Məhkəmə qərarları › İş №1(074)-47/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-47/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-47/2021 19.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Şamaxı rayonu Talışnuru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Talışnuru kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şamaxı rayonu Talışnuru kəndi ərazisində yerləşən “kənd yeri” adlanan örüş otlaq sahəsinin kənd sakinlərinə məxsus əkin və biçin sahələri olması qənaətinə gələrək həmin ərazinin 200 (iki yüz) hektarının Talışnuru bələdiyyəsinin 16 oktyabr 2003-cü il tarixli qərarı ilə oğlu Bəhruz Həsənovun icarəsinə verildiyini iddia edib orada heyvandarlıqla məşğul olan Zərərçəkmiş şəxs torpaq sahəsindən çıxarılması, icarə müqaviləsinin ləğv edilməsi və yaxud etibarsız hesab edilməsi ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyatı dövlət qurumlarına, yerli özünü idarəetmə orqanı olan bələdiyyəyə müraciət etməli olduğu, mülki və inzibati icraat qaydasında müvafiq məhkəmələrdə iddia qaldırmalı olduğu halda bunları etməyərək qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hərəkətlər edərək həmkəndliləri X1, X20, X14, Hüseynov Babaşah Gülqardaş oğlu, X15, X16, X4, X17, X2 və X18 ilə birlikdə 04 iyul 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları özbaşına həmin sahədən çıxarıb kənd ərazisinə, oradan da təxminən 15 (on beş) km məsafədə yerləşən “Abdulalı bulağı” adlanan sahəyə aparması nəticəsində 40 (qırx) baş xırdabuynuzlu heyvanların ayaqlarının zədələnməsinə səbəb olaraq hər bir heyvanın müalicə xərcinə görə 30(otuz) manat, 60 (altmış) baş boğaz qoyunların bala atmasına səbəb olaraq hər bir heyvana görə əldən çıxan fayda qismində 150 (yüz əlli) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 10200 (on min iki yüz) manat dəyərində mühüm ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsmində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, yaşadığı Talışnuru kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar, Talışnuru kəndinin bələdiyyəsinə məxsus olmaqla “kənd yeri” adlanan sahələr kənddən təxminən 2-3 km aralıda yerləşir, həmin sahələr örüş sahələri kimi istifadə edilir, kənd bələdiyyəsi 2003-cü ildə həmin ərazini Bəhruz Həsənova icarə müqaviləsinə əsasən icarəyə vermişdir. Lakin, həmin “kənd yeri” adlanan sahəni dədə-babadan örüş sahəsi kimi istifadə etmişlər, həmin ərazidə bitmiş otları biçib heyvanlarına yedirtmişlər, buna görə də həmin sahələr onların otlaq sahələri olmuşdur. 03 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs iki nəfər çobanı ilə öz heyvanlarını həmin sahəyə gətirəndə o, da kənd sakinləri ilə buna etiraz etmişlər. Həmin vaxtı gecə saatları olduğundan icra nümayəndəsi Şahid3 onlara demişdir ki, səhərisi gəlib bu məsələni Zərərçəkmiş şəxsla aydınlaşdırarlar. 04 iyul 2020-ci il tarixdə səhər vaxtı o, kənd sakinləri ilə birlikdə həmin sahəyə getmişlər, icra nümayəndəsi Şahid3, bələdiyyə sədri Sədaqət Əsgərov və Zərərçəkmiş şəxsla birlikdə həmin sahəyə getmişlər. Talışnuru kənd sakinlərindən X20, X1, X4, X14, Hüseynov Babaşah Gülqardaş oğlu, X15, X16, X17, X3, X18 da həmin sahəyə gəlmişlər. Orada söhbət zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, “mən bu sahəni icarəyə götürmüşəm, mən çıxmayacam, kimə istəyirsiniz deyin”. Buna görə də o, kənd sakinləri ilə oradan çıxıb rayon İcra Hakimiyyətinə gəlmiş, həmçinin icra nümayəndəsi Şahid3 və bələdiyyə sədri də gəlmişlər. İcra hakimiyyətinin Başçısı onların şikayətlərini dinləmiş və belə qərara gəlinmişdir ki, həmin torpaq sahəsi kənd sakinlərinin istifadəsinə verilməlidir, Zərərçəkmiş şəxs heyvanları çıxarılmalıdır. Buna görə də, bələdiyyə sədri icra hakimiyyətində Zərərçəkmiş şəxs telefonla zəng edərək heyvanların həmin “kənd yeri” adlanan sahədən çıxarılmasını bildirmiş, Zərərçəkmiş şəxs da demişdir ki, “maşın göndərirəm çıxardırlar”. Lakin bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs zəng edib bildirmişdir ki, o, heyvanları çıxartmayacaq, kimə istəyirsiz şikayət edin. Bundan sonra təxminən saat 17 radələrində kəndə qayıtmışlar, o, kənd sakinləri ilə birlikdə həmin sahəyə getmiş, 102 xidmətinə zəng edilmiş, polis əməkdaşları olan Cəlil Mustafayev və Elvin Həsənov hadisə yerinə gəlmişlər. Bundan sonra polis əməkdaşlarının yanında heyvanlar çobanların iştirakı ilə yataqdan çıxarılmış, sonra polis əməkdaşları getmişlər. Hazırda ona məlum olmuşdur ki, mübahisələndiirlən sahə Zərərçəkmiş şəxs məxsusdur. Ona görə də Zərərçəkmiş şəxs üzr istədiyini və əməlindən peşiman olduöunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Bəhruz Həsənov onun oğludur, oğlu Bəhruz 16 oktyabr 2003-cü il tarixdə Talışnuru bələdiyyəsinə müraciət edərək, kənd bələdiyyəsinin 10 saylı qərarına əsasən 200 hektar örüş sahəsini fermer işlərində istifadə etmək üçün 45 illik icarəyə götürmüş, lakin həmin əraziyə o, özü nəzarət edərək fermer təsərrüfatı yaratmış, bütün işlərə özü nəzarət etmişdir. Oğlu Bəhruz isə heç bir işə qarışmamış, fermanın bütün xərclərini özü çəkmiş, buna görə də fermada olan bütün ziyanlar ona aiddir. Onu da qeyd etmişdir ki, fermada 2 nəfər çoban - Quşçu kəndindən olan Şahid1 və onun qardaşı Şahid2 işləmişlər. Fermanın əvvəlki olduğu yer kənddə “Abdulalı bulağı” adlanan sahədə yerləşmişdir. Talışnuru kənd bələdiyyəsinin qərarına əsasən icarəyə götürülmüş torpaq sahəsi ilə bağlı sənədlər tam qaydasındadır, həmin torpaq sahəsi onlara kənd təsərrüfatı təyinatı kimi verildiyi üçün və həmin torpaq sahələrində əkin əkilməsi qadağan edildiyi üçün onlar həmin torpaqdan heyvanların örüş sahəsi kimi istifadə edirlər. 04 iyul 2020-ci il tarixdə, saat 10 radələri olardı, o, evlərində olmuş, bu vaxtı, çoban işləyən Nuru onun telefonuna zəng edərək, Talışnuru kənd sakinlərinin fermaya gəlib fermanın yerləşdiyi ərazinin kəndin örüş sahəsi olmasını, buna görə də fermanın və heyvanların həmin sahədən çıxarılmasını tələb etdiklərini bildirmişdir. O, da dərhal hadisə yerinə, yəni fermaya getmiş, eyni vaxtda Talışnuru kəndinin icra nümayədəsi Şahid3 və bələdiyyə sədri Sədaqət Əsgərov da gəlmişlər. O, fermaya çatanda görmüşdür ki, Talışnuru kənd sakinlərindən Hüseynov Babaşah Gülqardaş oğlu, X20, Təqsirləndirilən şəxs, X14, X1, X15, X16, X4, X17, X3 və X18 həqiqətən də fermanın yanındadılar. O, həmin şəxslərə yaxınlaşan kimi, ümumi olaraq bildirmişdir ki, “bu fermanın yerləşdiyi torpaq sahəsini onlar 2003-cü ildə kənd bələdiyyəsindən 45 illik icarəyə götürmüşlər, icarə müqaviləsi bağlanmışdır, buna görə də şikayətləri vardırsa şikayətlərini bələdiyyəyə etsinlər”. Lakin, həmin şəxslər ümumi olaraq danışıb ona demişlər ki, həmin torpaq sahəsi kəndin örüş sahəsidir, onlar öz heyvanlarını həmin sahəyə örüşə gətirəcəklər, buna görə də onların həmin torpaq sahəsindən çıxmaqlarını tələb etmişlər. Hətta kənd sakinləri demişlər ki, əgər onlar heyvanlarını çıxarmasalar, məcburi olaraq onların heyvanlarını həmin sahədən çıxaracaqlar. Buna görə də o, həmin şəxslərə bildirmişdir ki, “bizim həmin sahədə ferma saxlamağımız qanunidir, çünki rəsmi qaydada icarə müqaviləsi ilə icarəyə götürmüşük, buna görə də siz bizim heyvanlarımızı məcburi həmin sahədən çıxarsanız özbaşına hərəkət etmiş olarsınız, buna görə də bu işdən əl çəkin”. Lakin kənd sakinləri onun sözlərinə fikir vermədən öz istədiklərini demişlər. Bu vaxtı, Talışnuru kəndinin icra nümayədəsi Şahid3 və bələdiyyə sədri Sədaqət Əsgərov da həmin şəxslərə onların fermanın qanuni sənədlər əsasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürülmüş torpaq sahəsində yerləşdiyini bildirmişlər və qanunsuz heç bir hərəkət etmədiklərini qeyd etmişlər. O, da bələdiyyə ilə qanuni olaraq icarə müqaviləsinin bağlandığını, qanunsuz heç bir ərazidən istifadə etmədiklərini bildirmişdir. Bundan sonra, həmin kənd sakinləri bir qədər sakitləşib çıxıb getmişlər. Bundan sonra, o, da Nağaraxana kəndinə qayıtmışdır. Həmin gün axşam saat 20 radələrində, evində olduğu vaxtı, çobanlardan Nuru ona zəng edərək bildirmişdir ki, gündüz vaxtı gələn kənd sakinləri, yəni Təqsirləndirilən şəxs, Hüseynov Babaşah Gülqardaş oğlu, X20, X14, X1, X15, X16, X4, X17, X3 və X18 yenə də həmin vaxtı fermaya gəlib fermada olan heyvanları zorla çobanlardan alıb təxminən 15 km məsafədə aparıb sonra da köhnə ferma yerinin yaxınlığında buraxıb getmişlər, hətta çoban kənd sakinlərinin onlara məxsus heyvanları məcburi aparmasının videosunu telefonla çəkmişdir. Çobanla telefonda danışan zaman o, həm də demişdir ki, gecə vaxtı o, qoyunları güclə bir yerə yığmış, lakin qoyunların hamısını tapa bilməmişdir. Buna görə də, sabahısı qoyunları sayanda məlum olmuşdur ki, həmin qoyunlardan 27 baş qoyun yerində yoxdur. Qalan itmiş qoyunları tapmaq üçün çobanlar kənar əraziləri axtarmış, həmin 27 baş qoyunları tapa bilməmişlər. Lakin, bir müddət sonra həmin itmiş 27 baş qoyunlar tapılmışdır. Bundan başqa, kənd sakinləri heyvanları 15 km məsafəyə apararkən çox qovduqları üçün müəyyən sayda heyvanın ayaqları əzilib, heyvanların ayaqları zədələndiyi üçün həmin heyvanlar örüş sahəsinə də çıxmamışlar, çünki heyvanlar yeriyə bilməmişlər. Hətta baytar həkimlərlə həmin heyvanlara baxış keçirmişlər, baytar həkimlər həmin heyvanları müayinə edib müəyyən etmişlər ki, həmin heyvanlarda travmalar əmələ gəlmişdir və həmin heyvanların hazırda uzunmüddətli müalicəyə ehtiyacı vardır. Əlavə olaraq onu da qeyd etmişdir ki, boğaz qoyunlar baladan çıxmışlar, yəni bala atıblar. Bundan sonra o, hesab etmişdir ki, Talışnuru kənd sakinləri olan Təqsirləndirilən şəxs, Hüseynov Babaşah Gülqardaş oğlu, X20, X14, X1, X15, X16, X4, X17, X3 və X18 özbaşına hərəkət edib onlara məxsus qanuni icarə əsasında istifadə etdikləri örüş sahəsindən heyvanlarını məcburi olaraq çobanlardan alıb 15 km məsafəyə aparmışlar və qəsdən ona maddi ziyan vurmuşlar. Bununla da ona kifayət qədər maddi ziyan dəymişdir. İcra nümayəndəsi də kənd sakinlərinə qoşulub və yuxarıda qeyd etdiyi kimi heyvanları məcburi qaydada çobanlardan alıb köhnə ferma yerinə aparmışlar. Kənd sakinləri heyvanları fermaya yaxın yol ilə aparmamışlar, lakin onlar heyvanları yaxın yol ilə aparsa idilər təxminən 3 km məsafə olardı, lakin adlarını çəkdiyi şəxslər əvvəlcə heyvanları Talışnuru kəndinə aparmışlar, sonra da başqa yol ilə heyvanları Pirsaat çayına aparıb oradan köhnə ferma yerinə aparıb buraxmışlar, beləcə heyvanları 15 km məsafədə qovaraq aparmışlar. İcra nümayəndəsi heyvanların kəndə kimi aparıldığı vaxtda iştirak etmişdir. Heyvanları çobanlar aparmamışlar, əksinə çobanlar sonradan gedib heyvanları köhnə ferma yerində tapmışlar. İlkin ifadələrdə ona cəmi 17600 manat maddi ziyan dəyməsini bildirmişdir. Lakin, iş üzrə alınmış mütəxəssis rəyində travma alan və bala atan heyvanların sayı və qeyd edilən qiymətlərlə, yəni ona məxsus 40 baş xırdabuynuzlu heyvanlarda müxtəlif travmalara görə hər birinin müalicəsinə 30 manat olaraq 1200 manat, xırdabuynuzlu heyvanlardan 60 baş boğaz qoyunların bala atdığı müəyyən edilməklə həmin xırdabuynuzlu heyvanların hər birinə görə 150 manat olaraq, cəmi 100 baş xırdabuynuzlu heyvanlara ümumilikdə 10200 manat hazırkı dəyər qiyməti ilə tanış olmuş və o, həmin mütəxəssis rəyi ilə razıdır, heç bir etirazı yoxdur, ona ümumilikdə 10200 (on min iki yüz) manat dəyərində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını bildirib, ona qarşı şikayət və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Təbiət oğlu ifadə verib göstərdi ki, Şamaxı RİHB-nın Talışnuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyir. İcra nümayəndəsi işlədiyi Talışnuru kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Talışnuru kəndinin bələdiyyəsinə məxsus olmaqla “kənd yeri” adlanan sahələr kənddən təxminən 2-3 km aralıda yerləşir, həmin sahələr örüş sahələri kimi istifadə edilir, kənd bələdiyyəsi 2003-cü ildə həmin ərazini Bəhruz Həsənova icarə müqaviləsinə əsasən icarəyə vermiş, həmin müqavilə 2005-ci ildə qüvvəyə minmişdir. Bəhruz Həsənov 2003-cü ildə həmin torpaq sahəsini icarəyə götürəndən sonra bu günə kimi heç bir icarə haqqı ödəməmiş, ödəniş çeki də olmamışdır. Buna görə də Bəhruz Həsənov və Zərərçəkmiş şəxs həmin torpaq sahəsindən istifadə etmək hüququ olamışdır. Buna görə də 03 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs iki nəfər çobanı ilə öz heyvanlarını həmin sahəyə gətirəndə kənd sakinləri buna etiraz etmişlər. Həmin vaxtı gecə saatları olduğundan o, kənd sakinlərinə demişdir ki, səhərisi gəlib bu məsləni Zərərçəkmiş şəxsla aydınlaşdırarıq. Belə ki, 04 iyul 2020-ci il tarixdə səhər vaxtı o, bələdiyyə sədri Sədaqət Əsgərov və Zərərçəkmiş şəxsla birlikdə həmin sahəyə getmişlər, Talışnuru kənd sakinlərindən Təqsirləndirilən şəxs, Hüseynov Babaşah Gülqardaş oğlu, X20, X14, X1, X15, X16, X4, X17, X3, X18 və digər kənd sakinləri də həmin sahəyə gəlmişlər. Orada söhbət zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, “mən bu sahəni icarəyə götürmüşəm, mən çıxmayacam, kimə istəyirsiniz deyin”. Buna görə də kənd sakinləri oradan çıxıb rayon İcra Hakimiyyətinə gəlmişlər, həmçinin o, da gəlmiş, eyni zamanda bələdiyyə sədri də gəlmişdir. İcra hakimiyyətinin Başçısı kənd sakinlərinin şikayətlərini dinləmiş, belə qərara gəlmişlər ki, həmin torpaq sahəsi kənd sakinlərinin istifadəsinə verilməlidir və Zərərçəkmiş şəxs heyvanları çıxarılmalıdır. Buna görə də, bələdiyyə sədri icra hakimiyyətində Zərərçəkmiş şəxs telefonla zəng edərək heyvanların həmin “kənd yeri” adlanan sahədən çıxarılmasını bildirmişdir, Zərərçəkmiş şəxs isə demişdir ki, “maşın göndərirəm çıxarsırlar”. Lakin bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs zəng edib bildirmişdir ki, o, heyvanları çıxartmayacaq, kimə istəyirlər şikayət etsinlər. Bundan sonra saat 17 radələrində kəndə qayıtmış, kənd sakinləri ilə birlikdə həmin sahəyə getmiş, 102 xidmətinə zəng edilmiş, polis əməkdaşları olan Cəlil Mustafayev və Elvin Həsənov hadisə yerinə gəlmişlər. Bundan sonra polis əməkdaşlarının yanında heyvanlar çobanların iştirakı ilə yataqdan çıxarılmış, sonra polis əməkdaşları getmişlər. Kənd sakinləri isə heyvanların əkin sahələrinə girməməsi üçün əkin sahələrini müşahidə edərək çobanların apardığı heyvanların yanı ilə hərəkət etmişlər, çobanlar da heyvanları əvvəlcə Talışnuru kəndinə, oradan da “Abdulalı bulağı” adlanan köhnə yatağına aparmışlar, kənd sakinləri də həmin yerə kimi heyvanların yanında getsələr də heyvanlara heç bir müdaxilə etməmişlər. Heyvanlar köhnə yatağa çatandan sonra kənd sakinləri öz evlərinə qayıtmışlar, çobanlar da heyvanların yanında qalmışlar. Göstrilənlər tamamilə yalan məlumatlardır,çünki polis əməkdaşları sahədə olanda artıq çobanların iştirakı ilə heyvanların çıxarılacağı razılaşdırılmışdır. Polis əməkdaşları gedən vaxtı da heyvanlar yataqdan çıxarılırdı. Həmçinin, heyvanlar çobanların özü tərəfindən çıxarılıb aparılmışdır, kənd sakinləri ancaq əkin sahələrini müşahidə etmişlər, kənd sakinləri heyvanlara heç bir müdaxilə etməmişlər. Hətta aparılan heyvanlardan bir neçəsi axsaq olduğu üçün kənd sakinlərindən bir neçə nəfər şəxs at gətirib həmin axsaq heyvanların aparılmasına kömək kimi çobanlara vermişər. O, da özü orada olmuşdur ki, kənd sakinləri ilə çobanlar arasında sö-söhbət olmasın və sakitçiliklə heyvanların aparılmasına nəzarət etmişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, guya o,ora getməməliydir. O, isə Zərərçəkmiş şəxs demişdir ki, o, kəndin icra nümayəndəsi kimi orada olmuşdur ki, hər hansı bir qanunsuz hərəkət baş verməsin. Onun orada olmasına görə Zərərçəkmiş şəxs ondan də şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib göstərdi ki, 2014 və 2019-cu il tarixlədə keçirilmiş bələdiyyə seçkilərinin nəticəsinə əsasən o, Nağaraxana bələdiyyəsinin sədri seçilməklə işləyir, 2014-cü ildə Talışnuru bələdiyyəsi Nağaraxana bələdiyyəsinə birləşdirilmiş və həmin vaxtdan Talışnuru kəndinin bələdiyyə torpaqlarına da nəzarət etmişdir. 16.10.2003-cü il tarixdə Talışnuru bələdiyyəsinin 10 saylı qərarı ilə 200 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədi üçün X21 verilmiş, lakin, 2014-cü ildə Talışnuru bələdiyyəsi Nağaraxana bələdiyyəsinə birləşdirilərkən həmin torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərin əsilləri və ödəniş qəbzləri onlara təhvil verilməmiş, həmin torpaq sahəsinin ayrılması barədə icarə müqaviləsi, qərar və torpaq sahəsinin xəritəsinin surətləri onlara təqdim edilmişdir. Belə ki, 04 iyul 2020-ci il tarixdə səhər vaxtı icra nümayəndəsi Şahid3 ona zəng edərək Zərərçəkmiş şəxs çobanları ilə birlikdə heyvanları kənd örüş sahəsinə aparmasını və kənd sakinlərinin buna etiraz etməsini bildirdiyi üçün Zərərçəkmiş şəxs, Şahid3la birlikdə həmin sahəyə getmiş, Talışnuru kənd sakinlərindən Təqsirləndirilən şəxs, Hüseynov Babaşah Gülqardaş oğlu, X20, X14, X1, X15, X16, X4, X17, X3, X18 həmin sahəyə gəlmiş, orada söhbət zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, “mən bu sahəni icarəyə götürmüşəm, mən çıxmayacam”. Bundan sonra kənd sakinləri oradan çıxıb rayon İcra Hakimiyyətinə gəlmişlər, həmçinin o, icra nümayəndəsi Şahid3la birlikdə İcra Hakimiyyətinə gəlmişlər. İcra hakimiyyətinin Başçısı kənd sakinlərinin şikayətlərini dinləmiş. Bundan sonra o, İcra Hakimiyyətində Zərərçəkmiş şəxs telefonuna zəng edərək heyvanları çıxarmalı olduğunu bildirmiş, Zərərçəkmiş şəxs da demişdir ki, “maşın göndərirəm çıxardarlar”. Lakin bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs zəng edib bildirmişdir ki, o, heyvanları çıxartmayacaq. Bundan sonra o, öz işləri ilə məşğul olmüşdür. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs heyvanları “kənd yeri” adlanan örüş sahəsindən çıxarılmışdır. O, bir daha bildirrmişdir ki, o, həmin vaxtı hadisə yerndə olmadığı üçün bu barədə heç nə deyə bilməyəcək. Çünki o, hadisənin şahidi olmamış, yəni heyvanlar çıxarılan vaxtı o, hadisə yerində olmadığı üçün heyvanların hansı qaydada çıxarılmasını görməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Bəhruz Həsənov və onun atası Zərərçəkmiş şəxs tanıyır, o, və qardaşı Ədalət onların fermasında 11 ildir ki, çoban işləyir. Fermanın əvvəlki olduğu yer Talışnuru kəndində “Abdulalı bulağı” adlanan sahədə yerləşir. Bəhruzun, Talışnuru kənd bələdiyyəsinin qərarına əsasən icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı sənədlər tam qaydasında olmaqla həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatı kimi verildiyi üçün və həmin torpaq sahələrində əkin əkilməsi qadağan edildiyi üçün həmin torpaqlardan heyvanların örüş sahəsi kimi istifadə edilir. Belə ki, 04 iyul 2020-ci il tarixdə isə heyvanları “kənd yeri” adlanan sahədə örüş sahəsinə aparmışlar, həmin sahə də Bəhruzun icarəyə götürülmüş 200 hektar torpaq sahəsinin bir hissəsidir. Həmin gün saat 10 radələrində, Talışnuru kənd sakinləri fermaya gəlib fermanın yerləşdiyi ərazinin kəndin örüş sahəsi olmasını, buna görə də fermanın və heyvanların həmin sahədən çıxarılmasını tələb etmişlər. Buna görə də o, Zərərçəkmiş şəxs zəng edib bildirmişdir, Zərərçəkmiş şəxs ilə Talışnuru kəndinin icra nümayədəsi Şahid3 və bələdiyyə sədri Sədaqət Əsgərov da hadisə yerinə gəlmişlər. O, Talışnuru kənd sakinlərini adla tanımasa da sifətdən hər birini tanıyır. Zərərçəkmiş şəxs və icra nümayəndəsi həmin şəxslərlə danışmışlar və razılaşmışlar ki, heyvanları onlar həmin örüş sahəsində saxlasınlar, çünki onların örüş sahəsi kimi istifadə etdikləri sahə qanuni icarəyə götürülmüş sahədir. Bundan sonra, həmin kənd sakinləri bir qədər sakitləşib çıxıb getmişlər. Zərərçəkmiş şəxs, icra nümayəndəsi və bələdiyyə sədri də çıxıb getmişlər. Həmin gün saat təxminən 17 radələrindəı, yenə də həmin kənd sakinləri fermaya gəlmişlər. Həmin vaxtı, kənd sakinləri polisə zəng edib çağırmışlar, az sonra polis əməkdaşları, icra nümayəndəsi hadisə yerinə gəlmişlər. Polis əməkdaşları gələndən sonra kənd sakinlərini sakitləşdirmişlər, ara sakitləşəndən sonra polis əməkdaşları çıxıb getmişlər. Bundan bir qədər sonra, icra nümayəndəsi Rüfət və kənd sakinləri qəflətən fermaya girib heyvanları onlardan alıb Talışnuru kəndinə tərəf aparmışlar. Kənd sakinləri çox olduğuna görə o, və qardaşı Ədalət onlara müqavimət göstərməmişlər. Buna görə də icra nümayəndəsi ilə kənd sakinləri heyvanları Talışnuru kəndinə qovaraq aparmışlar, icra nümayəndəsi kənddə qalmış, digər kənd sakinləri olan Təqsirləndirilən şəxs, X20, Hüseynov Babaşah Gülqardaş oğlu, X14, X1, X15, X16, X4, X17, X3 və X18 heyvanları təxminən 15 km məsafədə aparıb sonra da köhnə ferma yerinin yaxınlığında buraxıb getmişlər, hətta qardaşı Ədalət kənd sakinlərinin heyvanları məcburi aparmasının videosunu telefonla çəkmişdir. Gecə vaxtı onlar qoyunları güclə bir yerə yığmışlar, lakin qoyunların hamısını tapa bilməmişlər. Gecə olduğundan qoyunları saya bilmədiklərinə görə də sabahısı qoyunları sayanda məlum olmuşdur ki, həmin qoyunlardan 27 baş qoyun yerində yoxdur. Qalan itmiş qoyunları tapmaq üçün onlar kənar əraziləri axtarmışlar, lakin həmin 27 baş qoyunları tapa bilməmişlər. Bundan başqa, kənd sakinləri heyvanları 15 km məsafəyə apararkən çox qovduqları üçün 60 baş heyvanın ayaqları əzilmiş, heyvanların ayaqları zədələndiyi üçün hazırda həmin heyvanlar örüş sahəsinə də çıxmır, çünki heyvanlar yeriyə bilmirlər. Hətta baytar həkimlərlə həmin 60 baş heyvanlara baxış keçirmişlər, baytar həkimlər həmin heyvanları müayinə edib müəyyən etmişlər ki, həmin 60 baş heyvanlarda travmalar əmələ gəlmişdir və həmin heyvanların hazırda uzunmüddətli müalicəyə ehtiyacı vardır. Əlavə olaraq onu da qeyd etmişdir ki, qoyunlardan təxminən 100 baş boğaz qoyunlar baladan çıxmışlar, yəni bala atmışlar. Bundan sonra onlar hesab etmişlər ki, Talışnuru kənd sakinləri olan Təqsirləndirilən şəxs, X20, Hüseynov Babaşah Gülqardaş oğlu, X14, X1, X15, X16, X4, X17, X3 və X18 özbaşına hərəkət edib onlara məxsus qanuni icarə əsasında istifadə etdikləri özüş sahəsindən heyvanlarını məcburi olaraq onlardan alıb 15 km məsafəyə qovaraq aparmışlar və qəsdən maddi ziyan vurmuşlar. Kənd sakinləri tam olaraq düzgün danışmamışlar. Belə ki, hadisə yerinə polis əməkdaşları gəlsə də onlar kənd sakinlərini sakitləşdirmişlər, ara sakitləşəndən sonra polis əməkdaşları getmişlər. Bundan sonra, icra nümayəndəsi ilə birlikdə həmin kənd sakinləri məcburi olaraq onlardan heyvanları alıb özləri qovaraq kəndə aparıb oradan da daha uzaq yol ilə köhnə ferma yerinin yaxınlığına aparmışlar. Heyvanları köhnə ferma yerinə daha qısa yol ilə də aparmaq mümkün idi, həmin yol təxminən 3 km idi, lakin kənd sakinləri sanki heyvanlara zərər yetirmək üçün qovaraq kəndə aparıb çaydan keçirib yenə də qovaraq uzaq yol ilə təxminən 15 km məsafədə aparıb köhnə ferma yerinin yanına çatdırmışlar. Heyvanları o, və qardaşı aparmamışlar. Qardaşının çəkdiyi videodan da görünür ki, kənd sakinləri heyvanları aparır. Onlar isə kənardadırlar. Videodakı səsdən bilinir ki, qardaşı deyir: “heyvanları aparın, görək hara aparacaqsınız”. Görünür ki, heyvanları onlar aparmışlar. Kənd sakinləri heyvanları aparanda 27 baş heyvan da ola bilsin ki, kol-kos arasında qalmışdır, lakin onlar heyvanları tapa bilməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan 09 iyul 2020-ci il tarixli aktdan görünür ki, Şamaxı rayonun Talışnuru kəndində Çuxuryurd baytar sahəsinin müdiri Şahnəzər Ədilov, Qızmeydan baytar sahəsinin müdiri Namizəd Mürsəlov, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 iştirakları ilə baxış keçirilərkən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus qoyunların ayaqlarının zədələnməsi, 60 baş qoyunun bala salması müşahidə olunmuş, həmin heyvanların uzun müddətli müalicəyə ehtiyacı olması, qeyd edilmişdir. İş materilallarında olan Şamaxı rayon Baytarlıq İdarəsinin rəisinin 25 avqust 2020-ci il tarixli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 40 baş xırdabuynuzlu heyvanlarda müxtəlif travmalar əmələ gəldiyi müəyyən edilmiş, həmin heyvanlardan hər bir heyvanın müalicəsinə 30 (otuz) manat müəyyən edilməklə müalicəyə ümumi olaraq 1200 (bir min iki yüz) manat ziyan dəyməsini, xırdabuynuzlu heyvanlardan 60 baş boğaz qoyunların bala atdığı müəyyən edilməklə həmin xırdabuynuzlu heyvanların hər birinə görə 150 (bir yüz əlli) manat olmaqla 9000 (doqquz min) manat maddi ziyan dəyməsini qiymətləndirmişdir. Qiymətləndirilən 100 baş xırdabuynuzlu heyvanlara ümumilikdə 10200 (on min iki yüz) manat hazırkı dəyər qiyməti ilə müəyyən edilmişdir. İş materillarında olan DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, 01 ədəd DVD diskin yaddaşında bir videogörüntü vardır. Həmin videogörüntüdən müəyyən edilir ki, görüntüdə sayı müəyyən edilməyən xırdabuynuzlu qoyun heyvanları bir neçə nəfər şəxs tərəfindən aparılır, videonu çəkən şəxs tərəfindən “götürün aparın görüm hara aparacaqsınız, min baş qoyunu görüm hara aparacaqsınız ....” sözləri deyilir. Diskə baxış zamanı, Zərərçəkmiş şəxs bildirmişdir ki, “heyvanları məcburi qaydada aparan şəxslər Talışnuru kənd sakinləri olan Təqsirləndirilən şəxs, X20, X1, X14, Hüseynov Babaşah Gülqardaş oğlu, X15, X16, X4, X17, X2 və X6r, həmin şəxslər məcburi qaydada heyvanları götürüb apararaq heyvanları zədələməklə ona maddi ziyan vurmuşdur, videogörüntüdə danışan şəxs isə onun heyvanlarına nəzarət edən çobandır, həmin çoban heyvanların məcburi aparılmasına etiraz edərək həmin sözləri bildirir”. Baxış keçirildikdən sonra 01 ədəd DVD diski iş materiallarında saxlanılmış və diskə baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Talışnuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 oktyabr 28 avqust 2020-ci il tarixli 34 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 25 yanvar 1994-cü il təvəllüdlü X7, qızı 02 fevral 2014-cü il təvəllüdlü X9 və oğlu 11 iyun 2016-cı il təvəllüdlü X10 ilə Şamaxı rayonu Talışnuru kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Talışnuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, kəndin ictimai işlərində fəal iştirak edir, qonşulara, özündən böyüklərə və kiçiklərə daim qayğı göstərir. Öz yaşıdlarına yaxşı münasibət bəsləyir, fərdi əməklə məşuldur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 oktyabr 2020-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs brəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsiilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində iki az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növləriin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını, nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanımalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar