Məhkəmə qərarları › İş №1(074)-66/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-66/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-66/2025 18.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Atçılıq qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 5,748 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla saxlamış, Şamaxı rayon Polis Şöbəsinin (bundan sonra mətndə - Şamaxı RPŞ) əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 05 avqust 2025-ci il tarixdə, saat 01:14-də Şamaxı şəhəri, Şərifzadə küçəsində Şamaxı rayon Məhkəməsinin yaxınlığında saxlanılaraq, saxlanıldığı yerdə Şamaxı RPŞ əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üstü yoxlanırkən, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içində xeyli miqdarda, təmiz çəkisi 5,748 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, təxminən 1 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, digər narkotik vasitə növlərindən istifadə etməmişdir. Ona məxsus “Kia Rio” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı taksi fəaliyyəti göstərir. 04 avqust 2025-ci il tarixdə Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə olduğu zaman yerdə kibrit qutusu görmüş, marağına səbəb olmuş, kibrit qutusunu açmış, içərisinə baxdıqda, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmasını görmüşdür. Əvvəllər marixuana istifadə etdiyi üçün həmin marixuananı istifadə etmək üçün kibrit qutusunu götürüb əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoymuş və öz yaşadığı rayona getmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Şərifzadə küçəsində Şamaxı rayon Məhkəməsinin yaxınlığında piyada gəzmiş, bu zaman ona mülki geyimdə olan dörd nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslərdən ikisi anidən qollarından tutmuş və o, həmin vaxt bilmişdir ki, həmin şəxslər polis əməkdaşlarıdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt artıq polis əməkdaşları tərəfindən aşkar olunduğu üçün etiraz etməyib, üzərində narkotik vasitənin olmasını etiraf edib, içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları kibrit qutusunu açıb içərisinə baxdıqları zaman içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmasını görmüşlər. Bundan sonra üzərində əlavə narkotik vasitə olub-olmamasını yoxlamaq üçün polis əməkdaşları üzərinə baxış keçirtmişlər, baxış zamanı üzərindəki cins şalvarının sol arxa cibindən “SAMSUNG” markalı mobil telefon aşkar olunmaqla, əlavə narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşlarının ona yaxınlaşması, onun üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etdiyi anlar orada olan bir nəfər mülki geyimdə olan şəxs tərəfindən videoçəkilişlə qeydiyyata alınmışdır. Onun üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş, marixuananın çəkisi 8,67 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinin inzibati binasına getmiş, orada ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına seçdiyi vəkilin iştirakı ilə Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş kağız zərf yenidən videogörüntüyə çəkilməklə açılıb içərisində olan kibrit qutusuna baxış keçirilmiş, baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuana çəkildi və 8,65 qram çəkidə olmuşdur. Həmin büküm yenidən çəkildikdən sonra onun, polis əməkdaşları və vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o üzərindən aşkar edilən həmin qurudulmuş marixuananı ancaq özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır və o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərindən aşkar edilən həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə piyada hərəkət edərkən yerdən tapmış, həmin vaxt tək olmuş, yanında heç kim olmamış və ətrafda da onun həmin narkotik vasitəni götürməyini kiminsə görməsini dəqiq bilməmişdir. O, Şamaxı RPŞ-nə gətirilən zaman hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət edilməmişdir.

3. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

4. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

5. Məhkəmədə şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 04 avqust 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o, həmin vaxt Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarından başlayaraq o, rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və rayon Polis Şöbəsinin KTQ-nin köməkçisi, polis serjantı Elton Vahidoğlu ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamış və əməliyyat qrupu ilə birlikdə Şamaxı rayon Məhkəməsinin yaxınlığında Şərifzadə küçəsinə getmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək videoçəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını və hüquq və vəzifələrini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmiş, Təqsirləndirilən şəxs üzərində içərisində qurudulmuş marixuana olan kibrit qutusunu onlara təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindəki boz rəngli cins şalvarının sol arxa cibindən isə bir ədəd “SAMSUNG” markalı çoxfunksiyalı mobil telefon aşkar olunmaqla, əlavə narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 8,67 qram müəyyən olunmuşdur. Həmin qeyd edilən narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı, polis kapitanı Şəmşir Şirinova tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən onun üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni satış məqsədilə özündə saxlaması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni elektron tərəzidə çəkən zaman elektron tərəzini ərazidə olan nahamar səthli kafelin üzərinə qoymuşlar. X5 isə elektron tərəzini hamar səthli stolun üzərinə qoyduğu üçün çəkilər arasında 0,02 qram fərq olmuşdur.

6. Məhkəmədə şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 04 avqust 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarından başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və rayon Polis Şöbəsinin KTQ-nin köməkçisi, polis serjantı Elton Vahidoğlu ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamış və əməliyyat qrupu ilə birlikdə Şamaxı rayon Məhkəməsinin yaxınlığında Şərifzadə küçəsinə getmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək videoçəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını və hüquq və vəzifələrini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmiş, Təqsirləndirilən şəxs üzərində içərisində qurudulmuş marixuana olan kibrit qutusunu onlara təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindəki boz rəngli cins şalvarının sol arxa cibindən isə bir ədəd “SAMSUNG” markalı çoxfunksiyalı mobil telefon aşkar olunmaqla, əlavə narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 8,67 qram müəyyən olunmuşdur. Həmin qeyd edilən narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı, polis kapitanı Şəmşir Şirinova tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən onun üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır. Şahid3 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni satış məqsədilə özündə saxlaması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni elektron tərəzidə çəkən zaman elektron tərəzini ərazidə olan nahamar səthli kafelin üzərinə qoymuşlar. X5 isə elektron tərəzini hamar səthli stolun üzərinə qoyduğu üçün çəkilər arasında 0,02 qram fərq olmuşdur.

7. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 04 avqust 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarından başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və rayon Polis Şöbəsinin KTQ-nin köməkçisi, polis serjantı Elton Vahidoğlu ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamış və əməliyyat qrupu ilə birlikdə Şamaxı rayon Məhkəməsinin yaxınlığında Şərifzadə küçəsinə getmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək videoçəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını və hüquq və vəzifələrini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmiş, Təqsirləndirilən şəxs üzərində içərisində qurudulmuş marixuana olan kibrit qutusunu onlara təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindəki boz rəngli cins şalvarının sol arxa cibindən isə bir ədəd “SAMSUNG” markalı çoxfunksiyalı mobil telefon aşkar olunmaqla, əlavə narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 8,67 qram müəyyən olunmuşdur. Həmin qeyd edilən narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı, polis kapitanı Şəmşir Şirinova tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən onun üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır. Şahid2 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni satış məqsədilə özündə saxlaması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni elektron tərəzidə çəkən zaman elektron tərəzini ərazidə olan nahamar səthli kafelin üzərinə qoymuşlar. X5 isə elektron tərəzini hamar səthli stolun üzərinə qoyduğu üçün çəkilər arasında 0,02 qram fərq olmuşdur.

8. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.

Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

9. “Cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə” qərardan görünür ki, Şamaxı RPŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən 05 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq aidiyyatı üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir (Cild 1, i.v.1;).

10. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şamaxı RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Şamaxı RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Şamaxı RPŞ-nin KTB-nin köməkçisi, polis nəfəri polis serjantı Vahidoğlu Elton tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:14-də Şamaxı şəhəri, Şərifzadə küçəsində rayon məhkəməsinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış, yoxlanılmağa başlanılmış, qanunla qadağan olunmuş əşyaların təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs tərəfindən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu təqdim edilmiş, qutu açıldıqda, spesifik iyə malik olan qurudulmuş marixuana oxşar kütlə aşkar olunmuşdur (Cild 1, i.v. 10-11;).

11. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 05 avqust 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə həmin tarixdə, saat 01:55-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 avqust 2025-ci il tarixdə, saat 01:55 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 17; 23;).

12. “Şəxsi axtarış və götürmə haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Şamaxı RPŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Şamaxı RPŞ-nin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Şamaxı RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Şamaxı RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Şamaxı RPŞ-nin KTB-nin köməkçisi, polis nəfəri polis serjantı Vahidoğlu Eltonun iştirakları ilə Şamaxı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində həmin tarixdə, saat 02:10-dan 02:14-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu açkar olunmuş, həmin qutu açılaraq içərisinə baxıldıqda, içərisində spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, digər cibindən bir ədəd “Samsung A 51” markalı mobil telefon aşkar olunub götürülmüşdür. Götürülmüş kibrit qutusu elektron tərəzi ilə çəkildi və narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi 8,67 qram olmuşdur. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, “73” saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 33-34;).

13. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 avqust 2025-ci il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı 1(bir) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 38;).

14. “Məhkəmə-kimyəvi” (materialların) ekspertizasının 05 avqust 2025-ci il tarixli, 20/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №73” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd qutuda marixuanaya bənzər maddə” sözləri, soyad və imzalar qeyd edilmiş 1(bir) ədəd zərfdə 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,748 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə maddə olan çətənə (kannabis) bitkisindən kustar üslulla hazırlanmış qurudulmuş marixuanadır. Təmiz çəkisi – 5,748 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq çəkisi – 5,728 qram. Aparılmış tədqiqatın dəyərinin 60 (altmış) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 43-46;).

15. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Şamaxı RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı İrşad Nəsirov tərəfindən icraata qəbul edilmişdir (Cild 1, i.v. 48;).

16. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A 51” markalı mobil telefona işə salınaraq baxış keçirilmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar, hər hansı məlumat, digər foto və video görüntü, mesaj və sms aşkar edilməmişdir (Cild 1, i.v. 55;).

17. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 avqust 2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan edilməklə, surəti təqdim edilmişdir (Cild 1; i.v. 56;).

18. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir (Cild 1; i.v. 69;).

19. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 07 avqust 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,748 qram olan qurudulmuş marixuananın qaytarılmış 5,728 qram qalığı işin faktiki hallırını müəyyən etmək üçün əhəmiyyət kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir (Cild 1, i.v. 75;).

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 05 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(003)-246/2024 saylı hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (Cild 1, i.v. 97-98;).

21. “Ambulator məcburi-narkoloji tibbi” yoxlamanın 21 avqust 2025-ci il tarixli, 5158 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhəri ND-də (F11x2) diaqnozu ilə qeydiyyatdadır (Cild 1, i.v. 101-103;).

22. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 5,728 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Şamaxı RPŞ-nin saxlanc otağına təhvil verilməsinin nəzərə alınması, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında protokol, şəxsi axtarış və götürmə protokolu, Təqsirləndirilən şəxs səmimi etirafedici ifadələri, şahid ifadələri və digər ibtidai istintaq sənədlərinin iş üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (Cild 1, i.v. 106-115;).

23. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.N.Nəsirov tərəfindən 15 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 15 sentyabr 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 119-125;).

24. Bakı Şəhər Probasiya İdarəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Altun Gözəlovun 09 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1(003)-246/2023 saylı, 31 yanvar 2025-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə qeydiyyata alınmış, 09 oktyabr 2025-ci il tarixinə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkmişdir. Çəkilməmiş cəza müddəti 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün təşkil edir (Cild 1; i.v. 166;).

25. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1(003)-246/2023 saylı, 31 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir (Cild 1; i.v. 177-180;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

26. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 228 sentyabrn 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

28. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

29. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

30. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir.

31. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyətini müəyyən edir.

32. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.

33. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 5,748 qram çəkisi olan narkotik vasitə qurudulmuş marixuananın miqdarının hazırki Hökmün 32-ci bəndində göstərilən miqdardan çox olmaqla xeyli miqdarda olması ilə bağlı özünün həm məhkəmə, həm də məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla təsdiq olunmaqla, onun məqsədinin məhz satışla bağlı olmadığının, şəxsi istifadə üçün olmasının bilavasitə təzahürüdür.

34. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

35. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 4-cü bəndinin 2-ci hissəsində göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.

37. Hökmün 36-cı bəndində qeyd edilən qərarın 14-ci bəndin 4-cü hissəsində göstərilmişdir ki, CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır.

38. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri, həmçinin iş üzrə toplanmış sübutları qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

39. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

40. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

42. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir.

43. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

44. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

45. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

46. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

47. CM-in 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər tərəfindən yenidən qəsdən cinayətin törədilməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

48. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsin törətdiyi əməli verdiyi səmimi ifadələri ilə faktiki olaraq tam etiraf etməsi və törətdiyi əməlindən peşman olmasını, 33 yaşında olmaqla cavan olmasını və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

49. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

50. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

51. Belə ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.

52. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır.

53. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər.

54. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir.

55. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.

56. CM-in 67.1-ci maddəsinin tələbinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinin tələbinə əsasən, hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

57. Hökmün 20 və 24-cü bəndlərində qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərində hazırda 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.

58. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və daha sonra CM-in 67.1 və 67.2-ci maddələrinə əsasən hökmlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.

59. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 avqust 2025-ci il tarixdə, saat 01:55 dəqiqədən şübhəli şəxs qismində tutulmuş, “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 06 avqust 2025-ci il tarixli qərar əsasında azad edilmişdir.

60. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır.

61. Məhkəmə, CPM-in 353.4.5-ci maddəsinə əsasən, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 18 noyabr 2025-ci il tarixdən hesablanmalıdır.

62. Məhkəmə hökmün 21-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə təyin edilməli və onun, Sumqayıt şəhəri narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır.

63. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

64. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Şamaxı RPŞ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 5,728 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir.

65. CPM-yə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

66. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

67. İş üzrə mülki iddia verilməmişdir.

68. CPM-in 347.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

69. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

70. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 1(003)-246/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 8 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, 05 avqust 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin, cəzasının əvvəli 18 noyabr 2025-ci il tarixdən hesablansın. Onun Bakı şəhər Probasiya idarəsində qeydiyyatda olması nəzərə alınsın. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Sumqayıt şəhəri narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 60 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 5,728 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 saat hüquqi yardıma görə 132 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar