Məhkəmə qərarları › İş №1(074)-5/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-5/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-5/2024 16.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1995-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Kiçik Xınıslı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 02 radələrində Şamaxı rayonu, Dağ Göylər kəndində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 120 (bir yüz iyirmi) manat dəyərində ağ-qara rəngli 01 (bir) baş kərə qoyunu, 150 (bir yüz əlli) manat dəyərində boz rəngli 01 (bir) baş kərə toğlunu və 135 (bir yüz otuz beş) manat dəyərində çaxar-kürə (ağ) rəngli 01 (bir) baş toğlunu idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 405 (dörd yüz beş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 02:30 radələrində Şamaxı rayonu, Dağ Göylər kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 135 (bir yüz otuz beş) manat dəyərində çaxarağlı rəngli 01 (bir) baş toğlunu, hər birinin qiyməti 150 (bir yüz əlli) manat dəyərində qomral rəngli 02 (iki) baş kərə toğlunu və 135 (bir yüz otuz beş) manat dəyərində qızıl-kürə rəngli 01 (bir) baş toğlunu idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 570 (beş yüz yetmiş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 01 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus birinin dəyəri 125 (bir yüz iyirmi beş) manat, digərinin dəyəri 135 (bir yüz otuz beş) manat olan 02 (iki) baş xırdabuynuzlu quzunu və 80 (səksən) manat dəyərində 01 (bir) baş xırdabuynuzlu keçini idarə etdikləri “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 340 (üç yüz qırx) manat dəyərində maddi ziyan vuraraq, özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Çarhan kəndində Zərərçəkmiş şəxs4 Əlhadi oğluna məxsus fərdi yaşayış evinin həyətindəki dörd bir tərəfi dəmir torla əhatələnən başqa saxlanc yeri hesab olunan halayın qapısını açmaqla, qanunsuz olaraq daxil olduqdan sonra, oradan sonuncuya məxsus hər birinin dəyəri 157,50 (bir yüz əlli yeddi manat əlli qəpik) manat olan 02 (iki) baş xırdabuynuzlu heyvanı idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 315 (üç yüz on beş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 02 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 135 (bir yüz otuz beş) manat dəyərində qızıllağlı rəngli 01 (bir) baş erkək quzunu, 130 (bir yüz otuz) manat dəyərində boz kürə rəngli 01 (bir) baş erkək quzunu, 135 (bir yüz otuz beş) manat dəyərində qızıllağlı rəngli 01 (bir) baş erkək quzunu və 115 (bir yüz on beş) manat dəyərində ağ-sarı rəngli 01 (bir) erkək quzunu idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 515 (beş yüz on beş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Şamaxı rayonu, Çarhan kəndində Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan ot tövləsinin taxtadan olan qapısını açmaqla, həmin tövlə vasitəsi ilə heyvanların saxlanıldığı digər tövləyə qanunsuz daxil olduqdan sonra, oradan sonuncuya məxsus 400 (dörd yüz) manat dəyərində təxminən bir yaşında olan 01 (bir) baş erkək qoç, 170 (bir yüz yetmiş) manat dəyərində təxminən iki-üç aylıq olan 01 (bir) baş dişi quzu, 270 (iki yüz yetmiş) manat dəyərində təxminən səkkizdoqquz aylıq olan 01 (bir) dişi quzu, hər birinin dəyəri 300 (üç yüz) manat olmaqla, təxminən səkkiz-doqquz aylıq olan 04 (dörd) baş erkək quzunu tövlədən çıxarıb, idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləməklə, gizli olaraq talayıb aparmaq istəyərkən, əmlaka nəzarət edən Zərərçəkmiş şəxs6 hadisə yerinə gəlməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə, bilavasitə cinayətin törədilməsinə yönələn qəsdən edilən əməlin başa çatdıra bilməyib, ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 2040 (iki min qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Dağ Göylər kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 02 (iki) baş xırdabuynuzlu heyvanı idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 270 (iki yüz yetmiş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Sabirli kəndində Zərərçəkmiş şəxs7 Ağaibrahim oğluna məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 01 (bir) baş iribuynuzlu heyvanı idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, Zərərçəkmiş şəxs7 məxsus 600 (altı yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 02 radələrində Şamaxı rayonu, Dağ Göylər kəndində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 120 (bir yüz iyirmi) manat dəyərində ağ-qara rəngli 01 (bir) baş kərə qoyunu, 150 (bir yüz əlli) manat dəyərində boz rəngli 01 (bir) baş kərə toğlunu və 135 (bir yüz otuz beş) manat dəyərində çaxar-kürə (ağ) rəngli 01 (bir) baş toğlunu idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 405 (dörd yüz beş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 02:30 radələrində Şamaxı rayonu, Dağ Göylər kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 135 (bir yüz otuz beş) manat dəyərində çaxarağlı rəngli 01 (bir) baş toğlunu, hər birinin qiyməti 150 (bir yüz əlli) manat dəyərində qomral rəngli 02 (iki) baş kərə toğlunu və 135 (bir yüz otuz beş) manat dəyərində qızıl-kürə rəngli 01 (bir) baş toğlunu idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 570 (beş yüz yetmiş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 01 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus birinin dəyəri 125 (bir yüz iyirmi beş) manat, digərinin dəyəri 135 (bir yüz otuz beş) manat olan 02 (iki) baş xırdabuynuzlu quzunu və 80 (səksən) manat dəyərində 01 (bir) baş xırdabuynuzlu keçini idarə etdikləri “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 340 (üç yüz qırx) manat dəyərində maddi ziyan vuraraq, özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Çarhan kəndində Zərərçəkmiş şəxs4 Əlhadi oğluna məxsus fərdi yaşayış evinin həyətindəki dörd bir tərəfi dəmir torla əhatələnən, başqa saxlanc yeri hesab olunan halayın qapısını açmaqla, qanunsuz olaraq daxil olduqdan sonra, oradan sonuncuya məxsus hər birinin dəyəri 157,50 (bir yüz əlli yeddi manat əlli qəpik) manat olan 02 (iki) baş xırdabuynuzlu heyvanı idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 315 (üç yüz on beş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 02 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 135 (bir yüz otuz beş) manat dəyərində qızıllağlı rəngli 01 (bir) baş erkək quzunu, 130 (bir yüz otuz) manat dəyərində boz kürə rəngli 01 (bir) baş erkək quzunu, 135 (bir yüz otuz beş) manat dəyərində qızıllağlı rəngli 01 (bir) baş erkək quzunu və 115 (bir yüz on beş) manat dəyərində ağ-sarı rəngli 01 (bir) erkək quzunu idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 515 (beş yüz on beş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Şamaxı rayonu, Çarhan kəndində Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan, ot tövləsinin taxtadan olan qapısını açmaqla, həmin tövlə vasitəsi ilə heyvanların saxlanıldığı digər tövləyə qanunsuz daxil olduqdan sonra, oradan sonuncuya məxsus 400 (dörd yüz) manat dəyərində təxminən bir yaşında olan 01 (bir) baş erkək qoç, 170 (bir yüz yetmiş) manat dəyərində təxminən iki-üç aylıq olan 01 (bir) baş dişi quzu, 270 (iki yüz yetmiş) manat dəyərində, təxminən səkkizdoqquz aylıq olan 01 (bir) dişi quzu, hər birinin dəyəri 300 (üç yüz) manat olmaqla, təxminən səkkiz-doqquz aylıq olan 04 (dörd) baş erkək quzunu tövlədən çıxarıb idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləməklə, gizli olaraq talayıb aparmaq istəyərkən, əmlaka nəzarət edən Zərərçəkmiş şəxs6 hadisə yerinə gəlməsi nəticəsində, öz iradəsindən asılı olmayan səbəblərə görə, bilavasitə cinayətin törədilməsinə yönələn qəsdən edilən əməlin başa çatdıra bilməyib, ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 2040 (iki min qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Dağ Göylər kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 02 (iki) baş xırdabuynuzlu heyvanı idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 270 (iki yüz yetmiş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Sabirli kəndində Zərərçəkmiş şəxs7 Ağaibrahim oğluna məxsus fərdi yaşayış evinin həyətindəki başqa saxlanc yeri hesab olunan tövlənin dəmirdən olan qapısını açmaqla, qanunsuz olaraq tövləyə daxil olduqdan sonra, oradan sonuncuya məxsus 01 (bir) baş iribuynuzlu heyvanı idarə etdiyi “VAZ-21214” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla, Zərərçəkmiş şəxs7 məxsus 600 (altı yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, gecə saatlarında “VAZ-21214” markalı avtomobili idarə edərək, qardaşı Feyruzla birlikdə Şamaxı rayonunun Dağ Göylər kəndinə getmişdirlər. Kənddə evlərinin birinin həyətində olan tövləyə baxdıqda, tövlədən 04 baş xırda buynuzlu heyvanları götürüb, idarə etdiyi avtomobilə yükləmişdirlər. Bundan bir qədər sonra, yaxınlıqda olan evin tövləsinə baxmışlar və oradan 03 baş xırda buynuzlu heyvanları da götürüb, avtomobilə yükləyərək, oradan Şamaxı şəhərinə gəlmişdirlər. Çatdıqda qardaşı Feyruz avtomobildən düşmüş, o isə, həmin heyvanları apararaq, tanımadığı şəxslərə satmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında qardaşı Feyruz ilə razılaşmışlar ki, Şamaxı rayonunun Mədrəsə qəsəbəsinə gedib, oradan xırda buynuzlu heyvanlar oğurlasınlar. Bu məqsədlə, həmin tarixdə axşam saatlarında onlar Bakı şəhərindən kirayə götürdükləri avtomobil ilə Şamaxı rayonunun Mədrəsə qəsəbəsinə getmişdirlər. Mədrəsə qəsəbəsinə çatdıqda, onlar bir qədər qəsəbədə gəzdikdən sonra, evlərin bir neçəsinə kənardan baxış keçirdib, hansı evdə heyvanın olubolmamasını müəyyən etməyə çalışmışdırlar. Artıq gecə saatlarında, yəni xx.xx.2023-cü il tarixdə sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs5 evinin tövləsi kənardan göründüyü üçün, onlar dayanıb həmin tövləyə baxarkən, tövlədə xırda buynuzlu heyvanların olduğunu görüb, həmin heyvanları oğurlamaq qərarına gəlmişlər və bu səbəbdən də, avtomobili bir qədər kənarda saxlayıb, evin hasarından qalxaraq, çəpəri keçib, qardaşı ilə birlikdə tövləyə daxil olmuşdurlar. Onlar tövlədən 02 baş qoyun və 01 baş keçini götürüb, avtomobilə yükləyərək, oradan uzaqlaşmışlar. Həmin heyvanları satmaq üçün, birbaşa Salyan rayonunda yerləşən heyvan bazarına gedib, həmin bazarda heyvanları tanımadığı bir şəxsə sataraq, ümumilikdə 440 manat qazanc əldə etmişdirlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərindən kirayə avtomobil götürərək, artıq xx.xx.2023-cü il tarixdə, gecə saatlarında avtomobili idarə edərək, qardaşı Feyruz ilə birlikdə Şamaxı-Göylər yolunda “Bayraq” deyilən əraziyə gedib, orada avtomobili saxlamışdırlar. O, avtomobildən düşüb, piyada Şəhriyar qəsəbəsi ərazisinə getmiş, qardaşı Feyruz isə avtomobilin yanında qalmışdır. Onların məqsədi evlərin həyətindəki tövlələrə baxıb, heyvan olduqda, oğurlamaq olmuşdur. Şəhriyar qəsəbəsinin girişində, yolun kənarında yerləşən evin yaxınlığında ətrafda heç kimim olmadığından tam əmin olub, tövləyə daxil olmuşlar və tövlənin içərisindən 04 baş xırda buynuzlu heyvanları götürərək, avtomobilin yanına gətirib, yük yerinə yükləmişlər və oradan uzaqlaşıb, Şamaxı şəhərinin ərazisinə qayıtmışdırlar. X2 şəhərinin giriş hissəsində avtomobildən düşmüş və taksi ilə Bakı şəhərinə getmişdir. O isə, oğurladıqları heyvanları satmaq məqsədi ilə, İmişli rayonu ərazisində yerləşən heyvanların alqı-satqı bazarına getmiş və orada heyvanları tanımadığı şəxsə cəmi 530 manata satmışdır. Bundan başqa, oğurluq etmək məqsədi ilə, xx.xx.2023-cü il tarixdə, gecə saatlarında qardaşı Feyruzla birlikdə Şamaxı rayonunun Çarhan kəndinə getmişdirlər. O, avtomobili kənddə yerləşən tövlənin birindən kənarda, əkin sahələrinə gedən torpaq yolda saxlamış və Feyruzla birlikdə tövlənin yanına getmişdirlər. O, ətrafa nəzarət etmək üçün, çöldə dayanmış, Feyruz isə tövlənin qapısını açıb, içəri daxil olmuşdur. Bir neçə dəqiqə keçdikdən sonra, Feyruz tövlədən 07 baş xırda buynuzlu heyvanları çıxartmış və onlar heyvanları saxladığı avtomobilin yanına aparmışdırlar. Heyvanların ayaqlarını bağladıqdan sonra, tövlə istiqamətdən onlara doğru kiminsə gəlməsini görmüşlər və onlar heyvanları orada qoyub, avtomobilə minərək, həmin yerdən uzaqlaşmışlar. Bundan başqa, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, qardaşı Feyruz ilə birlikdə idarə etdiyi avtomobil ilə Şamaxı rayonunun Çarhan kəndinə gedərək, əvvəldən tanıdıqları şəxs olan Zərərçəkmiş şəxs4 məxsus evin arxa hissəsinə gedib, evin ətrafına çəkilmiş dəmir torların üzərindən aşaraq həyətə daxil olmuş və həyətə daxil olduqdan sonra, xırda buynuzlu heyvanların həyətdə dörd bir tərəfi dəmir torla əhatələnmiş halayın qapısını açaraq, içəridən 02 baş heyvanları götürüb apararaq, Salyan şəhərində yerləşən bazarda satmışdırlar. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, gecə saatlarında avtomobili idarə edərək, qardaşı ilə birlikdə Şamaxı rayonunun Dağ Göylər kəndinə getmişdirlər. Orada o, avtomobili saxlayaraq, daha əvvəldən tanıdığı evin arxa hissəsindən dəmir torların üzərindən keçərək, tövlənin içərisinə daxil olmuş və 02 baş xırdabuynuzlu heyvanları götürərək, avtomobilin yük yerinə qoyub aparmışdırlar. Bundan sonra, rayonun Sabirli kəndinə gətmişlər və orada tanıdığı Zərərçəkmiş şəxs7 evinin yaxınlığında avtomobili saxlamışdırlar. Onlar hər ikisi avtomobildən düşərək, Zərərçəkmiş şəxs7 evinin ətrafına çəkilmiş dəmir torların üzərindən həyətə daxil olmuşlar və həyətdə olan mal tövləsinin qapısını açaraq, içəridə olan 2 baş iri buynuzlu heyvanları həyətə buraxmış və içərisində erkək cinsli olan heyvanı tutaraq, avtomobilin yanına aparıb, avtomobilin yük hissəsinə qoyaraq, Salyan şəhərində yerləşən bazarda satmışdırlar. Nə onun, nə qardaşı Feyruzun heç kimlə heç bir ədavəti və ya düşmənçiliyi olmamış, sadəcə onun çoxlu pul borcu olduğundan, həmin oğurluq hadisələrini törətmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və digər Təqsirləndirilən şəxs2 ilə oxşar məzmunlu ifadə verərək, törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini bildirib, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yaşayır. Onun 62 baş xırda buynuzlu qoyunları, 27 baş xırda buynuzlu quzuları, 20 baş çəpiş və 15 baş keçiləri vardır. Həmin xırda buynuzlu heyvanları evlərinin həyətində olan tövlədə saxlayır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında heyvanları otlaq sahəsindən gətirdikdən sonra, evlərinin həyətində yerləşən tövləyə salmışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında heyvanları tövlədən çıxaran zaman, hər zaman olduğu kimi, heyvanları saymağa başlamış və 01 baş qırmızı və 01 baş qumral quzuların yerində olmadığını aşkar etmişdir. Həmin vaxt o, heyvanlarının oğurlanması barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra, polis əməkdaşları hadisə yerinə gəlib, baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, oğurluğu Yunis və Feyruz adlı qardaşlar törətmişdirlər. Ona dəymiş ziyan hazırda təqsirləndirilən şəxslər Yunis və Təqsirləndirilən şəxs1lər tərəfindən ödənilmişdir. Bu səbəbdən, həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayır. Onun 17 baş xırda buynuzlu heyvanları olub, həmin heyvanları o, yaşadığı evin həyətindəki tövlədə saxlamışdır. O, heyvanları hər gün səhər saatlarında tövlədən çıxararaq, evlərinin yaxınlığında otarır, axşam saatlarında isə yenidən tövləyə salır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında həmişəki kimi, heyvanlarını tövlədən çıxararaq, evlərinin yaxınlığında otarmış, axşam saatlarında isə heyvanları yenidən tövləyə salmışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında o, heyvanları çıxarıb, evlərinin yaxınlığında otarmaq üçün buraxmaq istəyən zaman, 17 baş xırda buynuzlu heyvanlarından 01 baş qızıllağlı erkək, quyruqlu quzu, 01 baş boz kürə erkək quzu, 01 baş qızıllağlı erkək quzu və ağ-sarı bağlı erkək quzu olmaqla, ümumillikdə 04 baş xırda buynuzlu heyvanlarının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ətrafda heyvanlarını nə qədər axtarsa da, tapa bilməmiş və bundan sonra, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng vuraraq, məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, oğurluğu Yunis və Feyruz adlı qardaşlar törətmişdirlər. Ona dəymiş ziyan hazırda təqsirləndirilən şəxslər Yunis və Təqsirləndirilən şəxs1lər tərəfindən ödənilmişdir. Bu səbəbdən, həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Əlhadi oğlu, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Əlhadi oğlu, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanladıqları müraciətlərində, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdıqlarını, həmin şəxslərə qarşı heç bir tələb və şikayətlərinin olmadığını göstərmişdirlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 05 radələrində o, heyvanlarına baxan zaman, 16 baş xırda buynuzlu heyvanlarından 03 baş heyvanın yerində olmadığını aşkar etmişdir. Ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, yaşadığı Şamaxı rayonu Dağ Göylər kəndində yerləşən evinin həyətinin aşağı hissəsində olan tövləsindən 01 baş ağ-qara baş kərə qoyun, 01 baş boz kərə toğlu və 01 baş çaxarkürə (ağ) toğlu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra o, küçəyə çıxmış və ətrafa baxmışdır ki, bəlkə qapı açılar və heyvanlar küçədə olarlar. Həmin zaman o, heyvanlarını tapa bilməmişdir. Həmin vaxt qonşusu Zərərçəkmiş şəxs3 ona yaxınlaşaraq, evinin həyətində olan tövləsindən 04 baş xırda buynuzlu heyvanlarının həmin müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 05 radələrində o, heyvanlarına baxan zaman, 27 baş xırda buynuzlu heyvanlarından 04 baş heyvanın yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, yaşadığı Şamaxı rayonu Dağ Göylər kəndində yerləşən evinin həyətinin aşağı hissəsində olan tövləsindən 01 baş çaxarlağlı toğlu, 02 baş qomral kərə toğlu və 01 baş qızıl-kürə toğlu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra o, küçəyə çıxmış və ətrafa baxmışdır ki, bəlkə qapı açılar və heyvanlar küçədə olarlar. Lakin o, heyvanlarını tapa bilməmişdir. Həmin vaxt qonşusu olan Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq bildirmişdir ki, evinin həyətində olan tövləsindən 03 baş xırda buynuzlu heyvanlarının həmin müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə qurban üçün aldığı iki baş xırda buynuzlu heyvanları evinin həyətində olan tövləyə salmış, xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində o, evinin həyətində olan tövləyə baxan zaman, tövlənin qapısının və evinin arxa hissəsində olan qapının açıq olmasını görüb, dərhal tövlədə olan 2 baş xırda buynuzlu heyvanları yoxlamış və müəyyən etmişdir ki, həmin iki baş 2 baş xırda buynuzlu heyvanları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə yaşadığı Şamaxı rayonu Dağ Göylər kəndində yerləşən evinin həyətinin aşağı hissəsində olan tövləsindən oğurlanmışdır. İlkin olaraq evinin ətrafına baxış keçirsə də, qoyunları tapa bilməmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 Əlhadi oğlu göstərmişdir ki, onun ailəsinə məxsus 28 baş xırda buynuzlu heyvanları olubdur. Həmin heyvanları onlar yaşadıqları Şamaxı rayonu Çarhan kəndində yerləşən evlərinin həyətində saxlayırlar. O, həmin özlərinə məxsus heyvanları səhər saat 06 radələrində bəzi vaxtlarda evlərinin həyətindən evlərinin qarşısına çıxardırlar ki, orada bir qədər otlasınlar, daha sonra, yəni saat 20 radələrində yenidən evin həyətinə salır. Həmişə olduğu kimi, xx.xx.2023-cü il tarixdə, səhər saat 06 radələrində özlərinə məxsus 28 baş xırdabuynuzlu heyvanlarını evin həyətindən çıxararaq, evlərinin yaxınlığında otarmış, saat 20 radələrində də, həmin 28 baş xırda buynuzlu heyvanları yenidən evlərinin həyətinə salmışdır. xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində o, heyvanları çıxarıb evlərinin yaxınlığında otarmaq üçün buraxmaq istəyən zaman, 28 baş xırda buynuzlu heyvanlarından 01 baş qızıllağlı ərbəş dişi, quyruqlu quzu, 01 baş bozlaqlı erkək quzu, ümumillikdə 02 baş xırda buynuzlu heyvanlarının yerində olmadığını aşkar etmişdir. O, həmin vaxt ətrafda heyvanlarını nə qədər axtarsa da, tapa bilməmiş və bu barədə xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq, məlumat vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, şəxsi təsərrüfatlarında 19 baş xırda buynuzlu heyvan vardır. Həmin heyvanlardan üç başı hər biri iki yaşlı olan dişi qoyun, bir başı bir illik erkək qoç, beş başı hər biri səkkiz-doqquz aylıq dişi quzu, geridə qalan on baş erkək quzudan üç başı iki-üç aylıq olmaqla, qalan yeddi baş erkək quzusu isə təxminən səkkiz-doqquz aylıqdırlar. Həmin heyvanlara valideyni Ataş Ələkbərov yaşadıqları Şamaxı rayonu, Çarhan kəndin ərazisində, fermada saxlayır. xx.xx.2023-cü il tarixdə, saat 05 radələrində atası Ataş Ələkbərov ona zəng edərək, heyvanların oğurlanması barədə məlumat vermişdir. O, dərhal Çarhan kəndində yerləşən evindən çıxıb fermaya getmiş və üç baş xırda buynuzlu heyvanın fermanın ot damında, doqquz baş xırda buynuzlu heyvanın küçədə olduqlarını, həmçinin fermanın tövləsinin qarşısındakı heyvanların saxlanması uçun çəpərə aldığı dəmir qapısının açıq vəziyyətdə olduğunu, geridə qalan yeddi baş xırda buynuzlu heyvanının olmadığını görüb, həmin heyvanların oğurlandığını müəyyən etmiş və dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra, kənddən əkin sahələrinə gedən torpaq yolla getməyə başlamış və təxminən 200-300 metr getdikdən sonra, yeddi baş xırda buynuzlu heyvanının ayaqları bağlı halda olduqlarını görüb, heyvanların ayaqlarını açmaq istəmiş, həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs7 Ağaibrahim oğlu göstərmişdir ki, o, Sabirli kəndində iri buynuzlu mal-qara saxlayır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında heyvanları evinin həyətində olan mal tövləsinə salmış və xx.xx.2023-cü il tarixdə yuxudan oyanaraq, heyvanları otlatmaq üçün aparmaq istəyən zaman, tövlədə olan 4 baş iri buynuzlu heyvanların olduğu tövlənin qapısının açıq olmasını görüb, ətrafa baxan zaman müəyyən etmişdir ki, 4 baş iri buynuzlu heyvanlardan bir baş erkək cinsli heyvan yoxdur və evinin yaxınlığında olan otlaq sahələrinə baxsa da, heyvanı tapa bilməmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri özlərinin etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4395 nömrəli ekspert rəyində qeyd olunur ki, 01 baş ağ-qara baş kərə qoyunun dəyəri 230 manat, 01 baş boz kərə toğlunun dəyəri 250 manat, 01 baş çaxar-kürə (ağ) toğlunun dəyəri 250 manat, 01 baş çaxarlağdı toğlunun dəyəri 250 manat, 02 baş qomral kərə toğlunun dəyəri 540 manat, 01 baş qızıl-kürə toğlunun dəyəri 230 manat olmaqla, həmin heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1750 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5599 nömrəli ekspert rəyində qeyd olunur ki, 01 baş 16 kiloqramlıq qoyun 120 manat, 01 baş 18 kiloqramlıq boz kǝrǝ toğlu 150 manat, 01 baş 17 kiloqramlıq ağ toğlu 135 manat olmaqla, cəmi 405 manat; 01 baş 17 kiloqramlıq toğlu 135 manat, 02 baş 18 kiloqramlıq toğlu 300 manat, 01 baş 16 kiloqramlıq qızıl-kürə toğlu 135 manat, 01 baş 17 kiloqramlıq toğlu 135 manat, 01 baş 17 kiloqramlıq kərə toğlu 135 manat olmaqla, cəmi 840 manat; 01 baş 14 kiloqramlıq erkək 125 manat, 01 baş 16 kiloqramlıq toğlu 135 manat, 01 baş 10 kiloqramlıq keçi 80 manat olmaqla, cəmi 340 manat; 01 baş 19 kiloqramlıq toğlu 155 manat, 01 baş 20 kiloqramlıq toğlu 160 manat olmaqla, cəmi 315 manat; 01 baş 16 kiloqramlıq erkək quyruqlu quzu 135 manat, 01 baş 15 kiloqramlıq boz kürə erkək quzu 130 manat, 01 baş 16 kiloqramlıq erkək quzu 135 manat, 01 baş 13 kiloqramlıq ağ-sarı bağ erkək quzu 115 manat olmaqla, cəmi 515 manat; 01 baş 60 kiloqramlıq dana 500 manat olmaqla, həmin heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2915 manat müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs6 məxsus 07 baş xırda buynuzlu heyvanlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 22:05-də, Təqsirləndirilən şəxs2 isə xx.xx.2023-cü il tarixdə, saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmiş və onlar dərhal məhkəmə zalında həbsdən azad edilmişdirlər. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan Şamaxı Rayon İHB-nın Çarhan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2021-ci il və xx.xx.2023-cü il təvəllüdlü iki uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsinin iştirakçısı olub və o, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və onun Vətən müharibəsinin iştirakçısı olub, medallarla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların 2 gün həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs6 məxsus 07 baş xırda buynuzlu heyvanların sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs6 məxsus 07 baş xırda buynuzlu heyvanların sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar