Məhkəmə qərarları › İş №1(074)-55/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-55/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-55/2021 05.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmuş, Şamaxı şəhəri M.Əfəndiyev küçəsi 12 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 01 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Şamaxı rayonu Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarına açıq sahəyə qoyulmuş, həmin ərazidə avtomobil yolunun işıqlandırılması üçün quraşdırılması planlaşdırılan elektrik dirəklərində istifadə olunması üçün nəzərdə tutulmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus hər birində 500 (beş yüz) metr olmaqla ümumilikdə 1000(min) metr uzunluğunda 02(iki) tağalaq elektrik kabelini oğurlamaqla zərərçəkmiş şəxsə məxsus 4350 (dörd min üç yüz əlli) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuana əldə edib üzərində saxlamaqla daşımış, 08 yanvar 2021-ci il tarixdə saat 17:30 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisindəki ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə yerləşən mişar daşları ilə inşa `edilmiş toyuqların saxlanması üçün nəzərdə tutulan damın içərisindən 02 ədəd şüşə bankada şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda çəkiləri - 30.0 (otuz) qram və 1,507 (bir tam mində beş yüz yeddi) qram olmaqla ümumi təmiz çəkisi 31,507 (otuz bir tam mində beş yüz yeddi) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1 -ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 2020-ci ilin dekabr ayının sonuncu həftəsinin 3-cü günü, yəni 30 dekabr 2020-ci il tarixdə axşam saat 23 radələrində o, tanışı Şahid1 ilə küçədə rastlaşmış, o, idarə etdiyi “VAZ 2107” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evinə gedərkən ona işarə edib saxlatdırmış və onunla birlikdə Pirqulu kəndi ərazisi tərəfə gəzmək kimi getmələrini təklif etmiş, Bəxtiyar da etiraz etməmiş və onun idarə etdiyi “VAZ 2107” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bəxtiyarla birlikdə Şamaxı rayonu Pirqulu kəndi istiqamətində hərəkət etmişlər. Əngəxaran kəndi ərazisində yolda hərəkətdə olarkən o, yolun kənarında 2 ədəd elektrik kabel tağalağın olduğunu görüb Bəxtiyara demişdir ki, saxla maşını kabeli kənara çəkək. Bəxtiyar da ona “nə edirik ki, bizlik deyil” sözlərini deyib avtomobili saxlamadan yola davam etmiş və avtomobil ilə Pirqulu kəndinə çatmamış yolda bir qədər hərəkət edib sonra avtomobil ilə yollarına davam edib Şamaxı rayonu mərkəzinə tərəf gəlmişlər. Yolda Şamaxı rayonu Əngəxaran kəndi ərazisində yola yaxın yerdə həmin 2 ədəd elektrik kabeli tağalağın hələ də yolun kənarında qaldığını görüb Bəxtiyara demişdir ki, “avtomobili saxla kabeli kənara çəkək”. Bəxtiyar da əvvəlcə razılaşmasa da onun təkidindən sonra avtomobili yolun kənarında saxlamış, Bəxtiyarla ikisi avtomobildən düşərək ikisi də köməkləşib 2 ədəd elektrik kabeli tağalağın yoldan bir qədər kənara itələmişlər, sonra Bəxtiyar avtomobilinə əyləşmiş, o, isə 02 ədəd elektrik kabel tağalaqlarını bir qədər də kənara itələyəndə tağalaqlar dərədən aşağı düşmüş, qaranlıq olduğundan kabelin konkret hara düşməsini görməmişdir. Sonra da avtomobilə əyləşib yollarına davam edib Şamaxı rayonu ərazisinə qayıtmışlar. Həmin gündən sonra 01 yanvar 2021 -ci il tarixdə o, fikirləşmişdir ki, yolun kənarına diyirləndirdiyi elektrik kabelini götürsün. Bu məqsədlə o, idarə etdiyi “KİA Optima” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tək halda saat 23 radələrində Əngəxaran kəndinə getmiş, avtomobili yolun kənarında saxlayıb işıqlarım söndürmüşdür. Bir qədər gözləyib heç kim olmadığına əmin olandan sonra 2 ədəd elektrik kabel tağalağın diyirlətdiyi dərəyə düşərkən görmüşdür ki, tağalaqlar diyirlətdirdikləri yerdə qalıblar, həmin tağalaqlar ağır olduğundan tək götürə bilməyəcəyini bilib, buna görə də hər bir tağalağın üstündə olan elektrik kabellərini açmış və ayrı-ayrı dərədən qaldırıb avtomoilin yük yerinə yığmış, sonra da avtomobili idarə edib Şamaxı rayon mərkəzinə qayıtmışdır. Sonra həmin kabelləri evinin həyətindəki əl damı kimi istifadə etdiyi yerdə saxlamışdır. Həmin kabelləri istintaqa təqdim edərək onu da qeyd etmişdir ki, o, təxminən 2 ay bundan əvvəl Şəhriyar qəsəbəsində evindən bir qədər aralıdan keçən adı olmayan kiçik çay yatağının yanında olarkən yerdə sellofan bükülü görüb marağını çəkdiyi üçün götürmüş və sellofan torbanı açıb içinə baxanda narkotik vasitə olan marixuana kütləsi və tumları olduğunu görmüşdür. Fikirləşmişdir ki, özü istifadə edər, buna görə də sellofan torbanı götürüb gödəkçəsinin arasında gizlətmiş və Şəhriyar qəsəbəsində yerləşən özünə məxsus həyətyanı sahədə tikdirdiyi toyuqlar üçün əl damına gətirmişdir. Özü narkotik vasitə istifadə edən olduğu üçün saxlamışdır ki, ehtiyacı olanda istifadə edər. Marixuana olan yarpaqlar və tumları qarışıq olduğundan onları iki ədəd şüşə bankaya yığmış və toyuqlar üçün əl damında saxlamışdır. O, nəşəni, yəni marixuananı saxlamışdır ki, istifadə edər və tumlarını da saxlamış, lakin tumlarını istifadə etmək məqsədi olmamışdır. O, elektrik kabellərini polisə təhvil verəndən sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindəki əl damında videoçəkilişdən istifadə edilməklə baxış keçiriləndə də həmin narkotik vasitə olan nəşə aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 onun heç bir əməlindən məlumatı olmamışdır. O, tək halda elektrik kabellərini aparmışdır. Bəxtiyar onunla birlikdə kabel tağalağını dərəyə itələsə də, o, bilməmişdir ki, o, həmin elektrik kabellərini oğurlayacaq. Bəxtiyar elə zənn etmişdir ki, onlar ancaq elektrik kabellərini yoldan kənara çəkmişlər ki, yola mane olmasın, o, onun oğurluq niyyətini bilməmişdir. Həmçinin onun narkotik vasitə saxlamağından da Bəxtiyarın məlumatı olmamışdır. Ümumiyyətlə həmin narkotik vasitədən heç kimin məlumatı olmamışdır. O, gizlin şəkildə həmin narkotik vasitəni saxlamışdır. Həmin əl damına ondan başqa heç kim daxil olmur. O, heç kimdən narkotik vasitə almamış, başqa heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Zərərçəkmişə dəyən ziyanı ödəmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, işlədiyi şirkət elektrik xətlərinin çəkilməsi ilə bağlı ixtisaslaşmışdır. X6 Bakı Abad Şirkətinin Şamaxı rayonu ərazisində Şamaxı-Pirqulu yolunun küçə işıqlandırılması ilə bağlı götürdüyü işin podratçı şirkəti kimi həmin işin elektrik xətlərinin çəkilməsi hissəsi onların şirkətinə həvalə edilmişdir. O, da həmin işlərdə sahə rəisi kimi işləmişdir. Belə ki, 26 dekabr 2020-ci il tarixdə, saat 17 radələrinə kimi onlar Şamaxı rayonu Əngəxaran kəndi ərazisinə kimi işlərini görmüşlər. Həmin kəndin ərazisində qəbiristanlığın yaxınlığında şirkətin avadanlıqlarını, yəni elektrik dirəklərini, elektrik kabellərini saxlamışlar. Həmin yerdə təhlükəsizlik kamerası olduğundan heç bir mühafizə işi təşkil etməmişdir. 06.01.2021-ci il tarixdə saat 10 radələrində işini davam etdirmək üçün sahəyə gələndə görmüşlər ki, hər birində təxminən 500 metr (5x25 mm kv en kəsiyi olan) elektrik kabelləri olan 2 ədəd tağalaq oğurlanmışdır. Buna görə də Şamaxı RPŞ-ııə ərizə ilə müraciət etmişlər. Şamaxı rayon polis şöbəsində müraciəti ilə əlaqədar cinayət işi başlanılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, həmin cinayət hadisəsinin törədən Şamaxı şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs oğurladığı hər birində təxminən 500 metr (5x25 mm kv en kəsiyi olan) elektrik kabelləri olan 2 ədəd tağalaqları Şamaxı rayon polis şöbəsinə təhvil vermiş, həmin kabel onun tərəfindən tanınmış və təhvil götürülmüşdür. Hal-hazırda da istifadə olunmaqdadır. Ümumilikdə 1000 metr uzunluqda elektrik kabeli oğurlanmışdır. Həmin kabelin hər metrinin qiyməti təxminən 4.35 (dörd manat otuz beş qəpik) AZN dəyərində olduğundan ümumi olaraq şirkətə təxminən 4350 manat dəyərində maddi ziyan dəymişdir. Bundan əvvəl bu kimi oğurluq hadisəsi baş verməmişdir. Həmin kabellərin mühafizəsinə heç kim nəzarət etmir. Onlar həmin elektrik avadanlıqlarının açıq sahədə nəzarətsiz qalmasına görə avadanlıqların mühafizəsi ilə bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməmişlər. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 2107” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Belə ki, 30 dekabr 2020-ci il tarixdə gündüz vaxtı, bütün günü o, qohumlarının yas mərasimində olmuşdur. 30.12.2020-ci il tarixdə, saat 23 radələrində o, oradan çıxıb evlərinə çatanda divarın tinində dostu və qonşusu olan Təqsirləndirilən şəxsla qarşılaşmış, Vüqar ona demişdir ki, “sənin avtomobilinlə qalxaq yuxarı (yəni Pirqulu kəndi tərəfə) qayıdaq”. O, da etiraz etməmiş və idarə etdiyi “VAZ 2107” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Vüqarla birlikdə Şamaxı rayonu Pirqulu kəndi istiqamətində hərəkət etmişlər. Əngəxaran kəndi ərazisində yolda hərəkətdə olarkən Vüqar ona demişdir ki, «saxla maşını kabeli kənara çəkək». O, da Vüqara “nə edirik ki, bizlik deyil” sözlərini deyib avtomobili saxlamadan yoluna clavam etmiş və avtomobil ilə Pirqulu kəndinə çatmamış Vüqar hardansa tapdığı bir ədəd balaca kağız bükümdə narkotik vasitə olan nəşəni cibindən çıxarıb avtomobilin skorusunun yanma qoymuş və ona demişdir ki, “istifadə edək”, Onlar yolda fırlanıb Şamaxı şəhəri istiqamətində qayıdanda Pirqulu kəndi ərazisində boş yolda avtomobili saxlamışlar və nəşədən ikisi də istifadə etmək istəyəndə iki nəfər polis əməkdaşlarının avtomobil ilə hərəkət etməsini görmüşlər. O, tez olaraq nəşəni götürüb qaranlıqda yol kənarında yerə atmışdır ki, polislər bilməsin. Polislər onların nəşə çəkmək istəmədiklərini və onlarda nəşə olmasını bilməmişlər. Polislərə heç bir problem olmadığını bildirdikləri üçün polislər gedəndən sonra onlar avtomobili idarə edərək yollarına davam edərək Şamaxı rayonu mərkəzinə tərəf gəlmişlər. Yolda Şamaxı rayonu Əngəxaran kəndi ərazisində yola yaxın yerdə elektrik kabeli tağalaqlarını görmüşlər, Vüqar ona demişdir ki, “avtomobili saxla kabeli kənara çəkək”. O, da avtomobili yolun kənarında saxlamış, Vüqarla ikisi avtomobildən düşüb, ikisi də köməkləşib elektrik kabeli tağalağların yoldan bir qədər kənara itələmişlər, lakin o, avtomobilə qayıdanda Vüqar tağalaqları bir qədər də itələdiyi üçün tağalaqlar dərəyə düşmüş, sonra da avtomobilə əyləşib yollarına davam edib Şamaxı rayonu ərazisinə qayıtmışlar. Şamaxı şəhəri ərazisində Vüqar ona demişdir ki, “qayıdaq nəşəni götürək”, lakin o, qayıtmaqdan imtina etmiş və Vüqarı evlərində düşürüb öz evinə qayıtmışdır. Sabahısı günü o, bütün günü yenə də qohumunun yas mərasimində olmuşdur. Sonradan bilmişdir ki, Vüqar səhərisi əmisi oğlunun avtomobili ilə qayıdıb Pirqulu kəndi ərazisində boş sahədə nəşəni atdığı yerdən nəşəni götürmüşdür, indi bilmişdir ki, Vüqar həmin elektrik kabellərini oğurlamışdır. Qeyd etmişdir ki, elektrik kabel tağalaqları yoldan kənara çəkməkdə məqsədi o olmuşdur ki, həmin kabel yola yaxın yerdə olsun, yoldakı avtomobillərin hərəkətinə mane ola bilməsin, buna görə də başqa məqsədləri olmamışdır. Vüqar tutulandan sonra bilmişdir ki, o, kabelləri oğurlamışdır. Lakin onun həmin oğurluqla bağlı heç bir əlaqəsi olmamışdır. Həmin vaxtı o, nəşə istifadə edərkən polis əməkdaşları gələndə bilinməməsi üçün dərhal nəşəni yoldan kənara atmışlar, polislərin bundan xəbəri olmamış, polislər gəldiyinə görə qorxduqları üçün həmin nəşəni gizlətmişlər. O,Vüqarla həmin əraziyə gedəndə elektrik kabelini oğurlaması ilə bağlı heç bir söhbət etməmişdir. Ümumiyyətlə oğurluq barədə danışmamışdır. Elektrik kabel tağalaqları yoldan kənara çəkəndən sonra Vüqar həmin elektrik kabellərini oğurlayacağı barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. “xxxx” MMC-ə məxsus Şamaxı rayonu Əngəxaran kəndi ərazisində avtomobil yolunun kənarında açıq sahədə nəzarətsiz qaydada qoyulmuş hər birində təxminən 500 m uzunluğunda olan 2 ədəd kabel tağalağının oğurlanması ilə əlaqədar Şamaxı RPŞ-nin İB-də cinayət işi açılmışdır. 08 yanvar 2021-ci il tarixdə, saat 17:30 radələrində Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X2, Şamaxı RPŞ-nin PPXT-mn polis nəfəri, polis serjantı X7 ilə birlikdə həmin cinayəti törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs məxsus olmaqla Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evi, həyətyanı sahəsi və tikililərdə onun özünün razılığı və iştirakı ilə baxış keçirilərkən həyətyanı sahədə olan mişar daşları ilə inşa edilmiş toyuqların saxlanması üçün nəzərdə tutulan damının içərisindən 02 ədəd şüşə bankada şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda çəkiləri – 30,0 (otuz) qram və 1,507 (bir tam mində beş yüz yeddi) qram olmaqla ümumi təmiz çəkisi 31,507 (otuz bir tam mində beş yüz yeddi) qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilib götürülən narkotik vasitə olan marixuana baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 08 yanvar 2021-ci il tarixli götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Şamaxı rayonu Əngəxaran kəndi ərazisindən oğurladığı, hər birində 500 metr uzunluğunda elektrik kabeli olan 2 ədəd kabel xəttini istintaqa təqdim etmiş, həmin elektrik kabelləri iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür, eləcə də istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 08 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus ev və yanındakı 2 həyətyanı sahə və sahədə yerləşən toyuq damına baxış keçirilmiş, həyətdəki əl damında yerdən bir ədəd şüşə bankada marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Baxış davam etdirilərkən əl damında karton qutusunun içərisindən üzərində mayonez sözləri yazılan şüşə banka aşkar edilmiş, şüşə banka açılarkən işərisində marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bankalarda olan kütlələrin narkotik vasitə olduğunu, özü istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş maddələr şüşə bankaların içərisində qalmaqla zərflərə qablaşdırılmışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 08 yanvar 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə saat 16:15-də tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 09.01.2021-ci il tarixli 7/37 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, - Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən evinin həyətyanı sahəsində olan dam (toyuqlar saxlamaq üçün yardımçı tikili) tikilisindən götürülmüş 01 ədəd şüşə bankada qurudulmuş marixuanaya oxşar kütlə’’ yazılar və imzalar olan birinci paketdə 1 ədəd üzərində mayonez sözü yazılmış şüşə bankada təmiz çəkisi - 30.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır”. - Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən evinin həyətyanı sahəsində olan dam (toyuqlar saxlamaq üçün yardımçı tikili) tikilisindən götürülmüş 01 ədəd şüşə bankada qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan ikinci paketdə 1 ədəd şüşə bankada təmiz çəkisi - 1,507 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin bankada təmiz çəkisi - 59,813 qram olan bitki toxumları əkilibbecərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. - Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketlərdəki marixuanaların ümumi çəkisi - 31.507 qramdır. Tədqiqata istifadə olunandan sonra qalıq 31,76 qram, çətənə bitkisinin tədqiqata sərf ediləndən sonra qalıq 59,783 qramdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 10 yanvar 2021-ci il tarixli 4(074)-3/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “xxxx” MMC-nin 26 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, oğurlanmış kabelin bir metrinin qiyməti 4,35 manat olduğundan cəmi 4350 (dörd min üç yüz əlli) manat dəyərində ziyan dəymişdir. İş materiallarından görünür ki, oğurluğun predmeti olan hər birində 500 metr uzunluğunda elektrik kabeli olan 2 ədəd kabel xətti iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhfil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 28.01.2021-ci il tarixli 271 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “təqdim olunmuş hər birində 500 metr uzunluğunda elektrik kabeli olan 2 ədəd kabel tağalağında olan kabelin bir metrini 4,35 manat olmaqla cəmi 4350 (dörd min üç yüz əlli) manat dəyər qiyməti müəyyən edilmişdir”. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 4(074)-16/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon Məhkəməsinin 10 yanvar 2021-ci il tarixli 4(074)-3/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 fevral 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lakin, 28 dekabr 2020-ci il tarixdə onun barəsində CM-nin 29,177.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(074)- 32/2021 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayəti törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 mart 2021-ci il tarixli 947 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1992-ci il təvəllüdlü X4, qızı 2015-ci il təvəllüdlü Həsənzadə Leyla Vüqar qızı, oğlanları- 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X9 ilə Şamaxı şəhəri M.Əfəndiyev küçəsi 12 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 12 aprel 2021-ci il tarixli 147-65261/5 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona Şamaxı rayon Məhkəməsinin 24 fevral 202-ci il tarixli 1(074)-32/2021 saylı hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkməmiş və çəkilməmiş hissəsi hökm üzrə olduğu kimi 1 il təşkil edir. İş materiallarında olan Az-İ 990447 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 14 oktyabr 2014-cü ildə nikahlarını bağlamışlar, ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 525668 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 may 2015-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X3r. İş materiallarında olan AZ-İİİ 936152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 09 iyun 2017-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X3r. İş materiallarında olan AZ-İV 377389 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 fevral 2020-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X3r. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adıan verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, öhdəsində 3 azyaşlı uşaqlarının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdıırlması cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmalı, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(074)-32/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası CM-nin 68-ci maddəsinə əsasən islah işlərinin 2 günün azadlığın məhdudlaşdırılması cəzasının 1 gününə bərabər tutulub hesablanmaqla yəni, 6 ay müddət qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 08 yanvar 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək həbsdə və ev dustqlığında olduğu 3 ay 27 gün müddət 7 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 66,46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 31,467 qram marixuana, 59,783 qram çətənə bitkisinin toxumları məhv edilməlidir. İş üzrə maddi sübutun zərərçəkmiş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, CM-nin 177.1-ci maddəsi ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(074)-32/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası CM-nin 68-ci maddəsinə əsasən islah işlərinin 2 günün azadlığın məhdudlaşdırılması cəzasının 1 gününə bərabər tutulub hesablanmaqla yəni, 6 ay müddət qismən birləşdirilərək Təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 08 yanvar 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək həbsdə və ev dustqlığında olduğu 3 ay 27 gün müddət 7 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 10 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri – 66,46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Şamaxı RPŞnin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 31,467 qram marixuana, 59,783 qram çətənə bitkisinin toxumları məhv edilsin. İş üzrə maddi sübutların zərərçəkmiş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar