Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-59/2022 01.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakı ilə 08 avqust 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şamaxı şəhəri, Sabir küçəsi, 6 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 09 mart 2022-ci il tarixdə saat 22:00 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, X13 küçəsində yerləşən "Şamaxı" marketin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 22:40 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 5,461 (beş tam mində dörd yüz altmış bir) qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 07 mart 2022-ci il tarixdə təxminən 11 radələrində Şamaxı Diaqnostika mərkəzinin qarşısındakı avtobus dayanacağında avtobus gəlməsini gözlədiyi vaxt yerdə bir ədəd kirbit qutusu tapmışdır. Həmin kirbit qutusu ona maraqlı gəldiyi üçün kirbit qutusunu götürüb açaraq içərisinə baxdıqda, içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüş, onu da qeyd etmişdir ki, o, əvvəllər bir neçə dəfə tapanda narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyinə görə həmin kütləni tanımışdır. Sonra qurudulmuş marixuananı istifadə etmək üçün kirbit qutusunu bağlayıb əynindəki qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi kibrit qutusunu üzərində gəzdirmişdir. 09 mart 2022-ci il tarixdə, saat 22 radələrində siqaret almaq üçün ünvan 1 ünvanda yerləşən yaşadığı evdən çıxıb Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən "Şamaxı" marketə doğru ara küçələrlə getməyə başlamışdır. Həmin marketin yaxınlığına çatan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Burada onun şübhəli şəxs qismində tutulduğu elan edilib onun seçdiyi vəkil dəvət ediləndən sonra vəkil və polis əməkdaşlarının iştirakları ilə Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Polis əməldaşları həmin kibrit qutusunu açdıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə, qurudulmuş marixuana olan, kibrit qutusunu polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzəri möhürləmişdir. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Ondan üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı tapdıqdan sonra, yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Eləcə də, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı kiməsə satmaq niyyəti olmamışdır. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 09 mart 2022-ci il tarixdə Şamaxı rayon sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuş, o da buna görə, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə, o, bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, daha sonra şöbə rəhbərliyinin göstərişinə əsasən onların tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü axşam saat 19 radələrindən başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 ilə birlikdə Şamaxı şəhəri, X13 küçəsində yerləşən "Şamaxı" marketin yaxınlığındakı ərazidə əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxt həmin tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs Şamaxı şəhəri, X13 küçəsində yerləşən "Şamaxı" marketin yaxınlığındakı yolun kənarında şübhəli hərəkət etdiyini görüb, əməliyyat tədbirinin davamı kimi xüsusi parollardan istifadə edərək dərhal ona yaxınlaşmışlar, əvvəlcə özlərini Təqsirləndirilən şəxs təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o da onlara heç bir müqavimət göstərməmiş və onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Şəmşir Şirinovun xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qimsində tutulub, daha sonra dəvət edilmiş Müdafiəçi, o və CAB-nin əməliyyat müvəkkili X1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində, yəni əynindəki gödəkçədə nəşə adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Buna görə də, Təqsirləndirilən şəxs üzərində proses iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd üzərində gərgədan rəsmi olan, “SPİÇKİ” sözləri yazılmış kibrit qutusu aşkar edilmiş, kibrit qutusu açılıb içərisinə baxıldıqda, kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş kibrit qutusunun içərisindəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur və həmin kütləni özü istifadə etmək üçün üzərində saxlayıb. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilsə də qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kibrit qutusundakı narkotik vasitə olan marixuanaya oxşar kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar Şamaxı şəhəri, X13 küçəsində yerləşən "Şamaxı" marketin yaxınlığında saxlayıb Şamaxı RPŞ-nə gətirib orada üzərində baxış keçirilən zaman, Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitə bükümünü tapmışdır, şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili, polis kapitanı X4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxs kimi tutma haqqında 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə saat 22:25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan baxış və götürmə haqqında 09 mart 2022-ci il tarixli protokoldan və diskdən görünür ki, 09 mart 2022-ci il tarixdə saat 22:40-dan başlayaraq Şamaxı RPŞ-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd üzərində gərgədan rəsmi olan “SPİÇKİ” sözləri yazılmış kibrit qutusunun içərisində saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmin kibrit qutusu açılaraq içərisinə baxıldıqda, kibrit qutusunun içərisindən açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusundakı kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 10.03.2022-ci il tarixli 7/235 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi – 5,461 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır”. Marixuananın təmiz çəkisi 5,461 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 5,441 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 manatdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 4(074)- 33/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı RMX-sı Publik hüquqi şəxsin 31 mart 2022-ci il tarixli 310 saylı məktubunda göstərilir ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 13 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 21 iyun 2012-ci ildə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 15 oktyabr 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinib, 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 1 il şərti hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib, CM-nin 70-ci maddəsi hökmdən xaric edilib, 2 il 5 ay 28 gün azadlqıdan məhrum etmə cəzası saxlanılmışdır. Salyan rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən, 6 ay 8 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 27 mart 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 aprel 2022-ci il tarixli 882 saylı arayışından göstərilir ki, Təqsirləndirilən şəxs atası 12 mart 1964-cü il təvəlüldlü X5 və anası 31 oktyabr 1963-cü il təvəllüdlü X7 ilə Şamaxı şəhəri, Sabir küçəsi, 6 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 dekabr 2021-ci il tarixdə çap edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədindən görünür ki, X5 ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlildir. İş materiallarında olan X6 Şamaxı rayon ƏSMM-i tərəfindən verilmiş 166300 saylı vəsiqənin surətindən görünür ki, o, ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 11 aprel 2022ci il tarixli 7/322 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, tədqiq olunan marixuanaların ( 1№-li və 2№-li ob) eyni tərkibi olub-olmamasını müəyyən etmək üçün botaniki və xromatoqrafik-nazik təbəqəli xromatofraqiya tədqiqatlar aparılmış və müəyyən olunmuşdur ki, mrixuanalar xromatoqrammada alınmış ləkələrin tündlüyünə və ölçülərinə əsasən bir-birindən fərqlənir. Marixuananın təmiz çəkisi 5,441 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 5,421 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 21.04.2022-ci il tarixli 1977 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “müayinə zamanı Təqsirləndirilən şəxs abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyaci yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və öhdəsində 2–ci qrup əlil olan valideylərinin olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 09 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək olan 2 ay 22 gün həbsdə olduğu müddət 5 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Mərdar oğlu ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 5,421 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 09 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək olan 2 ay 22 gün həbsdə olduğu müddət 5 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il, 16(on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Mərdar oğlu ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 5,421 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-59/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-59/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver