Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-6/2022 23.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən fiziki şəxs Zərərçəkmiş şəxs fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Şamaxı Samsung” adlı elektrotexnika avadanlıqlarının satışı mağazasında qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi rəsmiləşdirilmədən sonuncu ilə aralarındaki şifahi razılaşmaya əsasən faktiki olaraq satıcıkassir işlədiyi müddətdə müştərilərdən qəbul etdiyi ona etibar olunmuş pul vəsaitlərini mağazanın kassasına mədaxil etməyə məsul şəxs olmasına baxmayaraq, 2019-cu ilin yanvar-iyun ayları ərzində vahid niyyətlə ayrı-ayrı müştərilərin hissə-hissə ödəniş şərti ilə aldıqları avadanlıq müqabilində aylıq ödənişlər qismində müxtəlif tarixlərdə ona ödədikləri pul vəsaitləri barədə mağazada aparılan “Ödənişlərin qeydiyyatı kitabı”nda qeydlər aparsa da, eyni zamanda qeydiyyat aparmalı olduğu sahibkar tərəfindən gündəlik olaraq yoxlanılan “Kassa mədaxil kitabı”na həmin məlumatları, yəni qəbul etdiyi pul vəsaitlərini qeyd etmədən və həmin vəsaitləri mağazanın kassasına mədaxil etmədən ümumilikdə Zərərçəkmiş şəxs məxsus 9093 (doqquz min doxsan üç) manat məbləğində pul vəsaitini mənimsəyərək, xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, 2018-ci ilin avqust ayından 2019-cu ilin iyul ayınadək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs məxsus Şamaxı şəhərində yerləşən “Şamaxı Samsung” adlı elektrotexnika mağazasında satıcı işləmişdir. Həmin mağazada müxtəlif çeşiddə böyük və kiçik məişət texnikası, həmçinin mobil telefonlar həm nağd şəkildə, həm də hissə-hissə ödənilmək şərti ilə satılmışdır. Müştəriləri Şamaxı rayon sakinləri kimi tanıdıqları şəxslər olduğundan və onlara etibar etdikləri üçün malların dəyərinin hissə-hissə ödənilməsi şərti ilə alınması barədə müştərilərlə müqavilə bağlanmamış, müştərilər şifahi razılaşmaya əsasən həmin malı dükandan almış və növbəti aylarda hissə-hissə həmin pulu mağazaya ödəmişlər. “Şamaxı Samsung” mağazasında qeyri-rəsmi şəkildə, yalnız Zərərçəkmiş şəxslə şifahi razılaşmaya əsasən işləmiş, Zərərçəkmiş şəxs ona aylıq 500 manat məbləğində əmək haqqı müəyyən etmişdir. Satıcı kimi əmək vəzifələrinə mağazada təqdim edilən malların pərakəndə satışını həyata keçirməkdən və həmin mallara görə müştərilər tərəfindən ödənilən vəsaitin dükanın kassasına mədaxil etməkdən ibarət olmuşdur. Onunla birlikdə eyni vaxtda mağazada Şahid1 adlı digər satıcı da işləmiş, ikisi də eyni işi görmüşlər. Müştəri tərəfindən alınan mala görə aylıq ödəniş edildikdə satıcı “Şamaxı Samsung” dükanında tətbiq edilən “Excel” formatlı cədvəldə ödənişin olunduğu qeyd etmiş, daha sonra isə ödənişin daxil edildiyini mağazada aparılan ödənişlərin qeydiyyatı kitabına və kassa mədaxil kitabına daxil etmişdir. İşə qəbul edilərkən Zərərçəkmiş şəxs ona aylıq olaraq 500 manat məbləğində əmək haqqı ödəyəcəyini desə də, faktiki olaraq aylıq ona maksimum 250 manat məbləğində pul ödəmiş, bu onu qane etməmiş, dəfələrlə müraciət edib söz verdiyi 500 manat məbləği ödəməsini xahiş etsə də, Rəvan imkanı olan kimi aylıq 500 manat məbləğində əmək haqqı verəcəyini bildirmişdir. Rəvan vədinə əməl etmədiyindən, həmçinin həmin vaxt maddi çətinlikləri olduğundan 2019-cu ilin yanvar ayından başlayaraq müştərilər tərəfindən hissə-hissə ödənilməsi şərti ilə aldıqları malların müqabilində ödədikləri pul vəsaitlərinin bir qismini mağazanın kassasına mədaxil etmədən mənimsəməyə başlamışdır. Müştərilərin alınan mallara görə ödədikləri aylıq ödənişləri qəbul edib mağazanın elektron cədvəlinə, habelə ödənişlər kitabçasında ödənişin daxil edildiyi qeyd etmiş, lakin mağazanın kassa kitabına həmin ödənişi qeyd etməmiş və həmin pul vəsaitini mağazanın kassasına mədaxil etməmişdir. Lakin müştərilərin gətirdikləri kredit vərəqəsinə imza atıb mağazanın “ödənilib” sözləri əks edilmiş ştampını vuraraq həmin kağızı müştərilərə təhvil vermişdir. Müştəri tərəfindən ona ödənilən və onun tərəfindən mənimsənən pul məbləğləri kassa mədaxil kitabına daxil edilmədiyindən Zərərçəkmiş şəxs tərəfindən hər günün sonunda kassada yığılan vəsaiti kassa mədaxil kitabına uyğun təhvil aldığından onun tərəfindən müəyyən məbləğdə vəsaitin mənimsədiyini aşkar etməmişdir. Bu qaydada 2019-cu ilin yanvar-iyul ayları ərzində 9093 manat məbləğində vəsaiti mənimsəmişdir. 2018-ci ilin avqust ayından 2019-cu ilin iyul ayınadək “Şamaxı Samsung” mağazasında satıcı işlədiyi müddət ərzində üzərində “MANUSCRİPT BOOK” sözləri yazılmış göy rəngli kitab mağazanın daxil edilən “ödənişlərin qeydiyyatı” kitabı kimi istifadə edilmiş, özü və digər satıcı Şahid1 müştərilərin cədvələ uyğun ödənişlər edilməsini məhz bu kitaba daxil etmiş, “Şamaxı Samsung” mağazasında işlədiyi müddətdə üzərində 2019 etiketi olan “Sharp” sözləri yazılmış üzlüyü qəhvəyi rəngli dəri materialdan olan kitab mağazanın “kassa mədaxil” kitabı kimi istifadə edilmiş, kassaya daxil etdikləri məbləğləri həmin kitaba daxil etmiş, günün sonunda isə Zərərçəkmiş şəxs həmin kitabdaki məlumatlara əsasən kassadan pulları təhvil almışdır. Zərərçəkmiş şəxs tərəfindən ödənişlərin qeydiyyatı kitabında sarı rəngli markerlə nişanlanmış sahələrdəki yazılan qalıq məbləğləri əks etdirən rəqəmlər onun tərəfindən icra edilmiş, həmin ödənişlər kassaya daxil edilmədən mənimsədiyindən onları mağazada aparılan kassa kitabına daxil etməmişdir. Bəzi hallarda müştəridən aylıq ödəniş şəklində pul vəsaitini qəbul etmiş, “ödənişlərin qeydiyyatı kitabına” ödənişin daxil edildiyini göstərmiş, lakin həmin məbləği kassa mədaxil kitabına yazmağı unutmuş və ya kassa mədaxil kitabına həmin rəqəmi daxil etməyi Zərərçəkmiş şəxs və ya digər satıcı Elmana Rəsulovdan xahiş etmiş, onlar da kassa kitabına həmin rəqəmi yazmamış, lakin faktiki olaraq müştəridən aldığı aylıq ödənişi mağazanın kassasına mədaxil etmişdir. Son olaraq əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş edərək, bu barədə məhkəməyə ərizə və ödəniş qəbzini təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 4 ünvanında yerləşən “Şamaxı Samsung” adlı məişət texnikası mağazasını işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fərdi sahibkar kimi vergi uçotuna duraraq vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon sakini kimi tanıyır, onunla ədavəti və ya düşmənçiliyi yoxdur, həm də Təqsirləndirilən şəxs 2013-cü ildə müddətli həqiqi hərbi xidmətdə getməmişdən öncə bir neçə ay ərazində ona məxsus dükanda satıcı işləmişdir. 2018-ci ilin avqust ayında dükanda satıcı işləyən X202 İsmayılovun iş axtardığını deyib, ondan Mecidi işə götürməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əvvəllər də bir müddət dükanında satıcı kimi işlədiyini, müəyyən təcrübəyə malik olduğunu, həmçinin kompyuter texnikasını mükəmməl səviyyədə bildiyini nəzərə alıb onu işə götürməyi qərar vermişdir. Təqsirləndirilən şəxs dəvət edib ona iş qaydasını izah etmiş və onu işə götürməklə aylıq 250 manat məbləğində əmək haqqı təyin etmişdir. Təqsirləndirilən şəxs yalnız sınaq müddəti ilə işə götürmüş, onunla əmək müqaviləsini bağlamamış, Təqsirləndirilən şəxs yalnız aralarında olan şifahi razılaşmaya əsasən mağazasında işləmişdir. Təqsirləndirilən şəxs ona məxsus dükanda 9 ay ərzində işləmiş, vəzifəsi dükanda təqdim olunan malların pərakəndə satışını həyata keçirməkdən və müştərilər tərəfindən mallara görə ödənilən pul məbləğlərinin kassaya mədaxil etməkdən ibarət olmuşdur. Mağazada satılan malları həm nəğd, həm də hissə-hissə ödəniş şərtləri ilə əldə etmək mümkündür. Hər iki halda satıcılar ödənilən məbləğləri kassaya daxil edirlər, hər günün sonunda isə kassaya daxil edilən pul vəsaitini kassa kitabında aparılan qeydlərə müvafiq surətdə kassadan təhvil alır. Meciddən başqa həmin vaxt mağazada X134 da satıcı kimi işləmişdir. Hər ikisi birlikdə saat 09:30dan saat 19:00-dək işləmiş, onlardan başqa satıcı olmamışdır. Sahibi olduğu dükanda satılan mallar əsasən faizsiz kredit şərtləri əsasında, yəni alınan malın məbləğinin bərabər şəkildə aylara bölünməsi şərti ilə alındığından satıcılar tərəfindən kassaya daxil olunan məbləğlərin uçotu məqsədi ilə iki kitab aparılır. Kitablardan birində hər müştəriyə aid tarixləri göstərilməklə alınmış malın müqabilində ödənilən vəsaitlər cədvəl şəklində qeyd edilir, digər kitab isə gündəlik olaraq kassaya mədaxil edilən pul vəsaitlərinin məbləğini əks etdirir. Həmin kitablarda bir qayda olaraq satıcılar tərəfindən aparılır, çox nadir hallarda isə satıcılar işdə olmadıqda həmin kitablarda özü qeydlər aparmışdır. Bundan əlavə kağız daşıyıcı üzərində aparılan bütün sənədləşmələrin surəti eyni qaydada dükanda quraşdırılan kompyuterdə elektron cədvəl vasitəsilə aparılır. Müştəri tərəfindən aylıq ödəniş daxil edildikdə satıcı elektron cədvələ ödənişin daxil edildiyini qeyd edir və daha sonra eyni qaydada aparılan kitablara müvafiq qeydlər aparır. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs polis orqanlarında işə düzəlmək istədiyini bildirib, işdən çıxmaq istədiyini bildirmiş, bu səbəbdən də o, Təqsirləndirilən şəxs dükanda işlədiyi müddətdə fəaliyyətini yoxlamaq qərarına gəlmiş və yoxlama zamanı Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində ayrı-ayrı müştərilərdən müxtəlif tarixlərdə alınan pulları kassa kitabına qeyd etmədən və kassaya mədaxil etmədən işlədiyi müddət ərzində ümumilikdə 9093 manat vəsaitini mənimsədiyi müəyyən edilmişdir. Həmin məbləği yalnız 2019-cu ildə aparılan kitablara əsasən çıxartmış, Mecid 2018-ci ildə 4 ay işləsə də, həmin dövrə aid kassa kitabı itdiyindən 2018-ci ildə də bu kimi hərəkətlər yol verib-verməməsini müəyyən edə bilməmişdir. Yoxlama aparıldıqdan sonra Mecidə onun tərəfindən müştərilərdən qəbul edilmiş ümumilikdə 9093 manat vəsaitin kassaya mədaxil edilmədiyini, lakin ödənişlər kitabına və informasiya sisteminə çıxardığını demiş, Mecid həmin vəsaitin onun tərəfindən talandığını etiraf etmiş və nişan mərasiminə hazırlaşdığı üçün pula ehtiyac olduğundan belə hərəkətlər yol verdiyi deyib bütün məbləği qaytaracağını bildirmişdir. Bundan sonra Mecidi işdən azad etmiş və etdiyi hərəkət barədə atası Məhman İsmayılova məlumat vermiş və sonuncu ona oğlunun mənimsədiyi pul vəsaitini aybaay hissə-hissə ödəyəcəyini söz vermiş, lakin buna baxmayaraq həmin məbləğdən ona yalnız 09.12.2019-cu il tarixdə 150 manat məbləğində pul qaytarılmışdır. Bundan sonra dəfələrlə Mecidə pulu qaytarmasını təklif etsə də, maddi imkanının aşağı səviyyədə olduğunu deyib pulu qaytaracağını desə də, hazırki vaxtadək pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxsla əmək müqaviləsi bağlamamış, onu qeyri-rəsmi olaraq yalnız sınaq müddəti ilə işə götürmüş, araşdırmaya təqdim etdiyi 2019-cu ilə aid mağazanın ödənişlər kitabçasına tarixləri də qeyd etməklə ödənişləri qeyd edilmiş, mənimsənilmiş məbləğləri isə sarı rəngli markerlə işarə etmişdir. Həmin məbləğlərin Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyi hər iki kitabı tutuşdurduqda müəyyən etmiş və kassaya daxil edilməmiş bütün ödənişləri məhz Mehman İsmayılov öz xətti ilə ödənişlər kitabında qeyd etmişdir. Mehman İsmayılov onunla kifayət qədər uzun müddət ərzində işlədiyindən onun yazı xəttini tanıyır. Müştəri kredit şərti ilə mağazadan hər hansı malı aldıqda ona aylıq ödənişləri qeyd edilən cədvəli əks etdirən kağız təqdim edilir, hər dəfə ödəniş olunduqda isə satıcı tərəfindən müştəridə olan cədvəldə imza edilir və dükanın ştampı ilə təsdiq edilib müştəriyə qaytarılır, aylıq ödənişin həyata keçirilməsi barədə satıcı tərəfindən müştəriyə qəbz verilmir. Sahibi olduğu mağazada uçot yalnız onun tərəfindən araşdırmaya təqdim edilən kitablar əsasında aparılır. Malların məbləğinin hissə-hissə ödənilməsi şərti ilə malları bir qayda olaraq Şamaxı rayon sakini kimi şəxsən tanıdığı şəxslərə satdığından və onlara etibar etdiyindən müştərilərlə malın alınması barədə hər hansı müqavilə bağlanmamışdır. Mecidə qarşı iddia etdiyi 11483 manata onun sonuncu tərəfindən mənimsənilmiş pul vəsaitdən başqa, həmçinin onun özünün mağazadan götürdüyü mallara görə ödənilməmiş məbləğləri, habelə onun zamin durduğu müştərilər tərəfindən alınan və hazırki vaxtadək ödənilməyən məbləğləri də əlavə etmişdir. Bu səbəbdən də istintaq zamanı mənimsənildiyi qeyd edilən məbləğlə iddia etdiyi məbləğ arasında fərq vardır. İstintaqın müəyyən etdiyi məbləğlə razıdır, Təqsirləndirilən şəxs mənimsəmə yolu ilə ondan 9093 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Təqsirləndirilən şəxs sınaq müddəti ilə işə qəbul etdiyi üçün onunla əmək müqaviləsini bağlamamışdır. Rəsmi qaydada müqaviləni bağlamasa da, Mecidlə şifahi razılaşmaya əsasən o, işlətdiyi mağazada satıcı işləmiş, əmək funksiyasına mağazada təqdim edilən malları satmaqdan və müştərilərdən qəbul edilən pul vəsaitlərinin kassaya mədaxil etməkdən ibarət olmuş, yəni faktiki olaraq Təqsirləndirilən şəxs müştərilərin mağazadan alınan mallar müqabilində ödənilən pul vəsaitlərini etibar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2013-cü ildən hazırki vaxtadək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlamaqla sonuncuya məxsus Şamaxı şəhərində yerləşən “Şamaxı Samsung” adlı elektrotexnika mağazasında satıcı işləyir, əmək vəzifələrinə dükanda təqdim edilən malları satmaqdan və müştərilərdən alınan pul vəsaitlərinin dükanın kassasına mədaxil etməkdən ibarətdir. İşlədiyi mağazada mallar həm nağd şəkildə, həm də dəyərin hissə-hissə ödənilməsi (kredit) şərti ilə almaq mümkündür. Bir qayda olaraq müştərilər mağazadan malları dəyərlərinin aybaay hissə-hissə ödəmək şərti ilə əldə edirlər. Müştərilərin əksəriyyəti Şamaxı şəhər sakinləri kimi tanıdıqları şəxslər olduğundan heç bir yazılı müqabilə bağlamadan yalnız şifahi razılaşmaya əsasən onlara mağazadaki malları satırlar. Müştəri alınan malın müqabilində ödənişini daxil etdikdə satıcı ilk öncə mağazada tətbiq edilən “Microsoft Excel” proqramında tərtib edilmiş cədvələ müvafiq ay üçün ödənişin daxil edildiyini qeyd edir və daha sonra dükanda aparılan iki kitaba ödənişlərin qeydiyyatı kitabı və kassa mədaxil kitabına həmin ödənişin daxil olmasını qeyd edir. Günün sonunda isə Zərərçəkmiş şəxs gün ərzində kassa mədaxil kitabında qeyd olunan məlumatlara əsasən kassaya daxil edilmiş pul vəsaitini təhvil alır. Təqsirləndirilən şəxs iş yoldaşı olmuş, onunla ədavəti və ya düşmənçiliyi yoxdur. 2013-cü ildə Mecid müddətli həqiqi hərbi xidmətə getməzdən öncə təxminən 6 ay “Şamaxı Samsung” dükanında satıcı işləmiş, 2018-ci ilin avqust ayında dükanda satıcı vəzifəsi vakant olduğundan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iş təcrübəsini və kompyuter bilgilərini nəzərə alıb onu yenidən işə götürmüş və ona aylıq 250 manat məbləğində əmək haqqı müəyyən etmişdir. 2018-ci ilin avqust ayından 2019-cu ilin iyun ayınadək Mecidlə birlikdə “Şamaxı Samsung” mağazasında satıcı işləmiş, əmək funksiyaları eyni olmuş, lakin özü rəsmi qaydada əmək müqaviləsinə əsasən, Mecid isə qeyri-rəsmi şəkildə, Zərərçəkmiş şəxslə şifahi razılaşmaya əsasən işləmiş, onlardan başqa qeyd olunan müddət ərzində mağazada başqa satıcı işləməmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə bir neçə dəfə Zərərçəkmiş şəxs Mecidin kassa kitabına daxil olan ödənişlərini daxil etməməsindən şübhələnmişdir. Mecid işdən çıxmaq istədiyini bildirdikdə, Rəvan onun işlədiyi dövrü yoxlamaq qərarına gəlmiş, mağazada istifadə edilən ödənişlərin qeydiyyatı kitabındaki məlumatlarla kassa mədaxil kitabındaki məlumatlarla tutuşdurduqda Mecidin müxtəlif tarixlərdə ayrı-ayrı şəxslərdən aylıq ödənişlər qismində aldığı ümumilikdə 11483 manat məbləğində vəsaitin dükanın kassasına daxil edilmədiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs müştərilərdən qəbul etdiyi ödənişləri mağazanın elektron sisteminə işləməsini, habelə ödənişlər kitabında ödənişin daxil edildiyini qeyd etsə də, kassa mədaxil kitabına həmin məbləğin daxil olmasını göstərməmiş və bununla da faktiki olaraq həmin məbləğləri mağazanın kassasına daxil etməmişdir. Dükanın sahibi Rəvan İsmayılov gündəlik olaraq kassaya daxil edilən məbləğləri yalnız kassa mədaxil kitabında qeyd olunan məlumatlara əsasən təhvil aldığından Təqsirləndirilən şəxs bəzi ödənişlərinin mənimsədiyini bilməmiş, çünki gündəlik olaraq talanan vəsait yüksək məbləğdə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, özünə məxsus avtomobillə Şamaxı şəhərində fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. X64 uzun illərdir ki Şamaxı şəhər sakini kimi tanıyır, o, Şamaxı şəhərində elektron malların satışını həyata keçirən “Şamaxı Samsung” adlı mağazanı işlədir. Zərərçəkmiş şəxs mağazadaki malları hissə-hissə ödənilməsi şərti ilə satdığından bir neçə dəfə ondan müxtəlif mallar almışdır. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs mağazasında işləyən satıcı kimi tanımış, onunla münasibətləri olmamışdır. 04.10.2018-ci il tarixdə Zərərçəkmiş şəxs mağazasına gəlib 210 manat dəyərində “Huawei” markalı mobil telefon almış və Rəvanla həmin pulu 6 ay ərzində, aylıq 35 manat olmaqla ödənilməsi barədə razılığa gəlmişlər. Bundan sonra Rəvan ona ödənişlər cədvəlini əks etdirən vərəq təqdim etmiş, hər növbəti ay müəyyən edilmiş vaxtda mağazaya gəlib satıcıya 35 manat məbləğində pul ödəmiş, hər dəfə pulu ödəyərkən satıcı ona verilmiş vərəqdə imza çəkib mağazanın ştampını vurmuşdur. Aylıq 35 manat məbləğində pulu mağazaya gəlib aybaay nəğd şəkildə əlbəəl Təqsirləndirilən şəxs ödəmiş, lakin uzun müddət keçdiyindən dəqiq olaraq həmin pulu ona hansı tarixlərdə ödədiyini xatırlamır, 2018-ci ilin aprel ayında son aylıq ödənişi etmiş və aldığı telefonun dəyərini tam olaraq ödəmişdir. “Şamaxı Samsung” adlı mağazada hissə-hissə ödənilməsi şərti ilə aldığı 210 manat dəyərində “Huawei” markalı mobil telefon alarkən Zərərçəkmiş şəxslə müqavilə bağlamamış, aylıq ödənişi verərkən ona heç bir sənəd verilməmiş, yalnız ona təqdim edilmiş vərəq satıcı tərəfindən imzalanmış və mağazanın ştampı vurulmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə Bakı-Şamaxı şəhərləri arasında fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. X95 uzun illərdir ki Şamaxı şəhər sakini kimi tanıyır, sonuncu Şamaxı şəhərində elektron malların satışını həyata keçirən “Şamaxı Samsung” adlı mağazanı işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs mağazadaki malları həm nağd şəkildə, həm də dəyərinin aybaay hissə-hissə ödənilməsi şərti ilə satır. Malı hissə-hissə ödəmək şərti ilə almaq mümkün olduğundan bir çox məişət texnikasını məhz Zərərçəkmiş şəxs mağazasından alır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mağazasında işləyən satıcı kimi tanımış, onunla münasibətləri normal olmuşdur. 11.01.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus “Şamaxı Samsung” mağazasından 750 manat dəyərində “Samsung” markalı televizor alıb Rəvanla şifahi razılaşmaya əsasən həmin məbləği hissə-hissə 6 ay ərzində, aylıq 125 manat olmaqla ödəməyi barədə razılığa gəlmişdir. Rəvanla razılaşdıqdan sonra sonuncu ona ödənişlər cədvəlini əks etdirən vərəq təqdim etmiş, hər ay müəyyən edilmiş vaxtda mağazaya gəlib satıcıya 125 manat məbləğində pul vermiş və hər dəfə pulu təqdim edərkən satıcı ona verilmiş vərəqdə imza çəkib mağazanın “ödənilib” ştampını vurmuşdur. Həmin imza və ştamp müştəri tərəfindən aylıq ödənişi etdiyini təsdiq edirdi. Aylıq 125 manat məbləğində pulu mağazaya gəlib aybaay nağd şəkildə əlbəəl Təqsirləndirilən şəxs və ya mağazada satıcı işləmiş Elman adlı şəxsə ödəmiş, lakin uzun müddət keçdiyindən dəqiq olaraq həmin pulu ona hansı tarixlərdə ödədiyini xatırlamır. Təqsirləndirilən şəxs pulu verərkən sonuncu kompyuterdə müvafiq məbləğin ödənildiyini qeyd etmiş, 2019-cu ilin iyul ayında son aylıq ödənişi etmiş və aldığı televizorun dəyərini tam olaraq ödəmişdir. “Şamaxı Samsung” adlı mağazada hissə-hissə ödənilməsi şərti ilə aldığınız 750 manat dəyərində “Samsung” markalı televizoru alarkən Zərərçəkmiş şəxslə aralarında müqavilə bağlanmamış, yalnız şifahi razılaşmışlar. İş üzrə Şahid3 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 24.09.2018-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Şamaxı Samsung” mağazasından 450 manat dəyərində “Samsung” markalı mobil telefon almış və Rəvanla şifahi razılaşmaya əsasən həmin məbləği hissə-hissə 6 ay ərzində, aylıq 75 manat olmaqla ödəməyi barədə razılığa gəlmişdir. Rəvanla razılaşdıqdan sonra sonuncu ona ödənişlər cədvəlini əks etdirən vərəq təqdim etmiş, həmin vaxt Şamaxı şəhərində yerləşən “Fayton” marketdə işlədiyi üçün hər dəfə mağazaya gedib-gəlmək imkanı olmadığından Zərərçəkmiş şəxs mağazasında işləyən satıcılardan biri Mecid və ya Elman mağazaya gəlib ondan aylıq ödənişləri götürmüşlər. Aylıq ödənişi satıcılara nəğd şəkildə əlbəəl vermiş, Rəvana etibar etdiyindən verilən pulun müqabilində heç vaxt satıcılardan hər hansı qəbz və ya digər sənəd tələb etməmişdir. Hadisələrdən uzun müddət keçdiyindən dəqiq olaraq Təqsirləndirilən şəxs həmin pulu hansı tarixlərdə ödədiyini xatırlamır. 2019-cu ilin mart ayında son aylıq ödənişi etmiş və aldığı mobil telefonun dəyərini tam olaraq ödəmişdir. “Şamaxı Samsung” mağazasından aldığı mobil telefonun müqabilində aylıq ödənişi Təqsirləndirilən şəxs və mağazada işləyən digər satıcı Elman adlı şəxsə vermiş, lakin uzun müddət keçdiyindən aylıq ödənişi bu satıcılardan hansına və hansı tarixlərdə verdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, 08.10.2018-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Şamaxı Samsung” mağazasından 310 manat dəyərində “Nokia” markalı mobil telefon almış və Rəvanla şifahi razılaşmaya əsasən həmin məbləği hissə-hissə 7 ay ərzində, aylıq 45 manat olmaqla ödəməyi barədə razılığa gəlmişdir. Rəvanla razılaşdıqdan sonra ona ödənişlər cədvəlini əks etdirən vərəq təqdim etmişdir. Aylıq ödənişi nağd şəkildə əlbəəl satıcılara birinə-Təqsirləndirilən şəxs və ya Elman Rəsulova ödəmişdir. Rəvana etibar etdiyindən verilən pulun müqabilində heç vaxt onlardan qəbz və ya digər hər hansı digər sənəd tələb etməmişdir. Hadisələrdən uzun müddət keçdiyindən dəqiq olaraq Təqsirləndirilən şəxs aylıq ödənişləri məhz hansı tarixlərdə verdiyini xatırlamır. 2018-ci ilin may ayında son aylıq ödənişi etmiş və aldığı mobil telefonun dəyərini tam olaraq ödəmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 23.10.2018-ci il tarixdə Robert İsayevə məxsus “Şamaxı Samsung” mağazasından 320 manat dəyərində “Samsung” markalı mobil telefon almış və Rəvanla şifahi razılaşmaya əsasən həmin məbləği hissə-hissə 6 ay ərzində, aylıq 55 manat olmaqla ödəməyi barədə razılığa gəlmişdir. Rəvanla razılaşdıqdan sonra sonuncu ona ödənişlər cədvəlini əks etdirən vərəq təqdim etmiş, bundan sonra hər ay müəyyən edilmiş vaxtda mağazaya gəlib mağazada satıcıya manat məbləğində pul vermiş və hər dəfə pulu təqdim edərkən satıcı ona təqdim edilmiş vərəqdə imza çəkib mağazanın “ödənilib” ştampını vurmuşdur. Həmin imza və ştamp müştəri tərəfindən aylıq ödənişi etdiyini təsdiq edirdi. Aylıq 55 manat məbləğində pulu mağazadaya gəlib aybaay nağd şəkildə əlbəəl Mecid və ya Elman adlı şəxsə ödəmiş, lakin uzun müddət keçdiyindən dəqiq olaraq həmin pulu ona hansı tarixlərdə ödədiyini xatırlamır, Təqsirləndirilən şəxs pulu verərkən sonuncu kompyuterdə müvafiq məbləğin ödənildiyini qeyd etmişdir. 2018-ci ilin aprel ayında son aylıq ödənişi etmiş və aldığı mobil telefonun dəyərini tam olaraq ödəmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 19.10.2018-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Şamaxı Samsung” mağazasından 390 manat dəyərində “Xiaomi” markalı mobil telefon almış və Rəvanla şifahi razılaşmaya əsasən həmin məbləği hissə-hissə 6 ay ərzində, aylıq 65 manat olmaqla ödəməyi barədə razılığa gəlmişdir. Razılaşdıqdan sonra Rəvan ona ödənişlər cədvəlini əks etdirən vərəq təqdim etmiş, bundan sonra hər ay müəyyən edilmiş vaxtda mağazaya gəlib mağazada satıcıya 65 manat məbləğində pul vermiş və hər dəfə pulu təqdim edərkən satıcı ona verilmiş vərəqdə imza çəkib mağazanın “ödənilib” ştampını vurmuşdur. Aylıq 65 manat məbləğində pulu mağazaya gəlib aybaay nağd şəkildə əlbəəl Mecid və ya mağazada satıcı işləmiş Elman adlı şəxsə ödəmiş, lakin uzun müddət keçdiyindən dəqiq olaraq həmin pulu ona hansı tarixlərdə ödədiyini xatırlamır. Təqsirləndirilən şəxs pulu verərkən sonuncu kompyuterdə müvafiq məbləğin ödənildiyini qeyd etmişdir. 2018-ci ilin aprel ayında son aylıq ödənişi etmiş və aldığı mobil telefonun dəyərini tam olaraq ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 04 avqust 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “ödənişlərin qeydiyyatı” kitabının 138-ci vərəqəsində X22 adı qarşısında yanvar ayı üçün 100 manatın, fevral ayı üçün 100 manatın, kitabın 145-ci vərəqində X23 adı qarşısında yanvar ayı üçün 55 manatın, 146-cı vərəqində X79 adı qarşısında mart ayı üçün 74 manatın, X24 mart ayı üçün 55 manatın, 147-ci vərəqdə X113 fevral ayı üçün 55 manatın, 154-cü vərəqində X114 yanvar ayı üçün 90 manatın, fevral ayı üçün 90 manatın, may ayı üçün 90 manatın, 156-cı vərəqində X3 adı qarşısında 65 manatın, 159-cu vərəqində X65 yanvar ayı üçün 53 manatın, fevral ayı üçün 53 manatın, mart ayı üçün 53 manatın, aprel ayı üçün 53 manatın, 160-cı səhifəsində X96 yanvar ayı üçün ödədiyi 70 manatın, fevral ayı üçün ödədiyi 70 manatın, 162-ci səhifəsində X25 yanvar ayı üçün ödədiyi 50 manatın, 164-cü səhifəsində X40 yanvar ayı üçün ödədiyi 60 manatın, 165-ci səhifəsində X80 yanvar ayı üçün ödədiyi 45 manatın, X81 yanvar ayı üçün ödədiyi 45 manatın, 166-cı səhifəsində X41 fevral ayı üçün ödədiyi 90 manatın, aprel ayı üçün ödədiyi 90 manatın, 168-ci səhifəsində X42 may ayı üçün ödədiyi 100 manatın, 172-ci səhifəsində X97 yanvar ayında ödədiyi 55 manatın, 175-ci vərəqində X43 yanvar ayı üçün ödədiyi 50 manatın, 176-cı səhifəsində X6 iyun ayı üçün ödədiyi 100 manatın, 177-ci vərəqində X11 aprel ayı üçün ödədiyi 105 manatın, X12 fevral ayı üçün ödədiyi 55 manatın, mart ayı üçün ödədiyi 55 manatın, 178-ci səhifəsində X82 yanvar ayı üçün ödədiyi 75 manatın, X44 yanvar ayı üçün ödədiyi 45 manatın, 180-ci vərəqində X98 fevral ayı üçün ödədiyi 50 manatın, X45 mart ayı üçün ödədiyi 65 manatın, Şahid2 Abuzər oğlunun yanvar ayı üçün ödədiyi 35 manatın, aprel ayı üçün ödədiyi 35 manatın, 181-ci vərəqində X1 yanvar ayı üçün ödədiyi 45 manatın, X99 yanvar ayı üçün ödədiyi 50 manatın, 182-ci vərəqində Şahid5 fevral ayı üçün ödədiyi 45 manatın, mart ayı üçün ödədiyi 45 manatın, X26 aprel ayında ödədiyi 52 manatın, X7 yanvar ayı üçün ödədiyi 40 manatın, 183-cü səhifəsində X46 mart ayı üçün ödədiyi 90 manatın, X83 fevral ayı üçün ödədiyi 100 manatın, 184-cü səhifəsində X66 yanvar ayı üçün ödədiyi 70 manatın, X84 aprel ayında ödədiyi 50 manatın, 185-ci səhifəsində X100 fevral ayı üçün ödədiyi 60 manatın, mart ayı üçün ödədiyi 60 manatın, X27 yanvar ayı üçün ödədiyi 40 manatın, 186-cı səhifəsində X5 yanvar ayı üçün ödədiyi 50 manatın, Şahid7 Fərman oğlunun mart ayı üçün ödədiyi 65 manatın, X101 fevral ayı üçün ödədiyi 40 manatın, X67 fevral ayı üçün ödədiyi 50 manatın, mart ayı üçün ödədiyi 50 manatın, 187-ci səhifəsində X68 fevral ayı üçün ödədiyi 70 manatın, Şahid6 yanvar ayı üçün ödədiyi 55 manatın, X28 fevral ayı üçün ödədiyi 40 manatın, 188-ci səhifəsində X47 fevral ayı üçün ödədiyi 60 manatın, Babaşov Mehdi Qurbanəli oğlunun yanvar ayı üçün ödədiyi 50 manatın, X48 mart ayı üçün ödədiyi 60 manatın, X102 yanvar ayında ödədiyi 40 manatın, X49 fevral ayında ödədiyi 50 manatın, 189-cu səhifəsində X50 yanvar ayı üçün ödədiyi 45 manatın, Məmmədova Hökümə Babaşah qızının yanavar ayında ödədiyi 80 manatın, 190-cı vərəqəsində X13 yanvar ayı üçün ödədiyi 90 manatın, X103 yanvar ayı üçün ödədiyi 25 manatın, 195-ci səhifəsində X29 may ayı üçün ödədiyi 50 manatın, X104 mart ayı ödənilən 40 manatın, aprel ayı üçün ödənilən 40 manatın, 196-cı səhifəsində X85 may ayı üçün ödədiyi 65 manatın, X51 yanvar ayı üçün ödədiyi 85 manatın, may ayı üçün ödədiyi 85 manatın, iyun ayı üçün ödədiyi 85 manatın, X30 may ayı üçün ödədiyi 50 manatın, 197-ci səhifəsində X52 aprel ayı üçün ödədiyi 85 manatın, X105 aprel ayı üçün ödədiyi 45 manatın, may ayı üçün ödədiyi 45 manatın, 198-ci səhifəsində X14 mart ayı üçün ödədiyi 45 manatın, aprel ayı üçün ödədiyi 45 manatın, X86 may ayı üçün ödədiyi 45 manatın, X53 yanvar ayı üçün ödədiyi 65 manatın, 199-cu səhifəsində X54 fevral ayı üçün ödədiyi 50 manatın, X115 mart ayı üçün ödədiyi 50 manatın, X15 iyun ayı üçün ödədiyi 55 manatın, X31 iyun ayı üçün ödədiyi 45 manatın, 200-cü səhifəsində X106 mart ayı üçün ödədiyi 40 manatın, 201-ci səhifəsində X32 yanvar ayı üçün ödədiyi 65 manatın, X107 may ayı üçün ödədiyi 100 manatın, 202-ci səhifəsində X87 mart ayı üçün ödədiyi 75 manatın, may ayı üçün ödədiyi 75 manatın, X69 yanvar ayı üçün ödədiyi 85 manatın, X70 fevralı ayı üçün ödədiyi 70 manatın, X55 yanvar ayı üçün ödədiyi 200 manatın, X101 fevral ayı üçün ödədiyi 65 manatın, 203-cü səhifəsində X71 iyun ayı üçün ödədiyi 45 manatın, 204-cü səhifəsində X88 fevral ayı üçün ödədiyi 60 manatın, X72 aprel ayı üçün ödədiyi 50 manatın, 205-ci səhifəsində X56 fevral ayı üçün ödədiyi 100 manatın, X89 may ayı üçün ödədiyi 65 manatın, X57 aprel ayı üçün ödədiyi 55 manatın, 206-cı səhifəsində X8 may ayı üçün ödədiyi 80 manatın, X108 iyul ayı üçün 55 manatın, X109 fevral ayı üçün ödədiyi 55 manatın, 207-ci səhifəsində X2 may ayı üçün ödədiyi 60 manatın, iyun ayı üçün ödədiyi 60 manatın, X73 mart ayı üçün ödədiyi 65 manatın, iyun ayı üçün ödədiyi 65 manatın, X90 iyun ayı üçün ödədiyi 40 manatın, 208-ci səhifəsində X116 fevral ayı üçün ödədiyi 70 manatın, aprel ayı üçün ödədiyi 70 manatın, Şahid3 aprel ayı üçün ödədiyi 125 manatın, X58 fevral ayı üçün ödədiyi 40 manatın, mart ayı üçün ödədiyi 40 manatın, 209cu səhifəsində X9 mart ayı üçün ödədiyi 90 manatın, X16 mart ayı üçün ödədiyi 95 manatın, 212-ci səhifəsində X91 aprel ayı üçün ödədiyi 65 manatın, 213-cü səhifəsində X59 aprel ayı üçün ödədiyi 150 manatın, X70 mart ayı üçün ödədiyi 60 manatın, may ayı üçün ödədiyi 60 manatın, 214-cü səhifəsində X110 may ayı üçün ödədiyi 50 manatın, X17 mart ayı üçün ödədiyi 200 manatın, 215-ci səhifəsində X74 may ayı üçün ödədiyi 75 manatın, iyun ayı üçün ödədiyi 75 manatın, X33 iyun ayı üçün ödədiyi 45 manatın, X34 iyun ayı üçün ödədiyi 60 manatın, X111 iyun ayı üçün ödədiyi 100 manatın, 218-ci səhifəsində X35 aprel ayı üçün ödədiyi 75 manatın, 219-cu səhifəsində X92 may ayı üçün ödədiyi 40 manatın, iyun ayı üçün ödədiyi 40 manatın, 220-ci səhifəsində X93 may ayı üçün ödədiyi 35 manatın, X68 iyun ayı üçün ödədiyi 45 manatın, 222-ci səhifəsində X75 iyul ayı üçün ödədiyi 40 manatın, X18 iyun ayı üçün ödədiyi 40 manatın, 225-ci səhifəsində X19 iyun ayı üçün ödədiyi 65 manatın, 226-cı səhifəsində X76 iyun ayı üçün ödədiyi 40 manatın, X36 may ayı üçün ödədiyi 55 manatın, iyun ayı üçün ödədiyi 55 manatın, 227-ci səhifəsində X60 may ayı üçün ödədiyi 25 manatın, Şahid2 Abusət oğlunun iyun ayı üçün ödədiyi 50 manatın, 228-ci səhifəsində X10 iyun ayı üçün ödədiyi 65 manatın, 229-cu səhifəsində X61 may ayı üçün ödədiyi 65 manatın, 230-cu səhifəsində X37 iyun ayı üçün ödədiyi 45 manatın, 231-ci səhifəsində X20 iyun ayı üçün ödədiyi 55 manatın, X38 iyun ayı üçün ödədiyi 35 manatın, 232-ci səhifəsində X21 may ayı üçün ödədiyi 50 manatın, X4 may ayı üçün ödədiyi 75 manatın, 235-ci səhifəsində X112 iyun ayı üçün ödədiyi 100 manatın kassa mədaxil kitabına daxil edilmədiyi, bununla da “Şamaxı Samsung” dükanında “ödənişlərin qeydiyyatı” kitabına ödənilmiş kimi qeyd edilmiş ümumilikdə 9268 manat məbləğində vəsaitin kassa mədaxil kitabına daxil olunmadığı müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 4/1268 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Ödənişlərin qeydiyyatı kitabı”-nın 138ci səhifəsində dairəyə alınmış “200”, “100” rəqəmləri; 145-ci səhifəsində dairəyə alınmış “165” rəqəmi; 146-cı səhifəsində dairəyə alınmış “74”, “55” rəqəmləri; 147-ci səhifəsində dairəyə alınmış “105” rəqəmi; 154-cü səhifəsində “360”, “270”, “0” rəqəmləri; 156-cı səhifəsində dairəyə alınmış “130” rəqəmi; 159-cu səhifəsində dairəyə alınmış “212”, “159”, “106”, “53” rəqəmləri; 160-cı səhifəsində dairəyə alınmış “280”, “210” rəqəmləri; 162-ci səhifəsində dairəyə alınmış “0” rəqəmi, 164-cü səhifəsində “300” rəqəmi; 165-ci səhifəsində dairəyə alınmış “45”, “45” rəqəmləri; 166-cı səhifəsində dairəyə alınmış “360”, “180” rəqəmləri; 168-ci səhifəsində dairəyə alınmış “100” rəqəmi; 172-ci səhifəsində dairəyə alınmış “55” rəqəmi; 175-ci səhifəsində dairəyə alınmış “100” rəqəmi; 176-cı səhifəsində dairəyə alınmış “100” rəqəmi; 177-ci səhifəsində dairəyə alınmış “315”, “55”, “0” rəqəmləri; 178-ci səhifəsində dairəyə alınmış “150”, “80” rəqəmləri; 180-ci səhifəsində dairəyə alınmış “100”, “65”, “105”, “0” rəqəmləri; 181-ci səhifəsində dairəyə alınmış “135”, “140” rəqəmləri; 182-ci səhifəsində dairəyə alınmış “130”, “85” “214”, “120” rəqəmləri; 183cü səhifəsində dairəyə alınmış “95”, “530” rəqəmləri; 184-cü səhifəsində dairəyə alınmış “0” rəqəmləri; 185-ci səhifəsində dairəyə alınmış “120”, “60”, 120 rəqəmləri; 186-cı səhifəsində dairəyə alınmış “150”, “65”, “80” “100”, “50” rəqəmləri; 187-ci səhifəsində dairəyə alınmış “210”, “155” rəqəmləri; 188-ci səhifəsində dairəyə alınmış “120”, “150”, “60”, “120”, “100” rəqəmləri; 189-cu səhifəsində dairəyə alınmış “135”, “160” rəqəmləri; 190-cı səhifəsində dairəyə alınmış “150”, “100” rəqəmləri; 195-ci səhifəsində dairəyə alınmış “0”, “80”, “40” rəqəmləri; 196-cı səhifəsində dairəyə alınmış “0”, “680” “340”, “255”, “0” rəqəmləri; 197-ci səhifəsində dairəyə alınmış “85”, “45”, “0” rəqəmləri; 198-ci səhifəsində dairəyə alınmış “240”, “195”, “0”, “260” rəqəmləri; 199-cu səhifəsində dairəyə alınmış “190”, “90” “0”, “0” rəqəmləri; 200-cü səhifəsində dairəyə alınmış “120” rəqəmi; 201-ci səhifəsində dairəyə alınmış “325”, “0” rəqəmləri; 202-ci səhifəsində dairəyə alınmış “215”, “65”, “765”, “280”, “490”, “520” rəqəmləri; 203-cü səhifəsində dairəyə alınmış “0” rəqəmi; 204-cü səhifəsində dairəyə alınmış “240”, “300” rəqəmləri; 205-ci səhifəsində dairəyə alınmış “60”, “65”, “330” rəqəmləri; 206-cı səhifəsində dairəyə alınmış “160”, “0”, “265” rəqəmləri; 207-ci səhifəsində dairəyə alınmış “360”, “300”, “260”, “65”, “40” rəqəmləri; 208-ci səhifəsində dairəyə alınmış “350”, “210”, “375”, “180”, “140” rəqəmləri; 209-cu səhifəsində dairəyə alınmış “360”, “760” rəqəmləri; 212-ci səhifəsində dairəyə alınmış “260” rəqəmi; 213-cü səhifəsində dairəyə alınmış “600”, “300”, “180” rəqəmləri; 214-cü səhifəsində “110”, “850” rəqəmləri;, 215-ci səhifəsində dairəyə alınmış “225”, “150”, “80”, “150”, “580” rəqəmləri; 218-ci səhifəsində “375” rəqəmi; 219-cu səhifəsində dairəyə alınmış “160”, “120” rəqəmləri; 220-ci səhifəsində dairəyə alınmış “150”, “135” rəqəmləri; 222-ci səhifəsində dairəyə alınmış “70”, “110” rəqəmləri; 225-ci səhifəsində dairəyə alınmış “260” rəqəmi; 226-cı səhifəsində dairəyə alınmış “160”, “275”, “220” rəqəmləri; 227-ci səhifəsində dairəyə alınmış “125”, “190” rəqəmləri; 228-ci səhifəsində dairəyə alınmış “260” rəqəmi; 230-cu səhifəsində dairəyə alınmış “180” rəqəmi; 231-ci səhifəsində dairəyə alınmış “220”, “140” rəqəmləri; 232-ci səhifəsində dairəyə alınmış “250”, “525” rəqəmləri; 235-ci səhifəsində dairəyə alınmış “290” rəqəmi Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 140 manatdır. “Şəxsin dəvəti ilə götürmə aparılması haqqında” 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs könüllü olaraq istintaqa təqdim etdiyi ona məxsus mağazada aparılan 1 ədəd daxil olan ödənişlərin qeydiyyatı kitabı və 1 ədəd kassa mədaxil kitabı götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 24 avqust 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 16 avqust 2021-ci il tarixli 6871 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 avqust 2021-ci il tarixli 698 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, 46 saylı evin, 26 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyini tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində 31 saylı MKİS-nə şikayət daxil olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. "xxxx" ASC-nin Şamaxı filialının 23 fevral 2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 2274,0 manat məbləğində ödəniş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəyən ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talaması, yəni mənimsəməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə Zərərçəkmiş şəxs ilə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2274,0 manat miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməli və icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 140 manat pul Təqsirləndirilən şəxs tutulub X39 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar üzərində “Manuscript book” sözləri yazılmış 251 vərəqdən ibarət daxil olan “ödənişlərin qeydiyyatı” kitabı və üzlüyü qəhvəyi rəngli dəri materialdan olan aşağı sağ küncdə “Sharp” sözləri, yuxarıda yapışqan kağızla 2019 rəqəmləri yazılmış “kassa mədaxil” kitabı kimi istifadə edilən təqvim kitabçası Şamaxı rayon prokurorluğunun inzibati binasında hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 140 manat pul Təqsirləndirilən şəxs tutulub X39 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar üzərində “Manuscript book” sözləri yazılmış 251 vərəqdən ibarət daxil olan “ödənişlərin qeydiyyatı” kitabı və üzlüyü gəhvəyi rəngli dəri materialdan olan aşağı sağ küncdə “Sharp” sözləri, yuxarıda yapışqan kağızla 2019 rəqəmləri yazılmış “kassa mədaxil” kitabı kimi istifadə edilən təqvim kitabçası Şamaxı rayon prokurorluğunun inzibati binasında hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-6/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-6/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver