Məhkəmə qərarları › İş №1(074)-69/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-69/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-69/2025 08.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Cinayət əməlini törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Şamaxı rayonu, Qızmeydan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Şamaxı şəhəri, Ayna Sultanova küçəsi, ev 40 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 29 avqust 2025-ci il tarixdə, saat 10 radələrində, ünvan 1 ünvanında yaşadıqları fərdi yaşayış evində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində qohumu Zərərçəkmiş şəxs hərəkətlərinə əsəbləşərək sonuncunun hər iki qoluna qəsdən vurmaqla hər iki qol (sait) nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan dərəcələri təyin olunmayan xəsarətlər həmçinin, baş nahiyəsinə dəm çayniki ilə qəsdən vurmaqla alın nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs adlı şəxs gəlinləri olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş və aralarında ədavət, dava-dalaş olmamışdır. Zərərçəkmiş şəxs etmiş olduğu müraciətlə tanış olmuşdur. Qeyd edir ki, Zərərçəkmiş şəxs ilə Amid 2021-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan iki övladları olmuşdur. O, ailə vəziyyəti ilə əlaqədar onlarla birlikdə yaşayır. 29 avqust 2025-ci il tarixində, saat 10 radələrində evdə olduğu zaman qazın və işığın çox yandırılmasına görə gəlin Zərərçəkmiş şəxs israf etməməli olduğunu demiş, bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı o, Zərərçəkmiş şəxs hər iki qolundan tutub arxaya itələdiyini və masanın üstündəki dəm çaydanını götürərək, onun alın hissəsinə bir dəfə zərbə ilə vurduğunu bildirir. Daha sonra, qardaşə oğlu Amid evə gəlmiş və Zərərçəkmiş şəxs sakitləşdirmək istəsə də, o sakitləşməmiş və atasına zəng edərək evdən çıxıb getmişdir. Başqa əlavə hadisə baş verməmişdir. Başqa heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə zamanı hadisə yerində ondan başqa Zərərçəkmiş şəxs olmuş, hadisədən sonra isə qardaş oğlu Şahid gəlmişdir. Hadisə iki-üç dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs ona qarşı yuxarıda göstərilənlərdən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Baş vermiş hadisə zamanı o, Gülnazın hər iki qolundan tutub itələdiyini, həmin vaxt dırnaqlarının Gülnazın qoluna dəyərək ona xəsarət yetirdiyini bildirir. İfadəsinə əlavə edəcək başqa məsələ yoxdur. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid adlı şəxs onun əri, Şəfiqə isə ərinin bibisi olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmasa da, aralarında ədavət və dava-dalaş olmamışdır. Şahid ilə 2021-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan iki övladları olmuşdur. O, evləndiyi vaxtdan bu günə qədər əri ilə evdə mübahisələrinin olmasına baxmayaraq, atası Vəli hər dəfə ailəsinin dağılmamasını istəmiş, onların işinə müdaxilə etməmiş, sadəcə məsləhət verərək barışdırmışdır. 29 avqust 2025-ci il tarixində, saat 10 radələrində evdə olduğu zaman onlarla birgə yaşayan Təqsirləndirilən şəxs guya qazı və işığı çox yandırdığına görə onunla mübahisə etmiş, həmin vaxt onları saxlamayacağını deyərək hər iki qolundan tutub arxaya itələmiş, daha sonra isə masanın üstündəki dəm çaydanı ilə alın nahiyəsinə bir dəfə zərbə endirmişdir. O, yerə yıxılmış, özünə gəldikdən sonra heç nə deməmiş, mübahisə sakitləşmişdir. Bir neçə saat sonra isə ərinin bibisi Şəfiqə baş vermiş hadisəni Şahid danışmış, həmin vaxt əri Şahid onu sakitləşdirmək məqsədilə belinə əli ilə vurmuşdur. Daha sonra atasına zəng etmiş və atası gəlib onu öz evinə aparmışdır. Həmin hadisə zamanı o, Şahid və Şəfiqə adlı şəxslərə qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa yalnız Şəfiqə olmuş, sonradan isə əri Şahid evə gəlmişdir. Başqa heç kim olmamışdır. Baş vermiş hadisə iki-üç dəqiqə ərzində davam etmişdir. Əri Şahid isə evə gəldikdən sonra onu sakitləşdirmək məqsədilə belinə bir dəfə əli ilə vurmuşdur. Yuxarıda göstərilənlərdən əlavə heç bir qanunsuz hərəkət etməmişlər. Əri Amid onun belinə əli ilə bir dəfə vursa da, heç bir xəsarət almamışdır. İfadəsinə əlavə edəcək başqa məsələ yoxur. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxs onun həyat yoldaşı olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət və dava-dalaş olmamışdır. Zərərçəkmiş şəxs etmiş olduğu müraciətlə tanış olmuşdur. Qeyd edir ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan iki övladları olmuşdur. Onların ailə vəziyyəti ilə əlaqədar bibisi Şəfiqə də həmin evdə yaşamışdır. Özünün fərdi işlə məşğul olması səbəbindən çox vaxt evdə olmamışdır. 29 avqust 2025-ci il tarixində evdə olmadığı zaman qazın və işığın çox yandırılmasına görə bibisi Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Mübahisə zamanı bibisi Şəfiqə Zərərçəkmiş şəxs hər iki qolundan tutub arxaya itələmiş və masanın üstündəki dəm çaydanı ilə onun alın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bu barədə bibisi Şəfiqə ona telefonla məlumat vermişdir. Sonradan evə qayıtdıqda onları tənbeh edərək, həyat yoldaşına bibisinə hörmət etməsini demişdir. Lakin, həyat yoldaşı Gülnaz sakitləşməmiş, atasına zəng edərək onu çağırmış və evdən getmişdir. O, həyat yoldaşına qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə zamanı hadisə yerində bibisi Şəfiqə və həyat yoldaşı Zərərçəkmiş şəxs olmuşlar. O isə hadisədən sonra evə gəlmişdir. Hadisə iki-üç dəqiqə ərzində davam etmişdir. Zərərçəkmiş şəxs ona qarşı yuxarıda göstərilənlərdən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. O bildirir ki, həyat yoldaşının qolu və alnına xəsarəti bibisi Şəfiqə tərəfindən yetirilmişdir. Həyat yoldaşı hadisədən əvvəl əlindəki xəsarətlərin şəkillərini “WhatsApp” vasitəsilə ona göndərmiş, o isə sonradan evə gəlmişdir. Həmin şəkilləri təhqiqat orqanına könüllü olaraq təqdim edir. O, Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. İfadəsinə əlavə edəcək başqa məsələ yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 Şamaxı rayon şöbəsinin 30 avqust 2025-ci il tarixli, 197 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - başın alın nahiyyəsinin hematoması, sağ və sol sait nahiyyələrinin sıyrıqları küt əşya təsirindən törənməklə, 29 avqust 2025-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlir, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən alın nahiyyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, hər iki qol (sait) nahiyyəsinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16 sentyabr 2025ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X2 05 sentyabr 2025-ci il tarixli, 18-1-72/2- 1517/2025 saylı məktubundan görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi Əsəb qeydiyyatında yoxdur. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə” dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında hüquqi mövqe olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır”. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, Şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar