Məhkəmə qərarları › İş №1(074)-50/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-50/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-50/2021 22.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi vəkil X3, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin binasında, X1 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmiş, iş mahiyyəti üzrə baxılması üzrə Şamaxı rayon məhkəməsinə göndərilmişdir. Hazırda cinayət işi məhkəmə icraatındadır. İbtidai araşdırma orqanının qənaətinə görə Təqsirləndirilən şəxs 30 avqust 2020-ci il tarixdə saat 20:57 radələrində ictimai yer hesab olunan və avtomobillərin intensiv hərəkət etdiyi Ağsu-Padarqışlaq kənd avtomobil yolunun Şamaxı rayonu Bağırlı kəndi ərazisindən keçən hissəsində yolun kənarında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq hərəkətdə olduğu zamani işarə verib dayandırdığı yük avtomobilinin sükanı arxasında olan Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlədərək silah qismində istifadə etdiyi ağac parçası ilə sonuncunun faktiki istifadəsində və sahibliyində olan “Kamaz 65115-017 yük” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə və sol yan şüşəsinə vurub sındırmış, ağac parçası ilə kürək nahiyəsindən vurması və sınmış şüşə parçalarının Zərərçəkmiş şəxs dəyməsi nəticəsində ona sol çiyin qurşağının altı ədəd kiçik ölçülü səthi yaraları, sol kürək nahiyəsinin sıyrığı və sol bazu nahiyəsindən tutmuş said nahiyəsinə qədər uzanan sahənin kiçik ölçülü çoxsaylı səthi yaraları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs avtomobilini idarə edərək ərazidən uzaqlaşmaq istədiyini gördükdə isə özünün idarə etdiyi “Kamaz-5511 yük” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilə minib arxaya hərəkət etdirməklə qəsdən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön tərəfindən vurub zədələməklə sonuncuya 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan yetirərək şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmənin iclası zamanı Zərərçəkmiş şəxs nümayəndəsi vəkil X4 məhkəməyə vəsatət təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş, onun təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin materialları ilə tanış olarkən məlum olmuşdur ki, iş üzrə mütəxəssis rəyi və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilərək müvafiq rəy alınmışdır. Belə ki, Şamaxı Avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, “Kamaz-55115” markalı, 2013-cü il buraxışlı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə ümumi 8200 (səkkiz min iki yüz) manat maddi ziyan vurulmuşdur. Bundan sonra iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 08.12.2020-ci il tarixli 9/4934 nömrəli ekspert rəyində göstərmişdir ki, “Şamaxı Avtoservis və Ticarət” müəssisəsi tərəfindən 12 oktyabr 2020-ci il tarixdə verilmiş HK-1/575 №-li rəydə olan dəyişilməli ehtiyat hissələri və təmirbərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı "Kamaz 551 İS- ON yük" markalı, ** LA *** dövlət nömrə nişanlı yük avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni 30 sentyabr 2020-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 6000,00 manat müəyyən edilir. Həmçinin rəydə göstərilmişdir ki, 2013-cü il buraxılışlı “Kamaz 55115-017 yük” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 30 sentyabr 2020-ci il tarixində baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərini dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 4200 (dörd min iki yüz) manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 2750 manat, təmir işlərinin qiyməti 1450 manat təşki edir. İbtidai istintaq orqanı sübutların qiymətləndirilməsi haqqında qərarda qeyd edir ki, Şamaxı Avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş rəydə “Kamaz 55115-017 yük” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi ziyanın məbləği 8200 manat dəyərində göstərilsə də, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekpert rəyində dəymiş maddi ziyanın məbləğinin yekun olaraq 4200 manat olması müəyyən edilmişdir. Buna görə də toplanmış materiallara əsasən “Kamaz 55115-017 yük” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın miqdarı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində göstərilən kimi qəbul edilməli və ittiham elan edilərkən həmin say və qiymətlər hesablanmalıdır. Zərərçəkmiş tərəf olaraq hesab edir ki, ekspert yanlış nəticəyə gəlmişdir, istintaq orqanı avtomobilə dəymiş zərərin həcmini 4200 manat müəyyən etməklə səhvə yol vermişdir. Ona görə ki, zərərçəkmişin avtomobili zərər dəyməmişdən əvvəl normal işləmiş və avtomobillə yük daşıyaraq ailəsini dolandırmışdır. Lakin cinayət hadisəsi nəticəsində avtomobil yararsız olduğuna görə zərərçəkmiş bundan məhrum olunmuşdur. Həmin avtomobili təmir etdirmək məcburiyyətindədir. Buna görə də avtomobilin təmirinə hələ ekspertin rəyinə inanası olsalar belə azı 6000 manat pul tələb olunur. Belə olan halda zərərçəkmişə dəymiş zərər ekspert rəyi əsas götürülsə belə 6000 manat müəyyən edilməli idi. İstintaq orqanı isə təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verərkən deyilənlərə əməl etməmiş, bununla da təqsirləndirilən şəxsə düzgün ittiham verməmişdir. Bundan başqa sübutların qiymətləndirilməsi haqqında qərarda qeyd olunmuşdur ki, “Kamaz 55115-017 yük” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qeydiyyat şəhadətnaməsi ilə Şahid6 məxsusdur və həmin yük avtomobilinə 4200 (dörd min iki yüz) manat dəyərində ziyan dəymişdir. Cinayət işinin istintaqı zamanı əhəmiyyət kəsb etdiyi üçün Şahid6 iştirakı ilə müvafiq istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığından, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş, telefon əlaqəsi zamanı Şahid6 müvafiq istintaq hərəkətlərinin aparılmasından ötrü Şamaxı RPŞ-nin istintaq bölməsinə dəvət olunmuş, telefon əlaqəsi zamanı Şahid6 hazırda işi ilə əlaqədar iş yerini tərk edə bilməyəcəyindən Şamaxı RPŞ-nin istintaq bölməsinə gələ bilməyəcəyini, sorğu olunan “Kamaz-55115” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qeydiyyat ilə ona məxsus olsa da, o, həmin yük avtomobilini Zərərçəkmiş şəxs satmasını, buna görə də avtomobilin əzilməsinə görə ona heç bir ziyan dəymədiyini, bununla bağlı heç bir şikayətinin olmadığını bildirdimişdir. Göründüyü kimi, Şahid6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasına zərurət qalmamışdır. Buna görə də Şahid6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasına zərurət olmamışdır. Zərərçəkmiş tərəf olaraq hesab edir ki, iş üzrə maddi ziyan hissəsində “Kamaz 55115-017 yük” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətçisi olan Şahid6 zərəçəkmiş şəxs qismində cəlb edilib dindirməli idi. İstintaq orqanı avtomobilin mülkiyyətçisi Şahid6 zəng etməklə kifayətlənmiş, həmin şəxsin istintaq hərəkətlərində iştirakı üçün hər hansı bir tədbir görməmiş və ya görmək istəməmişdir. Göründüyü kimi, istintaq orqanı tərəfindən sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, düzgün hüquqi qiymət verilməmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində bir daha aydın olur ki, “Kamaz 55115-017 yük” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə əmlak ziyanı dəymişdir. Bu hal bir daha təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspert və mütəxəssis rəyləri ilə öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyi ilə mütəxəssis rəyi arasında kəskin ziddiyyət var, həmin ziddiyyəti aradan qaldırmaq üçün heç bir prosessual tədbirlər görməmişdir. Zərərçəkmiş tərəf kimi hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi tövsif edilməli olduğu halda işi aparan müstəntiq bunu etməmiş, kobud qanun pozuntusunu yol vermişdir. Zərərçəkmiş tərəf kimi hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcuddur. Ona görə də cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması bardə qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində verilmiş ittihamdan əlavə başqa cinayətin əlamətləri mövcud olduğundan cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs vəsatəti əsaslı hesab edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi3 vəsatətin əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib göstərdi ki, hazırki işlə bağlı məlumatı 3-4 gün bundan əvvəl olmuşdur. Belə ki, onun telefonuna Roma adlı şəxs zəng vuraraq bilirmişdir ki, onun barəsində olan cinayət işinin istintaqı zamanı ona müdafiəçi təyin edilsə də, onu tanımamış və istintaqda onu görməmişdir. Romaya cavabında həqiqətən də onu tanımadığını və onun barəsində hər hansı bir cinayət işində onun hüquqlarını müdafiə etmədiyini bildirmiş və onu ilk dəfə gördüyünü demişdir. İstintaq materiallarında olan imzalar onundur. Ola bilsin ki, müstəntiq onun müdafiəçisi olduğu başqa cinayət işinin materiallarına imza etdirən zaman Romaya aid cinayət materiallarına da imza etdirib. O da baxmadan imzalamışdır. Ona aid və tərəfindən tərtib edilmiş nömrəsiz order cinayət işinin materialları arasına necə düşüb bilmir. Ola bilsin ki, müstəntiq onu aldadıb. Məhkəmə vəsatətlə bağlı proses iştirakçılarının fikirlərini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarında olan ƏN-V № 062996 seriyalı 17 dekabr 2019-cu il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, ünvan 1 ünvanda yaşayan Şahid6 Ağsu rayonu,Çaparlı ərazi dairəsi Ağabəyli kəndində yaşayan Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyət vermişdir. İş materiallarında olan AC № 007840 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-LA-*** qeydiyyat nişanlı “Kamaz 65115-017 yük” markalı özüboşaldan tipli nəqliyyat vasitəsinin sahibi Şahid6dur. İş materiallarında olan AE 959501 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs 14 iyun 2016-cı ildən 14 iyun 2026-cı ilədək BC kateqoriyalı sürücülük hüququ vardır. İş materiallarında olan Şamaxı Avtomotoservis və ticarət müəssisəsinin rəyindən görünür ki, “Kamaz 65115-017 yük” markalı **-LA-*** dövlət nömrə qeydiyyat nişanı olan avtomaşına texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, əzilən hissələrin təzə ehtiyat hissəsi ilə əvəz edilməsi üçün 4550 manat, əzilən hissələrin dəyişdirilməsi və rənglənməsi üçün 3650 manat olmaqla, ümumilikdə 8200 manat ziyan dəymişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2020-ci il tarixli 9/4934 saylı ekspert rəyindən görünür ki, 2013-cü il buraxılışlı “Kamaz 55115-017 yük” markalı **-LA-*** dövlət nömrə nişanlı yük avtomobilinin 30 sentyabr 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 4200,0 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissəsinin qiyməti 2750 manat, təmir işlərinin qiyməti 1450,0 manat hesblanmışdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, maddi ziyan vurulmuş “Kamaz 55115-017 yük” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Şahid6 mülkiyyətində olduğu halda, ibtidai araşdırma orqanı tərəfindən Şahid6 dindirilməmiş və zərərçəkmiş şəxs qismində tanınmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs isə yalnız həmin yük avtomobilini idarə etmək üçün etibarnaməsi olmuşdur. Belə olan halda baş vermiş hadisə nəticəsində birbaşa yük avtomobilinin mülkiyyətçisinə maddi ziyan dəymişdir. Bu hal kifayət qədər araşdırılmamış, Şahid6 işə cəlb edilməmiş və dindirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Eyni zamanda məhkəmə qeyd edir ki, mütəxəssis rəyinə əsasən “Kamaz 55115- 017 yük” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi ziyanın məbləği 8200 manat dəyərində müəyyən edilsə də, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekpert rəyində dəymiş maddi ziyanın məbləğinin yekun olaraq 4200 manat olması müəyyən edilmişdir. Göründüyü kimi verilmiş rəylər kifayət qədər ziddiyyətlidir və göstərilmiş məbləğlər arasında böyük fərq mövcuddur. Bu hal isə araşdırılmadan əmələ qiymət vermək mümkün deyildir. İş üzrə təkrar ekpertiza keçirilərək rəy əldə olunduqdan sonra dəymiş ziyanın məbləği 5000 manatdan yuxarı olduqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinin tərkibini yaranır. Ona görə də, bu hal araşdırılaraq qiymət verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, ibitidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmaqla ibtidai istintaq aparılmışdır. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş vəkil X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onun barəsində olan cinayət işi ilə əlaqədar ibtidai istintaq zamanı vəkil kimi prosessual hərəkətlər keçirilən zaman iştirak etməmişdir. Azərbaycan Respublikası CPM-nin 91.4-cü maddəsinə əsasən müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. Azərbaycan Respublikası CPM-nin 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 233.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. Təqsirləndirilən şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. Beləliklə, ibitidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi tövsif edilməli olduğu halda işi aparan müstəntiq bunu etməmiş, kobud qanun pozuntusunu yol vermişdir. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətləri mövcudur. Ona görə də, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərara qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar