Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-64/2025 03.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2006-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 69 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus **-EE-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobili idarə etmək məqsədilə, avtomobilin qapısının açıq olmasından istifadə edərək, sonuncunun icazəsi olmadan sükanı arxasına əyləşib, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz ələ keçirmiş və avtomobili idarə edərkən qəza törətməsi nəticəsində avtomobilin müxtəlif detallarını zədələməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1110 (min yüz on) manat dəyərində maddi ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı bir mübahisə, dava-dalaş olmamışdır. O, əvvəllər də bir neçə dəfə qanunsuz olaraq avtomobil qaçırıb idarə etmişdir. Sonuncu məhkumluğu da həmin cinayət əməlinə görə olmuşdur. xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri ərazisində piyada hərəkətdə olarkan ilk öncə “Veqas” marketdən 2 butulka pivə almışdır. Pivəni içə-içə bir az gəzib yenidən “Favorit” marketdən siqaret və 1 butulka pivə almışdır. Bir müddət sonra isə “Bazar store”dən də 2 butulka pivə almış və içə-içə yaşadığı evə tərəf getmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 22:30 radələrində yaşadığı evə tərəf gedəndə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan M.Qədirli küçəsində yolun kənarında “VAZ 2106” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşdür. Ətrafa baxıb kimsənin olmadığını dəqiqləşdirdikdən sonra avtomobili bir qədər sürüb sonradan yerinə gətirmək qərarına gəlmişdir. Avtomobilin qapısı açıq olduğu üçün asanlıqla avtomobilin sürücü əyləşən oturacağında əyləşmişdir. Lakin avtomobilin açarı üzərində olmadığı üçün avtomobili neytral vəziyyətə gətirmiş və avtomobili idarə edərək özünə kabab sifariş vermək üçün “Savalan” restoranına getmişdir. Sifarişi verdikdən sonra ödənişi etmiş, lakin sifariş bir qədər gec gəldiyi üçün fikirləşmişdir ki, avtomobili bir müddət də sürsün, sonra gəlib sifarişi götürər. “Savalan” restoranından çıxıb Şamaxı şəhəri istiqamətində hərəkətdə olarkən Ağsu dairəsi adlanan yerdə arxasınca YPX avtomobilinin ona saxla əmri verdiyini eşitmiş, lakin o, saxla əmrinə tabe olmayaraq avtomobili Avtovağzal dairəsi istiqamətində sürmüş, daha sonra isə “Qoşqar” marketin yaxınlığındakı ara küçə ilə hərəkət edərək “rus qəbiristanlığı” adlanan əraziyə qədər avtomobili idarə etmişdir. Həmin vaxt iki YPX maşını onun arxasınca gəlmişdir. O, artıq hərəkətini davam etdirməyin mümkün olmadığını görüb avtomobili yolun kənarında saxlayıb, avtomobildən enib qaçmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, onun həmin avtomobili qaçırmaqda məqsədi avtomobili bir qədər idarə etdikdən sonra geri qaytarmaq olmuşdur. Lakin YPX əməkdaşları arxasınca gəldiyindən qorxduğu üçün avtomobili geri qaytara bilməmişdir. O, YPX əməkdaşlarından qaçdığı üçün avtomobili sürətlə idarə etmiş, həmçinin avtomobili yolda olan çökəkliklərə salmışdır. Bu səbəbdən avtomobilin sürətlər qutusu yararsız hala düşmüş, eyni zamanda avtomobilin arxa diski əyilmiş və təkər partlamışdır. Lakin sərxoş olduğu üçün avtomobili hansısa maneəyə vurduğunu xatırlamır. xx.xx.2025-ci il tarixdə “VAZ 2106” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran zaman onunla birlikdə heç kim olmamış, həmin avtomobili qaçırmaqda ona heç kim kömək etməmiş, həmin hərəkətləri edərkən tək olmuşdur. xx.xx.2025-ci il tarixdə “VAZ 2106” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran zaman həmin avtomobildən hər hansı əşya götürməmişdir. Həmin avtomobili sadəcə idarə etmək üçün qaçırmışdır. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs barışmışdır. Buna görə də, cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı şəhər sakini kimi tanımış, münasibətləri normal olmuş, aralarında hər hansı bir mübahisə, dava-dalaş olmamışdır. “VAZ 2106” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X1 mülkiyyətində olsa da, faktiki olaraq ona məxsusdur. Həmin avtomobili o, etibarnamə ilə idarə etmiş və taksi kimi fəaliyyət göstərmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 22:20 radələrində həmin avtomobili yaşadığı evin qarşısında saxlayıb evə girmişdir. Avtomobili söndürüb açarını üzərində götürsə də, qapılarını bağlamamışdır. Təxminən 10 dəqiqə sonra evdən çölə çıxdıqda avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. Həmin vaxt ərazidən keçən post-patrul xidməti avtomobilini əli ilə işarə edərək saxlatdırmış və polis əməkdaşlarına baş verən hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları ona bildirmişlər ki, həmin avtomobillə bir nəfər şəxs şəhər ərazisində avtoxuliqanlıq edir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şamaxı RPŞ-yə gəlmişdir. Şöbəyə gəldikdən sonra ona məlum olmuşdur ki, avtomobili Təqsirləndirilən şəxs qaçırmış, şəhər ərazisində avtoxuliqanlıq etdiyi üçün polis əməkdaşları avtomobili saxlatdırmaq istəmiş, lakin Nihad saxla əmrinə tabe olmayaraq avtomobili bir qədər idarə edib Şamaxı şəhərində Z.Əhmədbəyov küçəsində “rus qəbiristanlığı” adlanan yerdə maneyə vuraraq avtomobili orada qoyub hadisə yerindən qaçmışdır. Hadisə nəticəsində avtomobil idarəetməyə yararsız vəziyyətə düşmüşdür. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, hadisə nəticəsində avtomobil idarəetməyə yararsız vəziyyətə düşmüşdür. Avtomobilin bərpası üçün usta xərcləri daxil təxminən 1000- 1100 manat pul lazımdır. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid1 ifadə verib göstərdi ki, 26 iyul 2025-ci il tarixdə, saat 22:40 radələrində Şamaxı rayon X4 X5 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid2 ilə rayon ərazisində xidmətdə olmuşlar. Həmin tarixdə saat 22:40 radələrində “VAZ 2106” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şamaxı şəhəri, M.Qədirli küçəsində naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə məlumat almışlar. Həmin avtomobili Şamaxı şəhəri, Z.Əhmədbəyov küçəsində “rus qəbiristanlığı” adlanan ərazinin yaxınlığında görüb saxla əmri vermişlər. Lakin avtomobilin sürücüsü saxla əmrinə tabe olmayaraq avtomobili idarə etməyə davam edib maneyə vurduğu üçün avtomobili orada saxlamış və avtomobildən enib qaçmışdır. Sonradan məlum olmuşdur ki, xx.xx.2006-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, subay, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 69-da qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus **-EE-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobili idarə etmək məqsədilə, avtomobilin qapısının açıq olmasından istifadə edərək sonuncunun icazəsi olmadan sükanı arxasına əyləşib, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz ələ keçirmiş və avtomobili idarə edərkən qəza törətmişdir. Avtomobili Şamaxı RPŞ-nin duracağına təmin etmiş və xidmətini davam etdirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahid Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, 26 iyul 2025-ci il tarixdə, saat 22:40 radələrində Şamaxı rayon X4 X5 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid1 ilə rayon ərazisində rayon ərazisində xidmətdə olmuşlar. Həmin tarixdə, saat 22:40 radələrində “VAZ 2106” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şamaxı şəhəri, M.Qədirli küçəsində naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə məlumat almışlar. Həmin avtomobili Şamaxı şəhəri, Z.Əhmədbəyov küçəsində “rus qəbiristanlığı” adlanan ərazinin yaxınlığında görüb saxla əmri vermişlər. Lakin avtomobilin sürücüsü saxla əmrinə tabe olmayaraq avtomobili idarə etməyə davam edib maneyə vurduğu üçün avtomobili orada saxlamış və avtomobildən enib qaçmışdır. Sonradan məlum olmuşdur ki, xx.xx.2006-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, subay, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 69-da qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus **-EE-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobili idarə etmək məqsədilə, avtomobilin qapısının açıq olmasından istifadə edərək sonuncunun icazəsi olmadan sükanı arxasına əyləşib, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz ələ keçirmiş və avtomobili idarə edərkən qəza törətmişdir. Avtomobili Şamaxı RPŞ-nin duracağına təmin etmiş və xidmətini davam etdirmişdir. İş materiallarında olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən verilmiş xx.xx.2025-ci il tarixli 2008/25 nömrəli rəydən görünür ki, “uyğun metodların tətbiqi, eyni zamanda, etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində mütəxəssislər tərəfindən aparılmış hesablamalara uyğun olaraq, “VAZ-2106” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyanın məbləği - 1110 (min yüz on) manat təşkil edir”. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə “VAZ-2106” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Elşad oğluna qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 27 avqust 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 185.2.1, 29, 185.2.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayət əməlinə görə məhkəmə tərəfindən təyin edilmiş cəzasını çəkib qurtardığı gündən 02 (iki) ildən artıq müddət keçmədən hazırki cinayət işi üzrə əməli törətməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189- 1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı zamanı 9 saat hüquqi yardım göstərməsinə görə 99 (doxsan doqquz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut “VAZ-2106” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Elşad oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan təbdiri ləğv edilsin. İş üzrə maddi sübut “VAZ-2106” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Elşad oğluna qaytarılması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 9 saat hüquqi yardım göstərməsinə görə 99 (doxsan doqquz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-64/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-64/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver