Məhkəmə qərarları › İş №1(074)-67/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-67/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-67/2024 11.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Şamaxı rayon Muğanlı Bələdiyyəsinin sədri Nümayəndə, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 29 mart 1987-ci ildə Şamaxı rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu, Şirvan kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Yeni Muğanlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları xeyli miqdarda ziyan vurmaqla qanunsuz olaraq kəsmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şamaxı rayonu Muğanlı kənd bələdiyyəsinin ”Mustafalı” adlanan ərazisində yerləşən meşə fonduna daxil olmayan kollu örüş sahəsindən vahid niyyətlə əhatə olunan qəsdlə hər birinin qiyməti 100 (yüz) manat olmaqla diametri 06 (altı) sm olan 04 (dörd) ədəd, hər birinin qiyməti 100 (yüz) manat olmaqla diametri 08 (səkkiz) sm olan 10 (on) ədəd palıd ağacını, hər birinin qiyməti 100 (yüz) manat olmaqla diametri 06 (altı) sm olan 01 (bir) ədəd, hər birinin qiyməti 120 (yüz iyirmi) manat olmaqla diametri 10 (on) sm olan 03 (üç) ədəd qarağac ağacını, yəni ümumilikdə 18 (on səkkiz) ədəd ağacı qanunsuz olaraq kəsib cinayətdən xəbərsiz olan qohumu Şahid5 məxsus **-BD-*** dövlət qeydiyyat nişanlı “VAZ2121 markalı avtomobillə yaşadığı evə daşımaqla Muğanlı bələdiyyəsinə 1860 (min səkkiz yüz altmış) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, qış aylarında kənddə hava soyuq olduğundan, həmçinin kənddə qazlar tez-tez kəsildiyindən, o, 2023-cü ilin noyabr ayında meşədən ağac kəsib evinə gətirmək qərarına gəlmişdir. Çünki o, kənddə heyvan saxlamış və anası demək olar ki hər gün odundan istifadə edib süd bişirmişdir. Kənddə həmçinin qazlar zəif yandığından həmin odunları qazın üstünə qoyurlar ki, peç isti olsun. Buna görə də 24 noyabr 2023-cü il tarixdə səhər saatlarında tanışı Vidadi adlı şəxsə yaxınlaşıb, dəyirmana dən aparacağını deyib, şəxsi işiylə bağlı sonuncuya məxsus olan hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “Vaz Niva” markalı avtomobilini ona verməsini xahiş etmiş, Vidadi adlı şəxs xahişini yerə salmayıb avtomobilini idarə etmək üçün ona vermiş, o, avtomobili idarə edərək ünvan 1 ünvana gedib baltanı götürmüş və həmin tarixdə təxminən saat 10-11 radələrində avtomobili idarə edərək Şamaxı rayonu Muğanlı kənd bələdiyyəsinin Şamaxı rayonu, Muğanlı kəndi ərazisindəki ”Mustafalı” adlanan ərazisində yerləşən meşə ərazisinə getmişdir. Həmin ərazidə olarkən diametri 06 (altı) sm olan 04 (dörd) ədəd, diametri 08 (səkkiz) sm olan 10 (on) ədəd palıd ağaclarını, diametri 06 (altı) sm olan 01 (bir) ədəd və diametri 10 (on) sm olan 03 (üç) ədəd qarağac ağaclarını tək başına təxminən 40-50 dəqiqə ərzində kəsib Vidadinin avtomobilinə yükləyərək hadisə yerindən uzaqlaşaraq yaşadığı evə aparıb həyətə yığıb yandırmağa başlamışdır. Həmin ağacların hamısını yandırdıqları üçün həmin ağaclardan heçnəqalmamışdır. Buna görə də, həmin ağacları təqdim edə bilməyəcəkdir. Həmin ərazinin sahibi və meşəbəyisi olmadığından o, kimdənsə razılıq almamışdır. O, heç kimlə razılaşmamış, həmin ağacları tək başına kəsmişdir. Ağacları kəsməsi ilə bağlı yaxınlarının və ailə üzvlərinin məlumatı olmamışdır. Hal-hazırda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədir, həmin mobil nömrə X1 adınadır, lakin həmin şəxsin kim olmasından məlumatı yoxdur. Son olaraq təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı qismən ödəyərək, ziyanın ödənilməsi ilə əlaqədar razılığa gəldiklərini qeyd edib, məhkəmədən ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Şamaxı rayon Muğanlı Bələdiyyəsinin sədrinümayəndəsi Nümayəndə ifadə verib göstərdi ki, 18 mart 2020-ci il tarixdən Şamaxı rayon Muğanlı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Muğanlı kəndinin müəyyən qismi müxtəlif ağacların yetişdiyi ərazidir. Qış fəslinin gəlişi ilə əlaqədar olaraq ağac kəsimlərinin baş verəcəyini nəzərə alaraq qabaqlayıcı tədbir görülməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət etmişdir. Müraciətdən sonra hər gün müxtəlif saatlarda ağacların olduğu ərazilərə nəzarət etməyə başlamış, 24 noyabr 2023-cü il tarixdə saat 11:40 radələrində Muğanlı kəndi ərazisində yerləşən “Mustafalı”deyilən ərazidə ətrafa nəzarət edərkən ağac kəsilməsini eşitmiş və dərhal səs gələn istiqamətə getmiş, həmin əraziyə çatdıqda bir nəfər üzünü görmədiyi şəxsin dövlət qeydiyyat nişanı üzərində olmayan, içərisində odun olan ağ rəngli niva markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb, Muğanlı dairəsi istiqamətinə getdiyini görmüş, ara məsafəsi çox olduğundan o, həmin avtomobilə çata bilməmiş və dərhal ətrafa baxıb 14 ədəd palıd, 4 ədəd qarağac cinsindən olmaqla ümumilikdə 18 ədəd yaş ağacın kök boğazından kəsilməsini müəyyən edib, bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçisi Şahid1 zəng edərək məlumat vermişdir. Məlumat əsasında həmin idarənin işçiləri hadisə yerinə gəlib akt tərtib etmişlər. Araşdırma nəticəsində Muğanlı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi nəticəsində 1860 manat ziyan dəyməsi müəyyən edilmişdir. Ekologiya idarəsinin əməkdaşları hadisə yerinə gəldikdən sonra ağacların kəsilməsi nəticəsində vurulmuş ziyanın hesablanması qaydasını ona demələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və öyrənilməsi qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli 421 saylı qərarı ilə aparıldığınıbildirmişdirlər. Baxış zamanı Muğanlı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi nəticəsində bələdiyyəyə 1860 manat ziyan dəyməsi müəyyən edilmiş, lakin dəqiq qiymət təyin edilmiş ekspertizanın verdiyi cavab zamanı bilinəcəkdir. 24 noyabr 2023-cü il tarixdə kəsilmişdir. Həmin ağacların kim və ya kimlər tərəfindən kəsilməsi barədə hər hansı şəxsdən şübhələnmir. Nümayəndə əlavə olaraq ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü il tarixdə saat 11:40 radələrində Şamaxı rayonu, Muğanlı kəndində yerləşən “Mustafalı” deyilən ərazidə ağacların kəsilməsi zamanı hadisə yerində SSRİ dövründə istehsal edilmiş el arasında “Sovet nivası”adlandırılan, ağ rəngli dövlət qeydiyyat nişanını görmədiyim avtomobil var idi, həmin vaxt həmin avtomobilə bir nəfər minib uzaqlaşmış, lakin həmin şəxsi görə bilmədiyi üçün əlamətləri barədə heç bir fikri yoxdur. Qeyd etdiyi formada Muğanlı kəndi ərazisində kiminsə avtomobil idarə etməsindən tam məlumatı yoxdur. Digər buraxılış illərindən olan el arasında “dubaynivası”adlandırılan “NİVA” markalı avtomobillər Muğanlı kəndi ərazisində sürülsə də, sovet nivası kimi adlandığılan ağ rəngli “Niva” markalı avtomobilin hansı kənd sakinin istifadəsində olması barədə məlumatı yoxdur. Çünki kənd ərazisində həmin növ avtomobillər demək olarki istifadə edilmir. Son olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Muğanlı bələdiyyəsinə vurulmuş 1860 manat ziyandan 300 manatının ödənildiyini, qalan ziyanın hissə-hissə hər ay ödənilməsinə təqsirləndirilən şəxslə razılığa gəldiklərini, barışdıqlarını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 6 saylı RETSİ-də 1997-ci ildən işləyir. Tutduğu vəzifədə isə 2019-cu ildən işləyir. Qeyd etmişdir ki, Şamaxı rayonu Muğanlı kənd bələdiyyəsinin müraciəti əsasında xx.xx.2023-cü il tarixində əməkdaşlar ilə birlikdə “Mustafalı”adlanan meşəlik əraziyə baxış keçirtməyə başlamışdırlar. Onlar həmin əraziyə baxış keçirdən zaman müəyyən etmişdirlər ki, otlaq sahəsi olan ərazidən hər hansısa bir şəxs tərəfindən yol açılıb və meşənin giriş hissəsindən başlayaraq ağacların kəsildiyini müəyyən etmişdirlər. Şamaxı rayon Muğanlı kənd bələdiyyəsinin ərazisində yerləşən meşəlik olan sahəyə baxış keçirilən zaman hər birinin dəyəri 100 manat olmaqla diametri 06 sm olan 04 ədəd palıd ağacı, hər birinin dəyəri 100 manat olmaqla diametri 08 sm olan 10 ədəd palıd ağacı, dəyəri 100 manat olmaqla diametri 06 sm olan 01 ədəd qarağac ağacı, hər birinin dəyəri 120 manat olmaqla diametri 10 sm olan 03 ədəd qarağac ağacının kəsildiyi və ümumilikdə 1860 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bununla bağlı tərəflərindən akt tərtib edilmişdir. Həmin ağaclıq olan ərazi bələdiyyə ərazisidir. Muğanlı kəndindən çay istiqamətinə düşdükcə isə meşənin balansında olan ərazi ilə həmin ərazi yanaşıdır. Onlar sadəcə olaraq ümumilikdə bələdiyyə ərazisində tam olaraq nə qədər ağac kəsilmişdirsə həmin əraziyə baxış keçirtmişdirlər. Onların kəsilməsini müəyyən etdikləri ağaclar təxminən 1-2 saat ərzində kəsib aparmaq mümkündür. Çünki kəsilən ağaclar iri həcmli ağaclar olmamışdır. Onlara həmin vaxtı müəyyən olunmuşdur ki, 24 noyabr 2024-cü il tarixdə kəsilmişdir. Həmin ağacların kim və ya kimlər tərəfindən kəsilməsi barədə hər hansı şəxsdən şübhələnmir. Ağacların kəsilməsi nəticəsində vurulmuş ziyanın hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və öyrənilməsi qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli 421 saylı qərarı ilə aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmişŞahid5 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, həmin şəxs qohumu və yaxın dostudur. Rəsmi olaraq ona məxsus “VAZ2121 markalı”ağ rəngli 1992-ci ilin istehsalı olan el arasında sovet nivası kimi adlanan **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 24 noyabr 2023-cü il tarixdə təxminən saat 9 radələrində qaraşım Şahid3 ərzaq almaq üçün Şamaxı rayonu, Muğanlı kəndində gedəcəyini, buna görə də həmin avtomobili verməsini ondan xahiş etmişdir. O, etiraz etməyib avtomobili qardaşı Vidadiyə vermişdir. Həmin tarixdə təxminən saat 12-13 radələrində Vidadi avtomobili qaytarmışdır. Ona məxsus olan “VAZ2121 markalı”**-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün qardaşı Şahid3 ilə Təqsirləndirilən şəxs etibarnamələri yoxdur. Lakin buna baxmayaraq mənim Vidadi və Qubat barədə heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid3 və Şahid4 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır həmin şəxs qohumu və yaxın dostudur. Qardaşı Şahid5 məxsus “VAZ2121 markalı” ağ rəngli 1992-ci ilin istehsalı olan el arasında sovet nivası kimi adlanan **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 24 noyabr 2023-cü il tarixdə təxminən saat 9 radələrində ərzaq almaq məqsədilə qardaşı Adildən sonuncuya məxsus olan yuxarıda qeyd etdiyi avtomobili götürüb idarə edərək Şamaxı rayonu, Muğanlı kəndinə getmişdir. Həmin vaxt Qubatla qarşılaşmış, Qubat dəyirmana buğda aparacağını deyib, işi yoxdusa idarə etdiyi avtomobili bir neçə saatlıq üçün verməsini xahiş etmişdir. O, Qubatın xahişini yerə salmayıb avtomobili Qubata verib, özü isə yaxılnlığdakı çayxanaya getmişdir. Təxminən saat 12-13 radələrində Qubat olduğu yerə gəlib avtomobili ona geri qaytarmış, o, avtomobili idarə edib Kalva kəndində getmiş və avtomobili qardaşı Adilə qaytarmışdır. Qardaşı Şahid5 məxsus olan “VAZ2121 markalı” **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Lakin sürücülük vəsiqəsi vardır. Həmçinin Qubata həmin avtomobili idarə etmıək üçün verərkən bu barədə sonuncuya rəsmi etibarnamə verməmişdir. Yəni Qubat həmin tarixdə qeyd etdiyi avtomobili etibarnamə olmadan idarə etmişdir. Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onlar uzun müddətdir ki heyvandarlıqla məşquldurlar və o, evdə olan zaman saxladığı heyvanların südünü və həmin süddən hazırladığım qatığı satıram. Yeni Muğanlı kəndində yaşadığımdan demək olarki oktyabr ayının əvvəllərindən etibarən biz odundan istifadə ediriy. Odundan istifadə etməkdə məqsədimiz qazın tez-tez kəsilməsi və yaxudda qazların zəif gəlməsidir. Həmçinin qaz zəif olduğu zaman o, qazın üzərinə odun qoyur ki yeməyini bişirsin, həmçinin evi qızdırdın. Təqsirləndirilən şəxs bu məqsədlə 24 noyabr 2023-cü il tarixdə evə odun gətirmişdir. Onlar həmin odunları haradan gətirməsini soruşduqda o, onlara bu barədə heç bir məlumat verməmişdir. Oğlu Təqsirləndirilən şəxs Şamaxı rayonu Muğanlı kəndindəki “Mustafalı” adlanan ərazisində yerləşən meşə ərazisindən ağacları kəsməyindən hər hansısa bir məlumatı olmamışdır. Qubatın tam olaraq ümumilikdə yaşadıqları evə odun gətirməsini dəqiq xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 may 2024-cü il tarixli qərardan görünür ki, HK-1-426/2024 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Materialın cinayət işinə birləşdirilməsi haqqınada” 30 may 2024-cü il ttarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nümayəndə Şamaxı RPŞ-nə Şamaxı rayon prokurorluğu tərəfindən daxil olmuş eyni məzmunlu müraciəti əsasında toplanmış materiallar ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə iş üzrə ibtidai istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan G-HM/4523-019 saylı məktubda göstərilmişdir ki, Şamaxı rayon Muğanlı bələdiyyəsi Nümayəndə tərəfindən İdarəyə daxil olmuş xx.xx.2023-cü il tarixli bələdiyyə ərazisində qanunsuz olaraq ağac kəsilməsi və kömür basmasının qoyulması barədə müraciət bələdiyyə sədrinin iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı Şamaxı rayonu Muğanlı bələdiyyəsinin "Mustafalı" deyilən ərazisində qanunsuz olaraq ağacların balta və motorlu mişar vasitəsilə kəsilərək oduncaq hissələrinin aparıldığı faktı aşkar edilmişdir. Baxış zamanı ərazidə palıd və qarağac cinslərinə aid olan müxtəlif cinsli ümumülükdə 18(on səkkiz) ədəd ağacın kəsildiyi müəyyən edilmişdir. Aşkar olunmuş faktla bağlı bələdiyyə sədri Nümayəndə yazılı izahat verərək xx.xx.2023-cü il tarixdə bələdiyyə ərazisində müşahidə apararkən saat 11:47 radələrində üzərində dövlət nömrə nişanı olmayan "Niva" markalı ağ rəngli içərisində odun olan nəqliyyat vasitəsinin asfalt yola çıxaraq, Muğanlı kəndi istiqamətidə hərəkət etdiyini bildirmişdir. Müraciətdə qeyd edilən "kömür qoyulması" ilə bağlı reyd keçirilmiş və fakt qeydə alınmamışdır. Faktla bağlı İdarənin əməkdaşları tərəfindən 27 noyabr 2023- cü il tarixli 81274 saylı akt tərtib edilərək təbiətə 1860,00 (min səkkiz yüz altmış) manat ziyan dəydiyi hesablanmışdır. Araşdırma müddətində qeyd olunan ağacların kim və ya kimlər tərəfindən kəsildiyini müəyyən etmək mümkün olmamışdır». “Cinayət işinin digər cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə istintaq edilən 24086002 nömrəli cinayət işi ilə icraatda olan Azərbaycan Respublikası CM-nin 259.1ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birlləşdirilmiş, ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir. “Cinayət işinin başlanması barədə” 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məlumatı əsasında ,Şamaxı rayon Polis Şöbəsinin təhqiqat bölməsində toplanmış HK-1/1484/23 saylı ilkin yoxlama materialı üzrə faktla bağlı Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 noyabr 2023-cü il tarixli, 81274 saylı aktda göstərilmişdir ki, Şamaxı rayon Muğanlı bələdiyyəsinin ərazisində yerləşən “Mustafalı” deyilən yerə baxış keçirilən zaman hər birinin dəyəri 100 manat olmaqla diametri 6 sm olan 04 ədəd palıd ağacı, hər birinin dəyəri 100 manat olmaqla diametri 8 sm olan 10 ədəd palıd ağacı, hər birinin dəyəri 100 manat olmaqla diametri 6 sm olan 1 ədəd qarağac ağacı, hər birinin dəyəri 120 manat olmaqla diametri 10 sm olan 3 ədəd qarağac ağacı – ümumilikdə 18 ədəd ağac olmaqla cəmi 1860 manat dəyərində ağacların qanunsuz kəsilməsi aşkar edilmişdir. “Baxış keçirilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə 6 saylı RETSİ-nin baş məsləhətçi müfəttişi Şahid1 iştirakı ilə Şamaxı rayon Muğanlı bələdiyəsi ərazisində ağacların kəsildiyi yerə baxış keçirilmiş, baxış zamanı Şamaxı rayon Muğanlı bələdiyyəsinin ərazisində yerləşən “Mustafalı” deyilən ərazidə diametri 6 sm olan 04 ədəd palıd ağacı, diametri 8 sm olan 10 ədəd palıd ağacı, diametri 6 sm olan 1 ədəd qarağac ağacı, diametri 10 sm olan 3 ədəd qarağac ağacı – ümumilikdə 18 ədəd ağac kəsildiyi müəyyən olunmuşdur. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bu barədə foto görüntü çəkilərək protokol tərtib edilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şamaxı rayon Muğanlı Bələdiyyəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmış, nümayəndəsi dəvət edilməklə hüquq və vəzifələri izah edilmişdir. Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 08 fevral 2024-cü il tarixli 24-38 saylı arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən Mustafalı adlanan ərazidən qanunsuz olaraq ağacların kəsildiyi ərazi Muğanlı Bələdiyyəsinin mülkiyyətinə daxildir və təyinatına görə kollu örüş sahəsidir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar olaraq ********* nömrəli cinayət işi üzrə icraat əzələnmiş və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. Şamaxı rayon Prokuroluğunun 26 fevral 2024-cü il tarixli yazılı göstərişindən görünür ki, ********* nömrəli cinayət işi üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılması və qısa müddət ərzində təsviri hissədə qeyd olunan göstərişlərin icra olunması barədə göstəriş verilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar olaraq ********* nömrəli cinayət işi üzrə icraat əzələnmiş və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(074)-30/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MYS-dən azad edilməsi haqqında” 15 may 2024-cü il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Baza stansiyaları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən Şamaxı rayon polis şöbəsinə xx.xx.2024-cü il tarixli 20/1- 1708m nömrəli məktubla göndərilmiş 1 ədəd kompakt diski “HP” markalı kompüterə daxil edib əlavə baxış keçirilmiş, baxış zamanı, diskdə bir ədəd faylın olması müəyyən edilmişdir. Həmin fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan «+**********20» saylı mobil telefon nömrəsi hadisənin baş verdiyi tarixdə yəni xx.xx.2024-cü il tarixdə saat 14:27 radələrində Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən ”Mustafalı” adlanan ərazidə istifadə edilmişdir. Bu barədə protokol tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. “Təqdim edilmiş sənədə baxış keçirilməsi haqqında” 20 may 2024-cü il traixli protokoldan görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən daxil olmuş izləmə məlumatları barədə elektron nəzarət sistemindən çıxarışlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdə saat 11:15-dən 12:00 ərzində Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən ”Mustafalı” adlanan ərazidə olmuş, 25, 26 mart 2024-cü il tarixlərdə isə Təqsirləndirilən şəxs ”Fındıqlıq” adlanan ərazidə ağacların kəsildiyi yerdə olmamış, Şamaxı rayonu, Muğanlı, Qurdtəpə, Yeni Muğanlı kəndləri ərazilərində olmuşdur. Bu barədə protokol tərtib edilmişdir. X3 22 may 2024-cü il tarixli, 78 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi 27 noyabr 2023-cü il tarixli, 81274 saylı Aktın məlumatlarını nəzərə alaraq, diametri 06 sm olan 04 ədəd palıd ağacının hər birinin 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti 100,00 manat olmaqla ümumi dəyəri 400,00 manat, diametri 08 sm olan 10 ədəd palıd ağacının hər birinin qiyməti 100,00 manat olmaqla ümumi dəyəri 1000,00 manat, diametri 06 sm olan 01 ədəd qarağac ağacının qiyməti 100,00 manat, diametri 10 sm olan 03 ədəd qarağac ağacının hər birinin qiyməti 120,00 manat olmaqla ümumi dəyəri 360,00 manat təşkil etməklə, həmin ağacların ümumilikdə orta bazar qiyməti ilə dəyəri 1860,00 (min səkkiz yüz altmış) manat məbləğində müəyyən edilir. Şamaxı RİHB-nın Günəşli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 iyun 2024-cü il tarixli 5-75-27/2-50/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Şirvan kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Şamaxı rayonunun Muğanlı kəndində yaşayır. Şamaxı RİHB-nın Muğanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 iyun 2024-cü il tarixli 5-75-44/2-97/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şamaxı rayonu, Muğanlı kəndində yaşayır. Ailə tərkibi arvadı - xx.xx.1992-ci il təvəllüdülü X6, oğlu - xx.xx.2010-cu il təvəllüdlü X12, oğlu - xx.xx.2012-ci il təvəllüdlü X8, qızı - xx.xx.2016-cı il təvəllüdlü X4 ibarətdir. Şamaxı RİHB-nın Muğanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 17 iyun 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində Şamaxı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.2-ci maddəsinə əsasən həmin cinayət işinə xitam verilmiş, Qubad Soltanov xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Şamaxı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CPM-nin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən həmin cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş, həmçinin Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş, həmin cinayət əməlinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 309/5 saylı məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(074)- 30/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Məhkum Təqsirləndirilən şəxs hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 4 ay 18 gün gününü çəkmişdir. Cəzasının çəkilməmiş hissəsi 1 il 4 ay 8 gün təşkil edir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Əli, xx.xx.2012-ci il təvəllüdlü Nihat və xx.xx.2016cı il təvəllüdlü Mələk adlı uşaqları vardır. Zərərçəkmiş şəxs Şamaxı rayon Muğanlı Bələdiyyəsinin sədri Nümayəndə tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Muğanlı bələdiyyəsinə vurulmuş 1860 manat ziyandan 300 manatını ödəmiş, qalan ziyanı hissəhissə hər ay ödənilməsinə razılığa gəlmişlər, barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 müharibəsində iştirak edərək, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələri və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş hüquqi şəxslə razılığa gəlməsini, barışmasını, onlara dəymiş ziyanı qismən ödəməsini, himayəsində 3 azyaşlı uşağının olmasını və qardaşının Vətən Müharibəsində iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə təqsirləndirilən şəxsin əvvəl də qəsdən cinayət törətməyə görə bir dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 1(074)- 30/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 8 (səkkiz) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli hökmün elan olunduğu andan, yəni 11 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 1(074)-30/2023 nömrəli, 14 iyun 2023cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 8 (səkkiz) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli hökmün elan olunduğu andan, yəni 11 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar