Məhkəmə qərarları › İş №1(074)-61/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-61/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-61/2024 10.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, ev 13 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 28 fevral 2024-cü il tarixdə saat 19 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri Cəfər Cabbarlı küçəsi ilə X12 küçəsinin kəsişməsində yerləşən “VİP” marketin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 20:05-dən etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan əldə etdiyi bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi - 0,442 (sıfır tam mində dörd yüz qırx iki) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə xeyli miqdarda, ümumi təmiz çəkisi - 0,375 (sıfır tam mində üç yüz yetmiş beş) qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, 27 fevral 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində, İran klinikasının yaxınlığında tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə olan metamfetamini ümumilikdə 20 manat ödəniş etməklə almış, həmin bükümlər siqaret falqasına bükülmüş olmuşdur. O, aldığı narkotik vasitəni və psixotrop maddəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. 28 fevral 2024-cü il tarixdə saat 19 radələrində Şamaxı şəhərində “VİP” adlı marketin yaxınlığında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər, o, isə üzərində heç bir narkotik vasitənin olmadığını deyərək etiraz etmiş və üzərində narkotik vasitə olmadığını bildirmişdir. Buna görə də, polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmiş, o da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, o, polisə gətirilən zaman üzərində olan narkotik vasitə və psixotrop maddəni kənara atmağa imkan edə bilməmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində şəxsi axtarış aparılmış və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaret falqasına bükülmüş həmin iki büküm aşkar edilmiş, polis əməkdaşları həmin bükümləri açdıqda birinin içərisindən heroin, digərinin içərisindən isə metamfetamin aşkar edilmişdir. Onun üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz heç bir əşya aşkar edilməmiş, təkcə üzərində olan “Honor” markalı mobil telefon aşkar edilmişdir. Üzərindən aşkar edilib götürülən içərisində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olan bükümlər polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş, kağız zərfdə qablaşdırılaraq üzəri möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxtı məşğul olmamış, eləcə də, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini kiməsə satmaq niyyəti olmamışdır. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini ancaq özü istifadə etmək üçün saxlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını bildirdi və ailəni dolandıran şəxs olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri Ə.Qarayev küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bu səbəbdən 28 fevral 2024-cü il tarixdə saat 19 radələrində Şamaxı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2Mərdan oğlu və Şamaxı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Şamaxı şəhəri C.Cabbarlı küçəsi ilə S.Ə.Şirvani küçəsinin kəsişməsində yerləşən “VİP” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Şamaxı RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmişlər. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Əsədov Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi gümüşü rəngli siqaret falqasına bükülmüş iki ədəd büküm aşkar edilmişdir. Bundan sonra həmin gümüşü rəngli siqaret falqasına bükülmüş bükümləri açdıqda bükümlərin birinin içərisindən açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bükümün içərisindən isə psxiotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və götürülmüş, içərisində narkotik vasitə heroin və psxiotrop maddə metamfetamin olan gümüşü rəngli siqaret falqasına bükülmüş iki ədəd büküm ayrı-ayrılıqda onların iştirakları ilə elektron tərəzi ilə çəkilmiş, metamfetamin 0,6 qram və heroin 0,8 qram gəlmişdir. Daha sonra axtarışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Onlara yalnız Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair onlarda məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və Şamaxı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 şahid Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi Şahid3 ifadəsində bildirdi ki, o, Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs xidməti ərazisinin sakini kimi tanıyır, aralarında heç bir tanışlıq münasibəti və ədavət olmamışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə barəsində cinayət işi olmasını, həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan zaman polis işçiləri tərəfindən tutulması və barəsində cinayət işi başlanmasını bilmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini eşitmiş, çünki əvvəllər də buna görə Təqsirləndirilən şəxs tutulmasını bilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərdmişdir ki, Şamaxı Mətkəzi rayon xəstəxanasında nəzarətçi işləyir. Təqsirləndirilən şəxs onun oğludur, oğlu ilə birlikdə yaşayır, Nahidlə münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Oğlu Nahidin narkotik istifadə etməsi barədə eşitsə də, sonuncunun narkotik qəbul etdiyini heç vaxt görməmişdir. xx.xx.2024-cü il tarixdə ona Şamaxı rayon polis şöbəsindən zəng edilərək məlumat verilmişdir ki, oğlu Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik vasitələrin saxlanmasına görəşübhəli şəxs qismində tutulmuşdur vəüzərindən narkotik vasitə aşkar edilmişdir. Buna görə də o oğlu Təqsirləndirilən şəxs narkotik vasitə ilə tutulmasını həmin vaxtı bilmişdir. O, oğlu Təqsirləndirilən şəxs bir müddət əvvəl narkotik vasitələrdən istifadə etməsini eşitmiş, çünki əvvəllər də, buna görə tutulmuşdur. O, tam dəqiq deyə bilər ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə X6 bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 19:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edilmişdir. Həmin aşkar olunmuş bükümlər açılaraq içərisinə baxıldıqda, bükümün birinin içərisindən açıq qəhvəyi rəngli spesifik iyə malik heroinə oxşar kütlə, digərinin içərisindən isə şəffaf rəngli iysiz psxiotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd falqaya bükülmüş bükümlərdəki kütlələrin heroin və metamfetamin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin29 fevral 2024-cü il tarixli, 3-16/16/1-6/1225nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən” yazısı və imzalar olan bir ədəd bükümdə təmiz çəkisi 0,442 (sıfır tam mində dörd yüz qırx iki) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,375 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Heroinin təmiz çəkisi 0,442 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,392 qramdır. Metamfetamin-təmiz çəkisi 0,375 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,325 qramdır. Aparılmış tədqiqatın dəyəri 81(səksən bir) manatdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “HONOR” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonda iş üçün əhəmiyyət kəsb edən, eləcə də şübhə doğuran hallar müəyyən edilməmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsiilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı həmin Məcəllənin 234.2-ci maddəsi ilə davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 4(074)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmışdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsiilə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq edilən 240830015nömrəli cinayət işinin ibtidai istintaqı həmin Məcəllənin 234.1-ci maddəsi ilə davam etdirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək, ona həmin məcəllənin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 4(074)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 4(074)-12/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 mart 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşuları və ailə üzvləri tərəfindən RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı Rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 mart 2024-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanda yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi, anası xx.xx.1969-cu il təvəllüdlü Şahid4 və kəbinsiz arvadı xx.xx.2004-cü il təvəllüdlü X2 ibarətdir. Doğum haqqında şəhadətnamənin (AZ V 015717) surətindən görünür ki, X10 23 may 2024cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X4r. Nikah haqqında şəhadətnamənin (AZ-İİ 619620) görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasındakı nikah 06 iyul 2024-cü il tarixdə Şamaxı regional “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 iyul 2024cü il tarixdə 220 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əsədov”, arvada “Əsədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 may 2024-cü il tarixli 2933 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin ibtidai istintaq müddətinin uzadılması barədə” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Şamaxı rayon X6 bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay, 5-ci ayadək, yəni 29 may 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək uzadılmışdır. Şamaxı Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 4(074)-20/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə Şamaxı rayon X6 Bölməsinin baş müstəntiqi X3 vəsatəti təmin edilməmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Kompleks ambulator məhkəmə-psixiatrikvəməhkəmə-psixoloji ekspertizasının 22 may 2024cü il tarixli 1485 saylı ekspert rəyindən görünür ki, məhkəmə-psixatrik ekspertizası üzrə:- Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixi müayinə nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə:- Təqsirləndirilən şəxs emosional halından asılı olaraq xx.xx.2024-cü il tarixdə olan müddət ərzində öz hərəkətlərinə cavab vermək, hərəkətlərini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeyd edilən cinayət əməlini törədərkən psixi-emosional halında sferasında hirslilik yaranmamış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt, emosional halından iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs idrak prosesləri, dünya görüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Şamaxı rayon İcra və probasiya şöbəsinin 20 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayon Məhkəməsinin 7(057)-236/2022 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, ev 13 ünvanında qeydiyyatda olanxx xxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2 ay, 5 gün müddətini cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hökm xx.xx.2023-ci il tarixdə şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. “Sübütlarn qiymətləndirilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə ümumi təmiz çəkisi - 0,442 (sıfır tam mində dörd yüz qırx iki) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə ümumi təmiz çəkisi - 0,375 (sıfır tam mində üç yüz yetmiş beş) qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminmaddi sübut kimi tanınıb, tədqiqatdan sonra qalıq çəkisi 0,392 qramqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 0,325 qram metamfetaminsaxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə alınmış 21 iyun 2024-cü il tarixli cavabdan görünür ki, Əsədov X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 02 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Bundan başqa Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay, 05 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Şamaxı Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 1(074)-19/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 1 (bir) ay 11 (on bir) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəlinin 23 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan mütamfetamini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşaq olmasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25sentyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır.Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan0,392 qramnarkotik vasitə olan heroin və 0,325 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 30 saat hüquqi yardım göstərməsinə görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,392 qram narkotik vasitə olan heroin və 0,325 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 30 saat hüquqi yardım göstərməsinə görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar