Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-49/2021 09.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə xx.xx.1994-cü il tarixdə Şamaxı rayonu Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu Həmyəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə, xx.xx.1986-cı il tarixdə Şamaxı rayonu Şorbaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Şorbaçı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 1 işaq atası, orta təhsilli, Azərbaycan Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu 2-ci Udullu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu Quruzma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Quruzma kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs4 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində iş yoldaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədikləri Azərbaycan Avtomobil X22 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından bir ədədi 15 (on beş) manat 15 (on beş) ədəd doqquz santimetr diametrli, boru formalı, dəmir lent rolikləri, bir metrinin qiyməti 10 (on) manat olan 35 (otuz beş) metr 12x6x0,25 santimetr ölçülü, dördkünc formalı dəmir profilləri və bir metrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 03 (üç) metr 20 millimetrlik armaturu, ümumilikdə həmin müəssisəyə məxsus 579,5 (beş yüz yetimiş doqquz manat əlli qəpik) manat dəyərində metal materialı karxananın ərazisindən gizli olaraq çıxarıb yaxınlıqdan keçən Pirsaat çayının kənarında yerləşən boş torpaq sahəsinə yığıb dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan Şamaxı rayonu, Həmyə kənd sakini Şahid2 satmaq istəyərkən karxananın sahə rəisi işləyən Zərərçəkmiş şəxs tərəfindən əməlləri aşkar olunaraq qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində iş yoldaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədikləri Azərbaycan Avtomobil X22 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından bir ədədi 15 (on beş) manat 15 (on beş) ədəd doqquz santimetr diametrli, boru formalı, dəmir lent rolikləri, bir metrinin qiyməti 10 (on) manat olan 35 (otuz beş) metr 12x6x0,25 santimetr ölçülü, dördkünc formalı dəmir profilləri və bir metrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 03 (üç) metr 20 millimetrlik armaturu, ümumilikdə həmin müəssisəyə məxsus 579,5 (beş yüz yetimiş doqquz manat əlli qəpik) manat dəyərində metal materialı karxananın ərazisindən gizli olaraq çıxarıb yaxınlıqdan keçən Pirsaat çayının kənarında yerləşən boş torpaq sahəsinə yığıb dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan Şamaxı rayonu, Həmyə kənd sakini Şahid2 satmaq istəyərkən karxananın sahə rəisi işləyən Zərərçəkmiş şəxs tərəfindən əməlləri aşkar olunaraq qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində iş yoldaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədikləri Azərbaycan Avtomobil X22 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından bir ədədi 15 (on beş) manat 15 (on beş) ədəd doqquz santimetr diametrli, boru formalı, dəmir lent rolikləri, bir metrinin qiyməti 10 (on) manat olan 35 (otuz beş) metr 12x6x0,25 santimetr ölçülü, dördkünc formalı dəmir profilləri və bir metrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 03 (üç) metr 20 millimetrlik armaturu, ümumilikdə həmin müəssisəyə məxsus 579,5 (beş yüz yetimiş doqquz manat əlli qəpik) manat dəyərində metal materialı karxananın ərazisindən gizli olaraq çıxarıb yaxınlıqdan keçən Pirsaat çayının kənarında yerləşən boş torpaq sahəsinə yığıb dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan Şamaxı rayonu, Həmyə kənd sakini Şahid2 satmaq istəyərkən karxananın sahə rəisi işləyən Zərərçəkmiş şəxs tərəfindən əməlləri aşkar olunaraq qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs3 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində iş yoldaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədikləri Azərbaycan Avtomobil X22 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından bir ədədi 15 (on beş) manat 15 (on beş) ədəd doqquz santimetr diametrli, boru formalı, dəmir lent rolikləri, bir metrinin qiyməti 10 (on) manat olan 35 (otuz beş) metr 12x6x0,25 santimetr ölçülü, dördkünc formalı dəmir profilləri və bir metrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 03 (üç) metr 20 millimetrlik armaturu, ümumilikdə həmin müəssisəyə məxsus 579,5 (beş yüz yetimiş doqquz manat əlli qəpik) manat dəyərində metal materialı karxananın ərazisindən gizli olaraq çıxarıb yaxınlıqdan keçən Pirsaat çayının kənarında yerləşən boş torpaq sahəsinə yığıb dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan Şamaxı rayonu, Həmyə kənd sakini Şahid2 satmaq istəyərkən karxananın sahə rəisi işləyən Zərərçəkmiş şəxs tərəfindən əməlləri aşkar olunaraq qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, atası Kamal Cəlilov o, uşaq olanda vəfat etdiyi üçün və anası da onu atdığı üçün onu əmisi saxlamışdır. O, 2014-cü ildən Azərbaycan Respublikası Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləmişdir. Təxminən 10 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində o, həmin karxanada fəhlə işləyən Elvin və İntiqamla birlikdə iş gördükləri vaxtı karxananın ekskovatoru tərəfindən qazıntı işləri aparılarkən karxanaya aid çıxarılmış təxminən 200 kq çəkidə olan dəmir əşyalarını üçü birlikdə kənara yığmışlar. Sonra həmin əşyaları aparmaq istəyəndə karxanada sahə rəisi işləyən Zərərçəkmiş şəxs həmin dəmirləri aparmaq istədiklərini deyərkən Zərərçəkmiş şəxs həmin dəmirləri aparmaqlarına icazə vermədiyi üçün həmin əşyalar yerində qalmış və onlar aparmamışlar. Bundan sonra, 19 yanvar 2021-ci iltarixdə o, karxanada fəhlə işləyən Elvin, İntiqam və Sanellə birlikdə karxanada gündəlik işləri olan dəmirlərin toplanması işini görüb karxanadakı təxminən 200 kq çəkisi olan dəmir qırıntıları, yəni kəsinti profilləri və içərisi tökülmüş yararsız rolikləri bir yerə toplamışlar. Bundan sonra o, Elvin, İntiqam, Sanellə birlikdə qərara gəlmişlər ki, həmin topladıqları dəmir qırıntılarını Seymur adlı dəmiryığan şəxsə hər kiloqramını 18 qəpikdən satıb pul əldə etsinlər. Onlar fikirləşmişlər ki, həmin dəmir qırıntıları karxanaya lazım deyil, bu səbəbdən də həmin gün saat 13 radələrində o, Elvin, İntiqam, Sanellə birlikdə köməkləşib həmin dəmir qırıntılarını karxanadan çıxarıb Pirsaat çayının kənarına yığmışlar ki, dəmir məmulatları alan Seymuru həmin yerə çağırsınlar. Dəmir qırıntılarını həmin yerə yığandan sonra o, özünün ***-***-**-** saylı nömrəsindən Seymurun istifadə etdiyi ***-***- **-** saylı nömrəsinə zəng edib ona dəmir qırıntılarını satmaq istədiyini bildirmişdir. Onlar Həmyə kənd sakini olan Seymuru gözlədikləri vaxtı karxananın işçiləri və sahə rəisi olan Zərərçəkmiş şəxs onların dəmir qırıntılarını satmaq istədiklərini müəyyən etmişlər. Onlar da əməllərindən peşman olduqlarını bildirmişlər və oğurlamaq istədikləri dəmir qırıntılarını yerində saxlamışlar. O, pula ehtiyacı olduğundan həmin əməli törətmişdir. Onların həmin dəmir qırıntılarını oğurlamaq niyyətində olduqlarından başqa heç kimin məlumatı olmamış, onlar əvvəlcədən karxana ərazisində həmin dəmir alətləri bir yerə toplamaqda məqsədləri sadəcə həmin ərazinin işçiləri olmaqları, sonradan isə Elvin, İntiqam və Sanellə birlikdə həmin dəmir qırıntılarını karxanadan çölə yığanda isə məqsədləri oğurlamaq olmuşdur. Seymur onun karxanada işlədiyini bilmişdir. O, Seymura demişdir ki, işlədiyi karxanadan topladıqları dəmir qırıntılarını ona satacaqdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2013-cü ildən Azərbaycan Respublikası Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyir. Təxminən 18 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində o, həmin karxanada fəhlə işləyən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə iş gördükləri vaxtı karxananın ekskovatoru tərəfindən qazıntı işləri aparılarkən karxanaya aid çıxarılmış təxminən 200 kq çəkidə olan dəmir əşyalarını kənara yığmışlar. Sonra həmin əşyaları aparmaq istəyəndə karxanada sahə rəisi işləyən Zərərçəkmiş şəxs həmin dəmirləri aparmaq istədiklərini demişlər, lakin Zərərçəkmiş şəxs həmin dəmirləri aparmağa onlara icazə vermədiyi üçün həmin əşyalar yerində qalmış və aparmamışlar. Bundan sonra, 19 yanvar 2021-ci iltarixdə o, karxanada fəhlə işləyən Ramal, İntiqam və Elvinlə birlikdə karxanada gündəlik işləri olan dəmirlərin toplanması işini görüb karxanadakı təxminən 200 kq çəkisi olan dəmir qırıntılarını, yəni kəsinti profilləri və içərisi tökülmüş yararsız rolikləri bir yerə toplamışlar. Bundan sonra o, Ramal, İntiqam, Elvin ilə birlikdə qərara gəlmişlər ki, həmin topladıqları dəmir qırıntılarını Seymur adlı dəmiryığan şəxsə hər kiloqramını 18 qəpikdən satıb pul əldə etsinlər. Onlar fikirləşmişlər ki, həmin dəmir qırıntıları karxanaya lazım deyil, bu səbəbdən də həmin gün saat 13 radələrində o, Ramal, İntiqam, Elvin ilə birlikdə köməkləşib həmin dəmir qırıntılarını karxanadan çıxarıb Pirsaat çayının kənarına yığmışlar ki, Seymuru həmin yerə çağırsınlar. Dəmir qırıntılarını həmin yerə yığandan sonra Ramal Seymura zəng edib ona dəmir qırıntılarını satmaq istədiklərini bildirmişdir. Onlar Həmyə kənd sakini olan Seymuru gözlədikləri zaman karxananın işçiləri və sahə rəisi olan Zərərçəkmiş şəxs həmin yerə gələrək onların həmin qırıntıları satmaq istədiklərini bilmişlər. Onlar əməllərindən peşman olduqlarını bildirmişlər və oğurlamaq istədikləri dəmir qırıntılarını yerində saxlamışldar. Onlar həmin əməli ehtiyacdan törətdiklərini, onların həmin dəmir qırıntılarını oğurlamaq niyyətində olduqlarından başqa heç kimin məlumatı olmamış, onlar əvvəlcədən karxana ərazisində həmin dəmir alətləri bir yerə toplamaqda məqsədləri sadəcə həmin ərazinin işçiləri olmaqları, sonradan isə həmin dəmir qırıntılarını karxanadan çölə yığanda isə məqsədləri oğurlamaq olmuşdur. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2013-cü ildən Azərbaycan Respublikası Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyir. Dəqiq tarixini xatırlamır, təxminən 10 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində o, həmin karxanada fəhlə işləyən Ramal və Elvinlə birlikdə iş gördükləri vaxtı karxananın ekskovatoru qazıntı işləri apararkən karxanaya aid çıxarılmış təxminən 200 kq çəkidə olan dəmir əşyalarını üçü birlikdə kənara yığmışlar. Sonra həmin əşyaları aparmaq istəyəndə karxanada sahə rəisi işləyən Zərərçəkmiş şəxs həmin dəmirləri aparmaq istədiklərini demişlər, lakin Zərərçəkmiş şəxs həmin dəmirləri aparmağa icazə vermədiyi üçün həmin əşyalar yerində qalmış və aparmamışlar. Bundan sonra, 19 yanvar 2021-ci iltarixdə o, karxanada fəhlə işləyən Ramal, Elvin və Sanellə birlikdə karxanada gündəlik işləri olan dəmirlərin toplanması işini görüb karxanadakı təxminən 200 kq çəkisi olan dəmir qırıntılarını, yəni kəsinti profilləri və içərisi tökülmüş yararsız rolikləri bir yerə toplamışlar. Bundan sonra o, Ramal, Elvin, Sanellə birlikdə qərara gəlmişlər ki, həmin topladıqları dəmir qırıntıları Seymur adlı dəmiryığan şəxsə hər kiloqramını 18 qəpikdən satıb pul əldə etsinlər. Onlar fikirləşmişlər ki, həmin dəmir qırıntıları karxanaya lazım deyil, bu səbəbdən də həmin gün saat 13 radələrində, o, Ramal, Elvin, Sanellə birlikdə köməkləşib həmin dəmir qırıntılarını karxanadan çıxarıb Pirsaat çayının kənarına yığmışlar ki, Seymuru həmin yerə çağırsınlar. Dəmir qırıntılarını həmin yerə yığandan sonra Ramal Seymura zəng edib ona dəmir qırıntılarını satmaq istədiklərini bildirmişlər. Onlar Seymuru gözlədikləri vaxtı, karxananın işçiləri və sahə rəisi olan Zərərçəkmiş şəxs onların dəmir qırıntılarını satmaq istədiklərini müəyyən etmişlər. Onlar əməllərindən peşman olduqlarını bildirmişlər və oğurlamaq istədikləri dəmir qırıntılarını yerində saxlamışlar. Onun pula ehtiyacı olduğuna görə həmin əməli törətmişdir. Onların həmin dəmir qırıntılarını oğurlamaq niyyətində olduqlarından başqa heç kimin xəbəri olmamışdır. Onlar əvvəlcədən karxana ərazisində həmin dəmir alətləri bir yerə toplamaqda məqsədləri sadəcə həmin ərazinin işçiləri olmaqları, sonradan isə Elvin, Ramal, Sanel və onun özü, birlikdə həmin dəmir qırıntılarını karxanadan çölə yığanda məqsədləri oğurlamaq olmuşdur. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2013-cü ildən Azərbaycan Respublikası Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonunun Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyir. Dəqiq tarixini xatırlamır, təxminən 10 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində o, həmin karxanada fəhlə işləyən Ramal və İntiqamla birlikdə iş gördükləri vaxtı karxananın ekskovatoru tərəfindən qazıntı işləri aparılarkən karxanaya aid çıxarılmış təxminən 200 kq çəkidə olan dəmir əşyaları üçü birlikdə kənara yığmışlar. Sonra həmin əşyaları aparmaq istəyəndə karxanada sahə rəisi işləyən Zərərçəkmiş şəxs həmin dəmirləri aparmaq istədiklərini demişlər, lakin Zərərçəkmiş şəxs həmin dəmirləri aparmağa icazə vermədiyi üçün həmin əşyalar yerində qalmış və aparmamışlar. Bundan sonra, 19 yanvar 2021-ci iltarixdə o, karxanada fəhlə işləyən Ramal, İntiqam və Sanellə birlikdə karxanada gündəlik işləri olan dəmirlərin toplanması işini görüb karxanadakı təxminən 200 kq çəkisi olan dəmir qırıntılarını, yəni kəsinti profilləri və içərisi tökülmüş yararsız rolikləri bir yerə toplamışlar. Bundan sonra o, Ramal, İntiqam, Sanellə birlikdə qərara gəlmişlər ki, həmin topladıqları dəmir qırıntılarını Seymur adlı dəmiryığan şəxsə hər kiloqramını 18 qəpikdən satıb pul əldə etsinlər. Onlar fikirləşmişlər ki, həmin dəmir qırıntıları karxanaya lazım deyil, bu səbəbdən də həmin gün saat 13 radələrində, o, Ramal, İntiqam, Sanellə birlikdə köməkləşib həmin dəmir qırıntılarını karxanadan çıxarıb Pirsaat çayının kənarına yığsınlar və Seymuru həmin yerə çağırsınlar. Dəmir qırıntılarını həmin yerə yığandan sonra Ramal Seymura zəng edib ona dəmir qırıntılarını satmaq istədiklərini bildirmişlər. Seymuru gözlədikləri zaman karxananın işçiləri və sahə rəisi olan Zərərçəkmiş şəxs onların əməllərini müəyyən etmişlər. Onlar da əməllərindən peşman olduqlarını bildirmişlər və oğurlamaq istədikləri dəmir qırıntılarını yerində saxlamışlar. O, pula ehtiyacı olduğuna görə həmin əməli törətmişdir. Onlar əvvəlcədən karxana ərazisində həmin dəmir alətləri bir yerə toplamaqda məqsədləri sadəcə həmin ərazinin işçiləri olmaqları, sonradan isə o, İntiqam, Ramal və Sanellə birlikdə həmin dəmir qırıntılarını karxanadan çölə yığanda isə məqsədləri oğurlamaq olmuşdur. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X5 oğlu ifadə verib göstərdi ki, 10 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində çınqıl karxanasında fəhlə işləyən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Azərbaycan Avtomobil X22 “xxxx” MMC-nin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında sahə rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs yaxınlaşmış və bildirmişlər ki, qazıntı işləri aparılarkən karxanaya aid çıxarılmış dəmir əşyaları var, onları apara bilərikmi? Həmin vaxt Sərxan fəhlələrə bildirmişdir ki, həmin dəmirlər lazım olacaq, onlara dəyməyin və heç bir yerə aparmayın. 19 yanvar 2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs və karxanada briqadir vəzifəsində işləyən X4 ilə birlikdə çınqıl karxanasının ərazisini yoxlayarkən karxanada fəhlə işləyən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 12 ədəd rolikləri, “şvellerləri”, həmçinin armaturu oğurlamaq istəyəndə onlara yaxınlaşmışlar. Həmin vaxt onlar etdikləri hərəkəti dayandırmış, Sərxan fəhlələrə nə üçün icazələri olmadan bu hərəkəti etdiklərini soruşduqda, onlar ehtiyaclarının olduğunu bildirmişlər. Zərərçəkmiş şəxs karxanada fəhlə işləyən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 19 yanvar 2021-ci il tarixdə oğurlamaq istədikləri roliklərin daş karxanasında qum və çınqıl yükləmək aparatının mühüm hissəsi olduğunu, şvellerin həmin aparatın lentinə hərəkət verdiyini, armaturların isə müəyyən işlərdə istifadə olunduğunu bildirmişdir. Azərbaycan Avtomobil X22 “xxxx” MMC-dən həmin materialların dəyər qiyməti hesablandıqda müəyyən edilmişdir ki, ümumilikdə 600 (altı yüz) manat məbləğində ziyan dəymişdir. Son olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdıqlarını, MMC-yə dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını və onların cəzalandılmasında maraqlı olmadıqlarını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 19 yanvar 2021-ci il tarixdə, saat təxminən 13 radələrində həmkəndlisi Ramal özünün ***-***- **-** saylı nömrəsindən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edib demişdir ki, çınqıl karxanasının çöl tərəfində Pirsaat çayının yanında dəmir metallar yığmışlar və gəlib həmin metalları alıb aparsın. O, da özünün idarə etdiyi “VAZ-21011” markalı, **-BB- *** nömrəli avtomobili ilə həmin əraziyə getmiş və orada Sanellə Ramalın dəmirlərin yanında olduqlarını görmüşdür. Həmin vaxtı, dəmirləri tərəzidə çəkib maşına yığan zaman karxananın rəhbər işçiləri gəlib həmin dəmirlərin oğurluq olduğunu bildirdikləri üçün o, həmin dəmirləri yerə boşaldıb orada qalmayıb avtomobilinə oturaraq çıxıb getmişdir. O, həmin dəmirlərin oğurluq olmasını bilməmişdir. Səhv etdiyini anlayır, o, gərək ora gəlməzdi, günün günorta vaxtı o, həmin dəmirlərin oğurluq olduğunu bilməmiş və şübhələnməmişdir. O, təxminən 2020-ci ilin avqust və sentyabr aylarında Ramaldan iki dəfə dəmir məmulatları almış, həmin vaxtı Ramal xatırlamadığı avtomobil ilə özü dəmirləri metal qəbul etdiyi yerə, yəni Bakı-Şamaxı yolunun kənarındakı məntəqəyə gətirmişdir. O, ondan dəmirin kiloqramını 20 qəpikdən olmaqla bir dəfə 100 kq-20 manata, bir dəfə də 50 kq olmaqla 10 manata götürməklə pul vermiş. sonuncu dəfə isə, yəni 19.01.2021-ci il tarixdə pul verməmişdir, çünki mal ala bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş qismində tanınması haqqında” 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış, icraata qəbul olunaraq istintaq aparılmış və Azərbaycan Respublikası Avtomobil X22 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanası zərərçəkmiş şəxs qismində tanınmışdır. “Baxış keçirilməsi haqqında” 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, karxanada sahə rəisi işləyən Zərərçəkmiş şəxs karxanaya məxsus rolikləri, şvelleri və armoturu çınqıl karxanasında fəhlə işləyən İntiqam, Sanel, Kamal və Elvinin oğurlamaq istədiklərini bildirmişdir. Baxış zamanı həmin metalların bir yerə toplanıldığı və çəkisi 170- 180 kiloqram olduğu, lent roliklərin sayı 15 ədəd, şvellerlərin uzunluğu 35 metr və armaturun uzunluğunun 3 metr olduğu müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 oğlu 21 yanvar 2021-ci il tarixdə saat 22:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Avtomobil X22 “xxxx” MMC-nin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasından rolikləri, şvellerləri və armaturu 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində oğurlamaq istədikləri yeri göstərib karxanada fəhlə işləyən İntiqam, Sanel və Elvinlə birlikdə köməkləşib həmin dəmir qırıntıları Pirsaat çayının kənarına yığdıqlarını, yığandan sonra özünün Seymura zəng edib ona dəmir qırıntıları satmaq istədiklərini deməsini, Həmyə kənd sakini Seymuru gözlədikləri vaxt karxananın işçiləri və sahə rəisi olan Zərərçəkmiş şəxs onların əməllərini müəyyən etdiklərini, əməllərindən peşman olduqlarını və oğurlamaq istədikləri dəmir qırıntıları yerində saxladıqlarını göstərmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 22 yanvar 2021-ci il tarixdə saat 21:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 yanvar 2021-ci il tarixdə saat 21:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 29, 177.2.1-ci maddəsinə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Tikinti materiallarının qiymətləndirilməsi haqqında “Nihad” İstesalat Kommersiya firması tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, 22 nömrəli mütəxəssis rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilən diametri 15 ədəd karxana lent rolikinin hər birini 16 manata, 35 metr şvellerin hər metrini 10 manat və 3 metr armaturun isə ümumi olaraq 10 manat dəyər qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 25 yanvar 2021-ci il tarixli 25 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X20, oğlu X9 və qızı X7 ibarət ailə üzvləri ilə birlikdə Hacıqabul rayonunun Şorbaçı kəndində yaşayır. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, anadan olduğu vaxtdan hal-hazıra kimi Hacıqabul rayonunun Şorbaçı kəndində yaşayır. Ərazidə yaşadığı müddətdə ictimaiyyət arasında nizam-intizamlı, səmimi, təvazökar, zəhmətsevər şəxs kimi tanınmışdır. O, 2004-2006-cı illərdə müddətli hərbi xidmətdə olmuş, xidmət zamanı yoldaşlarının və rəhbərliyin rəğbətini qazanmışdır. Onun barəsində ərazidə yaşadığı müddətdə nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Nikah haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 30.03.2010-cu il təvəllüdlü və 05.02.2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının İİ Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 25 yanvar 2021-ci il tarixli 47 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X10 və oğlu X15 ibarət ailə üzvləri ilə birlikdə Hacıqabul rayonunun İİ Udullu kəndində yaşayır. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının İİ Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, o, əhali arasında həmişə özünü nümunəvi aparmış, sakit təbiətli olmaqla qohum qonşularla münasibəti yaxşıdır. Hər hansı şəxslərlə borc, düşmənçilik, ədavət, münaqişə və sair kmi qərəzli münasibətlərinin olması barədə icra nümayəndəliyinə məlumat daxil olmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 evli olmaqla, himayəsində 22.04.2020-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Sabirabad İcra Hakimiyyəti Başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26 yanvar 2021-ci il tarixli 221 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 arvadı X21 və oğulları X30 və X16 ibarət ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Qruzma kəndində yaşayır. Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 26 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşadığı Qruzma kəndində özünü nümunəvi aparmış, onun ailəsi müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 evli olmaqla, himayəsində 2013-cü il təvəllüdlü və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Həmyəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 fevral 2021-ci il tarixli 46 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs4 X2, X8, X27 və X11 ibarət ailə üzvləri ilə birlikdə Şamaxı rayonu Həmyəli kəndində yaşayır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Həmyəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs4 adına verilmiş xasiyyətnamədən görünür ki, o, kəndin ictimai siyasi işlərində yaxından iştirak edib. Təqsirləndirilən şəxs4 müsbət xasiyyəti ilə kənd camaatı arasında hörmət qazanmışdır. O, mehriban, səliqəli və işgüzar bir insandır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X31 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 yanvar 2021-ci il tarixli 56 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs4 Şamaxı RMX-nin Poliklinika şöbəsinin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X31 Ərazi Bölmələrini İdarəetmə Birliyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 fevral 2021-ci il tarixli 313 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Əsgərov X17 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda deyildir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X31 Ərazi Bölmələrini İdarəetmə Birliyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 fevral 2021-ci il tarixli 314 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cəfərov X3 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sabirabad Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin 02 fevral 2021-ci il tarixli 169 nömrəli tibbi arayışından görünür ki, Xəlilov X12 rayon poliklinikasında əsəb-ruhi və narkolji kabinetlərində heç bir xəstəliklə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2021-ci il tarixli 9/894 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında dəmir metal məmulatların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayında olan orta bazar qiyməti təxminən 9 sm diametrli, boru formalı dəmir lent rolikin 1 ədədi-15,00 manat, 12x6x0,25sm ölçülü, dördkünc formalı dəmir profilin 1 metri-10,00 manat, 20 mm-lik armaturun 1 metri-1,50 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, Avtomobil X13 Yol İstismar İdarəsinin 8 saylı Xüsusi Təyinatlı Yol İstismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasına məxsus 12 ədəd roliklər, “uqolniklər” və “şvellerlər” maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. 19 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “rolikləri”, “uqolnikləri” və “şvellerləri” təhvil almışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə dəyişiklik edilərək və ona Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə dəyişiklik edilərək və ona Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə dəyişiklik edilərək və ona Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə dəyişiklik edilərək və ona Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 ərizəsindən görünür ki, təqsirləndirlən şəxslər tərəfindən vurulmuş ziyan ödənildiyi üçün onlara qarşı hər hansı tələbləri yoxdur və onların cəzalandırılmasında maraqlı deyillər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələdirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məkəmə hesab edir ki, təsirlədirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs4 21.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə 22.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onların həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, barələrində seçilmiş ploisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan – 12 ədəd roliklər, “uqolniklər” və “şvellerlər”in zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 21.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 22.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 22.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 22.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 12 ədəd roliklər, “uqolniklər” və “şvellerlər”in zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-49/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-49/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver