Məhkəmə qərarları › İş №1(074)-52/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-52/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-52/2024 23.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 26 yanvar 1994-cü ildə Şamaxı rayonu, Sis kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Sis kəndində qeydiyyatda və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 08 fevral 2024-cü il tarixdə saat 16 radələrində Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisinə gizli yolla girərək, orada olan anbar kimi istifadə edilən tikilinin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla, oradan Zərərçəkmiş şəxs məxsus olmaqla qiyməti 130 manat olan beş litr su tutumlu 01 (bir) ədəd samovarı, qiyməti 60 manat olan üç litr su tutumlu 01 (bir) ədəd samovarı, qiyməti 35 manat olan iki litr su tutumlu 01 (bir) ədəd samovarı və hər birinin qiyməti 03 manat olan 50 (əlli) ədəd kabab şişlərini gizli olaraq talayıb, taksi sürücüsü işləyən cinayətdən xəbərsiz Şahid4 Adil oğlunun idarə etdiyi “Mercedes-Benz Cklass” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa yük yerinə yığaraq, tanışı, cinayətdən xəbərsiz Şahid1 Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən kirayə yaşadığı fərdi yaşayış evinin həyətinə aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 375 (üç yüz yetmiş beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 08 fevral 2024-cü il tarixdə saat 16 radələrində Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisinə gizli yolla girərək, orada olan anbar kimi istifadə edilən tikilinin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla, oradan Zərərçəkmiş şəxs məxsus olmaqla qiyməti 130 manat olan beş litr su tutumlu 01 (bir) ədəd samovarı, qiyməti 60 manat olan üç litr su tutumlu 01 (bir) ədəd samovarı, qiyməti 35 manat olan iki litr su tutumlu 01 (bir) ədəd samovarı və hər birinin qiyməti 03 manat olan 50 (əlli) ədəd kabab şişlərini gizli olaraq talayıb, taksi sürücüsü işləyən cinayətdən xəbərsiz Şahid4 Adil oğlunun idarə etdiyi “Mercedes-Benz Cklass” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yığaraq, tanışı, cinayətdən xəbərsiz Şahid1 Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən kirayə yaşadığı fərdi yaşayış evinin həyətinə aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 375 (üç yüz yetmiş beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 fevral 2024-cü il tarixdə saat 19 radələrində Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisinə gizli yolla girərək, orada olan anbar kimi istifadə edilən tikilinin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla, oradan Zərərçəkmiş şəxs məxsus olmaqla qiyməti 700 manat olan 01 (bir) ədəd işıq generatorunu gizli olaraq talayıb, taksi sürücüsü işləyən cinayətdən xəbərsiz Şahid2 idarə etdiyi “Opel-Meriva” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yığaraq, tanışı, cinayətdən xəbərsiz Şahid1 Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən kirayə yaşadığı fərdi yaşayış evinin həyətinə aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 08 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələri dostu Nurlan, Amalya və o, birlikdə mobil telefon vasitəsi ilə konfrans yaradaraq danışmışlar, həmin vaxtı o, telefon danışığında bildirmiş ki, bankdan şəxsiyyət vəsiqəsi ilə 50 manat pul götürmək olur. Həmin vaxt dostu Nurlan pula ehtiyacı olduğu üçün bildirmiş ki, banka gedib 50 manat pulu bankdan götürsün və bu məqsədlə dostu Nurlan Şamaxı şəhərinə gəlmiş, həmin vaxt Amalya Nurlana zəng edərək taksi sürücüsü olan Rauf adlı şəxsin maşınında olmağını və gözləmələrini demiş, bir neçə dəqiqə sonra Nurlan Şamaxı şəhərinə çatmış və onların gəldiyi Rauf adlı şəxsin avtomobilinə əyləşmiş, həmin vaxt avtomobildə ondan başqa Amalya, taksi sürücüsü Rauf və dostu Nurlan əyləşmiş, bundan sonra hamısı birlikdə Şamaxı şəhər ərazisində yerləşən “Beynəlxalq Bank”a getmişlər və orada Nurlan və Amalya birlikdə avtomobildən düşərək banka daxil olmuşlar və bir neçə dəqiqə sonra “Debit kart” alaraq bankı tərk edib maşına əyləşmişlər, bundan sonra onlar oradan uzaqlaşaraq Amalyanın kirayə yaşadığı şəhərin H.Ciddi küçəsində yerləşən fərdi yaşyış evinə gəlmişlər və dostu Nurlanla Amalya avtomobildən düşərək evə daxil olmuşlar, taksi sürücüsü Rauf və o, oradan uzaqlaşaraq öz evləri istiqamətində getmişlər, həmin vaxtdan bir neçə dəqiqə sonra dostu Nurlan ona zəng edərək kartdan pulu götürə bilmədiklərini, ondan kömək etməyini istəmiş və o, Raufla birlikdə geri qayıdaraq Amalyanın yaşadığı ünvana geri gəlmişlər və həmin vaxt Amalya və dostu Nurlan qapının qarşısına çıxaraq avtomobilə əyləşmişlər və mobil telefonu ona vermişlər və o, mobil nömrə vasitəsi ilə kartın hesabını artırmış və kartın hesabında 50 manat pul olmuş, bundan sonra dostu Nurlan təklif etmiş ki, gedək pulu çıxaraq və bu məqsədlə onlar bankomata yaxınlaşaraq 50 manat pulu çıxarmışlar və yenidən dostu Nurlanın təklifi ilə gəzmək üçün Şamaxının yuxarı kəndləri istiqamətində yola düşmüşlər yolda taksi sürücüsü Rauf adlı şəxs avtomobili “Planet” marketin qarşısında saxlamış və Amalya avtomobildən düşərək marketə girib 3 ədəd “Əfsanə” adlı pivə və bir ədəd “Bizon” adlı içki almış və bundan sonra avtomobilə əyləşərək gəzmək üçün Dəmirçi kəndi istiqamətində hərəkət etmişlər, yolda gedən zaman rayonun Çuxuryurd kəndi ərazisində yerləşən marketdə dostu Nurlan avtomobildən düşərək yenidən 3 ədəd “Əfsanə” adlı pivə, bir ədəd “Go” adlı içki və siqaret almış və yenidən yollarına davam etmişlər, həmin pivə içkilərini o, Amalya və dostu Nurlan içirmiş, taksi sürücüsü Rauf adlı şəxs isə spritli içki qəbul etməmişdir. Təxminən saat 16 radələrində Şamaxı rayonu Dəmirçi kənd yoluna çatmışlar və həmin ərazi qar olduğu üçün avtomobili yolun kənarında yerləşən “Qədim Məkan” adlı istirahət mətkəzinin yaxınlığında saxlamışlar və hər biri avtomobildən düşərək qartopu oynayaraq pivə içməyə başlamışlar, həmin vaxt Nurlan və o, gəzə-gəzə “Qədim Məkan” adlı istirahət mətkəzinin həyətinə daxil olmuşlar və bir az gəzdikdən sonra orada kiminsə olmadığını görüb, qərara gəlmişlər ki, nə isə olarsa götürüb aparsınlar, bu məqsədlə o və Nurlan istirahət mərkəzinin ərazisində olan anbara daxil olmuşlar, içəridə heç kimin olmadığını gördükdən sonra içəridə olan bir ədəd beş litr su tutumlu, bir ədəd üç litr su tutumlu və bir ədəd iki litr su tutumlu somavarları, həmçinin anbarda olan 50 ədəd kabab şişlərini Nurlanla ikisi götürmüş, hətta Nurlan işıq generatorunu da götürmələrini təklif etsə də, o, generatoru götürməyə razılaşmamış, beləcə götürdükləri digər əşyaları yolun kənarına çıxarmışlar. Həmin vaxt Amalya və taksi sürücüsü Rauf adlı şəxs avtomobili qarşıdan döndərərək onların yanına gəlmişlər. Amalya və taksi sürücüsü Rauf onlardan həmin əşyaları haradan əldə etdiklərini soruşanda özlərinə aid olduğunu bildirmişlər. Sonra Nurlanla o, “Qədim Məkan” adlı istirahət mərkəzindən oğurladıqları əşyaları avtomobilin arxa yük yerinə yığaraq oradan Şamaxı şəhəri istiqamətində hərəkət etmiş və həmin əşyaları Amalyanın kirayə yaşadığı evin həyətinə yığmışlar və bundan sonra oradan çıxaraq yaşadığı Kiçik Xınıslı kəndinə evinə getmişdir. O və dostu Nurlan həmin əşyaları oğurlamağı əvvəldən planlaşdırmamış, onlar gəzmək üçün həmin əraziyə getmişlər, sadəcə dostu Nurlanla ikisi “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisinə daxil olanda orada kiminsə olmadığını gördükdən sonra qərara gəlmişlər ki, oradakı anbara daxil olub əşyaları oğurlasınlar. Amalya və Rauf həmin əşyaların oğurluq olmasını bilməmişlər, çünki, o və Nurlan həmin əşyaları götürəndə onlar görməmişlər, sonradan da yanlarına gələndə onlara həmin əşyaların özülərinə aid olmasını bildirmişlər. Nurlanla o, əşyaları götürən zaman istirahət mərkəzində başqa şəxslər olmadığına görə onları başqa şəxs görməmiş, Amalya və Rauf da, onların həmin əşyaları anbardan gizlincə götürmələrini bilməmişlər və görməmişlər. Amalya və Rauf sadəcə yolda onları görmüşlər. Onlar həmin əşyaları evlərinə aparsaydı oğurluq olmasını bilinəcəyindən, Amalyanın yaşadığı evin həyətinə aparıb saxlayıb demişlər ki, əşyaları satmalıyıq, gəlib götürəcəyik, lakin kimə satacaqlarını hələ dəqiqləşdirməmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, qardaşının müharibə iştirakçısı olmasını qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 08 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələri dostu Feyruz, Amalya və o, mobil telefon vasitəsi ilə konfrans yaradaraq danışmışlar. Həmin vaxt dostu Feyruz telefon danışığında bildirmiş ki, bankdan şəxsiyyət vəsiqəsi ilə 50 manat pul götürmək olur və onun həmin vaxt pula ehtiyacı olduğu üçün düşünmüş ki, banka getsin və həmin 50 manat pulu bankdan götürsün və bu məqsədlə o, Şamaxı şəhərinə gəlmiş, həmin vaxt Amalya ona zəng edərək taksi sürücüsü olan Rauf adlı şəxsin maşınında olmalarını və onu gözləmələrini demiş, bir neçə dəqiqə sonra o, Şamaxı şəhərinə çatmış və Amalyanın gəldiyi Rauf adlı şəxsin avtomobilinə əyləşmiş, həmin vaxt avtomobildə ondan başqa Amalya, taksi sürücüsü Rauf və dostu Feyruz əyləşmiş, bundan sonra hamısı birlikdə Şamaxı şəhər ərazisində yerləşən “Beynəlxalq Bank”a getmişlər və orada o, Amalya ilə birlikdə avtomobildən düşərək banka daxil olmuş və tanımadığı bank işçisinə kreditinin olub-olmaması barədə soruşduqdan sonra “Debit kart” almış və avtomobilə minərək oradan uzaqlaşaraq Amalyanın kirayə yaşadığı şəhərin H.Ciddi küçəsində yerləşən fərdi yaşyış evinə gəlmişlər və onunla Amalya avtomobildən düşərək evə daxil olmuşlar. Taksi sürücüsü və Feyruz oradan uzaqlaşaraq onlara məlum olmayan yerə getmişlər. Sonra o, mobil telefonla götürdüyü kartın hesabını artırmaq istəsə də, buna nail ola bilməmiş, bundan sonra Feyruza zəng edərək kartdan pulu götürə bilmədiyini bildirərək kömək etmək üçün evə çağırmış və bir neçə dəqiqə sonra Feyruz Raufla birlikdə sonuncuya məxsus “Mercedes-Benz” markalı avtomobil ilə Amalyanın evinin yanına gəlmiş, o və Amalya evdən çıxaraq həmin avtomobilə əyləşmişlər və bir az kənara çəkilərək mobil telefonu Feyruza vermiş və Feyruz mobil telefon vasitəsi ilə həmin kartın hesabını artıraraq karta 50 manat pul yükləmiş və bundan sonra həmin 50 manat pulu kartdan çıxarmışlar. Sonra avtomobildə olan şəxslərə bildirmiş ki, pulu götürmüşük gedək gəzək və bu məqsədlə avtomobilə əyləşərək Şamaxı şəhərinin yuxarı hissəsi istiqamətində getmişlər, yolda Şamaxı şəhəri ərazisində yerləşən “Planet” marketin qarşısında avtomobili saxlamışlar və Amalya avtomobildən düşərək marketə girib 3 ədəd “Əfsanə” adlı pivə və bir ədəd “Bizon” adlı içki almış və bundan sonra avtomobilə əyləşərək gəzmək üçün Dəmirçi kəndi istiqamətində hərəkət etmişlər. Yolda gedən zaman rayonun Çuxuryurd kəndi ərazisində yerləşən marketdə avtomobildən düşərək yenidən 3 ədəd “Əfsanə” adlı pivə, bir ədəd “Go” adlı içki və siqaret almış və yenidən yollarına davam etmişlər. Həmin pivə içkilərini o, Amalya və Feyruz içirmiş, taksi sürücüsü Rauf adlı şəxs isə spritli içki qəbul etməmişdir. Təxminən saat 16 radələrində Şamaxı rayonu Dəmirçi kənd yoluna çatmışlar və həmin ərazi qar olduğu üçün avtomobili yolun kənarında yerləşən “Qədim Məkan” adlı istirahət mətkəzinin yaxınlığında saxlamışlar və hər biri avtomobildən düşərək qartopu oynayaraq pivə içməyə başlamışlar. Həmin vaxt Feyruzla o, gəzə-gəzə “Qədim Məkan” adlı istirahət mətkəzinin həyətinə daxil olmuşlar və bir az gəzdikdən sonra orada kiminsə olmadığını görüb qərara gəlmişlər ki, nə isə olarsa götürüb aparsınlar, bu məqsədlə o və Feyruz istirahət mərkəzinin ərazisində olan anbara daxil olmuşlar, içəridə heç kimin olmadığını gördükdən sonra içəridə olan bir ədəd beş litr su tutumlu, bir ədəd üç litr su tutumlu və bir ədəd iki litr su tutumlu somavarları və anbarda olan 50 ədəd kabab şişlərini Feyruzla ikisi götürərək yolun kənarına çıxarmışlar. Həmin vaxt Amalya və taksi sürücüsü Rauf adlı şəxs avtomobili qarşıdan döndərərək onların yanına gəlmişlər və onlardan həmin əşyaları haradan əldə etdiklərini soruşanda o və Feyruz özlərinə aid olduğunu bildirmişlər. Sonra Feyruzla o, “Qədim Məkan” adlı istirahət mərkəzindən oğurladıqları əşyaları avtomobilin arxa yük yerinə yığaraq oradan Şamaxı şəhəri istiqamətində hərəkət etmişlər və həmin əşyaları Amalyanın kirayə yaşadığı evin həyətinə yığmışlar və bundan sonra o, oradan çıxaraq yaşadığı Sis kəndinə evinə getmişdir. Bundan başqa o, tək halda xx.xx.2024-cü il tarixdə saat 19 radələrində daha əvvəl onu bir neçə dəfə şəhər ərazisində müxtəlif yerlərə aparan taksi sürücüsü Şahid2 zəng edərək taksi lazım olmasını bildirmiş və Şahid2 tanışı Amalyanın evinin qarşısına gəlmiş və o, Şahid2 məxsus “Opel- Meriva” markalı **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşərək Şamaxı rayonu, Avaxıl kənd ərazisində yerləşən “Qədim Məkan” adlı istirahət mərkəzinə gəlmiş və avtomobildən düşərək daha əvvəl tanışı Feyruzla girdiyi anbara daxil olmuş və anbarın içərisində olan 01 (bir) ədəd işıq generatorunu götürüb gəldiyi taksi avtomobilin arxa yük yerinə qoyaraq oradan Şamaxı şəhəri istiqamətində hərəkət etmiş və 01 (bir) ədəd işıq generatorunu yenidən Amalyanın kirayə yaşadığı evin həyətinə gətirmiş və taksi sürücüsünə 10 manat pul ödəyərək yola salmış və bundan sonra oradan çıxaraq yaşadığı Sis kəndinə evinə getmişdir. O və Feyruz həmin əşyaları oğurlamağı əvvəldən planlaşdırmamış, onlar gəzmək üçün həmin əraziyə getmişlər, sadəcə Feyruzla ikisi “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisinə daxil olanda orada kiminsə olmadığını gördükdən sonra ikisi qərara gəlmiş ki, oradakı anbara daxil olub əşyaları oğurlasınlar. Amalya və Rauf həmin əşyaların oğurluq olmasını bilməmişlər, çünki, onlar Feyruzla ikisinin həmin əşyaları götürəndə görməmişlər, sonradan da yanlarına gələndə onlara həmin əşyaların özlərinə aid olmasını bildirmişlər. Onlar istirahət mərkəzində əşyaları götürən zaman həmin vaxt istirahət mərkəzində başqa şəxslər olmadığına görə onları başqa şəxs görməmiş, Amalya və Rauf da, onların həmin əşyaları anbardan gizlincə götürmələrini bilməmişlər və görməmişlər, sonuncular sadəcə yolda onları görmüşlər, o, həmin əşyaları evlərinə aparsaydı oğurluq olmasını biləcəkmişlər, buna görə də, Amalyagilə apararaq saxlayıb demiş ki, əşyaları satmalıyıq, gəlib götürəcəyik deyib izah etmiş ki, Sis kəndinə aparsa, ora uzaqmış, satmaqda çətinlik çəkərmiş, buna görə Amalyanın həyətinə gətirmiş, lakin, kimə satacağını hələ dəqiqləşdirməmişdir. 08 fevral 2024-cü il tarixdə saat təxminən 16 radələrində tanışı Feyruzla birlikdə Şamaxı rayonu, Avaxıl kənd ərazisində yerləşən “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisinə gizlin yolla girərək orada olan anbar kimi istifadə edilən tikilidən beş litr su tutumlu 01 (bir) ədəd somovar, üç litr su tutumlu 01 (bir) ədəd somovar, iki litr su tutumlu 01 (bir) ədəd somovar və 50 (əlli) ədəd kabab şişlərini oğurlayaraq Şahid4 Adil oğluna məxsus avtomobilə yığaraq tanışı Amalyanın evinin həyətinə yığdıqdan sonra Feyruz taksi sürücüsü ilə oradan uzaqlaşaraq getdikdən sonra, qərara gəlmiş ki, həmin əşyaları oğurlayarkən həmin “Qədim Məkan” istirahət yerində gördüyü generatoru da oğurlasın, lakin təkrarən Raufla gedərsə onun artıq şübhələnəcəyindən ehtiyatlanıb başqa taksi ilə getmək qərarına gəlmiş, bu məqsədlə həmin gün təxminən saat 19 radələrində taksi sürücüsü kimi tanıdığı Şahid2 zəng edərək Dəmirçi kəndinə gedən yolda özünə məxsus bir ədəd işıq generatorunun olmasını və onu gətirməyə getmək lazım olduğunu demiş və o, həmin taksi sürücüsü ilə 10 manata razılaşmış və taksi sürücüsü idarə etdiyi “Opel” markalı avtomobil ilə Amalyanın evinin yanına gəlmiş və o, avtomobilə əyləşərək Dəmirçi kəndi istiqamətində yola çıxmış, bundan sonra Şamaxı rayonu, Avaxıl kənd ərazisində yerləşən “Qədim Məkan” adlı istirahət mərkəzinin qarşısında taksi sürücüsünə avtomobili saxlamağı bildirmiş və avtomobildən düşərək istirahət mərkəzinə daxil olub anbarın içərisində olan bir ədəd işıq generatorunu götürərərk yolun kənarına çıxarmış, həmin vaxtı taksi sürücüsü avtomobili qarşıdan döndərərək gəlmiş və o, həmin generatoru avtomobilin yük yerinə qoyaraq Şamaxı şəhər istiqamətində yola çıxmış və həmin generatoru da, Amalyanın evinin həyətinə qoyduqdan sonra 10 manat taksi sürücüsünə verərək evinə getmişdir. O, ilk dəfə Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq edərkən düşünmüş ki, generator avtomobilə yerləşməyəcək ona görə də, həmin vaxt generatoru oğurlamamışdır. Onlar oğurluq etməyə getməmiş, gəzmək üçün getmişlər, “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisinə çatan zaman oğurluq etməyi planlaşdırmışlar. Daha sonra tək oğurluq etməyi düşünmüş, Şahid2 həmin əməlin, yəni onun generatoru aparmağının oğurluq olmasını bilməmiş, elə bilmiş ki, generator onun özünündür, Şahid2 sadəcə taksi kimi getmiş, Amalya və digərləri generatoru haradan götürməyini bilmirlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, müharibə iştirakçısı olmasını qeyd edib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şamaxı rayonu, Dəmirçi kəndinə gedən yolda Avaxıl kəndi ərazisində özünə məxsus piknik sahəsi var, həmin səhinin bütün sənədləri vardır. O, hava şəraiti ilə əlaqədar olaraq həmin piknik sahəsinə uzun müddət gedə bilməmişdir. 09 fevral 2024-cü il tarixdə saat 13 radələrində özünə məxsus avtomobilin barabanları (çarxları) yararsız halda olduğu üçün ünvan 1 ünvanında yerləşən Şahid3 tornacı sexinə yaxınlaşmış, Fəridlə bir necə dəqiqə söhbət etdikdən sonra sexə daxil olmuş, həmin vaxtı Amalya adlı qadının əlində bir ədəd samovar olduğunu görmüş, həmin əşyanı təmir etmək üçün Fəridə vermiş və sexdən uzaqlaşmış, samovar ona tanış gəldiyi üçün Fəridə yaxınlaşmış və somavara baxmış, samovarın onun olduğunu görmüş və Fəridə somavarın onun olduğunu deyərək həmin əşyaları heç kimə verməməsini bildirmiş, bundan sonra avtomobilinə əyləşərək gedib piknik sahəsini yoxlayıb gələcəyini demiş, həmin vaxt piknik sahəsinə getmiş və piknik sahəsinə daxil olan zaman ərazidə olan tikilinin içərisində olan bir ədəd 300 manat dəyərində 5 litr su tutumlu somavarının, 150 manat dəyərində bir ədəd 3 litr su tutumlu somavarının, 100 manat dəyərində bir ədəd 2 litr su tutumlu somavarının və hər birinin qiyməti 3 manat olan 50 ədəd kabab şişlərinin və təxminən qiyməti 700 manat olan işıq generatorunun yerində olmamasını, yəni oğurlanmasını müəyyən etmiş, daha sonra avtomibilinə əyləşərək Şamaxı rayon polis şöbəsinə gəlib bu barədə məlumat vermişdir. Ona məxsus olan “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisində yerləşən anbardan (tikli) oğurluq olan zaman həmin anbarın qapısı açıq olmuş, oğurlanmış ona məxsus 5 litr su tutumlu somavarın, bir ədəd 3 litr su tutumlu somavarın, bir ədəd 2 litr su tutumlu somavarın, 50 ədəd kabab şişlərinin və bir ədəd işıq generatorumun dəyəri təxminən 1400-1500 manat civarında olmuşdur. O, oğurlanmış əyşalarından bir ədəd somavarı Amalya adlı şəxsin tornaçı Fəridə təmir etmək üçün verdiyini görmüşdür. Onun əşyaları 02 fevral 2024-cü il tarixdən 09 fevral 2024-cü il tarixləri ərzində oğurlana bilərdi. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 08 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələrində Nurlan, Feyruz və o, birlikdə mobil telefon vasitəsi ilə konfrans yaradaraq danışarkən Feyruz bankdan 50 manat pul götürməyin mümkün olduğunu bildirmiş və həmin vaxt Nurlan bildirmiş ki, götürmək istir. Bu məqsədlə Nurlan yaşadığı ünvandan çıxaraq Şamaxı şəhəri istiqamətində gəldiyini demiş, bundan sonra o, taksi kimi tanıdığı Rauf adlı şəxsə zəng edərək ünvanına gəlməsini bildirmiş, bir neçə dəqiqə sonra yenidən Raufla telefon əlqəsi yaradaraq Feyruzuda gətirməyini demiş və bir neçə dəqiqə sonra Rauf və Feyruz onların ünvanına gəlmiş və o, evdən çıxaraq avtomobilə əyləşmiş və Nurlanı şəhər ərazisindən avtomobilə mindirmiş, bundan sonra hamısı birlikdə Şamaxı şəhər ərazisində yerləşən “Beynəlxalq Bank”-a getmişlər və orada Nurlan və o, avtomobildən düşərək banka daxil olmuş və bir neçə dəqiqə sonra “Debit kart” alaraq bankı tərk edib maşına əyləşmiş, bundan sonra onlar oradan uzaqlaşaraq onun kirayə yaşadığı şəhərin H.Ciddi küçəsində yerləşən fərdi yaşyış evinə gəlmişlər. Nurlanla o, avtomobildən düşərək evinə daxil olmuş, Feyruz və Rauf oradan uzaqlaşaraq ona məlum olmayan ünvana getmişlər. Həmin vaxtdan bir neçə dəqiqə sonra Nurlan Feyruza zəng edərək kartdan pulu götürə bilmədiklərini, ona kömək etməyini istəmiş və bu məqsədlə Feyruz və Rauf birlikdə geri qayıdaraq onun yaşadığı ünvana gəldikdən sonra o və tanışı Nurlan qapının qarşısına çıxaraq avtomobilə əyləşdikdən sonra Nurlan mobil telefonunu Feyruza vermiş və Feyruz mobil nömrə vasitəsi ilə kartın hesabını artırmış və kartın hesabında 50 manat pul olmuş, bundan sonra Nurlan təklif etmiş ki, gedək pulu çıxaraq və bu məqsədlə onlar bankomata yaxınlaşmışlar. Həmin vaxt Nurlan avtomobildən düşərək 50 manat pulu bankomatdan çıxarmış və yenidən Nurlanın təklifi ilə gəzmək üçün Şamaxının yuxarı kəndləri istiqamətində yola düşmüşlər.Yolda Nurlanın təklifi ilə Rauf avtomobili “Planet” marketin qarşısında saxlamış və o, avtomobildən düşərək marketə girib 3 ədəd “Əfsanə” adlı pivə və bir ədəd “Bizon” adlı içki almış və bundan sonra avtomobilə əyləşərək gəzmək üçün Dəmirçi kəndi istiqamətində hərəkət etmişlər. Yolda gedən zaman rayonun Çuxuryurd kəndi ərazisində yerləşən marketdə yenidən Nurlanın təklifi ilə Rauf maşını saxlamış və Nurlan avtomobildən düşərək yenidən 3 ədəd “Əfsanə” adlı pivə, bir ədəd “Go” adlı içki və siqaret almış və yenidən yollarına davam etmişlər. Həmin pivə içkilərini Feyruz, o və Nurlan içirmiş, Rauf isə spritli içki qəbul etməmişdir. Təxminən saat 16 radələrində Şamaxı rayonu Dəmirçi kənd yoluna çatmışlar və həmin ərazi qar olduğu üçün avtomobili yolun kənarında yerləşən “Qədim Məkan” adlı istirahət mətkəzinin yaxınlığında saxlamışlar və hər biri avtomobildən düşərək qartopu oynamağa başlamışlar. Həmin vaxtı Raufdan başqa avtomobildə olan hər bir şəxs spritli içki qəbul etmiş və bir az müddət keçdikdən sonra Feyruz və Nurlan gəzərək oradan uzaqlaşmış, Rauf və o, hava soyuq olduğu üçün avtomobilə əyləşmiş və bir müddət avtomobildə oturduqdan sonra Rauf avtomobili işə salıb qarşıdan dönərək avtomobili saxladığı yerə geri qayıtmış, həmin vaxt Nurlan və Feyruzun əllərində 3 ədəd somavar və bir az sayda kabab şişlərinin olmasını görüb bunların hardan əldə etdiklərini soruşmuş, həmin vaxt Nurlan və Feyruz həmin əşyaların özlərinə məxsus olmasını onlara bildirərək Raufdan avtomobilin arxa yük yerini açmağı xahiş etmişlər və Rauf avtomobilin arxa yük yerini açdıqdan sonra həmin əşyaları ora yığmışlar və oradan çıxaraq Şamaxı şəhəri istiqamətində gəlmişlər. Nurlan ona bildirmiş ki, həmin əşyaları evinin həyətinə yığsın bir iki gün sonra gəlib həmin əşyaları satacaq. O, Nurlanla razılaşmış, Rauf avtomobili onun evinin qarşısına sürərək orada saxlamış, həmin vaxt Feyruz və Nurlan avtomobildə olan əşyaları onun həyətinə yığaraq çıxıb getmişlər. Həmin günü təxminən saat 19 radələrində yenidən Nurlan kirayə yaşadığı evin qapısının döymüş və o, evin qapısını açan zaman evin qarşısında bir ədəd genarator olmasını görərək kimin olmasını soruşmuş, həmin vaxt Nurlan genaratorun ona məxsus olmasını və bir iki günə həyətdən götürüb satacağını bildirərək həmin generatoru evinin həyətinə qoyaraq yaşadığı Sis kəndinə getmişdir. xx.xx.2024-cü il tarixdə Nurlan ona zəng edərək somavarın birində nasazlıq olmasını və həmin somavarı şəhər ərazisində Fərid adlı şəxsin tornaçı sexində düzəltdirməyi xahiş etmiş və o, həmin somavarı Fərid adlı şəxsin tornaçı sexinə aparmış, lakin Fərid bugun vaxtının olmamasını bildirdiyi üçün o, oranı tərk edib evinə getmişdir. Feyruz və Nurlan adlı şəxslər avtomobildə əyləşən zaman, yəni gəzməyi təklif edən zaman avtomobildə oğurluqla bağlı heç bir söhbət etmirmişlər, həmçinin Feyruz və Nurlan adlı şəxslər somavarları və şişləri avtomobilə yığdıqdan sonrada oğurluq barədə heç bir söhbət etməmişlər, buna görə də, o, həmin əşyaların oğurluq olmasını düşünməyib. Feyruz və Nurlan adlı şəxslər avtomobilin arxa yük yerinə 3 ədəd samovar və sayını bilmədiyi qədər kabab şişlərindən başqa digər əşyalar yığmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Adil oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, fərdi əmək fəliyyəti ilə məşğul olur, ara-sıra özünə məxsus olan “Opel-Meriva” markalı **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik edir. 08 fevral 2024-cü il tarixdə saat təxminən 18 radələrində ilk öncə adını bilmədiyi sonradan adının Nurlan olduğunu öyrəndiyi şəxs ona zəng edərək taksiyə ehtiyacının olmasını bildirərərk onu Şamaxı şəhəri, H.Ciddi küçəsində yerləşən Amalya adlı xanımın ünvanına dəvət etmiş və o, bir neçə dəqiqə sonra qeyd olunan ünvana gəlmiş, daha sonra Nurlan adlı şəxs avtomobilə əyləşərək Şamaxı rayonu, Dəmirçi yolunda olan restorana getmək istədiyini, həmin restoranda daha əvvəl dostuna generator verdiyini və hal-hazırda həmin genaratoru gətirmək istədiyini bildirmiş və o, Nurlanla 10 manata razılaşaraq yola çıxmış, bir az müddət getdikdən sonra Dəmirçi kənd yolunun üzərində olan “Qədim Məkan” restoranının yaxınlığına çatmışlar. Nurlan avtomobildən düşmüş, o isə avtomobili Şamaxı şəhəri istiqamətində döndərək “Qədim Məkan” restoranının yaxınlığında saxlamış, elə həmin vaxt Nurlan əlində bir ədəd sarı və qara rənglərdən ibarət olan genaratoru avtomobilinin yük yerinə qoymuş və onlar Şamaxı şəhəri istiqamətində yola çıxaraq daha əvvəl Nurlanı götürdüyü ünvana gətirmiş və Nurlan avtomobildən düşərək yük yerini açıb orada olan bir ədəd genaratoru yerə düşürərək ona 10 manat pul vermiş və o, oradan uzaqlaşaraq evinə getmişdir. Təqsirləndirilən şəxs1 08 fevral 2024-cü il tarixdə saat təxminən 19 radələrində “Qədim Məkan” restoranından bir ədəd genaratoru avtomobilinin yük yerinə qoyan zaman o, orada və yaxud ətrafda kənar şəxslərin olmasını görməmiş, həmçinin Təqsirləndirilən şəxs1 genaratoru götürməsini kiminsə görməsinidə görməmişdir. Təqsirləndirilən şəxs1 genaratoru avtomobilinin yük yerinə qoyan zaman o, avtomobildə olmuş, yerə düşməmiş, o, Təqsirləndirilən şəxs1 “Qədim Məkan” restoranından götürdüyü genaratorun oğurluq olmasını bilməmiş, çünki Nurlan ora getməzdən öncə genaratorun ona məxsus olmasını daha əvvəl işlətməsi üçün dostuna verməsini bildirdiyi üçün həmin generatorun ona məxsus olmasını düşünmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X6 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində bildirmişdir ki, onun Şamaxı şəhəri Xətai küçəsində özünə məxsus tornaçı sexi vardır. O, xx.xx.2024-cü il tarixdə sexdə işləyən zaman əvvəldən tanıdığı Surxay adlı şəxs özünə məxsus olan avtomobilinin baraban çarxlarını yondurmaq üçün yanına gəlmiş və Surxayın ona təqdim etdiyi barabanları yonan zaman Şamaxı şəhər sakini kimi tanıdığı Amalya adlı xanım sexə gələrək əlində olan somovarı düzətdirmək istədiyini, tanışının somovarı olmasını bildirmişdir. O, somovarı əlinə götürərək xarab olan hissəsinə baxmış və düzəldə bilməyəciyini Amalya xanıma bildirmişdir. Həmin vaxt Surxay adlı şəxs somovara diqqətlə baxmış və həmin somovarın ona məxsus olan somovara oxşamasını, həmin somavarı tanımasını demiş və bir neçə dəqiqə sonra Amalya somovarı götürərək oradan uzaqlaşdıqdan sonra Surxayda sexi tərk edib getmişdir. O, sonradan eşitmişdir ki, Amalyanın tanışları Nurlan və Feyruz Surxaya məxsus olan Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən “Qədim Məkan” adlı istirahət mərkəzindən oğurluq ediblər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şamaxı RPŞ-nin istintaq bölməsində araşdırılan HK-1- 142/2024 nömrəli araşdırma materialları üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisində yerləşən anbar kimi istifadə olunan tikilidir. İstirahət mərkəzinin ərazisinə girişi məhdudlaşdıran maneə yoxdur, ətraf meşə ağacları ilə əhatələnmiş, istirahət mərkəzinin ərazisində iki ədəd tikili, yəni anbar vardır. Hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs “Qədim Məkan” adlı istirahət mərkəzinin ərazisində inşa olunmuş tikilini, yəni anbarı göstərərək ona məxsus beş litr su tutumlu 01 (bir) ədəd samovar, üç litr su tutumlu 01 (bir) ədəd samovar, iki litr su tutumlu 01 (bir) ədəd samovar, 50 (əlli) ədəd kabab şişləri və 01 (bir) ədəd “Super power-SP12500 dx” markalı Gasoline generatorun həmin anbardan oğurlandığını bildirmişdir. Baxış zamanı ərazinin fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 fevral 2024-cü il tarixdə saat 22:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 fevral 2024 il tarixdə saat 13:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 11 fevral 2024-cü il tarixlli 4(074)-8/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 11 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarilxli 4(074)-9/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 12 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanıma və saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus beş litr su tutumlu 01 (bir) ədəd samovar, üç litr su tutumlu 01 (bir) ədəd samovar, iki litr su tutumlu 01 (bir) ədəd samovar, 50 (əlli) ədəd kabab şişləri və 01 (bir) ədəd “Super power-SP12500 dx” markalı Gasoline generator iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. 21 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs beş litr su tutumlu 01 (bir) ədəd samovar, üç litr su tutumlu 01 (bir) ədəd samovar, iki litr su tutumlu 01 (bir) ədəd samovar, 50 (əlli) ədəd kabab şişləri və 01 (bir) ədəd “Super power-SP12500 dx” markalı Gasoline generatoru təhvil almışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(074)-12/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(074)-13/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Şamaxı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixlli 1(074)-31/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 26 iyul 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarilxli 1(074)-5/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 1 il 4 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2 il 2 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmaqla, xx.xx.2022-ci il tarixdə azad edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət iş üzrə Təqsirləndirilən şəxs2 Azərnaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə, o, həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddədləri ilə təqirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət iş üzrə Təqsirləndirilən şəxs1 Azərnaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə, o, həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin 01 aprel 2024-cü il tarixli, 9/1389 nömrəli rəyindən görünür ki, oğurlanmış beş litr su tutumlu 01 (bir) ədəd samovar, üç litr su tutumlu 01 (bir) ədəd samovar, iki litr su tutumlu 01 (bir) ədəd samovar, 50 (əlli) ədəd kabab şişləri və 01 (bir) ədəd “Super power-SP12500 dx” markalı Gasoline Generatoru əşyalarının 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümümi dəyəri nəzəri qaydada təxminən 130 (yüz otuz) manat dəyərində 01 ədəd beş litrlik somovar, 60 (altımış) manat dəyərində 01 ədəd üç litrlik somovar, 35 (otuz beş) manat dəyərində 01 ədəd iki litrlik somovar, hər bir ədədinin qiyməti 3 (üç) manat olan 50 ədəd kabab şişləri, 700 (yeddi yüz) manat dəyərində 01 ədəd “Super power-SP12500 DX” yazıları olan generator olmaqla ümumi dəyəri nəzəri qaydada təxminən 1075 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Şamaxı RMX-sı publik hüquqi şəxsin 02 aprel 2024-cü il tarixli, 18-1-72/2-417/2024 saylı məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şamaxı RMXnın Ruhi Əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı RMX-sı publik hüquqi şəxsin 02 aprel 2024-cü il tarixli, 18-1-72/2-407/2024 saylı məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şamaxı RMX-nın Ruhi Əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı RİHB-nın Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 aprel 2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı yer üzrə onun barəsində kənd camaatı tərəfindən Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı RİHB-nın Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 aprel 2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı yer üzrə onun barəsində kənd camaatı tərəfindən Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 243/5 saylı məktubundan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(105)-58/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs1 hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 11 ay 10 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 3 ay 15 gün təşkil edir. Lakin Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs1 09 fevral 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 21 fevral 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 2(iki) ay 26(iyirmi altı) gün müddət nəzərə alınmamışdır. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 244/5 saylı məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(074)- 5/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 ay 16 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 2 il 3 ay 10 gün təşkil edir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2021-ci il və 2023-cü il təvəllüldlü iki azyaşlı uşağı var. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı ödəmişlər, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X1 müharibəsinin iştirakçısı olub və o, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 27 sentyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Mİ seriyalı 007831 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyin üzvüdür. Müharibə iştiakçısıdır. Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 15 may 2024-cü il tarilxli 1(074)-52/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq oğurlaması və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq oğurlamaları tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödəməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və qardaşının Vətən Müharibəsində iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödəməsini, Vətən Müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə təqsirləndirilən şəxslərin əvvəl də qəsdən cinayət törətməyə görə bir dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onların şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən, Şamaxı Rayon Məhkəməsinin 1(074)-5/2024 nömrəli, 16 may 2024cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 29 iyun 2023-cü il tarixdən 01 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş və 21 fevral 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 əvvəlki hökm üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 1(074)-31/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2(iki) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 8 (səkkiz) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 09 fevral 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş və 21 fevral 2024-cü il taixdən 15 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli hökmün elan olunduğu andan, yəni 23 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Şamaxı Rayon Məhkəməsinin 1(074)-5/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 29 iyun 2023-cü il tarixdən 01 iyul 2023-cü il tarixədək, 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək və 21 fevral 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumilikdə 2(iki) ay 28(iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 5 (beş) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 əvvəlki hökm üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 1(074)-31/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2(iki) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 8 (səkkiz) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona 3 (üç) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 09 fevral 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 21 fevral 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 2(iki) ay 26(iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 5 (beş) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli hökmün elan olunduğu andan, yəni 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut beş litr su tutumlu 01 (bir) ədəd samovar, üç litr su tutumlu 01 (bir) ədəd samovar, iki litr su tutumlu 01 (bir) ədəd samovar, 50 (əlli) ədəd kabab şişləri və 01 (bir) ədəd “Super power-SP12500 dx” markalı Gasoline generatorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul, Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar