Məhkəmə qərarları › İş №1(074)-66/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-66/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-66/2022 13.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, 13 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 09 mart 2022-ci il tarixdə saat 20:50 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, avtovağzal dairəsi yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 21:35 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sağ cibindən bir ədəd yaşıl rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 25,169 (iyirmi beş tam mində yüz altmış doqquz) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, ailə vəziyyəti ilə əlaqədar olaraq özünə məxsus olan avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Bununla bağlı mütəmadi olaraq əsasən Bakıya müştərilər aparıb gətirmişdir. 15 dekabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisinə müştəri aparmışdır. Həmin tarixdə “Sabirabad” adlı kafedə nahar etmək üçün, sözü gedən kafeyə daxil olan zaman kafedən bir qədər kənarda bir ədəd bükülmüş formada yaşıl rəngli sellofanın olduğunu görmüş, kənardan sellofana baxdıqda, içərisində qurudulmuş ota bənzər nəyinsə olduğunu görüb, marağına səbəb olduğuna görə həmin sellofanı götürüb açıb baxdıqda, içərisində açıq yaşıl rəngli, spesifik iyə malik kütlə olmasını görmüşdür. Özü də ara-sıra narkotik vasitə olan qurudulmuş marixuana, yəni nəşə istifadə etdiyi üçün həmin kütlənin narkotik maddə olan qurudulmuş marixuana, yəni nəşə olmasını bilib və həmin qurudulmuş marixuananı istifadə etmək üçün sellofanı götürüb üzərində, yəni əynindəki boz rəngli cins şalvarının sağ cibində saxlamışdır. 09 mart 2022-ci il tarixə kimi həmin narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirmişdir. 09 mart 2022-ci il tarixdə, saat 20:50 radələrində Şamaxı rayonu avtovağzal dairəsi yaxınlığında piyada gəzən zaman ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə getmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki böz rəngli salvarının sağ cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd bükülmüş sellofan aşkar edilmiş, həmin sellofan açıldıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan sellofanı polis əməkdaşları zərfə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə lazım olarsa istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Eləcə də, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı kiməsə satmaq niyyəti olmamış, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitəni tapdığı vaxtdan üzərində saxlamağı və polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta kimi olan müddətdə ailə üzvlərindən heç kimin məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib göstərdi ki, 09 mart 2022-ci il tarixdə xidmətdə olduğu zaman ona Şamaxı rayon sakini Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuş, buna görə o, həmin vaxt Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, daha sonra şöbə rəhbərliyinin göstərişinə əsasən onların tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü axşam saat 20 radələrindən başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Şamaxı rayon avtovağzalının yaxınlığındakı ərazidə dairəvi yolun ətrafında Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxt, həmin tarixdə, yəni 09 mart 2022-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs dairəvi yolun yaxınlığında yolun kənarında şübhəli hərəkət etdiyini görüb, əməliyyat tədbirinin davamı kimi xüsusi parollardan istifadə edərək dərhal ona yaxınlaşmışlar, əvvəlcə özlərini Təqsirləndirilən şəxs təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o da onlara etiraz etməyib heç bir müqavimət göstərməmiş və onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Şəmşir Şirinovun xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub, daha sonra dəvət edilmiş Müdafiəçi, o və CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs üzərində istintaq hərəkətinin iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ cibindən bir ədəd yaşıl rəngli bükülmüş sellofan büküm aşkar edilmiş, həmin selofan büküm açılıb içərisinə baxıldıqda, bükümün içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur və həmin marixuananı özü istifadə etmək üçün üzərində saxlayıb. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilsə də, qanunla qadağan edilmiş başqa digər əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki narkotik vasitə olan marixuanaya oxşar kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs onlar Şamaxı avtovağzalının yaxınlığında yolun kənarında saxlayıb Şamaxı RPŞ-nə gətirib orada üzərində baxış keçirilən zaman, Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitə bükümünü Bakı şəhəri ərazisində yerdən tapmışdır, şəxsi istifadəsi üçün özündə, yəni üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 09 mart 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 mart 2022-ci il tarixdə tərtib edilmiş baxış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, 09 mart 2022-ci il tarixdə saat 21:35-dən başlayaraq Şamaxı RPŞ-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş və onun əynindəki boz rəngli cins şalvarın sağ cibindən bir ədəd yaşıl rəngli bükülmüş sellofan bükümdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmin sellofan bükümdə olan kütlə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə xx.xx.2022-ci il tarixli 7/234 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ... ” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd yaşıl rəngli sellofan bükülüdə təmiz çəkisi – 25,169 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır”. Marixuananın təmiz çəkisi 25,169 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 25,149 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 manatdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 11 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli 7/322 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan marixuanaların (1№-li və 2 №-li ob) eyni tərkibli olubolmamasını müəyyən etmək üçün botaniki (ZEİSS” firmasının “Primo Star” markalı mikroskopu vasitəsilə) və xromatoqrafik-nazik təbəqəli xromatoqrammada alınmış ləkələrin tündlüyünə və ölçülərinə əsasən bir-birindən fərqlənir. Marixuananın təmiz çəkisi 25,149 qram (1№-li ob) 5,441 qram (2№-li ob), təqdiata sərf edildi-hər obyektdən 0,02 qram, qalıqlar 25,129 qram, 5,421 qram. Aparılmış tədqiqatın qiyməti 72 manatdır. Təqsirləndirilən şəxs və X5 üzərlərindən götürülmüş marixuana bir-birindən fərqlənir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 aprel 2022-ci il tarixli araryışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 may 2022-ci il tarixli 1244 saylı arayışından görünür ki, atası 19 yanvar 1967-ci il təvəllüdlü X6 və anası 12 sentyabr 1969-cu il təvəllüdlü X8 ilə Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, 13 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan “Medlab” Şamaxı klinikasının 15 fevral 2022-ci il tarixli sənədindən görünür ki, atası Əsədov Sənanda böyrəklərin mirolititləri, qaraciyər parenximiasının struktur dəyişikliyi xəstəliyi olması nəticəsinə gəlinmişdir, İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 09 mart 2022-ci il tarixli baxış və götürmə protokolu ilə götürülmüş, qalıq çəkisi 25,129 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Şamaxı RPŞnin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli 1903 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyaci yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində xəstə atasının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdən 11 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmaldır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri –144,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 25,129 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 09 mart 2022-ci il tarixdən 11 mart 2022-ci il tarixədək olan həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 2(iki) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 144,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 25,129 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar