Məhkəmə qərarları › İş №1(074)-51/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-51/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-51/2023 04.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X20 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlu katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - X5 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə məhkəməyədək icraat materialına əsasən, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 2021-ci ilin iyul ayının sonlarında, gecə saatlarında, Zərərçəkmiş şəxs1 məxsus olmaqla, Şamaxı şəhəri Pidrəki massivi ərazisində yerləşən birmərtəbəli fərdi yaşayış evinin həyətinə dəmir hasardan keçdikdən sonra, evin döşəməsiz olan otağının zirzəmisinin açıq hissəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 5 manat dəyərində, üzərində yazısız 1 ədəd pult, hər biri 5 manat dəyərində olan, üççıxışlı 2 ədəd televizor kabeli, 5 manat dəyərində olan, üzərində “SYROX” yazılı 1 ədəd USB kabeli, 5 manat dəyərində olan, üzəri yazısız 1 ədəd qayçı, 5 manat dəyərində olan, “FLY Charger” markalı, “TA8010” modelli 1 ədəd telefon adaptoru, 250 manat dəyərində 2020-ci ildə alınmış az işlənmiş vəziyyətdə olan 1 ədəd “Huawei” markalı planşet, hər biri 15 manat dəyərində olan, 2020-ci ildə alınmış, az işlənmiş vəziyyətdə olan “Samsung” markalı (düyməli) 2 ədəd sadə mobil telefon və 10 manat dəyərində 2020-ci ildə alınmış “Mikromax” markalı az işlənmiş vəziyyətdə olan 1 ədəd sadə (düyməli) mobil telefonu talayıb apararaq, cəmi 315 manat dəyərində özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən, gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus olmaqla, Şamaxı şəhəri, Fərman Baxşıyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçdikdən sonra, evin qonaq otağının taxta materialdan olan pəncərəsini əlindəki vintaçan əşyası ilə sıxıb zor tətbiq etməklə açıb, pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 5 manat dəyərində “Samsung” markalı, “EP-TA50UWE” modelli 1 ədəd telefon adaptoru, 5 manat dəyərində üççıxışlı 1 ədəd televizor kabeli, 10 manat dəyərində 1 ədəd kompüter (noutbuk) adaptoru, 5 manat dəyərində 1 ədəd qulaqcıq (nauşnik), 5 manat dəyərində “STAR TRACK” markalı, üzərində “star-x mini 44” yazılı 1 ədəd pult, 300 manat dəyərində 2015-ci ildə alınmış, 8 Ramlı, 1 ədəd “ASUS” markalı noutbuk, 5 manat dəyərində 2016-cı ildə alınmış (əqrəblə işləyən) kişi qol saatı və 15 manat dəyərində 2013-cü ildə alınmış “Nokia C65” markalı sadə mobil telefonu (düyməli) talayıb apararaq, cəmi 350 manat dəyərində özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 məxsus olmaqla, Şamaxı şəhəri, Pidrəki massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçdikdən sonra, evin qonaq otağının plastik materialdan olan pəncərəsini əlindəki vintaçan əşyası ilə sıxıb zor tətbiq etməklə açıb, pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 10 manat dəyərində “X23 Gun” markalı elektriklə işləyən 1 ədəd kley aparatı, 50 manat dəyərində “StarSat” markalı, “SR-4080HD EXTREME” modelli 1 ədəd “pristavka”, 5 manat dəyərində “Mi power adapter” markalı, 1 ədəd telefon adaptoru, 5 manat dəyərində “Samsung” markalı, “ATAD830EBE” modelli 1 ədəd telefon adaptoru, 5 manat dəyərində, “StarSat” markalı 1 ədəd televizor pultu və 40 manat dəyərində “Konika” markalı, 2020-ci il alışlı, az işlənmiş vəziyyətdə olan 1 ədəd fotoaparatı talayıb apararaq, cəmi 115 manat dəyərində özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2022-cü il tarixdən xx.xx.2022-ci il tarixə keçən, gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus olmaqla, Şamaxı şəhəri, Pidrəki massivi ərazisində Şamaxı şəhəri, A.Hüseynzadə küçəsi 16-da yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçdikdən sonra, evin giriş otağının taxta materialdan olan qapısını əlindəki vintaçan əşyası ilə sıxıb zor tətbiq etməklə açıb, qapıdan yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 500 manat pul, 5 manat dəyərində üzərində “EM777 HD” yazılı 1 ədəd pult, 5 manat dəyərində “Samsung” markalı, “ETA0U83EWE” modelli 1 ədəd telefon adaptoru, 5 manat dəyərində, üzəri yazısız qatlanan 1 ədəd bıçaq, 5 manat dəyərində, üççıxışlı 1 ədəd televizor kabeli, 90 manat dəyərində, təzə işlənməmiş vəziyyətdə olan yataq dəsti (sadə parça materialdan), 15 manat dəyərində, təzə işlənməmiş vəziyyətdə olan süfrə (parça materialdan), 25 manat dəyərində qadın köynəyi (təzə halda, parça materialdan) və hər biri 25 manat dəyərində olan, 2 ədəd dəsmal dəstini (parça materialdan, təzə halda) talayıb apararaq, cəmi 700 manat dəyərində özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə, gecə saatlarında Zərərçəkmiş şəxs7 məxsus olmaqla, Şamaxı şəhəri, Pidrəki massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə dəmir hasardan keçdikdən sonra, evin giriş otağının yanındakı plastik materialdan olan pəncərəsini əlindəki vintaçan əşyası ilə sıxıb zor tətbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 150 manat pul, 5 manat dəyərində “StarSat” markalı 1 ədəd pult, 5 manat dəyərində “EVROMA” markalı, 1 ədəd pult, 5 manat dəyərində “STAR TRACK” markalı, 1 ədəd pult, 15 manat dəyərində “Nokia” markalı sadə 1 ədəd mobil telefon, 60 manat dəyərində “OPEN SX 1” markalı, “RS-232” modelli 4 ədəd “pristavka”, hər biri 50 manat dəyərində “OPEN SX 1” markalı, “RS-232” modelli 3 ədəd “pristavka”, 5 manat dəyərində, üççıxışlı 1 ədəd televizor kabeli və 5 manat dəyərində “Travel Charger” markalı, 1 ədəd telefon adaptorunu talayıb apararaq, cəmi 400 manat dəyərində özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 2023-cü ilin fevral ayının əvvəllərində, gecə saatlarında Zərərçəkmiş şəxs8 məxsus olmaqla, Şamaxı şəhəri, Pidrəki massivi ərazisində şəhərin Qayıbov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçdikdən sonra, evin ikinci mərtəbəsinin mətbəx otağının taxta materialdan olan pəncərəsini əlindəki vintaçan əşyası ilə sıxıb zor tətbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən hər biri 9 manat dəyərində “JY-1619” markalı, 2 ədəd əl fənəri, 5 manat dəyərində üzərində “EM777 HD” yazılı 1 ədəd pult, 50 manat dəyərində olan, “EVROMAX MİNİ 999 HD” markalı, 1 ədəd “pristavka”, 5 manat dəyərində olan “AC Adapter” markalı, “KZ328AE” modelli 1 ədəd telefon adaptoru, 2 manat dəyərində olan, üzərində yazısız tutacağı narıncı rəngli 1 ədəd vintaçan, 5 manat dəyərində olan, üççıxışlı 1 ədəd televizor kabeli və 50 manat dəyərində olan, “LG” markalı, 1 ədəd DVD playeri talayıb apararaq, cəmi 135 manat dəyərində özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, Zərərçəkmiş şəxs4 məxsus olmaqla, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağının küçəyə açılan və plastik materialdan olan pəncərəsini əlindəki vintaçan əşyası ilə sıxıb zor tətbiq etməklə açıb, pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 100 manat dəyərində “Samsung DUOS J7” markalı sensorlu 1 ədəd mobil telefon, 70 manat dəyərində “X16” markalı sensorlu 1 ədəd mobil telefon və hər biri 10 manat dəyərində olan 2 ədəd uşaq qol saatını talayıb apararaq, cəmi 190 manat dəyərində özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs3 məxsus olmaqla, Şamaxı şəhəri Pidrəki massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçdikdən sonra, evin qonaq otağının plastik materialdan olan pəncərəsini əlindəki vintaçan əşyası ilə sıxıb zor tətbiq etməklə açıb, pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 5 manat dəyərində “SUPRA” markalı, üzərində “YKQ8897-7A15-1” yazılı 1 ədəd pult, 5 manat dəyərində “Remote Control RC-6128” (nazik, boz rəngli) 1 ədəd pult, 5 manat dəyərində “555” markalı, 1 ədəd pult, hər biri 1 manat dəyərində, 20 ədəd disklər, 200 manat dəyərində “Stinger” markalı, S155ST modelli 1 ədəd antiradar, 50 manat dəyərində “SONY” markalı, “DVX-NS88H” modelli 1 ədəd DVD player, 50 manat dəyərində “LG” markalı, “DV532” modelli 1 ədəd DVD player, 10 manat dəyərində “Microsoft” markalı “AC 18E” modelli 1 ədəd telefon adaptoru, hər biri 20 manat dəyərində “Megafon” markalı, “E1550” modelli 2 ədəd USB modemlər, 50 manat dəyərində “EVROMA” markalı, işlənməmiş vəziyyətdə olan 1 ədəd televizor “pristavkası”, hər biri 130 manat dəyərində "Samsung" markalı, sensorlu, işlənmiş, ikikartlı 2 ədəd mobil telefon və 120 manat dəyərində "Samsung" markalı, az işlənmiş vəziyyətdə olan, 1 ǝdəd planşeti talayıb apararaq, cəmi 815 manat dəyərində özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Lakin, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyindən və o, cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etdiyindən, istintaqın sonrakı mərhələsində onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması üçün, məhkəməyədək icraat açılmış və cinayət işi icraat şəklində tamamlanmışdır. Buna görə də, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman, anlaqsız vəziyyətdə olduğundan, həmin dövrdə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və onun ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə edilməsinə zərurət olduğundan, belə xarakterli məcburi tədbirlər isə qanunvericiliyə görə məhkəmə tərəfindən tətbiq edildiyindən, onun haqqında olan məhkəməyədək icraat materiallarının cinayət işi ilə birlikdə baxılmasından ötrü məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında Şamaxı Rayon Polis X6 rəisi Mirxalid Kazımovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi olubolmamasını müəyyən etmək məqsədi ilə “stasionar qaydada komission məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizası” təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X17 stasionar məhkəməpsixiatrik ekspertiza şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 50 saylı rəyinə əsasən, «yoxlanılan şəxs Təqsirləndirilən şəxs uşaqlıqdan orta dərəcəli əqli gerilikdən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməllərini törədərkən, düçar olduğu orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə təzahür etmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə formasında kamağıllıq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya hal-hazırda kəskin təzahür etdiyi və davranış pozuntusu nəzərəçarpacaq dərəcədə özünü göstərdiyi üçün onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törədərkən əziyyət çəkdiyi «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərinə görə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs səthilik, məsuliyyətsizlik, öz hərəkətlərinə tənqidi yanaşa bilməmək, davranışının qeyri-adekvat olması, başqalarına və özünə qarşı biganəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun idrak prosseslərinin tədqiqi zamanı qavrama proseslərinin normadan aşağı olduğu, təfəkkürünün konkret tipli, təhliltərkib prosesslərinin primitivliyi, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etdiyi, mühakimələrində səthilik, maraq dairəsinin primitivliyi müəyyən edilir. Dünyagörüşü səviyyəsi, elmi bilikləri və söz ehtiyatı kasad, intellektual imkanları aşağı səviyyədə olmaqla, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək və həmin hərəkətləri idarə etmək iqtidarında deyildir. Törətdiyi cinayət əməl(lər)i zamanı Təqsirləndirilən şəxs psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisələr baş verən vaxt fizioloji affekt vəziyyətində olmamışdır». Hazırda isə Təqsirləndirilən şəxs qeyd olunan “kəmağıllıq” müəyyən olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün iş başlanması qərara alınmışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Ata evi onun qaldığı evlə eyni küçədə yerləşir və həmin ata evi bacısı ilə ümumi baxdıqları evdir. Bir neçə müddətdir ki, bacısının səhhətində problemlər olduğu üçün, həmin evə gedib baxa bilmir və buna görə də o, hər gün evə baxıb nəzarət edir. Sonucu dəfə xx.xx.2023-cü il tarixdə A.Hüseynzadə küçəsi 16 ünvanında yerləşən ata evlərinə baş çəkmişdir. xx.xx.2023-cü il tarixdə yenidən ata evləri olan evə baxmaq üçün gedən zaman, evin içərisinin dağınıq vəziyyətdə olduğunu görüb, DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş və daha sonra Şamaxı RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək, fotoşəkillər çəkib hadisə yerini müayinə etmişlər. Evə baxan zaman ilkin olaraq məlum olmuşdur ki, evdən ümumi dəyəri 20-30 manat olan qab-qacaq (boşqab) oğurlanmışdır. Bu barədə ilkin araşdırma getdikdən sonra, o, təkrarən evə baxan zaman, müəyyən etmişdir ki, evdən qab-qacaq oğurlanmamışdır. Lakin müəyyən etmişdir ki, evdən 500 manat pul, 1 ədəd pult, “Samsung” markalı 1 ədəd telefon adaptoru, qatlanan 1 ədəd bıçaq, üççıxışlı 1 ədəd televizor kabeli, işlənməmiş vəziyyətdə olan yataq dəsti, işlənməmiş vəziyyətdə olan süfrə, qadın koftası, 2 ədəd dəsmal dəsti oğurlanmışdır. Bunun nəticəsində, ona ümumilikdə 740 manat dəyərində maddi ziyan dəymişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, oğurluq edən Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Dəymiş maddi ziyan hal-hazıradək ona ödənilməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Şamaxı şəhəri, Pidrəki massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə işi ilə bağlı evində olmamışdır. xx.xx.2023-cü il tarixdə isə evdə olarkən müəyyən olunmuşdur ki, həmin müddət ərzində evindən 150 manat pul, “StarSat” markalı 1 ədəd pult, “EVROMA” markalı 1 ədəd pult, “STAR TRACK” markalı 1 ədəd pult, “Nokia” markalı 1 ədəd mobil telefon, “OPEN SX 1” markalı 4 ədəd pristavka, üç çıxışlı 1 ədəd televizor kabeli, “Travel Charger” markalı 1 ədəd telefon adaptoru naməlum şəxs tərəfindən oğurlanmışdır. Sonradan məlum olmuşdur ki, evindən oğurluğu Zamin İmanov adlı şəxs etmişdir. Həmin əşyaları oğurlayan şəxs evə pəncərədən daxil olmuşdur. Həmin oğurluq nəticəsində ona ümumilikdə 726 manat dəyərində maddi ziyan dəymişdir.Oğurluq nəticəsində dəymiş ziyan ona ödənilməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri, Pidrəki massivində yerləşən fərdi yaşayış evini uşaqları üçün tikdirmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə evdə heç kim olmamışdır. xx.xx.2022-ci il tarixdə evə gələndə müəyyən etmişlər ki, evin giriş qapısının yanındakı plastikdən olan pəncərə açıq vəziyyətdədir və evdən oğurluq olmuşdur. Həmin vaxt evindən “X23 Gun” markalı elektriklə işləyən 1 ədəd kley, “StarSat” markalı 1 ədəd pristavka, “Mi power adapter” markalı 1 ədəd telefon adaptoru, “Samsung” markalı 1 ədəd telefon adaptoru, “StarSat” markalı 1 ədəd televizor pultu, “Konika” markalı, az işlənmiş vəziyyətdə olan 1 ədəd fotoaparat oğurlanmışdır. Həmin əşyaları oğurlayan şəxs evə plastik pəncərədən daxil olmuşdur. Həmin oğurluq nəticəsində ona ümumilikdə 557 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda isə ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və evindən oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Pidrəki massivində ona məxsus fərdi yaşayış evi vardır. 2021-ci ilin avqust ayında o, Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, evindən 1 ədəd “Huawei” markalı planşet, 2 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Mikromax” markalı mobil telefonun oğurlandığını bildirmişdir. Daha sonra, ailə üzvləri ilə əlaqə saxlayanda ona bildirmişlər ki, həmin əşyalar Bakı şəhərində evlərində olmalıdır. O, da hesab etmişdir ki, əşyaları oğurlanmamışdır. Buna görə də, təkrarən Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmin əşyaları tapdığını göstərmişdir. Lakin, sonradan müəyyən etmişdir ki, həmin əşyalar əslində evində olmamış, yəni tapılmamış və həmin əşyalar əslində oğurlanmışdır. Məlum olmuşdur ki, qeyd etdiklərindən başqa, digər əşyaları da oğurlanmışdır. Belə ki, ona məxsus olan evdən 1 ədəd pult, üççıxışlı 2 ədəd televizor kabeli, üzərində “SYROX” yazılı 1 ədəd USB kabeli, 1 ədəd qayçı, “FLY Charger” markalı 1 ədəd telefon adaptoru, az işlənmiş vəziyyətdə olan 1 ədəd “Huawei” markalı planşet, az işlənmiş vəziyyətdə olan “Samsung” markalı 2 ədəd sadə mobil telefon, “Mikromax” markalı az işlənmiş vəziyyətdə olan 1 ədəd mobil telefon oğurlanmışdır. Nəticədə ona 727 manat dəyərində maddi ziyan dəymiş və dəymiş ziyan hal-hazıradək ona ödənilməmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, evindən oğurluğu Təqsirləndirilən şəxs adlı şəxs etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onun Şamaxı şəhəri, Pidrəki massivində, Qayıbov küçəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin evi özü üçün tikdirmiş, lakin hazırda işi ilə bağlı Mədrəsə kəndində yaşayır. Ara-bir Pidrəki massivində yerləşən evinə gedib nəzarət edir. xx.xx.2023-cü il tarixdə evə gedib baxanda görmüşdür ki, evindən 2 ədəd əl fənəri, üzərində “EM777 HD” yazılı 1 ədəd pult, “EVROMAX MİNİ 999 HD” markalı 1 ədəd pristavka, “AC Adapter” markalı 1 ədəd telefon adaptoru, “LG” markalı 1 ədəd DVD player oğurlanmışdır. Həmin əşyaları oğurlayan şəxs evə pəncərədən daxil olmuşdur. Bu barədə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Sonradan müəyyən etmişdir ki, evindən qeyd etdiyi əşyalardan başqa 1 ədəd vintaçan, üç çıxışlı 1 ədəd televizor kabeli də oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 295 manat dəyərində maddi ziyan dəymişdir. Məlum olmuşdur ki, evindən oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmiş və bu səbəbdən, həmin şəxsə qarşı heç bir şikayəti yoxdur. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladıqları müraciətlərində, iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərmişdirlər. Belə ki, iş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə Şamaxı rayonu, F.Baxşıyev küçəsində yerləşən X7 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 3 ədədi xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, işarə və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən X9 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 1 ədədi xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Pidrəki massivi yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs3 məxsus həyət evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 1 ədədi xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, T.İsmayılov küçəsi, ev 8-də yaşayan X12 məxsus həyət evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 4 ədədi xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta və adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, İ.Qayıbov küçəsində yaşayan X10 məxsus həyət evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 2 ədədi xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və şəhadət barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1751 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qeyd olunur ki, «Zərərçəkmiş şəxs3 aid oğurlanmış əmlak üzrə - “SUPRA” markalı, üzərində “YKQ8897-7A15-1” yazılı 01 ədəd pult 05 manat dəyərində, “Remote Control RC-6128” (nazik, boz rəngli) 01 ədəd pult 05 manat dəyərində, 05 manat dəyərində “555” markalı 01 ədəd pult 05 manat dəyərində, 20 ədəd disklər hər biri 01 manat dəyərində, “Stinger” markalı S155ST modelli 01 ədəd antiradar 200 manat dəyərində, “SONY” markalı “DVX-NS88H” modelli 01 ədəd DVD player 50 manat dəyərində, “LG” markalı “DV532” modelli 01 ədəd DVD player 50 manat dəyərində, “Microsoft” markalı “AC 18E” modelli 01 ədəd telefon adaptoru 10 manat dəyərində, “Megafon” markalı “E1550” modelli 02 ədəd USB modemlərin hər biri 20 manat dəyərində, “EVROMA” markalı, işlənməmiş vəziyyətdə olan 01 ədəd televizor pristavkası 50 manat dəyərində, "Samsung" markalı sensorlu, işlənmiş, ikikartlı 02 ədəd mobil telefonun hər biri 130 manat dəyərində, "Samsung" markalı az işlənmiş vəziyyətdə olan 01 ǝdəd planşet 120 manat dəyərində, Zərərçəkmiş şəxs4 aid oğurlanmış əmlak üzrə - “Samsung DUOS J7” markalı sensorlu 01 ədəd mobil telefonu 100 manat dəyərində, “X16” markalı sensorlu 01 ədəd mobil telefon 70 manat dəyərində, 02 ədəd uşaq qol saatının hər biri 10 manat dəyərində, Zərərçəkmiş şəxs7 aid oğurlanmış əmlak üzrə - 150 manat pul, “StarSat” markalı 01 ədəd pult 05 manat dəyərində, “EVROMA” markalı 01 ədəd pult 05 manat dəyərində, “STAR TRACK” markalı 01 ədəd pult 05 manat dəyərində, “Nokia” markalı sadə 01 ədəd mobil telefonu 15 manat dəyərində, “OPEN SX 1” markalı “RS-232” modelli 01 ədəd pristavka 60 manat dəyərində, “OPEN SX 1” markalı “RS-232” modelli 03 ədəd pristavkanın hər biri 50 manat dəyərində, üççıxışlı 01 ədəd televizor kabeli 05 manat dəyərində, “Travel Charger” markalı 01 ədəd telefon adaptoru 05 manat dəyərində, Zərərçəkmiş şəxs2 aid oğurlanmış əmlak üzrə - “X23 Gun” markalı elektriklə işləyən 01 ədəd kley aparatı 10 manat dəyərində, “StarSat” markalı “SR-4080HD EXTREME” modelli 01 ədəd pristavka 50 manat dəyərində, “Mi power adapter” markalı 01 ədəd telefon adaptoru 05 manat dəyərində, “Samsung” markalı “ATAD830EBE” modelli 01 ədəd telefon adaptoru 05 manat dəyərində, “StarSat” markalı 01 ədəd televizor pultu 05 manat dəyərində, “Konika” markalı, 2020-ci il alışlı az işlənmiş vəziyyətdə olan 01 ədəd fotoaparat 40 manat dəyərində, Zərərçəkmiş şəxs8 aid oğurlanmış əmlak üzrə - “JY-1619” markalı 02 ədəd əl fənərinin hər biri 09 manat dəyərində, üzərində “EM777 HD” yazılı 01 ədəd pult 05 manat dəyərində, “EVROMAX MİNİ 999 HD” markalı 01 ədəd pristavka 50 manat dəyərində olan, “AC Adapter” markalı “KZ328AE” modelli 01 ədəd telefon adaptoru 05 manat dəyərində olan, üzərində yazısız tutacağı narıncı rəngli 01 ədəd vintaçan, 02 manat dəyərində olan, üççıxışlı 01 ədəd televizor kabeli 05 manat dəyərində olan, “LG” markalı 01 ədəd DVD player 50 manat dəyərində olan, X8 aid oğurlanmış əmlak üzrə - “EVROMAX MİNİ 999 HD” markalı 01 ədəd pristavka 50 manat dəyərində olan, Zərərçəkmiş şəxs1 aid oğurlanmış əmlak üzrə - üzərində yazısız 01 ədəd pult 05 manat dəyərində, üççıxışlı 02 ədəd televizor kabeli hər biri 05 manat dəyərində olan, üzərində “SYROX” yazılı 01 ədəd USB kabeli 05 manat dəyərində olan, üzəri yazısız 01 ədəd qayçı 05 manat dəyərində olan, “FLY Charger” markalı “TA8010” modelli 01 ədəd telefon adaptoru 05 manat dəyərində olan, 2020-ci ildə alınmış az işlənmiş vəziyyətdə olan 01 ədəd “Huawei” markalı planşet 250 manat dəyərində, 2020-ci ildə alınmış az işlənmiş vəziyyətdə olan “Samsung” markalı (düyməli) 02 ədəd sadə mobil telefonun hər biri 15 manat dəyərində olan, 2020-ci ildə alınmış “Mikromax” markalı az işlənmiş vəziyyətdə olan 01 ədəd sadə (düyməli) mobil telefon 10 manat dəyərində, Zərərçəkmiş şəxs6 aid oğurlanmış əmlak üzrə - “Samsung” markalı “EP-TA50UWE” modelli 01 ədəd telefon adaptoru 05 manat dəyərində, üççıxışlı 01 ədəd televizor kabeli 05 manat dəyərində, 01 ədəd komputer (noutbuk) adaptoru 10 manat dəyərində, 01 ədəd qulaqcıq (nauşnik) 05 manat dəyərində, “STAR TRACK” markalı, üzərində “star-x mini 44” yazılı 01 ədəd pult 05 manat dəyərində, 2015-ci ildə alınmış, 8 Ramlı, 01 ədəd “ASUS” markalı noutbuk 300 manat dəyərində, 2016-cı ildə alınmış (əqrəblə işləyən) kişi qol saatı 05 manat dəyərində, 2013-cü ildə alınmış Nokia C65 markalı sadə mobil telefon (düyməli) 15 manat dəyərində, Zərərçəkmiş şəxs5 aid oğurlanmış əmlak üzrə - 500 manat pul, üzərində “EM777 HD” yazılı 01 ədəd pult 05 manat dəyərində, “Samsung” markalı “ETA0U83EWE” modelli 01 ədəd telefon adaptoru 05 manat dəyərində, üzəri yazısız qatlanan 01 ədəd bıçaq 05 manat dəyərində, üççıxışlı 01 ədəd televizor kabeli 05 manat dəyərində, təzə işlənməmiş vəziyyətdə olan yataq dəsti (sadə parça materialdan) 90 manat dəyərində, təzə işlənməmiş vəziyyətdə olan süfrə (parça materialdan) 15 manat dəyərində, qadın koftası (təzə halda, parça materialdan) 25 manat dəyərində, 02 ədəd dəsmal dəstinin (parça materialdan, təzə halda) hər biri 25 manat dəyərində, X1 aid oğurlanmış əmlak üzrə - 01 ədəd televizor pristavkası 30 manat dəyərində, 01 ədəd televizor pultu 05 manat dəyərində, 04 ədəd telefon adaptorlarının hər biri 05 manat dəyərində qiymətlər müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, zərərçəkmiş şəxslərə məxsus əşyalar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X22 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 50 saylı komission stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs uşaqlıqdan orta dərəcəli əqli gerilikdən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməllərini törədərkən düçar olduğu orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə təzahür etmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə formasında kamağıllıq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya hal-hazırda kəskin təzahür etdiyi və davranış pozuntusu nəzərəçarpacaq dərəcədə özünü göstərdiyi üçün onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törədərkən əziyyət çəkdiyi «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərinə görə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs səthilik, məsuliyyətsizlik, öz hərəkətlərinə tənqidi yanaşa bilməmək, davranışının qeyri-adekvat olması, başqalarına və özünə qarşı biganəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun idrak prosseslərinin tədqiqi zamanı qavrama proseslərinin normadan aşağı olduğu, təfəkkürünün konkret tipli, təhlil-tərkib prosesslərinin primitivliyi, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etdiyi, mühakimələrində səthilik, maraq dairəsinin primitivliyi müəyyən edilir. Dünyagörüşü səviyyəsi, elmi bilikləri və söz ehtiyatı kasad, intellektual imkanları aşağı səviyyədə olmaqla, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək və həmin hərəkətləri idarə etmək iqtidarında deyildir. Törətdiyi cinayət əməl(lər)i zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisələr baş verən vaxt fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - xx.xx.2001-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxış edərək bildirdi ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evlərinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq oğurlamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. İstintaq zamanı iş üzrə əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs ictimai-təhlükəli əməli törətdiyi zaman və hazırda anlaqlı olub-olmamasını və digər halları müəyyən etmək məqsədi ilə, barəsində məhkəmə-stasionar qaydada komission məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs uşaqlıqdan orta dərəcəli əqli gerilikdən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməllərini törədərkən düçar olduğu orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə təzahür etmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da, «orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda «orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə formasında kəmağıllıq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu «orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya halhazırda kəskin təzahür etdiyi və davranış pozuntusu nəzərəçarpacaq dərəcədə özünü göstərdiyi üçün, onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törədərkən əziyyət çəkdiyi «orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərinə görə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs səthilik, məsuliyyətsizlik, öz hərəkətlərinə tənqidi yanaşa bilməmək, davranışının qeyri-adekvat olması, başqalarına və özünə qarşı biganəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun idrak prosseslərinin tədqiqi zamanı qavrama proseslərinin normadan aşağı olduğu, təfəkkürünün konkret tipli, təhliltərkib prosesslərinin primitivliyi, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etdiyi, mühakimələrində səthilik, maraq dairəsinin primitivliyi müəyyən edilir. Dünyagörüşü səviyyəsi, elmi bilikləri və söz ehtiyatı kasad, intellektual imkanları aşağı səviyyədə olmaqla, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək və həmin hərəkətləri idarə etmək iqtidarında deyildir. Törətdiyi cinayət əməl(lər)i zamanı Təqsirləndirilən şəxs psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisələr baş verən vaxt fizioloji affekt vəziyyətində olmamışdır. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını əsas tutaraq, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən, bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbir olaraq ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət törətmiş Təqsirləndirilən şəxs hazırda psixi pozuntu vəziyyətində olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-ci maddəsi tətbiq olunmaqla, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, zərərçəkmiş şəxslərə məxsus əşyalar qərar qanuni qüvvəyə mindikdən sonra, sahiblərinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-348, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-ci maddəsinə əsasən, tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən, tibbi xarakterli məcburi tədbir olaraq, Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, zərərçəkmiş şəxslərə məxsus əşyalar qərar qanuni qüvvəyə mindikdən sonra, sahiblərinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X3 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu (Təqsirləndirilən şəxs qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar