Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-53/2024 29.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1965-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 mart 2024-cü il tarixdə saat 19:45-də Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Şamaxı rayon məhkəməsinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 20:35-dən başlayaraq rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd sellofona bükülmüş bükümün içərisində xeyli miqdarda, ümumi təmiz çəkisi 15,95 (on beş tam yüzdə doxsan beş) qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Şamaxı şəhəri, Şəhriyar küçəsi, ev 31 ünvanında yaşayır. Özü narkotik vasitə olan marixuana istifadəçisidir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmuşdur. 13 mart 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb zibil atmağa gedən zaman evinin yaxınlığındakı zibilliyin yanında yerdə bükülü şəffaf sellofan olduğunu görmüşdür. Həmin sellofanın içərisində yaşıl kütlə olduğunu görüb onun narkotik olduğundan şübhələnərək götürüb açıb baxdıqda, həqiqətən qurudulmuş marixuana olduğunu görmüş və həmin bükülünü əynindəki qara rəngli qısaqollu gödəkçənin sol yan cibinə qoyaraq yoluna davam etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana üzərində olanda axşam təxminən saat 19:45 radələrində Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Şamaxı rayon məhkəməsi və “Bakcell” mağazasının yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışıb, polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişdirlər. Lakin o etiraz edərək, üzərində heç bir narkotik vasitənin olmamasını polis əməkdaşlarına bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində axtarış keçirmişlər. Üzərində axtarış keçirməzdən əvvəl ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya varsa özü təqdim etsin. O da əynindəki qara rəngli qısaqollu gödəkçənin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükülünü açdıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin bükülü sellofanla birlikdə 14 (on dörd) qram olmuşdur. Onun iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan bir ədəd şəffaf sellofana bükülmüş bükümdə aşkar olunmuş marixuana kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi va protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. O, tapdığı qurudulmuş marixuananı istifadə etmək üçün cibinə qoymuşdur. Narkotik vasitəni üzərində gəzdirməkdə başqa heç bir məqsədi olmamışdır. Polis əməkdaşları onu Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Şamaxı rayon məhkəməsi və “Bakcell” mağazasının yaxınlığında, küçədə piyada gedərkən tutaraq Şamaxı rayon polis şöbəsinə gətirmişdirlər. O, narkotik vasitəni bir qədər saxladıqdan sonra onu atmaq istəmiş, lakin buna imkanı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailəli olmaqla himayəsində iki övladı olmasını, ailəsinə yeganə qazanc gətirən olmasını və özünün 3-cü qrup əlil olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 13 mart 2024-cü il tarixdə Şamaxı şəhəri, Şəhriyar küçəsi, ev 31-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 13 mart 2024-cü il tarixdə təxminən saat 19:45 radələrində Şamaxı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Şamaxı rayon məhkəməsi və “Bakcell” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu Təqsirləndirilən şəxs bildirmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək, üzərində heç bir narkotik vasitənin olmadığını söylədiyindən, həmin vaxt həmin şəxsi Şamaxı RPŞ-nə dəvət etmişlər və sonuncu etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman sonuncunun əynindəki qara rəngli qısaqollu gödəkçənin sol yan cibində bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılaraq içərisinə baxıldıqda, içərisindən açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan marixuana olan sellofana bükülmüş büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş XXX Şahid4 ifadəsində bildirdi ki,13 mart 2024-cü il tarixdə təxminən saat 20:30 radələrində Şamaxı rayon polis şöbəsinin inzibati binasında xidmətdə olmuş, ona Şamaxı şəhəri, Şəhriyar küçəsi, ev 31-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə gəzdirməsi ilə bağlı həmin şəxsin rayon polis şöbəsinə gətirilməsi ilə bağlı üzərinə baxış keçiriləcəyini və baxış zamanı mobil telefon vasitəsilə videogörüntüyə almağı ondan xahiş etmişlər. O da buna görə RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmə anını mobil telefonla videogörüntüyə çəkməyə başlamışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqollu gödəkçənin sol yan cibində bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan marixuana olan sellofana bükülmüş büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. Məhkəmə iclasının yeri və vaxtı varədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlməmiş, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı varədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlməmiş, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində bildirmişdir ki, 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Şamaxı RPŞ-nə gətirildikdən sonra barəsində tərəfindən şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilən zaman ümumi çəkisi 14 (on dörd) qram olsa da, məhkəmə bioloji ekspertiza tərəfindən həmin narkotik vasitənin təmiz çəkisinin 15,95 (on beş tam yüzdə doxsan beş) qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar olunmuş bir ədəd sellofan bükümə bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisini müəyyən etdikləri elektron tərəzi nasaz olması səbəbindən həmin narkotik vasitənin çəkisi 14 (on dörd) qram göstərmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana məhkəmə bioloji ekspertizaya təqdim edilərkən ekspert tərəfindən çəkisinin dəqiq olaraq 15,95 (on beş tam yüzdə doxsan beş) qram olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindən bir ədəd sellofan paketə bükülmüş büküm aşkar edilmiş, həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli, 3-16-16/2-7/430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazılar və imzalar olan zərfdə 1(bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 15,95 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 15,95 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 15,90 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 15,90 qram narkotik vasitə olan qurudulmuş marixuana olduğundan iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 2114 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təstiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 aprel 2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Yaşadığı yer üzrə onun barəsində ailə üzvləri və qonşuları tərəfindən Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı RMX-sı publik hüquqi şəxsin 18 aprel 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi Əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ X6 Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-74710/2024 saylı məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sisteminin pensiya alt sisteminə əsasən filialdan İİİ dərəcə əlilliyə görə əmək pensiyası alır. Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 03 avqust 2010-cu il təvəllüldü və 30 dekabr 2011-ci il təvəllüldü 2 uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsi, 143-cü maddəsinin 4-cü hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirəsi olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası xx.xx.1992-ci il tarixli “Amnistiya” qərarının 8-ci maddəsinin “V” bəndinə əsasən çəkilməmiş cəzası 1/3 qədər azaldılıb, 04 il 08 ay cəza saxlanılmış, Bakı şəhəri Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2 maddəsinə əsasən 03 il 28 gün əməyə mütləq cəlb edilməklə şərti azad edilmişdir. Binəqədi rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi və 39-cu maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Moskva şəhəri Lefortov rayon Məhəməsinin xx.xx.2001-ci il tarixi RF CM-nin 228-ci maddəsinin 1-ci hissəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Moskva vilayəti Naqinsk şəhər Məhəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 316, 116-cı maddəsinin 1-ci hissəsi və 69-cu maddəsinə əsasən 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Moskva şəhəri İzmaylov rayon Məhəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin “V” bəndinə əsasən 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, 3-cü dərəcə əlil olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 15,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və Şamaxı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 15,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-53/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-53/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver