Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-60/2022 28.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, tərcüməçi X2, Müdafiəçi, Təqsirləndirilən şəxs Konistantinoviçin iştirakı ilə xx xxx 1995-ci ildə Şamaxı rayonu Çuxuryurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış,Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Konistantinoviçin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 17 may 2022-ci il tarixdə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən faktiki olaraq Zərərçəkmiş şəxs ijarəsində olmaqla gələjəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazidəki saxlanc yeri olan vaqonun qapısını açmaqla qanunsuz daxil olaraq oradan - hər biri 2.5 (iki tam onda beş) metr uzunluqda 50-63 santimetr diametrli, hər bir metri 6.50 (altı manat əlli qəpik) manat dəyərində SSRİ istehsalı 500 (beş yüz) ədəd dəmir borunu (turba), 32 millimetr diametrli rezin materialından, hər metri 05 (beş) manat dəyərində olan 300 (üç yüz) metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərrikli 2800 (iki min səkkiz yüz) manat dəyərində olan 01 (bir) ədəd çalaqazan aparatı, “STEEL” markalı, Almaniya istehsalı, mühərrikli 700 (yeddi yüz) manat dəyərində olan 01 (bir) ədəd odundoğrayanı (matapila), 10 millimetr diametrli, 01 (bir) bükümdə hər metri 0.65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu, 150 millimetr diametrli paslanmayan materialdan hər biri 150 (yüz əlli) manat dəyərində olan 04 (dörd) ədəd su kranını, 100 millimetr diametrli paslanmayan materialdan hər biri 100 (yüz) manat dəyərində olan 05 (beş) ədəd su kranını, 40 millimetr diametrli paslanmayan materialdan hər biri 50 (əlli) manat dəyərində olan 10 (on) ədəd su kranını, “MOSA” markalı, İtaliya istehsalı, benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 01 (bir) ədəd 6,5 (altı tam onda beş) kilovatlıq işıq generatorunu, dəmir materialından 03 (üç) metr uzunluğunda 50 (əlli) manat dəyərində olan 01 (bir) ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 (otuz) manat dəyərində olan 10 (on) ədəd beli (lapatka), Almaniya istehsalı, əl ilə (ruçnoy) işləyən hər biri 150 (yüz) manat dəyərində olan 02 (iki) ədəd toxumsəpəni, Almaniya istehsalı hər biri 50 (əlli) manat dəyərində olan 04 (dörd) ədəd bağ kərkisini, Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 120 (yüz iyirmi) manat dəyərində olan 01 (bir) ədəd çalaqazanı, Almaniya istehsalı 80 (səksən) manat dəyərində olan 01 (bir) ədəd dəmir yabanı, İsrail istehsalı 25 millimetr diametrli yanmayan materialdan üç xətli (jilalı) hər metri 06 (altı) manat dəyərində olan 200 (iki yüz) metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində olan 01 (bir) ədəd talı (buksur üçün), Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 140 (yüz qırx) manat dəyərində olan 01 (bir) ədəd toxumsəpən beli, əl ilə yığılmış 300 (üç yüz) manat dəyərində olan 01 (bir) ədəd manqal üstü odun sobasını, hər biri 200 (iki yüz) manat dəyərində olan 02 (iki) ədəd dəmir materialdan manqalı, SSRİ istehsalı hər biri 25 (iyirmi beş) manat dəyərində olan 02 (iki) ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 (iki yüz əlli) manat dəyərində olan 02 (iki) ədəd samovar-çaynik dəstini, hər biri 10 (on) manat dəyərində olan 02 (iki) ədəd qaz açarını, hər biri 05 (beş) manat dəyərində olan 02 (iki) ədəd çəkici, hər biri 06 (altı) manat dəyərində olan 02 (iki) ədəd kəlbətini, hər biri 01 (bir) manat dəyərində olan 36 (otuz altı) ədəd kabab üçün şişləri, 05 (beş) manat dəyərində olan ağac budamaq üçün 01 (bir) ədəd qayçını, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd bıçaq itiləmə alətini, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd dəmir fırçanı, hər biri 01 (bir) manat dəyərində olan su kranı üçün 02 (iki) ədəd başlığı gizli olaraq oğurlayıb aparmaqla, Zərərçəkmiş şəxs məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışdır. Cinayət işi məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Cinayət işinin məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı vəsatət verərək göstərdi ki, Şamaxı rayon məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Konstontinoviçin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Həmin cinayət işi Şamaxı RPŞ-nin İB-nin baş müstəntiqi Mirxalid Kazımov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə başlanmış və icraatına qəbul edilməklə istintaq aparılmışdır. 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Konstontinoviç tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən faktiki olaraq Zərərçəkmiş şəxs icarəsində olmaqla gələcəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazidəki saxlanc yeri olan vaqonun qapısını açmaqla qanunsuz daxil olaraq oradan - hər biri 2.5 (iki tam onda beş) metr uzunluqda 50-63 santimetr diametrli, hər bir metri 6.50 (altı manat əlli qəpik) manat dəyərində SSRİ istehsalı 500 (beş yüz) ədəd dəmir borunu (turba), 32 millimetr diametrli rezin materialından, hər metri 05 (beş) manat dəyərində olan 300 (üç yüz) metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərrikli 2800 (iki min səkkiz yüz) manat dəyərində olan 01 (bir) ədəd çalaqazan aparatı, “STEEL” markalı, Almaniya istehsalı, mühərrikli 700 (yeddi yüz) manat dəyərində olan 01 (bir) ədəd odundoğrayanı (matapila), 10 millimetr diametrli, 01 (bir) bükümdə hər metri 0.65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu, 150 millimetr diametrli paslanmayan materialdan hər biri 150 (yüz əlli) manat dəyərində olan 04 (dörd) ədəd su kranını, 100 millimetr diametrli paslanmayan materialdan hər biri 100 (yüz) manat dəyərində olan 05 (beş) ədəd su kranını, 40 millimetr diametrli paslanmayan materialdan hər biri 50 (əlli) manat dəyərində olan 10 (on) ədəd su kranını, “MOSA” markalı, İtaliya istehsalı, benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 01 (bir) ədəd 6,5 (altı tam onda beş) kilovatlıq işıq generatorunu, dəmir materialından 03 (üç) metr uzunluğunda 50 (əlli) manat dəyərində olan 01 (bir) ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 (otuz) manat dəyərində olan 10 (on) ədəd beli (lapatka), Almaniya istehsalı, əl ilə (ruçnoy) işləyən hər biri 150 (yüz) manat dəyərində olan 02 (iki) ədəd toxumsəpəni, Almaniya istehsalı hər biri 50 (əlli) manat dəyərində olan 04 (dörd) ədəd bağ kərkisini, Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 120 (yüz iyirmi) manat dəyərində olan 01 (bir) ədəd çalaqazanı, Almaniya istehsalı 80 (səksən) manat dəyərində olan 01 (bir) ədəd dəmir yabanı, İsrail istehsalı 25 millimetr diametrli yanmayan materialdan üç xətli (cilalı) hər metri 6 (altı) manat dəyərində olan 200 (iki yüz) metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində olan 01 (bir) ədəd talı (buksur üçün), Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 140 (yüz qırx) manat dəyərində olan 01 (bir) ədəd toxumsəpən beli, əl ilə yığılmış 300 (üç yüz) manat dəyərində olan 01 (bir) ədəd manqal üstü odun sobasını, hər biri 200 (iki yüz) manat dəyərində olan 02 (iki) ədəd dəmir materialdan manqalı, SSRİ istehsalı hər biri 25 (iyirmi beş) manat dəyərində olan 02 (iki) ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 (iki yüz əlli) manat dəyərində olan 02 (iki) ədəd samovar-çaynik dəstini, hər biri 10 (on) manat dəyərində olan 02 (iki) ədəd qaz açarını, hər biri 05 (beş) manat dəyərində olan 02 (iki) ədəd çəkici, hər biri 06 (altı) manat dəyərində olan 02 (iki) ədəd kəlbətini, hər biri 01 (bir) manat dəyərində olan 36 (otuz altı) ədəd kabab üçün şişləri, 05 (beş) manat dəyərində olan ağac budamaq üçün 01 (bir) ədəd qayçını, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd bıçaq itiləmə alətini, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd dəmir fırçanı, hər biri 01 (bir) manat dəyərində olan su kranı üçün 02 (iki) ədəd başlığı gizli olaraq oğurlayıb aparmaqla, Zərərçəkmiş şəxs məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışdır. 09 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Konstontinoviçin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* cinayət işi üzrə Şamaxı RPŞnin İB-nin baş müstəntiqi Mirxalid Kazımov tərəfindən tərtib edilmiş ittiham aktı Şamaxı rayon prokuroru tərəfindən təsdiq edilərək aidiyyəti üzrə baxılması üçün Şamaxı rayon məhkəməsinə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən kobud qanun pozuntuları müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Konstontinoviçin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs Konstontinoviç tərcüməçi ilə təmin olunmasına baxmayaraq ona ittiham aktının tərcümə olunmuş surəti təqdim olunmamışdır. Dövlət ittihamçısı öz vəsatətinin sonunda Məhkəmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Müdafiəçi məhkəməyə vəsatət təqdim edərək göstərid ki, məhkəmədə iş materiallarının tədqiq edilməsi və obyektiv araşdırmalarının təmini, işin hallarının hərtərəfli, tam müəyyənləşdirilməsi məhkəmənin qanuni və ədalətli hökm çıxarması baxımından zəruridir. Təqsirləndirilən şəxs Konstontinoviçin Azərbaycan Respublikası CM- nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına baxarkən ibtidai istintaq zamanı maddi və prosessual hüqüq normalarının kobud şəkildə pozulması məlum olur. İlkin olaraq iş üzrə dəymiş ziyanın müəyyən edilməsi üçün təyin edilmiş ekspertin hərəkətlərində cinayət tərkibi Təqsirləndirilən şəxs-ə qarşı elan edilmiş ittihamda olan maddələrdə nəzərdə tutulmuş cinayət əməlindən daha ağır cinayət əməllərinin tərkibi görünməkdədir. Şikayətçinin ilkin ərizəsində 22.000 manat göstərilən ziyan sonradan 28157 manata qaldırılmış, çox dəyərli xüsusi bilikli ekspertlerə isə qəpiyə qədər həmin məbləği ziyan olaraq təsdiq etmişdir. 32 ildən artıq bir zamanda dağılmış Sovet Sosialist Respublikasında istehsal olunmuş 500 ədəd olması iddia olunan 2.5 metrelik borular bu ğün bazarda satışda olan yeni məhsulun bazar qiyməti ilə hesablayaraq 32 illik amartizasiya müddətinə fikir verməmişdir. Zərəçəkmişin sözü ilə 4 ədəd bel biri 150 manatdan hesablanmışdır. Bu gün bazarda bir belin dəyəri 4 manat 20 qəpikdir. Xüsusi təyinatlı hərbi əməliyyatlarda iştiak edən heyyətlərə xüsusi hazırlanmış bellər mövcuddur ki bu bellərin də qiyməti 65 manatdan çox deyildir. Zərərçəkmişin sahib olduğu belin hansı qiymətli materialdan hazırlanması müəyyən edilməmişdir. Bütün qiymətlər zərərçəkmişin yazdığı heç bir sənəd, qaimə ilə əsaslandırılmayan formada verilmiş və hörmətli ekspertlər bunu təsdiq etmişdir. Hazırki cinayət işinin materialları ilə cinayəti törədən şəxsin düzgün müəyyən edilməməsi ilə yanaşı cinayət üzrə dəymiş ziyan da düzgün müəyyən edilməmişdir. Hazırki iş üzrə oğurlandığı iddia olunan əmlakları təqsirləndirilənin istifadəsində olmuş asar UAZ markalı maşınla daşımaq, həmin əşyaları bu avtomobillərə yerləşdirmək fiziki olaraq mümkün deyildir. Maşının yağışlı havada batması və kənd sakini traktorist Aleksandır tərəfindən ona məxsus traktorla asfalt yola çıxarılması halı ilə bağlı həmin şəxsin ifadəsində də göstərir ki o UZA markalı avtomobildə yük görməmişdir. Qeyd olunan sayda əşyaların yüklənmiş olduğu UAZ markalı avtomobildə yükun görünməməsi mümkun olan hall deyildir. İddia olun oğurlanmış əşyaların mövcutluğu ümumiyyətlə müəyyən edilməmiş, edilməsi istiqamətində də heç bir tədbir görülməmişdir. İstintaq materiallarına baxarkən istintaq zamanı toplanmış ifadələr bir biri ilə ziddiyət təşkil edir, uyğunsuzluqlar müşahidə olunur ki bu hallar da istintaqın düzgün aparılmaması və ittihamın düzgün verilməməsinə sübutdur. İş üzrə sübhəli şəxs qismində cəlb edilmiş Axudov Vasif ifadəsində göstərir ki Kənd Sovetinin sədri Bəşir ona zəng edib dedi ki “Saşa oğurluq dəmirləri sənin həyətinə boşaldır”. Həmin şəxs isə ifadəsində belə bir söz demir. Əgər Bəşir bu barədə ona məlumat verirdisə niyə görə polisə məlumat vermirdi Saşanın əməlləri barədə. Axı o digər ifadələrində bildirir ki, o əşyalardan polis əməkdaşları gələnə qədər məlumatı olmayıb, sadəcə şübhələnib. Bundan başqa ibtidai istintaq zamanı Süleymanov Emil şahid qismində hazırki iş üzrə təqsirləndirilənə qarşı heç bir ifadə vermədiyi halda birdən-birə onu şübhəli şəxs qismində cəlb edib, iki gün həbsdə saxlanılaraq guya Aleksandırın ona 200-250 ədəd boru satdığına dair ifadə almış və sabahı onu X3 MSY-dən buraxmışdır. Onu şübhəli şəxs qismində cəlb edərkən də, saxlayarkəndə onun müdafiə hüquqları pozulmuş, prosessual pozuntularla alınmış ifadənin isə heç bir hüquqi əsası ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosssual Məcəlləsinin 125.2-ci maddəsində hansı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmədiyinin xüsusiyyətləri müəyyən edilmişdir. Həmin maddənin 2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və 2.8-ci maddəsinə əsasən isə sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir Sadalananlardan da görünür ki, ittiham tərəfi qərəzli mövqe tutmuş, heç bir sübut, əsas olmadan, evində axtarış aparılan zaman oğurluq əşyaların bir hissəsinin aşkar edildiyi Axudov Vasif və onun oğlunun ifadəsi əsasında Təqsirləndirilən şəxs qarşı törətmədiyi əmələ görə ittiaham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs 44 günlük “Vətən Müharibəsi”nin könüllü iştirakçısı olmuş, bədəninin müxtəlif yerlərinndən müxtəlif çaplı güllə və qəlpə yaraları almış, bədənində hazırda da müxtəlif çaplı qəlpələr qalmış, sağ əli və daxili orqanları daxil olmaqla bütövlükdə müalicə almaqda davam edir. Qeyd olunan əşyaların oğurlanmasını fiziki olaraq həyata keçirməsinin mümkünsüzlüyünə qiymət verməmiş, hətta cinayət təqsirləndirilən tərəfindən törədilmiş olsaydıda belə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində ağırlaşdıran və ya yüngünləşdirən halları da müəyyən etməmiş, öz qərəzli mövqeyini bir daha nümayiş etdirmişdir. Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar kobud pozuntulara yol verildikdə çıxarılır. Maddənin tələbinə əsasən “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi” icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar verməyə əsasdır. Yuxarıda sadalanan maddi və prosessual hüquq notmalarının kobud şəkildə pozuntularına yol verilməsi səbəbindən 1(074)-60/2022 saylı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə hazırlıq iclasında iştirak edən proses iştirakçıları ayrı-ayrılqıda vəsatətlərin təmin olunmasına etiraz etmədilər. Məhkəmə vəsatətlərlə bağlı proses iştirakçılarının fikirlərini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, vəsatətlər təmin olunmalı və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Ona görə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, iş üzrə ekspertiza keçirilməmi, ittiham aktı təqsirləndirilən şəxsin ana dilinə tərcümə olunmuş şəkildə təqdim edilməmiş, cinayətin törədilmə vaxtı, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Belə ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktına baxılarkən Cinayət-Prosessual Məcəllənin 290.2 və 290.2.11-ci maddələrində qeyd olunan hallar yoxlanılmalı olduğu halda qanunun həmin tələbinə əməl edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ana dilinə tərcümə olunmuş şəkildə ittiham aktı təqdim edilməmişdir. Bundan başqa iş üzrə əmtəəşünaslıq ekspertizası keçirilməmiş, həmçinin hazırki cinayətin 1 nəfər tərəfindən törədilməsi şübhə doğurmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6. maddələrinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması ilə bağlı pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi cinayət işinin və ya sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Beləliklədə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299-300, 303.1, 303.3.6 və 303.3.7-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Vəsatətlər təmin edilsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon Prokuroruna qaytarılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrliik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-60/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-60/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver