Məhkəmə qərarları › İş №1(074)-6/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-6/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-6/2023 22.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1964-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Əngəxaran kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə, özünü daşınmaz əmlakın alqı-satqısı və sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə, tanışı Zərərçəkmiş şəxs istifadəsində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,12 hektar torpaq səhəsi və həmin sahədə inşa edilmiş iki ədəd fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyertrindən Çıxarış alıb, verəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 2021-ci ilin avqust ayının əvvəllərində, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış evində sonuncudan 1500 (bir min beş yüz) manat, daha sonra isə 2021-ci ilin noyabr ayının əvvəllərində, saat 15 radələrində eyni ünvanda 1000 (bir min) manat pul alıb, vədinə əməl etməyək, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2500 (iki min beş yüz) manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ildə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs Şamaxı rayonu, Nağaraxana kəndində 6 sot torpaq sahəsində inşa edilmiş yaşayış evinin satışa çıxarılmasından məlumatı olmuşdur. Həmin ərəfədə tanımadığı iki nəfər, sonradan adları ona məlum olan Kürdəmir rayon sakinləri Elman və Sabir adlı şəxslər Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən onun ət kəsimi və satışı mağazasına gələrək, ev almaq istədiklərini bildirmişlər. O, həmin şəxslərə Şamaxı rayonu, Nağaraxana kəndində Abbas adlı şəxsin evini satışa qoyduğunu demişdir. Daha sonra evin sahibi Abbas Elman adlı şəxslə evin qiyməti ilə bağlı razılığa gəlmişlər. Söhbət zamanı, Abbas ümumilikdə 12 sot torpaq sahəsinin və oradakı iki ədəd evin çıxarışının olmadığını həmin şəxslərə demişdir. O, Abbasa həmin ərazini və evlərin çıxarışını almaqda sonuncuya köməklik edə biləcəyini demişdir. Abbas onunla razılaşdıqdan bir neçə gün keçdikdən sonra, birlikdə Şamaxı Asan Xidmət Mərkəzinə getmiş və əmlakları üçün çıxarış almaq məqsədilə Abbas ona etibarnamə vermişdir. O, etibarnamə aldıqdan sonra, Abbasla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə gedib şifahi müraciət etmişlər. Orada olan zaman, onlara hal-hazırda Şamaxı rayonunun ümumi elektron xəritəsinin işləndiyini, elektron xəritə hazır olduqdan sonra, çıxarışların veriləcəyini bildirmişdirlər. Bundan sonra, Abbasın Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən evində olarkən, sonuncu çıxarış almaq üçün lazımi sənədləri ona vermişdir. O, sənədləri götürdükdən sonra, çıxarış almaq üçün pul lazım olduğunu Abbasa demiş, Abbas isə ona 1500 manat pul vermişdir. O, pulu alandan sonra, Abbasa 15 gün ərzində iki ədəd evin və 12 sot torpaq sahəsinin çıxarışını alıb verəcəyini söz vermişdir. O, həmin gündən sonra əmlaklara çıxarış almaq üçün çalışmış, lakin çıxarışı almaq mümkün olmadığından, təxminən bir-iki ay keçdikdən sonra o, sənədləri Bakı şəhərinə aparıb, çıxarış almaq fikrinə gəlmişdir. Bu səbəbdən o, Abbasa bildirmişdir ki, əlavə 1000 manat pul versin və sonuncu əlavə 1000 manat pul verərək, ümumilikdə çıxarış almaq üçün 2500 manat pulu ona vermişdir. Sonradan o, Bakı şəhərinə getmiş, lakin elektron xəritə hazır olmadığından, çıxarışı ala bilməmişdir. Həmin müddətdə artıq Abbasın ona verdiyi 2500 manat pulu xərclədiyi üçün, Abbasa elektron xəritənin yaxın müddətə hazır olacağını, ondan sonra çıxarış alacağını demişdir. Daha sonra Abbas ona verdiyi pulu geri istəmiş, lakin o, həmin pulu xərclədiyi üçün, Abbasdan ona vaxt verməsini xahiş etmişdir. Lakin o, həmin məbləği toplayıb Abbasa qaytara bilməmişdir. Hazırda isə zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs ilə barışdığını və əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, onun Şamaxı rayonu, Nağaraxana kəndində 12 sot torpaq sahəsində yerləşən iki ədəd yaşayış evi mövcuddur. Həmin ərazinin 6 sotunu və həmin 6 sotda yerləşən evin birini satmaq qərarına gəlmişdir. O, həmin ərazi üçün çıxarış almaq məqsədilə, bir neçə dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin həmin idarədən elektron xəritə ilə bağlı hazırda torpaq sahəsinə və yaşayış evlərinə çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan X1 2021-ci ilin avqust ayında tanımışdır. Satışa qoyduğu 6 sot və bir ev elanı ilə bağlı Elman adlı şəxs ona yaxınlaşmış, hətta ev və 6 sot həyətyanı ərazini almaq üçün ona beh də vermişdir. O, Elman adlı şəxslə görüşərkən, tanış olduğu Təqsirləndirilən şəxs ilə birlikdə həmin şəxslərlə söhbət zamanı, Elman adlı şəxsə hazırda ev və həyətyanı sahə üçün dövlət reyestrindən çıxarış ala bilmədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona həmin evlər və torpaq sahəsi üçün çıxarış ala biləcəyini, daşınmaz əmlakda tanışlarının olduğunu bildirmişdir. Əmlaklarına çıxarış almaq üçün, sonuncuya etibarnamə verməyini təklif etmişdir. O, Arasxana inanıb, təklifini qəbul etmiş və sonuncu ilə birlikdə Şamaxı Asan Xidmət Mərkəzinə gedərək, əmlakları üçün çıxarış almaq məqsədilə, Arasxana etibarnamə vermişdir. O, etibarnaməni aldıqdan sonra, birlikdə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən evinə getmiş və evdə olarkən lazımi sənədləri Arasxana vermişdir. Arasxan sənədləri götürdükdən sonra, ona çıxarış almaq üçün pul lazım olduğunu demiş, o da, Arasxana 1500 manat pul vermişdir. Arasxan 1500 manat pulu ondan alandan sonra, 15 gün ərzində iki ədəd evin və 12 sot torpaq sahəsinin çıxarışını alıb, ona verəcəyini vəd edərək getmişdir. 2021-ci ilin noyabr ayında evində olarkən, Arasxan onun evinə gəlmiş və çıxarışın alınması üçün toplanmış sənədlərin Bakı şəhərində yerləşən baş idarəyə göndərilməsini bildirib, həmin sənədlərin təsdiq edilməsi üçün əlavə 1000 manat pul lazım olduğunu ona demişdir. O, həmin vaxt Arasxanın sözünə inanmış və sonuncuya 1000 manat pulu vermişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Arasxan onu aldadaraq, 2500 manat pulunu ələ keçirmişdir. Nəticədə o, baş vermiş hadisə ilə bağlı 2022-ci ilin fevral ayında Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda isə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən, aralarında barışıq əldə olunmasını, heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və onun əvvəllər zərərçəkmiş şəxslə barışıqla bağlı, cinayət məsuliyyətindən azad edilməsi halları olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar