Məhkəmə qərarları › İş №1(074)-64/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-64/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-64/2022 28.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, tərcüməçi X5, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1975-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci il dekabr ayının son günlərində günorta saat 13 radələrində Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə gələrək ev sahibinin həyətdə olan digər yardımçı tikilidə olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra evin zirzəmisindən 95 (doxsan beş) manat dəyərində 01 (bir) ədəd “Bosch” markalı, istifadə edilməmiş, böyük ölçülü dreli və hər bir litri 07 (yeddi) manat dəyərində olan "Mədrəsə" adlı əl ilə çəkilmiş plastik materialdan hazırlanmış qabda olan 03 (üç) litr üzüm çaxırını gizli olaraq oğurlayıb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 116 (yüz on altı) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs Nağaraxana kəndində onunla qonşuluqda yaşayır, onunla münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs bir neçə dəfə ona evlərində fəhlə kimi iş görməyi bildirmişdir, o da işləmiş, bunun əvəzində Zərərçəkmiş şəxs ona bir neçə dəfə siqaret və çörək almışdır. Belə ki, dəqiq tarixi xatırlamır, 2021-ci ilin dekabr ayının sonlarında günorta saat 13 radələrində, o, bir dəfə evində tək olmuş, evində heç kim olmamış, o, evdə spirtli içki içib sərxoş olduğuna görə küçəyə çıxmış, görmüşdür ki, küçədə heç kim yoxdur, daha sonra Zərərçəkmiş şəxs evinin həyətinə həyət qapısını açmaqla daxil olmuş, Etibar evin həyətdəki köməkçi tikilidə olmuş, lakin, Etibar onu görməmiş, o, Etibara bir söz demədən onun evinin zirzəmisinə girib oradan bir ədəd drel və 1 plastik butulkada olan çaxırı götürüb çıxmış, Etibar onu görməmişdir. O, drel və çaxırı götürüb Etibarın evinin həyətindən çıxıb küçə ilə öz həyətinə gəlmiş, günorta vaxtı olsa da onu küçədə kimsə görməmişdir. Sonradan, o, həmin gizlin götürdüyü dreli Nağaraxana kəndinə gəlmiş tanımadığı şəxsə satmış, çaxırı isə özü tək halda içmişdir. Bundan sonra, Etibar drel və çaxırı onun götürməyini bilib ondan qaytarmağını bildirmiş, o da bir dəfə kənddə camaat arasında demişdir ki, bir nəfər kəndə gələn şəxsə drel vermişəm, həmin drel Etibarındır, əgər kimsə həmin şəxsi görsə desin ki, dreli aparıb Etibara qaytarsın. Sonradan bilmişdir ki, həmin şəxs gətirib Etibara dreli qaytarmışdır. Lakin, həmin şəxs, onun dreli Etibardan gizlin olaraq götürməsini bilməmişdir. Eyni zamanda, Etibara bildirmişdir ki, götürdüyü çaxırı içdiyinə görə qaytara bilmir. O, həqiqətən də drel və çaxırı Zərərçəkmiş şəxs xəbərsiz gizlin götürmüşdür. Dreli satdığı həmin şəxsi o, cəmi bir dəfə Nağaraxana kəndində görmüş və dreli də həmin şəxsə vermişdir. Həmin şəxsə dreli Etibara qaytarmağı konkret olaraq kimin deməsini bilmir, çünki, həmin vaxtı o, drelin Etibara qaytarılmasını deyərkən küçədə dəqiq kimlər olmasını xatırlamır, o, ümumi olaraq kənd arasında demişdir. Dreli verdiyi həmin şəxsin də əlamətlərini xatırlamır və məlumatlarını da bilmir, harada yaşaması barədə də məlumatı yoxdur. Onun drel və çaxırı götürməyi barədə başqa kimin məlumatı olmamışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, onun yaşadığı evi ünvan 1ində yerləşir, o, həmin evində tək yaşayır, ailə üzvləri Bakı şəhərində yaşayırlar, ailə üzvləri Nağaraxana kəndinə gəlmirlər. Onun evinin zirzəmisində bir ədəd dreli və 03 litr çəkidə çaxırı olmuşdur. Dəqiq tarixi xatırlamır, 2021-ci ilin dekabr ayının sonlarından 17 yanvar 2022-ci il tarixədək olan müddətdə, ona məxsus həmin drel və çaxırını həmkəndlisi və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs oğurlamışdır. Daha sonra, o, həmin əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını müəyyən edib Oleqə əşyaları qaytarmasını bildirmiş, bir neçə gün sonra, dreli evinin həyət qapısının yanına qoyulmasını müəyyən edib həmin dreli götürmüşdür. Oleq götürdüyü çaxırı içib istifadə etdiyi üçün qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd drel Bosch firmasına aid olmuş, böyük ölçüdə olmuş, həmin dreli 2021-ci ilin noyabr ayı almışdır, drel Almaniya istehsallı olmuş, təzə halda olmuşdur. Təqsirləndirilən şəxs həmin dreli götürüb istifadə edib pis hala salmışdır, Drelin qiyməti 95 manat olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış çaxırın çəkisi 03 (üç) litr olmuşdur, həmin çaxır üzüm çaxırı olmuşdur, həmin çaxır əl ilə çəkilmişdir, çaxır “Mədrəsə” adlı çaxır olmuşdur. Drel ona qaytarılmışdır, Təqsirləndirilən şəxs şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir və Təqsirləndirilən şəxs ilə birlikdə ikisi ünvan 1ində yerləşən evdə yaşayırlar, başqa heç kim yaşamır. O, dəqiq tarixi xatırlamır, bir dəfə əri Təqsirləndirilən şəxs evə çaxır gətirmiş, Təqsirləndirilən şəxs həmin çaxırı hardan gətirməsini bilməmişdir. Təqsirləndirilən şəxs həmin çaxırı içmişdir. Sonradan məlum olmuşdur ki, əri Təqsirləndirilən şəxs həmin çaxırı və əlavə bir ədəd dreli həmkəndlisi Zərərçəkmiş şəxs evindən oğurlamışdır. Lakin, o, əri Təqsirləndirilən şəxs tərəfindən götürülmüş dreli görməmişdir. Sonradan bilmişdir ki, əri Təqsirləndirilən şəxs həmin dreli kiməsə satmışdır, Zərərçəkmiş şəxs də bunu biləndən sonra əri Təqsirləndirilən şəxs həmin dreli Zərərçəkmiş şəxs qaytartdırmışdır. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə ünvan 1i ərazisində Zərərçəkmiş şəxs iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən hadisə yeri ünvan 1i ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir, evin həyətində mişar daşlarından inşa edilmiş birmərtəbəli və birotaqlı tikili yerləşir, Zərərçəkmiş şəxs yaşayış evinin alt hissəsində əşyaların yığılması üçün nəzərdə tutulmuş saxlanc yeri olan zirzəmi hissəsini təqdim edib həmin zirzəmidən 01 ədəd drelin və üç litr çəkidə çaxırın oğurlandığı yeri təqdim etmişdir, baxış keçirilərkən həmin yerdən drel və çaxırın oğurlanması öz təsdiqini tapmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkili çəkilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə saat 16:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2723 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: - bir ədəd “Bosch” firmasina aid, böyük ölçüdə 2021-ci ilin noyabr ayında alınmış, Almaniya istehsallı, istifadə edilməmiş drel - 95,00 manat, - 03 (üç) litr çaxır (üzüm çaxırı, əl ilə çəkilmiş, "Mədrəsə" adlı çaxır)- 21 (3lx7man.) manat. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarında olan qəbzdən görünür ki, 01 ədəd drel 09 aprel 2022-ci il tarixdə saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 01 may 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəza çəkmə müəssəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 yanvar 2013-cü il tarixli qərarı ilə Şamaxı rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. O, 03 oktyabr 2015-ci ildə cəza müddətinin başa çatması ilə əlaqədar həbsdən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarilxi hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qərarı ilə 2 ay vaxtından əvvəl şərti azad olunmuş, 13 iyun 2018-ci ildə cəza müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən, məhkumluğun ödənilməsi ilə bağlı müəyyən edilmiş müddət keçdiyindən məhkumluğu ödənilmişdir və Təqsirləndirilən şəxs iş üzrə məhkumluğu olmayan hesab edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 may 2022-ci il tarixli 106 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 1971-ci il təvəllüdlü Şahid və anası 1953-cü il təvəllüdlü X6 ilə ünvan 1ində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, cəza müddəti bitdikdən sonra kənddə yaşadığı müddət ərzində özünü intizamlı bir vətəndaş kimi aparır, onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan AZ-T 025834 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X1 25 may 2019-cu ildə nikahlarını bağlamışlar, ərə Kretinin, arvada Kretinina soyadı verilmişdir. İş materiallarında olan müayinə olunan şəxs üzrə məlumat sənədindən görünür ki, X4 ümumi xəstəlik səbəbindən birinci qrup əlildir. Əmək qabiliyyətsizdir, kənar şəxsin qulluğuna ehtiyacı var. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. Onun əməli özünün etirafedici ifadəsilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, öhdəsində İ qrup əlil həyat yoldaşının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun əməlindən peşiman olmasını, hazırda zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, öhdəsində 1 qrup əlil həyat yoldaşını olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdıırlması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmaldıır, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmaldıır. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi və maddi sübut 1 ədəd direlin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmaldır. Ekspertiza tədqiqatının dəyəri – 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11(on bir) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi və maddi sübut -1 ədəd direlin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 50 manat məbləğində pul Təqsirləndirilən şəxs Petroçivdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Azərbaycan Respublikası CM-nin 1772.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar