Məhkəmə qərarları › İş №1(074)-58/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-58/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-58/2022 08.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli, X4 Mərkəzində qeydiyyat şöbəsində qeydiyyatçı işləyən, Şamaxı şəhəri M.Müşfiq küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD -19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqəsdi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmüş və təcrid olunma Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 161 nömrəli Qərarlarının tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəsissəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə yaşadığı və olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək 30 noyabr 2021-ci il tarixdə saat 10 radələrində karantin rejimini qəsdən pozub ünvan 2 ünvanında yerləşən yaşayış yerini tərk edərək övladını müayinə etdirmək və yenidən test-analiz vermək məqsədilə qeydiyyatçı işlədiyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində yolun sol tərəfində yerləşən X5 Mərkəzinə getmiş və orada lobarant Şahid6 və uşaq cərrahı Şahid1 ilə ünsiyyətdə olmaqla özündə aşkar olunan koronavirus (COVİD -19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə həmin vaxt yayılmaqda olan COVİD- 19 virusu ilə əlaqədar olaraq yaxma vermək üçün həyat yoldaşı Şahid5 Şahsədddin oğlu ilə birlikdə Şamaxı rayon Mərkəzi xəstəxanasına getmiş və orada qaydalara uyğun olaraq yaxma vermiş və özünə məxsus ***-***-**-** mobil nömrəsini qeyd elətdirmişdir ki, COVİD-19-un cavabı həmin mobil nömrəyə göndərilsin və daha sonra evinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə, saat 12:14 radələrində ona məxsus olan mobil nömrəyə zəng gələrək COVİD-19 virusuna yoluxmasını bildirərək müalicə olunması ilə bağlı lazım olan dərman peraparatlarını götürmək istədiyi soruşulmuş və o, həyat yoldaşı Şahid5 Şahsədddin oğluna bildirmişdir ki, gedib dərmanları götürsün və o, gedib həmin dərmanları götürüb evə gəlmiş və həmin zəngdən təxminən 1 saat sonra 055- ***-**-** mobil nömrəsinə İTS.GOV.AZ saytındən sms gəlmişdir ki, «Siz xx.xx.2021-ci il tarixdə COVİD -19 ilə bağlı verdiyiniz testin cavabı pozitivdir. Xahiş olunur ki, siz və ailəniz yaşayış yerinizi tərk etməyəsiz. Karantin rejmini pozduğum təqdirdə Azərbaycan Respublikasının İXM və Azərbaycan Respublikasının CM-də nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacağı» bildirilmişdir. Daha sonra o və ailəsi həmin karantin rejminin tələblərinə riayət etmişlər, lakin xx.xx.2021-ci il tarixdə o, yaşadığı evdən çıxaraq qeydiyyatçı işlədiyi X5 Mərkəzinə getmişdir ki, orada analiz versin sağalıb ya yox», lakin orada ona bildirmişlər ki, hal-hazırda həkim yoxdu və eyni zamanda sizin xəstəliklə bağlı vəziyyətiniz yaxşı olduğu üçün sizdən analiz götürə bilmərik». O, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində evdən çıxarkən 14 günü tamam olsa da, sağalmağı ilə bağlı, karantin rejmindən çıxmağı ilə və evi tərk edə bilməyi ilə bağlı heç bir rəsmi məlumat verilməmişdir. O, X1 zaman tanımadığı mobil nömrədən zəng gəldiyini görüb telefonu açmış və onunla danışan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək harada olmasını soruşmuş və o, onlara bildirmişdir ki, Diaqnostika Mərkəzindədir və Fərid adlı polis əməkdaşı ona bildirmişdir ki, «siz COVİD -19 virusunun daşıyıcısı olduğunuz təqdirdə niyə yaşayış yerinizi tərk edmisiniz», o, da Fərid adlı polis əməkdaşına bildirmişdir ki, «həm analiz verməyə, həmdə az yaşlı qızı Ayşənı həkimə aparmışam» dedikdən sonra polis əməkdaşı Fərid onlara öz tövsiyyələrini bildirərək evdən çıxmamağını bildirərək çıxıb getmişlər. O, COVİD-19 virusuna yoluxan zaman həmin virusun yoluxucu olması barədə məlumatlı olmamışdır. Ona COVİD 19 virusunun daşıyıcısı olmağı barədə məlumatı ilkin olaraq xx.xx.2021- ci il tarixdə zəng vasitəsilə bildirmişlər, daha sonra isə həmin tarixdə saat 12:14 radələrində telefonuna sms gələrək məlumatlandırılmışdır. xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Şamaxı X3 ünsiyyətdə olduğu tibb bacısı Şahid6dır. O, özünü sağlam hiss etdiyi üçün, eyni zamanda yuxarıda göstərdiyi kimi az yaşlı qızı Ayşəni həkimə aparmaq məqsədilə yanaşı özü də xx.xx.2021-ci il tarixdə işə çıxacağı üçün analiz verməyə getmişdir. Az yaşlı qızı Ayşə onsuz həkimə getmir və o, məcbur qalıb yaşadığı ünvanı tərk etmişdir. Şahid6 ilə ünsiyyətdə olmağına gəldikdə isə onu deyə bilər ki, xəstəxanaya getdiyi üçün sonuncu ilə ünsiyyətdə olmuşdur. Hazırda səhv etdiyini anlayır, əməlindən peşmandır. Qızının xəstəliyi səbəbindən xəstəxanaya getmək üçün məcbur olub evdən çıxdığını, tətbiq edilmiş vaxt qadağasını düzgün nəzərə almadığını, hazırda xəstəliyin azalmasını və karantin qaydalarının əhəmiyyətli dərəcədə yumşaldılmasını şəraitin dəyişməsi kimi nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 10:49 radələrində karonavirus xəstəliyinə yoluxmuş vətəndaşların yaşadığı yeri tərk etməsinin qarşısını almaq məqsədi ilə Şamaxı RPŞ-nin İB-nin polis nəfəri, polis baş serjantı Şahid4 və Şamaxı RPŞ-nin İB-nin polis nəfəri, polis baş serjantı Şahid3la birlikdə Şamaxı şəhəri M.Müşfiq küçəsi ev 9 yaşayan Təqsirləndirilən şəxs ünvanına getmişlər və həmin ünvanda onlara məlum olmuşdur ki, vətəndaş Təqsirləndirilən şəxs koronovirus xəstəsi olduğu halda yaşadığı evi tərk etmişdir və bu səbəbdən Təqsirləndirilən şəxs evi tərk etməsini dəqiqləşdirmək üçün ona məxsus olan ***-***-**-** mobil nömrəsi ilə əlqə saxlayaraq harada olmasını soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, hal-hazırda yaşadığı ünvanda deyil, işlədiyi Şamaxı X3dir. Daha sonra o, telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, «siz aktiv koronovirus xəstəsisiniz evi tərk etməməlisiniz» və bundan sonra o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsini kəsmiş və bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə yaşadığı Şamaxı şəhəri M.Müşfiq küçəsi ev 9 ünvanına gəlmiş və onlar öz tövsiyyələrini sonuncuya verərək evə girməsini və xəstə olduğu müddətdə evi tərk etməməsini bildirmişlər. Hər gün COVİD-19 virusuna yoluxan şəxslərin siyahısı onlara təqdim olunur və həmin xəstələrə ev şəraitində, çölə, cəmiyyət arasına, kütlə olan yerlərə, ümumiyyətlə evi tərk etmələrinə mütəmadi nəzarət edirlər. O, Şamaxı RPŞ-nin İB-nin polis nəfəri, polis baş serjantı Şahid4 və Şamaxı RPŞ-nin İB-nin polis, nəfəri polis baş serjantı Şahid3la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər və ona məxsus mobil telefona zəng etdikdə o, onlara evdən təzəcə çıxmasını və Şamaxı X3 işə getməsini bildirmişdir. Onlar təxminən saat 10:49-da Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid3 Firidun oğlu və məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, məhkəmə iclasına gəlmədiyindən ibtisdai istintaqda vediyi ifadəsi elan olunmuş Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, Şamaxı X3 labaratoriya şöbəsində lobarant işləyir. O, Təqsirləndirilən şəxs tanıyır onunla arasında heç bir mübahisəsi, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Şamaxı X3 işləsə də onunla eyni şöbədə işləmir. Təqsirləndirilən şəxs Şamaxı X3 qeydiyyat şöbəsində qeydiyyatçı işləyir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 10 radələrində o, Şamaxı X3 labaratoriya şöbəsində olan zaman Təqsirləndirilən şəxs otağın qapısını açaraq karona virus ilə əlaqədar olaraq test vermək istədiyini bildirmiş və o, ona bildirmişdir ki, «hal- hazırda həkim yoxdıır, daha sonra gələrsən» və bundan sonra Ülkəri görməmiş və baş verənlər barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs o, olan otağa gələn zaman otaqda ondan başqa kimsə olmamış, otaqda o, tək olmuşdur. Təqsirləndirilən şəxs təxminən onunla 1-2 dəqiqə söhbət edərək ünsiyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onun olduğu Şamaxı X3 labaratoriya şöbəsinə gələn zaman saat 10 radələri olmuşdur. O, onun karona virus infeksiyasına yoluxduğunu bilsə də onun otağına gələrək onunla ünsiyyətdə olan zaman karona virus daşıyıcısı olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, Şamaxı rayonu 4 saylı vergi idarəsində vergi müfəttişi işləyir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və Şamaxı X3 qeydiyyatçı işləyir. Həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə hal-hazırda yayılmaqda olan COVİD-19 virusi ilə əlaqədar olaraq yaxma vermək üçün onunla birlikdə Şamaxı rayon Mərkəzi xəstəxanasına getmişlər və orada qaydalara uyğun olaraq yaxma vermişlər və həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsini qeyd elətdirmişlər ki, COVİD-19-un cavabı həmin mobil nömrəyə göndərilsin və daha sonra evlərinə qayıtmışlar. Daha sonra xx.xx.2021-ci il tarixdə, saat 12:14 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olan mobil nömrəyə zəng gələrək COVİD-19 virusuna yoluxduğunu bildirərək müalicə olunmağı ilə bağlı lazım olan dərman peraparatlarını götürmək istədiylərini soruşmuşlar və o, gedib həmin dərmanları götürüb evə gəlmişdir. Daha sonra həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə İTS.GOV.AZ saytındən xx.xx.2021-ci il tarixdə, saat 12:14-də sms gəlmişdir ki, «Siz xx.xx.2021-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyiniz testin cavabı pozitivdir. Xahiş olunur ki, siz və ailəniz yaşayış yerinizi tərk etməyəsiz. Karantin rejmini pozduğu təqdirdə Azərbaycan Respublikasının İXM və Azərbaycan Respublikasının CM-də nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacaqsınız». Daha sonra o və ailəsi həmin karantin rejminin tələblərinə riayət etmişlər. xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində həyat yoldaşı və azyaşlı qızı Aişə ilə birlikdə evdən çıxaraq X5 Mərkəzinə getmişlər və xəstəxanaya daxil olmuşlar və ilk öncə həyat yoldaşı Təqsirləndirilən şəxs COVİD-19 testini vermək üçün Anar həkimin otağına getmiş, lakin Anar həkim otağında olmadığı üçün həyat yoldaşı Təqsirləndirilən şəxs otaqda olan Şahid6 ilə söhbət edərək bayıra çıxmış və ona bildirmişdir ki, Anar həkim yoxdu və ondan analiz götürməyərək sağlam olduğunu bildirmişlər. Daha sonra o və həyat yoldaşı Təqsirləndirilən şəxs azyaşlı qızı Aişəni Fərid adlı həkimin qəbuluna salaraq yoxlatmış, təxminən 5-10 dəqiqə Fərid həkim Aişəni müayinə etmiş və elə həmin vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə zəng gəlmiş və bildirimişlər ki, «polisdi və siz koronovirus xəstəsi ola-ola evi tərk edmisiniz» və bu zəngdən dərhal sonra o, həyat yoldaşı Təqsirləndirilən şəxs və azyaşlı qızı Aişə ilə birlikdə Şamaxı şəhəri M.Müşviq küçəsi ev 9-da yerləşən evlərinə gəldikdə, evlərinin qarşısında Fərid adlı polislə birlikdə 2 nəfərdə polis əməkdaşını görmüşlər və Fərid, həyat yoldaşı Təqsirləndirilən şəxs yaxınlaşmış və bildirmişdir ki, «koronovirus xəstəsi olduğunuz üçün sizin evi tərk etməyiniz qanunla qadağandır və məsuliyyət yaradır», daha sonra həyat yoldaşı Təqsirləndirilən şəxs evə daxil olmuş və polis əməkdaşları çıxıb getmişlər. xx.xx.2021-ci il tarixdə, saat 15:11-də həyat yoldaşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə İTS.GOV.AZ saytındən mesaj gələrək öznü təcrid müddətinin bitməsi bildirilmişdir. O və həyat yoldaşı Təqsirləndirilən şəxs Fərid həkimin yanında xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində olmuşlar və həmin vaxt həkimin yanında o, həyat yoldaşı Təqsirləndirilən şəxs və azyaşlı qızı Aişə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı X3 uşaq cərrahı işləyir. Barəsində soruşulan Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslə eyni tibb mərkəzində işləyir. xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs, həyat yoldaşı və az yaşlı qızı ilə ona müraciət edərək az yaşlı qızı Aişəni müayinə etdirmişlər, təxminən 10 dəqiqə müddətində Təqsirləndirilən şəxs onun iş otağında olmaqla onunla ünsiyyətdə olmuş və daha sonra müayinə bitdikdən sonra Ülkər və onun ailə üzvləri onun iş otağını tərk etmişər. Bundan sonra Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin hara getməsi barədə bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində onun iş otağında olmaqla yanaşı 10 dəqiqə müddətdə onunla ünsiyyətdə olmuşdur. O, Təqsirləndirilən şəxs onun iş otağında olan zaman koronovirus xəstəsi olmasını bilməmiş, həmin günün sonunda o, eşitmişdir ki, Təqsirləndirilən şəxs koronovirus xəstəliyindən əziyyət çəkir. Həmin vaxt otaqda o, Təqsirləndirilən şəxs, onun həyat yoldaşı Mehman və az yaşlı qızı Aişə olmuş, başqa kimsə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” 01 fevral 2022-ci il tarilxi qərardan görünür ki, Şamaxı RPŞ-nin İTB-nin polis dahə rəisi, polis kapitanı Şahid2 raportu əsasında toplanmış HK-1-1245/21 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Şamaxı rayon X6 hüquqi şəxs tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 15 dekabr 2021-ci il tarilxi 4029 saylı arayışından görünür ki, 16 noyabr 2021-ci il tarixdə Şamaxə RMX-da COVİD -19 virusuna görə yaxma analizi götürülmüş və koronovirus aşkar edilmişdir. Cavab pozitiv olmuşdur. 16 noyabr 2021-ci il tarixində karantinə götürülmüş ev şəraitində müalicə olunmuşdur. 12 fevral 2022-ci il tarixli elektron məlumat daşıyıcısına (diskə) baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şamaxı rayonu M.Müşfiq küçəsi ev 9-da yaşayan Təqsirləndirilən şəxs Niyyət qızı COVİD 19 infeksiyasına daşıyıcısı olmasına baxmayaraq yaşadığı fərdi yaşayış evini tərk edərək insanlar içinə çıxmış, xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10 mart 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 09 aprel 2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs qızma məxsus “Samsung A 52” markalı mobil telefonda “TƏBİB” publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə saat 12:14-də Təqsirləndirilən şəxs COVİD 19 infeksiyasına yoluxması ilə bağlı göndərilmiş mesaj aşkar olunmuşdur. Həmin mesajda qeyd olunmuşdur: “Hörmetli Təqsirləndirilən şəxs. Sizin xx.xx.2021-ci il tarixinde COVİD -19 ile bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahiş olunur, siz ve aile üzvleriniz yaşayiş yerini terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinde nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. “TƏBİB” publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:11 -də Təqsirləndirilən şəxs özünütəcrid müddətinin bitməsi ilə bağlı göndərilmiş mesajda qeyd olunur ki, “Hörmetli Təqsirləndirilən şəxs, Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD -19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Göndərildi: 30-Noy-2021 15:11” Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 21 aprel 2022-ci il tarixli 1081 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 1992-ci il tarixdə anadan olmuş, Şamaxı şəhəri M.Müşviq küçəsi ev 9-da yaşayır. Şamaxı RİHB-nın şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nüamyəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon X6 hüquqi şəxs tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 21 aprel 2022-ci il tarixli 898 saylı arayışından görünür ki, ondan 16 oktyabr 2021-ci il tarixdə Şamaxı RNX-da COVİD -19 virusuna görə yaxma analizi götürülmüş və analizdə Koronovirus aşkar edilmişdir. Cavab pozitiv olmuşdur. 16 noyabr 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixə kimi karantinə götürülmüş ev şəraitində müalicə olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. 22 aprel 2022-ci il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə tövsif edilmişdir. Bununla belə hazırda Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda, yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra yumşalma tədbirlərinin tətbiqi ilə bağlı qərarlar qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli Qərarı ilə təsdiq edilmiş “COVİD -19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tatnınması Qaydası”nın 5.3-cü bəndində 14 rəqəmi 7 rəqəmi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə görə isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilri ki, şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərilir ki, “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pul fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2.3 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pul fərdi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar