Məhkəmə qərarları › İş №1(074)-46/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-46/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-46/2021 05.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxs X1 Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1961-ci ildə Bərdə rayonu Mollaı kəndində anadan olmuş, Azərbaycan Respubliaksı vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə rayonu Mollalı kəndində qeydiyyatd olan, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay küçəsi 1 saylı evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2020-ci il tarixdə saat 09:30 radələrində «MERCEDES BENZ AXOR» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil və “MULLER” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobili Şamaxı- Göylər avtomobil yolunun Məlikçobanlı kəndi ərazisindən keçən hissəsində idarə edərək Şamaxı rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobillə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq göstərib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq hərəkəti istiqamətində qaz heyvanının olmasını görüb idarə etdiyi avtomobili əks istiqamətli hərəkət zolağına doğru hərəkət etdirərək hərəkət üçün təhlükəli şərait yaratmaqla həmin yolda əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanı avtomobili ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanı avtomobildə sərnişin qismində əyləşmiş X9 alın nahiyəsində yara, sağ gicgah sümüyünün və kəllə əsasının sınığı, baş beyinin əzilməsi ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan ölümlə birbaşa əlaqəli xəsarətlər yetirərək, gicgah sümüyünün və kəllə əsası sümüklərinin sınması ilə ölməsinə, Zərərçəkmiş şəxs sağ daban sümüyünün yerini dəyişən qapalı sınığı, döş qəfəsinin sağ tərəfinin əzilməsi, sağ əlin İ barmağının cırılmış yarası, alının və sol dizində sıyrıntı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanı avtomobilin müxtəlif detallarının əzilməsi ilə Zərərçəkmiş şəxs 1475 (min dörd yüz yetmiş beş) manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, «MERCEDES BENZ AXOR 1840LS YÜK» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili və həmin avtomobilə qoşulmuş, “MULLER YARİMQOŞQU” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı “Özüboşaldan” tipli qoşqunu etibarnamə ilə idarə etmişdir. O, həmin yük avtomobili ilə sifariş olanda yük daşıyırdı. Fətəli adlı şəxsin sifarişi ilə Şamaxı- İsmayıllı yolunun Ağsu çayı tərəfində gedən təmir işləri ilə əlaqədar idarə etdiyi yük avtomobili ilə Şamaxı rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisindən həmin təmir işi gedən yerə qum daşımağa razılaşmışmış, razılaşmamalarına əsasən hər reysində 80 manat olmaqla qum daşımalı idi. Belə ki, 26 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi yük avtomobilinə 30 ton qum yığılandan sonra, Bəhrəmtəpədən çıxıb Sabirabad rayonu tərəfdən gəlib gecə vaxtı Hacıqabul rayonu Padar kəndi ərazisində idarə etdiyi yük avtomobilini saxlamış, gecə vaxtı yük avtomobilinin kabinasında yatmış, 27 noyabr 2020-ci il tarixdə, saat 08 radələrində Padar kəndindən yük avtomobili ilə yola çıxmış, saat 09:30 radələri olardı, Şamaxı-Göylər yolunun Məlikçobanlı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən, hərəkətim istiqamətində yolun mərkəzdən nisbətən sağ hissəsində qaz heyvanının olduğunu görüb siqnal vermiş, lakin qaz heyvanının yoldan çıxmadığını görüb idarə etdiyi yük avtomobilini hərəkəti istiqamətindən sola doğru çəkmiş, yolda onun hərəkətinin əksi istiqamətində “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfdən gəldiyini görüb toqquşmamaq üçün avtomobili daha da sola çəkmişdir ki, həmin avtomobil ilə toqquşmasın, əgər həmin avtomobilin sürücüsü avtomobili hərəkəti istiqamətində azca sola çəksəydi heç bir hadisə baş verməyəcəkdi, lakin onun avtomobili hərəkəti istiqamətində sol tərəfdən yolun kənarına doğru hərəkət etdirməyini görən həmin avtomobilin sürücüsü də idarə etdiyi avtomobili həmin tərəfdən yolun kənarına tərəf, yəni öz gəldiyi istiqamətdə sağa doğru olmaqla hərəkət olmayan tərəfə çəkmiş, buna görə də qarşı hərəkət zolağından yolun ehtiyat hissəsinə çıxan yerdə onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi həmin avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş, “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sağ ayağında sınıq olmuş, həmin avtomobildə olan sərnişin isə başından aldığı xəsarətə görə halsız vəziyyətdə olmuş, lakin ölməmişdir. Buna görə də o, halsız vəziyyətdə olan həmin şəxsi avtomobildən çıxarmış, həmin şəxs nəfəs alırmış, o, onu çıxarıb yerə qoyandan sonra həmin şəxs iki dəfə dərindən nəfəs almış və hissə etmişdir ki, nəfəsi gəlmədi. Həmin vaxtı az sonra X22 avtomobili hadisə yerinə gəlmiş və həmin şəxslə xəsarət alan sürücünü xəstəxanaya aparmış, sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. O, polisə gəlib hadisə barədə bildirmişdir. Avtomobildə tək olmuş, başqa şəxs olmamışdır. O, hadisə zamanı ayıq olmuş, uzun müddətdir ki, o, spirtli içki qəbul etmir, həmin hadisədən əvvəl də spirtli içki içməmişdir Həmin vaxtı idarə etdiyi yük avtomobilini təxminən 50-55 km/saat surətlə hərəkət etdirirmişdir. Həmin vaxtı “VAZ-21015” markalı avtomobil təxminən 55-60 km/saat surətlə hərəkət olmuşdur. İdarə etdiyi yük avtomobili hadisə vaxtı başqa heç bir avtomobilə, hansısa bir şəxsə və ya obyektə dəyməmiş və zərər yetirməmişdir. Qeyd etmişdir ki, həmin vaxtı hava yağışlı olmuş, onun hərəkəti istiqamətində sağ tərəfdə evlər olduğundan o, ani olaraq fikirləşmişdir ki, sağa doğru çıxarsa yüklü avtomobil sürüşüb hansısa yaşayış evinə dəyə bilər. Buna görə də sola doğru çıxarmış, çünki, hərəkətinin sol tərəfi istiqamətində yaşayış evləri yox, ancaq boş sahə olmuşdur. Həmin vaxtı yük avtomobilinin qoşqusunda təxminən 30 ton qara qum olmuşdur. Həmin avtomobildə sürücüdən başqa bir nəfər sərnişin olmuşdur ki, həmin şəxs də xəsarət alıb ölən şəxsdir. Yükün olmasını isə bilməmişdir. O, həmin vaxtı yolda onun idarə etdiyi yük avtomobili ilə toqquşan avtomobildən başqa digər avtomobil görməmişdir O, hadisə anında kimisə görməmişdir. Hadisədən sonra isə ora çoxlu şəxslər toplaşmışlar. O, həmin şəxsləri tanımamışdır. O, təxminən 10 gün bundan əvvəl özü bütün detallara nəzarət etmiş, bütün detallar saz vəziyyətdə olmuşdur. O, hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir, təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün xəsarət almamışdır. İdarə etdiyi «MERCEDES BENZ AXOR 1840LS YÜK» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili və həmin avtomobilə qoşulmuş, “MULLER YARİMQOŞQU” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı “Özüboşaldan” tipli qoşqunu o, X6 pul verib almış, hazırda da etibarnamə ilə idarə edir. Buna görə də avtomobilin əzilməsinə görə X10 heç bir məbləğdə ziyan dəyməmişdir, ziyan onun özünə dəymişdir. Əlavə olaraq qeyd etmişdir ki, əməlindən peşmançılıq çəkir, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışmasını, ilk dəfə məhkum olunmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadə verib göstərdi ki, X15 onun həyat yoldaşıdır, Elnur Xəlilov qəssablıqla məşğul olmuşdur. Hərbi xidmətdə olan oğlu yaxın vaxtlarda evlərinə gələcəyi üçün oğlunun qarşılanması üçün evlərində ailədaxili yığıncaq keçirilməsinə görə Elnur evə bir neçə ərzaq və hinduşka almalı olmuş, bu məqsədlə 27 noyabr 2020-ci il tarixdə səhər tezdən Elnur evdən çıxıb Şamaxı rayonuna getmişdir. Elnur gedəndən sonra, bir müddət keçmiş saat təxminən 09:30 radələrində X5 kənd yolunda avtoqəza nəticəsində xəsarət alıb hadisə yerində vəfat etməsi xəbərini eşitmişdir. Buna görə o, digər ailə üzvləri ilə birlikdə hadisə yerinə getmiş, orada olarkən Elnur Xəlilovun avtoqəza nəticəsində almış olduğu xəsarətlərdən vəfat etdiyi məlum olmuş, bundan sonra Elnur Xəlilovun meyiti məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilmişdir. Onu da qeyd etmişdir ki, o, hadisənin şahidi olmamış, sonradan hadisə barəsində eşitmişdir ki, Elnur Xəlilov həmin vaxtı Zərərçəkmiş şəxs adlı şəxsin idarə etdiyi “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş və həmin avtomobil MERCEDES BENZ AXOR 1840LS YÜK» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili ilə toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsindən Elnur Xəlilov aldığı xəsarətlərdən vəfat etmişdir. Ona dəyən ziyan ödənildiyindən, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi olmadığını, ona yüngül cəza verilməsini bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, onun özünə məxsus olan “VAZ-21015” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili vardır. Belə ki, 27 noyabr 2020-ci il tarixdə, saat 09 radələrində idarə etdiyi “VAZ-21015” markalı avtomobili ilə Şamaxı rayon mal bazarına getmişdir ki, evə heyvan alsın. Bazarın qabağına çatanda görmüşdür ki, əvvəllər tanıdığı Elnur Xəlilov yolun kənarında dayanıb. O, avtomobili saxlayıb Elnurla salamlaşandan sonra, Elnur ondan xahiş etmişdir ki, “məni evimizə apar”. O, Elnuru tanıdığı üçün onu aparmağa razılaşmışdır. Həmin vaxtı hava yağışlı olmuşdur. Elnuru və onun aldığı hindquşularını avtomobilinə mindirib Şamaxı-Göylər-Padarçöl yolu ilə Şamaxı rayonu Məlikçobanlı kəndinə aparmış, Elnur avtomobildə qabaq sağ tərəfdə əyləşmişmiş, hindquşularını da arxa yük yerinə qoymuşdur. Avtomobil ilə kəndin kənarına çatandan sonra, qarşı tərəfdən “Mersedes” markalı yük avtomobilinin gəldiyini gördmüşdür. “Mersedes” markalı yük avtomobilinin sürücüsü öz hərəkəti istiqamətində yolda qaz heyvanının olduğunu görüb qəflətən idarə etdiyi yük avtomobilini sola tərəf, yəni onun avtomobilinin hərəkəti istiqamətində yola çıxmış, o, görmüşdür ki, yük avtomobili onun hərəkəti istiqamətindən çıxmır, buna görə də o, idarə etdiyi avtomobili sağa tərəf çəkəndə “Mersedes” markalı yük avtomobilinin qabaq sağ tərəfi onun avtomobilinin qabaq sol tərəfi ilə toqquşmuş və yolnəqliyyat hadisəsi baş vermişdir. Nəticədə, onun sağ ayağı əzilmiş, eləcə də avtomobildə qabaq sağ oturacaqda əyləşmiş Elnur Xəlilovun baş nahiyyəsi avtomobilin hansısa detalına dəyib əzilmişdir. Bu vaxtı, o, da zərbənin təsirindən halsızlaşmışdır və çətinliklə özünə gəlib qapını açıb avtomobildən düşmüşdür. Həmin vaxtı kimlərsə və sonradan bildiyinə görə “Mersedes” markalı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs da Elnur Xəlilovu avtomobildən çıxarmışdırlar. Onu da qeyd etmişdir ki, Elnur onun avtomobilindən çıxarılan ana kimi az da olsa nəfəs almış və nəfəsinin xırıltısı eşidilmişdir. Lakin, avtomobildən çıxarılandan sonra o, ölmüşdür. O, özü avtomobildən çıxandan sonra, hadisə yerinə gələn X22 avtomobili ilə onu Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Onuni idarə etdiyi avtomobildə Elnur Xəlilovdan başqa heç kim olmamışdır. O, spirtli içki qəbul etməmiş, həmin hadisədən əvvəl də spirtli içki içməmişdir. Həmin vaxtı idarə etdiyi avtomobili təxminən 50-60 km/saat surətlə hərəkət etdirmişdir. Həmin vaxtı “Mersedes” markalı yük avtomobilinin hansı surətlə hərəkət etdiyini bilməmişdir. İdarə etdiyi avtomobil hadisə vaxtı başqa heç bir avtomobilə, hansısa bir şəxsə və ya obyektə dəyməmiş və zərər yetirməmişdir. Qeyd etmişdir ki, o, həmin vaxtı ani olaraq fikirləşmişdir ki, öz hərəkət zolağından qarşı hərəkət zolağına keçsə başqa avtomobil gələr, buna görə də avtomobili sağa doğru hərəkət etdirmişdir. O, hadisə anında kimisə görməmiş, hadisədən sonra isə ora çoxlu şəxslər toplaşmışlar. O, həmin şəxsləri tanımamışdır. O, təxminən hadisənən bir neçə gün əvvəl özü bütün detallara nəzarət etmişdir. Avtomobilin bütün detalları saz vəziyyətdə olmuşdur. O, təhlükəsizlik kəmərəsindən istifadə etməmişdir, eləcə də Elnur Xəlilov da təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Ona dəymiş ziyan ödənildiyindən, şikayəti olmadığını bildirib, məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verib göstərdi ki, Şamaxı rayon X18 X19 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində polis baş serjantı xüsusi rütbəsində xidmət aparır. Faktla bağlı bildirmişdir ki, 27 noyabr 2020-ci il tarixdə, saat 09 radələrində o, Şamaxı rayon X18 X19 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində polis baş serjantı Şahid1 ilə rayon ərazisində xidmətdə olduğu vaxtı, Şamaxı-Göylər-Padarçöl yolunun Şamaxı rayon Məlikçobanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olduğu üçün polis baş serjantı Şahid1 ilə dərhal qeyd etdiyi hadisə yerinə getmişlər. Məlum olmuşdur ki, həmin yolda Təqsirləndirilən şəxs idarə etdiyi «MERCEDES BENZ AXOR 1840LS YÜK» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili ilə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21015” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuş, toqquşma nəticədə “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Şamaxı rayonu Məlikçobanlı kənd sakini X15 aldığı xəsarətlərə görə avtomobildən çıxarılandan sonra ölmüşdür, eləcə də sürücü Zərərçəkmiş şəxs özü də xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs isə heç bir xəsart almamışdır. Eyni zamanda, hadisə yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, protokolla sxem tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Hadisə yerinə baxış keçirirləkən görünürdü ki, yol-nəqliyyat hadisəsi “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi zolaqda ehtiyat hissəyə yaxın yerdə baş vermişdir. Daha sonra, baxış qurtarmış və xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək şahid X11 ifadələrində göstərilən xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə 27 noyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş vermə mexanizminə və aparılmış ibtidai istintaqla müəyyən edilir ki, yol nəqliyyat hadisəsi Şamaxı-Göylər avtomobil yolunun Məlikçobanlı kəndi ərazisindən keçən hissəsində asfalt yol ilə ehtiyyat hissəsinin birləşdiyi yerdə baş vermişdir, hadisə yerində yağış yağdığı üçün yer suludur, yolun ehtiyat hissəsi palçıqlıdır. Baxış - Şamaxı rayon mərkəzindən Göylər kəndi istiqamətində keçirilmişdir. Hadisə baş vermiş yol asfalt örtüklü, düz, bir qədər irəlidə döngəli, hadisə vaxtı və hadisədən sonra yaş olmuşdur. Yolun üzərində hərəkət axınını ayıran qırıq xətlər vardır. Hadisə yerində «MERCEDES BENZ AXOR 1840LS YÜK» markalı nəqliyyat vasitəsinin təkərinə xarakterik toqquşma yerinə kimi 19 (on doqquz) metr uzunluqda tormoz izləri vardır. Yolun asfalt örtüyünün - hərəkət hissəsinin eni 7 (yeddi) metrdir. Yol iki hərəkət zolaqlıdır. Sağ ehtiyat hissə torpaq örtüklüdür, yağış yağdığı üçün torpaq örtük palçıqlı olmuşdur, sağ ehtiyat hissə 2 (iki) metr enindədir, sağ ehtiyat hissənin kənarında tel məftillə əhatə olunmuş boş sahə vardır və məftildən sağ ehtiyyat hissəyə qədər olan məsafət 3,5 (üç metr 50 santimetr) metrdir, sağ ehtiyat hissədən yolun mərkəzinə kimi 3,5 (üç metr 50 santimetr) metr məsafə vardır. Yolun sol ehtiyyat hissəsi torpaq örtüklüdür, yağış yağdığı üçün torpaq örtük palçıqlı olmuşdur, sol ehtiyat hissə 3,5 (üç metr 50 santimetr) metr enindədir, sol ehtiyat hissənin kənarında kiçik su arxı, daha sonra yaşayış evlərinə aid həyətyanı sahələr yerləşir, sol ehtiyat hissədən yolun mərkəzinə kimi 3,5 (üç metr 50 santimetr) metr məsafə vardır. Hadisədən əvvəl, «MERCEDES BENZ AXOR 1840LS YÜK» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Şamaxı rayon mərkəzi istiqamətində, “VAZ-21015” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil isə üzü Göylər kəndi istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində avtomobillərin arxa hissələri bir-birinə yaxın (toxunmuş) vəziyyətdə dayanmışdır. Toqquşma yeri - baxış keçirilən istiqamətdə yolun sağ hərəkət zolağı ilə ehtiyat hissəsinin birləşdiyi yerdə yerləşir. Toqquşma yerindən avtomobillərin dayandığı yerə qədər olan məsafə 16 metrdir. Hadisə yerində “VAZ-21015” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilə aid tormoz izi yoxdur. Cinayət işinin materiallarından görünür ki, hər iki avtomobil hadisədən qabaq texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İş materiallarında olan Şamaxı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmişsərxoşluq vəziyyətinin tibbi müayinəsinin 27.11.2020-ci il tarixli 324 saylı Aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs sərxoşluq aşkar edilməmiş, ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan, AD № 299534 və AD № 505002 nömrəli olmaqla nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən, 9184 nömrəli etibarnamədən, AC903374 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən - «MERCEDES BENZ AXOR 1840LS YÜK» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili və həmin avtomobilə qoşulmuş, “MULLER YARİMQOŞQU” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı “Özüboşaldan” tipli qoşqu avtomobilini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan AC № 44933 nömrəli qeydiyyat şəhadətnaməsindən, AC 452142 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs qeyd edilən “VAZ- 21015” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 23.12.2020-ci il tarixli, 517 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ daban sümüyünün yerini dəyişən qapalı sınığı, döş qəfəsinin sağ tərəfinin əzilməsi, sağ əlin İ barmağının cırılmış yarası, alının və sol dizində sıyrıntı küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 27.11.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sürücü qismində alınması mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 27.11.2020-ci il tarixli, 27 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, X8 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər – alın nahiyəsində yara, sağ gicgah sümüyünün və kəllə əsasının sınığı, baş beyinin əzilməsi küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 27.11.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gəlmişdir. X8 almış olduğu xəsarətlər, sağ qulaq sümüyünün kəllə əsasına keçən sınığı, baş beyinin əzilməsi ağır zərər vurmaya aiddirlər, ölümlə birbaşa əlaqəlidirlər. X8 ölümünə səbəb gicgah sümüyünün və kəllə əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm 27.11.2020-ci il tarixdə baş vermişdir. İş materiallarında olan Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X14 daxil olmuş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 903374 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. «MERCEDES BENZ AXOR» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.09.2019-cu ildən 09.12.2025-ci il tarixədək, “MULLER” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu 13.11.2019-cu ildən 26.09.2021-ci il tarixədək Təqsirləndirilən şəxs etibarnamə ilə istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İdarəsindənin 19 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə bağlı Şamaxı Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi tərəfindən 27 noyabr 2020ci il tarixdə baxış keçirilmiş, müəyyən edilmişdir ki, “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1475 (min dörd yüz yetmiş beş) manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə- Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” üzrə tərtib edilən 15.01.2021-ci il tarixli 8/2307 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edimişdir ki,

1. «MERCEDES BENZ AXOR» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. – hərəkət üçün təhlükə yaranan anda “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq olaraq 45.5-52 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “VAZ-21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq olaraq 45.5-52 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü Təqsirləndirilən şəxs hərəkət zamanı avtomobilin təhlükəsizlik kəmərindən istifadə etmədiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, Vaz-21015 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X2 təhvil verilmişdir. İş materiallarında olan Bərdə rayonu Mollalı kənd İƏD üzrə icra nümayəndəliyinin 08 fevral 2021-ci il tarixi 95 saylı arayışından görünür ki, o Bərdə rayonu Mollalı kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu Mollalı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən 08 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, ailəsi ilə birlikdə fərdi təsərrüfatla məşğul olmuşdur, nümunəvi davranışı ilə kənd ağsaqqalları və gənclər arasında böyük hörmətə malikdir. Kənd sakinləri ilə mehriban münasibətdədir. Kəndin ictimai işlərində fəal iştirk edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasının aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli oəzaçəkmə müəssisəsində çəkməlidir və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Vaz-21015 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 və ** RF *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili və həmin avtomobilə qoşulmuş “MULLER YARİMQOŞQU” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı özüboşaldan tipli qoşqunun sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 100 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib,1(bir) il 6(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvəsində saxlanılsın. Vaz-21015 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 və ** RF *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili və həmin avtomobilə qoşulmuş “MULLER YARİMQOŞQU” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı özüboşaldan tipli qoşqunun sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 100 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar