Məhkəmə qərarları › İş №1(074)-52/2020

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-52/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-52/2020 28.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdulayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Şamaxı şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində ictimai yer hesab olunan Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən “Xan” kafesində təxminən 40-45 dəqiqə müddət ərzində cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqəqrar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş dayranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, boğaz nahiyəsindən tutub sıxarkən kafedə olan şəxsiyyətləri istintaqa məlum olmayan müştərilərin köməkliyi ilə onun əlindən çıxaraq kafedən çıxan Zərərçəkmiş şəxsm kafenin qarşısında tutduqdan sonra vurub yerə yıxaraq yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona boyunun sol yan səthinin və döş qəfəsinin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, həmçinin kafedə olan hər biri 50 (əlli) manat dəyərində 08 (səkkiz) ədəd plastik materialdan stulları və hər biri 100 (yüz) manat dəyərində 02 (iki) ədəd plastik materialdan stolları sındırıb ümumilikdə həmin kafenin icarədarı Zərərçəkmiş şəxs 600 (altı yüz) manat dəyərində maddi ziyan yetirməklə şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən “Xan” kafesində yemək paylayan işləyir. O, Zərərçəkmiş şəxs tanıdığını, Amalyanın onun işlədiyi “Xan” kafesini icarəyə götürməklə işlətdiyini, Amalya ilə münasibətinin əvvəllər normal olmadığını, aralarında mübahisələrin olduğunu bildirdi. xx xxxxxx 2020-ci il tarixdə o, işlədiyi “Xan” kafesində olarkən işini bitirdikdən sonra saat 23 radələrində çörək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və Amalyanın boğaz, nahiyyəsindən sıxmışdır. Həmin vaxt Amalya kafedən qaçaraq kafenin həyətinə çıxmış və o, da Amalyanın arxasınca gedib bir daha onu tutub yerə yıxmış və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vurmağa başlamışdır. Amalyadan aralaşdıqdan sonra polis əməkdaşları oraya gəlmiş və onu rayon polis şöbəsinə aparmışlar. Hadisə Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Xan” kafesində baş verməklə həmin vaxtı 4 nəfər müştəri olmuş, həmin müştəriləri tanımamışdır. Həmin hadisənin ümumilikdə təxminən 30-35 dəqiqə davam etmişdir. Zərərçəkmiş şxslə barışmışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən “Xan” kafesini icarəyə götürərək işlədir. Təqsirləndirilən şəxs onun icarə əsasında işlətdiyi “Xan” kafesində yeməkpaylayan işləmiş, Tərlanla münasibəti əvvəllər normal olmamış, aralarında mütəmadi olaraq mübahisələr olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə o, həmin “Xan" kafesində olarkən Tərlan da orada olmuş, həmin günü saat 23 radələrində Təqsirləndirilən şəxs çörək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. Tərlan spirtli içki qəbul etdikdən sonra heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və kafedə olan stol-stulu sındırmışdır. Mübahisə zamanı Tərlan onun ünvanına kafenin içərisində olan müştərilərin gözü qarşısında söyüş söyməyə başlamışdır. Tərlanı sakitləşdirməyə çalışsa da Tərlan sakitləşməyərək onun üzərinə gəlmiş və iki əlləri ilə onun boğazını sıxaraq boğmağa başlamış və onu yerə yıxmaq istəyən zaman kafedə olan tanımadığı müştərilər araya keçərək Tərlanı ondan aralamışlar. Tərlanın əlindən çıxaraq kafenin həyətinə qaçmış. Tərlan isə onun arxasınca gələrək kafenin həyətində onu tutub yerə yıxmış və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vurmağa başlamışdır. Tərlana nə qədər yalvarsa da Tərlan ondan əl çəkməyib onu boğmağa çalışmışdır. Həmin vaxtı o, bir təhər imkan tapıb Şamaxı rayon polis şöbəsinin daxili nömrəsini yığaraq kömək istəmiş, polis əməkdaşları gələnə kimi Təqsirləndirilən şəxs ondan əl çəkməyərək Tərlanı ondan aralamaq istəyən şəxslərə heç bir məhəl qoymayaraq onu döymüşdür. Qısa bir vaxtdan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Tərlanı ondan aralayaraq rayon polis şöbəsinə gətirmişlər. Hadisə vaxtı o. Təqsirləndirilən şəxs qarşı heç bir hərəkət etməmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs onun işlətdiyi “Xan” kafesində bir işçi kimi özünü normal aparmamış və o, Tərlanı həmin kafenin mətbəxinə çağırarq sakitcə ona iradını bildirsə də, Tərlan kafenin içərisinə qayıdaraq səs-küy salıb onu təhqir etdiyi üçün aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs kafedə olan 2 komplekt stol-stulu yəni, 8 ədəd oturacaq stulu və iki ədəd böyük stolu sındırmış, hər bir stulun qiyməti təxmini 50 manat, hər bir stolun qiyməti isə 100 manat olmaqla, ümumillikdə 600 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə Şamaxı rayonu Çuxuryurd kəndində onun işlətdiyi “Xan” kafesində baş verməklə həmin vaxtı orada təxminən 5-10 nəfər müştəri olmuş, həmin müştəriləri o, tanımamış, hadisə ümumilikdə təxminən 40-45 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır lakin ona dəyən maddi ziyanı tələb etdiyini göstərdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olsa da, hal- hazırda müvəqqəti olaraq Şamaxı şəhərində yaşayır, özü də Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən “Xan” kafesində işləyir. Zərərçəkmiş şəxs tanıdığını, Amalyanın onun işlədiyi “Xan” kafesini icarəyə götürməklə işlətdiyini, onunla münasibətinin normal olduğunu, aralarında ədavət və düşmənçiliyin olmadığını bildirdi. Təqsirləndirilən şəxs da tanıdığını, Tərlanın da “Xan” kafesində yemək paylayan işlədiyini göstərmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə o, həmin “Xan” kafesində olan zaman Tərlan da orada olmuşdur. Həmin günü saat 23 radələrində Təqsirləndirilən şəxs çörək yeyib spirtli içki qəbul etdikdən sonra həmin kafeni işlədən Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamış və onun ünvanına söyüş söyməyə başlamışdır. Orada olanlar və Amalya özü Tərlanı sakitləşdirməyə çalışsa da Tərlan sakitləşməyərək Amalyanın üzərinə gəlmiş və əlləri ilə Amalyanın boğazını sıxmağa başlamışdır. Həmin vaxt kafedə olan tanımadığı müştərilər araya keçərək Tərlanı Amalyadan aralamış və Amalya kafenin həyətinə qaçmışdır. Həmin vaxt Tərlan Amalyanın arxasınca gedərək kafenin həyətində Amalyanı tutub yerə yıxmış və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vurmağa başlamışdır. Qısa bir vaxtdan sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşları gəlmiş və Tərlanı Amalyadan aralayaraq rayon polis şöbəsinə aparmışlar. Hadisə vaxtı Zərərçəkmiş şəxs həmin kafedə işləyən Təqsirləndirilən şəxs qarşı heç bir hərəkət etməmişdir. Təqsirləndirilən şəxs kafedə olan stol-stulun bir hissəsini sındıraraq yararsız hala salmış və həmin hadisə ümumilikdə təxminən 40-45 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən “Xan” kafesində mübahisənin baş verməsi barədə məlumat daxil olduğundan ozü və əməliyyat-istintaq qrupunda olan digər polis əməkdaşları hadisə yerinə getmişlər. Hadisə yeriqə çatdıqdan sonra həmin “Xan” kafesini icarə əsasında işlədən Şamaxı şəhəri 20 Qanlı Yanvar küçəsi ev 7-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs həmin kafedə yemək paylayan işləyən ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs tərəfindən döyülməsini görüb Tərlanı kafeni işlədən Amalyadan aralaşdırıb, hadisə yerini müayinə etdikdən sonra Tərlanı və zərərçəkmiş Zərərçəkmiş şəxs Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər və hər ikisi onlarla birlikdə rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs izahatları alınarkən məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs çörək yeyib spirtli içki qəbul etdikdən sonra həmin kafeni işlədən Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt Tərlan Amalyanın ünvanına söyüş söyməyə başlamış, orada olanlar və Amalya özü Tərlanı sakitləşdirməyə çalışsalar da Tərlan sakitləşməyərək Amalyanm üzərinə gələrək əlləri ilə onun boğazını sıxmağa başlamışdır. Həmin vaxt kafedə olan müştərilər araya keçərək Tərlanı Amalyadan aralamışlar və Amalya kafenin həyətinə qaçmışdır. Bu zaman Tərlan onun arxasınca gedərək kafenin həyətində Amalyanı tutub yerə yıxıb və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vurmağa başlamışdır. Onlar hadisə yerinə gəldikdə orada həmin kafeni işlədən Zərərçəkmiş şəxs, həmin kafedə yemək paylayan işləyən Təqsirləndirilən şəxs və kafedə işləyən X3 olmuşlar, onlar ora gələndən sonra artıq müştərilərdən heç kim orada olmamışdır. O, bildirmişdir ki, həmin “Xan" kafesi yolun kənarında yerləşir, yoldan keçən müştərilər kafedə olmuşlar və bu səbəbdən də onları müəyyən etmək mümkün olmamışdır. Həmin kafedə təhlükəsizlik kameraları olmamış, bu səbəbdən də hadisə zamanı orada olan digər müştəriləri də müəyyən edib istintaq bölməsinə dəvət etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş o, ifadəsində məhkəmədə dindirilmiş Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 331 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-boyunun sol yan səthinin və döş qəfəsinin ön səthinin sıyrıqları küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan cinayət işi üzrə Şamaxı rayonu ərazisində fəaliyyət göstərən “Nihad” İstehsalat Kommersiya firması tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 08 ədəd oturacaq stullarını və 2 ədəd böyük stolları 600(altı yüz) manat dəyərində qiymətləndirildiyi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən Şamaxı rayon Polis Şöbəsinin X5 dərhal azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat müəssisəsininxx xxxxxxxx 2020-ci il tarixli 197 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 1953-cü il təvəllüdlü atası X4 və qardaşı 1984-cü il təvəllüdlü X6 ilə ünvan 1 saylı ünvanda yaşayır. İş materiallarında olan Şamaxı rayon Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat müəssisəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində müəssisəyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübutlar olan Şamaxı rayonunun Çuxuryurd kənd ərazisində yerləşən “Xan” kafesində Təqsirləndirilən şəxs tərəfindən sındırılmış hər biri 50 manat dəyərində 8 ədəd plastik materialdan stullar və hər biri 100 manat dəyərində 2 ədəd plastik materialdan stollar qəbzlə saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat və X1 alınmış xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Qocayev X2 şəhər Məhkəməinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66 maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs X11 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən, 5 il azadlıqdan məhrum etmə cəzası həbsdə qaldığı müddət nəzərə alınaraq qəti olaraq 4 il 3 ay 21 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.2, 29, 180.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 177.2.2-ci maddəsi ləğv edilib, 180.2.2-ci maddəsi 180.1-ci maddəsinə tövsüf edilib və 29, 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 66.2-ci maddəsinə əsasən 5 il 6 ay müddətinə cəza təyin edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx xxxx 2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatdından çıxarılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməli böyük təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən cinayətin residivi sayılmır. Belə ki, Azərbaycan Respubliaksı CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti olmamasını, əməlindən səmimi peşimançılıq keçirdiyini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmənin 1 günü islah işlərinin 4 gününə bərabər tutularaq cəmi 8 gün islah işləri olmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat və məhkəmə istintaqı zamanı göstərilmiş 4 saat hüquqi yardıma görə 24 manat cəmi, 114(bir yüz on dörd) manat olmaqla Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübutlar plastik materialdan olan, 8 ədəd stul və 2 ədəd stolun sınıq vəziyyətdə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında ayrıca məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmənin 1 günü islah işlərinin 4 gününə bərabər tutularaq cəmi 8 gün islah işləri olmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 11 ay 22 gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat və məhkəmə istintaqı zamanı göstərilmiş 4 saat hüquqi yardıma görə 24 manat cəmi, 114(bir yüz on dörd) manat olmaqla Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübutlar plastik materialdan olan, 8 ədəd stul və 2 ədəd stolun sınıq vəziyyətdə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında ayrıca məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar