Məhkəmə qərarları › İş №1(074)-5/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-5/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-5/2023 14.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxslərin qanuni nümayəndələri - Qanuni nümayəndə və X10, Tərcüməçi - X45, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğunun iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Qazax rayonu, Qırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ağstafa rayonu, Qırlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 12 iyun 2022-ci ildə saat 22:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrində “X76” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində “MERCEDES BENZ” avtobus markalı 99NL949 dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ zolağında Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə idarə edərkən, hərəkətin təhlükəsizliyinin təmin olunması, diqqətini daim dəyişən yol şəraitindən, avtobusun idarə olunmasından ayırmamalı, avtobusun hərəkət hissəsində dayanıqlı və təhlükəsiz hərəkətini təmin etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib “X76” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, yolun sola doğru döngəli hissəsində idarəetməni itirərək, avtobus yoldan sağa çıxıb ön hissəsi yoldan sağda olan beton səddə çırpılmış, nəticədə ehtiyatsızlıqdan avtobusda olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ mil sümüyünün tipik yerdən sınığı və sağ diz oynağının hematoması xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol iç topuğun incik sümüyünün 1/3-nin yerinidəyişmiş sınıqları, dəridə iri həcimli yara, sağ baldırın soyulmuş yarası, sol əlin 5-ci barmağının hərəkət məhdudluğu xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan alt çənənin yarası, döş qəfəsinin sol yarısının arxa səthində, fəqərə proyeksiyasında 6-cı qabırğanın yerinidəyişən sınığı, sol çiyin nahiyyəsinin əzilməsi xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs4 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol 9-cu qabırğanın sınığı, hər iki bazuda, sol saiddə, sol budda, hər iki baldırda yumuşaq toxumaların qançırları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs5 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan alt çənənin sınığı və sağ əlin 5-ci daraq sümüyünün sınığı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs6 insan həyatı üçün təhlükəli olan sol bazu sümüyünün orta 1/3-nin açıq yerdəyişmiş sınığı, mil sinirinin parezi, sol əlin 1-ci-2-ci barmaqlarının hərəkət məhdudluğu, üzün sıyrılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına və X5 insan həyatı üçün təhlükəli olan sağ çiyin, sağ dirsək, sağ bud, sağ baldır, hər iki dizdə şişkinlik, sıyrılmış yaralar, sağ bud və diz qapağı sümüklərinin sınıqları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2017-ci ildə xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan AE 326542 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 12 iyun 2022-ci ildə səhər Bakı şəhəri Suraxanı rayonundan 279 nömrəli orta məktəbin 4-cü sinif şagirdlərini valideynləri ilə birlikdə idarə etdiyi “MERCEDES BENZ” avtobus markalı 99NL949 dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin kimi Oğuz və Qəbələ rayonlarına aparmışdır. Axşam həmin avtobusu idarə etməklə apardığı sərnişinləri Bakı şəhərinə gətirərkən, Bakı-Şamaxı yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində avtobusu 60-70 km/saat sürətlə yolun sağ zolağı idarə etmiş, bu zaman sola olan döngəni görüb geniş dönməməli olduğunu başa düşmüşdür. Bu anda avtobusun ön sağ təkəri ehtiyat hissəyə tərəf çıxmış, ayağını tormoza atmış və avtobusu sağa istiqamətləndirmişdir. Çökəkliyə düşməmək üçün avtobusun ön hissəsini yoldan sağda olan beton səddə çırpmışdır. İdarəetməni itirib avtobusu beton səddə çırpmağı nəticəsində sərnişinlər xəsarət almışlar. Hadisə zamanı sərxoş olmamış və idarə etdiyi avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin çoxu ilə barışmış, zərərçəkmş şəxslərdən Zərərçəkmiş şəxs7 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs4 ilə barışıq əldə edə bilməmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində dindirilmiş X37 ifadə verib göstərdi ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə sərnişin qismində olmuşdur. Leyla qabaqda sağda, şagirdlərlə, özü isə arxada valideynlərlə oturmuşdur. Avtobus Bakı-Şamaxı-Yevlax yolunda Şamaxı rayonu ərazisindən keçib dönərkən, qarşıda döngəli yolda döngəni sürətlə döndüyü anda sağa çıxaraq nəyəsə çırpılmışdır. Aşağı düşdükdə avtomobilin qabaq hissəsinin betona çırpıldığını görmüşdür. Özü və qızı Leyla hadisə zamanı xəsarət almışlar. xx.xx.2022-ci ildə Bakı şəhərində KTM-ə, xx.xx.2022-ci ildə isə X3 aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, rus dilini mükəmməl bildiyi üçün tanışı Murad ona zəng edib Suraxanı rayonundakı 279 nömrəli məktəbin rus bölməsinin 4-cü sinif şagirdlərinin valideynləri ilə birlikdə Oğuz-Qəbələ rayonlarına gəzintiyə çıxacaqlarını bildirib onlara rus dilində bələdçilik etmək məqsədi ilə dəvət edilmişdir. 12 iyun 2022-ci ildə səhər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən məscidin yanına getmişdir. Orada Mercedes markalı avtobusla şagird və valideynlərlə birlikdə Qəbələ rayonuna yola düşmüşlər. Axşam həmin avtobusla Bakı şəhərinə qayıdarkən sürücü ilə yan-yana oturmuşdur. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində döngəli yolda sürücü sürəti tənzimləyə bilməmiş, avtobus yolun sağ tərəfinə çıxaraq ön hissəsi beton səddə çırpılmışdır. Nəticədə xəsarət almışdır. Məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını bildirib, ondan şikayəti və tələbi olmamasını göstərdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, xx.xx.2022-ci ildə Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi qızı İlayda ilə birlikdə məktəbin şagird və digər valideynləri ilə birlikdə Oğuz-Qəbələ turu ilə həmin rayonlara gəzintiyə getmişlər. Həmin gün axşam, həmin avtobusla Bakı şəhərinə qayıdarkən o, qabaqda 3-cü sırada qızı İlayda isə yanında oturmuşdur. Bakı-Şamaxı yolunun Şamaxı rayon ərazisindən keçən vaxt sürücü avtobusu surətlə idarə etmişdir. Qarşıdakı döngəli yolda sürücü yolun sağına çıxarkən avtobusu yola yönəldə bilməmiş, avtobusun qabaq hissəsi betona çırpılmışdır. O və qızı İlayda xəsarət almışlar. Oradan Respublika xəstəxanasına müraciət etmişlər, yolda heç bir avtomobillə toqquşmadır. Məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını bildirib, ondan şikayəti və tələbi olmamasını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs7nm qanuni nümayəndəsi Zərərçəkmiş şəxs4 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı özü avtobusda sürücünün arxasında olan oturacaqda, qızı Zərərçəkmiş şəxs7 qabaqda sağda oturmuşdur. Sürücü yolun Şamaxı rayonu ərazisindən keçən hissəsində avtobusu 90-110 km/saat sürətlə idarə etmiş, sürücüdən avtobusu yavaş sürməyi xahiş etmiş, sürücü isə mən sürücüyəm özüm bilərəm necə sürərəm demişdir. Döngəli yolu görüb sürət göstəricisinə baxdıqda sürətin 90- 100 arasında olduğunu görmüşdür. Yolun sol tərəfinə olan döngədə sürücü dönmə əməliyyatını sağdan geniş götürmüş, lakin dönmə əməliyyatını yerinə yetirə bilməyərək avtobusun sürəti artıq olduğu üçün sağda betona dəymişdir. Hadisə zamanı qızı Aleksandra alın şüşəsinə dəyərək çökəkliyə düşüb ağır xəsarət almışdır. İlkin olaraq Qobustan xəstəxanasına müraciət etmiş, oradan isə Bakı şəhərindəki X56 gətirilmişlər. Məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, onunla maddi ziyan tələbində ümumi razılığa gəldiyini göstərdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 saylı tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş oğlu Kərimli Mikayılla birlikdə sərnişin qismində olmuşdur. Özü 4-cü sırada oturmuş və Mikayıl da yanında oturmuşdur. Avtobus Bakı-Şamaxı yolu ilə hərəkət edərək Şamaxı şəhərini keçib döngədə yoldan çıxıb ön hissəsi betona çırpılmışdır. Nəticədə özü və Mikayıl xəsarət almışdır. Mikayıllı birlikdə «Medical Plaza» tibb müəssisəsinə müraciət etmişlər. Məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını bildirib ondan şikayəti və tələbi olmamasını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi Qanuni nümayəndə da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda oğlu Zərərçəkmiş şəxs6 və digər oğlu xx.xx.2012-ci ildə doğulmuş Elvin Qasımovla birlikdə sərnişin qismində olmuşdur. Elvin sürücü tərəfdən 3-cü və ya 4-cü sırada, özü arxada, Elnur isə qabaqda ortada sürücünün yanında oturmuşdur. Avtobus yolun Şamaxı rayonunun Acıdərə adlanan ərazisindəki döngəli hissəsində hərəkətdə olarkən sürətlənərək təkərlərindən səs gəldiyini eşitmiş və avtobusun ön hissəsi yolun sağında olan beton səddə çırpılmışdır. Hadisə nəticəsində oğlu Elnur avtobusun alın şüşəsindən torpağa düşmüş, digər oğlu Elvin, özü və bir neçə sərnişin xəsarət almışdır. Məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını bildirib, ondan şikayəti və tələbi olmamasını göstərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə mülki iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X16 Xidməti” MMC-nin nümayəndəsi və mülki iddiaçı qismində tanınmış X46 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, 12 iyun 2022-ci il saat 22:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108ci kilometrliyində Ağstafa rayonu Qırlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz avtobus markalı 99NL949 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxıb sağ tərəfdə olan beton səddə, metal çəpərə və yol nişanına dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 497.60 manat məbləğində ziyan dəymişdir. Daha sonra mülki iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək həmin nəqliyyat vasitəsinin sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunduğu və ödənişdən imtina edilmədiyini, lakin müvafiq sənədlərin sığorta şirkətinə çatdırılması gecikdirildiyindən hal-hazıradək vurulmuş ziyan Agentliyə ödənilmədiyini bildirmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı hazırda iddia və tələblərinin olmadığını, sığorta şirkəti tərəfindən ödənişdən imtina ediləcəyi halda vurulmuş ziyanın ödənilməsi barədə mülki qaydada məhkəməyə müraciət olunacığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 qanuni nümayəndəsi Şahid1 ifadə verib göstərdi ki, 12 iyun 2022-ci ildə Suraxanı rayonu 279 nömrəli orta məktəbin 4 «a» sinif şagirdləri ilə birlikdə Oğuz-Qəbələ turu ilə həmin rayonlara gəzintiyə getmişlər. Onun vasitəsi ilə tur təşkilatçısı Murad adlı şəxslə qabaqcadan razılaşdırılmışdır ki, xx.xx.2022-ci ildə saat 06:15-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində məscidin qarşısında sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes» markalı avtobusda yığışıb və yola düşmüşlər. Gün ərzində Oğuz-Qəbələ ərazisini gəzmişlər və həmin gün saat 20:20-də hamı birlikdə Qəbələ rayonu ərazisində yerləşən «Nohurgöl» adlanan yerdən Bakı şəhərinə yola düşmüşlər. Avtobusda xx.xx.2008-ci ildə doğulmuş oğlu X29 və xx.xx.2012-ci ildə doğulmuş qızı X38 onunla bir yerdə olub ən son oturacaqda sərnişin qismində oturmuşlar. Avtobusda təxminən 55-60 nəfər sərnişin olub Şamaxı rayonu ərazisindən keçərkən, «Acıdərə» adlan yerdə, döngədə avtobusun ani olaraq yanı üstə getdiyini hiss etmiş, möhkəm və sərt zərbə baş vermişdir. Həmin hadisə nəticəsində qızı, oğlu və özü xəsarət almışdır. Digər xəsarətalanlarla birlikdə əvvəl Şamaxı rayon xəstəxanasına aparılmış, sonra isə Bakı şəhərində «Medical Plaza» və KTM-ə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 qanuni nümayəndəsi Şahid2 da Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verərək göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda xx.xx.2012-ci ildə doğulmuş qızı X50 ondan 3-4 sıra öndə sağda, özü isə arxada əyləşmiş, avtobus Şamaxı rayonu ərazisində hərəkətdə olarkən döngədə avtobus ani olaraq yırğalanıb zərbə olmuşdur. Hadisə nəticəsində qızı, özü və digər sərnişinlər xəsarət almışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X47 qanuni nümayəndəsi Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan oğlu X65 arxadan birinci sırada özündən solda əyləşmiş, avtobus Şamaxı rayonu ərazisində hərəkətdə olarkən döngədə avtobusun yoldan sağ tərəfə çıxdığını hiss etmiş və avtobusun ön hissəsi harasa çırpılmışdır. Hadisə nəticəsində xəsarət almışlar. Avtobusdan düşdükdən sonra avtobusun yolun sağında olan betona dəydiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 qanuni nümayəndəsi Şahid4 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan 2011-ci il təvəllüdlü oğlu X51 da sərnişin qismində olmuşdur. Oğlunu tanıdığı Nurlana xanıma nəzarət üçün tapşırmışdır. Tez-tez Teymurla telefon əlaqəsi saxlamış, axşam Teymur ona zəng edib avtobusun qəzaya uğradığım və yol maşını ilə Bakı şəhərinə gəldiyini demişdir. Teymurla Bakı şəhərindəki Respublika Xəstəxanasında görüşmüş, orada Teymura tibbi yardım göstərilərək evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 qanuni nümayəndəsi Şahid5 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin şagirdi olan bacısı qızı X39 ilə sərnişin qismində olmuş, özü arxada sağda oturmuşdur. Avtobus Şamaxı rayonu ərazisində hərəkətdə olarkən qəflətən yoldan çıxıb nəyəsə dəymişdir. Avtobusdan düşdükdən sonra avtobusun yolun sağında olan betona dəydiyini bilmişdir. Aldığı xəsarətlə əlaqədar Şamaxı rayon xəstəxanasına və Medical Plaza klinikasına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 qanuni nümayəndəsi Şahid6 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 sinif şagirdi olan oğlu Yunis İbrahimovla birlikdə sərnişin qismində olmuşdur. Özü arxada 3-cü sırada sağda, oğlu isə öndə 2-ci sırada solda əyləşmişdir. Avtobus Şamaxı rayonu ərazisində hərəkətdə olarkən avtobusun 2 dəfə silkələndiyini hiss etmiş və avtobus daşlıq yola çıxaraq ön hissəsi betona çırpılmışdır. Hadisə nəticəsində oğlu, özü və digər sərnişinlər xəsarət almışlar. xx.xx.2022-ci ildə Bakı Medical Plazaya müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X21 qanuni nümayəndəsi Şahid7 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan qızı X40 ilə birlikdə sərnişin qismində olmuşdur. Özü ortada, Nuriyyə isə onun yanında əyləşmişdir. Avtobus Şamaxı rayonu ərazisində hərəkətdə olarkən avtobus yırğalanaraq sağa tərəf gedib ön hissəsindən zərbə olduğunu bilmişdir. Özü və Nuriyyə xəsarət almış, hadisə yerindən yol maşını ilə Bakıya gəlmişlər. xx.xx.2022-ci ildə Nuriyyəni 24 saylı poliklinikaya aparmış, özü isə KTM-ə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 qanuni nümayəndəsi Şahid8 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdlərinin valideynləri və 2011-ci il təvəllüdlü qızı Baxşıyeva XədicəTahir qızı ilə birlikdə sərnişin qismində olmuşdur. Özü arxada sağda, qızı isə özündən bir az qabaqda əyləşmişdir. Avtobus Şamaxı rayonu ərazisində döngəli yolda sürəti artırıb beton səddə dəymişdir. Hadisə nəticəsində xəsarət almışlar. xx.xx.2022-ci ildə özü və qızı Neyrocərrahiyə xəstəxanasına müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, 279 nömrəli tam orta məktəbin sinif rəhbəri olduğu 4 «d» sinif şagirdləri və onların valideynləri ilə birlikdə, yəni 60 nəfər sərnişin 12 iyun 2022-ci ildə saat 06:15 radələrində Suraxanı rayonunda Mercedes Benz markalı avtobusla Oğuz və Qəbələ rayonlarına turist kimi yola düşmüşlər. Həmin gün axşam Bakı şəhərinə avtobusla qayıdarkən qabaqda birinci sırada solda oturmuş, avtobus Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissədə döngəli yolda sürücü avtobusu yol şəraitinə uyğun deyil, sürətlə idarə etmiş, həmin anda avtobus yoldan çıxaraq ön hissəsi sağdakı beton səddə zərbə ilə çırpılmışdır. Hadisə nəticəsində xəsarət aldığına görə Bakı şəhərindəki KTM-ə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2i nümayəndəsi Şahid10 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş oğlu X8 birlikdə sərnişin qismində olmuşdur. Avtobus Şamaxı rayonu ərazisində döngəli yolda sürətlə hərəkətdə olarkən avtobus yoldan sağa çıxaraq betona çırpılmışdır. Hadisə nəticəsində özü və oğlu Dmitri xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki, müəllim işlədiyi 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdləri və onların valideynləri, o cümlədən xx.xx.2012-ci ildə doğulmuş qızı X52 ilə birlikdə 12 iyun 2022-ci ildə saat 06:15 radələrində Suraxanı rayonunda Mercedes Benz markalı avtobusla Oğuz və Qəbələ rayonlarına turist kimi yola düşmüşlər. Həmin gün saat 20:15 radələrində Nohurçöl istirahət mərkəzində toplaşıb bütün valedeynlərlə birlikdə Bakı şəhərinə avtobusla yola düşmüşlər. Özü və uşağı 5-ci və 6-cı cərgədə oturmuş, avtobus döngəli yolda bir neçə dəfə ləngər vurmuş, sonuncu döngədə avtobus ləngər vursa da öz yoluna qayıtmayaraq ön hissəsi beton səddə çırpılmış, oturacaqlar yerindən çıxmış və ön alın şüşəsindən yerə düşənlər olmuşdur. Hadisə zamanı üz nahiyəsi qabaq oturacağa dəymiş, üz və ayaq nahiyələrindən xəsarətlər almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 qanuni nümayəndəsi Şahid12 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş oğlu X22 ilə birlikdə sərnişin qismində olmuşdur. Seyfi qabaqda sağda 2-ci sırada, özü isə arxada sağda 2-ci sırada əyləşmişdir. Avtobus 60 nəfər sərnişinlə Şamaxı rayonu ərazisində döngəli yolda sürücü Pərviz avtomobili döngəyə uyğun idarə etməmiş, hətta bir dəfə sürücüdən avtomobili asta sürətlə sürməyi xahiş etmişdir. Lakin avtobusun sürəti azalmamış və avtobusun qabaq hissəsi yoldan sağda olan betona çırpılmışdır. Hadisə nəticəsində özü, oğlu və digər sərnişinlər xəsarət almışlar. Oğlu ilə birlikdə Medical Plazaya müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X41 qanuni nümayəndəsi Şahid13 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş oğlu Nizami Vəliyevlə birlikdə sərnişin qismində olmuşdur, arxa oturacaqda oturmuş və Nizami də yanında oturmuşdur. Avtobus Şamaxı rayonu ərazisindən keçərkən telefonla danışdıqda qəflətən avtobusun yırğalanıb idarəetməni itirdiyini hiss etmişdir. Həmin anda avtobus haraas çırpılmışdır. Yerə düşdükdə avtobusun qabaq hissəsinin betona çırpıldığını bilmişdir. Hadisə nəticəsində özü və oğlu Nizami Qobustan xəstəxanasına müraciət etmişlər. Şahid13 məhkəməyə teleqram göndərərək, istintaq da verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclsaının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X23 qanuni nümayəndəsi Şahid14 nümayəndəsi məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş qızı Aylin Rizvanova ilə birlikdə sərnişin qismində olmuşdur. Arxa oturacaqda solda oturmuş və Aylin də yanında oturmuşdur. Avtobus Şamaxı rayonu ərazisindən keçərkən sürücü avtobusu döngəli yolda sürətlə idarə etmişdir. Ani olaraq avtobus idarəetmədən çıxaraq yolun sağma istiqamətlənib ön hissəsi yoldan sağda olan betona çırpılmışdır. Hadisə nəticəsində özü və X60 müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 qanuni nümayəndəsi Nadezhda Gadzheva da eyni məzmunlu ifadə verib göstərdi ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş qızı Mədinə Hacıyeva ilə birlikdə sərnişin qismində olmuşdur. Arxa özü, qabaqda isə Mədinə oturmuşdur. Avtobus Şamaxı rayonu ərazisindən keçərkən birdən avtobus nəyəsə dəymiş və səs-küy eşitmişdir. Özü və Mədinə xəsarət aldığı üçün Qobustan rayon xəstəxanasına müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, sosial şəbəkələrdə ***-***-**-** mobil nömrəni yerləşdirərək ölkədaxili istiqamətlərə turistlərin avtobuslarla gediş-gəlişi, istirahət və ya özlərinin təyin etdiyi məkanlara gediş-gəlişinin təşkilinə qeyrirəsmi olaraq vasitəçilik edir. Nurlana adlı qadının onun mobil nömrəsinə zəng edib sifarişi əsasında, 750 manat gediş-gəliş haqqı olmaqla Mercedes Benz markalı 99NZ949 dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhərindən Oğuz-Qəbələ rayonlarına 55 nəfər sərnişin aparmasının təşkilində avtobusun sahibi Rübail adlı şəxslə telefonla danışıb vasitəçilik etmişdir. 12 iyun 2022-ci ildə səhər saatlarında həmin avtobus Yeni Günəşli qəsəbəsindən ümumilikdə 60 nəfər olmaqla şagird, müəllim və valideynlərdən ibarət sərnişinlə Oğuz- Qəbələ rayonlarına yola düşmüşdür. Həmin gün axşam avtobusun Şamaxı rayonu ərazisində qəzaya uğraması barədə məlumat alaraq hadisə yerinə getmiş və avtobusun döngəli yolda idarəetmədən çıxıb sağa çıxaraq qabaq hissəsinin betona çırpıldığını və nəticədə sərnişinlərin xəsarət aldığını bilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlkumat verilməsinə baxmayaraq iş üzrə Şahid17 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, dostu Şahid16 ilə 12 iyun 2022-ci ildə axşam əlaqə saxlayarkən Murad ona vasitəçilik etdiyi Oğuz-Qəbələ turunda olan avtobusun Şamaxı yolunda yol qəzasına uğradığını və xəsarət alanlar olduğunu demişdir. Həmin turizmin təşkil olunmasında, avtobusun tapılmasında və pul ödənişində heç bir vasitəçiliyi olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlkumat verilməsinə baxmayaraq iş üzrə şahid X53 və X32 qanuni nümayəndəsi Şahid18 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş qızı Xancanlı Bahar və xx.xx.2014-cü ildə doğulmuş oğlu Kamal Xancanlı ilə birlikdə sərnişin qismində olmuşdur. Arxa 2-ci sırada özü, oğlu və qızı isə qabaqda 3-cü sırada oturmuşlar. Avtobus Şamaxı rayonu ərazisindən keçərkən sürücü avtobusu döngəli yolda sürətlə idarə etmişdir və valideynlər sürücüyə xəbərdarlıq edərək yavaş sürməyi xahiş etmişlər, lakin sürücü xahişlərə məhəl qoymamışdır. Avtobus döngədə qəflətən yoldan çıxıb betona çırpılmışdır. Bakı şəhərindəki KTM-ə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 qanuni nümayəndəsi Şahid19 da eyni məzmunlu ifadə verib göstərdi ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş qızı Lalə Şıxəliyeva ilə birlikdə sərnişin qismində olmuşdur. Özü arxada, Lalə isə qabaqda sağda oturmuşdur. Sürücü avtobusu yol şəraitinə uyğun idarə etməmiş, sürət yüksək olmuşdur. Avtobus Şamaxı rayonu ərazisindən keçərkən birdən yoldan çıxaraq sağda olan betona çırpılmışdır. Hadisə nəticəsində özü və Lalə xəsarət aldığı üçün xx.xx.2022-ci ildə Suraxanı 24 saylı poliklinikaya müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X39 və X33 qanuni nümayəndəsi Şahid20 da eyni məzmunlu ifadə verib göstərdi ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş qızı Nurgün Qurbanlı, xx.xx.2016-cı ildə doğulmuş qızı Əsra Qurbanlı və bacısı və bacısı Asel Bəşirova ilə birlikdə sərnişin qismində olmuşdur. Avtobus Şamaxı rayonu ərazisində və Lalə xəsarət aldığı üçün Şamaxı xəstəxanasına və Medical Plazaya müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 qanuni nümayəndəsi Şahid21 da eyni məzmunlu ifadə verib göstərdi baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2011-ci ildə doğulmuş qızı Nərmin Muxtarlı ilə birlikdə sərnişin qismində olmuşdur. Özü arxada, Nərmin isə qabaqda solda uşaqlarla bir yerdə oturmuşdur. Avtobusun döngəli yollarda sürətlə hərəkət etdiyini hiss etmişdir. Valideynlər sürücüdən avtobusu biraz asta sürməyi xahiş etmişlər. Qəflətən avtobusun yoldan sağ tərəfə istiqamətlənərək ön hissəsindən zərbə aldığını hiss etmişdir. Hadisə nəticəsində özü və Nərmin xəsarət almış, lakin tibb müəssisəsinə müraciət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 qanuni nümayəndəsi Şahid22 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda qızı Nəzrin Qədimli ilə birlikdə sərnişin qismində olmuşdur. Avtobus Bakı-Şamaxı yolunda yol qəzasına uğrayaraq özü və qızı Nəzrin Qədimli xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 qanuni nümayəndəsi Şahid23 da eyni məzmunlu ifadə verib göstərdi ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş oğlu Hüseynalı Hüseynalıyevlə birlikdə sərnişin qismində olmuşdur. Özü ortada sağda, Hüseynalı isə ondan qabaqda sağda oturmuşdur. Avtobus Şamaxı rayonu ərazisindən keçərkən qəflətən harasa çırpılmışdır. Avtobusdan düşdükdə avtobusun sola olan döngəli yoldan sağa çıxıb qabaq hissəsinin betona çırpıldığını bilmişdir. Hadisə nəticəsində özü və oğlu Hüseynalı xəsarət aldığı üçün xx.xx.2022-ci ildə Bakı Medical Plazaya müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X54 və X25 qanuni nümayəndəsi Şahid24 da eyni məzmunlu ifadə verib göstərmişdir ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan xx.xx.2012-ci ildə doğulmuş oğlu Riad Kəlbiyev və xx.xx.2015-ci ildə doğulmuş qızı Riana Kəlbiyeva ilə birlikdə sərnişin qismində olmuşdur. Avtobus Bakı-Şamaxı-Yevlax yolunda Acıdərə adlanan yerdə sərt döngədə sürətlə hərəkətdə olub dərəyə aşmaq üzrə olarkən sürücü avtobusu beton səddə çırpmış, nəticədə avtobusda olan sərnişinlər xəsarət almışlar. Hadisədən sonra yol maşını ilə uşaqları ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Özü və uşaqları xəstəxanaya müraciət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X48 və X27 qanuni nümayəndəsi Şahid25 da eyni məzmunlu ifadə verib göstərdi ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı avtobusda 279 nömrəli tam orta məktəbin 4 «d» sinif şagirdi olan 2011-ci ildə doğulmuş oğlu Alpər Əlixanlı və 2012-ci ildə doğulmuş oğlu Ənvər Əlixanlı ilə birlikdə sərnişin qismində olmuşdur. Özü ortada sağ tərfdə, qucağında Alpər, özündən arxadakı oturacaqda isə Ənvər oturmuşdur. Avtobus Bakı-Şamaxı-Yevlax yolunda Şamaxı rayonu ərazisindəki Acıdərə adlanan döngəli yolda təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən qəflətən harasa çırpılmışdır. Hadisə nəticəsində sərnişinlər xəsarət almış, bu səbəbdən bəziləri Şamaxı və Qobustan xəstəxanalarına müracət etmişlər. Yol maşını ilə uşaqları ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Özü və uşaqları xəstəxanaya müraciət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 göstərdi ki, Mercedes Benz avtobus markalı 99NL949 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. Ona zəng edən Murad adlı şəxsin vasitəsi ilə həmin avtobusu bir günlük gediş-gəliş üçün Oğuz-Qəbələ rayonlarına sərnişin daşımaq məqsədi ilə etibarnamə əsasında sürücü Təqsirləndirilən şəxs 12 iyun 2022-ci ildə vermişdir. Gediş-gəliş haqqı sərnişinlər qayıtdıqdan sonra sürücüyə ödəniləcəyi razılaşdırılmışdır. Həmin gün axşam Pərviz ona zəng edərək avtobusu Bakı-Şamaxı yolunun Şamaxı rayonu ərazisində idarə edərkən, döngədə avtobusun yoldan çıxıb betona dəydiyini və hadisə nəticəsində xəsarət alanlar olduğunu bildirmişdir. Hadisə yerinə getmiş, hadisə nəticəsində avtobusu əzilərək 40000 manat ziyan dəymişdir. Lakin dəymiz ziyanla bağlı şikayəti, iddia və tələbi yoxdur, mülki iddiaçı deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 13 iyun 2022-ci il tarixi protokol və şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci ildə saat 22:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrində idarə etdiyi “Mersedes Benz” avtobus markalı 99NL949 dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ zolağında Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə idarə edərkən, yol nəqliyyat hadisəsi törətmişdir. AD 253658 nömərli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99NL 949 nömrəli “Mersedes Benz” avtobus markalı nəqliyyat vasitəsinin sahibi X28r. AE 326542 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B, C, D kateqoriyası üzrə 20 aprel 2017-ci il tarixdən 20 aprel 2027-ci il tarixədək sürücülük hüququ olmuşdur. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V 792340 nömrəli etibarnamədən görünür ki, X42 “Mersedes Benz” markalı ** NL *** dövlər nömrə nişanlı avtobusu Təqsirləndirilən şəxs 20 aprel 2027-ci il tarixədək idarə etmək üçün etibarnamə vermişdir. 13 iyun 2022-ci il tarixli 46 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlndan görünür ki, baş hadisə zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 28 iyun 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 07 sentaybr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Ağstafa RİHB-nın Qırlı kəndi İƏD üzrə nümayəndəliyinin 18 iyun 2022-ci il tarxli 3344G saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1992-ci il təvəllüdlü X35, qızı 2009-cu il təvəllüdlü X43 və oğlu 2011-ci il təvəllüdlü X36 ilə Ağstafa rayonunun Qırlı kəndində yaşayır. Ağstafa RİHB-nın Qırlı kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, kəndin ictimai işlərində yaxından iştirak edir, yaşadığı məhəllənin xeyir və şər işlərində imkanı daxilində öz köməyini əsirgəmir, kənddə həmyaşıdları arasında xüsusi hörmətə malikdlir. Barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin X16si Xidməti MMC-nin 14 iyun 2022-ci il tarilxi arayışından görünür ki, 13 iyun 2022-ci il tarixdə M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 108-ci kilometrliyində Mersedes Benz markalı 99 NL-949 dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş yol-nəqliyyat hadisəi nətizəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına 240 manat, ƏDV daxil 497,60 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 216 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ mil sümüyünün tipik yerdən sınığı, sağ diz oynağının hematoması küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınmağa uyğun gəlirlər.Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 227 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazu sümüyünün orta 1/3nin açıq yerdəyişmiş sınığı, mil sinirinin parezi. Sol əlin 1-ci-2-ci barmaqlarının hərəkət məhdudluğu, üzün sıyrılmış yaraları, küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yəni, avtobusun maniəyə dəyməsi nəticəsində sərnişin qismində alınmağa uyğun gəlirlər. Dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 229 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol iç topuğun incik sümüyünün 1/3-nin yerinidəyişmiş sınıqları, dəridə iri həcimli yara, sağ baldırın soyulmuş yarası, sol əlin 5-ci barmağının hərəkət məhdudluğu küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınmağa uyğun gəlirlər. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 230 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alt çənənin yarası, döş qəfəsinin sol yarısının arxa səthində, fəqərə proyeksiyasında 6-cı qabırğanın yerinidəyişən sınığı, sol çiyin nahiyyəsinin əzilməsi küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yəni avtobusun maneəyə dəyməsinin nəticəsində sərnişin qismində alınmağa uyğun gəlirlər. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 234 saylı rəyindən görünür ki, müayinə zamanı X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ çiyin, sağ dirsək, sağ bud, sağ badlır, hər iki dizdə şişkinlik, sıyrılmış yaralar, sağ bud və diz qapağı sümüklərinin sınıqları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yəni, avtobusun maniəyə dəyməsi nəticəsində avtobusun pəncərəsindən çölə yıxılması nəticəsində alınmağa uyğun gəlirlər.Dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 235 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol 9-cu qabırğanın sınığı, hər iki bazuda, sol saiddə, sol budda, hər iki baldırda yumuşaq toxumaların qançırları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınmağa uyğun gəlirlər.Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 236 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alt çənənin sınığı və sağ əlin 5-ci daraq sümüyünün sınığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınmağa uyğun gəlirlər.Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 01 iyul 2022-ci il tarixli 8/1657 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində MERCEDES BENZ avtobus markalı 99NL949 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X76” Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtobusu 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X76” Azaybaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manatdır. “Maddi sübutun tanınması haqqında” 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” avtobus markalı 99NL949 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. “Təsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” 14 iyul 2022-ci il tarilxi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Şamaxı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarilxi 1(074)-5/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 21 fevral 2023-cü il tarilxi 3-16-17/40/2-850/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 21 fevral 2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 1(074)-5/2023 saylı qərarı ilə X15 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o dərhal həbsdən azad edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin bir qismi ilə barışmasını və onların ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Maddi sübut “Mersedes Benz” avtobus markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X9 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90(doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2(iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2(iki) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 12 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 2(iki) ay 18(on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Mersedes Benz” avtobus markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X9 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90(doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar