Məhkəmə qərarları › İş №1(074)-57/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-57/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-57/2022 01.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 Səmid qızının və Zərərçəkmiş şəxs1 Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Xırdalan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə, 05 avqust 1947-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 02 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində etibarnamə ilə idarə etdiyi “MERCEDES BENZ C-220 minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili Şamaxı-Göylər avtomobil yolu ilə Çöl-Göylər kəndi ərazisində təxminən saatda 50 kilometr sürətlə Sabirabad rayonu istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli və hərəkət zamanı təhlükəsizliyi təmin etməyən idarəetmə hərəkətlərinə yol verməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmçinin, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati. xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda ehtiyatsızlıqdan bunları etməyərək Çöl- Göylər kəndindən əsas yol olan Şamaxı-Göylər avtomobil yoluna birbaşa çıxan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla öz hərəkət yolunda toqquşmuş, nəticədə idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Səmid qızının sağ bazu sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişmiş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin əzilməsi nəticəsində həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs1 1750 (min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 02 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını Şamaxı-Göylər avtomobil yolunun Çöl-Göylər kəndi ərazisindən keçən hissəsində təxminən saatda 20 kilometr sürətlə Çöl-Göylər kəndindən əsas yol istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli və hərəkət zamanı təhlükəsizliyi təmin etməyən idarəetmə hərəkətlərinə yol verməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmçinin, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda bunları etməyərək ehtiyatsızlıqdan Çöl-Göylər kəndindən əsas yol olan Şamaxı-Göylər avtomobil yoluna birbaşa daxil olmaqla Şamaxı rayonu istiqamətindən gələn Təqsirləndirilən şəxs1 idarə etdiyi “MERCEDES BENZ C-220 minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq həmin avtomobillə toqquşmuş, nəticədə “MERCEDES BENZ C-220 minik” markalı, **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Səmid qızının sağ bazu sümüyünün orta 1/3-nin qəlpəli, yerini dəyişmiş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, “MERCEDES BENZ C-220 minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində həmin avtomobilin sahibi Təqsirləndirilən şəxs1 4210 (dörd min iki yüz on) manat, idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs1 1750 (min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, özünə məxsus “MERCEDES BENZ C 220-minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobili o, etibarnamə əsasında idarə edir. Zərərçəkmiş şəxs2 onun qohumudur. Zərifə və ailəsi ilə münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla heç bir formada münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. Ağsu rayonunda yas mərasimində iştirak etmək məqsədi ilə o, qohumları Sabirabad rayonu, Qalağayınlı kənd sakinləri Zərərçəkmiş şəxs2, onun həyat yoldaşı Şahid1, Arifin bacısı Şahid4 ilə birlikdə etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ” C 220-minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 02 yanvar 2022-ci il tarixdə, saat 09 radələrində yaşadıqları Sabirabad rayonu, Qaraqayınlı kəndindən Ağsu rayonuna getmişlər. Həmin günü yas mərasimində iştirak etdikdən sonra, artıq saat 13 radələrində onlar, yəni o, Arif, Zərifə və Rəsmiyyə Ağsu rayonundan çıxaraq yaşadıqları Sabirabad rayonu, Qaraqayınlı kəndinə getmək üçün yola düşmüşlər. Həmin vaxt o, avtomobili idarə etmiş, qohumu Şahid1 idarə etdiyi avtomobilin qabaq sərnişin oturan oturacağında, digər qohumları isə arxa sərnişin oturan oturacaqda oturmuşlar. Həmin tarixdə, saat 14 radələrində Şamaxı- Göylər yolu ilə hərəkətdə olarkən Şamaxı rayonu Çöl-Göylər kəndi ərazisində yolun sağ tərəfindən '‘Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət yoluna çıxmışdır. Həmin vaxt o, nə qədər idarə etdiyi avtomobili hərəkət yolunun sol tərəfinə çəksə də hadisənin qarşısını ala bilməmiş və avtomibillər toqquşmuşdur. Avtomobillərin toqquşması nəticəsinə onun idarə etdiyi avtomobildə arxa sərnişin oturan oturacaqda əyləşən qohumu Sabirabad rayonu, Qalağayın lı kənd sakini Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Özü və digər sərnişinlər heç bir bədən xəsarəti almamışlar. Həmin vaxt digər avtomobili idarə edən sürücü, sonradan adını bildiyi Caməmməd Hacalıyev və adını bilmədiyi sərnişin heç bir bədən xəsarəti almamışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. Hadisə yeri müayinə olunduqdan sonra avtomobillər polis əməkdaşları tərəfindən hadisə yerindən götürülmüşdür. Həmin hadisə zamanı o, spirtli içki qəbul etməmiş, ayıq olmuş, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, idarə etdiyi avtomobil hadisədən qabaq texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmin günün səhəri, yəni 03 yanvar 2022-ci il tarixdə o, eşitmişdir ki, qohumu Zərərçəkmiş şəxs2 Bakı şəhəri Travmatologiya İnstitutuna müraciət edib, orada qohumu Zərifənin yol nəqliyyat hadisəsi zamanı sağ qolunun sınması xəsarəti aldığını bildirib əməliyyat olunacağını demişdir. Həmin ərazi yaşayış məntəqəsi olduğundan o, idarə etdiyi “MERCEDES BENZ” C 220minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda təxminən 50 kilometr surətlə idarə etmişdir. Həmin hadisə Şamaxı-Göylər yolunun Çöl-Göylər kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Həmin hadisə zamanı o, Şamaxı-Göylər yolu ilə hərəkətdə olarkən Çöl-Göylər kəndi ərazisində yolun sağ tərəfindən “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət yoluna çıxmış və nəticədə avtomobillər toqquşmuşdur. Onun hərəkət yoluna çıxan “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili o, təxminən 40 metr məsafədən görmüş, lakin hadisənin qarşısını ala bilməmişdir. O, ümumiyyətlə spirtli içki qəbul etmir, həmin hadisə zamanı da ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Həmin hadisə zamanı o, heç bir xəsarət almamışdır. Hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir. Həmin hadisə zamanı onun idarə etdiyi “MERCEDES BENZ” C 220-minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə qohumları Sabirabad rayonu, Qalağayınlı kənd sakinləri Zərərçəkmiş şəxs2, Zərifənin həyat yoldaşı Şahid1, Arifin bacısı Şahid4 olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə zamanı qohumu Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almış, digər qohumları isə heç bir bədən xəsarəti almamışlar. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri ödədiyini bildirərək, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə edir. 02 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində həyat yoldaşı X2 ilə birlikdə idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu Çöl-Göylər kəndində qohumlarıgilə gedib bir qədər oturduqdan sonra həmin kənddə yerləşən bulaqdan su götürüb yaşadıqları Şamaxı rayonu, Göylər kəndinə getmək üçün Şamaxı-Göylər yoluna çıxmaq istəyərkən qəflətən yüksək sürətlə sol tərəfdən gələn “MERCEDES BENZ C-220-minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət yoluna çıxmışdır. Həmin vaxt onun idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi “MERCEDES BENZ C-220-minik” markalı, **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Sonradan ona məlum olmuşdur ki, avtomobillərin toqquşması nəticəsində “MERCEDES BENZ C-220-minik” markalı, **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 Səmid qızı müxtəlif dərəcəli bədən xəsarətləri almış, sürücü və digər iki nəfər sərnişinlər heç bir xəsarət almamışlar. O və həyat yoldaşı Südabə Zərbalıyeva da heç bir bədən xəsarəti almamışlar. Həmin hadisə zamanı o, spirtli içki qəbul etməmiş, ayıq olmuş, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, idarə etdiyi avtomobil hadisədən qabaq texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmin günün səhəri, yəni 03 yanvar 2022-ci il tarixdə o eşitmişdir ki, digər avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Səmid qızı Bakı şəhəri Travmatologiya İnstitutuna müraciət edib, orada Zərifənin yol nəqliyyat hadisəsi zamanı sağ qolunun sınması xəsarəti aldığını bildirib əməliyyat olunacağını demişlər. Zərifə Bakı şəhəri, Travmatalogiya İnstitutunda müalicə almışdır. Həmin ərazi yaşayış məntəqəsi olduğundan, həmçinin o, magistral yola çıxdığından avtomobili təxminən saatda 20 kilometr sürətlə idarə etmiş, hadisəyə səbəb isə onun “MERCEDES BENZ C-220-minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görməməyi və həmin avtomobilin hərəkət yoluna çıxmağı olmuşdur. Hadisə Şamaxı-Göylər yolunun Çöl-Göylər kəndi ərazisindən keçən hissəsində baş vermişdir. O, ümumiyyətlə spirtli içki qəbul etmir. Həmin hadisə zamanı da ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Həmin hadisə zamanı o, heç bir xəsarət almamış, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Həmin hadisə zamanı onun idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sərnişin oturan oturacaqda həyat yoldaşı Zərərçəkmiş şəxs1 olmuşdur. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri ödədiyini bildirərək, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslə heç bir formada münasibətləri, həmçinin ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 tanıyır, onun qohumudur, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Aqilin özünə məxsus “MERCEDES BENZ” C 220-minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Onların yaxınlarının Ağsu rayonunda yas mərasimi keçirilirdi. Bu səbəbdən də 02 yanvar 2022-ci il tarixdə, saat 09 radələrində qohumu Təqsirləndirilən şəxs1 məxsus “MERCEDES BENZ” C 220-minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həyat yoldaşı Şahid1 və həyat yoldaşının bacısı, yəni baldızı Şahid4 ilə birlikdə yaşadıqları Sabirabad rayonu Qaraqayınlı kəndindən Ağsu rayonuna getmək üçün yola düşmüşlər. Həmin vaxt qohumu Aqil avtomobili idarə etmiş, həyat yoldaşı Şahid1 qabaq sərnişin oturan oturacaqda, o və baldızı isə arxa sərnişin oturan oturacaqda əyləşmişlər. Həmin tarixdə yas mərasimində iştirak etdikdən sonra, saat 13 radələrində Ağsu rayonundan çıxaraq yaşadıqları Sabirabad rayonu Qaraqayınlı kəndinə getmək üçün yola düşmüşlər. Həmin tarixdə, saat 14 radələrində Şamaxı-Göylər yolu ilə hərəkətdə olarkən Şamaxı rayonu Çöl-Göylər kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəfindən “Chevrolet Niva” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil qəflətən hərəkət yollarının sağ tərəfindən onların hərəkət yoluna çıxmışdır. Həmin vaxt qohumu Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili hərəkət yolunun sol tərəfinə çəksə də hadisənin qarşısını ala bilməmiş və avtomibillər toqquşmuşdur. Avtomobillərin toqquşması nəticəsinə o, müxtəlif dərəcəli bədən xəsarətləri almış, sürücü Təqsirləndirilən şəxs1, baldızı Şahid4 və həyat yoldaşı Ariq Qarayev isə heç bir bədən xəsarəti almamışlar. Bundan sonra onların arxasınca gələn digər qohumları Zeynalın idarə etdiyi avtomobili ilə o və baldızı Rəsmiyyə yaşadıqları Sabirabad rayonunun Qalağayınlı kəndinə getmişlər. Həmin günü Sabirabad rayonu Mərkəzi Xəstəxanasında onun qolunu rentgen etmişlər və müəyyən edilmişdir ki, qolu sınıb. O, həmin rentgen snimkasını da götürərək qonşu Şirvan rayon Mərkəzi Xəstəxanasına getmiş, lakin bayram günləri olduğundan onun rentgen snimkasına hər hansısa bir həkim baxmamışdır. Həmin günün səhəri, yəni 03 yanvar 2022-ci il tarixdə o, Bakı şəhəri Travmatologiya İnstitutuna getmiş, həmin xəstəxanada ona bir daha məlum olmuşdur ki, sağ qolu sınıb və əməliyyat olunmalıdır. Həmin ərazi yaşayış məntəqəsi olduğundan Aqil idarə etdiyi avtomobili yavaş sürətlə idarə etmişdir. Həmin hadisə zamanı onlar Şamaxı-Göylər yolu ilə hərəkətdə olarkən Çöl-Göylər kəndi ərazisində yolun sağ tərəfindən “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onların hərəkət yoluna çıxmış və nəticədə avtomobillər toqquşdur. Həmin hadisə zamanı sürücü sərxoş olmamış, ayıq olmuşdur. Həmin hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarəti almış, sağ qolu sınmışdır. Həmin hadisə zamanı avtomobildə ondan, sürücü Təqsirləndirilən şəxs1, sərnişinlər, həyat yoldaşı Şahid1 və baldızı Rəsmiyə Babayevadan başqa heç kim olmamışdır. Həmin hadisə zamanı sərnişinlər və sürücü hər hansısa bir ciddi xəsarət almamışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş zərər ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qarşı iddiası və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, heç bir yerdə işləmir. Həyat yoldaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır. 02 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində həyat yoldaşı Caməmmədlə birlikdə idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu Çöl-Göylər kəndində qohumlarıgilə gedib bir qədər oturduqdan sonra həmin kənddə yerləşən bulaqdan su götürüb yaşadıqları Şamaxı rayonu Göylər kəndinə getmək üçün Şamaxı-Göylər yoluna çıxmaq istəyərkən qəflətən yüksək sürətlə sol tərəfdən gələn “MERCEDES BENZ” C-220-minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmışdır. Həmin vaxt həyat yoldaşı Caməmmədin idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan adını bildikləri Təqsirləndirilən şəxs1 idarə etdiyi “MERCEDES BENZ” C- 220-minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Sonradan onlara məlum olmuşdur ki, avtomobillərin toqquşması nəticəsində “MERCEDES BENZ” C-220-minik markalı, **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almış, sürücü və digər iki nəfər sərnişinlər heç bir xəsarət almamışlar. O və həyat yoldaşı Təqsirləndirilən şəxs2 heç bir bədən xəsarəti almamışlar. Həmin hadisə zamanı həyat yoldaşı Caməmməd spirtli içki qəbul etməmiş, ayıq olmuş, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Həmin günün səhəri, yəni 03 yanvar 2022-ci il tarixdə o, eşitmişdir ki, digər avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Bakı şəhəri Travmatologiya İnstitutuna müraciət edib, orada Zərifənin yol nəqliyyat hadisəsi zamanı sağ qolunun sınması xəsarəti aldığını bildirib əməliyyat olunacağını demişlər. Həmin ərazi yaşayış məntəqəsi olduğundan həmçinin onlar əsas yola çıxdılarından həyat yoldaşı avtomobili yavaş idarə etmiş, hadisəyə səbəb isə həyat yoldaşı Təqsirləndirilən şəxs2 “MERCEDES BENZ” C-220-minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görməməyi və həmin avtomobilin hərəkət yoluna çıxmağı olmuşdur. Bildirmişdir ki, yuxarıda göstərdiyi kimi həmin hadisə Şamaxı-Göylər yolunun Çöl-Göylər kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Həmin hadisə zamanı o, heç bir xəsarət almamışdır. Qeyd etmişdir ki, həyat yoldaşı həmin hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir. Həmin hadisə zamanı həyat yoldaşının idarə etdiyi “Chevrolet Niva” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə ondan, sürücü, yəni həyat yoldaşı Təqsirləndirilən şəxs2 başqa heç kim olmamışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş zərər ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qarşı iddiası və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, “cinayətlər barədə ərizə və məlumatların uçotu” kitabında HK-1/09/22 nömrə ilə qeydə alınmış material üzrə yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. AC814476 seriyalı sürücülk vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 03 dekabr 2019-cu ildən 03 dekabr 2029-cu ilədək B kateqoriyası üzrə sürücülük hüququ olmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-CA-*** qeydiyyat nişanlı Mersedes Benz C220 minik markalı nəqliyyat vasitəsinin sahibi X4r. ƏN-İİ № 789261 saylı etibarnamənin surətindən görünür ki, X1 rayonu, Qalağayın kəndində yaşayan Təqsirləndirilən şəxs1 Mersedes Benz C220 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu taşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. BC801416 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, 18 avqust 2021-ci il tarixdən 18 avqust 2023-cü ilədək B kateqoriyası üzrə sürücülük hüququ olmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BF-*** qeydiyyat nişanlı Chevrolet Niva minik markalı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs1dır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə hadisə yerinə yol-naqliyyat hadisəsi iştirakçıları ilə ətraflı baxış keçirilmiş, hadisənin sxemi, fotoşəkilləri çəkilmiş və mexanizmi müəyyən edilmişdir. MTE və PA ETT Birliyinin Şamaxı rayon şöbəsindən alınmış 16 fevral 2022-ci il tarixli, 36 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazu sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişmiş sınığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə, yəni 02.01.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınmağa uyğundur, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 fevral 2022-ci il tarixdə tələbnaməyə alınmış cavabından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 fevral 2022-ci il tarixdə tələbnaməyə alınmış cavabından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Şamaxı Avtomotoservis və ticarət müəssisəsinin 21 mart 2022-ci il tarixli rəyindən görünür ki, Chevrolet Niva markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşına 1750 manat ziyan dəymişdir. Avtomobillərə texniki xidmət göstərən sahibkar X6 10 aprel 2022-ci il tarixli 0019 saylı aktından görünür ki, Mersedes markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4210 manat maddi ziyan dəymişdir. Sabirabad MRX-nın Konstruktiv poliklinika şöbəsinin 11 aprel 2022-ci il tarixli 318 saylı məktubunda göstərilri ki, Qarayev X9 rayon poliklinikasında əsəb-ruhi və narkoloji kabinetə heç bir xəstəliklə müraciət etməmişdir və qeydiyyatda yoxdur. Sabirabad rayon, Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xaiyyətnamədə göstərilir ki, fərdi əmək fəaliyyəti ilə məşğuldur, kəndin xeyir və şər işlərində yaxından iştirak edir. Qonşular və kənd sakinləri ilə yaxşı münasibətdədir. Sakit və mülayim xarakterə malikdir. Barəsində nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır. Sabirabad rayon, Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 aprel 2022-ci il tarixli 4 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı 1980-cı il təvəllüdlü X10, oğlanları - 2000-ci il təvəllüdlü X11, X12 və qızı 2007-ci il təvəllüdlü X13 ilə Sabirabad rayonu, Qalağayın kəndində yaşayır. Şamaxı rayon İHB-nın Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənddə fərdi əməklə məşğul olmaqla, kəndin xeyir-şər işlərində iştirak etmiş və özünə böyük hörmət qazanmışdır. Daxil olmuş məlumatlara görə onun kənd sakinləri arasında nüfuzu vardır. İctimai yerlərdə özünü nümunəvi aparmağı bacarır, ağsaqqal bir insan kimi Göylər kənd sakinləri arasında onun hörməti vardır, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə avtotexniki ekspertizasının 05 aprel 2022-ci il tarixli, 8/545 nömrəli rəyindən görünür ki, Chevrolet Niva markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində "Yol hərəkati haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Mercedes Benz C220 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 Mikayil oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manatdır. 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu bildirib, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu bildirib, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Səmid qızı və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı iddiaları və tələbləri olmadığını bildirdilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər zərər çəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən onlar, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməli, eyni zamanda arayev Aqil Mikayıl oğlu və Təqsirləndirilən şəxs2 əməlində inzibati xətanın əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Şamaxı rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 128,0 manat məbləğində pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübutlar **-BF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomaşının Təqsirləndirilən şəxs2 və **-CA-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz C220 minik” markalı avtomaşının Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pulun fərdi vəkil Müdafiəçi2 və Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pulun Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346- 347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra, Şamaxı rayon Prokurorluğuna göndərilsin. Ekspertiza tədqiqatının dəyəri – 128,0 manat məbləğində pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübutlar **-BF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomaşının Təqsirləndirilən şəxs2 və **-CA-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz C220 minik” markalı avtomaşının Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pulun fərdi vəkil Müdafiəçi2 və Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pulun Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar