Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-64/2021 23.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1995-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olur, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə saat 15:30 radələrində Yevlax şəhəri ərazisində tanışı X1 məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini 74 (yetmiş dörd) manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 15 yanvar 2021-ci il tarixdə saat 20:10 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şamaxı şəhəri Məhəmməd Hadi küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək həmin gün saat 20:50-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,747 (bir tam mində yeddi yüz qırx yeddi) qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, heç bir yerdə işləmir. 15 yanvar 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Şamaxı şəhərindən qırmızı rəngli VAZ-2108 markalı, nömrəsi yadında qalmayan avtomobillə Yevlax şəhərinə getmişdir. Həmin tarixdə saat 15:30 radələrində tanıdığı Aqil adlı şəxslə əlaqə saxlamış. Yevlaxda tanımadığı yerdə Aqillə görüşüb ondan bir ədəd siqaret kağızına bükülmüş, bükümdə psixotrop maddə olan metamfetamini 74 manata aldıqdan sonra tanımadığı yol maşını ilə yaşadığı Şamaxı şəhərinə qayıtmışdır. Şamaxı şəhərinə qayıtdıqdan sonra Yevlaxdan gəldiyi yol maşınından düşüb bükümü əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə, axşam saat 20:10 radələrində Şamaxı şəhəri M.Hadi küçəsində yeni inşa edilmiş binanın yaxınlığında mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt o, polis əməkdaşlarına etiraz edərək üzərində hər-hansısa bir narkotik vasitə və psixotrop maddənin olmadığını bildirmişdir. Polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmiş, o, da etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindən şəffaf rəngli, iysiz, psixatrop maddə olan metamfetamin aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində psixatrop maddə olan metamfetamin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu özü, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, həmin metanfetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmin ifadəsini bir daha da təsdiq edib sonuncu ifadəsində Aqil İskəndərovun istifadəsində olan ***-***-**-** nömrəsi ilə özünün istifadəsində olan ***-***-**-** ndmrə arasında 15.01.2021 -ci il tarixdə müxtəlif saatlarda, bundan başqa öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə Aqil İskəndərovun qonşusu Əhməd Ağabalazadənin istifadəsində olan ***-***-**-** nömrəsi arasında 06.01.2021-ci il tarixdə müxtəlif saatlarda danışıqlar aparılıb. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 15 yanvar 2021 -ci il tarixdə Şamaxı şəhəri, M.Hadi küçəsi, bina 20, mənzil 19-da yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 15 yanvar 2021-ci il tarixdə, saat 20:10 radələrində Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri M.Hadi küçəsində yeni inşa edilmiş binanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar Şəhriyarı Şamaxı RPŞ-nə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda bükümün içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixatrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində psixatrop maddə olan metamfetamin baxışda iştirak edənlərin işfirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 15 yanvar 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan baxış və götürmə haqqında 15 yanvar 2021-ci il tarixli protokoldan və diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara cins şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda büküm içərisindən açıq şəffaf rəngli kristal formada iysiz psixatrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd büküm kütlə psixatrop maddə olan metamfetamin ona məxsusdur. Baxış zamanı aşkar olunmuş psixatrop maddəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış 73 saylı möhürlə möhürlənib, götürülməklə protokol tərtib edilmişdir. İş materiallarında olan şamaxı rayon Məhkəməsinin 17 yanvar 2021-ci il tarixli 4(074)-5/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan yəni 15 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli 4(074)-8/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon Məhkəməsinin 17 yanvar 2021-ci il tarixli 4(074)-5/2021 saylı qərarı ilə seçillmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2021-ci il tarixli, 6/205 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 73” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və sair yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,747 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27.01.2021-ci il tarixli, 251 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 27.01.2021-ci il tarixli, 182 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür, o, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əqli-intellektual inkişaf xüsusiyyətləri normaya uyğundur, hövsələsizlik, əsəbilik, tez özündən çıxmaq, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, cinayət hadisəsini törədən zaman onun psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamış, əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamış, onda təliqinə qapılmaq və baş vermiş hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlaməti aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan iş üzrə "xxxx" MMC-dən çıxarılmış diskə 12 fevral 2021-ci il tarixdə baxış keçirilən zaman müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə X2 istifadəsində olan 055-61 1-77- 81 nömrə arasında 06.01.2021ci il tarixdə, saat 14:29-da zəng olunaraq 113 saniyə, 06.01.2021-ci il tarixdə, saat 14:43də zəng olunaraq 36 saniyə, 06.01.2021-ci il tarixdə, saat 15:40-da zəng olunaraq 107 saniyə və 06.01.2021-ci il tarixdə, saat 16:06-da zəng olunaraq 4 saniyə danışıq aparılmışdır. İş materiallarında olan cinayət işi üzrə "xxxx" MMC-dən çıxarılmış diskə baxış keçirilən zaman müəyən edilmişdir ki, X5 istifadəsində olan 050- ***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 055-429- 17-44 nömrə arasında 15.01.2021-ci il tarixdə, saat 13:06-da zəng olunaraq 141 saniyə, 15.01.2021-ci il tarixdə, saat 13:18-də zəng olunaraq 191 saniyə, 15.01.2021-ci il tarixdə, saat 14:23-də zəng olunaraq 283 saniyə, 15.01.2021-ci il tarixdə, saat 14:57- də zəng olunaraq 56 saniyə və 15.Ql.2021-ci il tarixdə, saat 16:51 -də zəng olunaraq 43 saniyə danışıq aparılmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 aprel 2021-ci il tarixli 181 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şöhrət oğlu atası 1970-ci il təvəllüdlü X8, anası 1971-ci il təvəllüdlü X9, qardaşları 1993-cü il təvəllüdlü X6 və 1996-cı il təvəllüdlü X10 ilə ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şöhrət oğlunun adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair **********521 saylı elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2013-cü il -01 aprel 2015-ci il, 21 sentyabr 2020-ci il 31 dekabr 2020-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəsur döyüşçü medalı ilə təltif edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Şöhrət oğluna elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs Şöhrət oğlu həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Şöhrət oğluna cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndiriməsini, Vətən müharibəsində iştirak etməsini, dövlət tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Şöhrət oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Şöhrət oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, Vətən müharibəsində iştirakını və dövlət tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 15 yanvar 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək həbsdə və ev dustqlığında olduğu 5 ay 8 gün müddət 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaldıır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 109 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,697 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 15 yanvar 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək həbsdə və ev dustqlığında olduğu 5 ay 8 gün müddət 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 109 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,697 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-64/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-64/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver