Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-48/2025 04.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs birlikdə yaşadıqları müddət ərzində mütəmadi olaraq döyərək və sair zorakı hərəkətlər edib, Zərərçəkmiş şəxs qarşı güclü fiziki ağrı və psixi iztirablarla müşayiət olunan hərəkətlər etmiş, 2009-cu ilin yay aylarında yaşadığı Şamaxı rayonu Göylər kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs onun siqaretini gizlətməsini bəhanə edərək, sonuncuya əzab vermək məqsədi ilə siqaret paçkasının içərisində olan siqaretləri yandıraraq, Zərərçəkmiş şəxs əllərinin üzərində söndürüb, sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə, hər iki əlin arxa səthində aşkar olunmuş çapıq toxumaları ilə nəticələnən, yetirildiyi anda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra, bir-biri ilə daxili vəhdət təşkil edən əməllərini davam etdirərək, 2010-cu ilin fevral ayında aralarında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs yaşadıqları evin həyətindəki pilləkandan itələməklə, yerə yıxması nəticəsində sonuncunun bununla fiziki əzab və psixi iztirab çəkdiyini dərk edib bunu arzulayaraq, Zərərçəkmiş şəxs alın nahiyyəsinin çapığı ilə nəticələnən, yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bundan sonra həmin əməllərini davam etdirərək, 2013-cü ilin yay aylarında yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı çay fincanı ilə Zərərçəkmiş şəxs sağ qolundan vurması nəticəsində sonuncuya sağ saidin çapıqları ilə nəticələn yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra həmin əməllərini davam etdirərək, 2018-ci il sentyabr ayında yaşadıqları evin həyətində aralarında yaranmış mübahisə zamanı, ağacla Zərərçəkmiş şəxs başının sol tərəfindən vurması nəticəsində sonuncuya güclü fiziki ağrı verməklə, başın sol təpə nahiyyəsinin çapığı ilə nəticələnən, yetirildiyi anda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, eyni zamanda, həmin əməllərini davam etdirərək, 2023-cü yay aylarında yaşadıqları evin həyətində heyvanları sulamaq üçün dəmirdən “su axırı” düzəldən zaman, Zərərçəkmiş şəxs dəmiri əyri qoymasını bəhanə edərək, sonuncunun bununla fiziki əzab və psixi iztirab çəkəcəyini dərk edib, bunu arzulayaraq, əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs sol qolundan zərbə vurmaqla və zərbədən sonra sonuncunun qaçmasını görərək, əlindəki həmin dəmir parçasını Zərərçəkmiş şəxs doğru atması ilə dəmir parçasının Zərərçəkmiş şəxs sağ qolundan dəyməsi nəticəsində sonuncuya sol saidin və sağ mil bilək nahiyyələrinin çapıqları ilə nəticələnən, yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra əməllərini davam etdirərək, 2024-cü ilin avqust ayında yaşadıqları evdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək, yumruqla dodaq nahiyyəsindən zərbə vurub döyməklə, sonuncuya üst dodağının çapıq toxuması ilə nəticələnən yetirildiyi anda dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirdikdən sonra, bir-biri ilə daxili vəhdət təşkil edən əməllərini davam etdirərək, sonuncu dəfə 02 mart 2025-ci il tarixdə, saat 13 radələrində yaşadıqları Göylər kəndindəki fərdi yaşayış evində olan zaman, Zərərçəkmiş şəxs onun mobil telefonunu götürməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, yaşadığı evin həyətində araq şüşəsi ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən iki dəfə zərbə vurduqdan sonra, sonuncunun onun mobil telefonunu qaytarmadığını görərək, Zərərçəkmiş şəxs fiziki ağrı və psixi iztirab verməklə, xəsarət yetirmək və mobil telefonu almaq məqsədi ilə, yerdən götürdüyü baltanı Zərərçəkmiş şəxs atması və həmin baltanın Zərərçəkmiş şəxs sol diz nahiyyəsindən dəyməsi nəticəsində, sonuncuya başın təpə nahiyəsinin hematoması, sol diz nahiyyəsinin qançırı ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib, arvadı Zərərçəkmiş şəxs işgəncə verməklə güclü fiziki ağrı və psixi iztirab ilə müşayiət olunan, mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlər etməklə əzab vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə qurmuş və birgə nikahdan üç övladı vardır. Hər bir ailədə olduğu kimi, ara-sıra mübahisələri olmuşdur. 02 mart 2025-ci il tarixdə, günorta saatlarında evdə olan zaman, həyat yoldaşı Rəsmiyyə onun sosial şəbəkədə başqa qadınla yazışmağından şübhələnərək, onunla mübahisə etməyə başlamış və anidən onun telefonunu əlindən alaraq, həyətə doğru getmişdir. O, Rəsmiyyədən mobil telefonunu qaytarmasını tələb etsə də, ilk əvvəl Rəsmiyyə buna əməl etməmişdir. Lakin, o, qışqırdıqdan sonra, Rəsmiyyə telefonu qaytarmışdır. Daha sonra, Rəsmiyyə ondan pul istəmiş və evdən gedəcəyini bildirmişdir. Sonra isə görmüşdür ki, Rəsmiyyə pul götürmüş, paltarlarını və sənədlərini götürərək, kiçik qızı ilə evdən çıxmışdır. O, zənn etmişdir ki, Rəsmiyyə qardaşıgilin evinə gedər və qayıdar. Sonradan isə, ona polisdən zəng gəlmiş və bundan sonra o, bilmişdir ki, Rəsmiyyə ondan polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs polis şöbəsində bildirdikləri, yəni ailə həyatı qurduqdan sonra onu mütəmadi olaraq döyüb, işgəncələr verməsi yalandır. Sadəcə, 02 mart 2025-ci il tarixdə evdə olan zaman, onun sosial şəbəkədə başqa qadınla yazışmağından şübhələnərək, Rəsmiyyə onun mobil telefonunu götürərək, qaçdığı üçün, aralarında mübahisə yaranmış, lakin o, həmin vaxt Rəsmiyyəni vurmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli hökm çıxarılmasını xahiş etdi. Həmçinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəllər arasıra mübahisələri olan zaman, arvadı Rəsmiyyəyə bir-iki sillə vurmuşdur. Belə ki, bir dəfə Rəsmiyyə səhlənkarlıq edərək, çayniki qaynadan zaman, çaynikdə olan qaynar su oğlunun üzərinə tökülmüş və oğlunun bədəni yanmışdır. Buna görə o, Rəsmiyyəni döymüşdür. Eyni zamanda, ara-bir ailə mübahisələri zamanı o, Rəsmiyyəni onu əsəbləşdirdiyi üçün döymüşdür. Bununla belə, Zərərçəkmiş şəxs siqaret ilə bağlı söyləmiş olduğu fikirlər yalandır. Yəni, Zərərçəkmiş şəxs ifadəsində bir neçə il bundan əvvəl onun siqaretini gizlətdiyi üçün əsəbləşərək, anasının evindən onu döyərək, öz evinə gətirməsini və evlərində olan zaman, bir paçka siqareti bir-bir yandırıb onun əlinin üzərinə basaraq söndürməsini, qalan 4 ədəd siqareti isə onun dilinə basaraq, söndürməsini bildirsə də, həmin söylənən fikirlər yalandır və o, heç vaxt onunla bu məzmunda mübahisə etməmiş və onun əlinin üzərinə və dilinin üzərinə siqarət basaraq söndürməmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs ifadəsində təxminən iki il bundan əvvəl həyətdə heyvanları sulamaq üçün “su axırı” düzəldən zaman onu əlindəki dəmir parçası ilə döyməsini və sol qolundan vuraraq, ona xəsarət yetirməsini, Rəsmiyyə qaçan zaman onun əlindəki dəmir parçasını ataraq, sağ qolundan ona xəsarət yetirməsini, əvvəl də onunla dalaşan zaman qulpu sınmış stəkanı ona ataraq, həmin stəkanın onun sağ qolundan dəyib, nəticədə qolu kəsilərək, xəsarət almasını, 2024-cü ilin yay aylarında səbəbsiz yerə onunla mübahisə etməyə başlayıb onu döydükdən sonra, evdə saçından tutub dartaraq, yumruqla onun dodaq nahiyyəsindən, daha sonra isə yumruqla onun burnunun üstündən vurmasını bildirsə də, həmin şəxsin söyləmiş olduğu xüsusatlar yalandır. O, heç vaxt Zərərçəkmiş şəxs səbəbsiz yerə döyməmiş və heç vaxt işgəncə verməmişdir. O, heç vaxt Zərərçəkmiş şəxsnin belindən şunur parçası ilə vurmamışdır. Sadəcə olaraq, sonuncu dəfə aralarında mübahisə olduğundan o, hesab edir ki, Rəsmiyyə onun barəsində böhtan xarakterli şikayət etmişdir. Rəsmiyyənin bədəni üzərində olan xəsarətlərin bir çoxu onunla ailə həyatı qurmamışdan əvvəl evlərində yaranmışdır. Bundan əlavə isə, Rəsmiyyənin əlinin üzərində olan izlər isə siqaret izləri deyil, sadəcə olaraq onun əlinə ləkə düşmüşdür. Bir dəfəsində də o, yıxıldığı üçün baş nahiyyəsindən xəsarət almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2008-ci ildə o, Təqsirləndirilən şəxs ilə ailə qurmuş və birgə nikahdan Ruhanə, Peyman və İsa adlı üç övladı olmuşdur. 02 mart 2025-ci il tarixdə yaşadıqları Göylər kəndindəki evdə olan zaman, Yaşarın kimləsə telefonda yazışıb gülümsədiyini görmüşdür. Buna görə də, o, Yaşarın telefonunu gizlin şəkildə götürüb baxmışdır. Bundan sonra, o, yazışmaları Yaşara göstərmişdir. Buna görə aralarında mübahisə yaranmış və Yaşar onun əlindən telefonu alaraq, heç kimlə yazışmadığını bildirmişdir. Lakin, o, Yaşara sübut etmək məqsədi ilə, telefonu onun əlindən alaraq, həyətə qaçmış və qaça-qaça onun yazışmalarına girərək, bəzi yazışmaların şəklini çəkmişdir. Yaşar da onun arxasınca qaçmış və o, qorxduğu üçün, Yaşarın telefonunu yerə atmışdır. Bundan sonra, o, paltarlarını, sənədlərini götürərək, qızı ilə birlikdə evdən getmişdir. Aralarında mübahisə baş verən zaman, övladları da evdə olmuşdur. Həmin gün mübahisə zamanı və eyni zamanda, əvvəlki dövrlərdə əri Təqsirləndirilən şəxs onu döyməmiş və heç bir xəsarət yetirməmişdir. Bədən səthində olan xəsarətlərin müxtəlif şəraitlərdə - əlinin sobaya toxunması, ayağının daşa dəyməsi və s. bu kimi hallarda baş verdiyini göstərmişdir. İbtidai istintaq zamanı əri Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq döyülməsi ilə bağlı ifadələri qardaşının təkid etməsi nəticəsində vermişdir. Lakin, həmin ifadələr həqiqət deyildir. Baş vermiş hadisədən sonra, o, Yaşarla barışmış və hazırda birlikdə yaşayırlar. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs hər hansı bir cəza təyin olunmamasını xahiş etdi. Həmçinin, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə quran zaman, əvvəllər münasibətləri yaxşı olsa da, sonradan Yaşar onu mütəmadi olaraq evdə döyməyə başlamışdır. Yaşar heç bir əsaslı bir səbəb olmadan hər dəfəsində onu döymüşdür. Həyat yoldaşı, xatırladığı qədəri 2010-cu ilin qış aylarında, yəni fevral ayında onu təzə tikilməkdə olan evlərində arxadan itələməsi nəticəsində o, üzü üstə yıxılaraq xəsarət almışdır. O, ekspertizadan keçən zaman, təxmini olaraq 2012-ci ildə Yaşarın onun qolundan çay fincanı ilə vurmasını bildirmişdir. Təqsirləndirilən şəxs 2018-ci ilin payız aylarında onunla mübahisə edən zaman, ağacla onun baş nahiyyəsindən vuraraq xəsarət yetirmiş, nəticədə onun başı qanamışdır. Lakin həmin vaxt o, bu barədə heç kimə bildirməmiş və özü baş nahiyyəsini sarıyaraq, qanaxmanı durdurmuşdur. Eyni zamanda, 2023-cü ildə, təxminən yay aylarında o, həyətdə olan zaman, aralarında müəyyən səbəblərdən mübahisə yaranmış və Təqsirləndirilən şəxs laqonda aparatı ilə kəsdiyi dəmir parçası ilə onun qolundan vuraraq, ona xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra Yaşar bu müddət ərzində onu döyən zaman o, heç vaxt xəstəxanaya müraciət etməmişdir. İlk növbədə Yaşar onu heç vaxt evdən çıxmağa qoymamışdır. Dəqiq tarixi xatırlamır, lakin bir dəfəsində oğlunun üzərinə ilıq su tökülmüşdür. Lakin, bədəni yanmamışdır. Buna görə, Yaşar onunla mübahisə edərək, onu döymüşdür. Təxminən iki il bundan əvvəl, həyətdə heyvanları sulamaq üçün “su axırı” düzəldirmişdirlər. Həmin su axırı dəmirdən düzəlmişdir. O, bilmədən dəmiri bir qədər əyri qoyduğundan, Yaşar onu əlindəki dəmir parçası ilə döymüş və sol qolundan vuraraq, ona xəsarət yetirmişdir. O, qaçan zaman, Yaşar əlindəki dəmir parçasını atmış və onun sağ qolundan da, ona xəsarət yetirmişdir. Həmin xəsarətin izləridə hazırda qollarında durur. Həmçinin o, təxminən bir neçə il bundan əvvəl də Yaşar ilə mübahisə edən zaman, qulpu sınmış stəkanı ona atmış və həmin stəkan onun sağ qolundan dəyərək, ona xəsarət yetirmiş və qolunu kəsmişdir. Hazırda da həmin xəsarətin izi illərdir ki qolunda qalmışdır. 2024-cü ilin yay aylarında o, uşaqlar üçün paltar almışdır. Həmin paltarlara bir-bir baxırdı ki, anidən səbəbsiz yerə Yaşar onunla mübahisə etməyə başlamış və onu döydüyündən o, Yaşarın əlindən çıxaraq digər otağa qaçmışdır. Zənn etmişdir ki Yaşar onun arxasında gəlməz, çünki onu döymüşdür. Gözləmədiyi anda Yaşar ona arxadan yaxınlaşaraq, ilk əvvəl Yaşar yumruqla onun dodaq nahiyyəsindən vurmuş, daha sonra isə yumruqla onun burnunun üstündən, yəni iki qaşının arasından vurmuşdur. Həmin vaxtı onun dodağından və burnundan qan gəlmişdir. Dodağında o vaxtdan indiyədək çapıq izi qalmışdır. Burnu isə, həmin vaxt göyərsə də, hazırda heç bir iz qalmamışdır. 02 mart 2025-ci il tarixdə, aralarında yaranmış mübahisə zamanı, Yaşarda əlinə araq butulkasını götürüb onun arxasınca qaçmışdır. O, telefonu vermədiyi üçün, Yaşar əlindəki butulkanı onun baş nahiyyəsindən vurmuşdur. O, özünü saxlayaraq, yıxılmamış və telefonu ona verməyərək, həyətə doğru qaçmışdır. Yaşar onu həyətdə qovaraq, ilk əvvəl lopatkanı ona atmış, lakin lopatka ona dəymədiyi üçün, həyətdə olan iri baltanı götürərək, çardağın qarşısında olan gülün digər hissəsindən ona doğru baltanı atmışdır. Həmin balta onun başına dəyməməsi üçün o, geriyə çəkilmiş, lakin balta onun sol diz nahiyyəsinə dəydiyindən, o, diz nahiyyəsindən xəsarət almışdır. O, qorxduğu üçün Yaşarın telefonunu yerə ataraq, qaçmağa başlamışdır. Məhkəmə iclasında qanuni nümayəndə qismində Şamaxı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş şahidlər xx.xx.2009-cu il təvəllüdlü Şahid4, xx.xx.2010-cu il təvəllüdlü Şahid1 və xx.xx.2013-cü il təvəllüdlü Şahid3 iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Rəsmiyyə 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. xx.xx.2025-ci il tarixdə o, Şamaxı rayonu, Göylər kəndində yaşayan xalasının evinə getmiş və orada bacısı Rəsmiyyənin qızı Ruhanə ilə birlikdə görmüşdür. Bacısı ona həyat yoldaşı Yaşarla mübahisə etdiyini, Yaşarın onun başından vurduğunu və bu səbəbdən, evdən qaçdığını bildirmişdir. O, bacısını və onun qızını götürüb, özü ilə birlikdə yaşadığı Şamaxı rayonu, Qızmeydan kəndindəki evlərinə aparmışdır. Sonradan Rəsmiyyə ona demişdir ki, Yaşar başqa bir qadınla danışdığı üçün, aralarında mübahisə yaranmış, o da, Yaşarın telefonunu götürüb qaçan zaman, Yaşar butulka ilə onun başından vurmuşdur. Onların ilk əvvəl şikayət etmək niyyəti olmamışdır. Lakin, sonradan bacısı ona Yaşarın mütəmadi olaraq onu döydüyünü bildirmişdir. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi olaraq qəsdən döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı, psixi iztirablar, işgəncə verməklə əzab verməsi ittihamı irəli sürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirabların işgəncə verməklə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verilməsinə (əzab vermə) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, əzab vermə zərərçəkmiş şəxsi mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrılar və ya psixi iztirablar verməni ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində isə əzab vermənin işgəncə verməklə törədilməsi bu cinayətin ağırlaşdırıcı əlaməti kimi nəzərdə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Göründüyü kimi, qanunvericilikdə “işgəncə vermə” sözlərinin anlayışı Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin törədilməsini ehtiva edir və “əzab vermə” sözləri ilə eyni məna kəsb edir. Eyni fikirlərə müxtəlif ədəbiyyatlarda və Azərbaycan dilinin izahlı lüğətində rast gəlmək olar. Belə ki, “işgəncə” sözü - insanın fiziki və ya mənəvi cəhətdən qəsdən əzab və ağrıya məruz qoyulması, zorakılıq, alçaldıcı və qeyri-insani davranış vasitəsilə cəzalandırılması, cəmiyyət və ya fərd üzərində qorxu və itaət hissi yaratmaq məqsədi daşıyan hərəkətlər məcmusudur. İşgəncə insanın fiziki və ya mənəvi cəhətdən qəsdən əzab və ağrıya məruz qoyulması, qeyri-insani və alçaldıcı davranışlarla cəzalandırılması deməkdir. İşgəncə şəxsiyyəti alçaltmaqla nəyəsə məcbur etmək üçün ona ağrı, əzab vermədir. Vəhşi və amansız üsullarla verilən cismani əzab. İşgəncə etmək (vermək) - əzab vermək, əziyyət vermək, çox incitmək. Lakin, ittiham tərəfi nəyə görə Təqsirləndirilən şəxs qarşı əzab vermə cinayətinin ağırlaşdırıcı tərkib əlaməti kimi işgəncə verilməklə törədilməsi ittihamının verilməsini əsaslandıra bilməmiş və ehtimalları aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi isə ehtimal əsasında şəxsin təqsirli bilinməsini qadağan edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlər zəminində məhkəmə hesab edir ki, verilən ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsilə təqsirli olmasında əsaslı şübhələr yaranır ki, ittiham tərəfi də bu şübhələri hər hansı mötəbər sübutlarla aradan qaldıra bilməmişdir. Belə olan halda, qanuna görə ittiham tərəfindən aradan qaldırılmayan bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublkası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də, onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 351.3.1, 351.3.2, 351.3.3 və 351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tətbiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə hesab edir ki, mötəbər və birmənalı şəkildə ittiham olunduğu əməldə təqsirli olmasına dəlalət edən sübutlar olmadığından, verilən ittihama görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi nəticəsinə gəlinməsi qeyri-mümkündür. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayətinin, yəni Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən daha yüngül cinayət əməli olan Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin məsul növbətçisinin raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Qızmeydan kənd sakini Şahid2 mobil telefon nömrəsindən zəng edərək, bacısı Rəsmiyyənin mütəmadi olaraq əri Yaşar tərəfindən döyülməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 32 nömrəli ekspert rəyində qeyd olunur ki, “Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - başın təpə nahiyyəsinin hematoması, sol diz nahiyyəsinin qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən başın hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya, sol diz qapağının qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 34 nömrəli ekspert rəyində qeyd olunur ki, “Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən hər iki əllərin arxa səthlərində aşkar olunmuş çapıq toxumaları ola bilsin yanan siqaretin təsirindən, alın nahiyyəsinin, sağ saidin, başın sol təpə nahiyyəsinin çapıqları küt əşya təsirindən törənmişlər. Yetirilmə müddətləri 1,5-2 ildən yuxarıdır; Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən - sol saidin və sağ mil-bilək nahiyyələrinin çapıqları nisbətən iti kənarlı (ola bilsin iti kənarlı dəmir əşya) təsirindən törənmişlər, yetirilmə müddətləri 1-1,5 ilə qədərdir. Həmin xəsarətlər ayrı-ayrılıqda və ümumilikdən dərəcələrinə görə sağamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddirlər; Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən - üst dodağın çapıq toxuması küt əşya təsirindən törənmişdir, yetirilmə müddəti 6 aydan 1 ilə qədərdir, həmin xəsarət sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Eyni zamanda, məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin rəisi Şahid5 verdiyi rəyləri müdafiə edərək, zərərçəkmiş şəxsin aldığı xəsarətlərin rəydə göstərilən şəraitlərdə yarandığını ətraflı şəkildə izah etmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009, xx.xx.2010 və xx.xx.2013-cü il təvəllüdlü üç uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini və himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən, cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə, cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəzadan onu azad etməklə, ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda, təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, amnistiya tətbiq edilməklə, cinayət təqibinə xitam verilməsinə razılığı olmadığından, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan azad olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə 264 (iki yüz altmış dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6cı maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilsin və o, təyin edilmiş cəzadan azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə 264 (iki yüz altmış dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-48/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-48/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver