Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-63/2023 20.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 06 sentyabr 1994-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi; xx xxx 1990-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 may 2023-ci il tarixdə səhər saat 11 radələrində sifariş əsasında təmir işləri görməsi ilə əlaqədar sərbəst giriş-çıxış hüququ olduğu Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, 2-ci Cabanı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindən hər birinin uzunluğu 2.20 santimetr, eni 1.20 santimetr və qalınlığı 0.42 millimetr olmaqla bir ədədinin dəyəri 25 (iyirmi beş) manat olan 44 (qırx dörd) ədəd metal dam örtüyünü (çerepitsa) oğurlayıb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1100 (min yüz) manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamış, yəni oğurlamışdır. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 may 2023-ci il tarixdə səhər saat 11 radələrində sifariş əsasında təmir işləri görməsi ilə əlaqədar sərbəst giriş-çıxış hüququ olduğu Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, 2-ci Cabanı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindən hər birinin uzunluğu 2.20 santimetr, eni 1.20 santimetr və qalınlığı 0.42 millimetr olmaqla bir ədədinin dəyəri 25 (iyirmi beş) manat olan 44 (qırx dörd) ədəd metal dam örtüyünü (çerepitsa) oğurlayıb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1100 (min yüz) manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamış, yəni oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, özü Şamaxı rayon ərazisində ev təmiri sahəsində dam ortüyü vurmaqla məşğul olub, pul qazanıb ailəsini dolandırır. 2023-cü ilin may ayının əvvələrində o, dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Şamaxı rayonu, 2-ci Cabanı kəndi ərazisində yerləşən evin dam örtüyünü dəyişən zaman ilk öncə adını bilmədiyi sonradan adının Zərərçəkmiş şəxs olmasını öyrəndiyi şəxs onlara yaxınlaşaraq rayonun 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin dam örtüyünü yenisi ilə əvəzləmək istədiyini bildirmiş, bundan sonra o və dostu Təqsirləndirilən şəxs1 işlədikləri evə yaxın yerdə yerləşən Zərərçəkmiş şəxs evinə gedərək baxış keçirmişlər və lazım olan materialların siyahısını yazaraq İdrisə təqdim etmişlər ki, alıb gətirdikdən sonra evinin üstünü dəyişsinlər və oradan çıxaraq işlədikləri yerə geri qayıtmışlar, həmin gündən bir gün sonra Zərərçəkmiş şəxs yenidən onların işlədikləri evə gələrək evin üstü üçün lazım olan materialları almasını bildirərək evin çöl qapısının açarlarından bir ədədini onlara vermişdir ki, işlərini bitirdikdən sonra gedib həmin evin damını dəyişsinlər, o və dostu Təqsirləndirilən şəxs1 həmin şəxsdən açarı götürdükdən sonra Zərərçəkmiş şəxs Bakı şəhərinə getmiş və onlar işlərini bitirdikdən sonra düşünmüşlər ki, Zərərçəkmiş şəxs evinin həyətində olan evin damının dəyişdirilməsi üçün nəzərdə tutulan çerepitsaları (dam örtüyü) oğurlasınlar və bu məqsədlə o və dostu Sahib Zərərçəkmiş şəxs rayonun 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin çöl qapısında olan dəmir qıfılı açaraq içəri daxil olmuşlar və evin həyətində dam örtüyünün dəyişdirilməsi üçün nəzərdə tutulan çerepitsaları (dam örtüyü) sayaraq 50 ədəd olmasını müəyyən etmişlər və qərara gəlmişlər ki, həmin materiallardan 44 ədədini oğurlasınlar və bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, həmkəndlisi olan Fəzail adlı taksi sürücüsünə zəng edərək işlədikləri Şamaxı rayonu, 2-ci Cabanı kəndinə gəlməsini orada özlərinə aid olan materialların olmasını bildirərək, həmin materialları yaşadıqları Çarhan kəndinə aparmağı demiş və bir neçə dəqiqədən sonra taksi sürücüsü Fəzail adlı şəxs onların işlədikləri Şamaxı rayonu, 2-ci Cabanı kəndinə materialların yığıldığı yaşayış olmayan fərdi yaşayış evinin qarşısına gəlmiş, bundan sonra o və Sahib materialların yığıldığı yaşayış olmayan fərdi yaşayış evinin həyətində olan 50 ədəd çerepitsalardan (dam örtüyü) 44 ədədini Fəzail adlı taksi sürücüsünün avtomobilinin tavanında yük yığmaq üçün nəzərdə tutulan hissəyə yığmışlar və oradan çıxaraq yaşadıqları Çarhan kəndinə gəlmişlər, orada o, 44 ədəd çerepitsaları (dam örtüyü) kənd sakini olan Rauf adlı şəxsə sataraq 700 manat pul almış və cinayət nəticəsində əldə olunmuş 700 manat puldan 490 manat hissəsini Sahibə vermiş, 20 manat hissəsini isə yol pulu kimi taksi sürücüsü Fəzailə vermiş, yerdə qalan 190 manat puldan isə 100 manat hissəsini əvvəldən Rauf adlı şəxsə borcu olduğu üçün ona vermiş, 90 manat pulu isə öz cibinə qoyaraq evinə getmişdir. Fəzail çerepitsaların (dam örtüyü) oğurlanmasında onlara kömək etməmiş və həmin materialların oğurluq olmasını bilməmiş, onlar Fəzailə demişlər ki, həmin əşyalar onların özlərinə aiddir və kənar kiminsə deyil, həm də onlar qapını açarla açıb həyətə daxil olub həmin əşyaları götürdüklərinə görə və həm də həmin əşyaları günün günorta vaxtı oğurladıqlarına görə, Fəzail qətiyyən həmin əşyaların oğurluq olmasını fikirləşə bilməzmiş. Rauf adlı şəxs də çerepitsaların (dam örtüyü) oğurluq olmasını bilmirmiş, çünki o, Raufa materialların özlərinə aid olmasını demiş, onlar yaşayış olmayan fərdi yaşayış evindən çerepitsaları (dam örtüyü) oğurlayan zaman heç kim onları görməmiş, onlar hər-hansı bir həmin materiallara cavabdelik olmamış, sadəcə Zərərçəkmiş şəxs Bakı şəhərinə getdiyi üçün evin açarını onlara vermiş ki, evin dam örtüyünü dəyişsinlər. Oğurlanmış əşyalar barədə istər onların ailə üzvlərinin, istərsə də, tanışlarının məlumatı olmamışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, özü Şamaxı rayon ərazisində ev təmiri sahəsində dam örtüyü vurmaqla məşğul olub pul qazanıb ailəsini dolandırır. 2023-cü ilin may ayının əvvələrində o, dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Şamaxı rayonu, 2-ci Cabanı kəndi ərazisində yerləşən evin dam örtüyünü dəyişən zaman ilk öncə adını bilmədiyi sonradan adının Zərərçəkmiş şəxs olmasını öyrəndiyi şəxs onlara yaxınlaşaraq rayonun 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin dam örtüyünü yenisi ilə əvəzləmək istədiyini bildirmiş, bundan sonra o və dostu Təqsirləndirilən şəxs2 işlədikləri evə yaxın yerdə yerləşən Zərərçəkmiş şəxs evinə gedərək baxış keçirmişlər və lazım olan materialların siyahısını yazaraq İdrisə təqdim etmişlər ki, alıb gətirdikdən sonra evinin üstünü dəyişsinlər və oradan çıxaraq işlədikləri yerə geri qayıtmışlar, həmin gündən bir gün sonra Zərərçəkmiş şəxs yenidən onların işlədikləri evə gələrək evin üstü üçün lazım olan materialları almasını bildirərək evin çöl qapısının açarlarından bir ədədini onlara vermiş ki, işlərini bitirdikdən sonra gedib həmin evin damını dəyişsinlər. O və dostu Təqsirləndirilən şəxs2 həmin şəxsdən açarı götürdükdən sonra Zərərçəkmiş şəxs Bakı şəhərinə getmiş və onlar işlərini bitirdikdən sonra düşünmüşlər ki, Zərərçəkmiş şəxs evinin həyətində olan evin damının dəyişdirilməsi üçün nəzərdə tutulan çerepitsaları (dam örtüyü) oğurlasınlar və bu məqsədlə o və dostu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs rayonun 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin çöl qapısında olan dəmir qıfılı açaraq içəri daxil olmuşlar və evin həyətində dam örtüyünün dəyişdirilməsi üçün nəzərdə tutulan çerepitsaları (dam örtüyü) sayaraq 50 ədəd olmasını müəyyən etmişlər və qərara gəlmişlər ki, həmin materiallardan 44 ədədini oğurlasınlar və bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində dostu Təqsirləndirilən şəxs2 həmkəndliləri olan Fəzail adlı taksi sürücüsünə zəng edərək işlədikləri Şamaxı rayonu, 2-ci Cabanı kəndinə gəlməsini orada özlərinə aid olan materialların olmasını bildirərək həmin materialları yaşadıqları Çarhan kəndinə aparmağı Fəzailə demiş və bir neçə dəqiqədən sonra taksi sürücüsü Fəzail adlı şəxs işlədikləri Şamaxı rayonu, 2-ci Cabanı kəndinə materialların yığıldığı yaşayış olmayan fərdi yaşayış evinin qarşısına gəlmiş, o və Təqsirləndirilən şəxs2 materialların yığıldığı yaşayış olmayan fərdi yaşayış evinin həyətində olan 50 ədəd çerepitsalardan (dam örtüyü) 44 ədədini Fəzail adlı taksi sürücüsünün avtomobilinin tavanında yük yığmaq üçün nəzərdə tutulan hissəyə yığmışlar və oradan çıxaraq yaşadıqları Çarhan kəndinə gəlmişlər, orada Təqsirləndirilən şəxs2 44 ədəd çerepitsaları (dam örtüyü) kənd sakini olan Rauf adlı şəxsə sataraq 700 manat pul almış və cinayət nəticəsində əldə olunmuş 700 manat puldan 490 manat hissəsini ona vermiş, 20 manat hissəsini isə yol pulu kimi taksi sürücüsü Fəzailə vermiş, dostu Röyal yerdə qalan 190 manat puldan isə 100 manat hissəsini əvvəldən Rauf adlı şəxsə borcu olduğu üçün ona vermiş, 90 manat pulu isə cibinə qoyaraq evinə getmişdir. Fəzail çerepitsaların (dam örtüyü) oğurlanmasında onlara kömək etməmiş və həmin materialların oğurluq olmasını bilməmiş, o və dostu Lətifov X2 demişlər ki, həmin əşyalar onların özlərinə aiddir və kənar kiminsə deyil. Həm də onlar qapını açarla açıb həyətə daxil olub həmin əşyaları götürməylərinə görə və həm də həmin əşyaları günün günorta vaxtı oğurladıqlarına görə, Fəzail qətiyyən həmin əşyaların oğurluq olmasını fikirləşə bilməzmiş. Rauf adlı şəxs çerepitsaların (dam örtüyü) oğurluq olmasını bilmirmiş, çünki Təqsirləndirilən şəxs2 Raufa materialların özlərinə aid olmasını demişdir. O və dostu Təqsirləndirilən şəxs2 yaşayış olmayan fərdi yaşayış evindən çerepitsaları (dam örtüyü) oğurlayan zaman onları heç kim görməmiş, onlar hər-hansı bir həmin materiallara cavabdelik olmamış, sadəcə Zərərçəkmiş şəxs Bakı şəhərinə getdiyi üçün evin açarını onlara vermiş ki, evin dam örtüyünü dəyişsinlər. Onlar həmin evə nəzarət etməmiş, oğurlanmış əşyalar barədə istər onların ailə üzvlərinin, istərsə də, tanışlarının məlumatı olmamışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olsa da, hal-hazırda Şamaxı rayonu, 2-ci Cabanı kəndində müvəqqəti yaşayır, özü də fərdi əmək fəaliyyəti ilə məşğul olur. O, müvəqqəti yaşadığı Şamaxı rayonu, 2-ci Cabanı kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin dam örtüyünü yenisi ilə əvəzləmək üçün həmin evin həyətinə 50 ədəd çerepitsalar (dam örtüyü) və evin dam ortüyü üçün lazım olan digət tikinti materiallar almışdır. Həmin vaxtlarda rayonun 2-ci Cabanı kəndində iki nəfər şəxsin dam örtüyü vurmasını görüb həmin şəxslərə yaxınlaşıb evinin dam örtüyünü vurdurmaq istədiyini bildirmiş və bir az müddət keçdikdən sonra o, həmin şəxslərlə danışaraq evin dam örtüyünün dəyişdirilməsini razılaşmış və Bakı şəhərinə gedəcəyi üçün evin çöl dəmir qapısında olan dəmir qıfılın açarlarından bir ədədini ustalara verərək getmiş, bundan bir neçə gün sonra o, Bakı şəhərindən müvəqqəti yaşadığı 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş və evinin həyətində çerepitsaların (dam örtüyü) 44 ədədinin yerində olmamasını görüb qonşulardan maraqlanmış, lakin gördüm deyən olmamış, daha sonra o, ilk öncə adlarını bilmədiyi sonradan adlarının Sahib və Röyal olduğunu bildiyi ustalara zəng edərək evinin həyətindən 44 ədəd çerepitsaların (dam örtüyü) oğurlanmasını, bu işlə bir əlaqələrinin olub-olmamasını soruşmuş, lakin ona heç bir məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, Şamaxı RPŞ-nə gələrək rəsmi ərizə ilə müraciət etmiş, daha sonra RPŞ-də məlum olmuş ki, Şamaxı rayonu, 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin həyətindən ona məxsus olan 44 ədəd çerepitsaları (dam örtüyü) evinin dam örtüyünü dəyişmək üçün danışdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlamışlar, onunla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında heç bir düşmənçilik və yaxud ədavət olmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daha əvvələr tanımamış və o, çox vaxt Bakı şəhərində yaşayırmış, Şamaxı rayonu 2-ci Cabanı kəndində yerləşən onun müvəqqəti yaşadığı fərdi yaşayış evindən oğurlanmış 44 ədəd çerepitsaların (dam örtüyü) qiyməti 2500 (iki min beş yüz) manat dəyərində olmuş, o, evinin dam örtüklərini dəyişdirmək məqsədi ilə fərdi yaşayış evinin çöl qapısına bağladığı dəmir qıfılın açarını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vermiş və həmin şəxslər evinin həyətində olan 44 ədəd çerepitsaları (dam örtüyü) çöl qapısına bağladığı dəmir qıfılı açarla açaraq həyətə daxil olmuş və oğurluq etdikdən sonra qapını bağlayaraq oradan uzaqlaşmışlar. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdıqlarını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını və onların cəzalandılmasında maraqlı olmadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayon Çarhan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Şamaxı rayon Çarhan kəndində ərzaq mallarının satışı mağazası olmaqla həmin yerdə işləyir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində onun həmkəndlisi Təqsirləndirilən şəxs2 mağazaya gələrək işlədiyi evdə 44 ədəd çerepitsaların (dam örtüyü) artıq qalmasını və satmaq istədiyini bildirmiş və o, işlədiyi marketdən çölə çıxaraq həmkəndlisi Fəzail adlı taksi sürücüsünün avtomobilinin ban hissəsində çerepitsalar (dam örtüyü) görmüş və həmin materiallara baxdıqda işlənmədiyini, yəni təzə olmasını müəyyən etmiş və ümümi olaraq 44 ədəd çerepitsaların qiymətini (dam örtüyü) 700 manata danışmış və o, Təqsirləndirilən şəxs2 600 manat pul vermiş, 100 manat isə işlədiyi mağazaya borcu olduğu üçün həmin borcu silmiş, o, Təqsirləndirilən şəxs2 çerepitsaları almazdan öncə onu haradan əldə etməsini, yəni oğurluq olub-olmamasını soruşmuş, Röyal ona bildirmiş ki, materiallar özlərinindi və artıq qaldığı üçün satırmış və bundan sonra o, həmin materialları Röyalın köməyi ilə yaşadığı Çarhan kəndində olan fərdi yaşayış evinin həyətinə yığmış bir neçə gün sonra Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə çağırıldıqdan sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs2 700 manat pul müqabilində aldığı 44 ədəd çerepitsalar (dam örtüyü) oğurluq olmuş, həmin materiallar Zərərçəkmiş şəxs məxsus olmuş, o, Təqsirləndirilən şəxs2 700 manat pul müqabilində aldığı 44 ədəd çerepitsaları (dam örtüyü) istintaqa təqdim edə biləcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs2 44 ədəd çerepitsaları (dam örtüyü) 700 manat pul müqabilində alan zaman həmin materialların oğurluq olmasını bilməmiş, çünki həmin vaxt Təqsirləndirilən şəxs2 materialların özünə məxsus olmasını, artıq qaldığı üçün satmasını dediyi üçün almış, Təqsirləndirilən şəxs2 44 ədəd çerepitsaları (dam örtüyü) ona satan zaman heç kim görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayon Çarhan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, özü də, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ona zəng edərək işlədikləri Şamaxı rayonu, 2-ci Cabanı kəndinə gəlməyini, orada özlərinə aid materiallarının olmasını bildirərək həmin materialları yaşadıqları Çarhan kəndinə aparmağı demiş və bir neçə dəqiqədən sonra o, Röyalın dediyi Şamaxı rayonu, 2-ci Cabanı kəndinə gəlmiş və ora gələn zaman Röyal və onun yanında digər həmkəndlisi olan Təqsirləndirilən şəxs1 onu qarşılayaraq göy rəngli qapısı olan evin yanına aparmış və evin qapısını əlində olan açarla açaraq 44 ədəd çerepitsaları (dam örtüyü) idarə etdiyi VAZ 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin tavanında yük yığmaq üçün nəzərdə tutulan hissəyə yığmışlar, Röyal onun maşını ilə Sahib isə öz maşını ilə oradan uzaqlaşmış və o, Röyalla birlikdə Şamaxı rayon Çarhan kəndinə gəldikdən sonra Röyal maşını kəndin girəcəyində Rauf adlı həmkəndlisinin marketinin qarşısında saxlamağı ona bildirmiş və o, maşını orada saxladıqdan sonra Röyal maşından düşərək marketə düşmüş və bir neçə dəqiqə sonra marketin sahibi Raufla birlikdə gələrək avtomobilin tavanına yığılmış materiallara baxmışlar. Bundan sonra Röyal həmin materialları Raufla razılaşaraq ona satmış və avtomobilin tavanına yığılmış 44 ədəd çerepitsaları (dam örtüyü) Raufun həyətinə boşaltmışlar və ona yol haqqı olaraq 20 manat pul vermişlər və o, oradan çıxaraq evinə getmiş, bir neçə gün sonra Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə çağırıldıqdan sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şahid1 satdığı çerepitsalar (dam örtüyü) oğurluq olmuş, həmin materiallar Zərərçəkmiş şəxs məxsus olmuş, Şahid1 Təqsirləndirilən şəxs2 aldığı çerepitsaların oğurluq olduğunu bilmirmiş, çünki materialları almazdan öncə Rauf Röyaldan həmin materialların oğurluq olub-olmamasını soruşsa da, Röyal həmin materialların ona məxsus olmasını demiş, o, Təqsirləndirilən şəxs2 Şamaxı rayonu, 2-ci Cabanı kəndindən fərdi yaşayış evinin həyətindən avtomobilimə yüklədiyi 44 ədəd çerepitsaların (dam örtüyü) oğurluq olmasını bilirmiş, çünki Röyal və Sahib ona həmin materialların onlara məxsus olmasını, artıq qaldığı üçün apardıqlarını demişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, 26 may 2023-cü il tarixdə Şamaxı rayonu 2-ci Cabanı kəndi ərazisində Zərərçəkmiş şəxs özünə məxsus 44 ədəd çerepitsaların (dam örtüyü) oğurlandığı fərdi yaşayış evinin həyətini göstərməklə həmin hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunan hadisə yeri fərdi yaşayış evinin həyətidir, evin həyəti yaşayış olmadığı üçün baxımsızdır, ev bir mərtəbəli köhnə tiklidir, evin və həyətin ətrafı daş hasarla bağlanmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus 44 ədəd çerepitsaların (dam örtüyü) oğurlandığı ərazinin fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 may 2023-cü il tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 may 2023-cü il tarixdə saat 19:40-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Götürmə aparılması haqqqında” protokoldan görünür ki, 44 ədəd çerepitsa (dam örtüyü) iş üçün sübuti əhəmiyyətə malik olduğundan Şahid1 götürülmüşdür. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSYdən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSYdən azad edilmişdir. “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 30 may 2023-cü il tarixli 33 nömrəli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 2.20 sm, eni 1.20 sm və qalınlığı 0.42 mm olan 44 ədəd çerepitsaların (dam örtüyü) bir ədədinin qiyməti 25(iyirmi beş ) AZN, ümumilikdə oğurlanmış 44 ədəd çerepitsaların (dam örtüyü) qiyməti 1100 (min yüz) AZN dəyərində müəyyən edilmişdir. “Maddi sübut kimi tanıma və saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şamaxı rayonu 2-ci Cabanı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindən oğlurlanmış 44 ədəd çerepitsalar (dam örtüyü) 09 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 iyun 2023-cü il tarixdə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 iyun 2023-cü il tarixdə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Şamaxı rayon İHB-nın Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndliyi tərəfindən 11 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 bir ictimayiətçi kimi gənclər arasında dərin hörməti olmaqla, onların nizam-intizamlı olmasına və onlarda vətənə məhəbbət hissi aşlanmasına daim çalışır. O özünə və yoldaşlarına qarşı tələbkardır. Ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirir. Barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon İHB-nın Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndliyi tərəfindən 12 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, bir ictimayiətçi kimi gənclər arasında dərin hörməti olmaqla, onların nizam-intizamlı olmasına və onlarda vətənə məhəbbət hissi aşlanmasına daim çalışır. O özünə və yoldaşların qarşı tələbkardır. Ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirir. Barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4071 nömrəli rəyindən görünür ki, uzunluğu 2.20 sm, eni 1.20 sm və qalınlığı 0.42 mm olan 44 ədəd çerepitsaların (dam örtüyü) 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümümi dəyəri nəzəri qaydada təxminən 1100,00 (44 ədəd x 25,0 man) manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 29 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə də dəyişiklik edilərək ona həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 29 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə də dəyişiklik edilərək ona həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 1(074)-63/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Şamaxı Rayon Polis Şöbəsinin 27 noyabr 2023-cü il tarixli 313-108/2-14168/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 27 noyabr 2023-cü il tarixdə Şamaxı rayon ərazisində tutularaq RPŞ-nə gətirilmişdir. Şamaxı Rayon Polis Şöbəsinin 27 noyabr 2023-cü il tarixli 313-108/2-14168/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 27 noyabr 2023-cü il tarixdə Şamaxı rayon ərazisində tutularaq RPŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniyensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 28 noyabr 2023-cü il tarixli 3-16-17/40/2-6553/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 27 noyabr 2023-cü il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 28 noyabr 2023-cü il tarixdə saxlanılması üçün 3 saylı isitintaq təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniyensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 28 noyabr 2023-cü il tarixli 3-16-17/40/2-6554/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 27 noyabr 2023-cü il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 28 noyabr 2023-cü il tarixdə saxlanılması üçün 3 saylı isitintaq təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyan ödənildiyindən şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə onlara istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 27 may 2023-cü il tarixdən 29 may 2023-cü il tarixədək və 27 noyabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək tutma altında və həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı ümumilikdə 26 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs2 27 may 2023-cü il tarixdən 29 may 2023-cü il tarixədək və 27 noyabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək tutma altında saxlanılmışdır. Məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı ümumilikdə 26 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübutlar 44 ədəd dam örtüyünün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmaldıır. Ekspertiza tədqiqatının dəyəri – 50(əlli) manat məbləğində pul təqsirləndiirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 27 may 2023-cü il tarixdən 29 may 2023-cü il tarixədək və 27 noyabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 26 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 4(dörd) ay 8(səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 27 may 2023-cü il tarixdən 29 may 2023-cü il tarixədək və 27 noyabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 26 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 4(dörd) ay 8(səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübutlar 44 ədəd çerepitsaların (dam örtüyü) sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul təqsirləndiirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-63/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-63/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver