Məhkəmə qərarları › İş №1(074)-54/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-54/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-54/2024 02.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Şamaxı rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Şamaxı rayonu ərazisində evlərin alqı-satqısı və təmiri işləri ilə məşğul olan şəxslərlə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək ev alınması sahəsində istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün 2018-ci ilin may ayında ona müraciət edən həmkəndlisi Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya üç-dörd il ərzində Şamaxı şəhəri, 110 nömrəli çoxmənzilli binanın birinci mərtəbəsindən mənzil verilməsini təşkil edəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin may ayından 2024-cü ilin fevral ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı Şamaxı rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evində mütəmadi olaraq müxtəlif bəhanələrlə hər dəfə 500 (beş yüz) – 600 (altı yüz) manat, sonuncu dəfə 05 fevral 2024-cü il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti binasının yaxınlığında idarə etdiyi avtomobildə 600 (altı yüz) manat olmaqla əlbəəl aldığı pul vəsaitlərini ələ keçirib öz şəxsi ehtiyaclarına xərcləməklə sonradan verdiyi vədə əməl etməyərək, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 30000 (otuz min) manat məbləğində özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, onunla və ailəsi ilə münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Sudurqa xəstəliyi olduğu üçün ona dövlət tərəfindən “Relaium” iynəsi verilir. O da həmin iynəni sudurqası tutmasın deyə bəzi vaxtlarda Şamaxı rayon Mərkəzi xəstəxanasından götürür. Dəqiq yadında deyil, təxminən 3 il əvvəl ona dövlət tərəfindən verilmiş həmin iynəni götürüb geri qayıdan zaman həmkəndlisi Zərərçəkmiş şəxs xəstəxananın qarşısında görmüş və ondan burada nə işinin olmasını soruşmuşdur. Xalidə ona bildirmişdir ki, uşağın komissiyasına görə gəlib. Daha sonra Xalidə ona demişdir ki, evləri qəzalı vəziyyətdədir onlara yeni ev lazımdır. O, da ona bildirmişdir ki, “kömək edə bilərəm, istəsən həmin evi söküb tikərəm”. Lakin Xalidə bildirmişdir ki, kənddə yox, Şamaxı rayonunda ev istəyir. O, yenə də Xalidəyə bir həmkəndlisi kimi kömək edəcəyini bildirmişdir. Həmin 3 il ərzində Xalidədən təxminən ümumillikdə 7000 manat pul xırda-xırda almışdır. Məqsədi o olmuşdur ki, Şamaxı rayonu ərazisində yurd yeri tapsın və orada Xalidəgil üçün ev tikdirsin. Onun başqa məqsədi olmamışdır. Sadəcə olaraq o, ev və yurd məsələsini alındıra bilmədiyindən və pulu qaytara bilmədiyindən belə bir vəziyyət alınmışdır. O, hissə-hissə ondan aldığı pulu qaytarmağa hazırdır və ona bu barədə demişdir. Zərərçəkmiş şəxs son 3 il ərzində xırda-xırda ümumillikdə 7000 (yeddi min) manat pul almışdır. Həmçinin ona Şamaxı rayonu ərazisində yerləşən 110 nömrəli çoxmənzilli binanın birinci mərtəbəsindən mənzil verilməsini təşkil edəcəyi barədə yalandan vəd verib aldatmamış, ona yurd yeri tapıb ev tikməyinə kömək edəcəyini demişdir. Zərərçəkmiş şəxs ilə ilk söhbətləri Şamaxı rayonu Mərkəzi xəstəxanasının yaxınlığında olmuşdur. Onun Xalidənin bildirdiyi kimi bir tanışı olmamış, o, həmin şəxsin adını elə belə vermişdir ki, Zərərçəkmiş şəxs ona inansın. Zərərçəkmiş şəxs ona evin şəratinin hansı formada olacağını şəkillər formasında ona göndərdiyindən, o da Zərərçəkmiş şəxs inandırmaq üçün internet vasitəsilə yüklənmiş fotoşəkilləri ona göndərmişdir. O, bütün pulları alarkən kənar şəxslərdən heç kim bu hadisənin şahidi olmamışdır. O, həmin pulları özünün şəxsi ehtiyacları üçün xərcləmiş, başqa heç kimə verməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmələrini bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, heç bir yerdə işləmir, evdar qadındır. O, Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Onunla və ailəsi ilə əvvəllər münasibəti həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Evləri qəzalı vəziyyətdədir. O, 2018-ci ilin may ayında həmkəndlisi Təqsirləndirilən şəxs görmüş və bir qədər söhbət etdikdən sonra Vüsala evlərinin qəzalı vəziyyətdə olduğunu, buna görə də evi təmir etdirmək yox, yenisi ilə əvəz etmək istədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara özünü Şamaxı rayonu ərazisində evlərin alqı-satqısı və təmiri işləri ilə məşğul olan şəxslərlə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, onlara ev alınması sahəsində istənilən məsələni həll etmək imkanının olmasını bildirmiş və demişdir ki, Şamaxı şəhərində tikiləcək növbəti binadan ev ala bilmələri üçün onların adını Şamaxı rayonu İcra Hakimiyyətində mənzil növbəsinə yazdıracaq. Vüsal ona mənzili tez alsın deyə adını siyahıya birinci yazdıracağını demişdir. Həmin vaxt Vüsal onlara bildirmişdir ki, adını birinci siyahıya qeyd etmək üçün pul vermək lazımdır. Həmin vaxt Vüsal ondan 500 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs bu sözlərinə inanıb onunla razılaşmış, 2018-ci ilin may ayında, yaşadığı evdə Vüsala 500 manat pul vermişdir ki, ilkin ödəniş kimi versin və onların adını siyahıya birinci qeyd etdirsin. İlkin ödəniş etməsi üçün 500 manat pulu verən zaman Vüsaldan evin nə vaxt təhvil veriləcəyini soruşduqda, Vüsal bildirmişdir ki, yaxın vaxtlarda Şamaxı şəhərində növbəti çoxmənzilli binanın tikintisinə başlanacaq və üç-dörd il ərzində həmin binanın tikintisi başa çatacaq və həmin binanın birinci mərtəbəsindən ona mənzil verilməsini təşkil edəcək. Beləcə həmin vaxtdan sonra bir neçə il ərzində Vüsala hər dəfəsində 500-600 manat pul vermişdir ki, qeyd etdiyi binadan ona mənzil verilməsini təşkil etsin. Bir neçə il sonra Vüsal ona bildirmişdir ki, Şamaxı şəhərində 110 nömrəli çoxmənzilli binanın tikintisinə başlanılıb, həmin bina evləri təmirə yararsız, qəzalı vəziyyətdə olan şəxslər üçün tikilir və ona mənzili 110 nömrəli çoxmənzilli binanın məhz birinci mərtəbəsindən təşkil edəcəkdir. Beləcə 2018-ci ilin may ayından 2024-cü ilin fevral ayınadək Vüsal evlə bağlı müxtəlif bəhanələrlə demək olarki hər ay yaşadığı evə gəlib ondan mütəmadi olaraq hər dəfəsində 500-600 manat pul almış, lakin ev məsələsini həll etməmişdir. O, Vüsala hər dəfəsində 500-600 manat pulu valideynlərinin aldıqları pensiya məbləğindən vermişdir. O, dəfələrlə Vüsaldan evin nə vaxta qədər hazır olacağını soruşan zaman, həmçinin azyaşlı qız övladının əqli xəstə olmasını ona deyən zaman Vüsal müxtəlif bəhanələr gətirərək onu aldatmış və yaxın aylarda evin hazır olacağını demişdir. O, bir həmkəndli kimi şikayət edib pislik etməsin deyə Vüsala inanıb gözləmişdir ki, evi ona təhvil verərlər. Hətta Vüsal bir neçə dəfə ona ev şəkilləri göndərmişdir ki, guya şəkillərdəki ev onun evidir və qısa bir vaxta təhvil veriləcəkdir. Həmçinin Vüsal ona demişdir ki, ev məsələsini Aydın Qasımov adlı tanışı vasitəsilə həll edir. Həmkəndlisi Təqsirləndirilən şəxs sonuncu dəfə 05 fevral 2024-cü il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti binasının yaxınlığında ondan 600 (altı yüz) manat pulu alaraq ona bildirmişdir ki, 13 fevral 2024-cü il tarixdə ev artıq tam hazır vəziyyətdə təhvil veriləcəkdir. Vüsal ona Şamaxı şəhəri 110 nömrəli binada ev veriləcəyini deyib binanı göstərən zaman o, Vüsala bildirmişdir ki, anası xəstədir, onlara birinci mərtəbədən evi təşkil etsin. Lakin Vüsal evin 5-ci mərtəbədə olmasını, onların xətrinə mənzili 1-ci mərtəbədə təşkil etdirəcəyini bildirmişdir. Vüsal onu dəfələrlə aldadaraq 2018-ci ilin may ayından 2024-cü ilin fevral ayınadək ondan ümumilikdə 30000 manat pul almış, lakin evi ona təhvil verməmişdir. O, artıq Vüsalın bu hərəkətlərinə dözməyib bu barədə Şamaxı rayon polis şöbəsinə gələrək rəsmi ərizə ilə müraciət etmişdir. Vüsal onu inandırmaq üçün istifadəsində olan mobil nömrədən “Whatsapp” tətbiqində ona Aydın Qasımlı adlı şəxsin adından mesaj yazaraq həmin mesajda ona 110 mənzilli binadan mənzil verildiyini, həmin mənzilə fevral ayının 13-də köçə biləcəyini göstərmişdir. Vüsal hər dəfəsində ondan 500- 600 manat olmaqla ümumilikdə 30000 manat pul almış, hər dəfəsində 500-600 manat olmaqla ümumillikdə 30000 manat pulu Vüsala ona görə vermişdir ki, onun üçün binada yeni evin verilməsini təşkil etsin. Təqsirləndirilən şəxs hər dəfəsində pul verdikdə yanında anası Cəmilə Əzizova olmuş, o, məhz anasının yanında Təqsirləndirilən şəxs hissə-hissə pul vermişdir. Lakin anası ağır xəstədir. O, həmin pulları hamısını öz evində vermiş, yalnız sonuncu məbləği, yəni 600 manatı 05 fevral 2024-cü il tarixdə Şamaxı rayonu İcra Hakimiyyəti binasının yaxınlığında Vüsalın idarə etdiyi avtomobildə vermişdir. Təqsirləndirilən şəxs hər ay onun yaşadığı evə gələrək ondan 500-600 manat pul verməyini istəsə də, 2018-ci ilin may ayından sonuncu məbləği verdiyi xx.xx.2024-cü il tarixədək olan müddət ərzində bəzi aylar imkanı olmadığından Vüsala pul verə bilməmişdir. Vüsala konkret hansı aylar pul vermədiyini xatırlamasa da, 2018-ci ilin may ayından sonuncu məbləği verdiyi 2024-cü ilin fevral ayının 5 tarixi də daxil olmaqla Vüsala hər dəfəsində 500-600 manat olmaqla ümumilikdə 30000 manat məbləğində pul vermişdir. Həmin məbləğ qarşılığında Vüsal onun ev məsələsini həll etməli, yəni evləri qəzalı vəziyyətdə olan sakinlər üçün tikilən 110 nömrəli çoxmənzilli binadan ona ev verilməsini həll etməli idi. Lakin o, vədinə əməl etməyərək ona qarşı dələduzluq edib 30000 manat məbləğində pulunu ələ keçirmişdir. Hazırki vaxtadək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs ona Şamaxı şəhərində yerləşən 110 nömrəli çoxmənzilli binadan mənzil təşkil edəcəyini vəd verməsi, habelə bu məqsədlə ona 30000 məbləğində pul verməyindən dayısı Şahid məlumatı olmuşdur. Sonda Təqsirləndirilən şəxs ilə ona vurulmuş 30000 (otuz min) manat ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiyini, Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayətinin olmamasını və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı qızıdır, münasibəti də normaldır, Xalidənin atası xəstə olduğuna görə bir böyük kimi onların işinə o, nəzarət etmiş, hər hansı bir problemləri olarsa onunla məsləhətləşmişlər. Belə ki, dəqiq tarixi xatırlamır, bir müddət əvvəl, Xalidə ona bildirmişdir ki, Şamaxı rayonu Muğanlı kəndində yaşayan Təqsirləndirilən şəxs ona Şamaxı rayonu ərazisində bina evi yerindən ev alacağını bildirib, hər ay 500-600 manat olmaqla, son 6 il ərzində ümumillikdə 30000 manat pulunu almışdır, onlar da həmin pulu pensiya pulu ilə xırda-xırda toplayıb Vüsala veriblər. Sonradan məlum olmuşdur ki, Vüsal onun bacısı qızı Xalidəni aldadıb, nə ona ev almamış, nə də ki, aldığı pulu geri qaytarmamışdır. Buna görə də, bacısı qızı Xalidə də polisə şikayət edərək, Vüsalın ona qarşı dələduzluq etməsini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması haqqında” 21 fevral2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 4(074)-10/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 mart 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hərbi Dəniz Qüvvələrinin Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 241-ci maddəsinin “A”, “B” bəndləri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şamaxı Rayon İHB-nin Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli 5-75-44/2-59/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən də Şamaxı rayonu, Muğanlı kəndində yaşayır, ailə tərkibi: X6-xx.xx.1983-cü il təvəllüdlü arvadı, X4-xx.xx.2005-ci il təvəllüdlü qızı, X5-xx.xx.2007-ci il təvəllüdlü qızı, X7xx.xx.2009-cü il təvəllüdlü oğlu və X8-xx.xx.2014-cü il təvəllüdlü oğlundan ibarətdir. Təqsirləndirilən şəxs müsbət yönümdə xarakterizə olunur. Şamaxı Rayon İHB-nin 18 aprel 2024-cü il tarixli 5-75-1/2-306/2024 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evə (ev X1 adına aktlaşdırılmışdır) Fövqalədə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş, təmirə ehtiyacı olduğu müəyyən edilmişdir. Lakin təmir işlərinə başlanılan zaman vətəndaş lahiyəsmetada sənədlərində nəzərdə tutulan işlərlə razılaşmadığı üçün ev təmir olunmamışdır. Fərdi yaşayış evinə X3 müvafiq komissiyası tərəfindən qəzalı rəyi verilmədiyi üçün yeni fərdi yaşayış evinin tikilməsi və yaxud mənzillə təmin olunması nəzərdə tutulmamışdır. “Götürmə aparılması və baxış keçirilməsi” haqqında 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı diskdə Zərərçəkmiş şəxs cinayət işi ilə əlaqədar olan, mobil telefonu vasitəsilə çəkdiyi 9 ədəd videogörüntü və bir ədəd fotoşəkil olması müəyyən edilmişdir. Həmin görüntülərin 4 ədədinə baxan zaman görünür ki, hadisənin baş verdiyi vaxtlarda, yəni Zərərçəkmiş şəxs ev almaq məqsədilə Təqsirləndirilən şəxs yaşadığı Şamaxı rayonu, Muğanlı kəndində yerləşən evində və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə müxtəlif məbləğlərdə pullar verir. Digər 5 ədəd görüntüdə isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ev almaq üçün verəcəyi pulları çəkdiyi görünür. Əldə olunmuş 1 ədəd fotoşəkildə isə 777v adı ilə telefon kitabçasına qeyd olunmuş mobil nömrə ilə “Whatshapp” mobil tətbiqi vasitəsilə mesajlaşmanın olduğu, həmin mobil nömrə tərəfindən whatsapp tətbiqində Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Hormetli ezizova xalide size wamaxi rayonunda 110 menzilide verlien menzile kocmezine 13 fevral igaze verildi tehlukesizliye nezaret etmeyinizide sizden xahis edirik xeyirlli olsun igraci AYDİN QASİMLİ” məzmunlu mesaj yazılması müəyyən olundu. Həmçinin müəyyən olundu ki, 777v adı ilə telefon kitabçasına qeyd olunmuş mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədir. Zərərçəkmiş şəxs qıznın ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə ona vurulmuş 30000 (otuz min) manat ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmişlər, Təqsirləndirilən şəxsla barışmış, ondan şikayəti yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmələrini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və himayəsində 1 azyaşlı, 3 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək tutma altında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı ümumilikdə 7 ay 9 gün gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 4 saat hüquqi yardım göstərməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil X2 və 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 7 ay 9 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 2 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 4 saat hüquqi yardım göstərməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil X2 və 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar