Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-5/2025 24.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs Dilman oğlunun, Müdafiəçilər-Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1999-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində Şahid4 və Şahid2 ilə görüşərək 1991-ci il istehsalı olan “Mercedes E Class” markalı avtomobili ilkin ödəniş olaraq 1200 manat ödəməklə onlardan almaq barədə aralarında şifahi qaydada razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə yenidən həmin şəxslərlə qeyd olunan ərazidə görüşüb “Mercedes E Class” markalı avtomobili təhvil almaq istədikdə,Şahid4 və Şahid2 qeyd olunan avtomobilin təmirdə olduğunu bildirərək, əvəzində ona müvəqqəti, yəni 5 gün müddətində idarə etməsi üçün tanışları Şahid3 tərəfindən "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli “Daxili maliyyə lizinqi müqaviləsi” əsasında alınmış 2008-ci il istehsalı olan **-PJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobili təklif etmiş, bu səbəbdəndə o, həmin şəxslərin təklifi ilə razılaşaraq, “Mercedes E Class” markalı avtomobil üçün Şahid4 və Şahid2 atası Şahid1 ilə birlikdə 1200 manat ilkin ödəniş edib “Kia Rio” markalı avtomobili Şahid4 ona verdiyi saxta yol vərəqəsi əsasında təhvil aldıqdan bir müddət sonra, aldadıldığını, həmin avtomobilin ödənməmiş cərimələrinin olduğunu, Şahid4la Şahid2 “Mercedes E Class” markalı avtomobili ona vermək niyyətlərinin olmadığınıbilib, onlardan “Mercedes E Class” markalı avtomobili ona təhvil vermələrini, əks təqdirdə həmin avtomobil üçün ödədiyi 1200 manat pulu qaytarmalarını dəfələrlə tələb etsə də, ilk əvvəl Şahid3 mobil telefon vasitəsi ilə onunla danışıb “Kia Rio” markalı avtomobilin "xxxx" MMC-yə məxsus olduğunu, avtomobili gətirib təhvil verməsini və ödədiyi 1200 manat pulu isə hissə-hissə qaytaracaqlarını bildirsə də, o, Şahid3 bu təklifi ilə razılaşmayıb sonuncuya pulunun tam şəkildə qaytarılmayacağı halda “Kia Rio” markalı avtomobili yandıracağını demiş, daha sonra xx.xx.2024-cü il tarixdə Şahid4 onunla mobil telefon vasitəsi ilə danışan zaman o, Şahid4 ona müvəqqəti sürmək üçün verdikləri “Kia Rio” markalı avtomobili gəlib aparmalarını və onun pulunu tam şəkildə qaytarmalarını, əks təqdirdə isə avtomobili yandıracağını söylədikdən sonra Şahid4 onun ünvanına nalayiq ifadələr işlədərək hədə-qorxu gəlib onu avtomobili yandırmağa təhrik etmiş, bundan sonra o, daha da hiddətlənərək, “KiaRio” markalı avtomobili yandırmaq niyyətini tam şəkildə qətiləşdirib, Şamaxı rayonunda yerləşən yanacaq doldurma məntəqəsindən almış olduğu benzini 11 may 2024-cü il tarixdə saat 00:30-da ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətində saxladığı **- PJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilin salonuna töküb alışqanla yandıraraq, özgənin əmlakını qəsdən yandırmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCyə 11500 (on bir min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı şəhəri Salman Mümtaz küçəsi ev 39-da ailə üzvlərilə birlikdə yaşayır. O, özü Sumqayıt şəhərində telefon ustası işləyir. Həmçinin Şamaxı şəhərindədə evi olduğu üçün tez-tez gəlib Şamaxıdada yaşayır. 2023-cü ilin oktyabr ayında o, avtomobil almaq məqsədi ilə Tik-Tok sosial şəbəkəsində avtomobillərə baxmışdır. Həmin vaxtı bir ədəd 1991-ci il istehsalı olan Mercedes E Class markalı avtomobili bəyənmiş və həmin avtomobili almaq qərarına gəlmişdir. Bu səbəbdəndə o, avtomobilin sahibinə telefon vasitəsi ilə zəng edərək danışmış və ondan həmin avtomobili almaq istədiyini bildirmişdir. Həmin avtomobilin sahibi ilə danışıb Bakı şəhərində görüşmüş, qeyd olunan avtomobilin nağd alış qiyməti 6000 (altı min) manat olsada onun o qədər pulu olmadığı üçün aralarında razılaşmışdırlar ki həmin avtomobilin pulundan 1200 manat ona versin, daha sonra isə avtomobili bank vasitəsi ilə ondan alsın. Onlar aralarında söhbət etdikdən sonra növbəti gün o, gəlib avtomobil sahibləri olan Orxan və Azər adlı şəxslərlə Bakı şəhəri 8-ci kilometr adlanan ərazidə tanımadığı bir kafenin qarşısında görüşmüş, o, həmin şəxslərdən avtomobilin harada olmasını soruşduqda həmin şəxslər ona bildirmişdirlər ki, avtomobilin sürət qutusunun təmirə ehtiyacı olduğu üçün onlar həmin avtomobili ustaya aparmış və demələrinə görə 3-5 gün ərzində avtomobil hazır olacaqdır. Bu səbəbdəndə ondan onlara 300-500 manat arası pul verməyini istəmişdirlər ki, ustaya pul verib avtomobili bir neçə gün sonra təmirdən götürsünlər. O, da onlara söyləmişdir ki, “əgər ustadadısa heç bir narahatçılıq yoxdur və danışdığımız pulu yəni 1200 manat pulu sizə verim.” Lakin eyni zamanda onları tanımadığını, ona həmin müddət ərzində idarə etmək üçün avtomobil vermələrini istəmişdir. Həmin şəxslərdə ona müvəqqəti istifadə etmək üçün orada özlərində olan narıncı rəng 2008-ci il istehsalı Kia Rio markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı mühərrikin həcmi 1600 sm olan avtomobili heç bir etibarnamə və sənəd vermədən ona təhvil vermişlər. Yəni həmin vaxt Orxan adlı şəxs avtomobildə əyləşib qələm vasitəsi ilə balaca bir kağız yazıb ona təqdim etmişdir ki, yol polisləri onu saxlasalar həmin sənədi ona təqdim edsin və ona verdiyi sənəd əsasında deməsinə görə yol polisləri onları buraxacaqdır. O, da onlara inanıb ilk əvvəl həmin şəxslərə 1100 (min yüz) manat pul verib həmin şəxslərdən avtomobili götürüb Şamaxı şəhərinə gəlmişdir. Şamaxı şəhərinə gəldikdən sonrada 100 manat Şamaxı şəhərində Azərin kartına göndərmişdir. Lakin bundan bir neçə gün sonra Orxan və Azər adlı şəxslərə zəng edərək avtomobilin hazır olub-olmadığını soruşduqda həmin şəxslər ona bildirmişdirlər ki, təmirdən çıxan kimi ona məlumat verəcəklər. Lakin onlar onu aldadaraq hər dəfəsində müxtəlif bəhanələr söyləməyə başlamışlar. Təxminən iki ay sonra o, avtomobilin nömrəsi ilə avtomobilin cərimələrini yoxlatdıran zaman məlum olmuşdur ki, avtomobilin 3000 (üç min) manata yaxın cəriməsi vardır və avtomobili idarə etmək üçün heç kimədə etibarnamə verilməmişdir. O, hər dəfəsində onlara zəng edərək söyləmişdir ki, gəlib avtomobillərin aparsınlar və onun pulunu versinlər. Lakin onlar yenədə ona müxtəlif bəhanələr söyləmişlər. Daha sonra ona Rafət adlı şəxs zəng edərək avtomobilin onda olubolmamasını soruşmuş, o, da ona avtomobilin özündə olduğunu bildirən zaman Rafət, ona necə olur ki, avtomobilin onda olmasını soruşmuşdur. O, da həmin şəxsə Orxan və Azər adlı şəxslərin ona qarşı etdikləri hərəkətləri izah etmiş, Rafət isə ona söyləmişdir ki, avtomobil banka məxsusdur və bu səbəbdəndə avtomobil üzərinə həbs qoyulacaqdır. O isə gətirib pulunu vermələrini və avtomobili götürüb aparmalarını bildirmişdir. Eyni zamanda o, onlara söyləmişdir ki əgər pulları yoxdursa belə gəlib avtomobili aparsınlar və pulu hissə-hissə ona ödəsinlər. Çünki həmin avtomobil yaşadığı evin həyətində olduğu üçün istəməmişdir ki, evin həyətində qalsın. Bundan sonra 2024-cü ilin may ayında yenidən Rafət adlı şəxs ona zəng edərək gətirib avtomobili təhvil verməsini, onun pulunu hissə-hissə ödəyəcəklərini bildirdiyindən o, ona avtomobili Azərin gəlib götürməsini, əks təqdirdə avtomobili yandıracağını bildirdiyi üçün Rafət də onunla mübahisə edib gedib avtomobili yandırmağını söyləmişdir. O, da bundan qəzəblənib xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində olan zaman yenidən Azərə zəng edərək onunla telefonda mübahisə etmiş, ona bildirmişdir ki, gəlib onunla görüşsün. Lakin Azər, onunla görüşməmək üçün müxtəlif bəhanələr söyləmişdir. O, da ona avtomobili götürüb aparmayacaqları təqdirdə avtomobili yandıracağını bildirmişdir. O, da avtomobili yandırmayacağı təqdirdə onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyindən o, da bundan qəzəblənib Şamaxı şəhərinə qayıtmış və yolda yanacaq doldurma məntəqəsindən iki litr benzin alıb evə gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 00:30 radələrində həyətdə olarkən avtomobilin qapısını açmaq istəmiş, lakin avtomobilin qapısı bağlı olduğundan və açarın yerini bilmədiyindən o, avtomobilin arxa pəncərəsini sındırıb avtomobilin qapısını açmışdır. Daha sonra isə özü ilə gətirdiyi benzini avtomobilin salonuna tökmüş və avtomobildə əyləşdiyi vaxt üzərində olan alışqan ilə avtomobili yandırmış və dərhal avtomobildən enmişdir. Bundan sonra nənəsi Naibəxanım adlı şəxs yanğını görərək evdən çıxmış və onun telefonu ilə FHN-nin 112 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Bundan sonra FHN-nin əməkdaşları oraya gəlmiş və yanğını söndürmüşdürlər. Eyni zamanda həmin vaxtı Şamaxı RPŞ-nin əməkdaşları gəlmiş və hadisə ilə bağlı maraqlanan zaman o, onlara yalan məlumat verərək avtomobilin atasına məxsus olduğunu və qısa qapanma nəticəsində yandığını bildirib şikayət və tələbinin olmadığını söyləmişdir. O, Bakı şəhərində 1100 manat pulu Orxan adlı şəxsə vermiş, yəni Orxan və Azər ikisidə biryerdə olmuşdur. O, pulu Orxana verdikdən sonra Orxan, həmin pulu özündə saxlamış, daha sonra isə Şamaxı şəhərində 100 manatda pulu Azərin bank kartına göndərmişdir. Onlar onu aldatdıqdan sonra o, Orxana zəng edərək pulunu tələb edən zaman Orxan ona pulu Azərə verdiyini bildirmiş, Azərə isə zəng edən zaman Azərdə məsuliyyəti üzərindən ataraq pulu Orxana verdiyini söyləmişdir. O, Rafət adlı şəxsədə söyləmişdir ki, avtomobili yandıracaqdır. Çünki o, da ona bildirmişdir ki, gətir avtomobili təhvil ver hissə-hissə sonra pulun ödənər. Lakin o, Rafətlə razılaşmamış və ona avtomobili yandıracağını bildirdikdə Rafətdə ona söyləmişdir ki, gedib avtomobili yandıra bilirsə yandırsın. O, da həm onun sözündən qəzəblənib, həmdə Azərin onu təhqir etməsindən qəzəblənib avtomobili yandırmışdır. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs Dilman oğlu ifadə verib göstərdi ki, o, "xxxx" MMC-nin hüquqşünası kimi fəaliyyət göstərir. 2008-ci il istehsalı olan “Kia Rio” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən etibarən "xxxx" MMC-nin balansında olmuşdur. Daha sonra xx.xx.2023-cü ildən etibarən həmin avtomobil Bakı şəhər sakini Şahid3 adına sənədləşdirilmiş və həmin ildən etibarən yol vərəqəsi ilə avtomobil, idarə etməsi üçün Şahid3 verilmişdir. Yəni "xxxx" MMC ilə Şahid3 arasında bağlanmış müqavilə əsasında həmin şəxs hər ay "xxxx" MMC-yə 565.10 (beş yüz altmış beş manat on qəpik) manat pul ödəməlidir. Şahid3 müqavilə bağlandığı gün yəni xx.xx.2023-cü il tarixdə bir ay müddətinə yol vərəqəsi yəni etibarnamə verilmiş, daha sonra isə həmin şəxsə hər hansısa bir etibarnamə verilməmişdir. Həmçinin Şahid3 avtomobili aldığı gündən etibarən hər hansısa bir ödəniş etməmişdir. Buna görə də dəfələrlə Şahid3 ilə hər dəfəsində əlaqə saxlanılaraq ödənişi etməsi söylənilsədə həmin şəxs ödənişi etməkdən yayınmış, hər dəfəsində müxtəlif bəhanələr söyləyərək qısa müddət ərzində ödəniş ediləcəyini bildirmişdir. Şahid3 3 ay müddətinə hər hansısa bir ödəniş etmədiyindən "xxxx" MMC şirkəti tərəfindən 2024-cü ilin yanvar ayından etibarən avtomobilə axtarış verilmiş yəni bununla bağlı dövlət yol polisinə rəsmi müraciət edilmişdir. Eyni zamanda "xxxx" MMC ilə Şahid3 arasında müqavilə bağlanan zaman həmin avtomobili kiməsə verməməsi, həmçinin şirkətin icazəsi olmadan satmaması ilə bağlı rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə onlara məlumat verilmişdir ki, "xxxx" MMC-nin balansında olan “Kia Rio” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şamaxı rayonunda sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs tərəfindən qəsdən yandırılmışdır. "xxxx" MMC ilə Şahid3 arasında müqavilə bağlandıqdan sonra həmin şəxsə onlar avtomobili kiməsə vermək və satmaq barədə səlahiyyət vermədiklərindən həmin şəxsin avtomobili kiməsə verməsindən və satmasından məlumatları olmamışdır. "xxxx" MMC tərəfindən Azər və Orxan adlı şəxslərə həmin avtomobil ilə bağlı hər hansısa bir etibarnamə verilməmişdir. X2 adına açılmış VÖEN hesabı ilə xx.xx.2023-cü il tarixdə Şahid1 xx.xx.2023-cü il tarixədək olan müddət ərzində **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün verilmiş yol vərəqəsinin onların şirkətinə heç bir aidiyyatı yoxdur. Yəni "xxxx" MMC tərəfindən Şahid1 hər hansısa bir yol vərəqəsi verilməmişdir.Sonda məhkəməyə ərizə təqdim edərək,"xxxx" MMC-yə dəymiş ziyanıntam həcmdə ödənildiyini, bu səbəbdəndə Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Şamaxı şəhərində evi olduğu üçün o, tez-tez gəlib Şamaxıdada yaşayır. 2023-cü ilin oktyabr ayında avtomobil almaq məqsədi ilə oğlu Bəxtiyar Tik-Tok sosial şəbəkəsində avtomobillərə baxmış, həmin vaxtı bir ədəd 1991-ci il istehsalı olan Mercedes E Class markalı avtomobili bəyənib həmin avtomobili almaq qərarına gəlmişlər. Buna görə oğlu avtomobilin sahibinə telefon vasitəsi ilə zəng edərək danışmış və həmin avtomobili almaq istədiyini bildirmişdir. Həmin avtomobilin sahibi ilə danışıb Bakı şəhərində görüşmüşlər. Həmin avtomobilin nağd alış qiyməti 6000 (altı min) manat olsada onların o qədər pulu olmadığı üçün aralarında razılaşmışlar ki, həmin avtomobilin pulundan 1200 manat verib, daha sonra isə avtomobili bank vasitəsi ilə alsınlar. Bu barədə söhbət etdikdən sonra növbəti gün o, gəlib avtomobil sahibləri olan Orxan və Azər adlı şəxslərlə Bakı şəhəri 8-ci kilometr adlanan ərazidə tanımadığı bir kafenin qarşısında görüşmüşdür. Həmin vaxtı Bəxtiyar da yanında olmuşdur. O, həmin şəxslərdən avtomobilin harada olmasını soruşduqda Orxan və Azər adlı şəxslər söyləmişlər ki, avtomobilin sürət qutusunun təmirə ehtiyacı olduğu üçün onlar həmin avtomobili ustaya aparmış və demələrinə görə 3-5 gün ərzində avtomobil hazır olacaqdır. Bu səbəbdəndə onlara 300-500 manat arası pul verməsini istəmişlər ki, ustaya pul verib avtomobili bir neçə gün sonra təmirdən götürsünlər. O, söyləmişdir ki, “əgər ustadadısa heç bir narahatçılıq yoxdur və danışdıqları pulu yəni 1200 manat pulu versin.” Lakin eyni zamanda onları tanımadığını, həmin müddət ərzində idarə etmək üçün avtomobil vermələrini istəmişdir. Həmin şəxslərdə ona müvəqqəti istifadə etmək üçün orada özlərində olan narıncı rəng 2007-ci il istehsalı Kia Rio markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı mühərrikin həcmi 1600 sm olan avtomobili heç bir etibarnamə və sənəd olmadan vermişlər. Yəni həmin vaxt Orxan adlı şəxs avtomobildə əyləşib qələm vasitəsi ilə balaca bir kağız yazıb ona təqdim etmişdir ki, yol polisləri saxlasalar həmin sənədi ona göstər və həmin sənəd əsasında deməsinə görə yol polisləri onları buraxacaqdır. O, da onlara inanıb həmin şəxslərdən avtomobili götürüb Şamaxı şəhərinə gəlmişdir. Lakin Şamaxı rayonuna gəldikdən bir neçə gün sonra Orxan və Azər adlı şəxslərə zəng edərək avtomobilin hazır olub-olmadığını soruşduqda həmin şəxslər bildirmişlər ki, avtomobil təmirdən çıxan kimi məlumat verəcəklər. Lakin onlar hər dəfəsində müxtəlif bəhanələr söyləməyə başladılar. Təxminən iki ay sonra o, avtomobilin nömrəsi ilə avtomobilin cərimələrini yoxlatdıran zaman məlum olduki avtomobilin 3000 (üç min) manata yaxın cəriməsi vardır və avtomobili idarə etmək üçün heç kimə etibarnamə verilməmişdir. O, hər dəfəsində onlara zəng edərək söyləmişdir ki, gəlib avtomobillərin aparsınlar və onun pulunu versinlər. Lakin onlar yenədə müxtəlif bəhanələr söyləmişlər. Daha sonra ona Rafət adlı şəxs zəng edərək avtomobilin onda olub-olmamasını soruşmuş, ona avtomobilin onda olduğunu bildirən zaman o, avtomobilin onda necə olmasını soruşmuşdur. O, Rafətə Orxan və Azər adlı şəxslərin ona qarşı etdikləri hərəkətləri izah etmişdir. Rafət isə söyləmişdir ki, avtomobil banka məxsusdur və bu səbəbdəndə avtomobil üzərinə həbs qoyulacaqdır. O, isə gətirib pulunu vermələrini və avtomobili götürüb aparmalarını bildirmişdir. Bu minvalla o, hər dəfəsində onlarla telefonda mübahisə etmişdir. xx.xx.2024cü il tarixdə o, Sumqayıt şəhərində olan zaman oğlu yenidən Azər və Rafət adlı şəxslərə zəng edərək gəlib avtomobili aparmalarını və pullarını ödəmələrini onlardan tələb etmiş, lakin həmin şəxslər pulu ödəməkdən yayınaraq müxtəlif bəhanələr gətirdiyindən oğlu ilə telefonda mübahisə etmişdirlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə o, gecə saatlarında ilk əvvəl eşitmişdir ki həyətdə saxladıqları avtomobil elektrik naqillərinin qısa qapanması nəticəsində yanmış və FHN-nin əməkdaşları əraziyə gələrək avtomobili söndürmüşdürlər. Daha sonra həmin gün səhər saatlarında oğlu Sumqayıt şəhərinə gələrək avtomobili özünün yandırmasını, Azər adlı şəxs ilə telefonda mübahisə etdiyini, Azərə avtomobili yandıracağını bildirdiyini, Azərin isə onu təhqir edərək gedib avtomobili yandırmasını söyləməsini bildirmişdir. Bəxtiyar Azərin onu təhqir etməsindən qəzəblənərək gedib avtomobili benzin tökərək yandırmışdır. Onlar ailəlikcə ona söyləmişlər ki, gedib polis şöbəsinə bu barədə məlumat versin və törətdiyi əməli etiraf etsin. Bundan sonra isə oğlu polis şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Onlar Bakı şəhərində 1200 manat pulu Orxan adlı şəxsə vermiş, yəni Orxan və Azər ikisidə biryerdə olmuşdur. O, pulu Orxana verdikdən sonra o, həmin pulu özündə saxlamışdır. Sonra onlar Orxana zəng edərək pullarını tələb edən zaman Orxan pulu Azər verdiyini bildirmiş, Azərə isə zəng edən zaman isə Azərdə məsuliyyəti üzərindən ataraq pulu Orxana verdiyini söyləmişdir. O və oğlu Azər və Orxan adlı şəxslərlə əlaqə saxladıqdan sonra onlar oğlu ilə onu aldatdığı üçün onlara avtomobili geri qaytarmaq istəməmişlər. Bundan sonra Rafətadlı şəxs oğluna zəng edərək onu aldatmaq istəmiş və ona söyləmişdir ki, gətirib avtomobili təhvil versin və bundan sonra ona 500 manat pul veriləcəkdir. Oğluda bunu ona söylədikdən sonra o, da Rafətlə telefonla danışmış və onunla bir qədər mübahisə etmişdir. Oğlu Təqsirləndirilən şəxs avtomobili yandıracağı ilə bağlı ona əvvəlcədən hər hansısa bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid5 nəvəsi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında Şahid3 ifadə verib göstərdi ki, özü Bakı şəhəri Babək prospektində avtomobil ustası kimi fəaliyyət göstərir. Əsasən avtomobillərin mühərrikini təmir edir. Onun işlədiyi servisin yanında Avtosel Lizinq şirkəti vardır. Həmin şirkətin avtomobillərinində mühərrikini o təmir edir və lazım olduqda onlardan avtomobildə alır. 2023-cü ilin iyun ayında o, dostu Rəşad Məmmədovdan 2007-ci il istehsalı olan Kia Rio markalı avtomobili aralarında yaranmış şifahi razılıq əsasında ona satmışdır. Həmin avtomobil Avtosel Lizinq şirkətinin balansında olduğundan o, həmin avtomobili öz adına sənədləşdirmişdir. Yəni hər ay həmin avtomobilə 570 (beş yüz yetmiş) manat ödəməli idi. Avtomobilin mühərriki işlək vəziyyətdə olmadığından o həmin avtomobilə yeni mühərrik almış və təmir etmişdir. Yəni onun məqsədi həmin avtomobili təmir etdikdən sonra ailə üzvlərinə vermək olmuşdur ki avtomobili ailə üzvləri idarə etsinlər. Həmin avtomobili təxminən 20 gün idarə etdikdən sonra Rəşad adlı şəxs ona söyləmişdir ki, Azər adlı şəxs ona zəng edərək avtomobilinin xarab olduğunu və yolda qaldığını bildirmiş və bu səbəbdəndə ona köməklik etməyini xahiş etmişdir. O, da bu səbəbdən Rəşad ilə birlikdə Azərin söylədiyi yerə gedib onun özündə olan 1991-ci il istehsalı Mercedes E Class markalı avtomobili işə salmaq istədikdə həmin avtomobil işə düşmədiyindən evakuator vasitəsi ilə onun avtomobilini onun işlədiyi servisin qarşısına gətirmişdir. Orada avtomobili yoxlayan zaman avtomobilin mühərrikinin yararsız vəziyyətdə olduğunu görmüş, sadəcə olaraq həmin Mercedes E Class markalı avtomobil onun xoşuna gəldiyindən Azərdən həmin avtomobili satıb-satmamasını soruşmuşdur. Azər isə ona söyləmişdir ki, avtomobili ilkin ödəniş kimi 2500 manata satmaq niyyətindədir. Qalan pulu isə hər ay 410 (dörd yüz on) manat ödənməlidir. İlk əvvəl o, ona söyləmişdir ki, özündə olan Kia Rio markalı avtomobili satıb onda olan avtomobili alsın. Yəni avtomobilin ilkin ödənişini alıb Azər adlı şəxsə verərək ondan həmin avtomobili almaq istəmişdir. Daha sonra Azər ona təklif etmişdir ki, avtomobilləri bir-biri ilə dəyişdirsinlər. Həmçinin o, avtomobili 2000 manata ilkin ödənişıə satmaq niyyətində olduğundan aralarında yaranmış razılıq əsasında o, ona 500 manat pul verəcəkdi. Həmçinin o, Mercedes markalı avtomobili götürüb mühərrikin təmir edib və hər ay ödənişin edəcəkdi. O, da onun avtomobilini götürüb hər ay ödənişin etməli idi. Onlar razılaşdıqdan sonra avtomobilləri Avtolizinqin qarşısında aralarında dəyişdirmişlər. Eyni zamanda Azər adlı şəxs avtomobil alqı-satqısı ilə məşğuldur. Onlar aralarında şifahi razılıq əsasında alqı satqı etdikdən sonra o, Kia Rio markalı avtomobili ona vermişdir. Lakin həmin avtomobilin cəriməsi olduğu üçün o, ona Kia Rio markalı avtomobili idarə etməyə icazə verməmişdir. Eyni zamanda Kia Rio markalı avtomobilidə kiminsə adına sənədləşdirməmişdir. Onun məqsədi avtomobilin cərimələrini avtomobili alan şəxslərə ödətdirib daha sonra satmaq olmuşdur. Çünki o, həmin avtomobili lizinq şirkətindən alan zaman avtomobilin cərimələrindən məlumatı olmamışdır. Bundan təxminən bir ay sonra eşitmişdir ki, Azər adlı şəxs həmin avtomobili tanımadığı bir nəfər şəxsə 600 manat müqabilində şifahi razılıq əsasında satmışdır. Yəni, o, ondan avtomobili hansı formada satmasını soruşduqda o, ona avtomobili əlbə-əl satmadığını, sadəcə olaraq pul aldığını bildirmişdir. O, nə üçün ona 600 manata satmasını soruşduqda Azər ona söyləmişdir ki, avtomobili alan şəxs həmin avtomobilin təxminən 3000 manata yaxın cəriməsini ödəyəcəkdir. Yəni həmin avtomobilin təxminən 490 manat cəriməsidə ona məxsusdur. Yanvar ayının təxminən 4-də onun adına cərimələr gəldiyi üçün o, Azər adlı şəxsə zəng edərək avtomobili kimə satmasını, cərimələri ödətdirməsini bildirmişdir. Lakin Azərin deməsinə görə həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Azərdən həmin avtomobili alan şəxslərin mobil nömrəsini tapıb onlara zəng etmişdir. Sonradan adı ona məlum Yaşar adlı şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayan zaman həmin şəxsdən Kia Rio markalı avtomobilin onda olub-olmamasını soruşmuşdur. Həmin şəxsdə avtomobilin onda olmasını söylədikdə Yaşar ona söyləmişdir ki, 600 manat müqabilində avtomobili almışdır. O, isə onu telefonda nalayiq ifadələrlə təhqir etmişdir. O, ona özbaşına nə üçün avtomobil almasını soruşmuş, Yaşar isə Azər və Orxan adlı şəxslərdən avtomobili aldığını bildirmişdir. Bundan sonra o, Yaşar adlı şəxsin oğlu Bəxtiyar adlı şəxs ilə telefon vasitəsi ilə danışan zaman o, ona yenədə bildirmişdir ki, gətirib avtomobili təhvil versin və 500 manat pulu Avtolizinq şirkətindən alıb ona versin. Eyni zamanda o, Bəxtiyara söyləmişdir ki, əgər avtomobili qaytarmayacağı təqdirdə gəlib avtomobili öz adına sənədləşdirsin. Bəxtiyarda onunla razılaşmışdır. Bu səbəbdəndə o, Azərdən tələb etmişdir ki, həmin avtomobili tapıb gətirib lizinq şirkətinə təhvil versin. Eyni zamanda lizinq şirkətinə müraciət edərək avtomobili axtarışa verməsini tələb etmişdir. Daha sonra polis şöbəsinə dəvət olunan zaman eşitmişdir ki, onun mülkiyyətində olan Kia Rio markalı avtomobil yandırılmışdır. O, Azər adlı şəxsə avtomobili idarə etmək məqsədi ilə verməmişdir. O, avtomobili lizinq şirkətinin qarşısında saxlayıb açarını Azərə təhvil vermişdir ki, həmin avtomobili sata bilsin. Çünki avtomobilini Azər adlı şəxsə verən zaman lizinq şirkətində hər hansısa bir sənədləşmə aparılmamışdır. Onların razılaşması belə olmuşdur ki, həmin avtomobili Azər adlı şəxs satan zaman müvafiq sənədləşmə aparacaqdı. Lakin avtomobil satılanadək idarə edilməyəcəkdi. Azər adlı şəxs avtomobili satan zaman ona hər hansısa bir məlumat verməmişdir. Təxminən bir ay sonra o, Azərdən maraqlanan zaman Azər, ona söyləmişdir ki, avtomobili satmamışdır. Eyni zamanda ona söyləmişdir ki, avtomobili kiməsə verməmişdir. Yəni deməsinə görə 600 manat beh almışdır və qısa müddət ərzində sənədləşdirəcəkdir. Bundan 3 ay keçsədə ödəniş edilmədiyi üçün ona lizinq şirkətindən zəng gələrək ondan tələb etmişlər ki. ödənişi ödəsin. Bu səbəbdəndə o, 2023-cü ilin dekabr ayında Lizinq şirkətində işləyən Elnur adlı şəxsin yanına gedərək söyləmişdir ki, ona lizinq şirkətindən zəng gəlir və ona bildirmişdir ki, avtomobili Azər adlı şəxsə təhvil vermişdir. Yəni o, avtomobili Azərə təhvil verən zaman bundan Elnur adlı şəxsin məlumatı olduğundan o, ona bir daha bildirmişdir ki, avtomobil Azərdədir. O, həmin avtomobili sadəcə Avtolizinqin həyətinə qoymuşdur ki, Azər adlı şəxs həmin avtomobili satsın. Çünki o, heç kimə razılıq verməmişdir ki, həmin avtomobil ilə bağlı müvafiq sənədləşmə aparılmadan qeyd olunan Kia Rio markalı avtomobil idarə olunsun. O, Azər və Orxan adlı şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs aldatmaları barədə ilkin olaraq heç bir məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixində onun məlumatı olmuşdur ki, həmin avtomobil başqa şəxslər tərəfindən idarə olunur. Yəni həmin tarixdə onun mobil telefonuna sms radar tətbiqi vasitəsi ilə məlumat daxil olmuşdur ki, həmin avtomobil başqa şəxs tərəfindən idarə olunur. Bu səbəbdəndə o, Azər adlı şəxsə zəng edərək avtomobilin harada olmasını soruşduqda Azər adlı şəxs ona söyləmişdir ki, avtomobili 2-3 günlük başqa bir şəxsə vermişdir. Yəni deməsinə görə Kia Rio markalı avtomobilin əvəzinə o, həmin şəxsə başqa avtomobil verəcəkdir. Daha sonra isə o, avtomobili verdiyi sonradan adı ona məlum olan Yaşar adlı şəxs ilə danışıb ona söyləmişdir ki, nə üçün avtomobil ona verilib, gətirib avtomobili təhvil versin. Yaşar isə ona söyləmişdir ki, Azər onu aldatmışdır və gətirib pulu təhvil verdiyi təqdirdə onun avtomobilini geri qaytaracaqdır. Həmin vaxtı Yaşar adlı şəxs telefon vasitəsi ilə onun ünvanına nalayiq ifadələr işlətdiyindən o, bundan sonra onun oğlu Bəxtiyar adlı şəxs ilə danışmış və ona atasına söylədiyi sözləri söyləmişdi. Bəxtiyar ona bildirmişdir ki, növbəti gün saat 11-də gələcəkdir və məsələ həllin tapacaqdır. Daha sonra isə ona bildirmişdir ki, atası razı deyil. Bundan sonra o, Bəxtiyara avtomobili axtarışa verdircəyini bildirmişdir. O, Bəxtiyar adlı şəxs ilə bir dəfə telefon vasitəsi ilə danışmışdır. O, Bəxtiyar adlı şəxs ilə telefon vasitəsi ilə danışan zaman Bəxtiyar ona avtomobili yandıracağı ilə bağlı heç bir söz söyləməmişdir. O, Bəxtiyar ilə telefon vasitəsi ilə danışan zaman bir-birinin ünvanına nalayiq ifadələr işlətməmişlər. O, Avtolizinq şirkətindən avtomobili aldıqdan sonra hər hansısa bir ödəniş etməmişdir. Həmin avtomobili o, Azər adlı şəxsə təhvil verən zaman avtomobil Avtolizinq şirkəti ilə onun iş yerinin arasında olan yol kənarında saxlanılmışdır. Həmin avtomobil lizinq şirkətinin həyətində olduğundan o, qeyd olunan avtomobili görməmişdir. Yəni avtomobillər Lizinq şirkətinin həyətindəki yol kənarında saxlanılmışdır. O, həmin avtomobili bir neçə günlük yol vərəqəsi əsasında alıb idarə etmişdir. Azər adlı şəxs lizinq şirkətində işləyən Elnur adlı şəxsin lizinq şirkətinə məxsus avtomobillərini satır. Yəni onun bildiyi qədəri ilə Elnur adlı şəxs satış müdiridir. O, Orxan adlı şəxsi ümumilikdə təxminən iki-üç dəfə görmüşdür. Yəni o, onu Kia Rio markalı avtomobili almamışdan əvvəl görmüşdür. Eyni zamanda təxminən bir ay əvvəldə Avtolizinq şirkətindədə görmüşdür. Onunla hər hansısa bir münasibəti və şəxsi tanışlığı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid4 və Şahid2 məhkəməyə gəlmədiyindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuş, Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, özü hal hazırda rəsmi olaraq heç bir yerdə işləməsədə iki ildir ki, Avtolizinq şirkəti ilə şifahi razılaşma əsasında işləyir. Yəni həmin şirkətin avtomobillərinə o, müştəri tapıb həmin avtomobilləri satmış və gəlir əldə etmişdir. Yaşar adlı şəxsi o, 2023-cü ilin sentyabr ayında tanımışdır. Onun tik-tok sosial şəbəkəsində səhifəsi vardır. Yaşarın oğlu Bəxtiyar adlı şəxs onunla əlaqə saxlamış və bundan sora Yaşar adlı şəxs Bakı şəhərinə gəlmiş və 1991-ci il istehsalı olan boz metalik Mercedes E Class markalı avtomobilə baxış keçirtmişdir. Həmin şəxs avtomobili bəyəndikdən sonra onlar arasında razılaşma belə olmuşdur ki, o, 2500 manat ona ilkin ödəniş edəcəkmiş və daha sonra isə aylıq avtomobilin sahibinə aylıq olaraq 15 ay 470 manat pul verəcəkmiş, Yaşar adlı şəxsdə bununla razılaşmışdır. O, da ona söyləmişdir ki, avtomobilin bəzi detallarının təmirə ehtiyacı vardır və bu səbəbdəndə avtomobili təmir etdirdikdən sonra həmin avtomobili ona versin. Onlar aralarında razılaşdıqdan sonra o, oğlu Bəxtiyara söyləmiş və Bəxtiyar onun kartına 100 manat beh göndərmişdir. Bundan bir gün sonra o, avtomobili Bakı şəhərində idarə edən zaman avtomobilin mühərriki yararsız hala düşdüyündən o, usta çağırmaq istəmişdir. Həmin vaxtı Rafət adlı şəxs yolda onunla rastlaşmış və o, evakuator çağırmışdır. Onlar avtomobili evakuatora yükləyib Rafətin işlədiyi servisin qarşısına gətirmiş, Rafət avtomobilə baxıdıqdan sonra müəyyən etmişdir ki, avtomobilin mühərriki yararsız vəziyyətə düşmüşdür. Rafət ona təklif etmişdir ki, həmin avtomobili onun avtomobili ilə barter etsin. Onun deməsinə görə Kia Rio markalı avtomobili vardır. O, da həmin avtomobildən bezdiyi üçün Mercedes markalı avtomobili satmaq istəmişdir. Buna görə də onlar aralarında razılaşmışlar. O, Rafətdən avtomobilin probleminin olubolmamasını soruşduqda o, avtomobilin heç bir probleminin olmamasını, həmçinin 540 manat cəriməsinin olmasını bildirmiş, o, ona avtomobili satmaq adı altında alacağını söyləmişdir. O, isə ona avtomobili satacağı təqdirdə müştəri tapdıqdan sonra avtomobili həmin şəxsin adına sənədləşdirəcəyini bildirmişdir. O, bundan sonra avtomobilə baxmış və ilkin olaraq avtomobildə hər hansısa bi problem görmədiyindən aralarında şifahi olaraq razılaşdıqdan sonra şifahi razılıq əsasında avtomobillərini dəyişdirmişlər. Növbəti gün yəni xx.xx.2024-cü il tarixdə Yaşar adlı şəxsə o, zəng edərək Bakı şəhərinə çağırmış və o, oğlu Bəxtiyar adlı şəxs ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Onlar Bakı şəhərinə gəldikdən sonra o, ona söyləmişdir ki, Mercedes E Class markalı avtomobilin mühərrik və sürətlər qutusunda nasazlıqlar vardır və ondan pul istəmişdir ki, ona pul versin. O, nə üçün ona pul verəcəyəni soruşduqda o, ona bildirmişdir ki “mənə 1000 manat pul ver avtomobili düzəltdirim, düzəltdirdikdən sonra qalıq puluda verərsən avtomobili sənin adıva keçirərəm.” Eyni zamanda o, ona bildirmişdir ki, “mənim əlimdə Kia Rio markalı avtomobil vardır, həmin pulu sən mənə ver və mən həmin avtomobili müvəqqəti olaraq idarə etmək məqsədi ilə sənə verim”. Yaşarda onunla razılaşmış və o, ona 4-5 günlük idarə etmək məqsədi ilə Kia Rio markalı avtomobili vermişdir. Həmin vaxtı onun şəriki Orxan adlı şəxsdə orada olmuşdur. Onlar avtomobili orada Yaşar adlı şəxsə verdikdən sonra o, 900 manat pulu Orxan adlı şəxsə vermişdir. Yaşar adlı şəxs pulu verdikdən sonra onlar oğlu ilə birlikdə oradan çıxıb getmiş və həmin puldanda o, 300 manatını Orxan adlı şəxsə vermişdir. O, Rafət adlı şəxs ilə aralarında razılaşıb avtomobilləri dəyişən zaman sənədləşmə aparmamalarına səbəb o olmuşdur ki, sənədləşmə aparılan zaman müvafiq məbləğdə ödənişlər olunmalıdır. O, da istəmişdir ki, həmin avtomobili satdıqdan sonra kiməki avtomobil satılacaqdırsa həmin şəxs sənədləşmənin ödənişlərini həyata keçirsin. O, Rafət adlı şəxs ilə avtomobili dəyişən zaman ona söyləmişdir ki, əgər avtomobilin mühərrikinin ziyanı az olsa avtomobili təmir etdirib Yaşar adlı şəxsə verəcəkdir. Lakin avtomobilin təmiri çox pul tutacaqsa o, həmin avtomobili Yaşar adlı şəxsə verə bilməyəcəkdir. Çünki artıq həmin avtomobildə o, ziyan edəcəkdir. Eyni zamanda o, Yaşar adlı şəxsə söyləmişdir ki, əgər həmin Mercedes markalı avtomobil təmir olmadığı təqdirdə ona vaxt versin o, ona başqa Mercedes E Class markalı avtomobil tapıb verəcəkdir. Lakin o, həmin pulun 300 manatını Orxana verdiyindən, eyni zamanda əldə etdiyi puldan banka ödəmələr etdiyindən, həmçinin Yaşar adlı şəxs daha sonra avtomobili istəmədiyindən ona zəng edərək avtomobili istəmədiyini və gəlib pulunu qaytarmağını və avtomnobili götürüb aparmağını bildirdiyi üçün onunda pulu olmadığı üçün o, hər dəfəsində müddəti uzatmışdır ki, onun pulunu tapıb versin. O, Mercedes E Class markalı avtomobili Rafət adlı şəxsə verən zaman onların arasında hər hansısa bir sənədləşmə aparılmamışdır. Onun bildiyi qədəri ilə Kia Rio markalı avtomobili Rafətin tanışı Tükəzban adlı şəxs idarə etmiş və o, hər dəfəsində yol hərəkəti qaydalarını pozduğu üçün avtomobilə cərimələr gəlmişdir. O, avtomobili Yaşar adlı şəxsə verdikdən sonra Yaşar, avtomobili qaytarmaq istədiyi üçün o, Rafət adlı şəxsə zəng edərək avtomobilin 3000 manata yaxın cəriməsi olduğunu bildirmiş, Rafət isə ona soyuq münasibət göstərmişdir. O, isə ona pulun 500 manatını lizinq şirkəti, qalanını isə onların düzəldib qaytarmağını söyləmişdir. Çünki həmin avtomobilin cərimələri ona məxsus olmuşdur. O, isə onunla razılaşmayaraq 102 xidmətinə zəng edib avtomobili Yaşarın əlindən aldıracağını bildirmişdir. O, avtomobili satdığı gündən iki gün sonra Rafətə avtomobili satdığını söyləmişdir. O, Rafət adlı şəxsə hər hansısa bir məbləğdə pul verməmişdir. Rafət avtomobil ustasıdır və onlar əvvəllər onunla hər hansısa bir iş görməmişlər. Orxan adlı şəxs ilə o, bir il altı aydır ki şərikdir. Yəni onlar avtomobil alıb satırlar. Daha doğrusu Lizinq şirkətinin avtomobillərini satıb, satdıqları avtomobillərin üzərindən gəlir əldə edirlər. Yaşar adlı şəxsə həmin yol vərəqəsinin kimin yazıbyazmamasını bilmir və bundan məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə Bəxtiyar adlı şəxs ona telefon vasitəsi ilə zəng edərək bankın əməkdaşının onun atasına zəng edib avtomobili qaytarmağı atasından tələb etdiyini bildirmiş, o, isə ona bankın işçisinin kim olduğunu və nə üçün onlara zəng etdiyini söyləmişdir. Daha sonra isə telefonda nalayiq ifadələr işlətdiyi üçün o, yenidən telefonu söndürmüşdür. Lakin o, telefonda ona avtomobili yandıracağını bildirməmiş, həmçinin o, onu telefonda nalayiq ifadələrlə təhqir etməmişdir. Yəni onlar bu məzmunda söhbət aparmamışlar. Sonradan o, eşitmişdir ki Bəxtiyar, avtomobili yandırmışdır. Şahid2 oğlu ifadəsində göstərmişdir ki, o, özü şəhərdə bolt skuterlərinin batareyalarını dəyişir. Yəni bu minvalla pul qazanır. Azər adlı şəxsi o, 2023-cü ilin iyun ayından tanıyır. Həmin şəxs lizinq şirkəti ilə işləyir və bildiyi qədəri ilə avtomobil alqı satqısı ilə məşğuldur. Xatırladığı qədəri ilə 2023-cü ilin sentyabr ayının əvvəllərində Azər adlı şəxs ona söyləmişdir ki, bir nəfər şəxsə 1991-ci il istehsalı olan bez metalik Mercedes E class markalı avtomobil satmaq istəmiş, lakin həmin avtomobilin mühərrikində nasazlıq olduğundan avtomobili sata bilməmiş, bu səbəbdən də həmin avtomobilin əvəzinə Kia Rio markalı avtomobili satmaq qərarına gəlmişdir. Buna görə də o, onuda çağırmışdır ki, müştəri gələcəkdir və deməsinə görə gəlib onunda həmin müştəri ilə danışmağını istəmişdir. Bu səbəbdəndə o, Bakı şəhəri Xətai rayonu 58 saylı orta məktəbin yanında onlarla görüşmüşdür. Azər adlı şəxs Kia Rio markalı avtomobili idarə edərək oraya gəlmiş və həmin avtomobili Yaşar adlı şəxsə göstərmişdir. Yaşarda avtomobilə baxdıqdan sonra onlar ikisi kənara çəkilib bir qədər söhbət etmişdir. Onlar isə ikisi yəni Yaşarın oğlu Bəxtiyar ilə kənarda dayanıb söhbət etmişdir. Daha sonra isə onlar gəlmiş və avtomobilə əyləşmişlər ki, Yaşar adlı şəxs avtomobili bir qədər idarə edib avtomobili yoxlasın. Yaşar adlı şəxs avtomobili idarə edərək yoxladıqdan sonra onlar yenidən həmin yerə qayıtmış və o, avtomobili saxlayaraq 900 (doqquz yüz) manat pul çıxardıb sayaraq qoltuq altının üzərinə qoyub pulu götürməyini bildirmişdir. O, da həmin pulu götürüb arxada əyləşən Azər adlı şəxsə vermişdir. Azərdə həmin pulu götürmüş, eyni zamanda Azər ona söyləmişdir ki, banka gedib avtomobili sənədləşdirməlidirlər. Lakin Yaşar adlı şəxs Şamaxı şəhərinə tələsdiyi üçün 3-4 gün sonra gəlib müvafiq sənədləşmə aparacağını bildirmişdir. Eyni zamanda Azər ona söyləmişdir ki, avtomobilin cəriməsi və sığortası vardır. Yaşar isə ona söyləmişdir ki, gələn zaman digər sənədləşmələri aparacaqdır. Bundan sonra onlar çıxıb getmiş və bir müddət sonra isə Yaşar adlı şəxs ona zəng edərək gətirib onların pulunu qaytarmağını bildirmişdir. O, isə ona söyləmişdir ki, ona pul verməmişdir. Çünki qeyd etdiyi kimi Yaşar adlı şəxs pulu Bakı şəhərində avtomobilin salonunda qoltuqaltının üzərinə qoyan zaman o, həmin pulu götürüb Azər adlı şəxsə vermiş və daha sonra Azərin həmin pulu nə etməsindən məlumatı olmamışdır. Lakin qeyd olunan tarixdən etibarən Yaşar və oğlu hər dəfəsində ona zəng edərək pulunu tələb etmişdir. Azərdə ona söyləmişdir ki, gətirib avtomobili təhvil versin və avtomobili təhvil verdiyi təqdirdə o, 1000 manat pulu verəcəkdir. Lakin Yaşar adlı şəxs pulu faiz ilə götürdüyü üçün ondan 5000 manat pul tələb etmişdir. Eyni zamanda Bəxtiyar adlı şəxs ona telefon vasitəsi ilə zəng edərək avtomobili yandıracağını bildirdiyi üçün o, ona söyləmişdir ki, səbirli olsun və getsin Azər adlı şəxsə avtomobili verib pulunu alsın. O, Azər adlı şəxs ilə arasında hər hansısa bir razılığa gəlməmişdir. Yəni Azər həmin avtomobilin satılmasında əldə etdiyi gəlirdən ona hər hansısa bir məbləğdə pul verməmişdir. Azər adlı şəxs ona söyləmişdir ki, Mercedes E Class markalı avtomobilin mühərriki nasaz vəziyyətdə olduğundan və həmin avtomobilin təmiri üçün pul çox tələb etdiyindən o, Kia Rio markalı avtomobili satmaq niyyətində olduğu üçün onunda oraya gəlməyini və avtomobilin yanında dayanıb Yaşar adlı şəxs ilə söhbət etməyini istəmişdir. O, da bu səbəbdəndə onunla razılaşmışdır. O, Bəxtiyar və Yaşar adlı şəxslərə yol vərəqəsi yazıb verməmişdir. Həmin şəxslərin söylədikləri tamamilə yalandır. O, həmin vaxtı onlara heç bir yol vərəqəsi yazmamışdır. Ümumiyyətlə istintaqda ona təqdim olunan yol vərəqəsindən heç bir məlumatı olmamışdır. Həmin vaxtı onların yanında dostları Kamran və Sənan adlı şəxslər olmuşdur. Yəni Azər adlı şəxs Yaşar adlı şəxsə tünd boz metalik rəngli Mercedes E Class markalı avtomobili satmaq məqsədi ilə ondan 100 manat beh almış, lakin avtomobilin mühərrikində nasazlıq yarandığından həmin avtomobili sata bilmədiyindən Yaşar adlı şəxsdə ona zəng edərək məhkumluq həyatı yaşadığı üçün Bakı şəhərinə gəlib Mercedes markalı avtomobil təhvil vermədiyi təqdirdə ondan 100 manat əvəzinə 5000 manat pul alacağını bildirdiyindən və Azərdə onunla probleminin olmasını söylədiyindən onlardan kömək istəmişdir ki, gəlib ona köməklik göstərək Yaşar ilə söhbət edib aydınlaşdırsınlar. Çünki Azər adlı şəxs Mercedes E Class markalı avtomobil əvəzinə Kia Rio markalı avtomobili Yaşar adlı şəxsə satmaq istəmişdir. X9 markalı avtomobilin ona aidiyyatı olmadığından yəni o, Yaşar və Bəxtiyar adlı şəxslərlə hər hansısa bir razılaşma aparmadığından o, Bəxtiyar və Yaşar adlı şəxsə zəng edərək bu barədə hər hansısa bir məlumat verməmişdir. X10 markalı avtomobilin onun mülkiyyətinə heç bir aidiyyatı olmamışdır. Azər ilə Yaşar adlı şəxs Bakı şəhərində avtomobil alqı satqısı edən zaman Bəxtiyar onun nömrəsini istəyib söyləmişdir ki, “3-4 gündür ki Azər adlı şəxs ilə əlaqə saxlaya bilmir, bu səbəbdəndə onunla əlaqə saxlaya bilmədikdə mənimlə əlaqə saxlamaq istəyir ki onunla bizi görüşdürsün.” O, da onunla razılaşmış və təxminən 3-4 gün sonra o, ona zəng edərək söyləmişdir ki, Azərə zəng edir və Azər adlı şəxs ona cavab vermir və ondan istəmişdir ki, Azər ilə onu telefon vasitəsi ilə danışdırsın. O, da həmin şəxsləri telefon vasitəsi ilə danışdırmış və həmin vaxtı onlar bir birini telefonda təhqir etmişdirlər. Bundan bir müddət sonra Azər ona söyləmişdir ki, Yaşar adlı şəxs ondan həmin avtomobilin müqabilində 5000 manat pul istəmiş, lakin o, onun 1200 manat pulunu qaytarmaq istəmişdir. Eyni zamanda o, Bəxtiyar ilə telefon vasitəsi ilə danışan zaman o, ona söyləmişdir ki, avomobili Şamaxı şəhərində söküb satacaqdır. Çünki deməsinə görə Azər onu aldatmışdır. Yəni ona Mercedes E Class markalı avtomobil əvəzinə Kia Rio markalı avtomobil vermiş, daha sonra vədinə əməl etməyib həmin avtomobili geri qaytarmamışdır. O, isə ona söyləmişdir ki, avtomobil bank avtomobilidir və avtomobili zədələməsin. Çünki zədələdiyi təqdirdə məsuliyyət daşıyır. Bundan bir neçə gün sonra isə Bəxtiyar adlı şəxs ona telefon vasitəsi ilə zəng edərək söyləmişdir ki, Azər adlı şəxs ilə danışmış və deməsinə görə Azərə avtomobili yandırmasını söyləmiş, Azər isə onu nalayiq ifadələrlə təhqir edərək gedib avtomobili yandırmasını bildirmiş, yandırmadığı təqdirdə yenidən nalayiq ifadələrlə təhqir etmişdir. Eyni zamanda Bəxtiyar ona bu səbəbdəndə gedib avtomobili yandıracağını söyləmişdir. O isə onu sakitləşdirərək avtomobili yandırmamasını, avtomobili aparıb polis şöbəsinin həyətinə qoymasını, yandıracağı təqdirdə məsuliyyət daşıması barədə xəbərdarlıq etmişdir. Avtolizinq şirkətinin avtomobillərini əsasən Azər adlı şəxs alıb satır. O, da ara bir həmin avtomobillərə müştəri tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri-ünvan 2 ünvanına baxış keçirilərkən evin həyətində saxlanılmış, narıncı rəngdə, 2008-ci il istehsallı, mühərrikin həcmi 1600 sm olan, “Kia Rio” markalı **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı həmin avtomobilin bütün detallarının yanmaqla məhv edilməsi aşkar edilmişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 12 may 2024-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2024-cü iltarixdə saat 13:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. X5 tərəfindən tərəfindən verilmiş yol vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs **- PJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il taixdən xx.xx.2023-cü il tarixədək idarə edə bilər. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 4(074)-16/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 may 2024-cü il tarixdən hesablanmışdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 32.4, 186.2.2 və 186.2.2-ci maddələrinə tövsif edilmiş vəAzərbaycan Respublikası CM-nin 178.2.1 və 186.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqının həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 32.4, 186.2.2 və 186.2.2-ci maddələri ilə davam etdirilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi və digər cinayət işi ilə bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında”07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,186.2.2 və 186.2.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.2.3, 178.2.1, 178.2.2, 178.2.4, 32.4,186.2.2 və 186.2.2-ci maddələrinə tövsif edilmişdir. “Materialların cinayət işinə birləşdirilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, “Kia Rio” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanması ilə bağlı Fövqəladə hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X3 X4 toplanmış və Şamaxı RPŞ-nə göndərilmiş 3-13-108/1-3585/24 nömrəli material eyni məzmunlu xüsusatlar üzrə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və həmin iş üzrə istintaq davam etdirilmişdir. “Maddi sübut kimi tanıma haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yandırmaqla məhv edilmiş “Kia Rio” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Şamaxı RPŞ-də avtomobillərin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-cüil tarixli, 9/4111 nömrəli rəyindən görünür ki, “Ekspertiza təyini haqqında qərarda göstərilən 2008-ci il buraxılışlı, qırmızı rəngli, 302000 km yol qət etmiş “Kia Rio” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) orta bazar qiyməti nəzəri qaydada təxminən 11500,00 (on bir min beş yüz) manat müəyyən olunur”. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şamaxı RPŞ-nin İstintaq Bölməsində icraatda olan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 127.2.3,178.2.1, 178.2.2, 178.2.4, 32.4,186.2.2 və 186.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən də ünvan 2-da qeydiyyatdadır, orta təhsillidir. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnamənin 15 iyun 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. 11 may 2024-cü il tarixdə tərtib edilmiş baxış protokolundan görünür ki, ünvan 2 ünvanında saxlanılmış, narıncı rəngdə, 2008-ci il istehsallı, mühərrikin həcmi 1600 sm olan, “Kia Rio” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı həmin avtomobilin bütün detallarının yanmaqla məhv edilməsi aşkar edilmişdir. "xxxx" MMC-nin direktoru Zaur Quliyev tərəfindən daxil olmuş 25 iyun 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Kia Rio markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yandırılması nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənildiyindən heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxsyandırmaqlaözgənin əmlakını qəsdən məhv edib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə tövsifedilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək onunla barışıq əldə etməsini nəzərə alır və göstərilənlərdən zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək onunla barışıq əldə etməsinicəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 12 may 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməldir. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Maddi sübut olan Şamaxı RPŞ-nin dayanacağında saxlanılan “Kia Rio” markalı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 30 saat hüquqi yardım göstərməsinə görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut- Şamaxı rayon polis şöbəsində saxlanılan “KiaRio” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 30 (otuz) saat hüquqi yardım göstərməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-5/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-5/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver