Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-68/2023 22.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı şəhəri, Yolkalıq massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə 25 aprel 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 faktiki sahibliyində və istifadəsində olan, ünvan 3 ünvanda yerləşən sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşib mühərriki işə salaraq idarə etməklə Şamaxı rayonu, Dəmirçi kəndi ərazisinə apararaq hərəkətdə olduğu müddətdə avtomobilin müxtəlif detallarını zədələyib sahibi Zərərçəkmiş şəxs1 220 (iki yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirmişdir. Bundan başqa, o, təkrarən talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə 02 may 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan, ünvan 4 ünvanında yerləşən sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-21011” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaq üçün pəncərəsini açıb, avtomobilə daxil olmağa çalışarkən qonşuluqda yaşayan Şahid1 tərəfindən törətdiyi əməlin aşkar olunması ilə əlaqədar bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək hadisə yerindən qaçıb uzaqlaşmaqla avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirməyə cəhd etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, adətən pulu olmayan vaxtlarda Bakı şəhəri ərazisində corab satmaqla məşğul olur. 24 aprel 2023-cü il tarixdə təxminən saat 23 radələrində Bakı şəhərində yerləşən Şamaxinka adlanan əraziyə gəlmiş və Şamaxı şəhəri, Yolkalıq massivində yerləşən evinə getmək üçün orada dayanmış Şamaxı rayonuna gedən taksilərin birinə minib Şamaxı rayonu istiqamətində yola düşmüş, 25 aprel 2023-cü il tarixdə təxminən saat 01 adələrində Şamaxı rayonuna çatmış və “Savalan” restoranına daxil olmuş, orada olarkən təxminən 3-4 bakal spirtli içki olan pivə içib, həmin tarixdə təxminən saat 3 radələrində yaşadığı evə doğru ara küçələrlə piyada getməyə başlamışdır. Şamaxı şəhəri, Q.Namazəliyev küçəsi ilə gedərkən sahibinin sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi ağ rəngli “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun yaşadığı evin qarşısında dayandığını görmüş və həmin vaxt həmin avtomobili idarə etmək qərarına gəlmiş, buna görə də avtomobilə yaxınlaşıb salonuna baxmış, avtomobilin qapısının açıq və açarının da üzərində olmasını görüb, ətrafa göz gəzdirmiş, heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin ön sol qapısını açıb əyləşmiş və avtomobili işə salıb, Şamaxı şəhəri ərazisində gəzmişdir. Daha sonra yol patrul xidməti əməkdaşlarının onu görüb, saxlayacaqlarını düşündüyü üçün avtomobili idarə edərək Şamaxı rayonu, Dəmirçi kəndi istiqamətində hərəkət etməyə başlamış, Dəmirçi kəndinə çatdıqdan sonra oradan da, İsmayıllı rayonu, Lahıc kəndinə getməyə qərar vermiş və avtomobili idarə etməyə davam edib. Lahıc kəndi istiqamətinə getməyə başlamış, bir qədər getdikdən sonra avtomobilin yanacağı bitdiyi üçün həmin avtomobili yolun kənarına sürüb, çayın içində saxlamış, həmin vaxt artıq hava aydınlaşmağa başladığından qaçırdığı “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb, yol kənarında dayanmış, lakin Şamaxı şəhəri ərazisində kameralara göründüyünü düşünüb, Şamaxı şəhərinə deyil, Lahıc kəndinə getmək qərarına gəlmişdir. Buna görə də, Lahıc kəndi istiqamətinə gedən dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “VAZ-2106” markalı avtomobilə əl etmiş, həmin avtomobilin adını bilmədiyi sürücüsü avtomobili saxlamış və onu Lahıc kəndinə, oradan isə Şamaxı-İsmayıllı avtomobil yolu ilə Lahıc kəndinə gedən avtomobil yolunun kəsişməsinə getmiş, orda avtomobildən düşdükdən sonra Bakı şəhəri istiqamətinə gedən avtomobillərə onu aparmaları üçün əl etmiş, həmin vaxt Bakı şəhəri istiqamətində gedən dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Azsamand” markalı avtomobilin adını bilmədiyi sürücüsü avtomobili dayandırıb ondan haraya getdiyini soruşmuş, həmin şəxsə Bakı şəhərinə getmək istədiyini dedikdə onu 7 manat qarşılığında Bakı şəhərinə aparmışdır. Bundan sonra 25 aprel 2023-cü il tarixdə təxminən 22 radələrində qalmağa yeri olmadığı üçün yenidən Şamaxı rayonuna qayıtmaq qərarına gəlmişdir. Buna görə də Bakı şəhərində taksiyə minib Şamaxı rayonuna qayıtmış, Şamaxı rayonunda yerləşən “Savalan” restoranına gedib spirtli içki qəbul etdikdən sonra 26 aprel 2023-cü il tarixdə təxminən saat 03 radələrində yaşadığı evə tərəf piyada getmiş, yolda gedərkən X2 məxsus “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq vəziyyətdə olduğunu görüb, içərisində pul olub-olmadığını bilmək üçün qapısını açıb avtomobilin salonuna baxmış və günlük yerində içərisində sənədlərlə birlikdə 50 manat pul olduğunu görmüş, həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün sənədləri haraya atdığını xatırlamamış və 50 manat pulu oğurladıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Bundan sonra 01 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri ərazisində yerləşən Əcəmi Naxçıvani metrosu yaxınlığında kafelərin birində spirtli içki olan pivə içmiş və daha sonra qərara gəlmişdir ki, Şamaxı şəhəri, Yolkalıq massivində yaşayan hal-hazırda küsülü olduğu anası X10 ilə barışsın, buna görə də, 02 may 2023-cü il tarixdə təxminən saat 01 radələrində taksiyə minib Şamaxı rayonuna gəlmiş, Şamaxı rayonuna çatdıqdan sonra anasının yanına getməzdən əvvəl “Savalan” restoranında təxminən beş bakal pivə içmiş və təxminən 04 radələrində anası Yegannin yaşadığı evin qarşısına getmiş, lakin anasının onunla barışmayacağını, həmçinin saatın gec olduğunu düşünüb, gecəni qalmaq üçün Şamaxı şəhəri ərazisində, rus qabristanlığı adlanan yerin yaxınlığında yaşayan xalası X5 evinə getmək qərarına gəlmiş və piyada həmin ünvana getməyə başlamışdır. Təxminən saat 05:20 radələrində Şamaxı şəhəri, Z.Əhmədbəyov küçəsi ilə piyada gedərkən sonradan Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildiyi, qırmızı rəngli, “VAZ-21011” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayanmasını görmüş, həmin vaxt avtomobili idarə etmək qərarına gəlmiş, buna görə də avtomobilə yaxınlaşıb, ön sərnişin oturacağının qapısını açmaq üçün avtomobilin şüşəsini açmağa çalışmış, həmin vaxt bir qədər kənardan kimsə qışqırıb qaqaş deyə onu çağırmış, artıq onu gördüklərini bilib oradan qaçaraq uzaqlaşmağa başlamış və Şamaxı rayon avtovağzalına gedib, Bakı şəhərinə gedən taksilərin birinə minib Bakı şəhərinə getmişdir. 03 may 2023-cü il tarixdə təxminən saat 23 radələrində Bakı şəhərində yerləşən Əcəmi Naxçıvani küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb hadisə ilə bağlı izahat vermək üçün Şamaxı rayon polis şöbəsinə dəvət etmişdirlər. Yuxarıda göstərdiyi 25, 26 aprel və 02 may 2023-cü il tarixlərində törətdiyi hadisələri təkbaşına etmiş, hadisəni törədərkən həddindən artıq sərxoş vəziyyətdə olmuş, etdiyi əmələ görə peşmandır. Yuxarıda göstərdiyi avtomobildən başqa heç bir avtomobil qaçırmamışdır. xx.xx.2023-cü il tarixdə “VAZ-21011” markalı **-BF-*** dövlət nişanlı avtomobil qaçıran zaman onunla birlikdə heç kim olmamış, həmin avtomobili qaçırmaqda ona heç kim kömək etməmiş, həmin hərəkəti edərkən tək olmuşdur. “VAZ-21011” markalı **-BF- *** dövlət nişanlı avtomobili qaçıran zaman həmin avtomobildən hər hansı əşya götürməmiş, həmin avtomobili sadəcə idarə etmək üçün qaçırmışdır. “VAZ-21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən başqa avtomobil qaçırmağa cəhd etməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyərək onunla barışdığını bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, onun və ailə üzvlərinin hər kəslə münasibətləri yaxşı olmaqla, heç kimlə ədavətləri yoxdur. Ağ rəngli, “VAZ21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili təxminən üç il öncə Şahid3 nasaz vəziyyətdə aralarında şifahi razılaşma ilə almış, Əlihöküm avtomobili rənglədikdən sonra təmir etmək üçün yaşadığı evin qarşısına aparmış, həyətə sala bilmədiyi üçün avtomobili evin qarşısında, küçədə saxlayıb, orada hissə-hissə təmir etməyə başlamışdır. Təxminən 2023-cü ilin mart ayının sonlarında avtomobilin sənədləşmə işlərini görmək üçün Əlihökümlə əlaqə saxlamış, Əlihöküm işləri olduğunu, bir-iki həftəyə avtomobilin sənədlərini qaydasına salmaq üçün görüşməyi təklif etmiş, avtomobili təmir etsə belə etibarnaməsi olmadığı üçün idarə etməmiş, həmin avtomobilin qapısı bağlanmadığı üçün mütəmadi olaraq qapısı açıq vəziyyətdə açarı isə salonda olmuşdur. 24 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində müalicə alan oğlu Ağasəmid Hüseynova baş çəkmək üçün Bakı şəhərinə getmiş, 25 aprel 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhərindən yaşadığı ünvana qayıtmış və avtomobilinin küçədə dayandığı yerdə olmadığını görmüş və evdə olan ortancıl oğlu 24 yaşlı oğlu Şahid2 yuxudan oyadıb, avtomobilin harada olduğunu soruşmuş, Xəyyam 24 aprel 2023-cü il tarixdə axşam saatlarında evə gələrkən avtomobilin küçədə olduğunu, daha sonra küçəyə çıxmadığını, buna görə də, avtomobilin kim tərəfindən aparılmasını bilmədiyini demiş, həmin vaxt artıq avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması ona məlum olmuş və avtomobili Şamaxı şəhəri ərazisində axtarmış, lakin tapa bilməyib hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər, hadisə barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Müraciətdən bir neçə gün keçdikdən sonra avtomobili Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində çay kənarında sahibsiz şəkildə tapılmış, avtomobilə baxış zamanı avtomobili bir ədəd sağ ön təkəri sıradan çıxmış, arxa paneli əzilmiş, akkumliyatorunun və surətlər qutusunun sıradan çıxmış vəziyyətdə aşkar etmişdir. Daha sonradan isə hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olmasından məlumatı olmuş və avtomobili Şamaxı rayon polis şöbəsinin duracağından aparmışdır. Əvvəllər belə bir halla rastlaşmamış, ona məxsus və ya idarə etdiyi avtomobillərdən heç biri qaçırılmamışdır. Təqsirləndirilən şəxs ona məxsus olan “VAZ21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırması nəticəsində avtomobilinin bir ədəd təkəri və akkumliyatoru sıradan çıxmış, arxa paneli əzilmiş, surətlər qutusu zədələnmişdir. Ümumiyyətlə yuxarıda göstərdiyi hissələrin təmiri və dəyişdirilməsi, həmçinin usta xərcləri ilə birlikdə ümumilikdə 285 (iki yüz səksən beş) manat xərc tələb olunmaqla, ona 285 (iki yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, onunla barışdığını və ona qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, hər kəslə münasibətləri yaxşı olmaqla, heç kimlə ədavətləri yoxdur. Qırmızı rəngli, “VAZ-21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi olaraq ona məxsusdur. Adətən həmin avtomobili yaşadığı evin qarşısında, küçədə saxlayır. 01 may 2023-cü il tarixdə təxminən saat 20 radələrində işdən çıxıb avtomobili idarə edərək yaşadığı evin qarşısında saxlayıb, avtomobildən düşərək yaşadığı evə daxil olmuş, 02 may 2023-cü il tarixdə təxminən saat 06 radələrində yatan zaman küçə qapısının döyüldüyünü eşidib, küçəyə çıxmış, həmin vaxt polis əməkdaşları ona məxsus “VAZ-21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılmasına cəhd olunması barədə Şahid1 tərəfindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verməsi ilə bağlı hadisə yerinə gəldiklərini bildirmişdirlər. O, Şahid1 hadisə ilə bağlı polisə məlumat verməsinə görə təşəkkür etmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə baxış keçirtmişlər. 06 may 2023-cü il tarixdə avtomobilini qaçırtmağa cəhd göstərən şəxsin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Əvvəllər belə bir halla rastlaşmamış, ona məxsus və ya idarə etdiyi avtomobiillərdən heç biri qaçırılmamışdır. “VAZ-21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs tərəfindən qaçırılmağa cəhd göstərilən zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, onun və ailə üzvlərinin hər kəslə münasibətləri yaxşı olmaqla, heç kimlə ədavətləri yoxdur, ağ rəngli, “VAZ21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil valideyni Zərərçəkmiş şəxs1 məxsusdur. Səid həmin avtomobili təxminən üç il öncə Şahid3 nasaz vəziyyətdə almış və hal-hazıra kimi təmir etmiş, düzəltmiş, lakin idarə etməmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq tanımaqla, həmin şəxslə aralarında ədavət, dava-dalaş olmamışdır. Ailə təsərrüfatlarında xırdabuynuzlu heyvanlar saxlamaqla məşğul olur. O, həmin heyvanları otarmaqla məşğul olur. 24 aprel 2023-cü il tarixdə axşam saatlarında heyvanları tövləyə salmış və saat 23 radələrində yaşadığı evə gəlmiş, həmin tarixdə valideyni Zərərçəkmiş şəxs1 ilə kiçik qardaşı Əkrəm Hüseynov Bakı şəhərində müalicə olunan digər qardaşı Ağasəmid Hüseynova baş çəkmək üçün getdikləri üçün o, evdə tək olmuşdur. 25 aprel 2023cü il tarixdə saat 11 radələrində evdə yatarkən Səid onu yuxudan oyadıb, avtomobilin harada olduğunu soruşmuş, o, cavab olaraq 24 aprel 2023-cü il tarixdə axşam saatlarında evə gələrkən avtomobilin küçədə olduğunu, daha sonra küçəyə çıxmadığını, buna görə də, avtomobilin kim tərəfindən aparılmasını bilmədiyini demiş, bundan sonra avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması ona məlum olmuş və Səidlə birlikdə avtomobili Şamaxı şəhəri ərazisində axtarmışlar, lakin tapa bilməmişlər. Səid hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər, Səid hadisə barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Müraciətdən bir neçə gün sonra avtomobil tapılmış, daha sonra isə avtomobili qaçıran şəxsin Təqsirləndirilən şəxs olmasından məlumatları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, hər kəslə münasibətləri yaxşı olmaqla, heç kimlə ədavəti yoxdur. Özü hal-hazırda avtomobillərin təmiri və boyanması ilə məşğul olur, nasaz vəziyyətdə və ya əzik halda olan avtomobilləri alıb, təmir etdikdən sonra satır. “VAZ21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2020-ci il tarixdə Bakı şəhəri, “Meyvəli” bazarı ərazisində X6 aralarında şifahi razılaşmaya əsasən 1300 (min üç yüz) manata almış, həmin vaxt avtomobil nasaz vəziyyətdə olduğundan, həmçinin Azər Zamanova verilmiş etibarnamənin müddəti keçdiyi üçün həmin avtomobili evakuator vasitəsilə Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən evinə aparmışdır. Bir müddət keçdikdən sonra səhhətində ciddi problemlər olduğu üçün məcbur olub həmin avtomobili satmaq qərarına gəlmiş və həmin avtomobili tanışı Şamaxı şəhəri, Q.Namazəliyev küçəsi ev 54-də yaşayan Zərərçəkmiş şəxs1 800 (səkkiz yüz) manata satmış, lakin Səidə avtomobilin etibarnaməsinin müddətinin bitdiyini, avtomobili təmir etdikdən sonra sənədləri qaydaya salıb, ondan sonra idarə etməsini tapşırmışdır. Səid avtomobili təmir etdikdən sonra sənədlərini qaydaya salmaq üçün avtomobili ona satan Azər Zamanov ilə tanış etməsini xahiş etmiş və onlar razılaşmışlar. Səid həmin avtomobili aldıqdan sonra avtomobil onun həyətində qalmağa davam etmiş, ilk əvvəl o, sağaldıqdan sonra avtomobilin çürümüş hissələrini düzəldib üzlük rəng vurmuş, daha sonra Səid avtomobili dəmir etmək üçün evakuatorla evinə aparmışdır. Sonuncu dəfə Səidlə 2023-cü ilin mart ayında əlaqə saxlamış, həmin vaxt Səid avtomobili artıq düzəltdiyini, sənədləri qaydaya salmaq üçün gün təyin edib Azərlə görüşməyi ondan xahiş etmiş, işləri olduğu üçün Səidə işlərini bitirdikdən sonra Azərlə görüşməyi təklif etmiş, Səid onunla razılaşdıqdan bir neçə gün keçdikdən sonra Səidin avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılmasından məlumatı olmuşdur. Həmin “VAZ21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 satdığı üçün həmin avtomobil Səidə məxsusdur. Buna görə də onun həmin avtomobilin qaçırılması ilə bağlı Təqsirləndirilən şəxs və ya başqa bir şəxsdən hər hansı iddiası və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmiş, o, ifadəsində göstərmişdir ki, hər kəslə münasibətləri yaxşı olmaqla, heç kimlə ədavəti yoxdur. Hal-hazırda Şamaxı Regional kollecin 2-ci kursunda oxuyur, bununla bağlı Şamaxı şəhəri, Z.Əhmədbəyov küçəsi ev 3-də yaşayır. 02 may 2023-cü il tarixdə orucunun qəzasını tutmaq üçün 03 radələrində yuxudan oyanmış, imsak etdikdən sonra biraz gəzişmək üçün qapını açıb küçəyə çıxmış, həmin vaxt tanımadığı bir nəfər şəxsin Şamaxı şəhəri, Z.Əhmədbəyov küçəsi D2, 1 saylı evdə yaşayan Zərərçəkmiş şəxs2 məxsus qırmızı rəngli “VAZ21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının kiçik şüşəsini açmaq istədiyini görmüş, küçə qapısının səsindən həmin şəxsdə onu görmüş və ordan qaçmağa başlamışdır. Həmin avtomobilin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildiyi üçün avtomobilin qapısını açmağa çalışan şəxsin avtomobilə qanunsuz daxil olmaq istədiyini müəyyən etmiş və həmin şəxsi yaxalamaq məqsədilə arxasınca qaçmış, lakin çata bilməyib hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirtmişlər. Məlumat verərkən həmin şəxsin avtomobilin sənədlərini götürüb qaçdığını bildirmiş, lakin qeyd etmişdir ki, avtomobilin sənədləri yerdə olmuş, küçədəki sadəcə lazımsız kağız parçaları olmuş və baxış zamanı da, avtomobilin sahibi Fərrux küçədəki kağız parçalarının sonuncunun özünə məxsus olmadığını bildirmişdir. Sadəcə o, yerdə kağız parçaları gördüyü üçün düşünmüşdür ki, avtomobilə daxil olmaq istəyən şəxs sənədləri götürüb yerə atmışdır. Hadisə günü “VAZ 21011” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə daxil olmağa cəhd göstərən şəxsin kim olmasından məlumatı olmamışdır, lakin daha sonradan həmin hadisəni törətməyə cəhd göstərən şəxsin Təqsirləndirilən şəxs olmasından məlumatı olmuşdur. Həmin şəxslə hər hansı münasibəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 may 2023-cü il tarixli qərardan görünür ki, HK-1/43/23 nömrəli araşdırma materialları üzrə özgə avtomobili və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə faktına görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin hadisə yeri Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanda yerləşən evinin qarşısında saxladığı, ona məxsus olan “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 25 aprel 2023-cü il tarixdə qaçırıldığı yerdir. “Şübhəli şəxsin tutulması haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə saat 01:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Baxış keçirilməsi haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin yer Zərərçəkmiş şəxs2 yaşadığı Şamaxı şəhəri, Z.Əhmədbəyov küçəsi D2, 1 saylı evin qarşısıdır. Baxış zamanı Şahid1 həmin tarixdə küçəyə çıxarkən tanımadığı bir nəfər şəxsin qonşusu Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan güzgü vasitəsilə qapısını açmağa çalışdığını gördüyünü, həmin şəxsə qışqırıb çağırdıqda isə avtomobilə daxil olmaq istəyən şəxsin qaçaraq hadisə yerindən uzaqlaşdığını şifahi olaraq bildirmişdir. Eləcə də avtomobilin detalları üzərində əl-iz nümunələri olması müəyyən edildiyindən, X1 baş əməliyyat müvəkkili, polis baş leytenantı X7 tərəfindən müvafiq qaydada həmin əl-iz nümunələri götürülməklə müvafiq qaydada qablaşdırılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, naməlum şəraitdə qanunsuz olaraq ələ keçirilmiş “VAZ-21011” markalı **-BF-*** nömrə nişanlı avtomobilə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı, müəyyən edilmişdir ki, “VAZ-21011” markalı **-BF-*** nömrə nişanlı avtomobil sedan tipli minik avtomobilidir. Həmin avtomobilə baxış keçirilərkən görünür ki, “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 01 (bir) ədəd akkumlyator ilə 01 (bir) ədəd təkərin dəyişdirilməsinə, 01 (bir) ədəd avtomobilin arxa paneli ilə 01 (bir) ədəd sürətlər qutusunun təmirinə ehtiyac yaranmışdır. Eləcə də, avtomobilin detalları üzərində əl-iz nümunələri olması müəyyən edildiyindən, X1 baş əməliyyat müvəkkili, polis baş leytenantı X7 tərəfindən müvafiq qaydada həmin əl-iz nümunələri götürülməklə müvafiq qaydada qablaşdırılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs iş üzrə verdiyi ümumi ifadələri hadisə yerlərində ayrı-ayrılıqda yoxlanmış, aparılmış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində qeyd etdiyi bütün xüsusatları – Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığı, X3 məxsus “VAZ-2106” markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobildən 50 manatı oğurladığı və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21011” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmağa cəhd etdiyi hadisə yerlərini ayrı-ayrılıqda göstərərək hadisələrin baş vermə ardıcıllığı ilə bağlı xüsusatları mahiyyəti üzrə təsdiq edərək, hadisə yerində təqdim edib bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. İş üzrə istintaq zamanı cinayətin predmeti olan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs2 məxsus “VAZ- 21011” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı və X2 məxsus “VAZ2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobilin cinayət təqibi üzrə mühüm əhəmmiyyətə malik olduğunu nəzərə alaraq qeyd edilən avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün müvafiq olaraq sahiblərinə qəbzlə təhvil verilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 06 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29, 185.2.2-ci maddəsi ilə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cianyət işinin ibtidai istintaqının həmin Məcəllənin 29,185.2.2-ci maddəsi ilə davam etdirilməsi qərara alınmışdır. “İttiham elan edilməli olan şəxsin tutulmasına dair” 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 185.2.2-ci maddəsi ilə ittiham elan edilməsi məqsədilə tutulması qərara alınmışdır. “İttiham elan edilməli olan şəxsin tutulması haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 19:35-də tutulmuşdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 185.2.2-ci maddəsi iləyenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Məlikov X11 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 04 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 177.2.1, 177.2.2, 52-1.5-ci maddələrinə əsasən cəzası 08 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli 23/439 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 4-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21011” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 05 ədəd yapışqan lent kəsikləri üzərində olan 04 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 02 ədədi xx.xx.2002-ci ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (02 dəfə) barmaqının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri lə eynilik müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, Q.Namazəliyev küçəsi ev 54də yaşayan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 08 ədəd yapışqan lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eynilaşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 02 ədəd ovuc izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə müqayiəsi edilmişdir. Müqayiəsli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4070 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş ziyan aktı məlumatlarına əsasən, “Vaz-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 220 (iki yüz iyirmi) manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 70 (yetmiş) manat, təmir-bərpa işlərinin qiyməti 150 (yüz əlli) manat. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 iyun 2023-cü il tarixli 5-75-12/2-1100/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yaşayır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adıan verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 185.2.2-ci maddəsi ilə elan edilmiş ittiham məzmununa əlavə və dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 29, 185.2.2-ci maddəsi ilə yenidən ittiham olunmuşdur. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 25 avqust 2023-cü il tarixli 3-16-17/40/2-4029/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CMnin 29, 185.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 25 avqust 2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməyə cəhd etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 185.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməyə cəhd etməsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs daha əvvəl törətdiyi cinayət əməlinə görə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi şərtlərini pozduğu üçün ona təyin edilmiş həmin cəzanın çəkilməmiş hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək və 06 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus VAZ-21011” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21011” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq qeyd edilən avtomobillərin saxlanması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 185.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək və 06 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus VAZ-21011” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21011” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-68/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-68/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver