Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-6/2024 16.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1980-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 25 may 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus olmaqla Şamaxı şəhəri, Koroğlu küçəsində yerləşən evinin həyətindən qiyməti 5000 (beş min) manat olan bir ədəd otuz tonluq dəmir çəni oğurlayıb aparmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamış, yəni oğurlamışdır. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 25 may 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus olmaqla Şamaxı şəhəri, Koroğlu küçəsində yerləşən evinin həyətindən qiyməti 5000 (beş min) manat olan bir ədəd otuz tonluq dəmir çəni oğurlayıb aparmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamış, yəni oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, o, X3 yanında qaynaqçı işləyir. Təxminən 2023-cü ilin may ayının əvvəllərində təxminən saat 16 radələrində Soltan Ömərovun yaşadığı Şamaxı şəhəri, C.Məmmədquluzadə küçəsi 15 saylı evin qarşısında olan zaman, Şamaxı rayon sakini kimi tanıdığı Nazir adlı şəxs ağ rəngli “VAZ2106” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evin qarşısında dayanmışdır. Soltan adlı şəxs həmin ünvanda dəmir alışı və satışı ilə məşğul olur. Nazir adlı şəxs Soltanla danışmağa başlamış, o da onların söhbətini eşitmiş, söhbət zamanı Nazir, dəmir materialdan olan 3 tonluq üzüm çəninin olduğunu həmin çəni neçəyə ala biləcəyini Soltana demiş, Soltan isə həmin çəni Nazirdən kilosu 35 qəpikdən almağa razılaşmışdır. Daha sonra o, Nazir adlı şəxslə Şamaxı rayonu, Koroğlu küçəsində yerləşən qapısı olmayan yaşayış evinin həyətinə getmiş, həmin evin sonradan polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdən sonra Zərərçəkmiş şəxs məxsus olması ona məlum olmuşdur. Onlar həmin yerə çatdıqdan sonra o, həmin 3 tonluq çəni qaynaq vasitəsilə doğramışdır. Çəni doğramamışdan öncə Soltan, Nazir adlı şəxsdən evin kimə məxsus olduğunu soruşmuş, Nazir cavabında həmin evin qardaşının olduğunu və İslam adlı şəxsə satdığını demiş, evi satarkən həyətdəki iki ədəd çənin qardaşına qaldığını buna görə də həmin çənləri satmaq qərarına gəldiklərini bildirmişdir. Həmin vaxt Soltanla o Nazirdən çəni kəsdikləri həyətdəki uzunluğu 3 metr 50 santimetr, hündürlüyü 2 metr 40 santimetr olan təxminən 15 tonluq dəmir çəni satıb-satmadığını soruşmuş, Nazir isə cavabında qardaşı ilə danışdıqdan sonra bu barədə məlumat verəcəyini demişdir. O, fəhlə olduğu üçün Nazir adlı şəxslə çox danışmamış, qaynaq işi ilə məşğul olmağa başlamışdır. O, çəni doğradıqdan sonra Soltanın idarə etdiyi ağ rəngli “QAZ 24” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib, Soltanın sexinə aparıb, orada çəkmiş, dəmir çənin çəkisi 500 kiloqram olmuş və Soltan Nazirə çənin çəkisinə uyğun pulu vermişdir. O, Soltanın Nazirə nə qədər pul verməsini görməmişdir. O, sexdə olan zaman Mübarizlə söhbət edərkən, çəni gətirdikləri yerdə bir ədəd təxminən 15 tonluq dəmir çənin olduğunu demiş, lakin Nazirin adını çəkməmişdir. Daha sonra o, çəni satan şəxsin həmin çəni satmaqla bağlı qardaşı ilə danışdıqdan sonra məlumat verəcəyini demişdir. Təxminən 24 may 2023-cü il tarixdə saat 12 radələrində evdə olarkən Mübariz ona zəng etmiş, telefon danışığı zamanı Soltanın növbədə olduğunu, çəni satan şəxsin gəlib soruşduqları çəni satmaqda razılaşdığını demişdir. Həmin vaxt Mübariz həmin çəni doğramaq lazım olduğunu bunun üçün də onun sexə gələməsini demişdir. O, dərhal sexə gəlmiş və dəmir çəni kəsmək üçün avadanlıqları götürüb Mübariz ilə birlikdə Koroğlu küçəsinə, əvvəlki çənin olduğu həyətə getmişlər. Çənin içərisində boya olduğu üçün qaynaqla çəni kəsmək mümkün olmamış, buna görə də o, Mübarizə vəziyyəti izah etmiş, daha sonra Mübariz kiməsə zəng edib məsələni danışmış və ona evin yiyəsinin evakutor çağırıb apara biləcəklərini dediyini demişdir. Bundan sonra o, Mübarizin mobil nömrəsi ilə “156” evakuator xidmətinə zəng etmiş, həmin xidmətdən ona Rza adlı evakuator sürücünün nömrəsini vermişlər. O, Rzaya zəng edib olduğu yerə çağırmış və əraziyə baxaraq çənin oradan götürüb-götürə bilməyəcəyini soruşmuşdur. Rza həmin yerə gəlmiş və yolun üzərindən qaz borusu keçdiyi üçün evakuatorun hündürlüyünün 1 metr 10 santimetr olduğunu demiş və həmin çəni ölçmək lazım olduğunu əgər ölçülər düz gələrsə apara biləcəyini demişdir. Bundan sonra o, Mübarizlə sexə gedib, hündürlüyü ölçmək üçün metrə götürüb, geri qayıtmış və çəni evakuatorla həmin yerdən aparmağı müəyyən etmişlər. Bundan sonra yenidən “156” evakuator xidmətinə zəng edib evakuator istəmiş, lakin artıq evakuatorun başqa yük apardığı üçün xidmətdən yararlana bilməyəcəkləri, daha sonra əlaqə saxlamaqlarını bildirmişlər. Həmçinin, çəni Bakı şəhərinə 230 manata apara biləcəklərini bildirmişlər. Həmin vaxt onlar razılaşıb 25 may 2023-cü il tarixdə saat 11 radələrində “156” evakuator xidmətinə zəng edib evakuator istəmiş, həmin xidmətdə sürücünün onlarla əlaqə saxlayacağını demişlər və bir neçə dəqiqə keçdikdən sonra Mübarizin nömrəsinə zəng gəlmiş, o, Rza ilə danışıb, həmin yerə gəlməsini istəmişdir. Daha sonra Mübarizlə birlikdə çənin olduğu yerə getmiş və çəni evakuatora yükləmiş, həmin vaxt Mübariz orada yaşayan qonşuların birindən çəni yerindən qaldırmaq üçün bel alıb ona kömək etmiş, çəni evakuatora yüklədikdən sonra o, evakuatorla, Mübariz isə idarə etdiyi “QAZ 24” markalı avtomobil ilə oradan uzaqlaşmışlar. Mübariz avtomobili sexə qoyduqdan sonra taksi ilə onun arxasınca Bakı şəhərinə gələcəyini demiş, artıq Şamaxı rayonu, Acıdərə adlanan ərazidə olarkən Mübariz onunla danışıb çəni aparacaqları metal əritmə zavodunda çəni qəbul edəcək Rəfail adlı şəxsin işdə olmadığını deyib, çəni daha sonra aparacaqlarını bunun üçün də onun geri qayıtmalı olduğunu bildirmişdir. O, isə Mübarizə geri qayıtmamağı, çəni Qobustan şəhərində yerləşən ailə üzvlərinə məxsus evin həyətinə aparmağı, səhəri gündə oradan Bakı şəhərində yerləşən metal əritmə zavoduna aparmağı təklif etmiş, Mübariz də onunla razılaşdıqdan sonra çəni Qobustan şəhərində yerləşən ailə üzvlərinə məxsus evin həyətinə boşaltmış və Rzaya yol haqqı olaraq 70 manat pul verib, Şamaxı şəhərinə qayıtmışdır. 25 may 2023-cü il tarixdə axşam saatlarında dəmir çəni aparmaq üçün Mübarizin telefonu ilə “156” evakuator xidmətinə zəng edib evakuator istəmiş, həmin xidmət gecə saatlarında yük aparmadıqlarını deyib, əgər istəyirlərsə səhəri günü yükü aparmaları üçün evakuator sürücüsünün nömrəsini verməyi təklif etmişlər, onlar razılaşdıqdan sonra xidmətdən sürücünün onlarla əlaqə saxlayacağını demiş və bir neçə dəqiqə keçdikdən sonra Mübarizin nömrəsinə zəng gəlmiş, tanımadıqları bir nəfər şəxslə telefon danışığı zaman 26 may 2023-cü il tarixə saat 10 radələrində çəni aparmaqda razılaşmış və 26 may 2023-cü il tarixdə çəni Qobustan şəhərindən adını bilmədiyi “156” evakuator xidmətinin sürücünün evakuatoruna yükləyib Mübarizlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində “Vazın kruqu” adlanan ərazidən Novxanı qəsəbəsi istiqamətində gedən yolda yerləşən “Dərə” adlanan metal əritmə zavoduna aparmışlar. Evakuator onları 220 manata Qobustan şəhərindən göstərdiyi zavoda aparmışdır. Soltanın həmin zavodun işçisi Rəfail adlı şəxslə çənin qiyməti barədə əvvəlcədən razılığa gəldikləri üçün Rəfail adlı şəxs dəmir çəni tərəzidə ölçmüş və çənin 2 ton 200 kiloqram ağırlıqda çəkisi müəyyən edilmişdir. Rəfail adlı şəxs bunun qarşılığında Mübarizə 1130 (min yüz otuz) manat pul vermişdir. Daha sonra çənin satıldığı qiymətlə bağlı qəbz vermiş və o, Mübarizlə birlikdə şamaxı rayonuna qayıtmışdır. Çənin satılması ilə əlaqədar Mübariz zəhmət haqqı olaraq ona 140 manat pul vermiş, qalan pulun haraya xərclənməsindən məlumatı yoxdur. O, iki ədəd çəni oğurlamamış, Nazir adlı şəxsin həmin çənləri satdığı üçün Soltan və Mübarizin Nazirdən həmin çənləri almış, onu isə qaynaqçı və fəhlə kimi orada işlətmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə normal münasibəti olmuş, tutulmamışdan 2-3 ay əvvəl saat 14 - 15 radələrində, Famil ***-***-**-** saylı nömrəsi ilə onun ***-***-**-** saylı nömrəmə zəng edib bildirmişdir ki, “sən özünün maşınınla gəl, bir çən var onu götürək”. O da razılaşıb “QAZ-24” markalı **-FO-*** nömrə nişanlı avtomobililə gedib Famili yaşadığı evin qarşısından götürüb Şamaxı şəhəri Koroğlu küçəsində yerləşən evin həyətinin yanına getmiş, sonradan bildiyinə görə həmin ev Zərərçəkmiş şəxs məxsusdur. Onlar çatdıqdan sonra, orada Famil evakuator çağırmış, “156” evakuator xidmətindən gələn evakuator maşını ilə həmin evin həyətindən bir ədəd böyük dəmir çəni evakuatora yükləyib orada çəni evakuatora yüklədikdən sonra, Famil demişdir ki, çəni öz evlərinə aparacaqdır, o da Familə bir söz deməmiş, Famil evakuator maşını ilə getmiş, o isə öz avtomobililə evinə qayıtmışdır. O, Zərərçəkmiş şəxs ümumiyyətlə tanımır, həmin qadınla arasında münasibət, ədavət olmamışdır. X5 isə bir dəfə 2023-cü ilin may ayının əvvəllərində qardaşı Soltan Ömərova yaşadıqları evin qarşısında dəmir çən satarkən görmüş, həmin şəxslə də, arasında hər hansı bir münasibət, ədavət olmamışdır. O, 2023cü ilin may ayının əvvəllərində təxminən saat 16 radələrində ünvan 3 ünvanda yerləşən qardaşı Soltana məxsus dəmir qəbulu sexində olan zaman Nazir Quliyev oraya gəlib, Soltana 3 tonluq dəmir çəni olduğunu, həmin çəni neçəyə ala biləcəyini soruşmuş, həmin vaxt Soltanla Famil çənə baxmaq üçün Nazirlə birlikdə oradan uzaqlaşmışlar, lakin, o sexdə qalmış, bir neçə dəqiqə keçdikdən sonra həmin şəxslər də sexə gəlmişlər, Soltan doğranmış dəmir çəni satıb, Nazirə pulunu vermiş, daha sonra Soltanla Famil, Nazirə əgər həyətdəki digər çəni də, satarsa məlumat verməsini xahiş etmişlər, Nazir isə çənin yiyəsindən bu barəsə soruşacağını, əgər satarsa məlumat verəcəyini deyib oradan uzaqlaşmışdır. Nazir getdikdən sonra Soltan ilə Famildən çəni haradan almalarını soruşmuş, onlar cavabında çəni parkın yaxınlığında yerləşən Koroğlu küçəsindən aldıqlarını demişlər. Bundan sonra o, həmin çəni oğurlamaq qərarına gəlmiş və Koroğlu küçəsinə gedib, orada gəzib həmin çəni tapmışdır. Həmin çən Koroğlu küçəsində qapısı olmayan, təmirsiz evin həyətində olmuş, çənin uzunluğu 3 metr 50 santimetr, hündürlüyü 2 metr 40 santimetr, təxminən 15-16 tonluq dəmirdən hazırlanmış çən olmuşdur. O, bir neçə gün keçdikdən sonra 24 may 2023-cü il tarixdə saat 12 radələrində Soltanla Familin sexdə olmamasından istifadə edib, Familə zəng vuraraq Soltanın növbədə olduğunu, çəni satan şəxsin gəlib çəni satmağa razılaşdığını deyib, həmin çəni doğramaq üçün Famili sexə çağırmış, bir neçə dəqiqə keçdikdən sonra Famil sexə gəlmiş və dəmir çəni kəsmək üçün avadanlıqları götürüb, çənin olduğu həyətə getmiş, Famil qaynaq aparatı ilə çəni kəsməyə başlamışdır. Lakin, çənin içərisində boya olduğu üçün qaynaqla çəni kəsmək mümkün olmamış, bundan sonra o, Famili şübhələndirməmək üçün guya Nazirlə telefonla danışırmış kimi etmiş və sonra Familə yaxınlaşıb çəni satan şəxsin evakutor çağırmağı məsləhət gördüyünü demişdir. Bundan sonra Famil, onun mobil nömrəsi ilə “156” evakuator xidmətinə zəng etmiş, həmin xidmətdən Familə Rza adlı evakuator sürücünün nömrəsini vermişlər. Famil, Rzaya zəng edib olduqları yerə çağırmış və əraziyə baxaraq çənin oradan götürüb-götürə bilməyəcəyini soruşmuşdur. Rza həmin yerə gəlmiş və yolun üzərindən qaz borusu keçdiyi üçün evakuatorun hündürlüyünün 1 metr 10 santimetr olduğunu demiş və həmin çəni ölçmək lazım olduğunu əgər ölçülər düz gələrsə apara biləcəyini demişdir. Bundan sonra o, Famillə sexə gedib, hündürlüyü ölçmək üçün metrə götürüb, geri qayıtmış və çəni evakuatorla həmin yerdən aparmağı müəyyən etmişlər. Bundan sonra yenidən “156” evakuator xidmətinə zəng edib evakuator istəmiş, lakin artıq evakuatorun başqa yük apardığı üçün xidmətdən yararlana bilməyəcəklərini, daha sonra əlaqə saxlamaqlarını bildirmişlər. Həmçinin, çəni Bakı şəhərinə 230 manata apara biləcəklərini bildirmişlər. Həmin vaxt onlar razılaşıb 25 may 2023-cü il tarixdə saat 11 radələrində “156” evakuator xidmətinə zəng edib evakuator istəmiş, həmin xidmətdən sürücünün onlarla əlaqə saxlayacağını demişlər və bir neçə dəqiqə keçdikdən sonra onun nömrəsinə zəng gəlmiş və Famil Rza ilə danışıb, həmin yerə gəlməsini istəmişdir. Daha sonra o Famillə birlikdə çənin olduğu yerə getmiş və çəni evakuatora yükləmiş, həmin vaxt o, orada yaşayan qonşuların birindən çəni yerindən qaldırmaq üçün həmdə elektirik naqillərinin evakuatora dəyməməsi üçün bel alıb Familə kömək etmiş, çəni evakuatora yüklədikdən sonra Famil evakuatorla, o isə idarə etdiyi “QAZ 24” markalı avtomobil ilə oradan uzaqlaşmışlar. O, avtomobili sexə qoyduqdan sonra taksi ilə Familin arxasınca Bakı şəhərinə gələcəyini demiş, artıq Famil Şamaxı rayonu, Acıdərə adlanan ərazidə olarkən o Bakı şəhərində yerləşən metal qəbulu məntəqəsinə zəng etmiş, həmin vaxt ona metal qəbul edə bilməyəcəklərini demişlər. O bu barədə Familə demiş və Familin geri qayıtmalı olduğunu bildirmişdir. Famil, isə ona geri qayıtmamağı, çəni Qobustan şəhərində yerləşən ailə üzvlərinə məxsus evin həyətinə aparmağı, səhəri gündə oradan Bakı şəhərində yerləşən metal əritmə zavoduna aparmağı təklif etmiş, o da Famillə razılaşdıqdan sonra Famil çəni Qobustan şəhərində yerləşən ailə üzvlərinə məxsus evin həyətinə boşaltmış və Rzaya yol haqqı olaraq 70 manat pul verib, Şamaxı şəhərinə qayıtmışdır. 25 may 2023-cü il tarixdə axşam saatlarında dəmir çəni aparmaq üçün onun telefonu ilə “156” evakuator xidmətinə zəng edib evakuator istəmişlər, həmin xidmətdə gecə saatlarında yük aparmadıqlarını deyib, əgər istəyirlərsə səhəri günü yükü aparmaları üçün evakuator sürücüsünün nömrəsini verməyi təklif etmişlər, onlar razılaşdıqdan sonra xidmətdən sürücünün onlarla əlaqə saxlayacağını demiş və bir neçə dəqiqə keçdikdən sonra onun nömrəsinə zəng gəlmiş, tanımadıqları bir nəfər şəxslə telefon danışığı zaman 26 may 2023-cü il tarixə saat 10 radələrində çəni aparmaqda razılaşmış və 26 may 2023cü il tarixdə çəni Qobustan şəhərindən adını bilmədiyi “156” evakuator xidmətinin sürücünün evakuatoruna yükləyib Famillə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində “Vazın kruqu” adlanan ərazidən Novxanı qəsəbəsi istiqamətində gedən yolda yerləşən “Dərə” adlanan metal əritmə zavoduna aparmışlar. Evakuator onları 220 manata Qobustan şəhərindən göstərdiyi zavoda aparmışdır. Soltan, həmin zavodun işçisi Rəfayıl adlı şəxslə çənin qiyməti barədə əvvəlcədən razılığa gəldikləri üçün Rəfail adlı şəxs dəmir çəni tərəzidə ölçmüş və çən 2 ton 200 kiloqram ağırlıqda çəkisi müəyyən edilmiş və bunun qarşılığında ona 1130 (min yüz otuz) manat pul vermişdir, daha sonra çənin satıldığı qiymətlə bağlı qəbz vermişlər. Daha sonra o, Famillə birlikdə Şamaxı rayonuna qayıtmış, çənin satılması ilə əlaqədar Familə zəhmət haqqı olaraq 140 manat pul vermişdir. 220 evakuator sürücüsünə, 70 manat Rza adlı evakuator sürücüsünə vermiş, qalan məbləğdə olan pulu isə şəxsi istifadəsi üçün xərcləyib Soltanla Famili aldadıb, həmin pulu dəmir çəni satan şəxsə verdiyini demişdir. O, 25 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus evin həyətindəki dəmir materialdan hazırlanmış çəni özü tək halda oğurlamış, qardaşı Soltanla Famili şübhələnməsinlər deyə aldadıb, Nazir Quliyevin satmağa razılıq verdiyini demiş, bundan sonra Famili fəhlə qismində dəmir çəni kəsmək üçün hadisə yerinə aparmış, sonda dəmir çəni satdıqdan sonra Familə zəhmət haqqı olaraq 140 manat pul vermiş, bütün məsuliyyət ona aid olmuşdur. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, özü 2015ci il tarixdən hal-hazıra kimi “156” Evakuator xidmətində sürücü işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şamaxı rayon sakinləri kimi tanıyır. 25 may 2023-cü il tarixdə təxminən günorta saatlarında ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, o, zəngə cavab vermiş və telefon danışığı zamanı Famil özünü təqdim edib, Şamaxı rayon parkının yaxınlığında, əmisinin evinin həyətində bir ədəd 30 tonluq dəmir çən olduğunu, həmin çəni Qobustan rayonunda yerləşən evinə aparmaq lazım olduğunu deyib, həmin çəni yükləyib Qobustan rayonuna hansı məbləğə aparacağını soruşmuş, o, 30 tonluq dəmir çəni aparmaq üçün Famillə 50 (əlli) manata razılaşmış və daha sonra Famil ona Şamaxı şəhəri, Koroğlu küçəsinə gəlməsini tapşırmış, o, idarə etdiyim “İsuzu” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilini idarə edib Şamaxı şəhəri, Koroğlu küçəsinə gəlmiş və Famili gözləmiş, bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəlmişlər, daha sonra Famil aralıqla getməyə başlamış, o da, evlərin arası ilə avtomobili idarə edib Familin arxasınca getmiş, lakin Mübariz isə küçədə dayanıb, onlarla birlikdə getməmiş, təxminən 30-40 metr getdikdən sonra boş həyətdə çən görmüş Famil çəni göstərib, həmin 30 tonluq çənin bu olduğunu dedikdən sonra o, çənin 25-30 tonluq olmasını təxmini müəyyən edib evakuatora yükləmiş, daha sonra Famillə birlikdə Qobustan rayonu istiqamətinə getmişlər, Mübariz isə onlarla birlikdə getməmişdir. Qobustan rayonu, Mərəzə şəhəri ərazisində rayon xəstəxanasının yaxınlığından keçib, Qobustan rayon sakinlərinin deməsinə görə Koroğlu küçəsində yerləşən evlərin birinin həyətinə düşürtmüşdür. Dəmir çəni evakuatordan düşürtdükdən sonra Famil ona 50 manat pul vermiş və o, oradan uzaqlaşıb, Şamaxı rayonuna qayıtmışdır. Daha sonradan isə Familin həmin çəni oğurlamasından və barəsində Şamaxı rayon polis şöbəsində araşdırma aparılmasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 ilə idarə etdiyi evakuatora yüklədiyi dəmir çənin təxmini tutumu 25-30 ton olmaqla, həmin çən rənglənməmiş formada, silindir formasında olmuşdur. Təqsirləndirilən şəxs2 ilə qeyd edilən dəmir çəni göstərilən ərazidən aparan zaman orada əlavə dəmir çən görməmiş, həmin vaxt qeyd edilən dəmir çəndən başqa çən olmamışdır. Onun Təqsirləndirilən şəxs2 göstərdiyi və Şamaxı şəhəri, Koroğlu küçəsində yerləşən boş ərazidən Qobustan rayonuna apardığı 30 ton tutumu olan dəmir çənin oğurluq olmasından məlumatı olmamışdır. Əgər həmin çənin oğurluq olmasından məlumatı olsaydı həmin çəni evakuatora yükləməz, dərhal bu barədə polisə məlumat verərdi. Famil dəmir çəni evakuatora yükləməzdən əvvəl həmin çən olan ərazinin əmisinin həyəti olduğunu dediyi üçün sonuncuya inanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs və Şahid1 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da, Azərbaycan dilində sərbəst yazıb, danışıb, oxumağı bilir. Onun Şamaxı şəhəri, Koroğlu küçəsində evi vardır. Həmin evi təxminən iyirmi ildir ki, almış, evi alarkən həyətdə 01 ədəd 3 tonluq su çəni olmuşdur. Daha sonra təxminən on beş il öncə hal-hazırda Rusiya Federasiyasında yaşayan əri X8 01 ədəd 30 tonluq qalın dəmir materialdan olan su çənini alıb evin həyətinə gətirmişdir. Bir müddət sonra o ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına köçüb, orada yaşamağa başlamışdır. O, Rusiyada yaşasa da hər il Azərbaycana gəlmiş və Şamaxı rayonunda yerləşən evinə baxmışdır. O, 13 iyul 2023-cü il tarixdə Şamaxı rayonunda yerləşən evinə gələn zaman evinin həyətində olan 01 ədəd 5000 (beş min) manat dəyərində 30 tonluq çənin və 01 ədəd 1000 manat dəyərində 3 tonluq çənin yerində olmadığını aşkar etmiş və dərhal bu barədə ailə üzvlərinə məlumat vermişdir. Daha sonra həmin çənləri Şamaxı şəhəri ərazisində dəmirlərin alqı-satqısı ilə məşğul olan Mübariz və Famil adlı şəxslərin oğurlamasını bilmiş və bu barədə Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Şamaxı rayon polis şöbəsinə müraciət etdikdən sonra 01 ədəd 3 tonluq çəni evin həyətindən götürüb satan şəxsin X9 olduğu ona məlum olmuşdur. Evin əvvəlki sahibi Nazir Quliyev olmuş, həmin 3 tonluq çən də, həmin şəxsə məxsus olmuşdur. O, bunu bildikdən sonra 3 tonluq çənin oğurlanması ilə bağlı müraciətindən daşınmış və həmin çənin sahibi Nazir Quliyev olduğu üçün həmin çənlə bağlı heç bir iddiası yoxdur. Evinin həyətindən 5000 (beş min) manat dəyərində 01 ədəd 30 tonluq qalın dəmir materialdan olan su çəni oğurlanmışdır. Həmin çən silindirik formada, diametri 2 metr 50 santimetr, uzunluğu 5 metr, divarının qalınlığı 10 millimetr olmaqla, təxminən on beş ildir ki, açıq hava şəraitində qalmış və həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5000 manat maddi ziyan dəymişdir. Şahid1 ifadəsində göstərmişdir ki, özü Abşeron rayonu Saray qəsəbəsinə gedən yolda yerləşən metal qəbul edən məntəqədə alıcı işləyir. Belə ki, Təqsirləndirilən şəxs2 tanıyır, əvvəllər bir neçə dəfə gəlib onlara dəmir əşyalar satmışdır, həmin şəxsi həmin vaxtdan tanıyır. Faktla bağlı qeyd etmişdir ki, 27 may 2023-cü il tarixdə saat 13 və ya 14 radələri olardı, metal qəbul edən məntəqədə olarkən Famil bir nəfər saqqallı tanımadığı şəxslə birlikdə “156” evakuasiya xidmətinə aid tanımadığı şəxsin idarə etdiyi **-JB-*** dövlət nömrə nişanlı avtomobil ilə məntəqəyə gəlmişlər, evakuator maşınında böyük bir çən olmuşdur. Orada Famil gəlib ona demişdir ki, çəni dəmir kimi satmağa gətiriblər, o, da Famildən həmin çəni haradan gətirmələrini soruşmuş, Famil də ona həmin çəni öz həyətlərindən gətirmələrini və çənin özlərinə aid olmasını demişdir. O, da Famili bir müddətdir ki, tanıdığı üçün sonuncuya inanmış və çəni almağa razılaşmışdır. Buna görə də o, həmin dəmir çəni tərəzidə çəkəndə 2160 kq olması müəyyən edilmiş, həmin dəmir çənin 3%-i çıxar kimi çıxılmaqla 2095 kq qalıq çəkisi qalmasını müəyyən etmiş, hər ton çəkiyə görə 540 manatdan aldığından həmin çənin çəkisini hesablayıb 1130 manat pulu Familə vermişdir. Bundan sonra həmin şəxslər çıxıb getmişdirlər. O, həmin çənin oğurluq olmasını bilməmiş, əgər oğurluq olmasını bilmiş olsaydı, əlbəttə ki almazdı. Famil ona həmin çənin özlərinə aid olmasını demişdir . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, HK-1-801/2023 nömrəli materialı üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilən hadisə yeri Şamaxı şəhəri, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evidir. Evin həyətinə giriş açıqdır və küçədən həyətə giriş üçün maneə yoxdur. Baxış zamanı hadisə yerində çənin qalıq yeri olması müəyyən olunmuş, əl iz nümunələri müəyyən olunmamışdır. Baxış zamanı heç bir əşya götürülmədir. Baxış zamanı foto çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 27 nömrəli mütəxəssis rəyindən görünür ki, “əlamətləri təqdim olunmuş 01 ədəd 30 ton su tutumuna malik, 15 il açıq hava şəraitində istifadə edilmiş, silindir formasında, diametri 2 metr 50 santimetr, uzunluğu 5 metr, divarının qalınlığı 10 millimetr dəmir materialdan olan çənin 5000 (beş min) AZN dəyərində qiyməti müəyyən edilmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarilxli 4(074)-54/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmışdır. Şamaxı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarilxli 4(074)-55/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmışdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 avqust 2023-cü il tarixli arayışlardan görünür ki, ünvan 4 ünvanda yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ailə tərkibi, arvadı-xx.xx.1988-ci il l təvəllüdlü X4, qızıxx.xx.2008-ci il təvəllüdlü X6 və qızı-xx.xx.2011-ci il təvəllüdlü X1 ibarətdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Şamaxı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 4(074)-60/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(074)-54/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 22 avqust 2023-cü il protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadələrində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinin hadisə vaxtı hadisənin baş verdiyi ərazidə olması müəyyən edilmişdir. Eləcədə xx.xx.2023-cü il tarixdə hadisənin baş verdiyi ərəfələrdə, yəni saat 12:09:28-də, 12:13:12-də,13:30:37-də, 17:33:46-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-******* saylı nömrəsinə zənglər edilməsi müəyyən edilmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1980-ci ildə ünvan 5 ünvanda yaşayır, onun barəsində qonşuları və ailə üzvləri tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 9/6482 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 30 ton su tutumuna malik, 15 il açıq hava şəraitində istifadə edilmiş, silindir formasında diametri 2 metr 50 santimetr, uzunluğu 5 metr, divarının qalınlığı 10 millimetr dəmir materialdan olan çənin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminen 5000 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Şamaxı Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 1(074)-1/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 1(074)-54/2021 saylı hökmü ilə ona təyin edilmiş və amnistiya qərarı tətbiq edildikdən sonra qeydiyyata düşdüyü gündən qalan 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilmiş, o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 13 yanvar 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 11 ay 23 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 11 ay 16 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(074)-76/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 177.1ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması və CM-nin 234.1-ci maddəsi ilə 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən,Təqsirləndirilən şəxs1 yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 1(074)-25/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 4 ay 7 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla Təqsirləndirilən şəxs1 3 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 02 fevral 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(074)-1/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1- 1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs2 Şamaxı Rayon Məhkəməsinin 1(074)- 1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 25 (iyirmi beş) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 1(105)-526/2024 qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum edilməsinə dair cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 1(074)-1/2024 nömrəli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə alınmış 04 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Qobustan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 307.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il, 1 ay, 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsininin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökm ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 221.3, 307.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il, 2 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 234.1, 66.2, 67.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə alınmış 05 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il, 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 263-8320/5 saylı məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(074)- 73/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-cü maddələri ilə təqsirli bilinərək 3 il, 1 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 6 ay, 8 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 2 il, 6 ay, 22 gün təşkil edir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı ödəmişlər, onlara qarşı heç bir şikayəti yoxdur. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 2007, 2008, 2009, 2010, 2013, 2015 və 2019-cu il təvəllüdlü 7 uşağı var. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq oğurlamaları tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini, himayəsində 5 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Şamaxı Rayon Məhkəməsinin 1(074)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalı və onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 1(074)-76/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 25 saat hüquqi yardım göstərməsinə görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Şamaxı Rayon Məhkəməsinin 1(074)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 3 (üç) il 6 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 1(074)-76/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 6 (altı) ay 22 (iyirmi iki) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 25 saat hüquqi yardım göstərməsinə görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-6/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-6/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver