilin sentyabr ayında ərazini gəzən zaman Babaverdi Feyzullayev və digərlərinin özlərinə məxsus pay torpaqlarından kənara çıxıb örüş sahəsini zəbt edərək şumlamalarını aşkar edərək həmin şəxslərin etdikləri qanun pozuntusu ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı rayon şöbəsinə müraciət etmişdir. 16 oktyabr 2019-cu il tarixdə onun, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin Şahlar Baloğlanov və Fərid Nağdəliyevin iştirakları ilə müraciətdə qeyd olunan şəxslərin Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 0,45 hektar bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrini qanunsuz olaraq özbaşına şumladıqları müəyyənləşdirilmiş və bu barədə akt tərtib olunaraq möhürlənmişdir. Hər iki akt sonradan aidiyyatı təşkilatlara göndərilmişdir. Ona görə də, bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilərək sənədlər hazırlandıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi vəzifəsində işləyən X19 ifadə verib göstərdi ki, Şamaxı rayon Quşçu kənd sakinlərinin özlərinə məxsus pay torpaqlarından kənara çıxıb örüş sahəsini zəbt edərək şumlamaları ilə əlaqədar Quşçu bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı rayon şöbəsinə müraciəti ilə bağlı 16 oktyabr 2019-cu il tarixdə onların bələdiyyə sədri Şahid1 iştirakı ilə müraciətdə qeyd olunan şəxslər tərəfindən Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 0,45 hektar bələdiyyəyə məxsus örüş sahəsini zəbt edərək həmin yerləri şumlamaları müəyyən olunmuşdur. Ona görə də bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilərək sənədlər hazırlandıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin müdir müavini vəzifəsində işləyən X7 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, şahid X8 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Şamaxı rayonu Quşçu kəndi ilə Laləzar kəndlərinin örüş sahələri bir yerdədir. Şamaxı rayonu, Laləzar kənd sakinləri X5, X6, Təqsirləndirilən şəxs Əlyaqub oğlu, X23, İsmayılov Alpaşa Təvəkkül oğlu, X20, X9, X27, X21 və X1 rayonu, Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus olan örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışlar. Bununla bağlı onunla birlikdə həmkəndliləri Şahid6, Hacıbala Osmanov, Ağasif Əzizov, Aydın Eynalov, Rəşad Eynalov, Münasib İsmayılov və iyirmi nəfər kənd sakini həmin şəxslərə 2019-cu ilin sentyabr ayında şifahi olaraq xəbərdar edib həmkəndli olduqlarını, həmin şəxslərin bir səhv edib örüş sahəsini şumlamalarını, şumladıqları əraziyə toxum səpib, əkin işləri görəcəkləri təqdirdə barələrində aidiyyatı orqanlara müraciət edəcəklərini deyərək xəbərdar etmişlər. Şamaxı rayon Quşçu bələdiyyəsinə şifahi məlumat verdikdən sonra bələdiyyə işçiləri də əraziyə baxış keçirib həmin şəxsləri xəbərdar etmişlər. X22, Ağahəsən Bayramov, Təqsirləndirilən şəxs, Rasim İsrafilov, Alpaşa İsmayılov, Seyran Mərdanov, Xəqani Zülfüqarov, Ağadəmir Muradov, Heydər Heybətov və Mirələm Həmidov onların xəbərdarlıqlarına məhəl vermədikləri üçün həmin şəxslər barədə onunla birlikdə həmkəndliləri Şahid6, Hacıbala Osmanov, Ağasif Əzizov, Aydın Eynalov, Rəşad Eynalov, Münasib İsmayılov və iyirmi nəfər kənd sakini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası ƏMDK-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid7 Əlişirin oğlu, Şahid8, X3, Şahid10 ifadə verib Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Şahid6 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli, aktdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahlar Baloğlanov, məsləhətçi müfəttişi Fərid Nağdaliyev və Şamaxı rayonu Quşçu bələdiyyəsinin sədri Şahid1 iştirakları ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, X4 8 hektar, X10 1,0 hektar, X15 1,0 hektar, X11 0,70 hektar bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini özbaşına qanunsuz şumladıqları müəyyənləşdirilmişdir. İş materiallarında olan 01 iyul 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 0,45 ha sahəni özbaşına tutaraq zəbt etmiş və şumlatdırmaqla taxıl əkib becərmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu, Quşçu kənd sakini Təqsirləndirilən şəxs oğlu Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus 0,45 hektar torpaq sahəasini həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmasan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. İş materiallarında olan Quşçu bələdiyyəsindən rayon polis şöbəsinə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahələrinin icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədən həmin sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmiş, rüsum haqqı ödənilməmişdir. İş materiallarında olan Quşçu bələdiyyəsindən daxil olmuş 16 nömrəli, 12.03.2020-ci il tarixli məktubdan görünür ki, profilaktik söhbətlər aparılaraq zəbt etdikləri torpaq sahələrini bələdiyyənin sərəncamına və əhalinin ümumi istifadəsinə qaytarmaları təklif olunsa da, Təqsirləndirilən şəxs oğlu qanunsuz zəbt etdiyi örüş sahəsini könüllü olaraq bələdiyyənin sərəncamına və əhalinin ümumi istifadəsinə qaytarmaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 aprel 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 3(üç)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-45/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-45/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver