Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-60/2021 16.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağsu rayonu Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Ağsu rayonu Padar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12.01.2021-ci il tarixdə saat 16 radələrində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış podrat müqaviləsi əsasında Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində yolun hərəkət istiqamətinin işıqlandırılması layihəsinin icrasını həyata keçirən fiziki şəxs-Zərərçəkmiş şəxs Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşməklə icarə əsasında istifadə etdiyi, sərbəst qaydada giriş-çıxışına icazə verilmiş anbarın qapısını özündə olan açarla açmaqla oradan hər birinin dəyəri 60 (altmış) manat olan 40 (qırx) ədəd elektrik lampasını (plafon) və hər birinin dəyəri 80 (səksən) manat olan 14 (ön dörd) dolaq elektrik kabelini oğurlayıb kənd ərazisində gizlətdikdən sonra hissə-hissə sataraq ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3520 (üç min beş yüz iyirmi) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2020-ci ilin iyil ayından “xxxx”MMC-in podratçısı Zərərçəkmiş şəxs işçisi-fəhlə olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında işıq dirəkləri quraşdırmasında işləyir. Zərərçəkmiş şəxs bibisi oğlu olmaqla onu işə götürmüşdür. Həmçinin Ceyhun özünə aid əmlakların saxlandığı anbarın açarını da ona etibar etməklə özü həmin anbara gedə bilməyəndə anbara iş dalınca göndərmişdir. 07.01.2021-ci il tarixində 545 ədəd işıq dirəyinin plafonları, həmçinin çox sayda rulon kabellər gəlməklə tərəflərindən Şamaxı rayonu Muğanlı kənd ərazisində yerləşən anbara yığan zaman qonşuluqda yaşayan Nadir adlı şəxs yaxınlaşaraq bu plafonlardan satılıq olsa alacağını demişdir. 12.01.2021-ci il tarixdə təxminən saat 16 radələrində özü həmin anbara getməklə tək olaraq anbardan ümumilikdə oğurluq məqsədi ilə bir dəfə daxil olmaqla oradan 14 rulon kabel və 40 ədəd plafon oğurlamaqla kənar bir yerdə gizlətmişdir. Həmin vaxt Nadirin orada olduğunu görüb ona satılıq plafon olduğunu, plafonun 01 ədədinin qiyməti 15 manata, kabelin 01 rulonunun qiyməti 10 manata Nadirə satmağa razılaşmışdır. Həmçinin Nadir izah etmişdir ki, əgər həmin əşyalar oğurluq yolu ilə ona satırsa, o, həmin əşyaları almayacaqdır. O, Nadiri inandırmaqla satdığı əşyalardan rəhbərliyin xəbərinin olmasını, satışdan əldə edilən pulu da müdiriyyətə verəcəyini demişdir. Beləliklə, Nadiri inandırmağı bacarmaqla ona 20 ədəd plafon, 10 rulon kabel satıb, əvəzində 250 manat pul almışdır. 16.01.2021-ci il tarixdə saat 09 radələrində Şamaxı rayonu Muğanlı kəndində yerləşən tikinti materialları olan mağazaya getməklə orada işləyən Emil adlı şəxsə satılıq plafon və kabel olmasını bildirmişdir. O, Emillə 01 ədəd plafonu 15 manata, 01 rulon kabeli isə 10 manata razılaşmışdır. Emilə həmin elektrik avadanlıqlarının özünə məxsus olmasını bildirməklə Emili inandırmışdır. Həmin gün təxminən 11 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs məxsus olan LADA VAZ 21011 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə anbarın yaxınlığında gizlətdiyi plafon və kabeldən 20 ədəd plafon, 04 rulon kabel götürüb apararaq Emil adlı şəxsə təqribən 300 manata yaxın pula satmışdır. Anbarın açarı özündə olduğundan bu oğurluğu özü tək olaraq həyata keçirmişdir. 04.02.2021-ci il tarixdə özü və Ceyhun anbara gedib kabel və plafonları saydıqda 14 rulon kabel və 40 ədəd plafonun əksik olduğunu bilmişdir. Ceyhun plafon və kabellərin niyə əksik olduğunu soruşduqda, ona heç bir cavab verməmişdir. Onun müxtəlif şəxslərə borcu olduğuna görə, həmçinin maddi durumu yaxşı olmadığına görə məlum oğurluq faktını törətmiş, həmin oğurluq cinayətini törətməyi barədə özündən başqa heç kimin məlumatı olmamış, Nadir və Emil adlı şəxslər onlara satdığı əmlakların oğurluq olmasını bilməmişlər. Özünün oğurluq etdiyi anbara hər vaxt daxil olmaq hüququ, icazəsi olsa da anbarda olan mallarla bağlı cavabdehliyi olmamış və həmin anbardan cəmi bir dəfə oğurluq etmişdir. Bibisi oğlu Zərərçəkmiş şəxs məxsus olan LADA VAZ 21011 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi, etibarnaməsi olmadan idarə etməklə Zərərçəkmiş şəxs özü bəzi vaxtlarda avtomobilini ona verməklə gedib anbardan işlə bağlı plafon və ya kabel gətirməsini tapşırmışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 2020-ci ilin iyul ayından “xxxx”MMC ilə podraçı olaraq işləyir. İşi podratçısı olduğu MMC-nin sifarişi əsasında Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu Muğanlı kəndi ərazisindən keçən hissəsinin işıqlandırılması ilə bağlı işləri həyata keçirməkdən ibarətdir. 07.01.2021-ci il tarixində 545 ədəd işıq dirəyinin plafonunu və 39 rulon kabeli gətirilməklə tərəflərindən Şamaxı rayonu Muğanlı kənd ərazisində yerləşən anbara yığılmışdır. Bundan sonra onlar hər gün həmin plafonlardan və kabeldən istifadə etmişlər. 02.02.2021-ci il tarixdə o, həmin plafon və kabelləri saxladığı anbara gəldikdə, kabellərin və plafonların az sayda olmasını görmüşdür. 03.02.2021-ci il tarixində saat 16 radələrində kabel və plafonların sayının əksik olması ilə bağlı qohumu Xəyala zəng vurub bu barədə soruşsa da, sonuncu bundan xəbərsiz olmasını bildirmişdir. 04.02.2021-ci il tarixdə, Xəyalla birgə mal-materialları saymaqla 40 ədəd plafonun və 14 rulon kabelin yerində olmamasını aşkar etmişdir. Xəyal isə bundan xəbərsiz olmasını demişdir. Həmin vaxt qonşuluqda yaşayan Nadir adlı şəxsdən anbarda yığılan mal-materialların oğurlanmasını soruşduqda, sonuncu mal-materialları özünün işçisinin oğurlanmasını bildirmişdir. Lakin, Nadir oğurluq edən şəxs barədə heç bir söz bildirməmişdir. Bundan sonra o, oğurluq barədə Şamaxı RPŞ-nə gələrək rəsmi ərizə ilə müraciət etmişdir. Özünə məxsus 40 (qırx) ədəd plafonun hər biri 60 (altımış) manat olmaqla cəmi 2400 (iki min dörd yüz) AZN, 14 (ön dörd) ədəd elektrik kabel xəttinin hər biri 80 (səksən) manat olmaqla cəmi 1120 (min yüz iyirmi) AZN olmaqla MMC-yə ümumilikdə 3520 (üç min beş yüz iyirmi) AZN ziyan maddi ziyan dəymişdir. Xəyala anbarın açarını verməyinin səbəbi də özü hər dəfə vaxt edib anbara gedə bilmədiyindən həm işçisi, həm də qohumu Xəyalı anbara göndərməklə hansısa lazım olan əşyaları gətirməsini və ya kiməsə verməsini tapşırmışdır. Anbardakı əşyaların oğurlanmasına, itməsinə cavabdehliyi isə yalnız özü daşımışdır, həmin əmlaklar Xəyala hər hansı bir formada etibar olunmamışdır. Həmçinin qardaşı X3 məxsus avtomobili Xəyala etibar etməklə işlərini həyata keçirmək üçün həmin maşınla gedib anbardan kabel və plafonlar gətirməsini tapşırırmış. Özü Xəyalın anbardan oğurluq etməsindən xəbərsiz olmuş, Xəyalın sürücülük vəsiqəsi olmasa da belə avtomobili yaxşı idarə etməsi səbəbindən ona idarə etməyə icazə vermişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadə verib göstərdi ki, özü Şamaxı rayon Muğanlı kəndi ərazisində atasına məxsus olan tikinti materialları mağazasında işləməklə ona köməklik edir. Təxminən 2021-ci ilin yanvar ayında tikinti materialları mağazasında olan zaman tanıdığı Xəyal adlı şəxs gələrək, Bakıda olan zaman ucuz plafon və elektrik naqilləri aldığını bildirməklə hazırda pul lazım olduğundan həmin işıq plafonları və elektrik naqillərini satmaq istədiyini demişdir. Özü ilk öncə almaq istəməsə də, Xəyal plafon və elektrik naqillərinin oğurluq olmadığını, avtomobilinin motoru vurduğu üçün pul lazım olduğunu deyib, bu səbəblə bağlı satmasını onu inandırmışdır. Tarixini xatırlamadığı bir vaxtda o, Xəyaldan 20 ədəd işıq plafonu və 04 rulon elektrik naqili alaraq əvəzində Xəyala 300 manata yaxın pul vermişdir. Müəyyən bir müddətdən sonra polis əməkdaşları yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs satdığı plafon və elektrik naqillərinin oğurluq olmasını ona bildirmişlər. O, həmin plafon və elektrik naqillərinin oğurluq olmasından məlumatsız olmuşdur. Xəyal həmin plafonları özü üçün aldığını, lakin pula ehtiyacı olduğundan satması ilə bağlı onu inandırdığı üçün ondan bu malları almışdır. Xəyaldan aldığı həmin malları da müxtəlif vaxtlarda tanımadığı müştərilərə satmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə vaxtdır ki, tanımışdır. Evinin yaxınlığında olan anbara Xəyalgil plafon və elektrik naqilləri yığanda ona bildirmişdir ki, həmin əşyalardan satılıq olanı olsa ona xəbər etsin. Təxminən 2021-ci ilin yanvar ayında özünə məxsus evdə olan zaman Təqsirləndirilən şəxs onu çağırmaqla Bakıda olan zaman ucuz plafon və elektrik naqilləri alıb saxladığını, halhazırda pul lazım olduğundan həmin işıq plafonları və elektrik naqillərini satmaq istədiyini bildirmişdir. Özü ilk öncə almaq istəməsə də, Xəyal onu inandırmışdır ki, müəssisə rəhbərliyinin bundan xəbəri vardır və satdığı əmlakların pullarını rəhbərliyə verəcəkdir. Bundan sonra o, Xəyaldan 20 ədəd işıq plafonu və 10 rulon elektrik naqili alaraq əvəzində Xəyala 250 manat pul vermiş, müəyyən məbləğdə borclu qalmışdır. Sonrakı vaxtlarda polis əməkdaşları yaşadığı ünvana gələrək özlərini təqdim etməklə Təqsirləndirilən şəxs ona satdığı plafon və elektrik naqillərinin oğurluq olmasını bildirmişlər. Xəyaldan aldığı 20 ədəd işıq plafonunu və 10 ədəd elektrik naqilini bir az baha qiymətə Ağsu rayonunda tanımadığı şəxsə satmışdır. Həmin plafonların oğurluq olması barədə əvvəlcədən heç bir məlumatı olmadığını, Zərərçəkmiş şəxs adlı şəxs həmin anbardan plafonları və kabellərin oğurlanmasını ona dedikdə bu barədə bildiyini, Ceyhuna oğurluğu özünün işçilərinin törətdiyini, lakin Xəyalın adını dava-dalaş düşməməsi üçün bildirmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə saat 22:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şamaxı rayonu Muğanlı Kəndi ərazisində ona məxsus anbardan qohumu və işçisi olan Təqsirləndirilən şəxs ona məxsus 40 (qırx) ədəd plafon, 14 (on dörd) ədəd elektrik kabel xəttini oğurlamaqla ümumilkdə ona 3520 manat (üç min beş yüz iyirmi) manat maddi ziyan vurmuşdur. İstintaq gedişində Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən 3520 manat dəymiş ziyan tam şəkildə ona ödənilmişdir. Bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Tikinti materiallarının qiymətləndirilməsi haqqında “Nihad” İstesalat Kommersiya firması tərəfindən verilmiş 06 fevral 2021-ci il tarixli arayışdan görünür ki, qiymətləndirməyə təqdim edilən 01 ədəd plafonun dəyəri 60 (altmış) manat, 01 ədəd elektrik kabel xəttinin 80 (səksən) manat dəyərində qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 06.03.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyəti Başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 mart 2021-ci il tarixli 91 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X2 və anası X1 ibarət ailə üzvləri ilə birlikdə Ağsu rayonunun Padar kəndində yaşayır. Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyəti Başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 10 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, özünü ailə və məişətdə normal aparır. Onun kənd camaatı arasında hörməti vardır, qonşularla münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs haqqında Padar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə kənar təşkilarlardan heç bir təqsirləndirici material daxil olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 12 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilərək ona həmin Məcəllənin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilib və ondan heş bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayaraq oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyənlədirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 04.02.2021-ci il tarixdən 06.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün bərabər tutulmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdən 06.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-60/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-60/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver