Məhkəmə qərarları › İş №1(074)-53/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-53/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-53/2022 11.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs Şıxəli oğlunun iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan, Şamaxı şəhəri, 2A massivi, Əlövsəd Abdullayev küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Şıxəli oğlunun Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şıxəli oğlu istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib daşıyaraq yaşadığı Şamaxı şəhəri, 2A massivi, Əlövsəd Abdullayev küçəsində yerləşən fərdi yaşayış evində saxlamış, 02 fevral 2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində öz razılığı ilə yaşadığı evdə aparılan axtarış zamanı evdə olan çarpayının üzərindəki döşəyin altından 01 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45 millimetr kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli, nömrəsi silinmiş odlu yivli silah, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 millimetr kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-daraq, 02 (iki) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 millimetr kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı-patron və 01 (bir) ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 millimetr kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı-patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən 10-12 iki il bundan əvvəl qeydiyyatda olduğu Sumqayıt şəhəri, məhəllə 17, ev 13/36, 1 nömrəli mənzilin yaxınlığında olan zibil qutularının yanında yerdə üzərində gül şəkilləri olan paketə bükülmüş büküm görmüşdür. Həmin bükümün içərisində nəsə olduğunu düşündüyü üçün həmin paketi götürüb içərisini açdıqda, içərisində bir ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat və içərisində 3 ədəd patron olan 1 ədəd darağın olduğunu görmüşdür. Həmin əşyaları götürüb evinə aparmışdır. Daha sonra avtomatı və içərisində üç ədəd patron olan bir ədəd darağı Şamaxı şəhəri, 2A massivi, Əlövsəd Abdullayev küçəsində yerləşən birotaqlı evinə aparıb orada saxlamışdır. Həmin vaxtdan 02 fevral 2022-ci il tarixə kimi olan müddətə qədər həmin yerdə saxlamışdır. 02 fevral 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Planet” marketin yanında olarkən polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu, bununla bağlı yaşadığı evə baxış keçirilməli olduqlarını deyib, yaşadığı evdə odlu silah olub-olmamasını ondan soruşmuşlar. Həmin vaxt o, polis əməkdaşlarına yaşadığı evdə odlu silah saxladığını etiraf edib, evə baxış keçirilməsinə icazə verib, odlu silahı və içərisində üç ədəd patron olan darağı gizlətdiyi yeri göstərmişdir. Baxış zamanı bir otaqlı evdə olan çarpayının üzərindəki döşəyin altından bir ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 3 ədəd patron olan 1 ədəd daraq aşkar olunmuşdur. Onların iştirakları ilə həmin bir ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş, “Kalaşnikov” markalı avtomat, içərisində 3 ədəd patron olan 1 ədəd daraq polis əməkdaşları tərəfindən götürülərək karton qutuda qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin qutu və protokolu o və baxışda iştirak edən digər polis əməkdaşları imzalamışlar. Daha sonra polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişlər, polis şöbəsinin inzibati binasında olan zaman üzərində odlu silah gəzdirmək ehtimalı olduğundan vəkil Müdafiəçi, onun və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı odlu silah aşkar olunmamış və bununla bağlı protokol tərtib olunmuşdur. Həmin protokolu o, vəkil və baxışda iştirak edən digər polis əməkdaşları imzalamışlar. Yaşadığı evdə gizlətdiyi bir ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat, içərisində 3 ədəd patron olan 1 ədəd darağı saxlamaqda heç bir məqsədi olmamışdır, o, odlu silahların satışı ilə məşqul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 02 fevral 2022-ci il tarixdə Şamaxı şəhəri, 2A Massivi, Əlövsət Abdullayev küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də əməliyyat-istintaq qrupu həmin ünvana gəldikdə, Təqsirləndirilən şəxs yaşadığı Şamaxı şəhəri, 2A Massivi, Əlövsət Abdullayev küçəsində yerləşən yaşayış evinə baxış keçirilməmişdən öncə Rəhim Şixaliyevdən odlu silah olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə bir ədəd odlu silah saxladığını və həmin odlu silahı təqdim edəcəyini bildirmişdir. Rəhim Şixaliyevin yaşadığı evə baxış keçirilərkən bir otaqlı yaşayış evində olan kravatın üzərindəki döşəyin altından bir ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat, içərisində 3 ədəd patron olan 1 ədəd daraq aşkar olunaraq götürülmüşdür. Rəhim Şixaliyev bildirmişdir ki, aşkar olunmuş bir ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat içərisində 3 ədəd patron olan 1 ədəd daraq ona məxsusdur, təxminən 10 il əvvəl Sumqayıt şəhəri ərazisində tapmışdır. Aşkar olunmuş bir ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat içərisində 3 ədəd patron olan 1 ədəd daraq onların tərəfindən kardon kutuya qoyularaq qablaşdırılmış, "73" saylı möhürlə möhürlənib götürülməklə protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş və imzalanmışdır. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nə gətirilərək RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Rəhim Şixaliyevin üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Rəhim Şixaliyevin üzərindən hər hansısa bir odlu silah aşkar edilməmişdir. Baxışlar “REDMİ NOT 8 PRO” markalı mobil telefon vasitəsi ilə videoya çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 02 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Şıxəliyev Rəhim Şıxəli oğlu 02 fevral 2022-ci il tarixdə saat 19:30-da şühbəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 fevral 2022-ci il tarixdə tərtib edilmiş protokoldan və diskdən görünür ki, baxış zamanı Şıxəliyev Rəhim Şıxəli oğlunun üzərindən hər hansı odlu silah aşkar edilməmişdir. Şamaxı şəhəri, 2A massivi, Əlövsəd Abdullayev küçəsində yerləşən fərdi yaşayış evində axtarış aparılan zaman 01 ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş silah Kalaşnikov markalı avtomat, içərisində 3 ədəd patron olan 1 ədəd daraq aşkar edilmişdir. Rəhim Şıxəliyev bildirmişdir ki, aşkar olunan döyüş sursatlarını təxminən on il əvvəl Sumqayıt şəhəri ərazisində tapmışdır, ona məxsusdur. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 03 fevral 2022-ci il tarixli, 011-1310-1212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır, təqdim edilmiş 02 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar, təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır. Patron atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 2 ədəd 5,45x39 mm kalibirli patronlardan 1 ədəd eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 4(074)-18/2022 saylı qərarından görünür ki, Şıxəliyev Rəhim Şıxəli oğlunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 02 fevral 2022-ci il tarixdən hesbalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 mart 2022-ci il tarixli arayışından görünür ki, Şıxəliyev Rəhim Şıxəli oğlu Sumqayıt şəhər Xalq Məhkəməsinin 10 sentyabr 1984-cü il tarixli hökmü ilə CM-nin 144-cü maddəsinin 2 hissəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edlmiş, SSRİ X8 Heyətinin 18 iyun 1987-ci il tarixli qərarı ilə cəzası azaldılıb, 6 ay 10 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 28 dekabr 1987-ci ildə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Xalq Məhkəməsinin 26 noyabr 1993-cü il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 23-1 maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan şərti məhrum olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Xalq Məhkəməsinin 10 avqust 1994-cü il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 2 hissəsi ilə təqsirli bilinib, 39-cu maddə tətbiq edilməklə, əmlakı müsadirə olunmaqla 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 22 dekabr 1997-ci ildə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Bundan başqa Nəsimi rayon Məhkəməsinin 17 may 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin 23 may 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarilxi Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 05 avqust 2008-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 08 yanvar 2015-ci il tarilxi hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. 01 sentyabr 2018-ci ildə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Məhkumluğu yoxdur. İş materiallarında olan Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 mart 2022-ci il tarixli 669 saylı arayışından görünür ki, Şıxəliyev Rəhim Şıxəli oğlu Şamaxı şəhəri, 2a massivi, Əlövsəd Abdullayev küçəsində yaşayır. İş materiallarında olan Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Şıxəliyev Rəhim Şıxəli oğlunun adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 25.02.2022-ci il tarixli, 640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəfiyin əfamətfəri aşkar olunmur, əvvəllər psixiatrik müəssisələrə müraciət etməmişdir, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyəən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavradığı, bu barədə düzgün məlumat verə biləcəyi müəyyən edilir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı hassaslıq, əsəbilik aşkar olunur. X1 törətdiyi əməl dövründə (02 fevral 2022-ci il tarixdə) hər hansı psixi xəstəlik qeyd olunmamışdır. X2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. X3 xasiyyətin psixopatik cizgiləni müəyyən edilir. Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə öz hərəkətlərinə cavab vermək, tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri qeyd olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidamnda olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hövsələsizlik, kobudluq, laqeydlik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hirslilik, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd edilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hazırki müayinə zamanı X3 təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar edilmədi. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan, 01 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45 millimetr kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli, nömrəsi silinmiş odlu yivli silah, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 millimetr kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-daraq, 01(bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 millimetr kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı-patron və 01 (bir) ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 millimetr kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı-patron hökm qanuni qüvvəsini aldıqdan sonra Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Şıxəli oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Şıxəli oğlu Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45 millimetr kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli, nömrəsi silinmiş odlu yivli silah, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 millimetr kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-daraq, 01 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 millimetr kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı-patron və 01 (bir) ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 millimetr kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı-patron hökm qanuni qüvvəsini aldıqdan sonra Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Şıxəliyev Rəhim Şıxəli oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar