Məhkəmə qərarları › İş №1(074)-55/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-55/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-55/2025 21.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun nümayəndəsi-“Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi–Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltmək imkanları olan şəxslərlə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edib həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən suiistifadə edib dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş və niyyətini həyata keçirtmək üçün Bakı şəhər sakini Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək cinayətdən xəbərsiz Şahid1 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək hər hansı bir səlahiyyətlərə malik olmadığı halda sonuncunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində X1ma departamentinə rəis müavini vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, bu məqsədlə 09 sentyabr 2024-cü il tarixdə Şamaxı rayonu ərazisində yerləşən “Pirqulu” restoranında Zərərçəkmiş şəxs aldığı 35000 (otuz beş min) manat məbləğində pul vəsaitini Şahid3la birlikdə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs 35000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, hadisədən təxminən 1 il əvvəl Bakı şəhər sakini Şahid3 ilə dostları vasitəsilə tanış olmuşdur. Elçin özünü ona “SOCAR” şirkətində yüksək vəzifədə işləyən şəxs kimi təqdim etmişdir. Elçin söhbət əsnasında ona pul müqabilində şəxsləri “SOCAR” şirkətində işə düzəldə biləcəyini, işə düzəlmək istəyən şəxs olduqda bu barədə zəng edib məlumat verməyini demişdir. Bundan başqa Elçin ona bildirmişdir ki, işə düzəlmək istəyən şəxs olanda zəng etsin, Elçin bundan sonra vakant iş yerlərinin siyahısını ona göndərəcək və işə düzəlmək istəyən şəxs seçdiyi işə görə pulun məbləği deyiləcəkdi. Elçin ona bildirmişdir ki, onun hər işə düzəlmək üçün tapdığı şəxsə görə alınan pulun müəyyən miqdarını ona verəcəkdir, lakin Elçinlə konkret olaraq aldığı pulun neçə faizinin ona çatacağı barədə heç bir söhbət etməmişdir. Elçinlə tanış olduqdan bir müddət sonra Şamaxı şəhər sakini Şahid1 ilə Şamaxı şəhərində tanış olmuşdur. Zahidlə söhbəti əsnasında sonuncuya adam olarsa pul müqabilində işə düzəldə biləcəyini bildirmiş, lakin Zahidə hansı məbləğdə pula və hansı işə düzəldə biləcəyini bildirməmişdir. 2024-cü ilin təxminən iyul ayında Zahid ona zəng edərək bir nəfərin olmasını, həmin şəxsi işə düzəldə bilib-bilməyəcəyini ondan soruşmuşdur. Zahid bu barədə ona bildirdikdən sonra o, Elçinə zəng edərək danışmışdır. Elçin “Whatsapp” mobil tətbiqi vasitəsilə “SOCAR” şirkətində vakant olan iş yerlərinin siyahısını ona göndərmişdir. Bundan sonra o, Zahidlə birlikdə Şamaxı şəhərində yerləşən Şamaxı adlı restoranda Nicatla görüşmüş, Zahid Nicatla onu tanış etmiş, Nicata Zahidlə birləşib onu işlə təmin edəcəklərini bildirmişlər. X18 Ağacanov vasitəsilə işə düzəldəcəklərini bildirməmişlər. Sonra o, Elçinlə əlaqə saxlayaraq bir nəfər şəxsin işə düzəlmək istəməsi barədə məlumat vermiş, bundan sonra Elçin ona “SOCAR” şirkətində vakant olan iş yerlərinin siyahısını və həmin iş yerlərinə görə Nicatın verməli olduğu pulun miqdarını “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. Səhəri günü “Whatsapp” proqramı vasitəsilə Nicata səsli mesaj göndərərək Zahidin dostu olduğunu, işlə bağlı zəng etdiyini bildirmiş və Nicata yenə səsli mesaj ataraq həmin mesajda “SOCAR”-da təhlükəsizlik xidmətinin rəis müavini ştatının boş olduğunu, əmək haqqının 1799 manat olmasını, həmin vəzifəyə təyin olunmaq üçün 25000 manat pul verilməli olduğunu demişdir. Nicat həmin işin yerləşmə yerinin yaşadığı ünvandan uzaq məsafədə yerləşməsinə görə razılaşmamışdır. O, bu barədə yenidən Elçinə məlumat vermiş, Elçin ona “SOCAR”-ın X1ma departamentinin rəis müavini vəzifəsinin boş olduğunu, 2900 manat əmək haqqının olduğunu və həmin işə düzəlməyi üçün Nicatın 40000-45000 manat arası xərcinin çıxacağını bildirmişdir. Bundan sonra o, Nicata yenə səsli mesaj ataraq “SOCAR”-ın X1ma departamentinin rəis müavini vəzifəsinin boş olduğunu, həmin işə düzələcəyi təqdirdə 2900 manat əmək haqqı alacağını, həmin işə düzəlməyin xərcinin 40000-45000 manat arası olacağını bildirmişdir. “Whatsapp” mobil tətbiqində ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Nicat işə düzəlmək istədiyini, lakin dedikləri qədər pulu olmadığını dedikdən sonra o, Elçinlə yenidən danışmış, Elçin minimum 35000 manat məbləğində pula məsələni həll edə biləcəyini bildirdikdən sonra yenidən Nicata zəng edib bu barədə ona bildirmiş və Nicat onun təklifi ilə razılaşmışdır. 09 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Şamaxı rayonuna gəlmiş, Nicatın Şamaxıya gəlməsini Zahid Nicata təklif etmişdir. Nicatla Şamaxı şəhərində görüşdükdən sonra sonuncunun idarə etdiyi avtomobillə Zahid və o birlikdə Avaxıl kəndində yerləşən “Pirqulu” adlı restorana getmişlər. Orada Nicat 35000 manat pulu ona vermiş və saymağını bildirmişdir. O, Nicata əvvəlcə saymağa ehtiyac olmadığını bildirmiş, lakin Nicat israr etdiyi üçün pulu sayması məqsədilə Zahidə vermişdir. Zahid pulu saydıqdan sonra 35000 manat olduğunu bildirmiş və pulu ona vermiş və o, pulu alaraq cibinə qoymuşdur. Pulu aldıqdan sonra Nicatdan aldığı puldan ilkin olaraq Şahid4 məxsus «Kapital bank» bank kartına xx.xx.2024-cü il tarixdə Şamaxı şəhərində yerləşən “Bazar Store” adlı marketdə quraşdırılmış “MilliÖn” aparatı vasitəsilə 5020 manat pul göndərmişdir. Bir neçə gündən sonra Elçin onunla əlaqə saxlayaraq Nicatın həkim yoxlanışından keçməli olduğunu, nömrəsini verməyini və Nicatın zəng edərək birlikdə yoxlanışdan keçməli olduğunu demişdir. O, Nicata mesaj yazaraq Elçinin nömrəsini vermiş və Elçinlə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Nicat Elçinlə əlaqə saxlamış və Elçin Nicatı Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər xəstəxanasına apararaq həkim müayinəsindən keçirmişdir. İkinci dəfə təxminən iki həftədən sonra, təqribən 23 sentyabr 2024-cü il tarixdə Şahid3 ona dediyi 4 nəfər qadının müxtəlif bank hesablarına, bank hesabların kimə məxsus, yəni qeyd etdiyi adlarını, soyadlarını və ata adlarını bilmədiyi 4 nəfər qadının olmasını və xatırlamadığı bank hesabları nömrələrinə, təqribən 22000 manat pulu Şamaxı şəhərində yerləşən “Bazar Store” mağazasında yerləşən səhv etmirsə, “Emanat” aparatından göndərmiş, həmin göndərişlərin qəbzlərini itirmişdir. 3-cü dəfə isə qaynı Tural Hacıyevin toyundan, yəni 19 oktyabr 2024-cü il tarixdən 2-3 gün sonra səhər saatlarında Şamaxı şəhərində yerləşən “Bazar Store” adlı mağazada yerləşən səhv etmirsə, “MilliÖn” aparatı vasitəsi ilə təqribən 4000 manat pulu Elçinin adına olan bank kartına göndərmişdir. Elçin ona Nicatı kimin vasitəsilə işə düzəldəcəyini, aldığı puldan hər hansı bir şəxsə verib-verməyəcəyi barədə heç bir söz deməmişdir. Bundan sonra Elçinlə əlaqə saxladıqda Elçin ona darıxmamağını, məsələni tezliklə həll edəcəyini bildirirmişdir. O da Elçinin ona dediyi sözlərə görə Nicat ona zəng edən zaman Nicata darıxmamasını, məsələnin tezliklə həll ediləcəyini bildirmişdir. Bundan sonra Şahid3 onları aldatmasını bilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan Elektron ünvan 1 elektron poçt ünvanına Elektron ünvan 2 adlı elektron poçt ünvanından göndərilən kodun kim tərəfindən göndərildiyi barədə dəqiq məlumatı yoxdur, düşünür ki, bu addımı Elçin, Nicatın həqiqətən işə düzələcəyinə inanması üçün atmış, Elektron ünvan 2 adlı elektron poçt ünvanın kimə məxsus olması barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs məxsus elektron poçt ünvanına göndərilən kodu Nicatdan öyrənməsini Elçin ondan xahiş etmiş, lakin, Elçin belə bir şeyi niyə etmək istəməsi, bunun hansı məqsədlə olduğu barədə heç bir məlumatı yoxdur. Zahidlə onu baldızı Şahid2 tanış etməmiş, Fidanın onun şəxsləri müəyyən məbləğ pul qarşılığında işə düzəltməyindən heç bir məlumatı olmamışdır. Şahid3 əvvəllər bir neçə şəxsi pul müqabilində işə düzəltməsini onun özündən eşitmiş, əyani olaraq şahidi olmamış və kənar hər hansı bir şəxsdən bu barədə məlumat almamışdır. Şahid3 Zərərçəkmiş şəxs işə düzəltmək kimi fikri əvvəlcədən olmamış, Elçinin məqsədi Nicatdan onun və Zahidin vasitəsilə pulu alaraq mənimsəmək olmuş, pulu geri qaytarması üçün bir neçə dəfə Elçinlə görüşərək ona verdiyi 30000 manatı ondan istəmiş, lakin Elçin hər dəfə bir bəhanə edərək ona pulu verəcəyini bildirsə də lakin pulu vermədiyi üçün Nicatdan aldığı 35000 manat pulu Nicata qaytara bilməmişdir. Fikri Elçində olan 30000 manatı aldıqdan sonra özünə çatan 5000 manat pulu da həmin məbləğin üzərinə qoyaraq birlikdə Zərərçəkmiş şəxs qaytarmaq olmuş, Zərərçəkmiş şəxs onu işə düzəltmək adı ilə aldığı 35000 manat pulun 30000 manatını Şahid3 verməyi barədə heç bir sübutu yoxdur. Nicatdan aldığı 35000 manat puldan Şahid1 heç bir məbləğdə pul verilməmiş, Zahidlə arasında bu barədə heç bir danışıq və razılaşma olmamışdır. Şahid3 pulu verdiyi ünvanları ifadələrində fərqli ünvlanlar deməsinin səbəbini izah edə bilmir. Şahid3 Fərman vasitəsilə göndərdiyi 5000 manat pul tam olaraq ona qaytarılmışdır. Sonda təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 2024-cü ilin fevral ayının 22-dən 12 iyun 2024-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya şöbəsində böyük icra məmuru (probasiya üzrə) vəzifəsində çalışmışdır. Həmin şöbədə işləyən zaman şöbənin mühafizəsini təşkil edən polis əməkdaşı Şahid1 ilə tanışlığı yaranmışdır. 12 iyun 2024-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edildikdən bir müddət sonra təxminən iyul ayının sonlarında Şahid1 “Whatsapp” mobil tətbiqi vasitəsilə ona zəng edərək onunla kef-əhval tutmağa başlamış, həmin vaxta qədər Zahid ona heç vaxt zəng etməmişdir. Zənglərin birində Şahid1 ona tanışlarının olduğunu, həmin şəxslərin işə düzəltmə ilə məşğul olduqlarını, onlardan onu da hər hansısa bir işə düzəltmələrini xahiş edəcəyini bildirmiş, işsiz olduğuna görə Zahidin onu işə düzəltmək istəməsi kimi təklifinə etiraz etməmişdir. 01 avqust 2024-cü il tarixdə Şahid1 “Whatsapp” mobil tətbiqi vasitəsilə ona səs göndərərək özünə aid anket məlumatlarını, yəni CV-ni “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərməsini xahiş etdiyindən özünə aid anket məlumatlarını, yəni CV-ni “Whatsapp” mobil tətbiqi vasitəsilə Zahidə göndərmişdir. 2024-cü ilin təxminən avqust ayının sonlarında Şahid1 ona zəng edərək Şamaxı rayonuna gəlməsini, dostu Təqsirləndirilən şəxslə onu tanış edəcəyini bildirdiyi üçün Şamaxı rayonuna gəlmiş, Şamaxı şəhərində yerləşən “Şamaxı” adlı restoranda Şahid1 onu bir nəfər şəxslə tanış edərək həmin şəxsin adının Xəyal olduğunu, Təqsirləndirilən şəxs onun dostu olduğunu, onu Təqsirləndirilən şəxs vasitəsilə işə düzəldəcəyini və Təqsirləndirilən şəxs onunla birlikdə bu işlərlə, yəni şəxsləri işə düzəltməklə məşğul olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs da öz növbəsində ona Şahid1 dostu olduğunu və qoşalaşaraq onu işlə təmin etməkdə köməklik edəcəklərini bildirmişdir. Şahid1la Təqsirləndirilən şəxs orada ona heç bir iş təklifi etməmişər. 31 avqust 2024-cü il tarixdə “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs ona səsli sms göndərərək səsli mesajda Şahid1 dostu olduğunu, işlə bağlı zəng etdiyini bildirmiş, Təqsirləndirilən şəxs ona göndərdiyi səsə qulaq asdıqdan sonra Şahid1 zəng edərək Təqsirləndirilən şəxs ona səsli mesaj göndərdiyini demiş, Şahid1 da ona Xəyalın onun tapşırığı ilə onun işə düzəlmək məsələsini həll edəcəyini bildirmişdir. Xəyal ona yenə səsli mesaj ataraq həmin mesajda “SOCAR”-da təhlükəsizlik xidmətinin rəis müavini ştatının boş olduğunu, əmək haqqının 1799 manat olmasını, həmin vəzifəyə təyin olunmaq üçün 25000 manat pul verilməli olduğunu bildirmiş, həmin işin yerləşmə yerinin yaşadığı ünvandan uzaq məsafədə yerləşməsinə görə Xəyalla razılaşmamış, bundan sonra Xəyal ona yenə səsli mesaj ataraq “SOCAR”-ın X1ma departamentinin rəis müavini vəzifəsinin boş olduğunu, həmin işə düzələcəyi təqdirdə 2900 manat əmək haqqı alacağını, həmin işə düzəlməyin xərcinin 40000- 45000 manat arasında olacağını bildirmiş, o, Xəyalın dediyi məbləğlə razılaşmamışdır. Bir neçə saatdan sonra zəng edərək həmin şəxslərlə danışdığını, onu sonuncu dediyi vəzifəyə təyin edilməsi üçün 35000 manat verməli olduğunu bildirmiş, bu barədə Şahid1 zəng vurub məlumat vermiş, Şahid1 Təqsirləndirilən şəxsla danışdığını və hər şeydən məlumatının olduğunu, Təqsirləndirilən şəxs ona dediyi 35000 manat pulu qorxmadan verməsini bildirmişdir. Şahid1 bundan sonra ona həmin pulu 09 sentyabr 2024-cü il tarixdə Şamaxı rayonuna gələrək verməsini bildirdiyi üçün 09 sentyabr 2024-cü il tarixdə Şamaxı rayonuna gələrərk Şahid1la Şamaxı şəhərində “Ağsu dayanacağı” adlanan yerdə görüşmüş, Şahid1la görüşdükdən sonra Şahid1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onları yolun kənarında gözləyir, gedib onu da götürməlidirlər. Buna görə də onun idarə etdiyi avtomobillə gedərək Şamaxı rayon Polis şöbəsinin yerləşdiyi inzibati binadan təxminən 100-150 metr aralıda Təqsirləndirilən şəxsla görüşmüşlər. Xəyal avtomobilə mindikdən sonra Şahid1 Şamaxı rayonu Avaxıl kəndinə gedərək orada yerləşən restoranlardan birində oturub çörək yeməyi və orada söhbət etməyi bildirmiş, hamısı Şahid1 təklifi ilə razılaşmış və onlar Pirqulu adlanan əraziyə tərəf hərəkət etməyə başlamışlar. Avaxıl kəndinə çatdıqdan sonra birlikdə “Pirqulu” adlı restoranda oturub söhbət etmək qərarına gəlmişlər. Z. Dəmirova pulu avtomobildə verməyi təklif etsə də, Şahid1 bununla razılaşmayaraq pulu restoranda əyləşdikdən sonra verməsini demiş, avtomobildən düşərək otaqların birində əyləşib yemək yedikdən sonra Şahid1 pulu gətirib verməsini dediyi üçün avtomobildən pulu götürərək otağa qayıtmış və pulu Şahid1 verərək saymasını xahiş etmiş, Şahid1 pulu ondan aldıqdan sonra saymağa başlamış və sayıb qurtardıqdan sonra pulu Təqsirləndirilən şəxsa vermişdir. Şahid1 verilən 35000 manat pul 350 ədəd 100 manatlıq əskinaslardan ibarət olmuş, Şahid1 orada danışıq zamanı bildirmişdir ki, pula o cavabdehdir, işinin mütləq düzələcəyini, əgər düzəlməzsə, evini satıb verilən pulu ona qaytaracağını demişdir. Təqsirləndirilən şəxs da pula cavabdeh olduğunu, xx.xx.2024-cü il tarixdə onun işə qəbul əmrinin veriləcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs aldıqları pulu, onun işə düzəlməyi üçün kimə verəcəkləri barədə heç bir söz deməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona “Whatsapp” mobil tətbiqi vasitəsilə sms yazaraq mesajda səhər Neftçilər xəstəxanasında olmasını, ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamasını və həmin nömrənin sahibi Şahid3 onu həkim müayinəsindən keçirəcəyini bildirdiyi üçün xx.xx.2024-cü il tarixdə həmin nömrəyə zəng edərək Şahid3la birlikdə Neftçilər xəstəxanasına gedərək həkim müayinələrindən keçmiş və analiz vermişdir. Şahid3 həmin vaxt şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçasının ksero surətlərini, 3x4 ölçüdə 3 ədəd şəkil, sağlamlıq və məhkumluq haqqında arayışları ona təqdim etməsinin zəruri olduğunu bildirmiş, 20 sentyabr 2024-cü il tarixdə Şahid3 dediyi sənədləri Şahid3la Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Elmlər Akademiyasının inzibatı binasının yanında görüşərək ona vermişdir. Şahid3 sənədləri aldıqdan sonra ona narahat olmamasını, işinin bir neçə günə düzələcəyini bildirmişdir. Şahid1 Şahid3 kim olmasını soruşduqda Şahid1 ona Şahid3 Təqsirləndirilən şəxslə birlikdə işləməsini, bu işi ikisi birlikdə həll edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona “Whatsapp” proqramı vasitəsilə sms yazaraq narahat olmamasını, ayın 7-dən 8-nə kimi işinin həll olunacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona “Whatsapp” proqramı vasitəsilə sms yazaraq onun müsabiqəyə dəvət edilməsi üçün sms-in gəlib gəlməməsini soruşmuş, Xəyala Elektron ünvan 1 elektron poçt ünvanına Elektron ünvan 2 adlı elektron poçt ünvanından kod gəldiyini bildirmiş və həmin elektron poçt ünvanına gələn kodun şəklini çəkərək Xəyala göndərmiş, bir qədər gözlədikdən sonra hiss etmişdir ki, onu aldadırlar. Bundan sonra onlarla əlaqə saxlasa da hər dəfəsində Təqsirləndirilən şəxs və Şahid3 müxtəlif bəhanələr gətirərək, ona yaxın zamanda əmrinin veriləcəyini bildirmişlər. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona video çəkərək göndərmiş və həmin videoda 1-ci gün pulunu qaytaracağını bildirərərək Şahid1 zəng etməməyini, videonu özündə saxlamasını və səbrli olmasını xahiş etmişdir. Oktyabr ayının sonunda Şahid1 “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək artıq dedikləri işi istəmədiyini və verdiyi pulu qaytarmaqlarını xahiş etmiş, Şahid1 ona bir-iki gün səbrli olmasını, pulu qaytaracağını bildirmiş, bundan sonra, Şahid1 və Təqsirləndirilən şəxs ondan aldıqları 35000 manat pulu qaytarmaq fikirlərinin olmadığını görüb bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2012-ci ildən 2024-cü ilin dekabr ayının əvvəllərinə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Şamaxı Regional Mühafizə şöbəsində polis nəfəri vəzifəsində işləmişdir. Bakı şəhər sakini Zərərçəkmiş şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində böyük icra məmuru vəzifəsində çalışdığı zaman onunla münasibətləri yaranmış, Nicat işdən çıxdıqdan sonra Nicata tez-tez zəng edərək onunla danışmış və onun işsiz olmasından məlumatlı olmuşdur. Nicatla telefon danışıqlarının birində Nicat ona iş tapmaqda çətinlik çəkdiyini, tanışı olacağı təqdirdə onu işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. 2024-cü ilin əvvəllərində Şamaxı rayon İcra və Probasiya şöbəsində işləyən katibə Şahid2 söhbət əsnasında ona bacısının əri Təqsirləndirilən şəxs müəyyən məbləğ pul qarşılığında şəxsləri işə düzəltdiyini bildirmiş və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəni ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxsa zəng etmiş və onunla Şamaxı şəhərində görüşərək tanış olmuş, həmin vaxta qədər Təqsirləndirilən şəxsı tanımamışdır. Təqsirləndirilən şəxsla görüşləri zamanı Təqsirləndirilən şəxs ona adam varsa, pul müqabilində “SOCAR” şirkətinə işə düzəldə biləcəyini bildirmiş və “Whatsapp” mobil tətbiqi vasitəsilə “SOCAR” şirkətində vakant iş yeri olması barədə elanın şəklini göndərərək həmin vakant iş yerinə hər hansı bir şəxsi işə düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona kimin vasitəsilə işə düzəltməsi barədə heç bir söz deməmişdir. Bundan sonra o, bu barədə Zərərçəkmiş şəxs zəng edərək məlumat vermiş və ondan ona CV göndərməsini xahiş etmiş, Nicatın göndərdiyi CV-ni Təqsirləndirilən şəxsa göndərmiş, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs “SOCAR” şirkətində rəis müavini işinə düzəldə biləcəyini demiş, Xəyalın Zərərçəkmiş şəxsla əlaqə saxlaması üçün Nicatın istifadəsində olan mobil nömrəni Təqsirləndirilən şəxsa vermişdir. Bundan sonra Xəyal özü Nicata zəng edərək onunla iş barəsində əlaqə saxlamış, 2024-cü ilin təxminən avqust ayının sonlarında Nicat Şamaxı rayonuna Xəyalla tanış olmağa gəlmiş, onlar birlikdə “Şamaxı” adlı restorana getmiş, orada Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs tanış etmiş, Zərərçəkmiş şəxs onu işə Təqsirləndirilən şəxs düzəldəcəyini demişdir. Orada olduqları zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “SOCAR” şirkətində 2 vakant iş yeri olduğunu bildirmiş, Zərərçəkmiş şəxs təklif olunan iş yerlərindən birini bəyənmiş və Xəyal onu həmin işə 35,000 manat müqabilində düzəldə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. 09 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Şamaxı rayonuna gəlmiş, görüşdükdən sonra onlar birlikdə idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs yaşadığı evin yanına gedərək Təqsirləndirilən şəxs da oradan götürüb Avaxıl kəndi istiqamətində getmişlər. Avaxıl kəndinə çatdıqdan sonra birlikdə “Pirqulu” adlı restoranda yemək yedikdən sonra Zərərçəkmiş şəxs avtomobildən pulu götürərək Təqsirləndirilən şəxs tərəfə uzadaraq saymasını xahiş etmiş, Təqsirləndirilən şəxs pulu saymağa ehtiyac olmadığını bildirdikdən sonra Zərərçəkmiş şəxs saymağı bildirdiyi üçün Təqsirləndirilən şəxs pulu sayması üçün ona vermiş, o da pulu sayıb 35,000 manat olmasını onlara deyərək, pulu yenidən Təqsirləndirilən şəxsa vermişdir. Zərərçəkmiş şəxs verdiyi pulun hamısı 100 manatlıq əskinaslardan ibarət olmuş, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra Nicata sabahdan onun işinə başlayacağını, həkimdən keçməli olduğunu və ona SMS gələcəyini demiş, söhbət əsnasında Zərərçəkmiş şəxs narahat olduğunu görüb ona pula cavabdeh olduğunu, həmin işin alınmayacağı təqdirdə evini satıb pulu ona verəcəyini bildirmiş, həmin sözü deməkdə Zərərçəkmiş şəxs aldatmaq kimi bir fikri olmamış, sadəcə Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs işə düzəldəcəyinə inanaraq o sözü demişdir. Təqsirləndirilən şəxs da pula cavabdeh olduğunu, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs işə qəbul əmrinin veriləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onunla tez-tez əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs dediklərini ona bildirmiş, o da Təqsirləndirilən şəxslə danışmış, hər dəfə danışanda Xəyal ona narahat olmamasını, Zərərçəkmiş şəxs işinin mütləq həll ediləcəyini bidlirmişdir. Bundan sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahid3 mobil nömrəsini vermiş və Zərərçəkmiş şəxs Şahid3la birlikdə “Neftçilər” xəstəxanasına gedərək orada həkim müayinələrindən keçmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs onun telefon zənginə cavab vermədiyini bildirdiyi üçün Təqsirləndirilən şəxslə əlaqə saxlayarq ona işin düzəlmədiyi təqdirdə Zərərçəkmiş şəxs pulunu qaytarmasını bir neçə dəfə bildirmiş, lakin Təqsirləndirilən şəxs ona da hər dəfə bir bəhanə gətirərək Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə vermiş olduğu pulu qaytarmaqdan imtina etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Xəyalın işə düzəltmək adı ilə Nicatdan aldığı 35,000 manat puldan Təqsirləndirilən şəxs tərəfindən ona heç bir məbləğ verilməmiş, bu barədə Təqsirləndirilən şəxslə aralarında heç bir danışıq və razılıq olmamış, sadəcə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında vasitəçilik etmişdir. Bir neçə dəfə Xəyala zəng edərək, Nicatın işinin düzəlmədiyini və Nicatın pulunu qaytarmasını tələb etmiş, lakin Xəyal hər dəfə ona 2-3 günə Nicatın əmrinin veriləcəyini bildirmiş, hətta Nicata, Xəyalın Bakı şəhərində olduğunu və gedib Xəyalla görüşərək pulunu almasını bildirmişdir. Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs aldığı puldan Şahid3 hansı məbləğdə pul verilməsindən heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2011 və 2023-cü illərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin müxtəlif bəndləri ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs tanıyır, onunla 2024-cü ilin may ayında Şahid4 vasitəsilə tanış olmuş, Fərman Xəyalı ona dostu kimi təqdim etmişdir. Fərman təqaüdçüdür, bildiyinə görə, əvvəllər Daxili İşlər Nazirliyinin Mühafizə polisində polis nəfəri kimi çalışmışdır. Fərman təxminən iyun ayının sonlarında Təqsirləndirilən şəxs qohumunun “SOCAR” şirkətində işə düzəlmək istədiyini bildirərək, bu məsələdə ona nə cür köməklik göstərə biləcəyini ondan soruşmuş, Fərman bilirdi ki, o, daha əvvəl geoloji xidmət göstərən bir şirkətdə çalışmış və həmin şirkət “SOCAR” şirkəti ilə müqavilə əsasında müəyyən işlər görmüşdür. Buna görə də “SOCAR” şirkətində tanışlarının olduğunu bilmişdir. Fərmana tanış şəxslərinin olduğunu və bu məsələ ilə maraqlana biləcəyini bildirmiş, qeyd etdiyi tanışlar konkret şəxslər olmamış, ümumi tanışlarını nəzərdə tutmuşdur. Bir neçə gün sonra Fərmandan xəbər çıxmadığını gördükdə, ona zəng etmiş və həmin şəxsin “CV” tipli anketini və şəxsiyyət vəsiqəsini göndərməsini demiş, Fərmana zəng etməkdə məqsədi, işə düzəlmək istəyən şəxsin anket məlumatlarını tanışlarından kiməsə göstərmək və bəlkə bu yolla həmin şəxsin işə düzəlməsinə kömək edə biləcək birini tapmaq olmuş, lakin anket məlumatlarını göstərə biləcəyi konkret bir tanışı olmamışdır. Bir neçə gün sonra Fərman, ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” mobil tətbiqi vasitəsilə Nicatın “CV” tipli anketini ona göndərmiş, Nicatın şəxsiyyət vəsiqəsini və anket məlumatlarını Fərmana kimin göndərdiyi ona məlum olmamışdır. Bir neçə gündən sonra Fərman ona zəng edərək görüşmək istədiyini bildirmiş, lakin görüşün səbəbini deməmiş, Fərmanla Bakı şəhərində görüşdüklərində yalnız ikisi olmuş, görüş zamanı Fərman ona 4900 manat məbləğində pul vermiş və bildirmişdir ki, bu pul Nicatın işə düzəlməsi ilə bağlı olaraq Təqsirləndirilən şəxs tərəfindən göndərilmişdir. X15 tərəfindən nağd şəkildə, yoxsa bank kartı vasitəsilə verildiyi barədə məlumatı olmamış, həmin vaxt Xəyalı tanımadığı üçün bu məsələ barədə onunla maraqlanmamışdır. Fərmandan pulu aldıqdan sonra bir-iki tanışı ilə bu məsələ barədə danışmış, lakin onlar Nicatın “SOCAR” şirkətində işə düzəlməsinin mümkün olmadığını bildirmişlər. Buna baxmayaraq, onun özündə olan sənədlər əsasında Nicatı “SOCAR” şirkətinin rəsmi internet saytında qeydiyyatdan keçirərək iş üçün müraciət etmiş, düşünmüşdür ki, qeydiyyatdan sonra bəlkə Nicatı dəvət edərlər və onu işə qəbul edərlər. “SOCAR” şirkətinə işə qəbul zamanı şəxslərin əvvəlcə tibbi müayinədən keçdiyini bildiyi üçün Zərərçəkmiş şəxs tibbi müayinədən keçirmək barədə düşünmüş, Nicatın mobil nömrəsi onda olmadığı üçün Fərmana zəng edərək Nicata onun (yəni öz) nömrəsini verməsini demiş, nömrəsinin Fərman və ya Xəyal tərəfindən Nicata verilib-verilmədiyi ona məlum deyildir. Ertəsi gün (dəqiq tarix yadında deyil) Nicat ona zəng etmiş və onlar Bakı şəhərində yerləşən “Neftçilər” adlı xəstəxananın yaxınlığında görüşərək Nicatı həmin xəstəxanada tibbi müayinədən keçirtmiş, “SOCAR”da işləyən şəxslərin adətən bu xəstəxanada müayinədən keçdiklərini bildiyi üçün, Nicatın da eyni yerdə müayinə olunmasını təmin etmişdir. Nicatın ümumi tibbi müayinədən keçməsi üçün tələb olunan 40 manat rüsumu da özü ödəmişdir. Təxminən 10 gün sonra Nicatın işə qəbul edilməyəcəyini düşündüyü üçün onunla əlaqə saxlamış və Bakı şəhərində yerləşən Hüseyn Cavid parkında görüşmüş, görüş zamanı Nicata onun işinin alınmadığını bildirmiş, lakin işə qəbul olunmamasının səbəbini ona deməmiş, həmçinin işə qəbul olunması üçün ona nə qədər pul verildiyini də Nicata söyləməmiş, eyni zamanda, Nicatın bu məqsədlə nə qədər pul verdiyi ilə də maraqlanmamış, çünki bu məsələlər onun üçün maraqlı olmamışdır. Nicata bildirmişdir ki, əgər bu işlə bağlı kiməsə pul veribsə, həmin vəsaiti geri alsın. Nicat isə bu barədə ona heç bir söz deməmişdir. Həmin görüşdən təxminən üç gün sonra, yəni 2024-cü ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs, Xəyalın qaynı, dostları Şahid4 və Şahid5 ilə qeyd etdiyi Hüseyn Cavid parkında yenidən görüşmüş, görüş zamanı Xəyal ondan verdiyi 4900 manatın qaytarılmasını tələb etmişdir ki, Zərərçəkmiş şəxs pulunu tam olaraq ona qaytara bilsin. Lakin həmin vaxt pulunun olmadığı üçün, ona çatan 4900 manat pulu şəxsi istifadəsinə xərclədiyindən, həmin məbləği qaytara bilməmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, 15-20 gün ərzində hissəhissə, həm nağd, həm də bank köçürməsi vasitəsilə həmin 4900 manatı tam olaraq qaytaracaqdır. Xəyal bununla razılaşmış, təxminən bir həftə sonra ilkin olaraq 2500 manatı nağd şəkildə Bakı şəhərində yerləşən Elmlər Akademiyası metrostansiyasının qarşısında Xəyala vermiş, 4-5 gün sonra isə 1000 manatı Xəyalın dediyi bank kartına yükləmiş, lakin kartın məlumatlarını hazırda xatırlamır. Son olaraq, 1400 manatı bir həftə sonra Bakı şəhərində yerləşən Mərkəzi Univermağın arxasında nağd şəkildə Xəyala qaytarmışdır. Təqribən bir ay sonra, istifadə etdiyi mobil nömrəsinə özünü Zərərçəkmiş şəxs vəkili kimi təqdim edən, soyadı və adı bilinməyən bir şəxs zəng edərək Xəyalın Nicatın pulunu qaytarmadığını bildirmiş, həmin şəxsə məlumat vermişdir ki, o, öz payı olan 4900 manatı tam olaraq Təqsirləndirilən şəxs qaytarmışdır. Zərərçəkmiş şəxs vəkili ilə danışdıqdan sonra, o, Fərmanla Faiqə zəng edərək Xəyalın pulu qaytarmaması barədə məlumat vermiş, bundan sonra, Fərmanla Faiq dəfələrlə Təqsirləndirilən şəxs zəng etmiş, Zərərçəkmiş şəxs pulunun qaytarılmasını tələb etsələr də Xəyal onlara Şamaxı rayonunda olduğunu və həmin 35000 manatı dəmir alış-verişinə xərclədiyini, bu alış-verişdən daha çox pul qazanacağını və həmin məbləği Zərərçəkmiş şəxs qaytaracağını bildirmişdir. Sonradan dəfələrlə Xəyala zəng etmiş, Nicatın pulunun qaytarılıb-qaytarılmaması ilə bağlı soruşanda, Xəyal hər dəfə 35000 manatın qaytarılmasını təxirə salmış və tezliklə pulun qaytarılacağını vəd etmişdir. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra ona pul müqabilində şəxsləri “SOCAR” şirkətində işə düzəldə biləcəyini bildirmiş, həmçinin, işə düzəlmək istəyən şəxs olduqda, bu barədə ona məlumat verməsini, sonra isə vakant iş yerlərinin siyahısını göndərəcəyini, işə düzəlmək istəyən şəxs seçdiyi işə görə ona pulun məbləğini bildirəcəyini, hər işə düzəlmək üçün tapdığı şəxsə görə alınan pulun müəyyən bir miqdarını isə ona demiş, "SOCAR" şirkətində vakant iş yerlərinin olub-olmaması barədə məlumatı "SOCAR" şirkətinin rəsmi vebsaytından götürmüş və həmin vakant iş elanlarını Təqsirləndirilən şəxs göndərmiş, lakin "SOCAR" şirkətində vakant iş yerlərinə işə qəbul qaydaları barədə heç bir məlumatı olmamışdır. "SOCAR" şirkətində işləyən tanıdığı şəxslərdən, həmin iş yerlərinə qeyrirəsmi yolla şəxsləri düzəltməyin mümkün olub-olmamağını öyrənmiş, lakin demək olar ki, ona bunun mümkün olmadığı bildirilmişdir. İşə düzəlmə adı ilə aldığı vəsaitləri başqa işlərinə sərf etmiş və bir müddət sonra işin müxtəlif səbəblərdən alınmaması ilə bağlı aldığı şəxsə həmin pulu geri qaytarmış, eyni proseduru Zərərçəkmiş şəxs qarşı da tətbiq etmiş, “SOCAR” şirkətinə şəxslərin işə hansı üsulla qəbul edilməsi barədə isə heç bir məlumatı olmamış, Zərərçəkmiş şəxs işə düzəldilməsində ona başqa heç kim kömək etməmiş, çünki Zərərçəkmiş şəxs real olaraq işə düzəltmək fikri yolmamış, bunun üçün heç bir addım atmamış, Zərərçəkmiş şəxs üçün təklif olunan vakant iş yerlərinə görə qiymətləri Fərmana demiş, Fərman isə həmin qiymətləri Xəyala çatdırmışdır. Qiymətləri özü müəyyən etmiş, Zərərçəkmiş şəxs işə düzəldilməsi ilə bağlı, onun tərəfindən Fərmana hər hansı bir məbləğin verilməsi barədə danışıq olmamış, Zərərçəkmiş şəxs işə düzəlməsi ilə bağlı Xəyalla görüşməmiş, belə ki, dostu Fərmanla görüşmüş və pulu da Fərman ona vermiş, Fərmanla görüşdükdə, Fərmana Nicatı “SOCAR” şirkətinin Qazma departamentində rəis müavini vəzifəsinə düzəldə biləcəyini və bunun müqabilində ondan 20000 manat alacağını söyləmiş, Fərman isə ona dediyi məbləğlə razılaşmışdır. Zərərçəkmiş şəxs ona zəng etməsini Fərmana demiş, Xəyala bu barədə heç bir məlumat verməmiş, Zərərçəkmiş şəxs həkim müayinəsindən keçirilməsi ilə bağlı məlumatı isə Fərmana vermiş, ola bilsin ki, Fərman bu barədə Xəyala da məlumat vermişdir. Zərərçəkmiş şəxs aldığı sənədləri göstərmək məqsədi ilə, həmin sənədləri dostlarına və tanışlarına göstərməyi planlaşdırmış, çünki bəlkə kimsə Nicatın işə düzəlməsini təşkil edər və o, bu yolla pul qazana bilərdi. Lakin sənədləri göstərə biləcəyi konkret bir şəxs olmamış və Zərərçəkmiş şəxs şikayət etdiyi vaxta qədər həmin sənədləri heç kimə göstərə bilməmişdir. Zərərçəkmiş şəxs "SOCAR" şirkətinin internet səhifəsində işə qəbulla bağlı qeydiyyatdan keçirdiyi üçün, onun istifadəsində olan elektron poçt ünvanına qeydiyyatı tamamlamamağı təsdiqləmək məqsədilə bir kod göndərilmiş, bu kodu isə Xəyaldan soruşmuş həmin kodu Zərərçəkmiş şəxs qeydiyyatını tamamlamaq üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs ona zəng etdiyi zaman kimisə tapıb Zərərçəkmiş şəxs işini həll edilməsini fikirləşərək bu məqsədlə, Zərərçəkmiş şəxs biraz səbirli olmasını və işinin düzələcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə Fəxrəddin adlı dostu vasitəsilə tanış olmuş, Fəxrəddin, Xəyalın dostu olduğunu və Bakı şəhərində sürücü işi olarsa Xəyalın həmin işə düzəlməsinə kömək etməyini xahiş etmişdir. Xəyal, mobil telefon vasitəsilə bir neçə dəfə onunla əlaqə saxlayaraq işlə bağlı danışmışdır. 2024-cü ilin yay aylarında, Təqsirləndirilən şəxs bir dəfə zəng edərək, qohumları olan Nicat adlı bir şəxsin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) işə düzəlmək istədiyini bildirmiş, bu işdə ona kömək edə biləcək tanışlarının olub-olmamasını ondan soruşmuş, Xəyala belə bir tanışının olmadığını, amma maraqlanaraq bu barədə məlumat verə biləcəyini bildirmişdir. Xəyal, işə düzəlmək üçün həmin şəxsin pul verib-verməməsi və verirsə, nə qədər verəcəyi barədə heç bir məlumat verməmişdir. Xəyalın bu barədə məlumat verməsindən bir müddət sonra, Azərbaycan Respublikasının Baş Prokurorluğunda sürücü işləyən zaman tanış olduğu Şahid5lə Bakı şəhərində yerləşən Hüseyn Cavid parkında, "Yaşıl Bağ" adlı çay evində çay içərkən, Şahid5 Təqsirləndirilən şəxs bir qohumunun "SOCAR" şirkətinə işə düzəlmək istədiyini və Xəyalın həmin şəxsi ora işə düzəldə biləcək adam olub-olmaması ilə maraqlandığını söyləmiş, Faiqdən belə bir tanışının olubolmaması barədə soruşmuş, Şahid5 konkret olaraq belə bir şəxs tanımadığını, lakin əvvəllər “SOCAR” şirkətində işləmiş Şahid3 adlı bir qonşusu olduğunu demişdir. 2-3 gün sonra, Faiqlə yenidən "Yaşıl Bağ" adlı çay evində görüşəndə, Faiq Elçinlə bu barədə danışmış və Elçin ona Xəyalın dediyi şəxsi "SOCAR" şirkətinə işə düzəldə biləcəyini bildirmiş, eləcə də Xəyal, demək olar ki, hər gün zəng edərək “SOCAR” şirkətinə işə düzəltmək üçün adam tapıb-tapmadığı ilə maraqlanmışdır. Çay evində olarkən, həmin vaxt Faiqdən Elçinin nömrəsini alaraq Xəyala verərək ona həmin nömrə ilə əlaqə saxlamasını və özü bu barədə həmin adamla danışmağını bildirmişdir. Bir neçə gün sonra, Xəyal yenidən zəng edərək, Elçinlə danışdığını və Elçinin Nicat adlı şəxsi "SOCAR" şirkətinə növbə rəisi vəzifəsinə işə qəbul etdirəcəyinə söz verdiyini bildirmiş, Xəyal hətta həmin şəxsi işə qəbul etdirmək üçün Elçinin “şirinlik” istəməsini, lakin Elçinin ondan nə qədər pul istədiyi barədə heç bir söz deməmişdir. Bir neçə gündən sonra, Xəyal yenidən zəng edərək "müəllim, ona bəri başdan pul vermək istəyir ki, işi tez düzəlsin" demiş, Xəyala, hələ pul verməməsini, Elçin işi düzəltdikdən sonra verməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs təkrartəkrar pul verilməlidir deyildiyini bildirmişdir. Xəyalın Elçinə pul vermək niyyətində olduğunu görmüş, ona heç nə deməmişdir. Həmin vaxt Faiq də yanında olduğu üçün, Xəyalın dediklərini Faiqə bildirmiş, Faiq, Elçini çağıraq onunla danışmaq istədiyini bildirmişdir. Faiq, Elçinlə əlaqə saxlamış, onu evinin yanına gəlməyə dəvət etmiş, Elçin gəldikdən sonra, X12 dediyi adamın işinin nə yerdə olduğunu soruşmuş, Elçin isə Xəyalın dediyi şəxsi X2 həkim müayinəsindən keçirib və hazırda sənədləşmə işləri davam etdiyini bildirmişdir. Şahid3 o birinci dəfə canlı şəkildə həmin vaxt görmüş, hətta Elçin həmin vaxt Nicata zəng etmiş və onların yanında “Nicat müəllim, sizin mənim fəaliyyətimlə bağlı narahatçılığınız varmı?” deyə soruşmuş, Nicat da ona yox mən sizdən narazı deyiləm demişdir. Elçin orada onlara bildirmişdir ki, dediyi adamı işə düzəltmək üçün pul verilməlidir. Xəyala bu barədə demişdir, Elçin ona pul çatmasa Xəyalın dediyi işi düzəldə bilməyəcəyini, bu işin düzəlməsi üçün Xəyalın ona ən azı 4000-5000 pul verməli olduğunu demişdir. Xəyal, Faiqə ona pul göndərsə, Elçinə verə bilərsən demiş, Faiq isə pul verməməsini bildirmiş, səhv etmirsə, Xəyal Faiqə 2000 manat göndərəcəyini bildirmişdir. Bundan sonra, Faiq əlavə etmişdir ki, onun “LEO” bankına məxsus plastik kartı var və Xəyal pulu həmin karta göndərə bilər, sonra isə o, məhlədə Elçinlə görüşüb pulu vermişdir. Sonradan Xəyalın təxminən 2000 manat pulu Faiqin kartına yüklədiyini, Faiq isə kartdan çıxardaraq, pulu Elçinə verdiyi dəqiqləşdirilmişdir. 2025-ci ilin qış aylarında, baldızının yasında olarkən, Xəyal zəng edərək "Elçin əclaf, pulumu qaytarsın, işi alındırmayıb, müəllim (Nicat) pulunu geri istəyir." demiş, Xəyala pulu özünün verdiyini, Elçin də pulu adlığını və onu buna qatmaq lazım olmadığını bildirmişdir. Xəyal da Elçinə təzyiq göstərəcəyini bildirmişdir. O isə cavab vermişdir ki, Elçin onun tanışı deyil, dostu Faiqin tanışıdır və ona heç nə deyə bilməz. Xəyal Nicatın pulunun əksəriyyətini düzəltdiyini, Elçinin aldığı 5000-6000 manatın yalnız bir hissəsi qaldığını və onu da Elçin mütləq qaytarmalı olacağını bildirmişdir. Bir-iki həftə sonra, dəqiq tarix yadında deyil, dostu Şahid5lə görüşərkən, Xəyal istifadə etdiyi mobil nömrəsinə zəng edib, harada olduqlarını soruşmuş Faiqlə birlikdə "Yaşıl Bağ"da oturduqlarını bildirmiş, Xəyal isə onlara qoşulacağını demiş, bir müddət sonra, Xəyal yanında bir nəfər oğlanla gəlmiş və sonradan ona məlum oldu ki, həmin oğlan Xəyalın qaynıdır. Şahid3la heç vaxt görüşməmiş, Təqsirləndirilən şəxs ona göndərdiyi pulu şəxsən verməmiş və Zərərçəkmiş şəxs “CV” tipli anket məlumatını təqdim etməmişdir. Xəyalın Elçinə göndərdiyi 2000 manatı Şahid5 verdiyini bilmiş, lakin qalan məbləği kimin verdiyini bilməmiş, Elçin ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə Nicatdan 35 000 manat pul aldığını və həmin məbləğdən yalnız 5 000 manatını ona verdiyini bildirmiş, eyni zamanda, Təqsirləndirilən şəxs də ona Elçinə 5 000 manat verdiyini demişdir. Pul məsələləri ilə bağlı aparılan danışıq və razılaşmalardan onun xəbəri olmamış, ona heç kim pul verməmiş, o da heç kimdən hər hansı bir məbləğdə pul almamışdır. 2024-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs Şahid3 verməsi üçün onun istifadəsində olan 523915******3680 seriyalı bank kartına 5020 manat pul göndərmişdir. Xəyala Elçini tanımadığını dedikdə, Xəyal ona “bu pulu Elçinə çatdırmalısan, müəllimin işi ləngiyir, həll olunmalıdır” deyə cavab vermişdir. O, Elçini bir dəfə görsə də, aralarında heç bir münasibət olmamışdır. Daha sonra o, düşünmüşdür ki, 5020 manat pul onun kartına göndərilmiş, həmin məbləğin hamısını Elçinə verərsə, birdən problem yaranar. Ona görə də, elə həmin günün axşamı, Xəyalın göndərdiyi 5020 manat pulun 2000 manatını kartından çıxarıb, Şahid3 verməsi üçün yaşadığı evin qarşısında dostu Şahid5 vermişdir. X19 həm qonşu, həm də, uzun illərin tanışları imiş, o, isə Elçini tanımamışdır. Bir gün sonra Xəyala zəng edib, kartına göndərdiyi pulun 2000 manatını Elçinə verməsi üçün Faiq adlı dostuna verdiyini demiş və qalan məbləği isə Xəyalın özünə qaytarmağı təklif etmiş, Xəyal isə ona “yox özümə qaytarma, qalan məbləğidə təcili olaraq Elçinə ver” demişdir. Elə həmin gün axşam saatlarında Faiqlə yaşadığı evin qarşısında görüşmüş və Xəyalın kartına göndərdiyi məbləğin geri qalan 3000 manatını Elçinə verməsi üçün elə həmin vaxt dostu Faiqin bank kartına göndərmişdir. Daha sonra Faiqlə birlikdə yaxınlıqda yerləşən “Beynəlxalq” banka məxsus bankomata getmiş və Faiq kartına, onun göndərdiyi 3000 manatı çıxartmışdır ki, evə qayıdarkən Elçinə versin. Faiq, Xəyalın onun kartına göndərdiyi ümumilikdə 5000 manat pulu Elçinə vermişdir. Daha sonra 2025-ci ilin fevral ayında Təqsirləndirilən şəxs qardaşı X9 onunla telefon əlaqəsi saxlayaraq qardaşı Xəyalın onun kartına 5020 manat pul göndərdiyini, həmin pulu qaytarmalı olduğunu demişdir. O, Fərid Qocayevə həmin məbləğin Şahid3 verildiyini desə də, sonuncu “pulu göndər aparıb zərərçəkənə verək, göndərməsən barəndə şikayət edəcəyik” dediyi üçün o qorxuya düşmüş və hissə-hissə olmaqla, Fəridin ona göndərdiyi 4169- 7414-3396-2584 nömrəli bank kartına ümumilikdə 4000 manat pul köçürmüşdür. Bundan sonra Fərid ondan əl çəkmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahidlər Şahid5 oğlu və Şahid2 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid5 oğlu ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən 2022-ci ilə qədər Azərbaycan Respublikasının Baş Prokurorluğunda sürücü qismində işləmiş, həmin ərəfədə də Şahid4 ilə tanış olmuşdur. Şahid4 da həmin illərdə Baş Prokurorluqda sürücü işləmiş,onunla hal-hazıra kimi şəxsi münasibət saxlayır. Təqsirləndirilən şəxs isə Şahid4 tanışı kimi tanımış, Xəyalla Fərman ümumi dostlarının toyunda tanış olmuşlar. 2024-cü ilin yay aylarında Şahid4la Bakı şəhəri Hüseyn Cavid parkında yerləşən “Yaşıl Bağ” adlı çay evində çay içib söhbət edən zaman Fərman ona dostu Təqsirləndirilən şəxs bir nəfər qohumunun “SOCAR” şirkətinə işə düzəlmək istədiyini bildirərək ondan həmin şirkətdə fəaliyyət göstərən və onu işə düzəltməyə malik olan tanışının olubolmamasını soruşmuş, Fərmana “SOCAR” şirkətində işləyən tanışının olmadığını, lakin əvvəllər “SOCAR” şirkətində işləyən Şahid3 adlı bir tanışının olduğunu bu məsələni ondan maraqlanacağını bildirmiş, Fərman “SOCAR” şirkətinə işə düzəlmək istəyən şəxsin kim olması, həmin şəxsin ad və ya soyadı barədə ona heç bir məlumat verməmişdir. Bir-iki gündən sonra Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq onun “SOCAR” şirkətinə kimisə düzəldə bilibbilməməsi barədə soruşmuş, Şahid3 ona tanışı olduğunu, köməklik edə biləcəyini bildirmişdir. Elçinin ona müsbət cavab verməsindən sonra Elçinə demişdir ki, onun bir dostunun tanışı ora işə düzəlmək istəyir. Şahid3 özü onunla əlaqə saxlaya bilməsi üçün onun telefon nömrəsini dostuna verməsini demiş, Elçin onunla danışan zaman həmin iş düzəlmək istəyən şəxsi kimin vasitəsilə, hansı üsulla, nə qədər pul qarşılığında işə düzəldə biləcəyi barədə heç bir söz deməmiş, o da Elçindən bu barədə heç bir söz soruşmamışdır. Elçinlə danışdıqdan təxminən bir-iki gün sonra Fərmanla yenidən “Yaşıl Bağ” adlı çay evində görüşəndə ona Şahid3la danışdığını, Elçinin dediyi şəxsi “SOCAR” şirkətinə işə düzəldə biləcəyini bildirməsini demiş, bundan sonra Fərman bu barədə zəng edib Xəyala bildirərək onda Elçinin nömrəsini Xəyala zəng edib danışmaq üçün verməsini bildirmişdir. Fərman onun yanında Xəyala zəng edərək Şahid3 adlı bir şəxs olduğunu dediyi adamı “SOCAR”-a işə düzəldə biləcəyini demiş, Fərman Xəyalla telefonla danışarkən ondan Şahid3 nömrəsini ona verməyə xahiş etmiş, o da telefonunda Elçinin nömrəsini taparaq ona səsli şəkildə demiş Fərman da telefonda Xəyala xəbər vermişdir. Bundan sonra bir neçə dəfə Fərmanla müxtəlif vaxtlarda görüşmüş, görüşdüyü zaman Fərman həmin işə düzəlmək istəyən şəxs, Şahid3 və ya Xəyal barəsində ona heç bir söz deməmişdir. Onun üçün də bu maraqsız olduğu üçün ondan bu barədə heç bir söz soruşmamışdır. 2024-cü ilin təxminən oktyabr ayında Şahid4la “Yaşıl Bağ” adlı çay evinə çay içməyə getmiş, ora çatdıqdan təxminən 10-15 dəqiqə sonra , Təqsirləndirilən şəxs və soyad, ad və ata adını bilmədiyi yeznəsi ilə həmin çay evinə gəlmişlər, bir müddət sonra Şahid3 da ora gəlmiş, Xəyalın, Xəyalın qaynının, eləcə də Elçinin ora kim tərəfindən dəvət edilməsini dəqiq bilməmiş, onlar görüşmələrini əvvəlcədən planlaşdırımışlar, lakin bu barədə Fərman ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs gəlib onlarla görüşdükdən sonra Fərmana bildirmişdir ki, Şahid3 ona 5000 manat pul qaytarmalıdır və onun barəsində prokurorluğa şikayət olunmuş və həmin pulu Şahid3 “SOCAR” şirkətinə işə adam düzəltmək üçün vermişdir. Elçin gəldikdən sonra Xəyal çox əsəbi şəkildə Şahid3 “Verdiyim 5000 manat pulu qaytar!” sözünü deyərək ona qışqırmış, Şahid3 isə Xəyala “Xəyal narahat olma 2-3 günə pulu sənə qaytaracam” demişdir. Xəyal Elçinin təklifi ilə razılaşmış və Xəyal, Xəyalın qaynı və Elçin çıxıb getmişlər. 2025-ci ilin yanvar ayının əvvəllərində Şahid3 yaşadığı evin yaxınlığında yerləşən köşkün yanında görmüş, orada Elçin ona Xəyala verməli olduğu 5000 manat puldan 4200 manatını Xəyala qaytardığını demişdir. Şahid4 Şahid3 tanımamış, Fərmana Elçinin istifadəsində olan mobil nömrəni o vermiş, Fərmanda həmin nömrəni onun yanında telefonda Xəyala demişdir. X6 görüşübgörüşməmələrindən heç bir məlumatı olmamış, bu barədə nə Fərman nədə ki, Elçin ona heç bir söz deməmişdir. Fərmanın Elçinə pul verib-verməməsindən onun məlumatı olmamış, Təqsirləndirilən şəxs tanısa da bir dəfə çay evində Elçin, Fərman Xəyalın qaynı ilə birlikdə görüşəndə görmüş, Xəyalla heç vaxt telefon əlaqəsi saxlamamış, Elçin Xəyalın pulu aldıqları şəxsə qaytarmaması barədə ona heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs adlı şəxsi o tanımır, Elçin və Xəyalın pulu hər hansı bir başqa şəxsdən və ya Zərərçəkmiş şəxs adlı şəxsdən almalarını bilməmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında 2024-cü ilin sentyabr ayına qədər Şamaxı rayon İcra və Probasiya şöbəsində qeyri-rəsmi olaraq ştatdan kənar köməkçi işləmiş, Təqsirləndirilən şəxs və Şahid1 tanıyır, Təqsirləndirilən şəxs bacısı Günay Qocayevanın əridir, Şahid1 isə Şamaxı rayon İcra və Probasiya şöbəsində mühafizə polisi kimi xidmət apardığı üçün tanımışdır. Təxminən 2024-cü ilin may aylarında işdə telefonla iş yerinin dəyişilməsi ilə bağlı Təqsirləndirilən şəxslə danışıq aparmış, həmin vaxt Şahid1 danışıqlarını eşidərək işin dəyişməsi ilə bağlı kimlə danışdığı barədə ondan soruşmuş, o da öz növbəsində bacısının əri Təqsirləndirilən şəxslə danışdığını bildirmişdir. Xəyala zəng etməkdə məqsədi Xəyalın qohumlarından ixtisasına uyğun (iqtisadçı) iş yeri olmasını barədə məlumatın alınmasında və onun işə düzəlməyində köməklik edilməsi olmuşdur. Zahidə Xəyalla nə barədə danışmağını demiş, Zahid ondan Xəyalın hər hansı bir şəxsi işə düzəldib-düzəldə bilməyəcəyini soruşmuş, o da öz növbəsində, onun bu barədə məlumatının olmadığını, istəyirsə özünün Xəyalla əlaqə saxlamasını bildirmiş, Xəyalın hər hansı bir şəxsi pul qarşılığında hər hansısa bir işə düzəltməsini bilməmiş, bu barədə onda heç bir məlumat olmamış ona görə də onun Zahidə Xəyalın şəxsləri pul müqabilində işə düzəltməsini deməyi mümkün deyildir. Zahidə Xəyalın mobil nömrəsini verib-verməməyini xatırlamır. 2024-cü ilin dekabr ayın axırlarında qardaşı Turaldan məlumat almışdır ki, Təqsirləndirilən şəxs Şahid1 və Şahid3la əvvəl işlədiyi Şamaxı rayon İcra və Probasiya şöbəsində icra məmuru işləyən Zərərçəkmiş şəxs onu “SOCAR” şirkətinə işə düzəltmək adı ilə pul alaraq Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanlması haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 96-C-24 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Şamaxı RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə tutularaq Şamaxı RPŞ-nin MSY-nə təhvil verilmişdir. “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması haqqında” 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə, saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 4(074)-3/2025 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 1 ay 20 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Ödəmə qəbzinin surətindən görünür ki, 2024-cü ilin oktyabr ayında Şahid4 istifadəsində olan 523915******3680 nömrəli bank kartına 5020 manat pul göndərilmişdir. Şamaxı rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 4(074)-14/2025 nömrəli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay 28 (iyirmi səkkiz) gün olmaqla, ümumilikdə 3 (üç) ay 18 (on səkkiz) günədək, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ünvan 4şayır, ailə tərkibi: X10-xx.xx.1991-ci il təvəllüdlü arvadı, X7-xx.xx.2014-cü il təvəllüdlü oğlu və X8-xx.xx.2019-cu il təvəllüdlü qızından ibarətdir. Təqsirləndirilən şəxs müsbət yönümdə xarakterizə olunur. Şamaxı rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, 4(074)-26/2025 nömrəli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay 12 (on iki) ay olmaqla, ümumilikdə 5 (beş) ayadək, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 10 may 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə, "xxxx" MMC-yə verilmiş sorğu əsasında daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ünvan 5 ünvanında yerləşən “Bazar store” mağazasının içərisində quraşdırılmış “eManat” və “Mpay” ödəmə terminallarında ödəmələr ilə bağlı aparılan əməliyyat tarixçələri əks olunmuşdur. Cinayət işi üzrə, "xxxx" MMC-yə verilmiş sorğu əsasında daxil olmuş xx.xx.2025-ci il tarixli məktubunda ünvan 5 ünvanında yerləşən “Bazar store” mağazasının içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus “MilliÖn” ödəmə terminalı vasitəsilə ödənilmiş 4000-5050 manat məbləğlərində pul vəsaitləri üzrə əməliyyat tarixçələri əks olunmuşdur. Həmin əməliyyat tarixçələrindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:50-də ünvan 5 ünvanında yerləşən “Bazar store” mağazasının içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus “MilliÖn” ödəmə terminalı vasitəsilə Şahid4 məxsus 523915******3680 nömrəli bank kartına 5020 manat pul göndərilmişdir. Həmçinin əməliyyat tarixçələrindən görünür ki, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadəsində göstərdiyi 23 sentyabr 2024-cü il tarixdə, habelə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ünvan 5 ünvanında yerləşən “Bazar store” marketin içərisində quraşdırılmış “eManat”, “Mpay” və “MilliÖn” ödəmə termialları vasitəsilə 4 müxtəlif bank kartına ümumilikdə 22000 manat məbləğində pul göndərilməsi halları olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadəsində 23 sentyabr 2024-cü il tarixindən bir neçə gün sonra Şamaxı şəhərindəki “Bazarstore” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Şahid3 adına olan bank kartına 4000 manat məbləğində pul göndərdiyini göstərsə də, əməliyyat tarixçələrindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddət ünvan 6 ünvanında yerləşən “Bazar store” marketin içərisində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Şahid3 adına olan bank kartına hər hansı məbləğdə pul göndərilməmiş, ümumiyyətlə qeyd olunan müddətlərdə “MilliÖn”, “eManat” və “Mpay” ödəmə termialları vasitəsilə 4000 manat məbləğində pul göndərilməsi halları olmamışdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəi cinayət işi üzrə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 25 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəi cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihama dəyişiklik edilməklə ona həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10 iyun 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(074)-35/2025 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirlən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(074)-36/2025 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 18 gün, yəni 25 iyun 2025-ci il tarixdən 13 iyul 2025-ci il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs Əikram oğlunun xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Şamaxı rayon Prokurorluğunun icraatında olan Zərərçəkmiş şəxs zərərçəkmiş tərəf olduğu cinayət işi üzrə ona dəymiş 35000 (otuz beş min) manat ziyan-zərəri təqsirləndirilən şəxs Şahid1 ona ödəmişdir. Buna görə Şahid1la barışmış, ona qarşı şikayəti yoxdur. Lakin digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid3la barışmır və onlardan şikayətçidir. Zərərçəkmiş şəxs Əikram oğlu tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli teleqramın surətindən görünür ki, təqsirləndirilən şəxs Şahid1 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyan olaraq ona ödənilmiş 35000 manat məbləğində pul vəsaiti onun tərəfindən Şahid1 geri qaytarılmış (ödənilməmiş) və bu barədə ondan müvafiq ərizə və qəbz alınmışdır. “MilliÖn” ödəmə qəbzinin surətindən görünür ki, 2024-cü ilin sentyabr ayında 2000 manat, xx.xx.2024-cü il tarixdə Şahid3 istifadəsində olan bank kartına 700 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat və xx.xx.2024-cü il tarixdə 500 manat pul göndərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanı ödəməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın, həmçinin CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 22 yanvar 2025-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından həmçinin görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət nəticəsində ona vurulmuş ziyana görə 35000 manatın və mənəvi ziyana görə 50000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 345 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Mülki iddia ərizəsi zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən imzalanmışdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd edilən Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia ərizəsi zərəçəkmiş şəxsin nümayəndəsi tərəfindən imzalandığından və ona verilmiş etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti göstərilmədiyindən cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 345 manat rüsum Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 345 manat pul Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar