Məhkəmə qərarları › İş №1(074)-65/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-65/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-65/2024 17.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İŞamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Şamaxı rayonu, Cabanı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə saat 23 radələrində baş etibarnamə əsasında idarə etdiyi özünə məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı “UAZ- 469B” markalı minik avtomobil ilə Şamaxı rayonu İkinci Cabanı kəndindən Sabir qəsəbəsi istiqamətində yolayrıcı kəsişməsinə – baş yola doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanı) tələblərini pozaraq, üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini gözləməli, yol hərəkətinin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobilin yolun hərəkət hissəsində dayanıqlı və təhlükəsiz hərəkətini təmin etməklə həmin maddənin tələbinə riayət edib baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib özünə güvənərək 40-50 km/saat sürətlə idarə etdiyi avtomobilin yolayrıcına doğru hərəkətini davam etdirib hərəkət üçün təhlükə yaratmaqla, həmin vaxt baş yolda Sabir qəsəbəsindən Birinci Cabanı kəndi istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ-21041” markalı minik avtomobili ilə, “VAZ-21041” markalı minik avtomobilinin hərəkəti istiqamətində hərəkət hissəsinin sol kənarında toqquşaraq, ehtiyatsızlıqdan, idarə etdiyi avtomobildə olan sərnişin - arvadı Zərərçəkmiş şəxs1 sol körpücük sümüyünün orta hissəsinin yerini dəyişən sınığı, döş sümüyünün orta 1/3-hissəsinin natamam qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına və “VAZ-21041” markalı minik avtomobilinın sürücüsü Zərərçəkmiş şəxs2 politravma, üzün, burnun müxtəlif nahiyyələrinin sıyrılmış-cırılmış yarası, ağ ciyərlərin küt travması, sağdan İV, soldan İİİ-İV qabırğaların sınıqları, sağ mil sümüyünün tipik yerdə qapalı, bizvari çıxıntının, sağ sirkə kasasının damının sınığları, budun çıxığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, həmçinin **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ-21041” markalı avtomobilin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs2 6255 (altı min iki yüz əlli beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o, özünə məxsus olan “UAZ-469 B minik” marka və modelli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan hissəsinə əyləşmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs1 isə avtomobildə ön oturacaqda əyləşmiş və yaşadıqları Şamaxı rayonu, Birinci Cabanı kəndində yerləşən fərdi yaşayış evlərindən Sabir qəsəbəsi istiqamətində gələrkən “Qayalı” marketə getmişlər, həmin tarixdə saat 23 radələrində Birinci Cabanı kəndindən çıxan yardımçı yoldan baş yola çıxan zaman qarşıdan maşının gəlməsini görmüş, maşının işiqlarında uzaqda olmasını düşünərək yola çıxan zaman ona zəng gəlmiş və o, avtomobillə yolun Sabir qəsəbəsi istiqamətində sağ kənarına çıxan zaman qarşıdan gələn “Vaz-21041 minik” marka və modelli **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil İkinci Cabanı kəndi istiqamətində gələrək yolun sol hissəsində avtomobilinin sol ön hissəsindən vurmuş və hadisədən bir neçə saniyə sonra o, həyat yoldaşı Zərərçəkmiş şəxs1 maşında olmamasını görüb dərhal yerə düşərək həyat yoldaşı Zərərçəkmiş şəxs1 avtomobilin yaxınlığında yerdə olmasını və müxtəlif bədən xəsarətləri almasını görmüş, dərhal onu avtomobilin yanına gətirərək yerə qoymuş, “Vaz-21041 minik” marka və modelli avtomobilə yaxınlaşmış, həmin vaxt avtomobildə sürücüdən başqa heç kim olmamış və sürücü tərəfdə olan qapını açmaq istəyən zaman qapının açılmadığını görmüş, dərhal sərnişin qapısına gedərək qapını açan zaman sürücü Zərərçəkmiş şəxs2 maşının içərisində sıxışmış vəziyyətdə zarımasını görüb dərhal Zərərçəkmiş şəxs2 çətinliklədə olsa sərnişin qapısından dartıb çıxartmış, bundan sonra mobil telefonunu tapıb 103 xidmətinə zəng edərək olduğu yeri və yol nəqliyyat hadisəsi olmasını bildirərək 3 nəfər şəxsin xəsarət almasını bildirmiş, bir az müddət keçdikdən sonra təcili-tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə gələrək onları Şamaxı Mərkəzi rayon xəstəxanasına gətirmişlər. Onun idarə etdiyi “UAZ-469 B minik” marka və modelli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz-21041 minik” marka və modelli **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Şamaxı rayonu Sabir qəsəbə yolu ilə İkinci Cabanı yolunun üzərində Birinci Cabanı kəndinə gedən yolun yaxınlığında olmaqla xx.xx.2023-cü il tarixdə saat 23 radələrində toqquşmuş, o, Birinci Cabanı kəndindən idarə etdiyi “UAZ-469 B minik” marka və modelli avtomobilin Şamaxı rayonu Sabir qəsəbə yolu- İİ Caban yoluna çıxan zaman İİ Caban kəndi istiqamətində avtomobili hərəkət etməsini görmüş, lakin düşünmüş ki, avtomobil uzaqdadır və ona görə yola çıxaraq avtomobili Sabir qəsəbəsi yolu istiqamətində yola düzələn zaman qarşıdan gələn avtomobilin sol ön hissəsi idarə etdiyi avtomobilin sol ön hissəsinə çırpılmışdır. O, nə spirtli içki, nə də ki narkotik vasitə qəbul etmir, hadisə vaxtıda spirtli içki və narkotik vasitə qəbul etməmişdir. O, hadisə nəticəsində düş qəfəsində əzilmə, L1 və L3-cü fəqərələri çıxıntısında xətti sınıq, sol 12-ci qabırğa və L1 fəqərəsinin çıxıntısında xətti sınıq, sol mil-bilək oynağında mil sümüyünün bizvari çıxıntısının qapalı sınığı xəsarətlərini almışdır. İdarə etdiyi “UAZ-469 B minik” marka və modelli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili 2007-ci ildə almış, həmin avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmaqla, idarə etdiyi avtomaşının icbari sığortası vardır. Qəza baş verən zaman o, avtomaşını saatda təxminən 40-50 km/saatla idarə etmişdir. Onun idarə etdiyi avtomobildə həyat yoldaşı Zərərçəkmiş şəxs1 başqa heç kim olmamış və hadisə zamanı həyat yoldaşı ağır bədən xəsarəti almışdır. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri ödədiyini bildirərək, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs ilə həyat yoldaşına məxsus olan “UAZ-469 B minik” marka və modelli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, yaşadıqları Şamaxı rayonu, Birinci Cabanı kəndində yerləşən fərdi yaşayış evlərindən Sabir qəsəbəsi istiqamətində gələrək “Qayalı” marketə gedən zaman, həmin tarixdə saat 23 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ-469 B minik” marka və modelli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Birinci Cabanı kəndindən çıxan yardımçı yoldan baş yola çıxan zaman qarşıdan maşın gəlməsini görsə də, avtomobili saxlamayaraq sürüb baş yolun sağ hissəsinə, yəni Sabir qəsəbəsi istiqamətində yolun sağ kənarına çıxan zaman o, uca səslə həyat yoldaşı Təqsirləndirilən şəxs üzərilərinə maşın gəlməsini demiş, elə həmin anda qarşıdan gələn Vaz-21041 minik” marka və modelli **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil İkinci Cabanı kəndi istiqamətində gələrək yolun sol hissəsində avtomobilin sol ön hissəsindən vurmuş və zərbənin təsirindən o, avtomobilin ön alın şüşəsindən çölə, boş torpaq sahəyə düşmüşdür. Daha sonra həyat yoldaşı Təqsirləndirilən şəxs onu yerdən qaldıraraq avtomobilə yaxın yerə gətirmiş və kürək nahiyyəsini avtomobilə söykəyərək, digər avtomobildə olan sürücü Zərərçəkmiş şəxs2 maşının içərisində sıxışmış vəziyyətdə zarımasını gördüyü üçün dərhal onu çətinliklədə olsa sərnişin qapısından dartıb çıxarmışdır. Bundan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs mobil telefonunu taparaq 103 xidmətinə zəng etmiş, olduqları yeri və yol nəqliyyat hadisəsi olmasını bildirərək 3 nəfər şəxsin xəsarət almasını demiş və bir az müddət keçdikdən sonra təcili-tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə gəlmiş və onları Şamaxı Mərkəzi rayon xəstəxanasına gətirmişdilər. Həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ-469 B minik” marka və modelli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə digər sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz-21041 minik” marka və modelli **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Şamaxı rayonu, Sabir qəsəbə yolu ilə İkinci Cabanı yolunun üzərində, Birinci Cabanı kəndinə gedən yolun yaxınlığında olmaqla xx.xx.2023-cü il tarixdə saat 23 radələrində baş vermişdir. Həyat yoldaşı Nəzərov X4 Cabanı kəndindən idarə etdiyi “UAZ-469 B minik” marka və modelli avtomobil ilə Şamaxı rayonu Sabir qəsəbə yolu-İkinci Caban yoluna çıxan zaman İkinci Caban kəndi istiqamətində avtomobilin hərəkət etməsini görmüş, lakin düşünmüşdük ki, avtomobil uzaqdadır və ona görə yola çıxaraq avtomobili Sabir qəsəbə yolu istiqamətində yola düzəldən zaman qarşıdan gələn avtomobil sol ön hissəsi ilə həyat yoldaşının idarə etdiyi avtomobilin sol ön hissəinə cırpılmışdır, həmçinin həyat yoldaşı Təqsirləndirilən şəxs nə spirtli içki, nə də ki narkotik vasitə qəbul etmir, hadisə vaxtıda spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Hadisə nəticəsində onun sol bud nahiyəsi, döş qəfəsi əzilmiş, həmçinin körpücük sümüyü sınmışdır, “UAZ-469 B minik” marka və modelli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun həyat yoldaşı Təqsirləndirilən şəxs məxsusdur, həmin avtomobili həyat yoldaşı Təqsirləndirilən şəxs 2007-ci ildə almış, həmin avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmaqla, idarə etdiyi avtomaşının icbari sığortası vardır. Hadisə baş verən zaman həyat yoldaşı Təqsirləndirilən şəxs avtomobili saatda təxminən 40-50 km/saatla idarə etmişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun özünə məxsus olan “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, avtomobil “universal” tipli avtomobildir, avtomobilin buraxılış ili 2007-ci ildir “ağ” rənglidir, mühərriki 2***-******* nömrəlidir, ban nömrəsi XWK**********7454-dür, onun idarə etdiyi avtomobil atası Afrail Rizayevin adına olsa da, avomobili atasından pul ilə almış, avtomobil onun özünə məxsusdur, xx.xx.2019-cu il tarixdə 05 il 07 ay 21 gün müddətinə, yəni xx.xx.2024cü il tarixədək verilmiş, ƏN-İV 786421 nömrəli etibarnamə ilə idarə edir, AE955489 nömrəli sürücülük vəsiqəsi vardır, sürücülük vəsiqəsii xx.xx.2014-cü ildə almış və müddəti xx.xx.2024-cü ilədəkdir. O, 22 dekabr 2023-cü il tarixdən saat 23 radələrində işi ilə bağlı idarə etdiyi “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cabanı kəndinə gedən zaman avtomobili özü idarə etmiş, yanında, yəni avtomobildə başqa kimsə olmamışdır, Sabir qəsəbəsindən Cabanı kəndi istiqamətində 1-ci Cabanı kənd yolu ilə 2-ci Caban kənd yolunun kəsişməsi istiqamətində baş yolda avtomobilini hərəkət etdirmişdir. O, idarə etdiyi avtomobili 60-70 km/saat sürətlə hərəkət etdirmiş, idarə etdiyi avtomobil ilə hərəkətdə olduğu vaxtı köməkçi yoldan, yolayrıcında sonradan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə köməkçi yoldan əsas yola çıxdığı yerdə avtomobilin sürətini azaltmadan və gözləmədən gəldiyinə görə avtomobil ilə həmin şəxsin avtomobili toqquşmuş, nəticədə o, ağır xəsarət almış, eləcə də “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və həmin avtomobildə olan sərnişin, sonradan adını bildiyi sürücünün həyat yoldaşı Zərərçəkmiş şəxs1 olmaqla ikisi də xəsarət almışdılar. Avtomobilidə hadisə vaxtı ondan başqa heç bir şəxs olmamış, o, ümumiyyətlə nə spirtli içki, nə də ki narkotik vasitə qəbul etmir, hadisə vaxtı spirtli içki və narkotik vasitə qəbul etməmişdir. O, hadisə vaxtı avtomobilini təxminən 60-70 km/saat sürətlə hərəkət etmiş, “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili hansı sürətlə hərəkət etdirdiyini bilmir. İdarə etdiyi avtomobil hadisə vaxtı ancaq qeyd etdiyi “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, başqa heç bir avtomobilə, hansısa bir şəxsə və ya obyektə dəyməmiş və zərər yetirilməmişdir. O, həmin vaxtı baş yolda hərəkət etmiş, “UAZ-469B” markalı, **-BA- *** nömrəli avtomobili toqquşma anında anidən görmüş, məsafə az olduğundan o, avtomobili artıq sağa və ya sola doğru hərəkət etdirə və dayandıra bilməmiş, həmçinin hadisənin qarşısını almaq üçün başqa hərəkət etməmiş, çünki məsafə az olduğu üçün toqquşma baş vermişdir. Hadisə vaxtı onun avtomobilində heç bir yük olmamış, “UAZ- 469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa bir nəfər qadın sərnişin olmuş, başqa hər hansı bir sərnişin və yük olmamışdır. O, həmin hadisə vaxtı yolda başqa avtomobil və digər şəxs görməmiş, hadisədən sonra xəsarəti ilə bağlı həyəcanlı olduğu üçün ora kimlərin gəlməsini bilmir və xatırlamır. O, idarə etdiyi avtomobili hər həftə yoxlatdırır, hadisə vaxtı avtomobilinin bütün detalları saz vəziyyətdə olmuş, o, hadisə vaxtı təhlükəsizlik kəmərindən istifadə etmiş, lakin “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə edibetməməsini bilmir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, o, Şamaxı rayon X5 Bölməsinin təhqiqatçısı vəzifəsində, polis baş leytenant xüsusi rütbəsində xidmət aparır. 22 dekabr 2023-cü il tarixdən 23 dekabr 2023-cü il tarixə keçən gecə Şamaxı RPŞ-də növbədə olan zaman 23 dekabr 2023-cü il tarixdə saat 01:15 radələrində bir neçə şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb xəstəxanaya yerləşdirilməsi barədə daxil olan məlumat əsasında, hadisənin baş verdiyi yerə - Şamaxı rayonu Sabir qəsəbəsi - Birinci Cabanı kənd yolu ilə İkinci Caban kənd yolunun kəsişməsində “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ- 21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili arasında baş verən yolnəqliyyat hadisənin olduğu hadisə yerinə getmiş, bir neçə dəqiqə sonra hadisə yerinə çatmış və ilkin olaraq müəyyən edilmişdir ki, “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili arasında yol-nəqliyyat hadisəsi “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində hərəkət hissəsinin sol kənarında baş vermişdir, O, hadisə yerini müayinə etmiş, foto-şəkillər çəkmiş, protokol tərtib edilməklə yanaşı hadisə baş verən yeri mobil telefon vasitəsi ilə videoya çəkilməklə işə əlavə etmişdir. “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsi 22 dekabr 2023-cü il tarixdə saat 23 radələrində baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsinin baxışı 23 dekabr 2023-cü il tarixdə keçirilmişdir. Lakin, baxışın keçirilməsi haqqında protokolda texniki səhv olaraq 22 noyabr 2023-cü il tarix qeyd olunmuşdur. Baxış zamanı hadisə yerində avtomobillərin toqquşmasından yaranan sınıq hissələri “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət hissəsində hərəkət istiqamətinin sol tərəfində olmuş, UAZ-469B” markalı avtomobil əsas yola çıxdığı yerdə İkinci Caban kəndindən Sabir qəsəbəsi istiqamətində yol ayrıcı kəsişməsində avtomobillərə aid qırıntılar aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib göstərdi ki, o, Şamaxı rayon X7 X8 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində polis baş serjantı xüsusi rütbəsində xidmət aparır. O, 22 dekabr 2023-cü il tarixdən 23 dekabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Şamaxı rayon X7 X8 Yol Patrul Xidməti üzrə xidmətdə olduğu vaxtı, rayon sakini Zərərçəkmiş şəxs2 xəstəxanaya müraciət etməsi əsasında rayonun, Sabir qəsəbəsindən 1-ci Cabanı kənd yolu ilə 2-ci Caban kənd yolunun kəsişməsində “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ- 21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili arasında yol-nəqliyyat hadisəsi baş verməsi məlumatını almış, buna görə də, dərhal qeyd etdiyi hadisə yerinə getmiş və məlum olmuşdur ki, həmin hadisə yolayrıcında baş vermiş, nəticədə, “UAZ- 469B” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, sərnişin Zərərçəkmiş şəxs1, “VAZ-21041” markalı avtomobili Təqsirləndirilən şəxs İmam oğlu xəsarət almışdırlar. Eyni zamanda, hadisə yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, protokolla sxem tərtib edilmiş və video görüntü çəkilmişdir. Hadisə yerinə baxış keçirirləkən görünürdü ki, yol-nəqliyyat hadisəsi “VAZ-21041” markalı avtomobilin hərəkət etdiyi əsas yolda baş vermişdir.Baxış bitdikdən sonra o, xidmətinə davam etmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə Şahid3 ifadə verib göstərdi ki, X2 Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti işləyir, ona təqdim edilən sənədlərə əsasən iş üzrə təhqiqat tərəfindən göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs "UAZ-469B" markalı avtomobili Şamaxı rayonu, 2-ci Cabanı kəndindən Sabir qəsəbəsi istiqamətində idarə edərkən, sağdan Sabir qəsəbəsi 1-ci Cabanı kənd yolu ilə düzünə yolayrıcına daxil olan sürücü X3 60-70 km/saat sürətlə idarə etdiyi "VAZ-21041" markalı avtomobillə yolayrıcında toqquşmuş, toqquşma "VAZ-21041" markalı avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sol kənarında həmin avtomobilin qabaq hissəsi ilə "UAZ-469B" markalı avtomobilin qabaq sol hissəsi arasında baş vermiş, "UAZ-469B" markalı avtomobilin hərəkəti istiqamətində, yəni 2-ci Cabanı yolunda yolayrıcı qarşısında 2.4 "Yol verin" yol nişanı varmış, onun tərəfindən həmin məlumatlar tədqiq edilərək qeyd olunan vəziyyətdə "UAZ-469B" markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanın) tələblərini rəhbər tutmalı olması müəyyən edilmiş, belə ki, həmin maddənin tələblərinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks İstiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrinin keçmək növbəliliyini göstərirmiş, yəni göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə hərəkəti istiqamətində yolayrıcı qarşısında 2.4 "Yol verin" üstünlük yol nişanının olmasını, kəsişən yolla yolayrıcına sürücü Mövlüd Rizayevin idarə etdiyi "VAZ-21041" markalı avtomobilin yolayrıcında hərəkət üstünlüyünə malik olmasını nəzərə alaraq yolayrıcına daxil olmadan "VAZ-21041" markalı avtomobilə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili yolayrıcına daxil etməliymiş, lakin təhqiqat tərəfindən göstərildiyi kimi, kəsişən yolla sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi "VAZ-21041" markalı avtomobil yaxınlaşdığı vəziyyətdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi "UAZ-469B" markalı avtomobillə yolayrıcına çatdıqda hərəkəti istiqamətində olan 2.4 "Yol verin" üstünlük yol nişanının tələblərinə əməl etmədən avtomobili yolayrıcına daxil etməsi, hərəkət üçün təhlükə yaratması, "VAZ-21041" markalı avtomobillə yolayrıcında toqquşması kimi məlumatlardan müəyyən edilmiş ki, mövcud vəziyyətdə "UAZ-469B" markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, eləcə də, təhqiqat tərəfindən göstərilmiş ki, sürücü Təqsirləndirilən şəxs "UAZ-469B" markalı avtomobili Şamaxı rayonu, 2-ci Cabanı kəndindən Sabir qəsəbəsi istiqamətində idarə edərkən, sağdan Sabir qəsəbəsi 1ci Cabanı kənd yolu ilə düzünə yolayrıcına daxil olan sürücü X3 60-70 km/saat sürətlə idarə etdiyi "VAZ-21041" markalı avtomobillə yolayrıcında toqquşmuş, toqquşma "VAZ- 21041" markalı avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sol kənarında həmin avtomobilin qabaq hissəsi ilə "UAZ- 469B" markalı avtomobilin qabaq sol hissəsi arasinda baş vermiş, "UAZ-469B" markalı avtomobilin hərəkəti istiqamətində, yəni 2-ci Cabanı kənd yolunda yolayrıcı qarşısında 2.4 "Yol yerin yol nişanı varmış, "VAZ-21041" markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin yaranma anı "UAZ-469B" markalı avtomobilin əsas yola çıxdığı an olmaqla həmin yerdən toqquşma yerinə kimi olan məsafə 10-12 metr olmuş, "UAZ-469B" markalı avtomobil yolayrıcına dayanmadan hərəkət etmiş, "UAZ-469B" markalı avtomobil saatda 40-50 km/saat sürətlə hərəkətdə olmuş, bununla da göstərildiyi kimi, sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi "VAZ-21041" markalı avtomobili düzünə 60-70 km/saat sürətlə yolayrıcına daxil etməsi, sürücü Təqsirləndirilən şəxs 40-50 km/saat sürətlə idarə etdiyi "UAZ-469B" markalı avtomobili sağdan hərəkəti istiqamətində yolayrıcı qarşısında quraşdırılmış 2.4" "Yol verin" üstünlük yol nişanının tələbini pozaraq dayanmadan yolayrıcına daxil etməsi, hərəkət üçün təhlükə yaratması, toqquşmanın yolayrıcında "VAZ-21041" markalı avtomobilin qabaq hissəsi ilə "UAZ-469B" markalı avtomobilin qabaq sol hissəsi arasında baş verməsi, təhlükə yaranan andan "UAZ-469B" markalı avtomobilin toqquşma yerinə kimi 10-12 metr məsafə qət etməsi, belə vəziyyətdə sürücü Zərərçəkmiş şəxs2 hərəkəti üçün təhlükənin kiçik müddətdə davam etməsi və bu şəraitdə sürücünün hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla "VAZ-21041" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum qalmamış, buna görə də, onun tərəfindən tərtib edilən ekspert rəyində məlumatlar əks edilmişdir. Həmçinin, Şahid3 əlavə ifadəsində bildirmişdir ki, "Yol hərəkəti haqqında" qanunun 1-ci maddəsinə əsasən yolayrıcı dedikdə, yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazi başa düşülürmüş, eləcə də, həmin maddəyə əsasən, baş yol dedikdə, kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir), qeyd olunan yol nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə baxış protokolundan, iş materiallarında olan protokola əlavə edilmiş fotoşəkillərdən hadisə yerinin video görüntüsündən, həmçinin hadisə yerinin sxemindən açıq aydın görünürmüş ki, toqquşma, hadisə yerinin sxemində təsvir olunduğu kimi "VAZ- 21041" markalı avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sol kənarında həmin avtomobilin qabaq hissəsi ilə UAZ-469B markalı avtomobilin qabaq sol hissəsi arasında baş vermiş, ekspertizaya daxil olmuş iş materiallarından görünmüş ki, toqquşma "VAZ- 21041" markalı avtomobilin sürücüsünün dediyi kimi yolun onun idarə etdiyi avtomobilin hərəkət istiqaməti üzrə yolun içərisində baş verməmiş, toqquşma yeri mövcuda hadisə mexanizmi ilə ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 yol nəqlliyyat hadisəsi nəticəsində xəsarət alması faktına görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 23 dekabr 2023-cü il tarixli 110 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 23 dekabr 2023-cü il tarixli 111 saylı aktdan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Şamaxı Avtoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli rəydən görünür ki, “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs2 6255 (altı min iki yüz əlli beş) manat məbləğində maddi ziyan dəymişdir. AA 876993 nömrəli qeydiyyat şəhadətnaməsindən, ƏN-İX 144161 nömrəli etibarnamədən, BC800963 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə anında qeyd edilən – “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmuşdur. AA 877238 nömrəli qeydiyyat şəhadətnaməsindən, ƏN-İV 786421 nömrəli etibarnamədən, AE955489 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə anında qeyd edilən- “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 08 yanvar 2024-cü il tarixli, 04 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər politravma, üzün, burnun müxtəlif nahiyyələrinin sıyrılmış-cırılmış yarası, ağ ciyərlərin küt travması, sağdan İV, soldan İİİ-İV qabırğaların sınıqları, sağ mil sümüyünün tipik yerdə qapalı, bizvari çıxıntının, sağ sirkə kasasının damının sınığları. budun çıxığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtomaşınlan toqquşması nəticəsində sürücü qismində alınması mükündür. Zərərçəkmiş şəxs2 Əfrail oğlunun almış olduğu xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 08 yanvar 2024-cü il tarixli, 06 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər- sol körpücük sümüyünün: orta hissəsinin yerini dəyişən sınığı, döş sümüyünün orta 1/3hissəsinin natamam qapalı sınığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtomaşınlan toqquşması nəticəsində sərnişin qismində alınması mükündür. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, avto-nəqliyyat hadisənin baş verdiyi yer Şamaxı rayon Sabir qəsəbəsindən 1-ci Cabanı kənd yolu ilə 2-ci Cabanı kənd yolunun kəsişməsində yerləşir. “VAZ-21041” markalı avtomobil baş yol ilə Sabir qəsəbəsindən, 1-ci Cabanı istiqamətində hərəkətdə olmaqla, “UAZ” markalı avtomobil 2-ci Cabanı kənd yolundan, yəni köməkçi yoldan Sabir qəsəbəsi istiqamətində hərəkətdə olmuş, iki tərəfli hərəkət zolağı olan yolun ümumi eni 6 metrdir. Hərəkət zolaqlarını ayıran üfüqi xət qırıq-qırıq xətt olmaqla, sağ və sol hərəkət zolağının hər birinin ayrı-ayrılıqda eni şərti olaraq 3 metrdir. Sürət həddi 60 km/saat müəyyənləşdirilmişdir. Sabir qəsəbə-1-ci Cabanı kənd yolu, yəni baş yolunun kənarlarındakı ehtiyat hissələrin (şebel səkilərin) eni 1 metrdir. Sabir qəsəbəsi-1-ci Cabanı kənd yolu baş yol olmaqla, 2-ci Cabanı kənd yolu köməkçi yol kimi nəzərdə tutulmuş, köməkçi yolun kənarında gözləmə nişanı olmaqla, yol kəsişməsində, yəni asfalt örtüyünün üzərində, avtomobillərə dair hər hansı qırıntı müəyyən olunmamış, “UAZ” markalı və “VAZ- 21041” markalı avtomobil Sabir qəsəbə-1-ci Cabanı kənd yolunda, 1-ci Cabanı kəndi istiqamətində, yolun solunda, yəni “VAZ-21041” markalı avtomobil şebelli səkidə, “UAZ” markalı avtomobil şumluq ərazidə eyni istiqamətdə olmaqla dayanmışdırlar. Baxış zamanı videogörüntü çəkilməklə materiala əlavə edilmişdir. “Əlavə baxış keçirilməsi haqqında” 17 fevral 2023-cü tarixli protokoldan görünür ki, hadisə yerində heç bir görüntü kamerası olmamış və hadisə anında çəkiliş aparılmaması, yolun profilinin düz olması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, hadisə baş verdiyi vaxt hadisə yerində heç bir müşahidə kamerası olmamış, hadisənin baş verdiyi an çəkiliş aparılmamış, hadisənin baş verdiyi yerdə yolun profilinin düz olması müəyyən olunmuş, UAZ markalı avtomobilin əsas yola çıxdığı yolayrıcından toqquşma yerinə qədər olan məsafə 10-12 metrdir. Hadisə yerindən heç bir əşya və ya predmet götürülməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 11 mart 2024-cü il tarixli 8/309 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərətlərini əlavə hesabat aparmaqla texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü M.Ə.Rzayev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. “Diskə baxış keçirilməsi haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı, diskdə olan görüntüdən müəyyən edilmişdir ki, baxış gecə saatlarında keçirilmişdir, diskdəki görüntüyə baxış zamanı hadisə yerindən görünür ki, “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil və “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermişdir, görüntüdən görünür ki, hadisə yerində avtomobillərin toqquşmasından yaranan sınıq hissələri “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsində, hərəkət istiqamətinin sol tərəfindədir. “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əsas yola çıxdığı yerdə, yəni İkinci Cabanı kəndindən Sabir qəsəbəsi istiqamətində yol-ayrıcı kəsişməsində toqquşmaya xarakterik olan qırıntı izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 iyun 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda təqdim edilmiş ərizələrdən görünür ki, onların hər biri təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Şamaxı rayon prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülməlidir. İş üzrə maddi sübutlar “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin faktiki sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346-347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra Şamaxı rayon prokurorluğuna göndərilsin. Ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülsün. İş üzrə maddi sübutlar “VAZ-21041” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “UAZ-469B” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin faktiki sahiblərinə qaytarılması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar