Məhkəmə qərarları › İş №1(074)-55/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-55/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-55/2024 13.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan, qanunsuz olaraq, psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 02 mart 2024-cü il tarixində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində, həmin gün saat 15:30-da Şamaxı şəhəri, İmamlı küçəsində saxlanılaraq, Şamaxı Rayon Polis Şöbəsinə gətirilməklə, saat 18:05-dən etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,415 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid3 adlı şəxs onun dostudur. O, Azərlə birlikdə psixotrop maddə olan metamfetamini istifadə etmək qərarına gəlmişdirlər. 02 mart 2024-cü il tarixdə, saat 15 radələrində həmin metamfetamini dostu Azər ilə birlikdə Şamaxı şəhəri, İmamlı küçəsində şpris ilə damarlarına vurmaq qərarına gəlmişdirlər. Həmin vaxt şprisdə olan metafetamini o, istifadə etmişdir. Azər isə istifadə etmək istəyən zaman, mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərlərində narkotik vasitə saxlamaqla şübhəli olduqlarını onlara bildirmişdir. Daha sonra, həmin şəxslər onları Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, onlar etiraz etməmişdirlər. Polis şöbəsinin binasında dəvət olunmuş vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt o, əynindəki gödəkçənin cibində saxladığı bükümü, bükümün içərisində olan metamfetamini və boş şprisi təqdim etmişdir. Daha sonra təqdim olunmuş əşyalar polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırilaraq, üzəri möhürlənmiş və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Aşkar edilmiş metamfetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş və heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Şahid3 psixotrop maddə olan metamfetamini tapdıqdan sonra, bir hissəsini ona vermişdir ki, saxlasın və lazım olduğu təqdirdə istifadə etsin. Azər qeyd olunan maddəni ona hər hansısa bir pul müqabilində verməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şamaxı şəhər sakini Alxas Bəhramov onun dostudur. O, tapdığı kristal formalı maddə olan metamfetamini Alxasla birlikdə istifadə etmək qərarına gəlmişdirlər. 02 mart 2024-cü il tarixdə, günorta saatlarında həmin maddəni dostu Alxasla birlikdə yaşadığı Şamaxı şəhəri, İmamlı küçəsində şpris vasitəsilə damarlarına vuran zaman, mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək, onlara üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdir. Bundan sonra, həmin şəxslər onları Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, onlar birlikdə polis şöbəsinə getmişdirlər. Polis şöbəsinin binasında dəvət olunmuş vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Üzərinə baxış keçirilərkən, əynindəki gödəkçənin cibində saxladığı bükümdə olan metamfetamini və şprisi təqdim etmişdir. Daha sonra, təqdim etdiyi əşyalar polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş və üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilmiş metamfetamini yalnız istifadə etmək üçün gəzdirmiş və heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 02 mart 2024-cü il tarixdə Şamaxı RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə xidmətdə olan zaman, Şamaxı rayon sakinləri Şahid3 və Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində üzərlərində narkotik vasitə gəzdirmələri barədə onlara məlumat daxil olmuşdur. Bu səbəbdən də o, raportla Şamaxı RPŞ-nin rəisinə məruzə etmiş və bununla bağlı əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra, baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə, həmin gün saat 14:00-dan başlayaraq, Şamaxı şəhəri ərazisində Təqsirləndirilən şəxs və Şahid3 qanunsuz əməlini ifşa etmək məqsədilə, əməliyyat tədbiri həyata keçirilmiş və təxminən saat 15:30-da Alxas Məmmədov və Şahid3 əlamətlərinə oxşar şəxsləri Şamaxı şəhəri, İmamlı küçəsində şpris vasitəsi ilə narkotik vasitədən istifadə etdiklərini görüb, dərhal onlara yaxınlaşmışdırlar. Əvvəlcə həmin şəxslərə özlərini təqdim etdikdən sonra, onların üzərində psixotrop maddə və ya narkotik vasitə olub-olmadığını soruşmuşdurlar. İlk əvvəl hər iki şəxs üzərlərində heç bir maddə olmadığını bildirmiş, lakin onların şprisdən istifadə edərək, narkotik vasitə istifadə etdiyini əvvəlcədən gördüklərindən, həmçinin üzərlərində narkotik vasitə gəzdirmələri barədə məlumat daxil olduğundan və həmin şəxslərin hərəkətlərində şübhə yarandığından, hər iki şəxsi Şamaxı RPŞ-nə dəvət etmişdirlər. Polis şöbəsində dəvət edilmiş vəkilin iştirakı ilə, ilk əvvəl videoçəkilişdən istifadə edilməklə, şübhəli şəxs Şahid3 üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman, Şahid3 üzərində qanunsuz əşya olubolmaması soruşulmuş, Şahid3 isə üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirib, əynindəki gödəkçənin sol yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açılaraq, içərisinə baxıldıqda, kristal formalı, şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Həmçinin, həmin şəxsin üzərindən bir ədəd dolu şpris aşkar edilərək götürülmüşdür. Həmin vaxt Şahid3 bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamindir, ona məxsusdur və həmin psixotrop maddəni öz istifadəsi üçün üzərində saxlamışdır. Şübhəli şəxs Şahid3 üzərindən aşkar olunmuş bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirak edən şəxslər tərəfindən imza edilmişdir. Bundan sonra, dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə üzərində psixotrop maddə olan metamfetamin və bir ədəd şpris olmasını bildirib, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şpris və bir ədəd ağ kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açılaraq, içərisinə baxılan zaman, şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamindir, ona məxsusdur və həmin psixotrop maddəni öz istifadəsi üçün üzərində saxlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm və bir ədəd şpris təqdim etmişdir. Təqdim edilmiş bükümün içərisinə baxıldıqda, kristal formalı, şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə və içərisində maye olan bir qramlıq şpris aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddənin və şprisin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş kütlə və şpris cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1280 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,415 qram olan ağ rəngli, kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd içərisində 1 ml-lik birdəfəlik şprisin daxilində psixotrop maddə metamfetaminə aid izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün, onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqatdan sonra qalıq – 0,365 qram metamfetamin. İş materiallarından görünür ki, 0,365 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd boş şpris cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1883 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Lakin, hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il və xx.xx.2017-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan0,365 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd boş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası cPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 0,365 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd boş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar