Məhkəmə qərarları › İş №1(074)-53/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-53/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-53/2021 05.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin sədri Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1966-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmuş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan, həmin qəsəbədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 fevral 2021-ci il tarixdə saat 12:00 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən yaşadığı evin qarşısında tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 13:10 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli qolsuz gödəkçənin sol iç cibində bir ədəd yaşıl və ağ rəngli salfetə bükülmüş şəffaf sellofan içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,380 (sıfır tam mində üç yüz səksən) qram narkotik vasitə olan qəhvəyi rəngli toz şəkilli maddə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, əvvəllər də tapanda narkotik vasitələrdən istifadə etmişdir. Onkoloji xəstə olduğu üçün 25 yanvar 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhərindəki onkoloji xəstəxanaya dərmanlar almağa gedən zaman xəstəxananın qarşısında, həmin vaxt avtomobil yolunun kənarında şəffaf sellofanın içərisində bükülmüş büküm görmüşdür. Maraq üçün həmin sellofanı götürüb içindəki şəffaf sellofana bükülmüş bükümü açıb baxdıqda içərisində açıq qəhvəyi rəngli maddə olmasını görmüş, özü narkotik vasitə istifadə etdiyi üçün həmin maddənin narkotik vasitə olan heroin olmasını bilmişdir. Tapdığı heroini sonralar istifadə etmək üçün bükümü bağlayıb üzərindəki qolsuz gödəkçənin sol iç cibinə qoymuş, sonra da dərmanları alıb yaşadığı ünvana qayıtmışdır. Həmin bükümü yaşadığı ünvanda gizlətmiş, 17 fevral 2021-ci il tarixdə, saat 12:00 radələrində sellofanın içərisindəki şəffaf sellofana bükülmüş bükümdəki narkotik vasitə olan heroini götürüb evdən çıxaraq küçə ilə hərəkət etmişdir. Bu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona demişər. Lakin o, üzərində heç bir narkotik vasitənin olmamasını bildirmişdir. Həmin şəxslər onun şübhəli olduğunu bildirib Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə o, razılaşıb onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə getmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında onun seçdiyi vəkil dəvət olunduqdan sonra şübhəli kimi tutulmasını və buna görə də Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqları ona izah edilmiş, daha sonra vəkil və polis əməkdaşlarının iştirakları ilə videogörüntüyə çəkilməklə onun üzərinə və əlindəki şəffaf sellofanın içərisindəki şəffaf sellofana bükülmüş bükümə baxış keçirməklə axtarış aparılmışdır. Üzərinə baxış keçirərkən əynində qara qolsuz gödəkcənin sol iç cibində şəffaf sallofan aşkar edilmiş, polis əməkdaşları şəffaf sellofanın içərsindəki bükülmüş bükümü açdıqda içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə heroin olan büküm polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Daha sonra üzərində axtarış davam etdirilsə də üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bildirmişdir ki, o, həmin narkotik vasitəni Bakı şəhərindəki onkoloji xəstəxananın qarşısında, avtomobil yolunun kənarından tapmış, narkotik vasitəni tapanda tək olmuş, bu barədə o, heç kimə bir söz deməmişdir. Həmin narkotik vasitəni özü istifadə etməsi üçün saxlamışdır. O, narkotik vasitə aludəçisidir, narkotik vasitələrin satışı ilə məşğul olmur, heç bir zaman da məşğul olmamışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 17 fevral 2021-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 17 fevral 2021-ci il tarixdə saat 12:00 radələrində Şamaxı RPŞ-nin PPXT-nın polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar Elmanı Şamaxı RPŞ-nə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə getmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli, qolsuz gödəkçənin sol iç cibindən bir ədəd yaşıl və ağ rəngli salfetkanın içərisində, şəffaf sellofana bükülmüş büküm aşkar edilərək açılmış və həmin bükümün içərisinə baxıldıqda bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə heroin olan sellofan baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 50/133 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, 17 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun əynindəki qara rəngli gösdəkçənin sol iç cibindən bir ədəd yaşıl və ağ rəngli salfetkanın işərisində, şəffaf sellofana bükülmüş büküm aşkar edilərək açılmış və həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində qəhvəyi rəngli spsifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş bir ədəd selofandakı kütlə narkotik vasitə olan heroindir, ona məxsusdur. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli, 6/1705 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə.. «təmiz çəkisi 0,380 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 4(074)-23/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsindən üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan yəni, 17 fevral 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 26 fevral 2021-ci il tarixli 139 saylı araryışından görünür ki, Təqsirləndirilən şəxs 1966-cı il təvəllüdlü arvadı X2 və 1998-ci il təvəllüdlü oğlu X4 ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik informasiya idarəsinin 24 fevral 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 mart 2021-ci il tarixli, 670 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Milli Onkoligiya Mərkəzinin 31 mart 2020-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs mədə girəcəyinin bədxassəli yenitörətməsi p T3N1MO mərhələ HB G 3 dioqnozu ilə müalicə alır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(074)- 53/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 13 aprel 2021-ci il tarixli 149-71349/5 saylı məktubunda göstərilir ki, məhkum Təqsirləndirilən şəxs hökm üzrə cəzasının 1 il 9 ay 13 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 2 ay 13 gün təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıra biləcək halların olmamasını, mədə xəstəliyindən əziyyət çəkməsini, onun xərçəng xəstəsi olmasını habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 1(074)-25/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 ay 13 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 17 fevral 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək həbsdə və ev dustqlığında olduğu 2 ay 18 gün müddət 5 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji disponserində qeydiyyata götürülməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 88,70 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,330 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 1(074)-25/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 ay 13 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla Təqsirləndirilən şəxs 2(iki) il 7(yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 17 fevral 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək həbsdə və ev dustqlığında olduğu 2 ay 18 gün müddət 5 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 1(bir) ay 24(iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji disponserində qeydiyyata götürülsün. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri – 88,70 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,330 qram narkotik vasitə olan heroin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar