Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-67/2023 15.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Şamaxı rayonu, Böyük Xınıslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə saat 20 radələrində Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin üst hissəsinə yumruqla vuraraq ona sağ sol gözün üst qapağının yarası, hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və qohumu olmaqla, onunla münasibəti normal olmuş, aralarında əvvəllər dava-dalaş və mübahisə, münaqişə olmamışdır. Zərərçəkmiş şəxs onun rəhmətlik bibisinin həyat yoldaşı olmuş, təxminən dəqiq xatırlmadığı 1-2 ay bundan əvvəl küçə ilə avtomobili idarə edib keçən zaman Zərərçəkmiş şəxs anası Fatma Məmmədova ona baxarkən ondan nəyisə istədiyini soruşduqda, sonuncu ona heç nə istəmədiyini demiş, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Tərlanın toyaxşamı məclisində olan zaman qohumu Zərərçəkmiş şəxs toyaxşamında olmuş, sonra toydan çıxıb evlərinə gedən zaman Zərərçəkmiş şəxs evlərinin yaxınlığında ona anasına niyə söz deməyini irad bildirərək kişiliyinin çatmamasını və niyə onunla söhbət etməyə getmədiyini demiş, bu zəmində Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, həmin vaxt o, qohumu Zərərçəkmiş şəxs onun yanından ayrılıb evinə çıxıb getməsini desə də, sonuncu çıxıb getmədiyindən əsəbləşib Zərərçəkmiş şəxs bir dəfə sifət nahiyəsinə yumruqla vurmuş, sonra isə evlərinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu vurmamış, xəsarəti olmadığından məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Baş vermiş hadisə təxminən 2-3 (iki üç) dəqiqə davam etmiş, həmin vaxt həmkəndlisi Şahid Şıxali oğlunun onların yanında olmuş, ətrafda və yaxınlıqda heç bir şəxs olmamışdır. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə münasibəti normal olmuş, aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. Təxminən 1 (bir) ay bundan əvvəl qohumu Təqsirləndirilən şəxs onların evinin yanından keçərkən onun anasından niyə ona baxdığını soruşmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Tərlanın toy axşamı məclisində olan zaman qohumu Təqsirləndirilən şəxs həmin məclisdə olmuş, sonra məclisdən çıxıb evə gedən zaman evlərinin yaxınlığında qohumu Təqsirləndirilən şəxs yaxınlaşaraq anası Fatma Məmmədovaya niyə elə sözlər deməsini soruşmuş, cavabında Təqsirləndirilən şəxs qəflətən ona yaxınlaşıb yumruqla sol göz nahiyəsinin üst hissəsinə bir dəfə vurmuş, həmin vaxt həmkəndlisi Şahid Şıxali oğlu da onların yanında olmuşdur. Təqsirləndirilən şəxs evlərinə getdikdən sonra həmkəndlisi Şahid evlərinə getmiş, evə gəldikdən sonra isə sol göz nahiyəsinin üst hissəsindən qan axmağa başlamış, sonra əsəbləşib bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat, sonra isə rayon polis şöbəsinə ərizə ilə müracət etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş hadisə təxminən 1- 2 (bir-iki) dəqiqə davam etmiş, həmin vaxt həmkəndlisi Şahid Şıxali oğlu onların yanında olmuş, ətrafda və yaxınlıqda heç bir şəxsin olmamış, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlər etməmiş və onu vurmamışdır. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndlisi və qohumu olmaqla onlarla münasibəti həmişə yaxşı olmuşdur. Aralarında dava-dalaş və mübahisə, münaqişə olmamış, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Tərlanın toy axşamı məclisində iştirak edib həmkəndlisi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə küçə ilə evlərinə gedən vaxt Zərərçəkmiş şəxs evlərinin yaxınlığında sonuncu Təqsirləndirilən şəxs onun anasına sən niyə avtomabilə baxırsan sözlərini deməsinə irad bildirmiş, Təqsirləndirilən şəxs ona anasının nə isə demək istədiyini başa düşməsini və bu səbəbdəndə anasından bunu soruşmasını dedikdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs sol göz nahiyəsinin üst hissəsinə yumruqla vurmuş və heç bir söz demədən çıxıb evlərinə getmişdir. Sonra həmkəndlisi Zərərçəkmiş şəxs evlərinə getmiş, yolda Zərərçəkmiş şəxs alın nahiyəsindən qan axdığını görmüş, baş vermiş hadisənin zamanı orada ondan başqa kənar şəxs olmamış, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MТЕ-nin xx.xx.2023-cü il tarixli, 194 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sol gözün üst qapağının yarası, hematoması küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetrilməsinin mümkün olması, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12 iyul 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-67/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-67/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver