Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-55/2022 20.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Şamaxı rayonu, Pirbəhli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 01 fevral 2022-ci il tarixdə saat 20 radələrində Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermanın həyətindən hər biri 20 (iyirmi) manatdan olmaqla cəmi 100 (yüz) manat dəyərində “Zil” markalı yük avtomobilinə aid 05 (beş) ədəd tənzimləyici yayı (resor), 300 (üç yüz) manat dəyərində yük avtomobilinə aid 01 (bir) ədəd elektrik tənzimləyicini (stablizator), bir metri 1.25 (bir manat iyirmi beş qəpik) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat dəyərində 200 (iki yüz) metr uzunluğunda elektrik naqilini, 40 (qırx) manat dəyərində 01 (bir) ədəd traktor malasını, hər biri 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat dəyərində “Zil” markalı yük avtomobilinə aid halqa (kolsa) ilə birlikdə 02 (iki) ədəd təkər ötürücüsünü (disk) gizli olaraq oğurlayıb aparmaqla, Zərərçəkmiş şəxs1 məxsus cəmi 790 (yeddi yüz doxsan) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 02 fevral 2022-ci il tarixdə saat 19 radələrində Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermanın həyətindən 40 (qırx) manat dəyərində 01 (bir) ədəd traktor malasını, hər biri 100 (yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat dəyərində əşyaların bərkidilməsi üçün istifadə edilən 04 (dörd) ədəd xamutu (zajim) və 100 (yüz) manat dəyərində armatur (bağlantı parçası) hissəsini gizli olaraq oğurlayıb aparmaqla, Zərərçəkmiş şəxs1 məxsus cəmi 540 (beş yüz qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 09 fevral 2022-ci il tarixdə saat 20 radələrində Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fermanın həyətindən hər biri 24 (iyirmi dörd) manat dəyərində 05 (beş) ədəd 50 (əlli) millimetr diametrlik dəmir boruları (turba) gizli olaraq oğurlayıb aparmaqla, Zərərçəkmiş şəxs2 məxsus cəmi 120 (yüz iyirmi) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, heç bir yerdə işmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. 01 fevral 2022-ci il tarixdə gündüz vaxtı o, Zərərçəkmiş şəxs1 Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fermasının yanından keçərkən fermada bir neçə dəmir əşyaların nəzarətsiz olmasını və fermada heç kimin olmadığını görüb oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə, həmin gün axşam saat 20 radələrində tək halda həmin fermaya getmiş, orada dayanıb ətrafı nəzərdən keçirmiş, hər hansı bir şəxsin olmadığına və onu kənardan kiminsə görmədiyinə əmin olmuş, görmüşdür ki, hasar uçmuş və həmin uçuq yerdən həyətə daxil olub görmüşdür ki, həyətdə “Zil” markalı yük avtomobilinə aid 05 ədəd resor, 01 ədəd elektrik stablizatoru, 200 metr uzunluqda elektrik şnuru, traktora aid 01 ədəd mala, “Zil” maşınına aid 02 ədəd diski kolsası ilə birlikdə əşyalar vardır. Həmin əşyaları tək-tək fermadan təxminən 150 metr qırağa – zibillik olan yerə daşımış, sonra da evinə gəlmiş, həyətdə saxladığı uzunqulaq heyvanını əşyaları gizlətdiyi yerə aparmış və həmin əşyaları uzunqulaq heyvanına yükləməklə təxminən 6 dəfə gəlib getməklə həyətinə aparmışdır. Həmin əşyaları həyətindəki əl damının qırağında gizlətmiş, həmin əşyalar küçədən və kənardan görünməmişdir. Bundan sonra, 02 fevral 2022-ci il tarixdə gündüz vaxtı kənddə olarkən görmüşdür ki, bir ədəd “Qazel” markalı nömrəsini bilmədiyi yük avtomobili ilə gələn 2 nəfər tanımadığı şəxs kənddə dəmir alırlar, o da Zərərçəkmiş şəxs1 fermasından oğurladığı həmin dəmir əşyaları qeyd edilən şəxslərə hər kiloqramını 35 qəpikdən olmaqla 98 manata satmış, həmin dəmirlər 280 kq etmişdir. Bundan sonra həmin gün, yəni 02 fevral 2022-ci il tarixdə, saat 19 radələrində yenə də tək halda Zərərçəkmiş şəxs1 Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fermasına gəlmiş, fermada hər hansı bir şəxsin olmadığına və onu kənardan kiminsə görmədiyinə əmin olduqdan sonra, fermanın uçuq hasar olan yerindən həyətə daxil olub həyətdə olan dəmirləri - əşyaların bərkidilməsi üçün olan 04 ədəd zajim (kvadrat dəmir, üzərində rezba), 01 ədəd traktor malası və bir neçə armatur-dəmir hissələri götürüb həmin əşyaları tək-tək əvvəlki kimi fermadan 150 metr aralıdakı zibillik yerə yığmış, sonra uzunqulaq heyvanını gətirib həmin əşyaları həyətinə daşımış və əvvəlcədən oğurladığı əşyaları həyətində yığdığı yerə yığmışdır. Bundan sonra, 09 fevral 2022-ci il tarixdə gündüz vaxtı görmüşdür ki, Zərərçəkmiş şəxs2 məxsus fermanın çəpərində olan 05 ədəd dəmir boruları külək aşırdıb və yerdədir. Fikirləşmişdir ki, həmin dəmir boruları oğurlasın. Bu məqsədlə 09 fevral 2022-ci il tarixdə, saat 20 radələrində o, həmin dəmir borular olan yerə gedib 05 ədəd dəmir boruları götürüb həyətinə gətirmişdir. 10 fevral 2022-ci il tarixdə səhər vaxtı kənddə olarkən Qızmeydan kəndi ərazisində tanımadığı dəmir alan şəxsə 02 ədəd dəmir boruları satmışdır. Daha sonra, oğurladığı digər əşyaları da satmaq üçün adam axtarmış, o, Şamaxı rayonunda dəmir alan şəxs kimi eşitdiyinə görə, 10 fevral 2022-ci il tarixdə səhər vaxtı o, Bəhruzun istifadəsində olan ***-***-**-** saylı nömrəyə özünə məxsus olan ***-***-**-** saylı nömrəsi ilə zəng edərək onu metal satmaq üçün dəvət etmişdir. Həmin gün Bəhruz və yanında olan bir nəfər Eldar adlı şəxslər gələndən sonra o, həmin şəxsləri evinin həyətinə aparmış, orada oğurladığı dəmirləri onlara göstərib özünə məxsus olmasını bildirmiş və ehtiyaca görə pul lazım olduğundan dəmirləri satdığını bildirmişdir. Bəhruz və Eldar adlı şəxslər də dəmirlərin ona məxsus olmasına inanıb dəmirləri ondan almışlar. Əvvəlki dəmir alan şəxsləri ilk dəfə imiş ki, kənddə görmüşdür. Həmin şəxsləri tanımamış və əlamətlərini də xatırlamamışdır. Çünki həmin günü təsadüfən həmin şəxslərin kəndə metal almağa gəlməsini görüb həmin şəxsləri dəvət edib birinci oğurladığı dəmirləri satmışdır. Daha sonra da iki ədəd dəmir boruları satmışdır. Sonradan da həmin şəxsləri hardasa görməmişdir. Adlarını və digər məlumatlarını, eləcə də idarə etdikləri yük avtomobilinin nömrəsini bilməmişdir. Həmin əşyaları o, tək oğurlamış, ona kimsə köməklik etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, onun özünə məxsus olmaqla Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən ferması vardır. Lakin hazırda həmin fermada heyvan saxlanılmır. Eləcə də o, özü və başqa kimsə fermada qalmır. Buna görə də arabir o, özü fermaya gedib əşyalara baxıb yerində olub-olmamasını yoxlayır. Belə ki, 03 fevral 2022-ci il tarixdə, saat 12 radələrində o, həmin fermaya gedib baxan zaman fermanın içərisində olan “Zil” markalı yük avtomobilinə aid hər biri 20 manatdan olmaqla cəmi 100 manat dəyərində 05 ədəd resor, 300 manat dəyərində 01 ədəd elektrik stablizatoru, 200 metr uzunluqda cəmi 250 manat dəyərində elektrik şnuru, traktora aid hər biri 40 manat dəyərində olmaqla cəmi 80 manat dəyərində 02 ədəd mala, “Zil” maşınına aid hər biri 50 manat dəyərində olmaqla cəmi 100 manat dəyərində 02 ədəd diski kolsası ilə birlikdə, əşyaların bərkidilməsi üçün istifadə edilən hər biri 100 manat dəyərində olmaqla cəmi 400 manat dəyərində 04 ədəd zajim (kvadrat dəmir, üzərində rezba), cəmi 100 manat dəyərində armatur-dəmir hissələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin vaxt o, ətrafa baxsa da həmin materialları tapa bilməmişdir. Bildirmişdir ki, həmin materialların oğurlanması nəticəsində ona ümumillikdə 1330 (min üç yüz otuz) manat maddi ziyan dəymişdir. Əşyaları tapa bilmədiyinə görə Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmişdir. O, həmin əşyaları oğurlanmamışdan əvvəl sonuncu dəfə 01 fevral 2022-ci il tarixdə gündüz vaxtı fermaya getmiş, həmin vaxtı hər hansısa bir oğurluq hadisəsi olmamışdır. Bildirmişdir ki, həmin ferma və fermada olan bütün əşyalar, o cümlədən oğurlanmış həmin əşyalar ona məxsusdur və oğurluq nəticəsində ümumillikdə ona 1330 (min üç yüz otuz) manat dəyərində maddi ziyan dəymişdir. Bundan əvvəl heç bir oğurluq hadisəsi olmamışdır. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, onun özünə məxsus olan və Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən heyvan ferması vardır, fermaya özü nəzarət edir, lakin hazırda həmin fermada heyvan yoxdur. Belə ki, 10 fevral 2022-ci il tarixdə, saat 09 radələrində o, özünə məxsus olan həmin fermaya gedib nəzarət edən zaman fermanın çəpərinə birləşdirilmiş 5 ədəd 50-lik turbaların yerindən çıxarılaraq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin vaxt o, ətrafa baxsa da həmin turbaları tapa bilmədiyindən, Şamaxı rayon polis şöbəsinə gələrək rəsmi ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, həmin turbaların oğurlanması nəticəsində hər biri 24 manat dəyərində olmaqla, ona ümumillikdə 150 (yüz əlli) manat maddi ziyan dəymişdir. O, hər gün fermaya getmiş, bundan əvvəl fermada hər hansısa bir oğurluq hadisəsi olmamışdır. Bildirmişdir ki, həmin oğurluq nəticəsində ümumillikdə ona 150 (yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. O, həmin oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnməmişdir. Bundan əvvəl fermada heç bir oğurluq hadisəsi olmamışdır. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan şikayəti və tələbi olmadılğını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, heç bir yerdə işləmir, lakin köhnə dəmirlərin alış-verişi ilə məşğul olur. 09 fevral 2022-ci il tarixdə Şamaxı rayonu, Qızmeydan kənd sakini Qahir adı ilə tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs özünün mobil telefonu ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng vuraraq bildirmişdir ki, dəmir satır. Həmin vaxt Rəşid adlı şəxs ondan dəmirin kiloqramını hansı qiymətə almağını soruşanda, o, Rəşidə bildirmişdir ki, dəmirin kiloqramını 0,35 qəpiyə alır. Həmin vaxt Rəşid ona bildirmişdir ki, Qızmeydan kəndindəki evinin həyətində dəmir var, onu satır. O da Rəşidlə razılaşmış və 10 fevral 2022-ci il tarixdə ona dəmir alqı-satqısı işlərində köməklik edən Şahid2 ilə birlikdə Şamaxı rayonu, Qızmeydan kəndinə getmişlər. Qızmeydan kəndində Rəşidlə görüşüb onun evinin həyətinə getmişlər və avtomobildə gətirdikləri tərəzidə uqolnik, zilin kolsalarını, turbaları və digər dəmir əşyaları çəkmişlər, həmin metalın çəkisi 270 kiloqram gəlmişdir. 270 kiloqram dəmirin əvəzinə 90 manat pulu Rəşidə vermiş və həmin dəmirləri gəldikləri “QAZ-3110” markalı avtomobilə yükləmişlər və günortadan sonra oradan evlərinə gələn zaman polis əməkdaşları onları saxlatdırmışlar və rayon polis şöbəsinə gətirmişlər. Həmin dəmirlərin oğurluq olmasından heç bir məlumatı olmamışdır. Onu da qeyd etmişdir ki, o, dəmirləri almamışdan Rəşiddən soruşmuşdur ki, dəmirlər kimindir, o da bildirmişdir ki, dəmirlər özünündür, ehtiyaca görə satır. O, dəmirləri Rəşidin həyətində günorta vaxtı aldığına görə heç nədən şübhələnməmişdir. O, həmin dəmirləri Rəşiddən 90 manat pulun müqabilində almışdır. Bildirmişdir ki, onlar Rəşidlə kənd ərazisində təsadüfi rastlaşmamışlar. O, ona telefonla zəng edib çağırmışdır ki, dəmirləri var, ehtiyaca görə satmaq istəyir. O da Eldarla onun yaşadığı kəndə gedib görüşüb dəmirləri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 iştirakı ilə oğurluq edilən hadisə yerinə - Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən fermaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, oğurlanmış dəmir əşyalar Zərərçəkmiş şəxs1 məxsus olmaqla, Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən ferma ərazisindən aparılmışdır, fermanın ərazisinə açıq sahədən daxil olunmuş, oğurlanmış əşyalar da açıq sahədə olmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 iştirakı ilə oğurluq edilən hadisə yerinə - Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən fermaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, oğurlanmış dəmir əşyalar Zərərçəkmiş şəxs2 məxsus olmaqla, Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən ferma ərazisindən aparılmışdır, fermanın ərazisinə açıq sahədən daxil olunmuş, oğurlanmış əşyalar da açıq sahədə olmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və diskdən görünür ki, həmin tarixdə Şahid1 iştirakı ilə Şamaxı RPŞ-nin inzibati ərazisində oğurlanmış əşyalara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, oğurlanmış əşyalardan - Zərərçəkmiş şəxs1 məxsus - 01 ədəd mala, 02 ədəd diski kolsası ilə birlikdə, 04 ədəd zajim, 01 ədəd armatur və Zərərçəkmiş şəxs2 məxsus - 03 ədəd dəmir boru olması müəyyən edilmişdir. İstintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri və videogörüntüsü çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 təqdim edilən əşyaları nəzərdən keçirib - 01 ədəd mala, 02 ədəd diski kolsası ilə birlikdə, 04 ədəd zajim, 01 ədəd armatur hissəsini tanımış, həmin əşyaların ona məxsus olmaqla, Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən fermadan oğurlanmış əşyalar olduğunu bildirmiş və həmin əşyaları xüsusi əlamətlərindən tanıdığını qeyd etmişdir. İstintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib edilmiş, istintaq hərəkətinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 təqdim edilən əşyaları nəzərdən keçirib - 03 ədəd dəmir borunu tanımış, həmin əşyaların ona məxsus olmaqla, Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində yerləşən fermadan oğurlanmış əşyalar olduğunu bildirmiş və həmin əşyaları xüsusi əlamətlərindən tanıdığını qeyd etmişdir. İstintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib edilmiş, istintaq hərəkətinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Şamaxı rayon polis şöbəsinin 10 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə saat 23:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli 4(074)-23/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmaqla, 10.02.2022-ci il tarixdə götürülmüş Zərərçəkmiş şəxs1 məxsus əşyalardan - 01 ədəd mala, 02 ədəd diski kolsası ilə birlikdə, 04 ədəd zajim, 01 ədəd armatur və Zərərçəkmiş şəxs2 məxsus əşyalardan – 03 ədəd dəmir boru cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğuna görə, həmin əşyalar cinayət işi üzrə maddi sübut kimi tanınmış, maddi sübut kimi tanınmış həmin əşyalar saxlanması üçün müvafiq olaraq - 01 ədəd mala, 02 ədəd diski kolsası ilə birlikdə, 04 ədəd zajim, 01 ədəd armatur Zərərçəkmiş şəxs1 və 03 ədəd dəmir boru Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus olan və Şamaxı rayonu, Qızmeydan kəndi ərazisindəki nəzarət etdiyi fermadan oğurlanmış 03 ədəd dəmir boruları təhvil almışdır. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Ərəbov X4 rayonu, Qızmeydan kəndi ərazisindəki nəzarət etdiyi fermadan oğurlanmış 01 ədəd mala, 02 ədəd diski kolsası ilə birlikdə 04 ədəd zajim, 01 ədəd armatur hissəsini təhvil almışdır. İş materiallarında olan “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 07.03.2022ci il tarixli 07 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, əlamətləri təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus “Zil” markalı yük avtomobilinə aid 05 (beş) ədəd resor hər biri 20 (iyirmi) manatdan olmaqla cəmi 100 (yüz) manat, 01 (bir) ədəd elektrik stablizatoru 300 (üç yüz) manat, 200 (iki yüz) metr uzunluqda elektrik şnurunun bir metri 1.25 (bir manat iyirmi beş qəpik) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat, traktora aid 02 (iki) ədəd mala hər biri 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat, “Zil” maşınına aid kolsası ilə birlikdə 02 (iki) ədəd diski hər biri 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat, əşyaların bərkidilməsi üçün istifadə edilən 04 (dörd) ədəd zajim (kvadrat dəmir, üzərində rezba) hər biri 100 (yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat, armatur-dəmir hissələri cəmi 100 (yüz) manat olmaqla hesablanmış, Zərərçəkmiş şəxs1 məxsus, yekun olaraq tədqiq edilən əşyaların ümumi dəyəri 1330 (min üç yüz otuz) manat dəyərində qiyməti müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 məxsus 05 (beş) ədəd 50-lik turbaların hər biri 24 (iyirmi dörd) manat olmaqla hesablanmış, Zərərçəkmiş şəxs2 məxsus, yekun olaraq tədqiq edilən əşyaların ümumi dəyəri 120 (yüz iyirmi) manat dəyərində qiyməti müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Qızmeydan kəndi üzrə nümayəndəliyinin 01 mart 2022-ci il tarixli 20 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2013-cü il təvəllüdlü qızı X2 və 04 may 2016-cı il təvəllüdlü qızı X3 ilə Şamaxı rayonu, Qızmeydan kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Qızmeydan kəndi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, özünə məxsus olan ailə kəndli təsərrüfatında çalışır. Kənddə olduğu müddətdə özünü nizam-intizamlı aparmış, kənd əhalisi arasında özünə hörmət qazanmışdır. Kəndin xeyir-şər işlərində yaxından iştirak edir. Qonşularla mehriban münasibət qurmuşdur. Onun barəsində nümayəndəliyə mənfi xarakterli məlumat daxil olmamışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 19 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və öhdəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək həbsdə olduğu 3 ay 10 gün müddət 6 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır İş üzrə maddi sübutların 01 ədəd mala, 02 ədəd diski kolsası ilə birlikdə, 04 ədəd zajim, 01 ədəd armaturun Zərərçəkmiş şəxs1, 03 ədəd dəmir borunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək həbsdə olduğu 3 ay 10 gün müddət 6 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutların 01 ədəd mala, 02 ədəd diski kolsası ilə birlikdə, 04 ədəd zajim, 01 ədəd armaturun Zərərçəkmiş şəxs1, 03 ədəd dəmir borunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-55/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-55/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver