Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-51/2021 23.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1979-cu ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şamaxı rayon Quşçu kənd tam orta məktəbin Uşaq Birliyinin rəhbəri işləyən, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özünü Şamaxı rayonu ərazisində «Şəffaflıq» qəzetinin əməkdaşı, vəkil və rayon ərazisində nüfuza malik ictimai xadim kimi təqdim edərək özü haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona 2019-cu ilin fevral ayında Şamaxı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş şəxslər üçün Şamaxı şəhəri, 20 Yanvar küçəsində inşa olunan çoxmənzilli binadan bir otaqlı mənzil verilməsini təşkil edəcəyi barədə yalan vəd verib bu məqsədlə sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 15 iyul 2019-cu il tarixdə 500 (beş yüz), 18.07.2019-cu il tarixdə 3000 (üç min), 25.07.2019-cu il tarixdə isə 4000 (dörd min) manat məbləğində pul alıb aldatmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla ona məxsus 7500(yeddi min beş yüz) manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni üsulla Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs1 ünvanlı dövlət sosial yardımı düzəldəcəyi barədə Şahid1 yalan vəd verib 16 fevral 2020-ci il tarixdə Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən «Şəffaflıq» qəzetinin ofisində sonuncudan etibarından sui-istifadə etməklə 600(altı yüz) manat məbləğində pul alıb aldadaraq, Zərərçəkmiş şəxs1 məxsus 600(altı yüz) manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni üsulla rayonun Şəhriyar qəsəbə sakinləri Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ünvanlı dövlət sosial yardımı düzəldəcəyi barədə X3 yalan vəd verib 2020-ci ilin iyun ayının təxminən 20-də Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən «Şəffaflıq» qəzetinin ofisində sonuncudan etibarından sui-istifadə etməklə 850 (səkkiz yüz əlli) manat məbləğində pul alıb qeyd olunan pul müqabilində ünvanlı dövlət sosial yardımı ala bilmələri üçün adları sadalanan şəxsləri saxta iş yerləri ilə təmin edəcəyini deyib aldadaraq, vahid niyyətlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 məxsus 300 (üç yüz), Zərərçəkmiş şəxs4 məxsus 300(üç yüz), Zərərçəkmiş şəxs5 məxsus 150(yüz əlli) və Zərərçəkmiş şəxs6 məxsus 100(yüz) manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, Şamaxı rayonunun Quşçu kəndində ailəsi ilə birlikdə yaşayır, özü də Şamaxı rayonu Quşçu kənd tam orta məktəbində uşaq birliyinin rəhbəri vəzifəsində işləyir. O, Zərərçəkmiş şəxs2 2019-cu ilin fevral ayında Şamaxı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş şəxslər üçün Şamaxı şəhəri, 20 Yanvar küçəsində inşa olunan çoxmənzilli binadan bir otaqlı mənzil verilməsini təşkil edəcəyi barədə yalan vəd verib bu məqsədlə onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 15 iyul 2019-cu il tarixdə 500 (beş yüz), 18.07.2019-cu il tarixdə 3000 (üç min), 25.07.2019-cu il tarixdə isə 4000 (dörd min) manat məbləğində, cəmi 7500 manat pul almışdır. Bundan sonra Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs1 ünvanlı dövlət sosial yardımı düzəldəcəyi barədə Şahid1 yalan vəd verib 16 fevral 2020-ci il tarixdə Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən «Şəffaflıq» qəzetinin ofisində 600(altı yüz) manat məbləğində pul almışdır. Bundan başqa rayonun Şəhriyar qəsəbə sakinləri Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ünvanlı dövlət sosial yardımı düzəldəcəyi barədə X3 yalan vəd verib 2020-ci ilin iyun ayının təxminən 20-də Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən «Şəffaflıq» qəzetinin ofisində sonuncudan etibarından sui-istifadə etməklə 850 (səkkiz yüz əlli) manat məbləğində pul alıb qeyd olunan pul müqabilində ünvanlı dövlət sosial yardımı ala bilmələri üçün onları saxta iş yerləri ilə təmin edəcəyini deyib aldadaraq, Zərərçəkmiş şəxs3 məxsus 300 (üç yüz), Zərərçəkmiş şəxs4 məxsus 300(üç yüz), Zərərçəkmiş şəxs5 məxsus 150(yüz əlli) və Zərərçəkmiş şəxs6 məxsus 100(yüz) manat məbləğində pulu almışdır. Əməlindən çox peşimandır, zərərçəkmiş şəxlərə dəyən ziyanı ödəmişdir, həmin ziyanın 25 faizi miqdarında pulu dövlət nəfinə ödədiyini bildirib, bu barədə ərizəsini və qəbzi məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, 2019-cu ilin may ayında yas mərasimində olan zaman orada olan qadınlar zəlzələ nəticəsində uçan, qəzalı vəziyyətdə olan evlərin dövlət tərəfindən təmir olunduğu barədə söhbətlər etmişlər. Həmin vaxt o, yas yerində olan və həmin söhbəti edən qadınlara bildirmişdir ki, o, necə və kimə müraciət edə bilər ki, onun üçün də ev tikilsin. Həmin məsələ ilə əlaqədar qadınlardan bəziləri Təqsirləndirilən şəxs pul müqabilində bəzi şəxslər üçün ev tikdirdiyini demişlər. O, yas mərasimindən çıxandan sonra dəqiq tarixi yadında qalmayan vaxt Eyvazın kim olmasını araşdırmış və təxminən bir ay sonra, tarixi yadında qalmayan vaxt Təqsirləndirilən şəxs yaşadığı evin yadında qalmayan nömrəsini tapmış və onunla əlaqə yaratmaq istəmişdir. Bu səbəbdən də o, həmin yadında qalmayan nömrəyə özünün istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamışdır. Eyvazla danışarkən ona bildirmişdir ki, «səninlə söhbətim var, bizə gəl». Həmin vaxt, tarixi yadında qalmayan vaxt Eyvaz bildirmişdir ki, «gələcəyəm söhbət edərik». Eyvaz həmin günün səhəri, tarixi yadında qalmayan vaxt onlara gəlmiş və o, həyat yoldaşı X12 ilə birlikdə onunla söhbət əsnasında Eyvaz Niftaliyevə bildirmişdir ki, yaşadığı evin həyətində onun üçün kiçik ölçülü ev tikdirə bilərmi? Həmin vaxt Eyvaz Niftaliyev ona “yaşadığın evdə söküntü olmadığından həyətində dövlət tərəfindən evin tikilməsi mümkünsüzdür, istəyirənsə dövlət tərəfindən Şamaxı şəhəri, 20 yanvar küçəsində tikilən binadan sənə ev verilə bilər” sözlərini demişdir. O, Eyvaz adlı şəxsdən həmin məsələni ətraflı ona izah etməsini xahiş etdikdən sonra Eyvaz bildirmişdir ki, həmin binanın iki mərtəbəsi evləri qəzalı olan şəxslərə veriləcək, digər üç mərtəbəsi isə kreditlə satışda olacaq və bir otağın qiyməti 10000 (on min) manat olacaq. Eyvazın bu söhbətindən sonra o, Eyvaza bir otaqlı ev almaq istədiyini, lakin 10000 (on min) manat deyil 7500 (yeddi min beş yüz) manat pulunun olduğunu bildirmişdir. Həmin vaxt Eyvaz ona ilkin ödəniş kimi 7500 (yeddi min beş yüz) manat ödə, evin sənədləri adına keçdikdən sonra isə 2500 (iki min beş yüz) manat pulu verə bilər demiş, bundan sonra o, Eyvaza inanıb 18 gün ərzində hissə-hissə 3 dəfəyə birinci dəfə 2019cu ilin iyul ayının 15-i 500 (beş yüz) manat, ikinci dəfə 2019-cu ilin iyul ayının 18-i 3000 (üç min) manat, üçüncü dəfə isə 2019-cu ilin iyul ayının 25-i 4000 (dörd min) manat olmaqla ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu və şəxsiyyətini təsdiq edən sənədini ona vermişdir. Pulu verdikdən bir neçə gün sonra telefonuna zəng gəlmiş, o, gələn zəngə cavab verdikdə telefondakı adını bilmədiyi kişi cinsindən olan bir nəfər şəxsin ona mənzili zəlzələdən ziyan çəkdiyinə görə yoxsa sosial kreditlə götürdüyünü soruşmuşdur. Həmin vaxt o, həmin şəxsə mənzili sosial kreditlə götürdüyünü demiş və həmin şəxs telefonu söndürmüşdür. Bir gün sonra həmin nömrəyə zəng edib onunla danışanın kim olduğunu soruşmuş, həmin şəxs Şamaxı rayon İcra hakimiyyətinin işçisi olduğunu dedikdən sonra bu barədə Eyvaza zəng edib məlumat vermişdir. Telefon danışııqları zamanı Eyvaz ona da zəng etdiklərini, mənzillərin adlarına yazıldığını, siyahıda 17-ci sırada olduğunu demişdir. Bir neçə gün keçdikdən sonra Eyvaz yaşadığı evə gələrək Azərbaycan Respublikasının birinci Vitse prezidenti xanım Mehriban Əliyevanın adına məktub yazmasını ona bildirmişdir. Həmin vaxt o, məktub yazan zaman Eyvaz xəttinin pis olduğunu bəhanə gətirib məktubu evində yazacağını ona demiş və yazıb gətirdikdən bir neçə gün sonra Eyvaz yaşadığı evə gəlib məktubu göndərdiyini, hətta cavab gəldiyini, artıq 10000 (on min) manat deyil, 8500 (səkkiz min beş yüz) manat verəcəyini, qalan 1000 (min) manat pulu evi təhvil aldıqdan sonra verəcəyini deyib getmişdir. Bildirmişdir ki, binaların tikilib sahiblərinə paylandığını, lakin ona vəd edilmiş mənzilin verilmədiyini gördükdə Eyvaza zəng edib artıq mənzillərin paylanıb qurtardığını, amma ona verilmədiyini bildirmişdir. Həmin vaxt Eyvaz ona narahat olmamasını, çağırılacağını demişdir. Şamaxı şəhəri, 20 yanvar küçəsində tikilən iki ədəd beş mərtəbəli binada mənzillər paylanıldıqdan sonra yenidən Eyvaza zəng edib niyə görə ona evin verilmədiyini soruşmuş, Eyvaz cavabında ona zəlzələ ilə bağlı şikayətin çox olduğunu, buna görə həmin binalardan ev düşmədiyini, lakin Şamaxı şəhəri, N.Nərimanov küçəsində tikilən binadan ona ev veriləcəyini, bina hazır olduqdan sonra mənzilin veriləcəyini demişdir. Buna görə də 2020-ci ilin may-iyun aylarına kimi gözləmiş, həmin bina tikilib qurtardıqdan sonra təxminən 2020-ci ilin may ayında mənzillər paylanarkən yenə ona mənzil düşməmişdir. O, yenidən Eyvaza zəng edib həmin binadakı evlərin paylandığını, lakin ona ev verilmədiyini bildirmişdir. Onların telefon danışıqları zamanı Eyvaz ona həmin binanın yaxşı tikilmədiyini, ona görə mənzilin verilməsindən imtina etməsini, Şamaxı rayon 9 nömrəli məktəbin həyətində tikilən 110 mənzilli binadan mənzil verəcəklərini demişdir. O, yenə də Eyvaza inanmış, təxminən 2020-ci ilin iyul ayında həmin bina da istifadəyə verilərək mənzillər paylanmış, lakin yenə də ona mənzil verilməmişdir. O, bir daha Eyvaza zəng edib «bu bina da tikildi, evlər paylandı, mənim evim hanı» deyə sual vermişdir. Həmin vaxt Eyvaz həmin binadan bəzi şəxslərin bir nəfərə iki-üç mənzil almasını, həmin şəxslərdən mənzillərin alınıb ona və digər şəxslərə veriləcəyini demişdir. Bundan sonra Eyvazın onu aldadaraq 7500 (yeddi min beş yüz) manat pulunu ələ keçirməsi ona məlum olmuş və o, dərhal Eyvazdan pulunun geri qaytarılmasını tələb etmişdir. Bundan sonra o, bu məsələni uşaqları X10 və qızı X5 danışmışdır. Onu da qeyd etmişdir ki, Eyvaz ondan 01 avqust 2020-ci il tarixə kimi möhlət istəmiş, həmin müddətə pulu qaytaracağını və iş alınmadığı halda üzr istəyəcəyini ona bildirmişdir. O, Eyvazla bir daha razılaşıb dediyi tarixin çatmasını gözləmişdir. Belə ki, 01 avqust 2020-ci il tarixdə Eyvazın yenidən onu aldadıb gəlmədiyini gördükdən sonra onun Şamaxı rayonu, Quşçu kəndində yaşayan valideynlərinin evinə gedib məsələni həmin şəxslərə danışmışdır. Həmin tarixdən 19 sentyabr 2020-ci il tarixə kimi olan müddət ərzində Eyvazın onda olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlarına dəfələrlə zəng etmiş, lakin Eyvaz zənglərinə cavab verməmiş, buna görə də Eyvazın onu aldadaraq 7500 (yeddi min beş yüz) manat pulunu ələ keçirməsi ilə bağlı 19 sentyabr 2020-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun Eyvazla bütün söhbətləri və ona pul verməyi onun həyat yoldaşı X7 iştirakı ilə olmuşdur. Daha sonra Eyvazın onu aldadaraq pulunu mənimsədiyini bildikdən sonra onu evlərinə dəvət edib onunla söhbət edərkən qızı Aynur Cəbiyeva da onların yanında olmuşdur. O, bir otaqlı mənzil almaq məqsədilə Təqsirləndirilən şəxs hissə-hissə ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu verən zaman həmin yerdə o, əri X12 və Eyvazdan başqa heç kim olmamışdır. Lakin 3000 manat pulu Eyvaza verən zaman həmin yerdə əlavə Eyvazın yanında bir nəfər qarabəniz, kök bədən quruluşlu tanımadığı şəxs olmuşdur. Həmin məbləğdə pulu Eyvaza özü yaşadığı evdə vermişdir. Həmin vaxt o, Eyvaz, Eyvazın yanında olan adını bilmədiyi şəxs, həyat yoldaşı Ərəstun Paşayev, daha sonra qızı Aynurə Cəbiyevə onların yanlarında olmuşlar. Onun Təqsirləndirilən şəxs tələbi həmin şəxsin onu aldadıb aldığı 7500 (yeddi min beş yüz) manat pulu geri qaytarması olmaqla əks hala onun qanun çərçivəsində məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Başqa tələbi olmamışdır. 2019-cu ilin may ayında hüzür yerində olarkən hansısa qadınlardan Təqsirləndirilən şəxs zəlzələ nəticəsində uçan evlərin dövlət tərəfindən təmir olunmasına köməklik edilməsini deyən qadınların kimlər olmalarını xatırlamır. Təqsirləndirilən şəxs pul verdikdən bir neçə gün sonra telefonuna zəng gəldiyini, adını bilmədiyi kişi cinsindən olan şəxs mənzilinin zəlzələdən ziyan çəkdiyinə görə, yoxsa sosial kreditlə götürdüyünü soruşarkən sosial kreditlə götürdüyünü dedikdən sonra həmin şəxs telefonu söndürmüşdür. Bir gün sonra həmin nömrəyə zəng edib onunla danışanın kim olduğunu soruşarkən Şamaxı rayon İcra hakimiyyətinin işçisi olduğunu desə də həmin şəxsin telefon nömrəsi yadında qalmayıb, ona görə də həmin nömrəni bilmir. Ona dəyən ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmışdır, mülki iddia tələbindən imtina etdiyini, ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayır, özü də heç bir yerdə işləmir. Barəsində soruşulan X4 tanıyır, onun qonşusudur, münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs barəsində qonşusu Vüqar Azadxanlıdan eşitmişdir ki, o, pul müqabilində vətəndaşlara sosial yardım düzəltmək işləri ilə məşğuldur. Belə ki, 2020-ci ilin iyun ayında qonşusu Vüqarla danışarkən sosial yardım düzəltmək istədiyini dedikdə Vüqar ona bildirib ki, tanışı Eyvaz adlı şəxs var və o pul müqabilində sosial yardım düzəldir. O, Vüqarla razılaşmış və Vüqar ona bildirib ki, Eyvazla danışdıqdan sonra nəticəsi barədə ona deyəcək. Qısa bir vaxtdan sonra Vüqar onunla görüşüb bildirib ki, Eyvaz adlı şəxsə sosial yardım düzəltmək üçün 300 manat pul verməlidir. O, da Vüqarla razılaşıb 300 manat pulu vermişdir ki, ona Eyvazın köməkliyi ilə sosial yardım düzəltsin. Həmin vaxtdan sonra o, mütəmadi olaraq Vüqardan işinin düzəlib-düzəlmədiyini soruşduqda Vüqar hər dəfə Eyvazla danışdığını və hələ ki işin düzəlmədiyini demişdir. Artıq çox vaxt, yəni 4-5 ay keçdikdən sonra işin nə üçün bu qədər gec düzəldiyini qonşusu Vüqardan soruşmuş, Vüqar da ona bildirmişdir ki, Eyvaz onu da aldadır və işi düzəltmir. O, 300 manat pulu qonşusu Vüqara verərkən yanında başqa heç kim olmamışdır. O, pulu Vüqara vermiş, Vüqar da öz dediyi kimi həmin 300 manat pulu Eyvaza vermişdir. Təqsirləndirilən şəxslə barışdığını ona dəyən ziyanın ödənildiyini bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verib göstərdi ki, X4 tanıyır, qonşusudur, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri yoxdur. Barəsində soruşulan Təqsirləndirilən şəxs qonşusu Vüqar Azadxanlının vasitəsilə tanımış və Vüqardan eşitmişdir ki, Eyvaz pul müqabilində vətəndaşlara sosial yardım düzəltmək işləri ilə məşğuldur. Belə ki, 2020-ci ilin iyun ayında qonşusu Vüqarla danışarkən dolanacağının yaxşı olmadığını və sosial yardım düzəltmək istədiyini dedikdə, Vüqar ona bildirib ki, tanışı Eyvaz adlı şəxs var o, pul müqabilində sosial yardım düzəldir, o, da Vüqarla razılaşmışdır. Vüqar ona bildirmişdir ki, Eyvazla danışdıqdan sonra nəticəsi barədə deyəcək. Qısa bir vaxtdan sonra Vüqar onunla görüşüb bildirib ki, Eyvaz adlı şəxsə sosial yardım düzəltmək üçün 300 manat pul verməlidir. O, da Vüqarla razılaşıb 300 manat pulu verib ki, ona Eyvazın köməkliyi ilə sosial yardım düzəltsin. Həmin vaxtdan sonra mütəmadi olaraq Vüqardan işinin düzəlibdüzəlmədiyini soruşduqda, Vüqar hər dəfə Eyvazla danışdığını və hələ ki, işin düzəlmədiyini demişdir. Artıq çox vaxt, yəni 4-5 ay keçdikdən sonra o, işin nə üçün bu qədər gec düzələcəyini qonşusu Vüqardan soruşmuş, Vüqar da ona bildirmişdir ki, Eyvaz onu da aldadır və işi düzəltmir. O, sosial yardım düzəltmək məqsədi ilə 300 manat pulu Vüqara verərkən onların yanında heç kim olmamışdır. O, pulu Vüqara vermiş, Vüqar da öz dediyi kimi həmin 300 manat pulu Eyvaza vermişdir. Artıq ona dəyən ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barşdığını ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, X4 tanıyır, qonşusudur, münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs barəsində qonşusu Vüqar Azadxanlıdan eşitmişdir ki, o, pul müqabilində vətəndaşlara sosial yardım düzəltmək işləri ilə məşğuldur. Belə ki, 2020-ci ilin iyun ayında qonşusu Vüqarla danışarkən sosial yardım düzəltmək istədiyini dedikdə Vüqar ona bildirib ki, tanışı Eyvaz adlı şəxs var və o, pul müqabilində sosial yardım düzəldir, o, da Vüqarla razılaşmışdır. Vüqar ona bildirib ki, Eyvazla danışdıqdan sonra nəticəsi barədə ona deyəcək. Qısa bir vaxtdan sonra Vüqar onunla görüşüb bildirib ki, Eyvaz adlı şəxsə sosial yardım düzəltmək üçün 300 manat pul və sənədləri verməlidir. O, da Vüqarla razılaşıb 150 manat pulu vermişdir ki, qalan 150 manat pulu sosial yardım düzələndən sonra verəcək. Həmin vaxtdan sonra mütəmadi olaraq qonşusu Vüqardan işinin düzəlib-düzəlmədiyini soruşduqda Vüqar hər dəfə Eyvazla danışdığını və hələ ki, işin düzəlmədiyini deyirdi. Artıq çox vaxt, yəni 4-5 ay keçdikdən sonra işin nə üçün bu qədər gec düzəldiyini qonşusu Vüqardan soruşmuş, Vüqar da ona bildirib ki, Eyvaz onu da aldadır və işi düzəltmir. O, pulu Vüqara verdikdə onların yanında heç kim olmamışdır. O, pulu qonşusu Vüqara vermiş, Vüqar da öz dediyi kimi həmin 150 manat pulu Eyvaza verib. İş üzrə Zərərçəkmiş şəxs5 Mövlam oğlu məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını, ona dəyən ziyanın ödənildiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs6 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, o, X4 tanıyır, qonşusudur, münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs barəsində qonşusu Vüqar Azadxanlıdan eşitmişdir ki, o, pul müqabilində vətəndaşlara sosial yardım düzəltmək işləri ilə məşğuldur. Belə ki, 2020-ci ilin iyun ayında qonşusu Vüqarla danışarkən sosial yardım düzəltmək istədiyini dedikdə Vüqar ona bildirib ki, tanışı Eyvaz adlı şəxs var və o, pul müqabilində sosial yardım düzəldir, o, da Vüqarla razılaşmışdır. Vüqar ona bildirib ki, Eyvazla danışdıqdan sonra nəticəsi barədə ona deyəcək. Qısa bir vaxtdan sonra Vüqar onunla görüşüb bildirib ki, Eyvaz adlı şəxsə sosial yardım düzəltmək üçün 300 manat pul və sənədləri verməlidir. O, da Vüqarla razılaşıb ona 100 manat pulu verib ki, qalan 200 manat pulu sosial yardım düzələndə verəcək. Həmin vaxtdan sonra mütəmadi olaraq qonşusu Vüqardan işinin düzəlib-düzəlmədiyini soruşarkən Vüqar hər dəfə Eyvazla danışdığını və hələki işin düzəlmədiyini deyirmiş. Artıq çox vaxt, yəni 4-5 ay keçdikdən sonra o, işin nə üçün bu qədər gec düzələcəyini qonşusu Vüqardan soruşmuş, Vüqar da ona bildirib ki, Eyvaz onu da aldadır və işi düzəltmir. O, pulu Vüqara verdikdə yanlarında heç kim olmamışdır. O, pulu qonşusu Vüqara vermiş, Vüqar da öz dediyi kimi həmin 100 manat pulu Eyvaza verib. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə göndərərək ona dəyən ziyanın ödənildiyini və təqsirləndiriın şəxsdən şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Şahid2 onun bacısıdır, Şamaxı şəhər sakini Şahid1 Elşən qızı da onun bacısı ilə qonşuluqda yaşamış, Şahid1 Şamaxı rayon İcra və Probasiya şöbəsində dəftərxana müdiri işləmiş, həm də onun ana tərəfdən uzaq qohumu olduğundan arabir gəlişgedişləri olmuşdur. Belə ki, 13 fevral 2020-ci il tarixdə o, evində olan vaxtı Şahid1 onların evinə qonaq gəlmiş, evlərində olarkən Şahid1 ilə söhbət etmişlər. Söhbət vaxtı, Şahid1 ona bildirmişdir ki, onun Eyvaz adlı tanışı var, vəkildir həmin şəxs vasitəsi ilə müxtəlif şəxslərə sosial yardım düzəldir. Şahid1 bu sözləri deyəndən sonra ona da təklif edib bildirmişdir ki, “istəyirsən sənə də sosial yardım düzəldim”. Onun bu sözündən sonra o, fikirləşmişdir ki, özü və əri rəsmi olaraq heç bir yerdə işləmədikləri üçün və ailələrinin maddi ehtiyacına görə onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra Şahid1 razı olduğunu bildirib ona hansı formada sosial yardım düzəltdirəcəyini soruşmuşdur. Şahid1 da ona bildirmişdir ki, “sən 600 manat pul düzəlt, həm də ailə üzvlərinin hamısının şəxsiyyət vəsiqələrinin surətlərini, ASAN Xidmətdən ailə tərkibi, yaşayış yeri barədə arayışları, kommunal xidmətlərə aid, yəni qaz və işıq çekini gətir, mən sənə sosial yardım düzəltdirəcəyəm”. O, da Şahid1 həm tanıdığı üçün, həm bacısıının qonşusu olduğu üçün, həm onunla uzaq qohum olduğu üçün, həm də onun dövlət işində işləməsini bildiyi üçün, ona inamı olmuş, elə hesab etmişdir ki, Şahid1 onu aldatmaz və onlara sosial yardım düzəldər. O, həmin vaxtı Şahid1 pensiya düzəltməsini, bundan sonra ona pul verməyini bildirmişdir. Şahid1 isə demişdir ki, əvvəlcədən pul verilməsə sosial yardımın düzəldilməsi mümkün deyil. Buna görə də o, Şahid1 demişdir ki, «evdə məsləhətləşim, sonra bu barədə sənə deyərəm və pulu verərəm», o, da ondan xəbər gözləyəcəyini bildirib getmişdir. Bundan sonra o, həyat yoldaşı X17 ilə bu barədə danışıb ona Şahid1 onlara sosial yardım düzəltmək barədə təklifi, pul və sənədləri istəməsini bildirmişdir. X24 da buna razılaşsa da ona demişdir ki, Şahid1 həmin işi görəcək şəxslərin nömrəsini soruşsun və onlar özləri həmin şəxslərlə əlaqə saxlayar. Belə ki, 15 fevral 2020-ci il tarixdə Şahid1 ona zəng edərək pulun hazır olub-olmamasını soruşmuş, o, da ona pulun hazır olduğunu bildirmiş, çünki, X24dan 600 manat pul almışdır. 15 fevral 2020-ci il tarixdə, saat 14 radələrində o, evlərində olarkən Şahid1 onların evinə gəlmiş, onunla söhbət edən vaxtı qaynının həyat yoldaşı Rəna Kərimova da onların evinə gəlmişdir. Belə ki, Şahid1 pulu və sənədləri verməmişdən əvvəl, ərinin ona dediyi kimi, Şahid1 demişdir ki, “sən iş gördürəcəyin şəxsin, yəni Eyvazın telefon nömrəsini mənə de, biz özümüz onunla əlaqə saxlayıb bu işlə bağlı görüşək”. Şahid1 da ona demişdir ki, “özüm bu işləri edəcəyəm, sən mənə inanmırsan ki? narahat olma, sən pulu və sənədləri mənə ver, mən özüm sosial yardım düzəltməyi həll edəcəyəm, bu işlər mənim əlimdə iki vur ikidir, narahat olma”. Şahid1 bu sözlərindən sonra, onun ona inamı daha da artmışdır. Bundan sonra qohumu Rəna Kərimovanın yanında 600 manat pulu və deyildiyi kimi sənədləri Şahid1 vermişdir. Şahid1 da ona vəd verib bildirmişdir ki, «1 ay müddətində, yəni 15 mart 2020-ci il tarixdə sosial yardım kartını götürəcəksən», o, da Şahid1 inanmışdır. Hətta Şahid1 ondan sosial yardımın düzəlməsi barədə mesac gələcəyini bildirib bir nömrə soruşmuş, o, da ərinin ***-***-**-** saylı nömrəsini ona bildirmiş və buna görə də gözləmişdir. 15 mart tarixinədək o, mütəmadi olaraq, özünə məxsus olan ***-***-**-** saylı nömrəsi ilə Şahid1 ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamış, Şahid1 hər dəfə ona demişdir ki, narahat olma, dediyi vaxtda düzələcək. Lakin, 15 mart 2020-ci il tarixdə sosial yardım kartını götürmədikləri üçün o, Şahid1 onu aldatmasından şübhələnib Şahid1 ilə telefon əlaqəsi saxlamış, o, isə ona az müddət gözləməyini bildirmişdir. Bir neçə gün sonra ərinin telefon nömrəsinə gələn mesacdan görünmüşdür ki, onlara sosial yardım düzəldilməsindən imtina edilib. O, da Şahid1 ilə əlaqə saxlayıb bunları ona bildirmişdir. O, da ona demişdir ki, “sən yəqin düzgün başa düşməmisən, sosial yardım düzələcək”. O, da yenə gözləmişdir. Təxminən 10 gün sonra, yenə də ərinin telefon nömrəsinə mesac gəlmişdir ki, onlara sosial yardım düzəlməsindən imtina edilib. O, bunu yenə də Şahid1 bildirmiş, lakin, Şahid1 yenə də müxtəlif bəhanələr deyib onu gözlətməyə başlamışdır. Artıq o, tam əmin olmuşdur ki, Şahid1 onu aldadıb və etibarından sui-istifadə edərək onu aldatmaqla pulunu ələ keçirmişdir. Buna görə də o, Şahid1 pulunu tələb etmişdir. Lakin hər dəfə Şahid1 onu müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamışdır. Hətta, sonuncu dəfə, yəni 17 sentyabr 2020-ci il tarixdə o, Şahid1 yaşadığı evə gedib yenə də ondan vəd verib məni aldatmaqla ələ keçirdiyi 600 manat pulu qaytarmasını tələb etmişdir. Lakin, Şahid1 onun pulunu qaytarmayacağını bildirib acıqla ona “pulu qaytarmıram, get nə bilirsən elə, hara istəyirsən şikayət elə” sözlərini demişdir. Onun bu sözlərindən sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etmiş və Şamaxı RPŞ-nə ərizə vermişdir. O, 600 manat pulu 15 fevral 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə qohumu Rəna Kərimovanın yanında Şahid1 ona sosial yardım düzəltməsi vədinə görə vermişdir. Onun Şahid1 həmin pulu nə məqsədlə verməsindən əri Familin də məlumatı olmuşdur. O, Eyvaz adlı şəxsi görməmiş, hətta əvvəlcədən pulu verməmiş Şahid1 həmin şəxsləri özlərinin görmək istədiklərini bildirmiş, Şahid1 demişdir ki, “sizin həmin şəxsləri görməyinizə ehiyac yoxdur, mən özüm bu məsələni həll edəcəyəm”. Beləliklə o, bilmişdir ki, Şahid1 da özü qazanc əldə edəcək, yəni verilən puldan ona da çatacaq, çünki işdə şərikdir. O, Şahid1 həmin şəxslərə pul verməsinin şahidi olmamış, pulu həmin şəxslərə verib-verməməsini də dəqiq bilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini və şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2017-ci ilin fevral ayından etibarən Şamaxı rayon İcra və Probasiya şöbəsində dəftərxana müdiri vəzifəsində işləyir. Barəsində soruşulan Zərərçəkmiş şəxs1ını tanıyır, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Bildirmişdir ki, Şahid2 onunla qonşuluqda qalır, Şəhla yuxarıda adını qeyd etdiyi Zərərçəkmiş şəxs1 bacısıdır, onunla da münsibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. O, Şamaxı rayon İcra və Probasiya şöbəsində işləməyə başlamamışdan əvvəl 2017-ci ilin fevral ayında cəmi bir ay olmaqla Şamaxı rayon Məhkəməsinin yanında Aslan adlı vəkilin yanında işləmiş, həmin müddət ərzində də onun işlədiyi iş yerinin yanında Eyvaz adlı şəxsi tanımış, onun sosial yardım düzəltdiyini öyrənmişdir. Onu da qeyd etmişdir ki, Azadə və Şəhlanın ona uzaq qohumluğu çatır. Belə ki, 13 fevral 2020-ci il tarixdə o, uzaq qohumları Zərərçəkmiş şəxs1 yaşadığı evə qonaq getmişdir. Həmin vaxt o, qohumu Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman ona bildirmişdir ki, «istəyirsənsə sənə sosial düzəltdirim, Eyvaz adlı tanıdığım var, vəkildir, müxtəlif şəxslərə sosial yardım düzəldir istəyirsən sənə də sosial yardım düzəltsin». Onun təklifindən razılaşan qohumu Azadə ona hansı formada sosial yardım düzəldəcəyini soruşmuşdur. O, Azadəyə bildirmişdir ki, «sən 600 manat pul düzəlt, həm də ailə üzvlərinin hamısının şəxsiyyət vəsiqələrinin surətlərini, ASAN Xidmətdən ailə tərkibi, yaşayış yeri barədə arayışlar, kommunal xidmətlərə aid, yəni qaz və işıq çekini gətir, mən sənə sosial yardım düzəltdirəcəyəm». Azadə həmin vaxtı ona bildirmişdir ki, «iş düzəlsin sonra pulu verim». Lakin o, Azadəyə əvvəlcədən pul verilməsə sosial yardımın düzəldilməsinin mümkün olmadığını demişdir. Buna görə də qohumu Azadə evdə məsləhətləşdikdən sonra ona cavab deyəcəyini bildirmişdir. Belə ki, 15 fevral 2020-ci il tarixdə o, Azadəyə zəng edərək pulun hazır olub-olmamasını soruşmuş, Azadə ona pulun hazır olduğunu bildirdikdən sonra o, 16 fevral 2020ci il tarixdə, saat 14 radələrində Azadəgilə gedib ondan həmin 600 (altı yüz) manat pulu götürmüşdür. Daha sonra o, Azadə ilə danışarkən Azadə işin dəqiq düzəlib-düzəlməyəcəyini ondan soruşduqda, o, Azadəyə işin düzəlmədiyi halda Eyvazın pulu geri qaytaracağını bildirmişdir. O, Eyvazın ona dediyi kimi 1 ay müddətində, yəni 15 mart 2020-ci il tarixdə Azadənin sosial yardım kartını götürəcəyini dediyindən o, da Azadəyə Eyvazın ona dediyi kimi bildirmişdir. Hətta Eyvaz ona bildirmişdir ki, sosial yardımın düzəlməsi barədə mesac gələcək, o, da Azadədən bir nömrə soruşmuş, Azadə də ona ərinin ***-***-**-** saylı nömrəsini bildirmişdir. Bildirmişdhir ki, Azadə ona müxtəlif yadında qalmayan tarixlərdə zəng vurub işin düzəlib-düzəlməyəcəyini soruşanda, o, da Eyvazdan işin nə vaxt düzələcəyini soruşurmuş. Eyvaz da ona bir neçə dəfə sənədlərin geri qayıtdığını bildirsə də, demişdir ki, qısa bir vaxtda iş düzələcək. O, da Eyvazın ona dediklərini Azadəyə demişdir. Daha sonra o, eşitmişdir ki, Zərərçəkmiş şəxs1 ondan Şamaxı RPŞnə ərizə verib şikayət etmişdir. O, daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ondan Şamaxı RPŞ-nə şikayət etdiyi üçün o, əsəbləşib ilkin izahatında Şahid2 həmin 600 (altı yüz) manat pulu almağımı bildirmişdir. Əsində ona pulu Azadə özü vermişdir. O, 600 manat pulu Zərərçəkmiş şəxs1 aldıqdan sonra Eyvaza vermişdir. Lakin Eyvaz vədinə əməl etməyərək nə pulu qaytarmış, nə də ki, sosial yardım düzəltmişdir. O, sosial yardımla bağlı lazım olan sənədləri və pulu Eyvazla danışıb sonra Azadəyə dediyini bildirmişdir. O, Eyvaz adlı şəxslə danışarkən hər bir məlumatı ondan aldıqdan sonra əldə etdiyi məlumatı Azadəyə demişdir. Zərərçəkmiş şəxs1 qismən düz deyir, ona «bu işləri edəcəyəm, sən mənə inanmırsan ki? narahat olma, sən pulu və sənədləri mənə ver, mən özüm sosial yardım düzəltməyi həll edəcəyəm, bu işlər mənim əlimdə iki vur ikidi, narahat olma” sözlərini deməmişdir». O, Zərərçəkmiş şəxs1 demişdir ki, işin düzəlməsə Eyvaz pulu sənə qaytaracaq. O, onu da qeyd etmişdir ki, Azadə ona pulu verən zaman Rəna Kərimova da orada olmuşdur. Zərərçəkmiş şəxs1 17 sentyabr 2020-ci il tarixdə onların evinə gəlməmiş, sadəcə olaraq evlərinin qarşısında saat 16 radələrində ona bildirmişdir ki, pulunu və sənədlərini qaytarmasa ondan şikayət edəcək, o, isə ona demişdir ki, «səbirli ol Eyvaz pulu qaytaracaq». O, Zərərçəkmiş şəxs1 “pulu qaytarmayacağını, get nə bilirsən elə, hara istəyirsən şikayət elə” sözlərini deməmişdir. O, onun adının Eyvaz olmasını bilmiş, lakin onun soyadını, atasının adını dəqiq bilməmişdir. Bildiyinə görə o, vəkildir, Şamaxı rayonu Məhkəməsi ilə üzb-üz yerdə ofisdə oturub vəkillik edir. O, onun ailə üzvlərini və digər qohumlarını da tanımır. Telefon nömrəsi isə ***- ***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. O, Eyvaz adlı şəxsin sosial yardım düzəltmək işi ilə məşğul olduğunu eşitdiyinə və bildiyinə görə ona inanmış, bu səbəbdən də ona 600 (altı yüz) manat pul vermişdir. O, Eyvaz adlı şəxsin onu aldatmasını bildirməklə əməlimdə hüquq pozuntusu olduğunu, səhv etməsini, bir daha belə hallara yol verməyəcəyəyini göstərmişdir. O, 600 (altı yüz) manat pulu və sənədləri Şamaxı rayon Məhkəməsi ilə üzbə-üz olan Eyvazın ofisi kimi bildiyi yerdə otaqda Eyvaza verən zaman orada onlardan başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Növcüxan qızı ifadə verib göstərdi ki, 2015-ci ilin mart ayından etibarən Şamaxı rayon İcra və Probasiya şöbəsində icra məmuru köməkçisi vəzifəsində işləyir. Barəsində soruşulan Şahid1 tanıyır, onun iş yoldaşıdır, onunla münasibəti həmişə yaxşı olub, aralarıında ədavət və düşmənçilikləri olmamışdır. Bildirmişdir ki, Şahid1 2017-ci ildən etibarən Şamaxı rayon İcra və Probasiya şöbəsində dəftərxana müdiri vəzifəsində işləmişdir. Şahid1 işlədiyi müddət ərzində onun hər hansısa bir sosial yardım düzəltmək işi ilə məşğul olmasından heç bir məlumatı olmamışdır. O, sonradan eşitmişdir ki, Şahid1 uzaq qohumu olan Zərərçəkmiş şəxs1 600 manat pulu onun üçün sosial yardım düzəltmək adı ilə almış və bu günə kimi qaytarmamışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 pulunu ala bilmədiyindən Şahid1 Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O,İfadəsində göstərdiyi kimi Şahid1 uzaq qohumu Zərərçəkmiş şəxs1 başqa kimin üçünsə sosial yardım düzəltməsini eşitməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtida istintaqda verdiyi ifadəsi elan olunmuş o ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, X25 Səhimdar Cəmiyyətinin Biləcəri -2 poliklinikasında həkimkardioloq vəzifəsində çalışır. Barəsində soruşulan Təqsirləndirilən şəxs tanıyır. Onunla şəxsi münasibəti olmasa da Şamaxı rayon sakini kimi tanıyır, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Onu da qeyd etmişdir ki, o, Eyvazı 2019-cu ildə Şamaxı şəhərində keçirilən tədbirdə tanımışdır. Həmin tədbirdə Eyvaz ona və dostlarına yaxınlaşaraq onlarla şəkil çəkdirmək istədiyini demişdir. Onlarla söhbət edərkən Eyvaz onun həkim işlədiyini bildiyi üçün onun telefon nömrəsini götürərək xahiş etmişdir ki, uşaqlarını gətirəcək, müayinə edib müalicə yazsın. O, da telefon nömrəsini, yəni istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona vermişdir ki, əlaqə saxlasın. Həmin vaxtdan sonra Eyvaz istifadəsində olan, lakin yadında qalmayan nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı nömrələrlə müxtəlif vaxtlarda müayinə ilə bağlı əlaqə saxlamışdır. Qeyd etmişdir ki, onun Təqsirləndirilən şəxslə başqa heç bir əlaqəsi olmamışdır. İş üzrə Şahid4 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vxtı barədə məlumat veirlməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsi ev 40A-da valideynləri ilə birlikdə yaşayır. Barəsində soruşulan Təqsirləndirilən şəxs 2020-ci ilin may ayından rəfiqəsi Şahid4 qızının vasitəsi ilə tanımışdır. Belə ki, o, 2020-ci ilin iyun ayında Şamaxı rayonuna getmək istəyərkən rəfiqəsi Nuranədən Şamaxıda tanışının olub-olmamasını soruşmuşdur. Həmin vaxt Nuranə ona bildirmişdir ki, Şamaxı şəhərində Eyvaz adlı tanıdığı var, istəyirsənsə nömrəsini verim onunla danış, o, sizin ailəyə istirahət etmək üçün ev tapa bilər. O, da rəfiqəsi Nuranədən Eyvazın nömrəsini götürmüşdür. O, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Eyvazın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq Eyvazdan əgər Şamaxı şəhərinə gələrsə ailəsi ilə birlikdə qalmaq üçün ev tapa biləcəyini soruşduqda Eyvaz heç bir problem olmadığını ona bildirmişdir. O, Eyvazdan qalmaq üçün ev soruşsa da bu günə kimi Şamaxı şəhərinə gəlməmiş və Eyvazla əlaqə saxlamamışdır. İş üzrə Şahid3 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi ülan olunmuş o ifadəsində göstrəmişdir ki, heç bir yerdə işləmir. Barəsində soruşulan Zərərçəkmiş şəxs1 onun bacıdır, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Barəsində soruulan Şahid1 bir qonşu kimi və uzaq qohum kimi tanıyır, onunla da münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Bildirmişdir ki, Şahid1 ifadəsində göstərdikləri tamamilə yalandır, o, Arzudan heç bir vaxt, heç bir məbləğdə pul almamışdır. Onu qeyd etmişdir ki, o, sonradan bacısı Zərərçəkmiş şəxs1 eşitmişdir ki, 15 fevral 2020-ci il tarixdə Şahid1 bacısı Azadəyə sosail yardım düzəltmək adı ilə bacısından 600 manat pul və sənədlər alıb və bu günə kimi müxtəlif bəhanələrlə bacısını aldadaraq nə sosial yardım düzəltməmiş, nə də ki, ondan aldığı 600 manat pulu geri qaytarmamışdır. Bu səbəbdən də bacısı Azadə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat verdikdən sonra Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bunları ona bacısı Zərərçəkmiş şəxs1 demişdir. Bir daha yuxarıda göstərdiklərini təsdiq edərək bildirmişdir ki, o, Şahid1 heç vaxt hər-hansısa bir məbləğdə pul verməmişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İş materiallarında olan Vİİ-JQ № 425995 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 ilə 02 mart 2004-cü ildə nikahlarını bağlamışlar, ərə Niftalıyev, arvada Niftalıyeva soyadı verilmişdir. İş materiallarında olan Az-İ № 683216 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 10 dekabr 2003-cü ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan Az-İ № 409337 nömrəli şəhadətnamənin surətindən görünür ki, X6 02 noyabr 2005-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan Az-İİ № 346035 nömrəli şəhadətnamənin surətindən görünür ki, X11 12 avqust 2009-cu ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan Şamaxı RİH-nın Quşçu İƏD-sü üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs Otucalı oğlunun adına verilmiş xasiyyətnamədə göstərilir ki, o kənddə yaşadığı müddətdə özünü ictimaiyyət arasında yaxşı aparmış, normal xasiyyətə malik olmuşdur. Kəndin ictimai işlərində fəal iştirak etmişdir. Kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 17 noyabr 2020ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək, hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Kərimova Azadə Ağamir qızı, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilə barışdığını, onlara dəyən ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını və göstərərək barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsər Zərərçəkmiş şəxs2, Kərimova Azadə Ağamir qızı, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ziyan ona tam ödənildiyindən ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Kapital Bank ASC-nin Şamaxı filialının 23 iyun 2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 2237 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə zərərçəkmiş şəxsər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Möylam oğlu və Zərərçəkmiş şəxs6 ilə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2237,0 manat miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə olan cinayət məsuliyyətindən azad edilməli və icraata xitam verilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə zərərşəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia tələbindən imtinası qəbul edilməli və mülki iddia tələbinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardıma görə 36 manat pul fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə zərərşəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia tələbindən imtinası qəbul edilsin və mülki iddia tələbinin icraatına xitam verilsin. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardıma görə 36 manat pul fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-51/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-51/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver