Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-61/2023 22.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə İsmayıllı rayonu, Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 6 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Bakı şəhəri, Səbail rayonu ərazisində daşımış, 21 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi 15 ünvanının qarşısında saxlanılaraq 9-cu polis bölməsinə gətirilməklə, həmin tarixdə saat 22:30-da bölmənin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,201 (sıfır tam mində iki yüz bir) qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 07 aprel 2023-cü il tarixdə saat 22 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 122-ci kilometirliyində, yolun sağ tərəfində yerləşən “Şamaxı” restoranının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin tarixdə saat 23:00-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən açıq şəffaf rəngli bir ədəd sellofan torbanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 73,0 (yetmiş üç) qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, əvvəllər məhkum olunmamışdır. Təxminən 1 ildir ki, o, hərdənbir narkotik vasitələrdən istifadə etmiş, əksər hallarda narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən əldə edib istifadə etmişdir. İlk vaxtlar narkotik vasitələri tez-tez istifadə etməmiş, əsasən narkotik vasitə olan qurudulmuş marixuananı siqaret formasında çəkərək istifadə etmiş, sonuncu dəfə 16 mart 2023-cü il tarixdə səhər saatlarında o, yaşadığı İsmayıllı rayonunda üzdən tanıdığı adını “Pünhan” kimi bildiyi əvvəllər də bir neçə dəfə narkotoik vasitə aldığı şəxsdən 50 manat pul verərək ondan şəxsi istifadəsi üçün kokos kimi tanıdığı narkotik vasitə heroin və qurudulmuş marixuana almış, xx.xx.2023-cü il tarixində İsmayıllı rayonundan Bakı şəhərinə gəlmiş, həmin narkotik vasitələri üzərində gətirmiş, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Səbail rayonu, Bünyad Sərdarov küçəsi 15 ünvanında olan zaman iki nəfər mülki geyimdə şəxslər onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu izah etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Onlar birlikdə polis bölməsinə getmiş, polis bölməsində olan zaman ona hüquq və vəzifələrini izah edərək hüquqlarının müdafiəsi üçün müdafiəçi tutmalı olduğunu bildirmişlər. O, maddi imkanı olmadığı üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmiş, müdafiəçi ilə təmin edildikdən sonra polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, onu təqdim etməsini təklif etmiş və o, polis əməkdaşlarının artıq hər şeydən xəbərdar olduqlarını başa düşərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən olan 01 ədəd bükümdə heroin olan ağ rəngli kağızı və 01 ədəd ot halında olan qurudulmuş marixuananı və doldurulmuş vəziyyətdə siqaret dənəsini təqdim edərək masanın üzərinə qoymuş, polis əməkdaşı büküm barədə ona sual verərkən, o, həmin bükümün içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni İsmayıllı rayonun ərazisindən 50 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra onun üzərində axtarış aparılmış, iki ədəd mobil telefon aşkarlanmış, onun təqdim etdiyi 02 ədəd siqaret dənəsi zərfə qoyularaq qablaşdırılmış və onlar həmin zərfin üzərini imzalamışlar. O, narkotik vasitə aldığı şəxsi üzdən tanımış, həmin şəxsin adının Pünhan olduğunu bilmiş, həmin şəxsdən əvvəllər narkotik vasitə almış, lakin onun harada yaşadığını və anket məlumatlarını bilməmişdir. Onun əldə etdiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, o, bədənində ağrılar olduğuna görə həmin narkotik vasitəni alaraq sonradan istifadə etmək üçün üzərində saxlamış, o, saxlanılarkən və PB-nə gətirilərkən, eyni zamanda PB-də ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Narkotik vasitəni İsmayıllı rayonundan olan Pünhan adlı şəxsdən 50 manat müqabilində almışdır. O, təxminən bir neçə ay öncə İsmayıllı rayonunda göldən balıq tutan zaman gölün kənarından sellofana bükülmüş büküm tapmış, həmin bükümü açaraq içərisinə baxdığı zaman spesifik iyə malik olan marixuana olduğunu görmüş və həmin sellofanı cibinə qoymuş, həmin vaxtan sonra bir neçə dəfə həmin narkotik vasitədən istifadə etmiş, 07 aprel 2023-cü il tarixdə, axşam saatlarında o, içərisində narkotik maddə olan qurudulmuş marixuana olan həmin sellofanda olan bükümü əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq Bakı şəhərinə getmək üçün yola çıxmış, təxminən saat 22 radələrində təbii ehtiyaclarını ödəmək məqsədi ilə o, Şamaxı şəhəri ərazisində yerləşən "Şamaxı" restoranının yaxınlığında taksidən düşmüş, bir neçə dəqiqə keçdikdən sonra mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını polis əməkdaşlarına bildirmiş, polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində şəxsi axtarış aparmışlar. Onun üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd sellofana bükülmüş büküm aşkar olunmuş, polis əməkdaşları həmin bükümü açdıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, onların iştirakı ilə onun üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, qurudulmuş marixuananı yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailə vəziyyətini nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verib göstərdi ki, Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. 21 mart 2023-cü il tarixdə Səbail rayonu ərazisində o, iş yoldaşı polis baş leytenantı Şahid1 ilə ünvan 1 ünvanda xidmət aparan zaman bir şəxsin özünü şübhəli aparması onların diqqətlərini çəkmiş, onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs verilən suallara qeyri adekvat cavablar verib onların suallarından yayınmağa çalışmış, bundan sonra onlar həmin şəxsin narkotik vasitələrin təsiri altında olduğunu düşünərək, onu Səbail RPİ-nin 9-cu PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, ona baş təhqiqatçı polis kapitanı Şükür Həsənov tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra onun, Şahid1 və dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya və predmetləri təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü və bir ədəd siqaret dənəsinə bükülmüş bükümləri təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri 5 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonunda Pünhan adlı şəxsdən 50 manata aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru vəzifəsində işləyən Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Şamaxı rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 aprel 2023-cü il tarxdə İsmayıllı şəhəri, Vahab Osmanov küçəsi, blok 1, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən də 07 aprel 2023-cü il tarxdə saat 22 radələrində o, Şamaxı rayon polis şöbəsinin PPXB-nın polis serjantı Şahid4 Ayət oğlu ilə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən "Şamaxı" restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğu üçün sonuncunu Şamaxı RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmiş, RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd sellofana bükülmüş büküm aşkar edilmiş, daha sonra aşkar edilmiş bir ədəd sellofana bükülmüş büküm açıldıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofana bükülmüş büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin PPXB-nın polis serjantı Şahid4 Ayət oğlu Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayət törəməkdə şübhəli şəxsi tutma haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə saat 22:41 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən açıq şəffaf rəngli selofan torba aşkar edilmiş, selofanın içərisinə baxıldıqda, içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüdşür. Aşkar olunmuş kütlə “Digital Skale” markalı elektron tərəzi ilə çəkilmiş, kütlə 75 qram olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş sellofanın içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və ona məxsus olmasını bildirmişdir. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2023-cü il tarixli, 7/495 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazılan zərfdə 1 ədəd sellofan torbada təmiz çəkisi 73,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik mddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. Tədqiqata sərf edildikdən sonra qalıq 72,8 qramdır. Aparılmış tədqiqatın dəyəri 78,0 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 09 aprel 2023cü il tarixli qərardan görünür ki, X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Maddi sübut tanıma və saxlanca vermə haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, tədqiqata təqdim edilmiş qalıq çəkisi 72,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbrında saxlanılması üçün verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş 16 aprel 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, xx.xx.2008-ci il təvəllüdlü, xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü övladları vardır. “Cinayət işinin icraata qəbul edilməklə, icraatda olan digər cinayət işi ilə bir icraatda birləşdirillməsi haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, həmin cinayət işi ilə icraatda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinyət işi bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsihaqqında” 23 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 21 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 21 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü, bir ağ rəngli kağıza bükülmüş bükülünü və 1 ədəd ağ rəngli siqaret dənəsinə bükülmüş bükülünü təqdim edərək, həmin bükümlərdəki maddənin narkotik vasitə olan “kokos” kimi tanınan heroin və “nəşə” kimi tanınan qurudulmuş marixuana olduğunu və narkotik vasitəni 5 gün əvvəl İran İslam Respublikası vətəndaşından 50 manat müqabilində şəxsi istifadəsi üçün alıb üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 mart 2023-cü il tarixli, 6/1699 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş ağ kağız üzərində Təqsirləndirilən şəxs üzərindən yazısı və imzalar olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,201 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir”. Tədqiqata sərf edildikdən sonra qalıq 0,151 qram, aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 mart 2023-cü il tarixli, 7/414 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,394 qram olan və bir ədəd papirosda tütün ilə qarışıqda təmiz çəkisi 0,25 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1,644 qramdır. Tədqiqata sərf edildikdən sonra qalıq 1,604 qramdır. Aparılmış tədqiqatın dəyəri 72,0 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2650 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İsmayıllı RİH İsmayıllı MİS-in 30 may 2023-cü il tarixli 01/66 saylı arayışından görünür ki, Bəkirov X5 şəhəri, Vahab Osmanov küçəsi 1/6 saylı ünvanda qeydiyyatdadır və arvadı - 1986-cı il təvəllüdlü X6, qızları - 2008-ci il təvəllüdlü X7, 2012-ci il təvəllüdlü X8 və oğlu 2015-ci il təvəllüdlü X9 ilə həmin ünvanda yaşayır. İsmayıllı RİH İsmayıllı MİS tərəfindən X4 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, qeydiyyatda olduğu ərazidə yaşayarkən birgə yaşayış qaydalarına riayət etmiş, barəsində müəssisəyə şikayət və məlumat daxil olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmşdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Belə ki, təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə törətmiş olduğu cinayətlərə görə barəsində olan cinayət işi məhkəmədə baxılarkən, Yardımlı rayonu ərazisində yenidən törətdiyi oxşar xarakterli cinayət əməlinə görə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və barəsində Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmaldıır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,644 qram və 73 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,201 qram narkotik vasitə olam heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 230 (iki yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin. Barəsində Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,644 qram və 73 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,201 qram narkotik vasitə olam heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 230 (iki yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-61/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-61/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver