Məhkəmə qərarları › İş №1(074)-52/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-52/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-52/2021 26.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri-X1 və X6, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 Sabutay oğlunun və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məktəbli, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, İstiqlal küçəsi, ev 25-də qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Sabutay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.2004-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məktəbli, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, ev 32-də qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Sabutay oğlu tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 10 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Şamaxı rayonu Qaravəlli kəndi ərazisindəki kənd qəbiristanlığının yaxınlığındakı açıq ərazidən Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 40 (qırx) manat olan, cəmi 07 (yeddi) ədəd hind quşlarını oğurlayıb Şamaxı şəhərinə aparmaqla, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 280 (iki yüz səksən) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Sabutay oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 10 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Şamaxı rayonu Qaravəlli kəndi ərazisindəki kənd qəbiristanlığının yaxınlığındakı açıq ərazidən Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 40 (qırx) manat olan, cəmi 07 (yeddi) ədəd hind quşlarını oğurlayıb Şamaxı şəhərinə aparmaqla ümumilikdə zərərçəkmiş şəxsə məxsus 280 (iki yüz səksən) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Sabutay oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, tanıdığı Rais, Orxan və Nərmanla birlikdə xalça alveri etmişdir. 10.01.2021-ci il tarixdə o, Rais, Orxan və Nərmanla birlikdə xalça satmaq məqsədi ilə Şamaxı rayonunun Qaravəlli kəndinə getmişlər. Onların hərəsinin iki, Nərmanın isə bir xalçası olmuşdur. Onlar Qaravəlli kəndində bir qədər gəzdikdən sonra o, özünün xalçasını satmış, Nərman, Orxan və Rais isə xalça sata bilməmişər. Saat təxminən 12 radələrində onlar dördü birlikdə dükandan çörək və kolbasa alaraq kəndin kənarında yemişlər. Onlar çörək yedikdən sonra bir qədər də xalça satmaq məqsədi ilə gəzmişlər. Bundan sonra Raislə Orxan xalça sata bilmədiklərini görüb getmişlər. Nərmanla o, isə Qaravəlli kəndində qalmışlar. Onlar kəndin kənarında bir qədər gözlədikdən sonra həyətdən hind quşlarının çıxaraq əkin sahəsinə keçdiyini görmüşlər. Nərman ona bildirmişdir ki, «gözlə hind quşları keçsin qəbiristanlığın arxasında tutaq». Hind quşları qəbiristanlığın arxasına keçdikdən sonra onlar Nərmanla birlikdə həmin 9 ədəd hind quşundan 7 ədədini tutmuşlar. Onlar hind quşlarını tutduqdan sonra o, əvvəlcədən tanıdığı taksi sürücüsü Elvinə zəng vurmuşdur. Elvin gələnə kimi onlar hind quşlarını qəbiristanlığın yanında saxlamışlar. Elvin gəldikdən sonra onlar həmin 7 ədəd hind quşunu Elvinin idarə etdiyi VAZ 2106 markalı avtomobilinin yük yerinə qoymuşlar və o, avtomobilin ön oturacağında, Nərman isə avtomobilin arxa oturacağında əyləşmişlər. Elvin onları Şamaxı şəhərinin mərkəzində yerləşən Regional kollecin yanına gətirmiş, onlar ona 10 manat yol pulu verərək avtomobildən enərək hind quşlarını da götürüb «altımış mənzilli» deyilən binanın arxa hissəsində olan Sahib adlı şəxsin evinə apararaq, hamısını cəmi 135 manata satmışlar. Həmin puldan 45 manatını o, Nərmana vermiş, ümumi xərcdən sonra 45 manat ona qalmışdır. Bundan sonra isə onlar evlərinə getmişlər. Elvin hind quşlarının tutulmasında onlara kömək etməmişdir. Onlar hind quşlarını tutduqdan sonra Elvin gəlmişdir. Onlar taksi sürücüsü Elvinə hind quşlarının oğurluq olmasını deməmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ailə üzvləri tərəfindən tam olaraq ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, tanıdığı Rais, Orxan və Ağavayıdla birlikdə xalça alveri etmişdir. 10.01.2021-ci il tarixdə o, Rais, Orxan və Ağavayıdla birlikdə xalça satmaq məqsədi ilə Şamaxı rayonunun Qaravəlli kəndinə getmişlər. Onların hərəsinin iki, onun isə bir xalçası olmuşdur. Onlar Qaravəlli kəndində bir qədər gəzdikdən sonra Ağavayıd özünün xalçasını satmış, o, Orxan və Rais xalça sata bilməmişlər. Saat təxminən 12 radələrində onlar dördü birlikdə dükandan çörək və kolbasa alaraq kəndin kənarında yemişlər. Onlar çörək yedikdən sonra bir qədərdə xalça satmaq məqsədi ilə gəzmişlər. Bundan sonra Raislə Orxan xalça sata bilmədiklərini görüb onlara bildirmişlər ki, «gedəyin». Ağavayıd ona bildirmişdir ki, «biz qalaq getməyək». O, Ağavayıdla razılaşmış, onlar orada qalmışlar. Onlar kəndin kənarında bir qədər gözlədikdən sonra həyətdən hind quşlarının çıxaraq əkin sahəsinə keçdiyini görmüşlər. Ağavayıd ona bildirmişdir ki, «gözlə hind quşları keçsin qəbiristanlığın arxasına tutaq». Ağavayıdla o, hind quşlarını tutmazdan öncə tanıdıqları taksi sürücüsü Elvinə zəng vuraraq gəlib onları aparmasını bildirmişlər. Ağavayıd Elvinə zəng vurduqdan sonra o, Ağavayıdla birlikdə həmin 9-10 ədəd hind quşundan 7 ədədini tutmuşlar. Onlar hind quşlarını tutandan sonra Elvin də gəlib çıxmış və onlar həmin 7 ədəd hind quşunu Elvinin idarə etdiyi VAZ 2106 markalı avtomobilin yük yerinə qoymuşlar. Ağavayıd avtomobilin ön oturacağında, o isə avtomobilin arxa oturacağında əyləşmişdir. Elvin onları Şamaxı şəhərinin mərkəzində yerləşən Regional kollecin yanına gətirmiş, onlar ona 10 manat yol pulu verərək avtomobildən enib, hind quşlarını da götürüb «altımış mənzilli» deyilən binanın arxa hissəsində olan Sahib adlı şəxsin evinə apararaq, hamısını cəmi 135 manata satmışlar. Həmin puldan ümumi xərcdən sonra 45 manat ona qalmışdır. Bundan sonra isə onlar evlərinə getmişlər. Taksi sürücüsü Elvin hind quşlarının tutulmasında onlara kömək etməmişdir. Onlar hind quşlarını tutduqdan sonra Elvin gəlmişdir. Onlar taksi sürücüsü Elvinə hind quşlarının oğurluq olmasını deməmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ailə üzvləri tərəfindən tam olaraq ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onların şəxsi təsərrüfatlarında ev quşları olmuşdur. Onlar həmin ev quşlarını yaşadıqları evin həyətində saxlamışlar. Həmin ev quşlarından hind quşlarını gündüzlər kəndin kənarında olan qohumlarına məxsus yeni inşa edilmiş evin həyətinə salmış, həmin evin həyətinin bir hissəsinin çəpəri olmadığından hind quşları evin həyətindən çıxmışdır. 10 yanvar 2021-ci il tarixdə, səhər saat təxmənin 11 radələrində özlərinə məxsus 9 ədəd hind quşlarını qeyd olunan evin həyətinə salmışlar. Həmin günü saat təxminən 13 radələrində oğlu Niyaməddin həmin hind quşlarını yoxlamaq məqsədi ilə getmiş, həmin vaxtı hind quşlarının həyətdən küçəyə çıxaraq küçədə otladıqlarını görmüş və hind quşlarını yenidən həyətə salmışdır. Saat təxminən 15 radələrində oğlu Niyaməddin yenidən hind quşlarını yoxlamağa getmiş, hind quşlarının qeyd olunan həyətdə olmadığını görüb ərtafı axtarmış və hind quşlarından iki ədədinin kəndin kənarından otlaq sahəsindən gəldiyini görmüş, qalan 7 ədəd hind quşunu axtarsa da tapa bilməmişdir. Onlar yeddi ədəd hind quşlarının həmin günü və səhəri günü saat 15:00-dək axtarsalar da tapa bilməmişlər və bu səbəbdən də o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona məxsus hind quşları olan ərazidə həmin vaxtı təxminən 3-4 nəfər şübhəli şəxs olmuşdur. Bu səbəbdən də o, hind quşlarının oğurlanmasından şübhələnmişdir. Ona məxsus hind quşları otlamaq üçün saldığı qohumunun yeni inşa edilmiş evinin həyətindən çıxmış, bundan sonra həmin hind quşları yoxa çıxdığından oğurlanmasını və ya itməsini güman etmişdir. Həmin günü ona məxsus hind quşları otlayan ərazidə beş nəfər xalça satan uşaqlar olmuşdur. O, həmin uşaqlardan şübhələnmişdir. O, oğurlanmış və yaxud itmiş olmasını düşündüyü 7 ədəd hind quşlarını axtararkən, kənd camaatı kənddə 5 nəfər xalça satan uşaqların olmasını dedikləri üçün o, həmin uşaqlardan şübhələnmişdir. Çünki onun heyvanlarına kənd caamatından heç kəs toxunmazdı. Həmin şəxslər təxminən 18-20 yaşlarında olan şəxslər olmuş, deyilənə görə onlar kəndə xalça satmağa gəlmişlər. Ona məxsus hind quşlarının hər birinin bazar qiyməti təxminən 40 manat olardı. Hind quşlarının oğurlanması nəticəsində ona təxminən 250-300 manat arasında maddi ziyan dəymişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 10.01.2021-ci il tarixdə o, özünə məxsus evdə olarkən saat təxminən 15 radələrində əvvəlcədən tanıdığı Ağavayıd adlı şəxs onun mobil telefonuna zəng vuraraq Şamaxı rayonunun Qaravəlli kəndində alver etdiklərini və onları Şamaxı şəhərinə gətirməsini istəmişdir. O, özünə məxsus VAZ 2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şamaxı rayonunun Qaravəlli kəndinə getmişdir. O, Qaravəlli kəndinin girişində, qəbiristanlığın yanında Ağavayıdla Nərmanı görmüşdür. Həmin vaxtı onların əlində hind quşları olmuşdur. O, avtomobili saxladıqdan sonra onlar əllərindəki hind quşlarını gətirib onun idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra Ağavayıd avtomobilin ön oturacağında, Nərman isə avtomobilin arxa oturacağında əyləşmişlər. O, onları Şamaxı şəhərinin mərkəzində yerləşən Regional kollecin yanına gətirmiş və onlar ona 10 manat yol pulu verdikdən sonra avtomobildən enərək hind quşlarını da götürüb getmişlər. O, isə öz evinə getmişdir. O, hind quşlarının tutulmasında onlara kömək etməmiş, onların yanına çatanda hind quşları onların əlində olmuşdur. Onlar ona hind quşlarının oğurluq olmasını deməmişlər, ona hind quşlarını malla dəyişdirdiklərini demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirdi ki, o, küçə ticarəti ilə məşğul olur. 10.01.2021-ci il tarixdə dostları və eyni zamanda onunla birlikdə küçə ticarəti ilə məşğul olan Nərman, Ağavayıd və Orxan ilə birlikdə xalça satmaq üçün Şamaxı rayonunun Qaravəlli kəndinə getmişlər və onlar saat 12 radələrinə qədər həmin kənddə gəzmişlər və heç bir xalça sata bilmədikləri üçün geriyə evlərinə gəlmək qərarına gəlmişlər. Həmin vaxt dostları Nərman və Ağavayıd ona və qohumu Orxana həmin Qaravəlli kəndində oturub onlarla yemək yeməklərini istəmiş və onlar dördü birlikdə dükandan çörək və kolbasa alaraq kəndin kənarında yemişlər. Bundan sonra onlar Qaravəlli kəndindən çıxaraq baş yola yaxınlaşmışlar, orada o və xalası oğlu Orxan yol taksisinə əyləşib Şamaxı şəhərində yerləşən evlərinə gəlmişlər. Onlar Nərmanın və Ağavayıdın həmin vaxtı oğurluq etməsini bilməmişlər. Lakin sonradan ona və xalası oğlu Orxana məlum olmuşdur ki, Nərman və Ağavayıd Qaravəlli kəndindən 07 ədəd hind quşu oğurlayıb satmışlar. Oğurluq hadisəsini Nərman və Ağavayıd etmişlər, orada başqa heç kim olmamışdır. O, Orxanla onların yanında olanda Nərman və Ağavayıd oğurluq etmək fikrində olmaları barədə onlara heç nə deməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan olunmuş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, hind quşu, toyuq və başqa ev heyvanları alaraq kəsib satır. 10.01.2021-ci il tarixdə əvvəllər də ev quşları aldığı Ağavayıd ona zəng edərək 7 ədəd hind quşlarının olmasını demiş və bildirmişdir ki, həmin hind quşlarını satmaq istəyir. O, Ağavayıda yaşadığı evə gəlməsini bildirmişdir. O, Ağavayıddan 7 ədəd hind quşlarını almış və Ağavayıda 135 manat pul vermişdir. O, əvvəllər Ağavayıdın atası Sabutaydan bir neçə dəfə ev quşları olan qaz, toyuq, ördək və hind quşu almış, Ağavayıd 10.01.2021-ci il tarixdə 7 ədəd hind quşlarını satmaq üçün yaşadığı evə gələn zaman yanında Nərman adlı tanışı olmuş, həmin iki nəfər Nərman və Ağavayıd hind quşlarını əllərində gətirmişlər. O, Nərman və Ağavayıddən almış olduğu 7 ədəd hinquşlarının oğurluq olmasını bilməmişdir. O, aldığı ev quşlarını kəsərək satmış, eyni zamanda 7 ədəd hinquşlarını da kəsib satdığı üçün hinquşlarını istintaqa təqdim edə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Baxış keçirilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Şamaxı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən dəvət olunmuş hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakları ilə hadisənin baş verdiyi, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli kürsülü evə baxış keçirilmişdir. Baxış zamanı oğurluq olan ərazinin sağı qəbiristanlıq, solu isə boş olmaqla taxıl sahəsidir, oğurluq olan ərazi ilə üzbəüzdə boş sahə yerləşir. Hadisə yerində 9 ədəd hindquşu olmuş, hindquşlarından 7 ədədi oğurlanmış, 2 ədədi qalmışdır. Baxış zamanı hadisə yerindən əşya və ya predmet götürülmədi. Şamaxı rayon Baytarlıq idarəsinin 29 yanvar 2021-ci il tarixli, 14 nömrəli mütəxəssis rəyindən görünür ki, 07 ədəd hind quşu heyvanlarının ümumi bazar qiyməti 40 (qırx manat) AZN olmaqla qiymətləndirilən 7 (yeddi) ədəd hind quşu heyvanlara ümumilikdə 280 (iki yüz səksən manat) AZN dəyərində qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 fevral 2021-ci il tarixli 516 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Sabutay oğlu, atası-20.02.1978-ci il təvəllüdlü X3, anası-17.01.1981-ci il təvəllüdlü X4, qardaşı-28.10.1999-cu il təvəllüdlü X7 və bacısı 28.07.2001-ci il təvəllüdlü X2 ibarət ailə üzvləri ilə Şamaxı şəhəri, İstiqlal küçəsi 25 saylı evdə yaşayır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 fevral 2021-ci il tarixli 515 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1, atası-02.04.1982-ci il təvəllüdlü X13, anası- 24.11.1986-cı il təvəllüdlü X9 və bacısı 13.08.2006-cı il təvəllüdlü X5 ibarət ailə üzvləri ilə Şamaxı şəhəri, Əzizbəyov küçəsi 32 saylı evdə yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Sabutay oğlunun əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X21 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi çəxsin 08 fevral 2021-ci il tarixli 72 nömrəli məktubundan görünür ki, Şamaxı şəhəri, İstiqlal küçəsi, ev 25-də yaşayan Ələkbərov X8 RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X21 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi çəxsin 08 fevral 2021-ci il tarixli 73 nömrəli məktubundan görünür ki, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, ev 32-də yaşayan Təqsirləndirilən şəxs1 Şamaxı RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Sabutay oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Sabutay oğlunun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs Dədqulu oğlunun ərizəsindən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 Sabutay oğlu və Təqsirləndirilən şəxs1 ilə barışıb, ona dəymiş ziyan tam ödənilib, onlardan heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadəsilə yanaşı şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 Sabutay oğlunun və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsiilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Sabutay oğluna və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Sabutay oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Sabutay oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 88.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 88.2.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tərbiyəvi xarakterli məcburi tədbir olaraq xəbərdarlıq tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 Sabutay oğlunun və Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətmələrini, cinayəti etiraf edib əməllərindən səmimi peşiman olmalarını, vurulmuş ziyanı ödəmələrini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmamalarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini və onların cinayət məsuliyyətindən azad edilməsini, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1, 88.1 və 88.2.1-ci maddələri tətbiq olunmaqla, onların əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilməklə xəbərdarlıq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Sabutay oğlunun və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Sabutay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Sabutay oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1, 88.1 və 88.2.1-ci maddələri tətbiq olunmaqla, ona əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilməklə xəbərdarlıq edilsin. Təqsirləndirilən şəxs2 Sabutay oğlunun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1, 88.1 və 88.2.1-ci maddələri tətbiq olunmaqla, ona əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilməklə xəbərdarlıq edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar