Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-69/2023 15.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 26 may 2023-cü il tarixdə saat 15 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, Ə.Qarayev küçəsi ilə B.Əzizov küçəsinin kəsişməsində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 15:40 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,810 (sıfır tam mində səkkiz yüz on) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində tikinti işləri gedir və həmin tikinti işlərində fəhlə kimi işləmək üçün işçi axtarırlar. Buna görə də, 26 may 2023-cü il tarixdə, təxminən saat 11 radələrində yaşadığı evdən çıxıb, Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə doğru piyada getməyə başlamış, Şəhriyar qəsəbəsi ərazisinə çatdıqdan sonra qəsəbənin giriş hissəsində avtomobil yolunun qəsəbə istiqamətində gedən sağ hissəsində yerləşən avtobus dayanacağının yanında dayanıb, avtobus gözləyən zaman avtomobil yolunun kənarında 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş büküm görmüş, həmin büküm marağına səbəb olduğu üçün bükümü götürmüşdür. Həmin gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü açıb baxdıqda içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroin olmasını görmüş, sonra heroini istifadə etmək üçün üzərindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoymuş və artıq Şəhriyar qəsəbəsinə getməyib, yaşadığı ünvana geri qayıtmışdır. Həmin tarixdə təxminən saat 15 radələrində nahar etdikdən sonra Şamaxı şəhəri Xaqani küçəsində yaşadığı evdən çıxıb, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən marketlərin birinə getmək üçün bir qədər piyada getdikdən ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirtmişdirlər. Üzərinə baxış keçirərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibində gümüşü rəngli siqaret falqasına bükülmüş büküm aşkar edilmiş, polis əməkdaşları gümüşü rəngli siqaret falqasının bükülmüş bükümü açdıqda içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmişdir. Baxış zamanı üzərindən bir ədəd “Nokia 1200” markalı mobil telefon və bir ədəd plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan, heroin olan bükümü polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş, həmin maddə 0.6 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürləmişdirlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. O, bu heroini yalnız istifadə etmək üçün üzərimdə gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Onu Şamaxı şəhəri, Xaqani küçəsi 09 saylı evinin yaxınlığında küçədən polis əməkdaşları tutaraq Şamaxı rayon polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və ailəni dolandıran şəxs olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində bildirdi ki, 26 may 2023-cü il tarixdə Şamaxı şəhəri, Xaqani küçəsi ev 09-da qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 26 may 2023-cü il tarixdə təxminən saat 15 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid2 Ayət oğlu ilə birlikdə Şamaxı şəhəri, Ə.Xaqani küçəsindən Ə.Qarayev küçəsinə keçərək B.Əzizov küçəsinə doğru piyada gedən Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu İlqara bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını söylədiyindən həmin vaxt Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nə dəvət etmişlər və sonuncu etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş büküm, sol yan cibindən isə bir ədəd “Nokia 1200” markalı mobil telefon və bir ədəd plastik kart aşkar edilmiş, həmin gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü açdıqda içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan heroin olan bir ədəd büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid2 Ayət oğlu məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid3 ifadəsində bildirdi ki, 26 may 2023-cü il tarixdə təxminən saat 15 radələrində Şamaxı rayon polis şöbəsinin inzibati binasında postda olarkən ona Şamaxı şəhəri, Xaqani küçəsi ev 09-da qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə gəzdirməsi ilə bağlı həmin şəxsin rayon polis şöbəsinə gətirilməsi ilə bağlı üzərinə baxış keçiriləcəyini deyilmiş və baxış zamanı mobil telefon vasitəsilə videogörüntüyə almağı ondan xahiş edilmişdir. O, da buna görə RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmə anını mobil telefonla videogörüntüyə çəkməyə başlamışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd büküm, sol yan cibindən isə bir ədəd “Nokia 1200” markalı mobil telefon və bir ədəd plastik kart aşkar edilmişdir. Həmin gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü açdıqda içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmiş, içərisində narkotik vasitə olan heroinə oxşar maddənin olduğu bir ədəd büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. O, yuxarıda göstərdiklərini mobil telefon vasitəsilə qeydə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs barədə Şamaxı rayon polis şöbəsində aparılan cinayət işi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs əmisidir, həmin şəxslə münasibətləri yaxşı olmaqla, bir ünvanda yaşamışdırlar. Təxminən iki aydır ki, Bakı şəhərində iş tapa bilmədiyi üçün Şamaxı rayonuna qayıtmış, onun ailə üzvləri də, onunla birlikdə babası X2 evində yaşamaqdadırlar. Həmin dövrdə maddi vəziyyətilə bağlı mobil telefon işlətməyib, lakin ona məxsus ***-***-**-** saylı mobil nömrəsi vardır. Əmisi İlqarın isə mobil telefonu olsa da, mobil nömrəsi olmadığından onun mobil nömrəsini telefonuna qoyub işlətmiş, o özü də, arada lazım olanda öz nömrəsindən İlqarın telefonu vasitəsilə istifadə etmişdir. 26 may 2023-cü il tarixdə təxminən 19 radələrində yaşadığı ünvana gəlmiş və İlqarın qanunsuz olaraq narkotik vasitə olan heroin saxlamasında şübhəli olması ilə bağlı Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanması və barəsində araşdırma aparılmasından məlumatı olmuşdur. İlqarı barəsində cinayət işi başlanmazdan əvvəl sonuncu dəfə həmin günü saat 07 radələrində işə gedərkən görmüş, həmin vaxt İlqar yatmış vəziyyətdə olmuşdur. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur, sadəcə olaraq həmin vaxtda mobil telefonu olmadığı üçün İlqarla birlikdə işlətmək məqsədilə mobil nömrəsini İlqarın telefonuna taxmışdır. İlqarın adına bir neçə mobil nömrə olsa da, həmin nömrələrin balansları artırılmadığı üçün bağlanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi və ya satışı ilə məşğul olub-olmaması barədə hər hansı məlumatı yoxdur. İlqarın ümumiyyətlə narkotik vasitə qəbul etməsini heç bilməmişdir. İlqar mütəmmadi olaraq öz işi ilə məşğul olan biri olmuşdur. İlqar yaşca ondan böyük olduğu üçün aralarınzda əmi-qardaş oğlu kimi münasibət, məsafə olmuşdur. Buna görə də, İlqarla hər şeyi açıq danışmamışlar, bir-birləri ilə söhbətlər edərkən isə İlqar ona narkotik vasitə qəbul etməsi barədə hər hansı söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 27 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 15:25 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş büküm aşkar edilmiş və həmin büküm açılraq içərisinə baxıldıqda, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2023-cü il tarixli, 6/3057 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,810 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir”. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,760 qramdır. Aparılmış tədqiqatın dəyəri 114,0 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 27 may 2023-cü il tarilxli 4(074)-38/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmışdır. “Maddi sübutu tanıma haqqında” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi – 0,760 qram heroin maddi sübut kimi tanınıb, saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 08 iyul 2023-cü il tarixli 4272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcuri müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati əraziu dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X3 şəhəri, Xəqani küçəsi 9 saylı ünvanda yaşayır, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı RMX-sı publik hüquqi şəxsin 11 iyul 2023-cü il tarixli PHŞ-6-72/2-861/2023 saylı məktubunda göstərilir ki, Əliyev X3 RMX-nın Ruhi-əsəb və Narkoloji disponserində qeydiyyatda yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2012-ci il tarixli, 1(101)-632/2012 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-nin 180.2.1, 180.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə 4 il müddətinə və CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2011-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə alınmış 08 iyun 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qərarı ilə CM-nin 180.2.5-ci maddəsi hökmdən xaric edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və 18 oktyabr 2021-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç yetkinlik yaşına çatmamış uşaq olmasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halları nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,760 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 114,0 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,760 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 114,0 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-69/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-69/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver