Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-58/2023 14.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2023-cü il tarixdə, saat 02:30 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranının qarşısında avtoxuliqanlıq hərəkətləri edərək, Zərərçəkmiş şəxs istifadəsində olan avtomobilə qəza şəraiti yaratması ilə əlaqədar, sonuncunun ona irad bildirməsinə görə heç bir əsaslı səbəb olmadan, sərxoş vəziyyətdə, təxminən 10-15 dəqiqə müddət ərzində həmin restoranın yaxınlığında olan çoxsaylı vətəndaşların gözləri qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə, Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlədərək, səbəbsiz yerə yaratdığı münaqişə zamanı, sonuncunun yaxasından tutub yerə yıxdıqdan sonra, əli ilə sinə nahiyyəsindən vuraraq, ona döş qəfəsinin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı şəhərində yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında bir qədər spirtli içki qəbul etdikdən sonra, gecə təxminən saat 02 radələrində dostu Elşən ilə görüşüb, söhbət etdikdən sonra, birlikdə Elşənə məxsus avtomobili özü idarə edərək, Şamaxı restoranının qarşısına getmişdirlər. Restoranın qarşısına çatan zaman, o, avtomobilin əl əyləcindən istifadə edərək, avtomobili geriyə fırladaraq saxlamışdır. Həmin zaman qonşusu Zərərçəkmiş şəxs “Şamaxı” restoranının qarşısında bir neçə nəfər şəxs ilə dayandığını görüb, onların yanında avtomobildən enərək, Zərərçəkmiş şəxs ilə söhbət etməyə başlamışdır. Söhbət zamanı onlar bir-biri ilə zarafat edərək, nalayiq ifadələr işlətməyə başladıqda, aralarında mübahisə yaranmış və onlar birbirinin yaxasından yapışıb, dartışmağa başlamışdır. Həmin vaxt ətrafda olan şəxslər yaxınlaşıb, onları bir-birindən ayırmağa çalışmışdır. Bundan sonra, o, avtomobilə minib, Şamaxı şəhərinə qayıtmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus “VAZ 2107” markalı avtomobili vardır. Həmin avtomobil ilə taksi fəaliyyəti göstərir. xx.xx.2023-cü il tarixdə, təxminən gecə saat 02:30 radələrində avtomobili “Şamaxı” restoranının qarşısında saxlayıb, müştəri gözləməyə başlamışdır. Həmin vaxt “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü əl əyləcindən istifadə edib, magistral yolun ortasında avtomobili fırlatmış və onun avtomobilinə dəyməyə az qalmışdır ki, avtomobil dayanmışdır. Həmin vaxt avtomobildən enmiş və o, avtomobilin sürücüsündən nə üçün əl əyləcindən istifadə etdiyini soruşduqda, həmin sürücünün qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Qonşusu Oktay yaxınlaşıb, nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır. O, dərhal Oktayın yaxasından yapışaraq, sonra isə mohkəm sıxıb itələmişdir. Həmin vaxt Oktay da onu itələmiş və onlar dartışan zaman ətrafda olan şəxslər gələrək, onları sakitləşdirən zaman, ayağı sürüşdüyündən hər ikisi eyni vaxtda yerə yıxılmışdır. Onlar dartışan zaman Təqsirləndirilən şəxs onun sinəsini bir neçə yerdən cıraraq, ona xəsarət yetirmişdir. Bundan sonra, ətrafda olan şəxslər onları sakitləşdirmiş və onlar avtomobillərinə əyləşərək, oradan uzaqlaşmışdırlar. Təqsirləndirilən şəxs ona yaxınlaşan zaman, spirtli içki qəbul etdiyi tam aydın şəkildə bilinmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmiş və tanımadığı şəxslər onları ayırmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ilə hazırda barışdıqlarını və heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, о, Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis şöbəsində istintaqı aparılan cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı əsasında, ərazidə əməliyyat axtarış tədbirləri keçirilmiş, ilk əvvəl yaxınlıqda olan müşahidə kameralarına baxış keçirən zaman, həmin hadisənin törədildiyi yer müşahidə kameralarında öz əksini tapmadığından, həmin hadisənin yaxınlığında yerləşən “Şamaxı” restoranına məxsus müşahidə kameralarına baxış keçirən zaman, gecə saatları olduğu üçün və hadisə yolun əks istiqamətində baş verdiyindən, həmçinin həmin hadisənin olduğu yer müşahidə kameralarına düşmədiyindən, qeyd olunan ərazinin videogörüntülərini götürmək mümkün olmamışdır. Həmçinin, restoranda işlərən işçilərlə bir sıra proflaktik söhbətlər aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə hadisə baş verən zaman, başqa rayonlara səfər etmiş vətəndaşlar istirahət məqsədi ilə “Şamaxı” restoranında dayanan zaman, həmin şəxslərdən bəziləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə edərək, dava etdiklərini görüb onlara müdaxilə edərək, həmin şəxsləri sakitləşdirib oradan kənarlaşdırmışdırlar. Lakin, həmin işçilər işdə olduğundan həmin hadisəyə hər hansısa bir müdaxilə etməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Şamaxı Rayon Polis Şöbəsinin sahə rəisi vəzifəsində işləyir. Bakı-Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranı ona təhkim olunmuş ərazidə yerləşir. İstintaqı aparılan cinayət işi üzrə verilmiş sorğu əsasında həmin ərazidə bir sıra proflaktik söhbətlər aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə hadisə baş verən zaman, başqa rayonlara səfər etmiş vətəndaşlar istirahət məqsədi ilə “Şamaxı” restoranında dayanan zaman, həmin şəxslərdən bəziləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə edərək, dava etdiklərini görüb, onlara müdaxilə edərək, həmin şəxsləri sakitləşdirib oradan kənarlaşdırmışdırlar. O, həmin ərazidə proflaktik söhbətlər aparan zaman, “Şamaxı” restoranında işləyən bəzi işçilər həmin ərazidə səs küy olduqlarını və vətəndaşların yığışmasını görsələr də, gecə olduğundan həmçinin, işdə olduqlarından həmin hadisə yerinə getməmiş və hadisəyə müdaxilə etməmişdirlər. İş üzrə digər Şahid1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, özünə məxsus “Chevrolet Cruze” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Təqsirləndirilən şəxs o, uzun müddətdir ki, tanıyır. Həmin şəxslə onun münasibətləri hər zaman normal olmuşdur. xx.xx.2023-cü il tarixində, təxminən saat 01:30 radələrində Təqsirləndirilən şəxs onların evinin yaxınlığına gəlmiş və onlar bir qədər söhbət etməyə başlamışdırlar. Daha sonra isə o, darıxdığını və avtomobil ilə bir qədər gəzmək istədiyini bildirdiyindən o, da heç bir narazılıq etməməmiş və onun avtomobilini idarə etmək istədiyi üçün avtomobilin açarını ona vermişdir. Onlar birlikdə Şamaxı şəhərində bir qədər avtomobil ilə gəzməyə başlamış, həmin vaxtı avtomobili Oktay idarə etmiş, daha sonra Oktay ilə birlikdə onlar Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən “Şamaxı” restoranı istiqamətinə getmişlər. Onlar “Şamaxı” restoranına çatan zaman, Təqsirləndirilən şəxs magistral yolda avtomobillərin olmamasını görüb əl əyləcindən istifadə edərək avtomobili geriyə fırladıb saxlamış və avtomobildən enmişdir. Həmin vaxtı o, avtomobildən enməmiş və oturub avtomobildə gözləmiş, daha sonra isə səs küy olduğunu görüb avtomobildən enən zaman Oktay və Anil adlı şəxslərin bir-biri ilə dartışdığını və bir birini təhqir etdiklərini görüb onları ayırmaq istəmişdir. Bu zaman onlar hər ikisi yerə yıxılmış, daha sonra ətrafda olan vətəndaşlar və o, onları sakitləşdirib ayırdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib oradan uzaqlaşmışdır. Hadisə yerinə təxminən 5-7 nəfər adam yığılmış, lakin Şamaxı restoranının qarşısında da vətəndaşlar dayanıb onlara baxmışdır. Həmin şəxslər zənn edir ki, başqa rayon sakinləri olduqlarından onların kim olmasını bilmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 122 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər döş qəfəsinin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, kənar şəxs tərəfindən yetirilməsi mümkündür, həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcələri təyin edilmir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon Polis X1 Yerindən azad edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, ittiham elan edilməsi məqsədi ilə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:40-da tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, dərhal saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 04.05xx.xx.2023-cü il tarixlərdə və 09.06-xx.xx.2023-cü il tarixlərdə həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən, məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarının 20-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 4 (dörd) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 2200 (iki min iki yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-58/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-58/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver