Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-46/2022 01.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, mülki iddiaçı X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkum olunmamış, Şamaxı rayonu, Muğanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci ildə saat 12 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21214” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 125,3-cü kilometrində, Bakı istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı hissəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək, yolun sağa doğru döngəli hissəsində asfalt səthinin qarlı və sürüşkən hissəsində idarəetməni itirib qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan X1 20-30 km/saat sürətlə idarə etdiyi “Kia Sportage” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan “Kia Sportage” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs sağ pəncənin Lisfrant oynağının sınığı kimi dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, VAZ-21214 markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 yanvar 2022-ci il tarixdə saat 12 radələrində avtomobilində yoldan götürdüyü iki qızla birlikdə Ağsu rayonundan Şamaxı gəhərinə gedərkən yolun üzəri qarlı olduğundan sağa olan döngəli yolda sola sürüşərək istimqamətlənmiş, bu vaxtı qarşıdan əks istiqamətdən gələn avtomobilin yoluna çıxaraq qara rəngli cip avtomobili ilə toqquşmuş, hadisə zamanı o və avtomobilində olan sərnişinlər xəsarət almışlar. Onları xəstəxanaya aparmışlar. Sonradan eşitmişdir ki, digər avtomobildə bir nəfər şəxs xəsarət almışdır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamış, avtomobili təxminən 30-35 km/saat sürətlə hərəkət etdirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 20 yanvar 2022-ci il tarixdə günorta vaxtı tanışı Hüseyn Məmmədzadənin idarə etdiyi “Kia Sportage” markalı avtomobildə sərnişin kimi qabaqda sürücünün yanında oturub Şamaxı şəhər ərazisində Ağsu istiqamətində öz yolu ilə hərəkətdə olarkən yol qarlı olduğu üçün Hüseyn avtomobili asta sürətlə öz yolunda idarə etmişdir. Birdən əks istiqamətdə ağ rəngli “Niva” markalı avtomobil qəflətən sola onların qarşısına istiqamətlənmiş, elə həmin an əyləşdiyi avtomobilin ön hissəsi ilə onların yolunda toqquşma baş vermişdir. Ondan başqa avtomobildə arxada tanışı Ayxan oturmuşdur. Hadisə nəticəsində o və Hüseyn xəsarət almışlar. Onun aldığı xəsarət ağır olduğu üçün əvvəlcə Şamaxı xəstəxanasına gəlmiş, orada rentgen aparatı işləmədiyi üçün Bakı şəhər xəstəxanasına gəlib əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X7 ifadə verib göstərdi ki, 20 yanvar 2022-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan “Kia Sportage” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şamaxı rayonuna gedərkən Bakı-Şamaxı yolunun Şamaxı rayonu ərazisində hava qarlı olmuşdur. O, avtomobili sağ zolaqda öz yolunda 20-30 km/saat sürətlə hərəkət etdirən zaman birdən əks istiqamətdən gələn ağ rəngli “Niva” markalı avtomobil sürüşərək onun yoluna çıxmış, o, ayağını əyləcə atsa da, avtomobilinin ön hissəsi arasında toqquşma baş vermişdir. Avtomobilində qabaqda tanışı Zərərçəkmiş şəxs, arxada isə digər tanışı Şahid3 əyləşmişdir. Nəticədə o və Mirzə xəsarət almışlar. Onun yoluna çıxıb avtomobilini vuran “Niva” markalı avtomobilin sürücüsü də xəsarət almışdır. Həmin avtomobildə də iki xanım sərnişin olmuşdur. Heç birini tanımamışdır. Həmin avtomobil döngəli yoldan çıxan kimi qəfildən heç bir səbəb olmadan onun yoluna istiqamətlənmişdir. Yol qarlı olmuşdur. O, heç bir tədbir görə bilməmiş, dərhal ayağını əyləcə atsa da, toqquşma baş vermişdir. Hadisənin qarşısını ala bilməmişdir. O, qeyd etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi nəticəsində ona 7120 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışdığını, şikayətçi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, 20 yanvar 2022-ci il tarixdə saat 22 radələrində sinif yoldaşı X1 idarə etdiyi “Kia Sportage” markalı avtomobili lə Bakı şəhərindən Şamaxı rayonuna gedərkən Bakı-Şamaxı yolunun Şamaxı şəhər ərazisindən keçərkən Hüseyn avtomobili öz yolunda yol qarlı olduğundan asta sürətlə hərəkət etdirmiş, birdən əks istiqamətdən gələn ağ rəngli “Niva” markalı avtomobil qəfildən əyləşdiyi avtomobilin üstünə istiqamətlənmiş, elə həmin an əyləşdiyi avtomobilin ön hissəsindən vurmuşdur. Hadisə zamanı avtomobili Hüseyn idarə etmiş, o, avtomobildə arxa sağda, digər tanışı Zərərçəkmiş şəxs qabaqda sağda Hüseynin yanında əyləşmişdir. Hadisə nəticəsində Hüseyn xəsarət almışdır. Mirzənin ayağı isə çox əzilmiş, o isə xəsarət almamışdır. Əyləşdiyi avtomobillə toqquşan “Niva” markalı avtomobilin sürücüsü və sərnişinlərini tanımamışdır. “Niva” markalı avtomobil heç bir səbəb olmadan onların yoluna çıxmış və məsafə az olduğundan qəza baş vermişdir. Hadisə zamanı avtomobili 30-35 km/saat sürətlə idarə etmişdir. Avtomobili idarə etmək üçün etibarnaməsi olmasa da özünə məxsusdur, lakin vaxtı olmadığı üçün sənədləşdirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 20 yanvar 2022-ci il tarixdə saat 12 radələrində sərnişini olduğu Qubat adlı sürücünün idarə etdiyi ağ rəngli avtomobillə Şamaxı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisində “Bənövşə” restoranının qarşısında keçdikləri zaman yol qarlı və sürüşkən olduğundan əyləşdiyi “Niva” markalı avtomobil sağa olan az döngəli yolda heç bir səbəb olmadan sürüşərək qarşı yolda əks tərəfə çıxıb qarşıdan gələn qara rəngli “Kia” markalı avtomobillə toqquşmuşdur. O, Aytac və sürücü xəsarət almışlar. “Kia” markalı avtomobildə də xəsarət alan olmuşdur. O, avtomobillərin sürücülərini tanımamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, 20 yanvar 2022-ci il tarixdə saat 12 radələrində sərnişini olduğu “Niva” markalı avtomobillə Ağsu rayonu istiqamətindən Şamaxı rayonuna gələrkən Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisində “Bənövşə” restoranının qarşısına çatanda sərnişin kimi əyləşdiyi avtomobil qarlı havada sola çıxaraq qarşıdan gələn “Kia” markalı cip avtomobili ilə toqquşmuşdur. Nəticədə o, xəsarət almışdır. İş üzrə Şahid1 məhkəməyə teleqram göndərərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İş materiallarında olan 20 yanvar 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 8 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs AB 541988 saylı sürücülük vəsiqəsindən görünür ki, onun 12 sentyabr 2013-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək BC kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarında olan AD 437862 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-DV-*** nömrəli “VAZ 21214” markalı nəqliyyat vasitəsinin sahibi X4r. İş materiallarında olan X2 ərizəsindən görünür ki, “Vaz-21214” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, həmin avtomobili Təqsirləndirilən şəxs satmışdır. Ona görə də, faktiki mülkiyyət sahibi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Şamaxı rayon şöbəsinin 29.01.2022-ci il tarixli 25 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ pəncənin lisfrant oynağının sınığı və çıxığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 20.01.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində alınmağa uyğun gəlirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli 016-13455-1222 nömrəli məktubda göstərilir ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən, xx.xx.1987-cı il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 12.09.2013-cü il tarixdə (12.09.2023-cü il tarixədək müddətə etibarlı olan) AB seriyalı 541988 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. İş materiallarında olan Şamaxı rayon İHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 fevral 2022-ci il tarixli 34 saylı arayışından görünür ki, o, arvadı 1992-ci il təvəllüdlü X9, oğlanları 2010-cu il təvəllüdlü X13, 2012-ci il təvəllüdlü X10 və qızı 2016-cı il təvəllüdlü X8 ilə Şamaxı rayonu, Muğanlı kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlyi tərəfindən 14 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, yaşadığı kəndin xeyir və şər işlərində yaxından iştirak etməklə yanaşı, öz qayğısını əsirgəməyən, ən ağır və ən çətin yaranmış problemlərdə yaxından köməklik göstərən sadə bir kənd sakinidir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 18 fevral 2022-ci il tarixli, 8/240 nömrəli rəyindən məlum olur ki, “VAZ-21214” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 27 fevral 2022-ci il tarixli ziyan aktından görünür ki, “Kia Sportage” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7120 manat ziyan dəymişdir. İş materiallarından görünür ki, “Kia Sportage” markalı, **-CE-*** və “VAZ-21214” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs oğlu ilə barışdıqlarını, ondan şikayət və tələbləri olmadıqlarını göstərmişlər. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və onlarla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və qəbul edilmiş qərarın surəti inzibati məsuliyyəti barədə tədbir görülməsi üçün Şamaxı rayon prokurorluğuna göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100,0 manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübutlar “Kia Sportage” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşınım X5 və “VAZ-21214” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pulun fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə qəbul edilmiş qərarın surəti inzibati məsuliyyəti barədə tədbir görülməsi üçün Şamaxı rayon prokurorluğuna göndərilsin. Ekspertiza tədqiqatının dəyəri – 100,0 manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübutlar “Kia Sportage” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşının X5 və “VAZ-21214” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pulun fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-46/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-46/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver