Məhkəmə qərarları › İş №1(074)-68/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-68/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-68/2022 27.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1990-cı ildə Şamaxı rayonu Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində daşımış, 29 mart 2022-ci il tarixdə saat 12:50 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 13:42 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində baxış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində “Sabina” sözləri yazılmış, göy rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,094 (sıfır tam mində doxsan dörd) qram, 0,033 (sıfır tam mində otuz üç) qram, 0,250 (sıfır tam mində iki yüz əlli) qram, 0,066 (sıfır tam mində altmış altı) qram, 0,025 (sıfır tam mində iyirmi beş) qram, 0,008 (sıfır tam mində səkkiz) qram, 0,325 (sıfır tam mində üç yüz iyirmi beş) qram olmaqla jəmi 07 (yeddi) ədəd bükümdə və çəkisi 0,002 (sıfır tam mində iki) qram olan bir ədəd 01 milliqram həcmli şprisdə olmaqla ümumilikdə, cəmi təmiz çəkisi 0,803 (sıfır tam mində səkkiz yüz üç) qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 26 mart 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində siqaret almaq məqsədilə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evindən çıxıb, yaşadığı qəsəbədə yerləşən marketə gedərkən yerdə siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm görmüş, həmin kağız büküm formasında olduğu üçün marağına səbəb olmuş, buna görə bükümü götürmüş və içərisini açıb baxdıqda bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin və üç ədəd qurudulmuş marixuananın toxumunun olmasını görmüşdür. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin istifadə etdiyi üçün, həmin kütlənin heroin olduğunu bilmiş və istifadə etmək məqsədilə bükümü götürüb, tünd göy rəngli cins şalvarın sol yan cibinə qoyub, marketdən siqaret alib evə qayıtmış, evdə olarkən bir ədəd bükümdəki narkotik vasitə olan heroini 10 hissəyə bölüb, kağıza, selofana, siqaretin müxtəlif rəngli kağızlarına büküb, kibrit qutusuna qoymuş, həmin vaxt üç ədəd qurudulmuş marixuananın toxumunuda siqaretin gümüşü rəngli kağızına büküb, kibrit kağızına qoymuşdur. Geridə qalan az hissəni isə istifadə etmək üçün gərirmiş, 1 qramlıq insulin iynəsinə çəkmiş, iynədəki maye halına gətirdiyi narkotik vasitə olan heroinin bir hissəsini sağ qoluna vurmuş, qalan hissəsini isə daha sonra istifadə etmək üçün iynənin içərisində saxlamış. Heroini əritdiyi qaşığın içərisində qalan mayeni isə dağılmaması üçün pambıqla yığmış və maye heroinlə islənmiş pambığı siqaretin selofanına büküb, həmin bükümüdə kibirt qutusuna qoymuşdur. Daha sona kibrit qutusu ilə bir ədəd insulin iynəsini üzərində “Sabina" sözləri yazılmış göy rəngli salafana qoymuşdur. Həmin vaxtdan üzərimdə aşkarlanan vaxta kimi içərisində 12 büküm olan bir ədəd kibrit qutusu və bir ədəd insulin iynəsi olan salafanı üzərində gəzdirmişdir. 29 mart 2022-ci il tarixdə, təxminən saat 12:50 radələrində siqaret çəkmək üçün küçəyə çıxmış, həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi göy rəngli selofanın içərisində bir ədəd kibrit qutusu və içərisində maye halına saldığı heroin olan 1 qramlıq insulin iynəsi aşkar olunmuşdur. Polis əməkdaşları həmin bir ədəd üzərində gərgədan şəkili olan kibrit qutusunu açdıqda qutunun içərisindən 12 ədəd büküm aşkar edilmişdir. Həmin aşkar edilmiş 12 ədəd bükümdən 10 ədədinin içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin, 01 ədəd bükümdə qurudulmuş marixuananın 03 ədəd toxumu aşkar edilmişdir. Digər 01 ǝdəd bükümdən isə isladılmış, qəhvəyi rəngli pampıq aşkar edilmişdir. Baxış zamanı iştirakçılara həmin pambığa batırılmış, qəhvəyi rəngli maddənin heroin olduğunu bildirmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə heroin olan 11 ədəd büküm və 01 ədəd 1 qramlıq içərisində maye halında narkotik vasitə heroin olan insulin iynəsi və içərisində 03 ədəd qurudulmuş marixuana toxumu polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə mühürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Ondan aşkar edilmiş narkotik vasitə olan heroini gələcəkdə lazım olasa istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Bildirmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxtı məşğul olmamışdır. Eləcə də, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini kiməsə satmaq niyyəti olmamışdır. O,həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 29 mart 2022-ji il tarixdə Şamaxı RPŞ-də xidmətdə olarkən Şamaxı rayon sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuş, o, da buna görə, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə, o, bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, daha sonra şöbə rəhbərliyinin göstərişinə əsasən tərəfindən əməliyyataxtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü axşam saat 12 radələrindən başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 ilə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxtı, həmin tarixdə, saat 12:50 radələrində Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən yaşadığı evin yaxınlığında yolun kənarında şübhəli hərəkət etdiyini görüb, əməliyyat tədbirinin davamı kimi xüsusi parollardan istifadə edərək dərhal ona yaxınlaşmışlar, əvvəlcə özlərini Təqsirləndirilən şəxs təqdim edib sonra onun üzərində jinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir jinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o, da onlara heç bir müqavimət göstərməmiş və onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Bəhlul Məliklinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qimsində tutulub, daha sonra dəvət edilmiş Müdafiəçi, o, və CAB-nin əməliyyat müvəkkili X1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, baxış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuşdur, Təqsirləndirilən şəxs üzərində kakos adı ilə tanıdığı narkotik vasitə olan heroin olmasını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs üzərində istintaq hərəkəti iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən üzərində "Sabina" sözləri yazılmış, göy rəngli bir ədəd sellofan aşkar olunmuş, həmin aşkar olunmuş sellofan açılaraq içərisinə baxıldıqda sellofanın içərisindən üzərində gərgədan rəsmi olan, kiril əlifbası ilə «SPİÇKİ» sözləri yazılmış bir ədəd kibrit qutusu və bir ədəd üzərində "FOR SİNGLE USE U 100 İNSULİN" sözləri yazılmış, içərisində maye halında, qǝyvəyi rəngli kütlə olan 1 qramlıq insulin iynəsi aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kibrit qutusu açılaraq içərisinə baxıldıqda, kibrit qutusunun içərisində 12 ədəd xırda kağız büküm olması müəyyən edilmiş, həmin 12 ədəd büküm açılaraq içərisinə baxıldıqda həmin bükümlərdən 10 ədədinin içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə, digər 01 ədəd bükümün içərisində üç ədəd toxum, digər bir ədəd bükümün içərisində isə pambıqa isladılmış, sulu vəziyyətdə olan tünd qəhvəyi rəngli, spesifik iyə malik rəngli kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş, 10 ədəd bükümün içərisindəki kütlə, digər 01 ədəd bükümdəki maye halındakı pambıqa tökülmüş kütlə və 01 ədəd 1 qramlıq insulin iynəsi ilə həmin iynənin içərisindəki qəhvəyi rəngli maye halındakı kütlə narkotik vasitə olan heroin, digər 01 ədəd bükümdəki 03 ədəd toxum isə qurudulmuş marixuananın toxumudur, ona məxsusdur və özü istifadə etmək üçün üzərində saxlayıb. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilsə də qanunla qadağan edilmiş başqa digər əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunanlar zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar Şamaxı rayonu Şəhriyar qəsəbəsində evinin yaxınlığında saxlayıb Şamaxı RPŞ-nə gətirib orada üzərində baxış keçirilən zaman, Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitə heroin olan bükümləri və marixuana toxumlarını birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yolun kənarından tapmışdır, heroini özü bükümlərə ayırmışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitə olan heroin bükümlərini və marixuana toxumlarını onun saxlaması və tapması ilə bağlı hər hansı bir digər şəxs və ya şəxslərin məlumatlarının olması ilə bağlı heç bir fakt aşkar edilməmişdir.Təqsirləndirilən şəxs narkotik təbitəli çətənə bitkisi əkməsi ilə bağlı onlara heç bir məlumat daxil olmamış və bununla bağlı heç bir məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə onlar əməliyyat tədbiri quraraq Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində saxlamışlar, həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitə olan heroini və narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını onun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin, psixotrop maddələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə birlikdə narkotik vasitəni istifadə etmək üçün olan insulin şüşəsi və üç bükümün içərisində xırda pambıq hissəsi də onun üzərində narkotiklə birlikdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və satışı məqsədilə əldə edilməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir və bununla bağlı fakt daxil olmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs özü bildirmişdir ki, o, həmin narkotik vasitə olan heroini az-az miqdarda özü istifadə etməsi üçün bükümlərə bölmüşdür, həmin narkotik vasitədən istifadə etmək üçün insulin şüşəsini həmin bükümlərin yanında saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 29 mart 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 mart 2022-ci il tarixdə tərtib edilmiş baxış və götürmə haqqında protokoldan və diskdən görünür ki, 29 mart 2022-ci il tarixdə saat 13:42-dən başlayaraq Şamaxı RPŞ-də xidməti otaqda videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş və baxış zamanı onun əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzırində “Sabina” sözləri yazılmış, göy rəngli selofan büküm aşkar edilməklə, həmin büküm açıldıqda içərisində saxladığı 11 ədəd xırda bükümlərdə narkotik vasitə olan heroinə oxşar maddələr və bir ədəd bükümdə narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları aşkar edilmiş, həmin bükümlər bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Həmin vaxt X5 bildirmişdir ki, üzərindən aşkar olunub götürülmüş 10 ədəd büküm ün içərisindəki kütlə, digər 1 ədəd bükümdəki maye halındakı pambığa tökülmüş kütlə və 1 ədəd 1 qramlıq insulin iynəsi ilə həmin iynənin içərisindəki qəhvəyi rəngli maye halındakı kütlə narkotik vasitə olan heroin, digər 1 ədəd bükümdəki 3 ədəd toxum isə qurudulmuş marixuananın toxumudur, ona məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2022-ci il tarixli “6/1692” nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №73" dairəvi möhür əksi olan "Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən..." sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kibrit qutusunda yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,094 qram, 0,033 qram, 0,250 gram, 0,066 qram, 0,025 qram, 0,008 qram, 0,325 qram ümumi təmiz çəkisi 0,801 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Təqdim edilmiş bir ədəd 1 ml həcmli şprisdə 0,2 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi- 0,002 qramdır. Heroinin təmiz çəkisi 0,801 qram, tədqiqata sərf edildi 0,14 qram qalıq 0,787 qramdır. Heroin məhlulu 0,2 ml, tədqiqata sərf edildi 0,1 ml, qalıq 0,1 ml məhlul. Aparılmış tədqiqatın dəyəri 65,0 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2022-ci il tarixli “7/301” nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata sərf edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazılan zərfdə təmiz çəkisi bir ədəd gümüşü-ağ kağız kəsiyində ümumi çəkisi 0,06 qram bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil edildir. Aparılmış tədqiqatın dəyəri 88 manatdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 4(074)- 37/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Həbs etmənin əvvəli tutulduğu andan yəni, 29 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli 2796 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 04 may 2022-ci il tarixli 258 saylı arayışından görünür ki, Əmrali X4 rayonu Şəhriyar qəsəbəsində qeydiyyatdır, həmin qəsəbədə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, özünü qəsəbədə layiqli bir gənc kimi aparmış, keçirilən tədbirlərdə yaxından iştirak etmiş, qəsəbə sakinlərinin hörmətini qazanmışdır. Barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 29 mart 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək olan 3 ay 28 gün həbsdə olduğu müddət 7 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 153,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,787 qram heroin və 0,1 ml qram heroin məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 29 mart 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək olan 3 ay 28 gün həbsdə olduğu müddət 7 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın, onun üzərində qəti olaraq 1(bir) il 4(dörd) ay 4(dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 153,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,787 qram heroin və 0,1 ml qram heroin məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar