Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-69/2022 20.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1999-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şamaxı şəhəri M.F.Axundov küçəsi 27 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə, xx xxx 1988-ci ildə Şamaxı rayonu Ovculu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, işsiz, məhkumluğu olmayan, Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsi 71 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə 13 fevral 2022-ci il tarixdə saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək idarə etdiyi “VAZ 21014” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən kənd qəbiristanlığına gedərək oradan mərhum X8 məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 10 (on) manat olan 25 (iyirmi beş) ədəd düralüminium materialdan hazırlanan məhəccərləri oğurlayıb əldə etdikləri gəliri aralarında bölüşdürərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək idarə etdiyi “VAZ 21014” markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən kənd qəbiristanlığına gedərək oradan mərhum X8 məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 10 (on) manat olan 24 (iyirmi dörd) ədəd düralüminium materialdan hazırlanan məhəccərləri oğurlayıb əldə etdikləri gəliri aralarında bölüşdürərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 27 fevral 2022-ci il tarixdə saat 04:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək idarə etdiyi “XƏZƏR LADA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən kənd qəbiristanlığına gedərək oradan mərhum X3 məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 10 (on) manat olan 36 (otuz altı) ədəd düralüminium materialdan hazırlanan məhəccərləri oğurlayıb əldə etdikləri gəliri aralarında bölüşdürərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 360 (üç yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədi ilə 13 fevral 2022-ci il tarixdə saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun idarə etdiyi “VAZ 21014” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən kənd qəbiristanlığına gedərək oradan mərhum X8 məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 10 (on) manat olan 25 (iyirmi beş) ədəd düralüminium materialdan hazırlanan məhəccərləri oğurlayıb əldə etdikləri gəliri aralarında bölüşdürərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun idarə etdiyi “VAZ 21014” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən kənd qəbiristanlığına gedərək oradan X8 məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 10 (on) manat olan 24(iyirmi dörd) ədəd düralüminium materialdan hazırlanan məhəccərləri oğurlayıb əldə etdikləri gəliri aralarında bölüşdürərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan əlavə o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 27 fevral 2022-ci il tarixdə saat 04:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun idarə etdiyi “XƏZƏR LADA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən kənd qəbiristanlığına gedərək oradan mərhum X3 məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 10 (on) manat olan 36 (otuz altı) ədəd düralüminium materialdan hazırlanan məhəccərləri oğurlayıb əldə etdikləri gəliri aralarında bölüşdürərək, zərərçəkmiş şəxs Şahnəzər Məhəmmədəli oğluna ümumilikdə 360 (üç yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 28 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində oğurluq cinayət hadisəsində şübhəli olduğu üçün Şamaxı şəhəri X21 küçəsində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 18:50-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ cibindən siqaret qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,409 (sıfır tam mində dörd yüz doqquz) qram ağ rəngli kristallik formada olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, özünə məxsus “Xəzər Lada” markalı **-PK-*** qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərir. Hər gün Şamaxı rayon Avtovağzal dairəsinə gedərək oradan müştəriləri götürüb bir adamı 7 manat müqabilində Bakı şəhərinə aparır. Geri qayıdanda isə Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan ərazidə yenidən müştəriləri götürüb Şamaxı şəhərinə gətirir. Səxavət adlı şəxsi o, bir neçə ildir ki tanıyır. 12 fevral 2022-ci Səxavət adlı şəxs onun avtomobilinə əyləşmiş və ona söyləmişdir ki, “Şamaxı rayon Muğanlı kəndində qəbiristanlıqda aliminium görmüşəm. Gedib həmin aliminiumları götürüb aparıb sataq”. O, da bir qədər onunla söhbət etdikdən sonra razılaşmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə təxminən saat 02:00 radələrində o, Səxavət ilə birlikdə Şamaxı rayon Muğanlı kəndinə getmiş və orada olan qəbiristanlığa daxil olaraq qəbiristanlıqdakı aliminium lövhələrdən 22 ədədini söküb öz idarə etdiyi VAZ 21014 markalı **-CU-*** qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə yükləmişlər. Daha sonra ikisi birlikdə Bakı şəhərinə getmiş və orada dəmir alınan zavoda gedib həmin aliminiumların bir kiloqramını 2.50 manata satmışlar. Həmin vaxtı ümumilikdə aliminium lövhələrin dəyəri hesablanmış və onlara 370(üç yüz yetmiş) manat pul verilmişdir. Həmin puldan ümumi xərcləri çıxdıqdan sonra 150 manat özünə götürüb 150 manatda Səxavətə vermiş və birlikdə Şamaxı şəhərinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə yenidən o, Səxavət adlı şəxs ilə Şamaxı şəhərində görüşmüş və həmin gecə saat 23:30 radələrində o, Şamaxı rayon Muğanlı kənd qəbiristanlığına gedərək 25 ədəd aliminium lövhələri götürüb birlikdə Bakı şəhərinə getmiş və dəmir profilləri əvvəl satdıqları yerdə satmışlar. Həmin vaxtı onlar ümumilikdə 385 (üç yüz səksən beş) manat pul almış və həmin puldan ümumi xərcləri çıxdıqdan sonra 320(üç yüz iyirmi ) manat pul qalmış və qeyd olunan pulu ikisi arasında bölərək 160(yüz altmış) manat özünə götürmüş, 160 (yüz altmış) manat isə Səxavətə vermişdir. Sonuncu dəfə 26 fevral 2022-ci il tarixdə o, təxminən saat 23:50 radələrində Səxavət adlı şəxs ilə Avtovağzal dairəsində görüşmüş və birlikdə ilk əvvəl Savalan restaranına gedərək orada bir qədər çay içib gecə saat 04:00 radələrində Savalan restaranından çıxaraq birlikdə onun idarə etdiyi “XƏZƏR LADA” markalı **-PK-*** qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayon Muğanlı kənd qəbiristanlığına gedərək orada olan aliminium lövhələrdən təxminən 18 ədədini götürüb qəbiristanlıqdan çıxmışlar. O, qəbiristanlıqdan çıxan zaman avtomobilin işıqlarını söndürmüşdür ki, onları heç kim görməsin. Qəbiristanlıqdan çıxaraq magistral yola daxil olan zaman o, Ağsu istiqamətinə doğru avtomobili idarə edib məktəbin yanından kəndə daxil olub ara küçələrdə Şamaxı istiqamətinə gəlmiş və oradanda Bakı şəhərinə getmişdirlər. Bakı şəhərində əvvəl aliminium lövhələri satdıqları yerə gedib həmin aliminium lövhələri ümumilikdə 330(üç yüz otuz) manata sataraq həmin puldan ümumi xərcləri yəni benzinə və siqaretə verdiyi pulları çıxdıqdan sonra 270(iki yüz yetmiş) manat pul qalmış, qeyd olunan pulu onlar ikisi arasında bölmüş və o həmin puldan 135(yüz otuz beş) manat özünə götürmüşdür. O, ifadəsində qeyd etdiyi oğurluqlardan başqa hər hansısa bir oğurluq hadisəsi törətməmişdir. Oğurlamış olduqları aliminium lövhələrin bir ədədinin çəkisi təxminən 6-7 kiloqram olmuş, oğurluq hadisəsini törədən zaman bu barədə heç kimə məlumat verməmişlər. Əməlindən peşmandır Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, heç bir yerdə işləmir. Atası vəfat etdiyi üçün onları nənəsi saxlayır. 15 yanvar 2022-ci il tarixdə o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə Anara məxsus “VAZ 21014” markalı **-CU-*** qeydiyyat nişanlı avtomobil ilə təxminən günorta saatlarında Şamaxı şəhəri və Şamaxı rayon kəndləri ətrafında gəzmişlər. Avtomobil ilə gəzən zaman Şamaxı rayon Muğanlı kəndi istiqamətində gedərkən qəbiristanlıqda olan qəbir kənarlarında aliminium lövhələri gördükdən sonra aralarında söhbət edərək bir birilərinə söyləmişdirlər ki, “həmin lövhələr aliminium olarsa götürüb satardıq”. xx.xx.2022-ci il tarixdə onlar təxminən 23:00 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı küçədə avtomobildə əyləşib söhbət edən zaman aralarında razılaşmışlar ki, gedib qəbiristanlıqdakı lövhələrə baxış keçirdsinlər və əgər aliminium olarsa götürüb aparıb satsınlar. Təxminən 01:00 radələrində onlar aralarında razılaşdıqdan sonra Anar ilə birlikdə Şamaxı rayon Muğanlı kəndi istiqamətinə gedərək qəbiristanlığa daxil olaraq qəbiristanlıqda tanımadıqları şəxsin qəbirinə yaxınlaşıb orada olan lövhələrə baxış keçirtdikdən sonra həmin lövhələrin aliminium olmasını gördükləri üçün özləri ilə apardıqları dəmir çıxardan mantirofka ilə aliminium lövhələri çıxardıb avtomobilə yükləmişlər. O, Təqsirləndirilən şəxs1 həmin dəmirləri haraya aparıb satacağını soruşduqda Anar ona söyləmişdir ki, həmin dəmirləri aparıb Bakı şəhərində dəmir qəbul edən və alan zavoda verəcəkdir. Bundan sonra onlar qəbiristanlıqdan çıxmış və bir başa Bakı şəhərinə getmişdirlər. Təxminən 05:00 radələrində onlar Bakı şəhərinə çatmış və zavoda gedərək həmin aliminiumları vermişdirlər. Zavodda tanımadıqları şəxs onlardan aliminiumların bir kiloqramını 2 manat 50 qəpiyə almış və ümumilikdə onlara 285(iki yüz səksən beş) manat pul vermişdir. Həmin puldan Təqsirləndirilən şəxs1 ona 130(yüz otuz) manat pul vermiş, qalan pulu isə yəni 155(yüz əlli beş) manatı özünə götürmüşdür. Onlar birlikdə oradan çıxaraq Şamaxı şəhərinə gəlmişdir. Növbəti dəfə 18 fevral 2022-ci il tarixdə o, yenidən Anar adlı şəxs ilə 00:30 radələrində Anarın idarə etdiyi VAZ 21014 markalı avtomobil ilə Şamaxı rayon Muğanlı kənd qəbiristanlığına gələrək orada olan aliminium lövhələrdən təxminən 20 ədədini söküb avtomobilin baqaj hissəsinə qoyub Bakı şəhərinə aparmış, həmin aliminium lövhələri əvvəl satdıqları zavoda apardıqdan sonra Anar adlı şəxs avtomobildən enərək aparıb aliminium lövhələri ümumilikdə 320 (üç yüz iyirmi) manata satmış, həmin puldan Anar ona 140(yüz qırx ) manat pul vermiş, 180(yüz səksən) manatını isə özünə götürmüş və onlar Şamaxı şəhərinə gəlmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə təxminən saat 00:10 radələrində o, Anar adlı şəxs ilə Savalan restaranında oturub çay içərək gecə hər kəsin yatmasını gözləmişdirlər ki, gedib yenidən Muğanlı kənd qəbiristanlığından aliminium lövhələri oğurlasınlar. Onlar gecə saat 04:00-dək gözləmiş və Anar adlı şəxsin idarə etdiyi “XƏZƏR LADA” markalı **-PK-*** qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayon Muğanlı kəndinə gedərək kəndə daxil olmuş və kənddəndə qəbiristanlığa getmişdirlər. Qəbiristanlığa daxil olan zaman onlar avtomobilin işıqlarını söndürmüş və qəbiristanlıqda olan zaman avtomobilin baqaj hissəsini açaçaraq təxminən 24 ədəd aliminium lövhələri məzarların kənarından qırıb avtomobilə yükləmişlər. Onlar qəbiristanlıqdan çıxan zaman heç kimin onları görməməsi üçün Ağsu istiqamətinə gedib oradan geriyə qayıtmış və ara yola daxil olub marketin yanından çıxaraq Bakı şəhəri istiqamətinə getmişlər. Səhər saatlarında onlar Bakı şəhərinə çatmış və əvvəl aliminiumları satdıqları zavoda gedərək həmin aliminiumları Anar adlı şəxs 340(üç yüz qırx) manata satmışdır. Həmin puldan ona 45 (qırx beş) manat pul verib qalan pulu özünə götürmüşdür. Buna səbəb isə onlar qəbiristanlıqda olan zaman avtomobilin qabaq hissəsi daşa dəydiyindən bir qədər əzildiyindən həmin pul ilə avtomobili düzəltdirəcəyini Anar ona söyləmiş və onlar Şamaxı şəhərinə qayıtmışlar. O, həmin oğurluq hadisəsindən başqa hər hansısa bir oğurluq hadisəsi törətməmişdir. Bundan başqa o, bir ildir ki, psixotrop maddə olan metmafetamin istifadə edir. Təxminən 14 fevral 2022-ci il tarixdə o, taksi ilə Bakı şəhərinə getmiş və oradanda Yasamal rayonuna gedərək əvvəllər üzdən tanıdığı adını bilmədiyi bir nəfər şəxsə yaxınlaşaraq ona özü üçün psixotrop maddə lazım olduğunu söyləmişdir. O, isə İran İslam respublikası vətəndaşı ilə telefon vasitəsi ilə danışmış və ona 35 manat pul vermişdir ki, həmin şəxsin kartına yükləsin. Təxminən yarım saat sonra həmin şəxs gəlib ona 1 qram metamfetamin vermiş və o, Şamaxı şəhərinə gəlmişdir. Həmin bir qram metamfetamindən o, ümumilikdə 7-8 dəfə istifadə etmiş, qalan hissəsini isə zaman-zaman istifadə etmək üçün üzərində saxlamışdır.Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, mərhum valideyni X18 ilə mərhum qardaşı X5 məzarı Şamaxı rayonu Muğanlı kəndində yerləşən “Muğanlı” qəbiristanlığında yerləşir. Həmin məzara tez-tez nəzarət edir. 10 fevral 2022-ci il tarixdə təxminən saat 13 radələrində həmin qəbiristanlıqda dəfndə iştirak etdikdən sonra mərhum atası ilə qardaşının məzarını ziyarət edib, ətrafı gəzib, yaşadığım evə qayıtmış, daha sonra 13 fevral 2022-ci il tarixdə saat 16 radələrində yenidən qohumlarının qəbrini ziyarət edən zaman mərhumların məzarlarının dörd tərəfinə çəkilmiş dəmir uqolniklərin arasına bərkidilmiş bir ədədinin eni 30 sm, uzunluğu 70 sm, çəkisi 6 kiloqram olan aliminium barmaqlıqların yerindən çıxarılmaqla naməlum şəxs(lər) tərəfindən oğurlanmasını müəyyən etmiş və bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Müraciəti əsasında Şamaxı RPŞ-də müvafiq araşdırılma aparılmağa başlasada o özü tez-tez həmin məzarlara nəzarət etməyə başlamışdır. 18 fevral 2022-ci il tarixdə dəfndə iştirak edən zaman o, uzaqdan həmin məzara baxmış, lakin məzarın yaxınlığına gedib nəzarət etməmişdir. 19 fevral 2022-ci il tarixdə saat 08 radələrində yenidən qəbiristanlığa gedərək nəzarət edəndə məzarların kənarlarında olan 24 ədəd aliminium barmaqlıqların oğurnaldığını görmüş və bu səbəbdəndə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, qəbiristanlıqdan oğurluq edən Şamaxı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Onlarla arasında hər hansısa bir ədavət və düşmənçilik olmamışdır. Həmin şəxslər tərəfindən oğurlanmış barmaqlıqların bir ədədinin dəyəri təxminən 15 manat olmaqla ona ilk dəfə 375 (üç yüz yetmiş beş) manat, ikinci dəfə isə 360(üç yüz altmış) manat maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmışdır. Onlardan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, mərhum həyat yoldaşı X14 ilə mərhum oğlu Elçin Hacıyevin məzarları Şamaxı rayonu Muğanlı kəndində “Muğanlı” qəbiristanlığında yerləşir. Həmin məzarlara təxminən həftədə bir dəfə nəzarət edir. 26 fevral 2022-ci il tarixdə saat 17 radələrində həmin qəbiristanlığın ətrafı ilə piyada yaşadığı evə gedərkən kənardan mərhumların qəbirlərinə baxmış və hər şeyin qaydasında olduğunu görüb, yoluna davam etmişdir. 27 fevral 2022-ci il tarixdə saat 09 radələrində mərhumların qəbirlərin ziyarət edən zaman məzarlarının dörd tərəfinə çəkilmiş dəmir uqolniklərin arasına bərkidilmiş bir ədədinin eni 30 sm, uzunluğu 70 sm, çəkisi 5 kiloqram olan 40 ədəd aliminium lövhələrin 36 ədədninin yerindən çıxarılmaqla naməlum şəxs(lər) tərəfindən oğurlanmasını müəyyən edib bu barədə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, qəbiristanlıqdan oğurluq edən Şamaxı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Onlarla arasında hər hansısa bir ədavət və düşmənçilik olmamışdır. Həmin şəxslər tərəfindən oğurlanmış barmaqlıqların bir ədədinin dəyəri təxminən 10 manat olmaqla ona ümumilikdə təxminən 360(üç yüz altmış) manat maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmışdır. Onlardan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 mərhum qohumlarının məzarları ətrafında olan dəmir barmaqlıqların oğurlanması ilə bağlı CAB-nə daxil olmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq həmin oğurluq hadisəsini törətmiş şəxslərin müəyyən olunması istiqamətində tərəflərindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı inanılmış şəxslər tərəfindən daxil olmuş məlumat əsasında həmin oğurluq hadisələrini törətmiş Təqsirləndirilən şəxs1 ilk olaraq tərəflərindən saxlanılaraq RPŞ-nin istintaq bölməsinə gətirilmiş, daha sonra isə həmin oğurluq hadisəsini törətmiş şəxs(lər)in müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat axtarış tədbirləri davam etdirilən zaman vətəndaşlar ilə proflaktik söhbətlər aparan zaman həmin oğurluğun törədilməsində Təqsirləndirilən şəxs2 şüphəli olduğu, həmçinin onun narkotik vasitələrin istifadəçisi olduğu onlara bildirilmişdir. Bu səbəbdəndə Təqsirləndirilən şəxs2 olduğu yer tərəflərindən müəyyən olunaraq barəsində müvafiq araşdırma aparılması üçün RPŞ-nə gətirilmiş, RPŞ-də olan zaman onun üzərinə baxış keçirilərkən üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş və onların iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid X1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində bildirmişdir ki, onun Bakı şəhəri Alatava ərazisində özünə məxsus obyekti vardır. Həmin yerdə o, vətəndaşlardan dəmir, mis və aliminiu alıb obyektinin həyətində həmin dəmir parçalarını yığıb həftədə bir dəfə aparıb zavoda satır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 o, işlədiyi yerdən tanıyır. Həmin şəxslər fevral ayında ümumilikdə 3 dəfə onun işlədiyi obyektə aliminium lövhələr gətirərək satmışlar. İlk dəfə 13.0.2022-ci il tarixdə onlar onun işlədiyi obyektə aliminium lövhələri gətirən zaman o, hər kəsdən soruşduğu kimi onlardanda həmin aliminiumların özlərinə məxsus olub-olmamasını soruşduqda həmin şəxslər ona, aliminiumların özlərinə məxsus olmasını, təmir işləri apardıqlarından və həmin aliminium lövhələri yenisi ilə dəyişdiyindən satmaq qərarına gəldiklərini bildirmişdirlər. O, da onlara inanıb həmin aliminium lövhələri qəbul edərək tərəzidə çəkmiş və onların pulunu vermişdir. Lakin ilk əvvəl hansı çəkidə aliminium lövhələr gətirmələrini xatırlamır. Çünki o, aliminium lövhələri qəbul edən zaman Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədi alaraq onun sürətini çıxardıb ondan neçə kiloqram dəmir qəbul etdiyini həmin sənədə yazmışdır. Bundan sonra isə həmin sənədləri vergilər idarəsinə təqdim etdiyindən ona ilk dəfə hansı məbləğdə pul verdiyini xatırlamır. Növbəti dəfə yəni xx.xx.2022-ci il tarixdə həmin şəxslər yenidən onun işlədiyi obyektə gələrək aliminium lövhələr gətirdiklərindən o, obyektdə olmadığı üçün onun yanında işçi kimi əvvəllər işləmiş, lakin hazırda işləməyən Murad adlı şəxs, Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsinin sürətini çıxardıb ondan neçə kiloqram aliminium qəbul etdiyini həmin sənədə yazıb imza edərək onun pulunu vermişdir. Həmin sənədidə vergilər idarəsinə təqdim etdiyindən o sənədin sürəti onda qalmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 yenidən aliminium lövhələri gətirdiklərindən o, həmin aliminium lövhələri tərəzidə çəkmiş və ümumilikdə 144 kiloqram aliminum lövhələri 360 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsinin kopyasının şəklini çıxardaraq işə tikmişdir. Həmin şəxslər ümumilikdə 3 dəfə aliminium lövhələri gətirərək onun işlədiyi obyektə satmış, o, həmin aliminiumları alan zaman onların oğurluq olmasını bilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 mərhum qohumlarına məxsus məzarlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 mərhum qohumlarının məzarlarının kənarlarından ilk dəfə 25 ədəd, növbəti dəfə isə 24 ədəd düralüminium məhəccərlər oğurlanmış, hadisə yerində maddi sübut kimi götürüləcək hər hansısa bir əşya qalmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 mərhum qohumlarına məxsus məzarlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 mərhum qohumlarının məzarlarının kənarlarından ilk dəfə 25 ədəd, növbəti dəfə isə 24 ədəd düralüminium məhəccərlər oğurlanmış, hadisə yerində maddi sübut kimi götürüləcək hər hansısa bir əşya qalmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 28 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 28 fevral 2022-ci il tarixdə saat 12:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 28 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 28 fevral 2022-ci il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 4(074)- 26/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 01 mart 2022-ci il tarixli 6/1250 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №73” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 üzərindən ...” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd “winston” markalı siqaret qutusunda 01 bükümdə təmiz çəkisi – 0,409 (sıfır tam mində dörd yüz doqquz) qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir”. Metamfetaminin təmiz çəkisi 0,409 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,359 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 manatdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 4(074)- 27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 aprel 2022-ci il tarixli arayışından görünür ki, Ədilov X7 rayon Məhkəməsinin 06 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. 30 may 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 may 2022-ci il tarixli 1427 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı şəhəri M.F.Axundov küçəsi 27 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına veirlmiş xasiyyətnamədə göstərilir ki,onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 may 2022-ci il tarixli 1420 saylı arayışından görünür ki, Ədilov X12 şəhəri A.Məmmədağa küçəsi 71 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan AZ-İ 955487 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X9 13 iyun 2014-cü ildə nikahlarını bağlamışlar, ərə Ədilov, arvada Ədilova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 568034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 13 iyul 2015-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs1, anası X6r. İş materiallarında olan AZ-İİİ 845922 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 sentyabr 2019-cu ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs1, anası X6r. İş materiallarında olan AZ-İY 557971 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 23 aprel 2021-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs1, anası X6r. İş materiallarında olan “Güvən” klinikasının xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X10 13 mart 2022-ci il tarixdə sağ bud çanaq oynağının anadangəlmə çıxığı XBT-10-Q 65,0 dioqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-əmtəəşünaslıq ekspertiza” üzrə xx.xx.2022-ci il tarixli 9/2369 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki,« Ekspertiza tədqiqatına təqdim edilmiş qərarda və fotoşəkildə göstərilən bir ədəd 1997-cidə hazırlanmış, eni 30 sm, uzunluğu 70 sm, çəkisi 5 kiloqram olan düralüminium məhəccərin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 10 (on) manat müəyyən olunur» Aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarından görünür ki, aparılmış istintaq zamanı Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi zamanı 250(iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 240(iki yüz qırx) manat olmaqla ümumilikdə 490(dörd yüz doxsan) manat maddi ziyan dəymişdir. Həmçinin istintaq zamanı Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi zamanı 360(üç yüz altmış ) manat maddi ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan 28 fevral 2022-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 28 fevral 2022-ci il tarixdə saat 18:50-dən başlayaraq Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli cins şalvarının sağ yan cibində siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusu açılarkən içərisində kağıza bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilmiş, həmin psixotrop maddə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materialalrında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli 2617 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs2 Psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinə və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Onlar həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində 3 nəfər azyaşlı uşaqlarının, onlardan birinin xəstə olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplamanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 28 fevral 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək olan 4 ay 22 gün həbsdə olduğu müddət 9 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 28 fevral 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək olan 4 ay 22 gün həbsdə olduğu müddət 9 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 135,0 manat məbləğində pul Təqsirləndirilən şəxs2 və 25,0 manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin “maddi sübutların saxlanılması anbarında” saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,359 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəyən ziyanın ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və CM-nin 234.1-ci maddəsi ilə 2(iki) il müddətinə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 3(üç) il 6(altı) ay müddətinə azadlİğın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 28 fevral 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək olan 4 ay 22 gün həbsdə olduğu müddət 9 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2(iki) il 8(səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 135,0 manat məbləğində pul Təqsirləndirilən şəxs2 və 25,0 manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,359 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 28 fevral 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək olan 4 ay 22 gün həbsdə olduğu müddət 9 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1(bir) il 8(səkiiz) ay 16(on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəyən ziyanın ödənilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-69/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-69/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver