Məhkəmə qərarları › İş №1(074)-56/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-56/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-56/2023 04.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X3, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 21 mart 1996-cı ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə, saat 09 radələrində idarə etdiyi özünə məxsus “Mercedes Benz 190” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı- Göylər-Quşçu avtomobil yolunun Quşçu kəndinə giriş hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun döngəli olmasını nəzərə almaqla avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və bununla hadisənin qarşısına almağa texniki imkanı olduğu halda, həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətlə idarə etməli olduğu halda Qanunun qeyd olunan maddələrinin tələblərini pozaraq cinayətkarcasına etinasızlıq edib texniki cəhətdən saz vəziyyətdə olan avtomobili yaşayış məntəqəsi daxilində, döngəli yol şəraitində 90-100 km/sürətlə idarə edərək avtmobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyi üçün avtomobili əks istiqamətli hərəkət zolağının ehtiyyat hissəsinə çıxarıb aşırmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin qismində əyləşmiş X8 ağır qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, beyin əsası sümüklərinin qapalı sınığı, koma ağır dərəcəli, qarnın qapalı travması, daxili qanaxma, qara ciyərin və öd kisəsinin cırılması, böyrəklərin qopması, sidik kisəsinin cırılması, sol aşağı ətrafın əzilməsi ilə nəticələnib ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və həmin tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, “Mercedes-Benz 190” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmaqla 2022-ci ilin noyabr ayında almış, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində mərhum qayınatası X15 ona zəng edərək qayınanası və bibisi olan X4 Ağsu rayonunda yerləşən heyvan fermasında dünyasını dəyişməsi barədə məlumat vermiş və o, dərhal evdən çıxaraq qardaşı X5 bibisi X4 ölməsini bildirib onunla birlikdə idarə etdiyi “Mercedes-Benz 190” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Ağsu rayonunda yerləşən heyvan fermasına getmiş və orada bir müddət gözlədikdən sonra mərhum bibisi Səmayə Əliyevanın nəşini yük maşınına qoymuşlar, daha sonra o, mərhum qayınatası X15 ilə birlikdə idarə etdiyi “Mercedes- Benz 190” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Ağsu rayonundan çıxaraq Şamaxı rayon Quşçu kəndi istiqamətində gəlmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində yaşadıqları Quşçu kəndinin girişində idarə etdiyi avtomobillə hərəkətdə olarkən dəqiq xatırlamadığı səbəbdən, yəni baş vermiş hadisə nəticəsində aldığı travmadan hadisənin baş verdiyi anı unutduğundan təxminən xatırladığına görə ilk öncə idarə etdiyi avtomobil yolun sağ kənarında olan ehtiyat hissəyə çıxmış və o, idarə etməni itirərək yolun sol kənarında olan xəndəyə düşmüş, daha sonra nə olmasını xatırlamır. Hadisə yerinə gəlmiş kənd camaatının deməsinə görə, onun idarə etdiyi avtomobil xəndəyə düşdükdən sonra yenidən oradan yola tərəf çıxmış, asvalt örtüyünün üzərində dayanmış və hadisə yerinə gələn insanların köməkliyi ilə onu və mərhum qayınatası X11 avtomobildən çıxardıqdan sonra hər ikisini Şamaxı şəhəri Diaqnostika mərkəzinə gətirmişlər və bir neçə saat xəstəxanada qaldıqdan sonra məlumatı olmuşdur ki, mərhum qayınatası X15 yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən Şamaxı şəhəri Diaqnostika mərkəzində ölmüş, onu isə müayinə edərək qolunda sınıq olması müəyyən edilmiş və qoluna gips qoyulmuşdur. O, hadisə zamanı avtomobili saatda 90-100 kilometr surətlə idarə etmişdir. Yol-nəqliyyat hadisəsi Şamaxı-Quşçu yolunun Quşçu kəndi ərazisindən keçən hissəsində baş vermiş hadisə onun idarə etdiyi “Mercedes-Benz 190” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sol kənarında yerləşən xəndəyə düşməsi nəticəsində baş vermişdir. O, ümumiyyətlə spirtli içki qəbul etmir, həmçinin yol-nəqliyyat hadisəsi zamanı spirtli içki qəbul etməmişdir. O, yol-nəqliyyat hadisəsi zamanı alın nahiyəsinin cırılmış yarası, sağ qol nahiyəsinin sınığı və sağ ayağının əziyi xəsarətlərini almışdır. O, yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmiş, hadisə zamanı yanında mərhum qayınatası X6 başqa heç kim olmamış, idarə etdiyi “Mercedes-Benz 190” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil yolnəqliyyat hadisəsindən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, əməlindən peşmançılıq çəkir, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışmasını, ilk dəfə məhkum olunmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadə verib göstərdi ki, X15 onun atası, X9 isə həyat yoldaşı olmaqla yanaşı dayısı oğludur. Onun mərhum atası X15 və mərhum anası Səmayə Ağsu rayonunda fermada yaşayırmışlar. Atası orada heyvan otarmaqla məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində anası dünyasını dəyişdiyi üçün atası onlarla əlaqə saxlayaraq anası Səmayənin qəfildən dünyasını dəyişməsini bildirmiş və bu xəbərdən sonra həyat yoldaşı X9 idarə etdiyi «Mercedes-Benz 190» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşərək Ağsu rayonuna getmiş və orada anası Səmayəninin nəşini böyük yük maşınına qoyduqdan sonra həyat yoldaşı X9 mərhum atası X15 ilə birlikdə Elgünün idarə etdiyi «Mercedes-Benz 190» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şamaxı rayon istiqamətinə gəlmişlər və bir neçə müddət sonra ona məlum olmuş ki, mərhum atası X2-Quşçu yolunun Şamaxı rayonu Quşçu kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi keçirib, qəza nəticəsində Elgün və mərhum atası Arif xəsarət aldıqları üçün onları Şamaxı rayon Xəstəxanasına aparıblar. Dərhal o, Şamaxı Mərkəzi xəstəxanasına getmiş və xəstəxanadan öyrənmiş ki, mərhum atası X15 avtoqəza nəticəsində almış olduğu xəsarətlərdən ölmüş, bundan sonra X8 meyiti məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilmiş, o, hadisənin şahidi olmamış, sonradan hadisə barəsində eşitmişdir ki, həyat yoldaşı X9 atası X15 ilə birlikdə Elgünün idarə etdiyi «Mercedes-Benz 190» markalı **- BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şamaxı rayon Quşçu kəndinə gələn zaman Quşçu kəndi ərazisində yoldan çıxaraq yolun sol hissəsində olan xəndəyə düşmüş və nəticədə baş verən yol-nəqliyyat hadisəsində mərhum atası X15 aldığı xəsarətlərdən vəfat etmişdir. Ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışdığını bildirib ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayonu Quşçu kəndində ailəsi ilə birlikdə yaşayır, özü də fərdi əmək fəaliyyəti ilə məşğul olur. O, Təqsirləndirilən şəxs tanıyır, onunla eyni kənddə yaşayır və münasibətləri hər zaman yaxşı olub aralarında ədavət və düşmənçilik olmamışdır. Onun yaşadığı ev Quşçu kəndinin girəcəyində olmaqla kənd yolunun kənarında sağ hissədə yerləşir. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində o, yaşadığı Quşçu kəndində evində olan zaman səs eşidərək evdən çölə çıxmış və hadisə yerində bir qədər qalıb danışıqlardan müəyyən etmiş ki, Quşçu kənd sakini olan əvvəldən tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz 190» minik markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarında olan xəndəyə düşərək yenidən asvalt örtüyünə çıxmış və avtomobildə ön oturacaqda sərnişin qisimində əyləşən X15 müxtəlif xəsarətlər almış, həmçinin sürücü Təqsirləndirilən şəxs da, xəsarət almış, həmin vaxtı, hadisə olan yerə gələn insanların köməyi ilə həmin avtomobildə olan hər iki nəfəri avtomobildən çıxarmışlar və bir az sonra Şamaxı rayon Mərkəzi xəstəxanasından gələn təcili-tibbi yardım avtomobili ilə hər iki şəxsi xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs qayınatası və bibisinin yoldaşı olan X15 xəstəxanada ölmüşdür. Həmin hadisə zamanı o, evdə olmuş, hadisə olduqdan sonra çölə çıxmış, Təqsirləndirilən şəxs avtomobili saatda hansı sürətlə idarə etməsi barədə heç bir fikri yoxdur. Sonradan müəyyən etmişdir ki, həmin hadisə Şamaxı-Quşçu yolunun Quşçu kəndi ərazisindən keçən hissəsində onun evi ilə üzbəüz yolun sol hissəsində baş vermiş, onun fikrincə hadisə Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz 190» minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sol kənarında yerləşən xəndəyə düşməsi nəticəsində baş vermiş, o, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır və bilir ki, Elgün ümumiyyətlə spritli içki qəbul etmir. O, hadisəni eşidərək ora gedəndə görmüş ki, Təqsirləndirilən şəxs həmin hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etmiş, həmin hadisə zamanı avtomobildə sürücü Təqsirləndirilən şəxs və mərhum X15 olmuş, başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon X12 X14 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində polis baş serjantı rütbəsində xidmət aparır. 23 mart 2023-cü il tarixdə saat 09 radələrində o, Şamaxı rayon X12 X14 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində polis baş serjantı Şahid3 ilə rayon ərazisində xidmətdə olduğu vaxtı, Şamaxı rayonu, Quşçu kənd yolunun Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olduğu üçün polis baş serjantı Şahid3 ilə dərhal qeyd edilən hadisə yerinə getmişlər. Orada məlum olmuşdur ki, həmin yolda Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz 190» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə hərəkətdə olarkən qəflətən avtomobilin idarəetməsini itirməsi nəticəsində, avtomobil yolun sol kənarına çıxıb arxa düşmüş və daha sonra hərəkətini davam etdirib yola çıxmış avtomobilin aşması nəticədə «Mercedes-Benz 190» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Ağsu şəhəri Vidadi küçəsi ev 40-da qeydiyyatda olan və yaşayan X15 avtomobildən çıxarılandan sonra Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılmış, xəstəxanada müayinə və müalicə olunsa da, X15 aldığı xəsarətlərlə bağlı RMX-da ölmüş, eyni zamanda, hadisə yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, protokolla sxem tərtib edilmiş və fotoşəkillər çəkilmiş, hadisə yerinə baxış keçirirləkən görünmüşdür ki, yolnəqliyyat hadisəsi «Mercedes-Benz 190» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi zolağın əks yolunda olan ehtiyat hissədən kənarda xəndəkdə baş vermiş, daha sonra, baxış qurtarmış və onlar xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən, oun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, Şahid2 ifadələrində göstərilən xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 23 mart 2023-cü il tarilxi qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli 32 saylı Aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs sərxoşluq aşkar edilməmiş, ayıq vəziyyətdə olmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Şamaxı-Quşçu avtomobil yolunun Quşçu kəndi ərazisindən keçən hissəsində baş vermişdir, hadisə yerində asfalt və yolun ehtiyat hissəsi qurudur. Şamaxı rayonu, Göylər kəndi tərəfdən gələn yol hissəsindən Quşçu kəndi istiqamətində, yəni Quşçu kəndinə tərəf keçirilmişdir. Hadisə baş vermiş yol asfalt örtüklü, üfüqi döngəli yerdə yerləşir, hadisə vaxtı və hadisədən sonra yol quru olmuş, sadəcə hadisədən sonra avtomobilin radiatorundan yerə az miqdarda su axmışdır. Şamaxı-Quşçu avtomobil yolunun üzərində hərəkət axınını ayıran xətlər vardır. Aşma yerindən “Mercedes 190” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qədər məsafə 17 (on yeddi) metr, “Mercedes 190” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yoldan çıxma məsafəsi 12 (on iki) metr uzunluqdadır. Eyni zamanda, istintaq materialları üzrə müəyyən edilir ki, Şamaxı-Quşçu avtomobil yolunun asfalt örtüyünün - hərəkət hissəsinin eni 5 (beş) metrdir. Yol iki hərəkət zolaqlıdır, hərəkət zolaqları ayrı-ayrılıqda 2,5 metrdır. Sağ ehtiyat hissə torpaq örtüklüdür, qurudur, sol ehtiyat hissə torpaq örtüklüdür, qurudur, sağ ehtiyat hissənin kənarında kənd tipli evlər yerləşir. Hadisə zamanı “Mercedes 190” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Şamaxı-Quşçu yolu üzərindən Quşçu kəndi istiqamətində hərəkətdə olmuşdur. Eləcə də istintaq materiallarından görünür ki, hadisə yerində “Mercedes 190” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Quşçu kəndi istiqamətində dayanmışdır. Aşma yeri - baxış keçirilən istiqamətdə yolun sol hərəkət zolağından 5 metr uzaqlıqda olan su arxında (xəndəkdə) yerləşir. Aşma yerindən avtomobilin dayandığı yerə qədər olan məsafə 17 metrdir. Hadisə yerində “Mercedes 190” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yoldan çıxdığı istiqamətdə 14 metr uzunluqda tormoz izləri vardır. BD 298538 nömrəli qeydiyyat şəhadətnaməsinin, BD 020788 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, “Mercedes-Benz 190” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsus olmuş və onun 07 dekabr 2021-ci il tarixdən 07 dekabr 2031-ci il tarixədək B1, B, C1 C kateqoriyaları üzrə sürücülük hüququ olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnamayə alınmış 21 aprel 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” üzrə tərtib edilən xx.xx.2023-cü il tarixli 8/1393 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, - “MERCEDES-BENZ 190” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2023-cü il tarixli, 3 saylı ekspert rəyindən görünür ki, X8 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər – ağır qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, beyin əsası sümüklərinin qapalı sınığı, koma ağır dərəcəli, qarnın qapalı travması, daxili qanaxma, qara ciyərin və öd kisəsinin cırılması, böyrəklərin qopması, sidik kisəsinin cırılması, sol aşağı ətrafın əzilməsi küt əşya təsirindən törənməklə, qərarda qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gəlmişdir. X8 almış olduğu xəsarətlər, ağır qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, beyin əsası sümüklərinin qapalı sınığı, koma ağır dərəcəli qarnın qapalı travması, daxili qanaxma, qara ciyərin və öd kisəsinin cırılması, böyrəklərin qopması, sidik kisəsinin cırılması, sol aşağı ətrafın əzilməsi ağır zərər vurmaya aiddirlər, ölümlə birbaşa əlaqəlidirlər. X8 ölümünə səbəb ağır qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, beyin əsası sümüklərinin qapalı sınığı, koma ağır dərəcəli qarnın qapalı travması, daxili qanaxma, qara ciyərin və öd kisəsinin cırılması, böyrəklərin qopması, sidik kisəsinin cırılması, sol aşağı ətrafın əzilməsi olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə baş vermişdir. Şamaxı RİHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 may 2023cü il tarixli 5-75-382-372/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Quşçu kəndində yaşayır. Şamaxı RİHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, kəndin ictimai işlərində fəal iştirak etmiş, kənd sakinlərinin hörmətini qazanmışdır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayətin törətməsini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasının aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməlidir və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək hqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut “Mersedes-Benz 190” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il 6(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Mersedes-Benz 190” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar